Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3558/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)124/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müb ahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Cavabdeh fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunaraq işə başlamışdır;
3. Cavabdeh 3 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmri ilə Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; 4. 02.09.2024-xx.xx.2024-cü il tarixlərdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 1,2,3,4,5,6,7,8,9,10,11,12,14,15,17,18,19,20,22,24,26 və 29 saylı aktlar tərtib edilmişdir. 30 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar pedaqoji şuranın qərarına əsasən iddiaçıya xəbərdarlıq edilmiş, intizam məsuliyyətinə cəlb olunmuşdır;
5. Cavabdeh 3 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, Cavabde h fiziki tərbiyə müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirmiş, həmçinin İddiaçı 02,04,05,06,09,10,11,12,13,16,17,18,19,20,23,24,25,26,27,30 sentyabr və 01,02 və 03 oktyabr tarixlərdə işə çıxmamış və barəsində 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuşdur. Müəllim dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, işə çıxmamışdır. Fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin "a" və "b" bəndlərinin, "Ümumi təhsil haqqında Azərbaycan Qanunu"nun 23.3.5 və 23.3.8-ci maddələrinin, “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 oktyabr 2024-cü il tarixdən ləğv edilsin, İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilsin;
6. İ. Səfərli adına Cavabdeh İddiaçı ünvanlanmış 3 oktyabr 2024-cü il tarixli, 13 nömrəli məktubda qeyd edilmişdir ki, “Siz məktəbdə nizam-intizam qaydalarına əməl etməmiş, 4 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək heç bir əsas gətirmədən işdə olmamısınız. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayına qədər 30 saat dərs yükü və dərsdənkənar məşğələ ilə 2024-2025-ci tədris ilində isə 26 saat dərs yükü və sinif rəhbərliyi ilə təmin olunmusunuz. 2023-2024-cü tədris ilində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə yaranan fiziki tərbiyə müəlliminə olan ehtiyac nəzərə alınaraq Cavabdeh fiziki tərbiyə müəllimi Surə Məmmədovanın 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək müddətli əmək müqaviləsi ilə qeyd olunan ixtisas üzrə dərs tədris etməsinə icazə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra Surə Məmmədova Cavabdeh, əsas iş yerinə qayıtmışdır. Bütün bunları nəzərə alaraq 3 oktyabr 2024-cü il tarixdən sizinlə bağlanmış əmək müqaviləniz ləğv edilmişdir”; 7. “Naxçıvan MR X20 Xidməti” phş-nin 155 nömrəli, 22 noyabr 2024-cü il tarixli məktubuna əsasən, xidmətin Babək rayonu üzrə X20 xidmətinə 18 sentyabr 2024-cü il tarixdə saat 10:56 radələrində ünvan 2 ünvanında yaşayan İddiaçı tərəfindən ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə çağırış verilmiş, briqada ünvana gedərək İddiaçı sefalgiya diaqnozu qoyaraq ona 2.0 qr analqin, 1.0 qr dimedrol vena daxili vurulmuşdur. Çağırışa gedən briqada: paramedik X5, kiçik tibb işçisi X16, sürücü X6 ibarətdir;
8. İddiaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğu tərəfindən 05 oktyabr 2024-cü il tarixli qərarla Nümayəndə3 barəsində cinayət işinin başlanması rədd edilmişdir;
9. Cavabdeh təşkilat Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə Naxçıvan şəhəri, İ Səfərli adına 1 saylı tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, azaldılmış dərs saatlarının bərpa olunması və dərs saatlarının azaldılması nəticəsində ona dəymiş 10.000 manat maddi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Qeyd olunmuşdur ki, İddiaçı 3 oktyabr 2024cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunduqdan 12 gün sonra yəni, 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu tarix 3 dekabr 2024-cü il tarixidir. Bununla da iddiaçı qanunla müəyyən olunmuş bir aylıq iddia müddətinə riayət etmədən iddia irəli surmüşdür. Bu hal iddia müddətinin keçməsi deməkdir. İddiaçı 3 dekabr 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan müddət bitmədən istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırlıq iclasında iddia tələblərini dəq iqləşdirərək, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli 153 saylı onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməyi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması, dərs saatlarının azadılması nəticəsində 10.000 (on min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və bu barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh fiziki tərbiyə fənnini tədris etmişdir. 2020-ci ilin sentyabr ayında fiziki tərbiyə fənni üzrə dərsin 28 saatını tədris etmişdir. 2020-ci ilin aprel ayının 20-22-də məktəbin hərbi rəhbəri Coşqun Əliyev işdən qanunsu z olaraq çıxarıldığına görə məhkəmədə işə bərpa olunması ilə bağlı iddia qaldırmış və işinə həmin ilin may ayında bərpa olunmuşdur. Qanunsuz işdən çıxarılmaqla bağlı məhkəmədə mülki mübahisə olduğu halda qeyd olunan məktəbin direktoru qanunsuz olaraq vakant yer çıxarmış və işə yeni müəllim götürülmüşdür. Sonra isə məhkəmə qərarı ilə Coşqun Əliyev öz işinə bərpa olunmuşdur. Nəticədə məktəbin direktorunun fiziki tərbiyə fənni üzrə qanunsuz vakant yer çıxarması səbəbindən onun tədris etdiyi dərs saatı 28 saatdan 20 saata düşmüş və nəticədə 8 saat azalmışdır. Bu səbəbdən nəticəsində ona maddi ziyan dəymişdir. Məktəb rəhbərliyinə və Naxçıvan Şəhər Təhsil Şöbəsinə dəfələrlə kəsilən 8 saat dərsinin qaytarılması ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonradan məhkəməyə müraciətdə n əvvəl işin mediasiyada həlli üçün tərəfindən mediasiyaya müraciət edilmiş, mediasiya prosesində olarkən Cavabdeh nümayəndəsi adından Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri X12 xx.xx.2023-cü il tarixdə Naxçıvan Mediasiya təşkilatında keçirilən mediasiya prosesində iştirak edərək yuxarıda qeyd etdiyi buraxdıqları səhvi Barışıq Sazişi ilə düzəltməyi öhdələrinə götürmüşdür. Həqiqətən də həmin barışıq sazişi ilə qanunsuz olaraq vakansiya çıxarılmaları nəticəsində əlindən alınmış dərs saatları (8 saat) yenidən özünə qaytarılmışdır. Bu halın özü onu göstərir ki, onun dərs saatları məktəbin rəhbərliyi tərəfindən qanunsuz olaraq əlindən alınmışdır. Əks halda qanuni olaraq dərs saatları azaldılmış olsaydı, Cavabdeh nümayəndəsi olaraq X12 dərs saatlarının bərpa olunması ilə bağlı üzərinə öhdəlik götürməzdi. Hal-hazırda da bu ilin yeni tədris ilində (2024-2025) Cavabdeh rəhbərliyi tərəfindən dərs saatları fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardıqları vakansiya səbəbindən azalaraq 20 saata salınmışdır. Səbəb olaraq da qeyd olunan Barışıq Sazişinin