Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “işə bərpa və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5474/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşçi İddiaçı ilə işəgötürən arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən işçi 3 ay müddətinə Bərdə Rayon Bitki Mühafizəsi Mərkəzində baş aqronom vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanmışdır.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun işdən kənar edilməsi haqqında əmrinə əsasən, həmin şəxslər xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənarlaşdırılmışlar.
3. Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu ilə Xankəndi ŞPŞnin İstintaq bölməsində istintaqı aparılmış X8, İddiaçı v ə X1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2622/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına İddiaçı xeyrinə 3.645 manat məbləğində maddi ziyan və 1.000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 4.645 manat pul vəsaitinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Cavabdehin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun əmək fəaliyyətinin bərpa edilməsi haqqında əmrinə əsasən həmin şəxslərin əmək fəaliyyətləri xx.xx.2025-ci il tarixindən bərpa edilmişlər. 6. xx.xx.2025-ci il tarixli bildirişi ilə İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam veriləcəyi barədə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilmişdir.
7. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 nömrəli əmri ilə X2 və Fumiqasiya (zərərsizləşdirmə) X5 Mərkəzinin baş aqronomu İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh (işəgötürən) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və həmin vəzifədən qanunsuz kənarlaşdırıldığına görə xx.xx.2025-ci ildən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya xidmətinə görə ödədiyi 60 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 5 il ərzində müddətli əmək müqavilələri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 X6 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. Onunla bağlanmış ilk müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixli, xxxxxxx000115 №-li olmaqla, hər 3 ayda bir dəfə bu müqavilə 15 dəfə yenilənmiş, yəni “İşə götürən”lə onun arasına yeni dən müddətli əmək müqavilələri bağlanmış, sonuncu dəfə “İşə götürən”lə onun arasında bağlanmış müddətli əmək müqaviləsi xxxxxxx000115 №-li olmaqla həmin müqavilənin bitmə tarixi xx.xx.2025-ci il olmuşdur. Cavabdeh tərəfindən elektron qaydada xx.xx.2025-ci il tarixdə ona aşağıdakı məzmunda məlumat göndərilmişdir: “Sizinlə bağlanmış əmək müqavilənizin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqavilənizə xitam veriləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, sizə məxsus əmək kitabçasını Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Kadr və Kargüzarlığın təşkili şöbəsindən götürməyiniz xahiş olunur”. xx.xx.2025-ci il tarixdən sonra cavabdehin Bakı şəhərində yerləşən Mərkəzi ofisinə gedərək əmək müqaviləsinə xitam veril məsinin əsl səbəbini öyrənməyə cəhd etmiş, lakin görüşdüyü bütün rəhbər şəxslər əmək müqaviləsinə bilavasitə X2 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin direktorunun şəxsi istəyi ilə xitam verildiyini bildirirək onunla görüşüb səbəbi öyrənməyi məsləhət bilmişlər. Bir neçə gün Bakı şəhərində qalıb direktorun qəbuluna düşməyə çalışsa da, onu şəxsən qəbul etməkdən yayınmışdır. Odur ki, mübahisənin məhkəmədən kənar - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun surətdə onun tərəfindən əvvəlcə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif (xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə) göndərilmiş. Təklifinə həmin Qanunla müəyyən edilmiş 10 iş günü müddətində cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyinə görə mübahisənin mediatorun vasitəçiliyi ilə h əlli üçün xx.xx.