qüvvədən düşdüyünü göstərirlər. Halbuki, barışıq sazişində şərtlərin qüvvədən düşməsi ilə bağlı heç bir müddəa yoxdur. Buradan da görünür ki, Cavabdeh direktoru onunla 2022-ci ildən davam etdirdiyi qərəzli hərəkətlərindən əl çəkməmiş, onu maddi çətinliklərlə sıxışdıraraq məktəbdən uzaqlaşdırmaq üçün məktəbdə tədris etdiyi fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardığı vakansiyanı qanuniləşdirmək istəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi əsaslandırmış guya o kobud poz untu törətmişdir. Bu səbəbdən də 3 oktyabr 2024-cü il tarixli 153 saylı əmrlə qanunsuz olaraq işdən çıxartmışlar. Əslində bu belə deyil. Həqiqəti danışdığına görə məktəb direktoru A. Məmmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir bəhanə ilə onu işdən çıxarmışdır. Səbəb olaraq göstərmişdir ki, işə 20 gün gəlməmişdir. Onun da işə getməmə səbəbi isə məktəb direktoru A. Məmmədova səlahiyyət həddini aşaraq onu 18 sentyabr 2024-cü il tarixdə öz otağına qatıb döyərək xəsarət yetirmişdir və üzündə cırmaq izləri olduğuna görə ictimaiyyətə görə evdən çıxa bilmirdi. Bu fakt video görüntüdə öz əksini tapmışdır. Eləcə də, bununla bağlı həmin vaxt halı pisləşdiyinə görə həmin gün Babək rayon X20 şöbəsi də gəlib ona tibbi yardım göstərmişdir. Həmçinin bununla bağlı müvafiq instansiya orqanla rına müraciət etmişdir. Sonra mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehə təklif göndərmişdir. Lakin qarşı tərəf mübahisəni həll etmək üçün danışıqlara gəlməmişdir. Qeyd etmək istəmişdir ki, xx.xx.2024-cü il tarixində işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs müəssisənin mülkiyyətçisi müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam pozuntularından hər hansı biri tətbiq edilmədən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək funksiyasına xitam verilm işdir. Qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh rəhbərliyi qanunsuz hərəkətləri ilə onu Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir. Qanunsuzdur ona görə ki, Naxçıvan MR Həmkarlar İttifaqının qərarı olmalıdır. Yəni məktəb rəhbərliyi təqdimat verməlidir. Naxçıvan MR Həmkarlar İttifaqı isə razılaşıb qərar verməlidir. İşlədiyi müddətdə heç bir intizam pozuntusu etməmiş və intizam məsuliyyətinə cəlb olunmamışdır. Ona bu günə kimi rəsmi xəbərdarlıq da olunmayıb. Onun işdən çıxarılmağı tam qanunsuz və qanunun tələbləri pozulmaqla hərəkət edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh rəhbərliyinin 153 saylı, onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməsi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, dərs saatlar ının azaldılması nəticəsində ona dəyən 10.000 manat maddi ziyanın hesablanaraq ödənilməsini istəyir.
12. Məhkəmə baxışı iclasında Cavabdeh direktoru Nümayəndə3 izahatında bildirmişdir ki, son haqq hesabı işdən çıxan zaman iddiaçıya göndərmişlər. İddiaçının şəxsi işi məktəbdədir. İddiaçı işdən çıxma ilə bağlı məktəbə heç bir ərizə verməmiş. Hətta sentyabrın 16 Bilik günü Səriyyə müəllimə işdə olmayıb. Öz rəhbərlik etdiyi sinifin şagirdlərinə belə psixoloq rəhbərlik edib. Məktəb müəllimləri məktəbdən kənara hara gedirlərsə ərizə verirlər. Lakin Səriyyə müəllimə ərizə verməyib. Üzvlər 54 nəfər müəllim, 17 nəfər texniki işçidir. Həmkarlar tərəfindən iclas keçirilib. Məktəbdə yaradılan həmkarların sədri və müavini həmkarların qərarı ilə seçilib. Barışıq sazişindən məlumatı var idi. Orada iştira k edən məktəb direktoru ondan əvvəlki direktor olubdur. Dərs saatlarının bölünməsi məktəb rəhbərliyinin səlahiyyətindədir, bu bölgüdə təhsil şöbəsinin iştirakı yoxdur. Mübahisəli məsələlər yaranarsa təhsil şöbəsinin və ya təhsil nazirliyinin əməkdaşı gəlib müdaxilə edə bilər. Dərs yükünün artması, azalması məktəb rəhbərliyinin üzərində olur, bunun da səbəbi siniflərin açılıb-bağlanması ilə bağlıdır. Siniflərin açılıbbağlanması zamanı təhsil şöbəsinə təqdimat göndərilir. Onlar da gəlib yerində müəyyənləşdirir. Siniflər bağlanarkən dərs saatı azalır, hansı ki, 2022-ci ildən siniflərdə bağlanmalar olmuşdur. Şagird sayı aşağı olduğu üçün. 30 sentyabr tarixində pedaqoji şuranın iclası keçirilibdir, qərarı olubdur. Qərarda yazılmışdır ki, işə gəlmədiyi üçün Səriyyə müəllimə xəbərdarlıq elan ed ilsin. İntizam pozuntusudur, lakin xəbərdarlıq intizam tənbehi deyil. Məktəbin pedaqoji şurasının protokol kitabı vardır və orada qeyd olunubdur. 30 sentyabrda bir neçə məsələ var idi, ona görə növbədənkənar iclas keçirilmişdir. Biri də müəllimənin işə gəlməmə məsələsi idi. Müəllimənin xəbərdarlığı, iclasla bağlı məlumat elanlar lövhəsinə vurulmuşdu. İddiaçının vəkili əlində sorğu gətirib dərhal sənədləri tələb edirdi. Sorğusunda pedaqoji şuranın qərarı yox idi. Sadəcə deyirdi ki, hansısa intizam məsuliyyətinə cəlb edilib ya yox. O da bildirmişdir ki, pedaqoji şuranın qərarı ilə xəbərdarlıq edilib. Cəlil bəyə bildirmişdir ki, sənədləri iş yerinə Asan Vəkil Bürosuna göndərəcək. O isə demişdir ki, o sənədləri indi alacaq. O isə bildirmişdir ki, bunun üçün müraciətə baxılma müddəti ərzində sə nədlər göndəriləcək, o nə əmək müfəttişliyi, nə yoldaşında olmasını bildirməmişdir. Məktəbdə hər kəs həmkarların üzvüdür, 5 nəfər Komitə üzvüdür. İddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.
13. Cavabdeh təşkilat Cavabdeh tərəfindən 02, 04, 05, 06, 09, 10, 11, 12, 13, 16, 17, 18, 20, 23, 24, 25, 26, 27, 30 sentyabr 2024-cü il tarixlərdə, eləcə də 01, 02, 03 oktyabr 2024-cü il tarixlərdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə qaydalarına əməl etmədiyinə görə 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuş, müəllim dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, işə çıxmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında Azərbaycan Qanunu”nun 23.3.5 və 23.3.8-ci maddələrinin, “Təhsil verənlərin etik davranış Qaydaları”nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmiş, qeyd olunan bu hallara əsaslananaraq işçinin əmək müqaviləsinə xitam verilmişdir.
14. Cavabdeh həmçinin məhkəməyə ərizə təqdim etmiş, həmin ərizədə göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunduqdan 12 gün sonra yəni, 15 oktyabr 2024-cü il tarixdə İddiaçı müb ahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu tarix 03 dekabr 2024-cü il tarixidir. Bununla da iddiaçı qanunla müəyyən olunmuş bir aylıq iddia müddətinə riayət etmədən iddia irəli sürmüşdür. Bu hal iddia müddətinin keçməsi deməkdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan müddət bitmədən istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətinin keçməsini nəzər ə alaraq iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
15. Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim G. Səfərəliyeva).
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir əmrin ləğv edilməsi, işə bərpa və dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsi. İşə baxılan zaman müəyyən edilmişdir ki, hər iki tələb müstəqil tələbdir və ikinci tələb birinci tələbdən asılı deyildir. Belə ki, dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsini iddiaçı barışıq sazişinin şərtlərinin pozulmasının nəticəsi kimi məktəbdə 2020-ci ildən sonra azaldılmış dərs saatlarına uyğun vurulmuş z iyanı tələb etmişdir. Məhkəmə ilk olaraq tələbin ilkin hissəsi-iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr əsaslandırılmışdır. Belə ki, iş materiallarında olan aktlardan, həmin aktlardan əlavə tərəflərin izahatlarından, şahid ifadələrindən, təqdim edilmiş davamiyyət jurnalından çıxarışlardanaydın olur ki, İddiaçı müəllim olaraq vəzifəsini 2024-cü ilin sentyabr ayında lazımi qaydada icra etməmiş, davamlı və mütəmadi olaraq dərsə gəlməmiş, məktəbdə öhdəliyində olan dərsin tədrisinin həyata keçirilməsində iştirak etməmiş, vəzifəsini icra etməmişdir. İddiaçı həmin müddətdə məktəbdə olmamasını sentyabr ayının 18-nə qədər bir neçə gün məktəb ə gəlməsi istisna olmaqla qalan günlərdə müxtəlif orqanlara müraciətləri əsasında çağırışlarla əlaqədar həmin orqanlarda olması, sentyabr ayının 18dən sonra isə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən işə gəlməməsi, onun xəbər etdiyi vaxt işə gəlməsini bildirməsinə əsasən dərsdə iştirak etməməsi ilə əsaslandırmışdır. İddiaçının bildirdiyi bu arqumentlər onun dərsi icra etmək vəzifəsini istisna edən üzrlü hal deyildir. İddiaçı çağırılan dövlət orqanlarına dərs vaxtından sonra da gedə bilərdi ki, bu halda məktəbdə dərsin tədrisi həyata keçirilə, eləcə də iddiaçı həmin müraciətləri üçün hüquqlarından istifadə edə bilərdi. İddiaçının sentyabr ayının 18-nə qədər qeyd etdiyi əsasla məktəbə gəlməməsi heç bir halda üzrlü əsas hesab edilə bilməz. Digər tərəfdən isə iddiaçı sentyabr ayının 18-dən sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdirinin sözü əsasında işə çıxmadığını bildirməsi həmin şəxsin şahid ifadəsi ilə təkzib edilməklə yanaşı təsdiq edildiyi halda belə bir müəllim olaraq dərsi icra etmək vəzifəsini üzrlü səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı ilə əmək müqaviləsi bağlayan, onu işə götürmək səlahiyyətinə malik olan, onun nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etməli olan, ona intizam tənbehləri tətbiq etməli olan və sonda onu işdən azad etməli olan orqan Naxçıvan şəhər Təhsil Şöbəsi və ya həmin şöbəsinin müdiri olmamışdır. İddiaçı ilə əmək münasibətlərində olan orqan Cavabdeh olmuş, bu hal iş materiallarında olan məktəbin nizamnaməsi ilə təsdiqini tapmaqdadır. İddiaçı isə həmin müddətlərdə dərsin tədrisində iştirak etməməsinin üzrlü səbəbləri barədə Cavabdeh məlumat verməmiş, bununla yanaşı həmin üzrlü hallarını təsdiq edən sübutlarını məhkəməyə də təqdim edə bilməmişdir. İş materiallarında iddiaçının 30 sentyabr 2024-cü il tarixli məktəb direktoruna yazılmış məlumatı təqdim edilmişdir. Həmin məlumatda hansı vaxtlarda harada olması barədə iddiaçı məlumat vermiş, növbədənkənar pedaqoji şuradan məlumatlı olduğunu bildirən qeydlər etmiş, sonra ərizə verdiyini qeyd etmişdir. Həmin müddətlərdə iddiaçının dərsin tədrisində iştirak etməməsi işin mübahisəsiz halıdır və bu halın üzrlü olmasına dair mötəbər sübut mövcud deyil. İş materiallarında işəgötürən cavabdeh təşkilatın direktoru tərəfindən dəfələrlə iddiaçıya işə gəlməməsinin səbəbləri barədə teleqram vurulmuş, lakin iddiaçı həmin teleqramların qarşılığında verdiy i məlumat üzrlü deyildir.
17. Bundan əlavə iddiaçı onun işdən azad edilməsi barədə həmkarlar iclasının keçirilmədiyini, ümumiyyətlə həmin həmkarlar iclasının qanuni təşkil edilmədiyini, iclasın keçirilməsinə səlahiyyəti olmadığını, qanunvericiliyə uyğun yaradılmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin bu arqumentini iş materiallarında olan sənədlərlə hərtərəfli şəkildə yoxlayıb hesab etmişdir ki, həmin arqumentlər də əsassızdır. Ona görə ki, iş materiallarına Naxçıvan Muxtar Respublikası X4 Nizamnaməsi və Təhsil işçiləri həmkarlar ittifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin Əsasnaməsi əlavə edilmişdir. Sözügedən Əsasnamənin 7.1-ci maddəsinə görə Həmkarlar İttifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisə lərində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. İş materiallarında olan Cavabdeh nizamnaməsinin 1.17-ci bəndinə görə məktəb mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin nizamnamənin 5.4.10-cu bəndinə görə məktəb fəaliyyətinin tənzimlənməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək səlahiyyəti məktəbin direktoruna verilmişdir. İddiaçı ilə əmək müqaviləsi Cavabdeh direktoru X9 ilə bağlanmış, əmək müqaviləsində işəgötürən həmin şəxs olmuşdur.
18. İstər cavabdeh təşkilatın nizamnaməsi ilə məktəb direktorunun səlahiyyətlərinin nəzərdə tutan normalardan, istər əmək qanunvericiliyinin normalarından, istərsə də iş materiallarında olan əmr, əmək müqaviləsi, əmək müqaviləsi bildirişindən də göründüyü kimi iddiaçının işəgötürəni Cavabdehin direktorudur, işəgötürən olaraq iddiaçını intizam tənbehi olaraq əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək də onun səlahiyyəti çərçivəsindədir. Buna görə də iddiaçının işdən azad edilməsi əmrinin cavabdeh təşkilatın direktoru tərəfindən verilməsi yuxarıda qeyd edilən həmin hallara istinadən əsaslı və qanunidir.
19. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı tərəfin növbədənkənar pedaqoji şuranın keçirilməsinin qanuni olmaması, orada iddiaçıya xəbərdarlıq edilməməsi və ona təqdim edilməməsi barədə bildirdiyi halları əsassız hesab etmişdir. Belə ki, məktəb direktoru tərəfindən pedaqoji şuranın qərarının təsdiq edilmiş surəti məhkə məyə təqdim edilməklə yanaşı, pedaqoji şuranın qərarlarına dair kitab təqdim edilmiş və baxış keçirilmişdir. Növbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi barədə cavabdeh təşkilatın direktoru elanlar lövhəsinə məlumat vurulduğunu qeyd etmiş, iddiaçıya hətta teleqram göndərilmişdir. İddiaçı teleqramla növbədənkənar pedaqoji şuranın iclasına dəvət edilmişdir. İddiaçı işə çıxmadığı üçün pedaqoji şuranın iclasının məlumat lövhəsində yerləşdirilib-yerləşdirilməməsindən məlumatlı olmamışdır. Lakin məhkəməyə göndərdiyi məktubda pedaqoji şuranın iclasından məlumatlı olduğu aydın olur. Bu isə həmin məlumatın elanlar lövhəsində yerləşdirilməməsi kimi qiymətləndirilə bilməz. Növbədənkənar pedaqoji şuranın qərarı ilə iddiaçıya xəbərdarlıq edilmiş və intizam məsuliyyətinə cəlb edilməsi qeyd edil mişdir. Əmək qanunvericiliyinə görə isə xəbərdarlıq intizam məsuliyyəti hesab edilmir. Əmək qanunvericiliyində qeyd olunan digər intizam məsuliyyətlərindən hər hansı biri iddiaçıya tətbiq edilməmiş və bu pedaqoji şuranın qərarı ilə müəyyən edilmişdir. Növbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi, həmin iclasda gündəlikdə duran hansı məsələlərin müzakirə edilməsi şahid ifadələri ilə təsdiqini tapmaqdadır.
20. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə dair qeyd etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün xx.xx.2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçinin iddiaçının işdən azad edilməsinə dair xx.xx.2024-cü i l tarixdə əmr verilmişdir. İddiaçı bununla bağlı 4 oktyabr 2024-cü il tarixdə məlumat əldə etmiş, 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək əmri mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 9 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 9 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı 9 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunun ona verdiyi bir aylıq müddəti keçirm işdir. İddiaçı məhkəmə iclaslarında müddət məsələsinə münasibət bildirərkən ümumiyyətlə müddəti ötürmədiyini qeyd etmiş, müddəti ötürdüyünü bildirməmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İddiaçı müddəti ötürmədiyini onunla əsaslandırmışdır ki, 9 dekabr tarixindən əvvəl bir dəfə məhkəməyə müraciət etmiş, 2 dekabr 2024-cü il tarixində qərardadla iddia ərizəsi geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanu nsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə geri qaytarılmanın əsasını “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər tələbi olaraq qeyd etmişdir. Daha sonra iddiaçı 9 dekabr 2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə artıq iddiaçı qanunla müəyyən edilmiş bir aylıq müddəti keçirmişdir. İddiaçı müddətin keçməsinin üzrlü hesab edilmə sinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab etmişdir ki, bu halda iddiaçıya bununla bağlı hər hansı izah verilməsinin, işə baxılmasının mülki mühakimə icraatı qaydasında çəkişmə prinsipinə riayət edilməsinə əsaslanaraq prosessual cəhətdən düzgün olmaması nəzərə alınmalı və müddətin üzrlü və ya üzrsüz buraxılması məsələsi buna dair iddiaçı tərəfindən ərizə təqdim edilmədiyindən hər hansı qiymətləndirmə aparılmamalıdır. Belə ki, iddiaçı peşəkar vəkillə məhkəmə iclaslarında təmsil edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 4 oktyabr 2024cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa t ələbi üzrə iddia müddətini də ötürmüşdür.
21. İddiaçının qanunsuz vakansiya elan edilməsi və əlavə müəllimin əmri verilərək onun dərs saatlarının azaldığını bildirməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən vakansiyanı qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmiş, bununla bağlı hər hansı məhkəmə aktı təqdim etməmişdir. Təqdim etdiyi barışıq sazişi isə etibarsız əqd olduğundan buna münasibətdə hər hansı hüquqi qiymətləndirmə aparılması mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə iddia tələbinin həmin hissəsinin də əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlmişdir.
22. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 9 “k”, 68.1, 68.2, 70 “ç”, 80, 186.1, 186.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin təsviri hissəsində rəsmi ərizələrinə cavab göndərildiyi qeyd olunsa da, cavabdeh tərəfindən heç vaxt ona hər-hansı məktub, bildiriş rəsmi qaydada göndərilməmişdir. Əgər göndəriblərsə sübut etsinlər. O, məktəb direktoru A. Məmmədovanın qanunsuz əməlləri barədə tənqidi fikirlər söylədiyinə görə onunla qərəzli münasibətə başlamışdır. Onun dərs saatlarını birdən-birə 30 saatdan 6 saata endirilmişd ir. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək otağının zamokun dəyişmişdir ki, onunla münaqişə yaratsın. O görmüşdür ki, bu dərs saatları onu qane etmir, işdən azad olunması ilə bağlı məktəb rəhbəri A. Məmmədovaya, Təhsil şöbəsinin müdiri T. Mustafayevaya və Təhsil Nazirliyinə işdən azad olunması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən qanuni olaraq rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Bu günədək ərizələrinə rəsmi olaraq cavab verilməmişdir. Məktəb direktoru isə qərəzli olaraq onun ərizəsini nəzərə almayıb onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Məktəb direktoru otağına daxil olub səlahiyyət həddini aşaraq onu döymüş, üzünü cırmaqlamış, o isə ictimaiyyət arası na çıxa bilmədiyi üçün işə çıxa bilməmişdir. Məktəb direktoru isə işə gəlməməyini üzrlü saymamış, o dərsdə olmayan müddətləri qərəzli olaraq saxta aktlarla rəsmiləşdirmişdir. Məktəb rəhbərinin onu döyməsi, üz-gözünü çırmaqlaması barədə məhkəməyə video görüntünü mötəbər sübut olaraq təqdim etmişdir. Təhsil şöbəsinin müdiri Təhminə Mustafayeva ifadəsində onun üzündə, qollarında cırmaq izlərinin olmasını təsdiq etmiş, bu məhkəmə qətnaməsində də sübut olaraq öz əksini tapmışdır. Məktəb direktoru Nümayəndə3 qərəzli olaraq öz təşkilatçılığı ilə təqdimat verib onu həmkarların müzakirəsinə çıxarmış və onun xəbəri olmadan, heç bir rəsmi xəbərdarlıq, bildiriş göndərilmədən barəsində mənfi qərar qəbul edərək onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etm işdir. Həmkarlar İttifaqı onu müzakirə edən zaman iştirakını təmin etmədən, onun iştirakı olmadan, rəsmi bildiriş göndərilmədən işdən azad olunması ilə bağlı məktəb direktoru A.Məmmədovun təşkilatçılığı, iştirakı və sifarişi ilə barəsində mənfi qərar qəbul etmişdir. Təəssüflər olsun ki, yaradılmış həmkarlar ittifaqı bununla bağlı ona rəsmi bildiriş göndərməmişdir. Özlərini müdafiə etmək üçün bəhanə etmişdirlər ki, guya telefonuna mesaj göndərilmiş o, qəbul etmişdir. Hamısı yalandır, belə ki, birinci mesaj rəsmi bildiriş deyil, əgər göndəriblərsə niyə faktlar ilə sübut edə bilməmişdirlər. Axı qanuna əsasən həmkarlar ittifaqının funksiyası işçinin pozulmuş hüquqları müdafiə etməkdir və onlar qərar qəbul edərkən müstəqildirlər, heç kim onların işinə müdaxilə etməməlidir. Təəssüflər olsun ki, məktəb direktoru bu yığıncağın təşkilatçısı olmuş, özü iştirak və çıxış etmişdir. Görünür ki, yığıncağın qərarı qərəzli, qanunsuz saxta və sifarişlidir. İşə baxan hakim Gülnar Səfərəliyeva isə məktəb direktorunu bu cür qanunsuzluqları görə-görə yenə onu müdafiə edərək onun qanunsuz əməllərin ört-basdır etmişdir. Həmkarlar ittifaqı qərar qəbul edərkən onun üzvü 7 olmalıdır ki, 4-ü iştirak etsin. Təəssüflər olsun ki, üzvü cəmi beş olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, o, 3 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuş, işdən azad olunduqdan 12 gün sonra-yəni 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Guya iddia müddətinin sonuncu t arixi 03 dekabr tarixdir. Bununla da qanunda müəyyən olunmuş bir ay iddia müddətinə riayət etmədən iddia irəli sürülmüşdür. İşə baxan hakim qətnaməsində qanunun tətbiqin düzgün əsaslandırmamışdır. Ona görə ki, mediasiya arayışın alandan sonra iki dəfə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İkisində də guya iddia tələbi düzgün qoyulmaması bəhanəsi ilə geri qaytarılmışdır. Qərardadları isə proses zamanı təqdim etmişdir, işə əlavə olunmuşdur. Mediasiya haqqında qanunun müddəalarında qeyd olunanlar baxmayaraq işə baxan hakim sözügedən qanunu tələblərin pozaraq qətnaməsində müddətə düzgün hüquqi qiymət verməmişdir. Əgər müddət pozuntusu olmuşdursa hazırlıq iclasında işə mümkünsüzlüyü barədə qərardad qəbul olunmalı və işə baxılmamalı idi. Bundan başqa işə baxan hakim qət naməsində heç bir qanun əsaslandırmayaraq, əsaslandırmışdır ki, həmkarlar ittifaqının möhürünün olmaması, məktəb direktorunun özünün təsdiqlənməsi ilk həmkarlar ittifaqı yarandığına görə məktəb direktorunun öz möhürü ilə təsdiqləyib. Bu tamamilə qanunsuz və əsassızdır. Axı məktəb direktoru işə götürəndir, təqdimat verəndir, maraqlı şəxsdir. Buna təhsil şöbəsinin möhürü vurulsaydı yenə yeri olardı. Həmkarların iclası keçirilən zaman iştirak edən üzvlərin məhkəmədə şahid qismində dindirilib ifadələri alınmış, şahidlərin ifadələri biri-biri ilə düz gəlməmişdir. Belə ki, şahid qismində dindirilən X1 və X10 məhkəmədə ifadəsində bildirmişdirlər ki, məktəb direktoru Nümayəndə3 Həmkarların iclasını keçirilməsini özü təşkil etmiş, özü çıxış etmiş, elan etmişdir. Səfurə müəllimənin iştirak etdiyini bildirmişlər. Bu qətnamənin 7-9 səhifələrində öz əksini tapmışdır. Digər şahidlər X7, X3 isə ifadələrində inkar etmişdirlər ki, məktəb direktorunun Həmkarlar ittifaqının iclasında iştirak etmədiyini bildirirlər. Bu isə qətnamənin 9-11 səhifələrində öz əksini tapmışdır. İfadələr arasında ziddiyyəti görən işə baxan hakim isə bu ziddiyyəti görə-görə nə səbəbə, nə marağa görə onları üzləşdirmə aparmamışdır. Bundan başqa məhkəməyə gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbir görür. Hakim isə şahidlərin hamısını bir otaqda saxlamış, o, irad bildirdikdən sonra isə, onları ayırmışdır. Bu prosessual pozuntu video görüntüdə də öz əksini tapmışdır. Gülnar Səfərəliyeva şahidləri din dirməzdən öncə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət izah etmiş, amma şahidlərin bəzilərinə ifadə verdikdən sonra iltizam almışdır. Bu da prosessual pozuntudur. İşə baxılan zaman məktəb direktoru A. Məmmədovanın qanunsuz əməlləri barədə yəni səlahiyyətindən sui-istifadə edərək qanunsuz olaraq onun dərs saatlarını 30 saatdan 6 saata endirməsi, otağının zamokun dəyişərək onunla münaqişə yaratması, məktəbdə səs-küy salaraq ictimai qaydanı pozması, səlahiyyət həddini aşaraq onun üzərinə hücum etməsi, xadimələr əlindən ala bilməməsi, dövlət əmlakını mənimsəmə ilə bağlı rəsmi vəsatət versə də, eləcə də digər məsələlərlə bağlı vəsatətlər, etirazlar versə də təmin edilməmişdir. Bundan başqa müəyyən sənədlərdə onun imzası olmaq əvəzinə onun adına olan sənədlərdə saxta olaraq başqasının im zası olması ilə bağlı məhkəməyə vəsatət versə də, ekspertiza təyin edilib yoxlamamışdır. Məsələn müəllim andında olan imza onun imzası deyil. Azərbaycan Respublikası MPM-nin 204.2-ci maddəsinə əsasən məhkəmə sübutun saxtalığın yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar etməyi təklif edə bilər. Lakin işə baxan hakim Gülnar Səfərəliyeva isə nə marağa, nə səbəbə bilmir qanunun tələblərin pozaraq ekspertiza təyin edib keçirməyib mülki prosessual qanunun tələblərin pozmuşdur. Bundan başqa məhkəmədə hazırlıq iclası başlanan andan həmkarlar ittifaqının Nizamnaməsini onlar və işə baxan hakim Gülnar Səfərəliyeva cavabdeh məktəb direktoru A. Məmmədovadan tələb olunsa da, məhkəmə baxışı qurtaran gün, 7 aydan sonra nəhayət ki, bir saxtasını tapıb gətirib təqdim etmişdirl ər.
25. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)124/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər M. Allahverdiyev-sədrlik edən və məruzəçi, S. Qarayev və S. Novruzov).
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı dəlillərlə əsaslandırmışdır.
27. İddiaçının işdən çıxarılmasının əsası kimi İddiaçı müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirməsi, həmçinin heç bir əsaslı səbəb göstərmədən 1 aya yaxın müddətdə işə gəlməməsi çıxış edi r. İddiaçının “qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi” ilə bağlı dəlili ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür və iş materiallarında olan aktlardan, həmin aktlardan əlavə iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında verdiyi izahatlardan, cavabdeh təşkilatın direktorunun izahatından, təqdim edilmiş davamiyyət jurnalından çıxarışlardan aydın olur ki, İddiaçı müəllim olaraq vəzifəsini 2024-cü ilin sentyabr ayında və daha sonra oktyabr ayının ilk üç günündə icra etməmiş, davamlı və mütəmadi olaraq dərsə gəlməmiş, məktəbdə öhdəliyində olan dərsin tədrisinin həyata keçirilməsində iştirak etməmiş, beləliklə əmək müqaviləsi üzrə vəzifələrini icra etməmişdir. İddiaçı həmin müddətdə mə ktəbdə olmamasını sentyabr ayının 18-nə qədər bir neçə gün məktəbə gəlməsi istisna olmaqla qalan günlərdə müxtəlif orqanlara müraciətləri əsasında çağırışlarla əlaqədar həmin orqanlarda olması, sentyabr ayının 18-dən sonra isə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən işə gəlməməsi, onun xəbər etdiyi vaxt işə gəlməsini bildirməsinə əsasən dərslərdə iştirak etməməsi ilə əsaslandırsa da, kollegiya qeyd etmişdir ki, iddiaçının bildirdiyi bu arqumentlər onun dərsi icra etmək vəzifəsini istisna edən üzrlü hal kimi qiymətləndirilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı 02,04,05,06,09,10,11,12,13,16 17,18,19,20,23,24,25,26,27,30 sentyabr 01, 02 və 03 oktyabr tarixlərində olmaqla ümumilikdə 23 iş (dərs) günü işə çıxmadığı və barəsində müvafiq nömrəli aktlar tərtib olunduğu müəyyən olunmuşdur ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq üzrlü səbəb olmadan bir aya yaxın bir müddətdə işə çıxmadığı aydın olmuşdur. Onun bu müddət ərzində işə çıxmaması işin mübahisəsiz halıdır, çünki özü bunu etiraf edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulduğu halların dairəsi müəyyən olunmuşdur ki, onlardan biri də özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işçinin işə gəlməməsidir.
28. Əmək müqaviləsinə xitam verilməsi barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir. İşin kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman iddiaçının bütün iş günü (günləri) işə gəlməməsi əsas götürülmüşdür. Eyni zamanda həmin normada bu normanın tətbiqini istisna edən şərtlərin -yəni iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hallarının olmadığı müəyyən edilmişdir. İddiaçı sonradan da bu şərtlərin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.
29. İddiaçının “Həmkarlar İttifaqının onu müzakirə edən zaman iştirakını təmin etmədən, onun iştirakı olmadan, ona rəsmi bildiriş göndərilmədən işdən azad olunması ilə bağlı məktəb direktoru Nümayəndə3 təşkilatçılığı, iştirakı və sifarişi ilə onun barəsində mənfi qərar qəbul edildiyinə, yaradılmış həmkarlar ittifaqının bununla bağlı ona rəsmi bildiriş göndərmədiyinə, bəlkə onun başına bir hadisə gəldiyinə, özlərini müdafiə etmək üçün telefonuna mesaj göndərildiyinə, onun qəbul etmədiyini bəhanə etdiklərinə, mə ktəb direktorunun bu yığıncağın təşkilatçısı olub özünün iştirak və çıxış etdiyinə, yığıncağın qərarının qərəzli, qanunsuz, saxta və sifarişli olduğuna” dair göstərdiyi dəlillərinə gəlincə kollegiya bu dəlillərlə bağlı qeyd etmişdir ki, iş materiallarına Naxçıvan Muxtar Respublikası X4 Nizamnaməsi və Təhsil işçiləri həmkarlar ittifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin Əsasnaməsi (iş mat. İİ cild, səh. 112-133) əlavə edilmiş, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə işəgötürəninCavabdeh direktorunun həmin məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinə təqdimatla müraciət etmək, eləcə də sözügedən həmkarlar ittifaqı komitəsinin qeyd edilən təqdimata baxmaq və bunun üçün iclas keçirmək, qərar qəbul etmək səlahiyyəti olduğu aydın olmuşdur. Sözügedən Əsasnamənin 7.1-ci maddəsinə görə Həmkarlar İttifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisələrində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.8.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. Naxçıvan MR X4 25 aprel 2025-ci il tarixli 37 nömrəli məktubundan da aydın olur ki, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. İlk həmkarlar ittifaqı komitələrində kollegial orqan kimi komitələr fəaliyyət göstərir. Komitələr üzvlərin sayı ndan asılı olaraq formalaşır. 1 nömrəli Naxçıvan şəhər tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin də seçilmiş 5 komitə üzvü var. Müəssisənin həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanının iclası (yığıncağı) o vaxt səlahiyyətli hesab edilir ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda yetərsay normaları təmin edilmiş olsun. İş materiallarında olan (iş mat. İ cild səh.130-142) Cavabdeh nizamnaməsinin 1.17-ci bəndinə görə məktəb mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin nizamnamənin 5.4.10-cu bəndinə görə məktəb fəaliyyətinin tənzimlənməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək səlahiyyəti məktəbin direktoruna verilmişdir. İddiaçı məktəb direktoru tərəfindən göndərilmiş məktubda həmkarlar ittifaqını n şura iclasının 3 oktyabr 2024-cü il tarixdə saat 14:00-da keçiriləcəyi qeyd edilmişdir ki, iclasın keçirilmə yeri və vaxtı barədə xəbərdar olmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq öz qətnaməsində iddiaçının diqqətinə çatdırmışdır ki, göndərilmiş məktubun məktəb direktoru tərəfindən göndərilməsi qanunvericiliyə uyğun olmamış, çünki işçinin həmkarlar iclasına dəvət etmək səlahiyyəti həmkarlar komitəsinə aid olmuşdur. Lakin həmin işçinin 3 oktyabr 2024-cü il tarixdə həmkarlar komitəsinin iclasının keçirilməsi barədə məlumatının olması da istisna edilməmişdir. Çünki iddiaçı ona göndərilən məktubu alaraq onun həmkarların iclasına dəvət edilməsi barədə məlumatı olmuşdur. Bundan başqa iddiaçı keçirilən həmin iclasın vaxtı və yeri barədə telefonuna mesaj göndərildiyini izahatları nda və dəllillərində özü də etiraf etmişdir. Məktəbin həmkarlar ittifaqının qanuni əsaslar olmadan fəaliyyət göstərməsinə gəlincə, yuxarıda istinad olunan hüquqi sənədlərdən də göründüyü kimi, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. Belə olan halda isə iddiaçının yuxarıda qeyd etdiyi bu dəlilləri əsaslı sayıla bilməz.
30. Hazırkı vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün 4 oktyabr 2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, işəgötürən tərəfind ən işçinin-iddiaçının işdən azad edilməsinə dair 3 oktyabr 2024-cü il tarixdə əmr verilmişdir. İddiaçı bununla bağlı 4 oktyabr 2024-cü il tarixdə məlumat əldə etmiş, 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək əmri mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 9 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixli 9 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı 9 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə mür aciət etmişdir. Beləliklə iddiaçı qanunun ona verdiyi bir aylıq müddəti keçirmişdir. İddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında, həmçinin apellyasiya şikayətinin dəlillərində müddət məsələsinə münasibət bildirərkən müddəti ötürmədiyini qeyd etmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İddiaçı müddəti ötürmədiyini onunla əsaslandırmışdır ki, 9 dekabr tarixindən əvvəl bir dəfə məhkəməyə müraciət etmiş, 2 dekabr 2024-cü il tarixində qərardadla iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi də mübahisələndirilən qətnaməsində müddət məsələsinə düzgün yanaşma etmiş, iddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 4 oktyabr 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa tələbi üzrə iddia müddətini də ötürdüyü qənaətinə gəlmişdir.
31. İddiaçının Naxçıvan Şəhər Məhkəməsinə təqdim etdiyi iddia müəyyənləşdirilmiş qaydada təqdim edilmiş iddia hesab edilmədiyindən iddia müddətinin axımının kəsilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ilk hissəsinə-yəni iddiaçının işdən azad edilməsi barədə əmrin ləğvi və işinə bərpa olunma tələbinə hərtərəfli hüquqi qiymət verilməklə tələbinin əsassız olması, eyni zamanda bununla yanaşı işə bərpa ilə bağlı iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlməklə düzgün qərar qəbul etmişdir.
32. Kollegiya iddia tələbinin di gər hissəsinə, yəni azaldılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində iddiaçıya dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsinə dair hissədə də gəlinən nəticə ilə razılaşmış və qeyd etmişdir ki, tədqiq olunan iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinə və Cavabdeh 27 mart 2023-cü il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, “2019-cu ildə ünvan 4rbiyə fənni üzrə çıxarılan qanunsuz vakansiyanı ləğv edib, mənim 28 (iyirmi səkkiz) saat dərsimi bərpa edib, mənə dəyən maddi ziyanı qarşılayasınız.”
33. İkincisi, Naxçıvan şəhər Təhsil Şöbəsinin İddiaçı ünvanlanmış 31 mart 2023-cü il tarixli, 4/147 nömrəli məktubda qeyd edilmişdir ki, “Cavabdeh 4 fiziki tərbiyə müəllimi var. Məktəbdə fiziki tərbiyə fənni üzrə 58 saat dər s mövcuddur (İ-İV siniflərdə 16 saat, V-Xİ siniflərdə 42 saat). 58 saat dərs yükünün 20 saatını İddiaçı, 12 saatını Əliyev Coşqun (hərbi rəhbər), 12 saatını Məmmədova Surə, 14 saatını isə Abbasova İlhamə tədris edir. Fiziki tərbiyə, eləcə də tədris planındakı digər fənlərlə bağlı dərs bölgüsünə 2023-2024-cü tədris ilində baxılacaq. Ərizənizdə bir digər məsələ isə 2019-cu ildə fiziki tərbiyə fənni üzrə çıxarılan vakant yerlə bağlı iddianızdır. Məktəbin direktoru Nümayəndə3 verdiyi məlumata görə 2019-cu ildə məktəbdə fiziki tərbiyə dərsini 4 nəfər müəllim tədris edib. Həmin dövrdə məktəb üzrə 54 saat fiziki tərbiyə dərsi mövcud olub (İddiaçı 24 saat, Əliyev Coşqun 12 saat, Abbasova İlhamə 12 saat, Bağırova Səbinə 6 saat). 2020-ci ilin may ayında məktəbin hərbi rəhbəri Əliyev Coşqun işdən a zad edilib, həmin ilin avqustunda işə bərpa edilib. Məktəbin sabiq direktoru X9 məktəbin hərbi rəhbəri Əliyev Coşqunun məhkəmə qərarı ilə avqust ayında işə bərpa edilməsini bilmədiyinə görə 2020-2021-ci tədris ili üçün fiziki tərbiyə fənni üzrə vakant çıxarılıb.
34. Üçüncüsü, tərəflərin izahatı əsasında məlum olmuşdur ki, iddiaçı tərəfindən həmin tələblə ilkin mediasiya təşkilatına müraciət olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş 19 may 2023-cü il tarixli, Q-634 nömrəli barışıq sazişinə əsasən müəyyən olunur ki, İddiaçı ilə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri X13 arasında həmin saziş bağlanmışdır. Bu sazişə əsasən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri X12 2023-cü ilin iyun ayı ərzində və ya 2023-2024-cü tədris ilinin əvvəlində İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı 2020-ci ildə məktəbin rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunmasını öhdəsinə götürür: İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı göstərilən müddətdə 2020-ci ildə məktəb rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunacağı təqdirdə məlum vakansiyanın ləğv olunması və 2020ci ilin sentyabr ayından bu günə kimi ona dəymiş maddi ziyanın qaytarılması iddiasından imtina edəcəyini bildirir.
35. Tədqiq olunmuş mülki iş materialları ilə müəyyən edilmişdir ki, Naxçıvan şəhər İ. Səfərli adına 1 nömrəli tam orta məktəbində müəllimlərin dərs yükü ilə təmin edilməs i bilavasitə məktəb rəhbərliyinin səlahiyyətindədir və bu iddiaçının hər il dərs yükü ilə təmin edilməsinə dair cavabdeh təşkilatın direktoru tərəfindən təqdim edilən əmrlərlə təsdiq edilir. Cavabdeh təşkilatın direktoru tərəfindən 16 sentyabr 2024-cü il tarixdə təsdiq edilmiş 2024-2025-ci il üçün məktəbin tarifləşmə cədvəli təqdim edilmişdir. Cavabdeh təşkilatın direktoru tərəfindən 16 sentyabr 2024-cü il tarixdə təsdiq edilmiş 2024-2025-ci il üçün məktəbin tarifləşmə cədvəli təqdim edilmişdir. Həmin cədvəllə məktəbdə işləyən bütün müəllimlərin dərs yükü qeyd edilmişdir. Bundan əlavə 14 sentyabr 2020-ci il tarixli, 83 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2021-ci il tarixli, 249 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2022-ci il tari xli, 166 nömrəli əmrdən çıxarışla İddiaçı 20 saat dərs bölgüsü, 14 sentyabr 2023-cü il tarixli, 132 nömrəli əmrdən çıxarışla İddiaçı 30 saat dərs bölgüsü, 13 sentyabr 2024-cü il tarixli, 127 nömrəli əmrdən çıxarışla İddiaçı 26 saat dərs bölgüsü ilə təmin edilməsi aydın olur. Həmin əmrlərin verilməsi əsas tədris planı qeyd olunmuşdur. Təqdim edilən əmrlərdən də göründüyü kimi iddiaçının dərs yükü ilə təmin etmək Naxçıvan şəhər Təhsil Şöbəsinin səlahiyyətində olmamışdır və bu halda barışıq sazişinin tərəfi olması qanunauyğun olmamışdır. Sözügedən barışıq sazişi iddiaçı ilə onu dərs yükü ilə təmin etmək cavabdehliyi daşıyan Naxçıvan şəhər İ. Səfərli adına tam orta məktəb rəhbərliyi ilə bağlanmadığından (hansı ki, yuxarıda qeyd edilən məktəbin nizamnaməsi ilə bu səlahiyyət məktəb rəhbərinə məx susdur) həmin saziş ümumilikdə etibarsızdır və hər hansı hüquqi nəticə yaratmır. Barışıq sazişinə istinad edilmədən iddiaçının azaldılmış dərs saatlarının nəticəsində ona vurulmuş ziyanı tələb etməsinin isə hər hansı hüquqi əsası müəyyən edilmir. Belə ki, iddiaçıya dərs bölgüsü tədris planına uyğun olaraq verilmişdir. Bütün bu yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsində işə baxılarkən hərtərəfli araşdırılmış və gəlinən nəticə düzgün əsaslandırılmışdır. Belə olan halda isə kollegiya iddia tələbinin həmin hissəsinin də əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlinməsini qanuni və əsaslı hesab etmişdir.
36. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 3.9, 10, 70, 71.2, 71.3, 72, 74.2, 76.1, 80.1, 287, 294.1, 294.4, 296.1, 296.2, 296.3, 29 6.6-cı, Mülki Məcəlləsinin 377.1, 380.1, 380.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.7, 392.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı iş üzrə” 7 iyul 2009-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasına dair aşağıdakı dəlillərlə əsaslandırılmışdır.
39. Birinci instansiya məhkəməsində işə baxarkən, şikayətçinin “cavabdeh məktəb direktoru A. Məmmədovanın qanunsuz əməlləri barədə, yəni səlahiyyətindən sui-istifadə edərək qanunsuz olaraq şikayətçinin dərs saatlarını 30 saatdan 6 saata endirməsi, fərdi iş otağının kilidini dəyişərək onunla münaqişə etməsi, məktəbdə səs-küy salaraq ictima i qaydanı pozması, səlahiyyət həddini aşaraq onun üzərinə hücum etməsi, ona fiziki təzyiq göstərməsi, xadimələr tərəfindən zorla cavabdehin əlindən xilas edilməsi, cavabdeh tərəfindən dövlət əmlakının mənimsənilməsi, eləcə də digər məsələlərlə bağlı ” verdiyi vəsatətlər, etirazlar təmin edilməmişdir. O, apellyasiya şikayətində bu barədə ətraflı göstərsə də, apellyasiya məhkəməsində işə baxan hakimlər apellyasiya şikayətinin dəlillərini yoxlamadılar və bu qanunsuzluğa da qiymət vermədilər. Bu da şikayətçinin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “Ədalətli məhkəmə araşdırması hüququ”nu və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) nəzərdə tutulan hüquqlarını pozmuşdur. O, çalışdığı məktəbdə işinə davam etmə k istərkən cavabdehin hücumuna məruz qalmış, döyülmüş, təhqir olunmuş, başqa şəxslərin qarşısında alçaldılmışdır.
40. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 və X10 ifadələrində göstərdilər ki, məktəb direktoru Nümayəndə3 Həmkarlar təşkilatının iclasını özü təşkil etmiş, özü çıxış etmiş, qərarı da özü elan etmişdir. Həmin məhkəmədə şahid kimi ifadə verən X7 və X3 ifadələrində göstərmişlər ki, guya cavabdeh məktəb direktoru həmkarların iclasında iştirak etməmişdir (bax. Naxçıvan şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi, səh 9-11). Birinci instansiya məhkəməsi də, apellyasiya instansiyası məhkəməsi də MPM-nin 195.5-ci maddənin tələblərinə əməl etməmiş, o, şahidləri üzləşdirməmiş və şikayətçiyə onları üzləşdirmək, onlara çarpaz suallar vermək üçün imkan yarat mamışdır. Bu qədər bir-birinə tam zidd olan ifadələrə zidd olan ifadələrə aşağı məhkəmə instansiyaları qanuni qiymət vermədi və şikayətçiyə qarşı ayrı-seçkiliyə yol verilmişdir.
41. MPM-nin 181-ci maddəsinə əsasən şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılmalıdırlar. Sədrlik edən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür. Birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə qanunun bu tələblərini pozmaqla, dindirilən şahidlərlə dindirilməyən şahidləri bir otaqda saxlamaqla işin obyektiv araşdırmasını qəsdlə və bilə-bilə pozdu, qərəzli olduğunu, işin nəticəsində maraqlı olduğunu, müstəqil olmadığını sübut etmişdir. Bu kobud qanun pozuntusu haqqında apellyasiya şikayətində yazılsa da, apellyasiya instansiyası məhkəməsi şikayə tçinin bu dəlilinə də hüquqi, qanuni qiymət verməmişdir.
42. Birinci instansiya məhkəməsində işə baxarkən şikayətçinin “cavabdeh məktəb direktoru Nümayəndə3 qanunsuz əməlləri barədə, yəni səlahiyyətindən sui-istifadə edərək qanunsuz olaraq iddiaçının dərs saatlarını 30 saatdan 6 saata endirməsi, fərdi iş otağının kilidini dəyişərək onunla münaqişə etməsi, məktəbdə səs-küy salaraq ictimai qaydanı pozması, səlahiyyət həddini aşaraq onun üzərinə hücum etməsi, ona fiziki təzyiq göstərməsi, xadimələr tərəfindən zorla cavabdehin əlindən xilas edilməsi, cavabdeh tərəfindən dövlət əmlakının mənimsənilməsi, eləcə də digər məsələlərlə bağlı” verdiyi vəsatətlər, etirazlar təmin edilməmişdir. Apellyasiya şikayətində bu barədə ətraflı göstərilsə də, apelyasiya məhkəməsində apelyasiya şikayətinin dəli lləri yoxlanılmamış və bu qanunsuzluğa da qiymət verməmişlər.
43. İddiaçı cavabdeh məktəb direktoru Nümayəndə3 “dövlət əmlakını mənimsəməsi, sənədləri saxtalaşdırması və sair qanuna zidd əməlləri barədə” dəfələrlə vəsatətlər qaldırdı və məhkəmədə verdiyi izahatlarında bu barədə ətraflı məlumatlar, sübutlar təqdim etmiş. Birinci instansiya məhkəməsinin hakimi G.Səfərəliyeva şikayətçinin vəsatətlərinə və izahatına heç bir hüquqi qiymət verməmiş, MPM-nin 265-ci maddəsində nəzərdə tutulan vəzifələrini icra etmədi, əksinə, cavabdeh məktəb direktorunun cinayət əməllərini örtbasdır edərək bu barədə xüsusi qərardad çıxarıb müvafiq prokurorluğa xəbər verməmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qərarının 84-cü bəndində göstərilmişdir: “Apellyatorun “...məktəb direktorunun otağına daxil ol ub səlahiyyət həddini aşaraq onu döyməsi, üzünü cırmaqlaması, onun isə ictimaiyyət arasına çıxa bilmədiyi üçün işə çıxa bilməməsinə, məktəb direktorunun işə gəlməməyini üzrlü saymayıb, onun dərsdə olmayan müddətləri qərəzli olaraq saxta aktlarla rəsmiləşdirdiyinə, təhsil şöbəsinin müdiri Təhminə Mustafayevanın ifadəsində onun üzündə, qollarında cırmaq izlərinin olmasını təsdiq etdiyinə” dair göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarını araşdıran zaman məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğunda qeyd edilən fakt üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan İddiaçı verdiyi şikayət məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsində qərarın qan uni və əsaslılığı yoxlanılaraq təmin edilməmiş, eləcə də apellyasiya instansiya məhkəməsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq İddiaçı şikayəti təmin edilməmişdir (iş mat. İ cild səh.182-196, İİ cild, səh.41-53). Apellyasiya məhkəməsinin qərarında göstərilən bu “dəlil” tamamilə saxtadır, yalandır. Nə Naxçıvan şəhər Prokurorluğunda, nə də Naxçıvan şəhər Məhkəməsində qərarda göstərilən məsələ ilə bağlı araşdırma aparılmamışdır. Qərarda istinad olunan İ cild, səh.182-196, səh.41-53-də olan materiallarla da sübut edilir ki, həmin iş şikayətçinin döyülməsi ilə bağlı deyil. Cavabdehin dövlət əmlakını mənimsəməsi barədə iddiaçının ərizəsinin araşdırılması ilə bağlıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi özünün qanunsuz qərarını əsaslandırmaq üçün sübutları saxtalaşdırmaqdan belə çəkinməmişdir.
45. İddiaçı sonra ərizə ilə müraciət edərək, məhkəmələrin qanunsuz qərar qəbul etdiklərini, sübutların saxtalaşdırıldığını, onun işə gedəndə cavabdeh direktorun onu döydüyünü, “youtube” sosial şəbəkəsində bu kadrların olduğunu qeyd etmişdir. O, cavabdehin qorxusundan işə gedə bilməmiş və cavabdeh də bunu “iş buraxma” kimi istifadə etmiş və iddiaçını işdən çıxartmışdır. İki azyaşlı uşaqlarla işsiz qalmışdır.
46. O həmçinin qeyd etmişdir ki, o, bir həftə doğma əmisinin yasında olduğu üçün iddia vaxtında verilmiş sayılmalıdır. Qohumluq əlaqələrini sübut edən doğum şəhadətnamələrini ərizəyə əlavə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Əmək Məcəlləsi
48. Maddə 68, hissə
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
49. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: bənd “ç”. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
50. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş ols un və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
51. Maddə 80, hissə
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
52. Maddə 80, hissə
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
53. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
54. Maddə 296, hissə
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 63.Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmamışdır. Bundan əlavə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, cavabdeh tətəf də bu müddətin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddianı n təmin edilməməsi qanuni və əsaslı sayılır. 65.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 66.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallar a hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 67.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 68.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-124/2025 nömrəli, 13 avqust 2025-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.