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət təqdim etmişdir. X7 tərəfindən dəfələrlə rəsmi qaydada dəvət edilməsinə baxmayaraq cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş X4 (İMS) heç bir üzürlü səbəb olmadan nümayəndəsini göndərməmiş, bununla da mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Mediasiya xidmətinə görə cəmi 61 manat rüsum da onun tərəfindən ödənilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən yararlanaraq pozulmuş əmək hüququnun bərpasına nail olmaq istəyir. İddia tələbini ona görə əsaslı hesab edir ki, Bərdə X6 və Fumiqasiya Mərkəzində işlədiyi 5 il ərzində heç bir intizam tənbeh almamış, əksinə yaxşı işinə görə həmişə həvəsləndirmə qaydasında mük afatlandırılmışdır. Son 3 ildə isə rəsmi əmrlə əvvəlcə 3 ay müddətinə X11 direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmiş, buna görə direktorun vəzifə maaşının 50%-i də əsas işi üzrə əmək haqqına əlavə edilməklə ona ödənilmiş, həmin 3 aylıq müddət də başa çatdıqdan sonra isə rəsmi əmr verilmədən cavabdehin rəhbərliyi X11 direktoru vəzifəsini vakant saxlamaqla davam edərək rəsmi əmr vermədən, şifahi tapşırıq əsasında direktor vəzifəsinin icrasını ona həvalə etmiş, odur ki, heç bir əlavə əmək haqqı verilmədən daha 2 il 9 ay-xx.xx.2025-ci il tarixinədək. X11 direktoru vəzifəsini icra etməkdə davam etmişdir. Həmin 2 il 9 ay ərzində həm baş aqronom vəzifəsini, həm də direktorun vəzifə funksiyaları layiqincə icra etmiş, Mərkəzin möhürü və əsas hesabat və nəzarət sənədləri onda olub, he sabatları o hazırlayaraq imzalayıb göndərmişdir. İşçilərin əmək intizamına nəzarəti, bir sözlə direktorun vəzifə səlahiyyətlərinə aid olan bütün məsələləri o icra etmişdir. Bu fakt onu təsdiq edir ki, pis işçi olmuş olsa idi cavabdeh 3 il ərzində ona bu etimadı göstərməzdi, yaxud 5 il ərzində onunla hər 3 aydan bir müddətli əmək müqaviləsini yenilməzdi. Bərdə X6 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsi xx.xx.2025-ci ildən bu günədək də vakansiyadır, çünki Mərkəzdə baş aqronom ştatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2025-ci il üçün ştat vahidləri və işçi sayı təsdiqlənərkən nəzərdə tutulub. Bu ştat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu günədək də ixtisar və ya ləğv edilməyibsə, deməli ona ehtiyac vardır.
10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xid mətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 nömrəli “H.S.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin surətindən görünür ki, X2 və Fumiqasiya (zərərsizləşdirmə) X5 Mərkəzinin baş aqronomu İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4367/2025 saylı iş üzrə 7 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin “H.S.H üseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 322-1-1/3-1-105/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X5 Mərkəzində “baş aqronom” vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ödənilməsi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manatın cavabdehdan alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibar ət olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 Regional Mərkəzində baş aqronom vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində müddətli əmək müqavilələri ilə orada çalışmış, daha sonra isə xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 saylı əmr ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı 5 ilə yaxın müddət həmin mərkəzdə çalışmış, onunla bağlanan əmək müqavilələri müddətli olmasına baxmayaraq, onunla olan əmək müqavilələri müxtəlif tarixlərdə təzələnmişdir. Həmçinin, iddiaçı işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə mükafatlandırılmış, hətta müvəqqəti olaraq direktor vəzifəsini də icra etmişdir. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçı və mərkəzin digər işçiləri xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri əsası ilə istintaq davam edənədək işdən kənarlaşdırılmış, daha sonra xx.xx.2024-cü il tarixli əmr ilə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdirlər.
14. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının həmin mərkəzdə işləməsinin 5 il tamam olmasına yaxın müddət qaldığı bir zamanda onunla bağlanılan əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan xitam verməsi iddiaçının hüquqları pozmuşdur. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur.
15. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixdən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi yekun məhkəmə aktı qüvvəyə mindikdən sonra icra mərhələsində həll edilən məsələdir və bu tələbin hazırkı iddiada təmin edilməsi cavabdehin hüquqlarının lüzumsuz dərəcədə pozulmasına gətirib çıxaracaqdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci, 4-cü hissələrinə, 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 300 -cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnasimənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsi xitam ilə bağlı tərəflərdən hər hansı birinin fikir ifadəsi olmadığı üçün hər dəfə müqavilədə müəyyən edilən müddətə uzadılmışdır. Lakin 2024-cü il 30 avqust tarixində AR Daxili İşlər Nazirliyi Xank əndi Şəhər Polis Şöbəsi tərəfindən Agentliyə məktub ünvanlanaraq, İddiaçı və digər şəxslərin Xankəndi şəhərində ezamiyyətdə olduqları müddətdə vəzifə səlahiyyətlərindən kənar hərəkətlərə yol verdiyi - qanunsuz yolla əmlak əldə etdiyi bildirilmiş və barələrində müvafiq polis şöbəsinin İstintaq bölməsində AR Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanıldığı və onlara ittiham elan olunduğu qeyd edilmişdir. Bu səbəbdən AR Əmək Məcəlləsinin 62-ci maddəsinin c) bəndinə əsasən işəgötürənin mənafelərini qorumaq və əmək intizamını təmin etmək məqsədilə iddiaçı və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər istintaqın davam etdiyi müddət ərzində (xx.xx.2024 - xx.xx.2025) işəgötürən tərəfindən işdən kənar edilmişdir. İstintaq orqanı tərəfindən şəxslərin törə tdikləri əməldə cinayət tərkibinin əlamətlərinin olmaması səbəbindən cinayət işinə xitam verilməsinə baxmayaraq, iddiaçının ezamiyyət zamanı əmək funksiyalarının icrasından və ezamiyyətin məqsədlərindən kənara çıxaraq, müəyyən hərəkətlərə yol verməsini və bunun nəticəsində işəgötürənin mənafelərinə ciddi ziyan dəyməsini, onun işçilərinin işğaldan azad edilmiş ərazilərə ezamı zamanı bir sıra çətinliklərlə (əlavə yoxlamalar, qeyri-adekvat münasibət və s.) qarşılaşmasını nəzərə alaraq, iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsi qənaətinə gəlinmişdir. Bu məqsədlə 2025-ci il 28 fevral tarixində iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam veriləcəyinə dair bildiriş elektron informasiya sistemi vasitəsilə təqdim edilmiş və 2025-ci il 13 mart tarixində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq davam etməmişdir və müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq, 13 gün öncədən ona bu barədə elektron qaydada xəbərdarlıq edilmişdir. Bu isə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət edildiyini deməyə əsas verir. Lakin məhkəmə nədənsə qanunvericiliyin tələbləri ilə qane olmayaraq, həm 68-ci maddənin 2-ci hissəsinin b) bəndini, həm də 73-cü maddənin 1-ci hissəsini heçə sayaraq, müqaviləyə xitam verilməsi üçün heç bir əsaslı səbəb olmadığı qənaətinə gəlmiş dir. Hərçənd ki, yuxarıda qeyd olunan maddələrə və Məcəllənin digər normalarına əsasən müddətin bitməsi halında müqaviləyə xitam verilməsi üçün hər hansı bir digər “əsaslı səbəbin” olması tələb edilmir. Belə olan halda məhkəmənin müqaviləyə xitam verilməsi üçün digər səbəblər axtarması ən azından işəgötürənin Məcəllənin 11-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının əsassız məhdudlaşdırılmaqla pozulmasıdır, hansı ki, qanunverici bu kimi hərəkətləri qadağan edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi yalnız fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Və yalnız bu halda həmin müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilməsi qanunsuz hesab edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 5 ildən az olmuşdur. Bu isə o deməkdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ona tətbiq edilə bilməzdi. Əmək müqaviləsinin 5 ilə yaxın davam etməsi halında ona xitam verilməsinin məhdudlaşdırılması və ya hər hansı digər xüsusi qaydaların nəzərdə tutulması isə ən azından əmək qanunvericiliyində yoxdur. Məhkəmə qətnamədə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı Əmək Məcəlləsinin müvafiq normasına istinad edərək dolayısı ilə iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyini bildirmişdir. Lakin məhkəmə prosesində belə bir fakt nə mövcud olmuş, nə də araşdırılmışdır. O cümlədən, məhkəmə qətnamədə mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdə işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə mükafatlandırılmışdır. Lakin qeyd edilməlidir ki, bu fakt da məhkəmə prosesinin gedişində araşdırma predmeti olmamış və həqiqətən də iddiaçının tənbeh alıb-almaması və ya mükafat verilibverilməməsi sübut edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5474/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində (əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) ləğv edilmiş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqr ar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X9 Xidməti cəlb edilməklə) “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia tələbi həmin hissədə rədd edilmişdir.
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, iş üzrə yeni qətna mə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
21. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
22. Kollegiya qeyd etmişdir ki, əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. İşdə olan müddətli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda 3 ay müddətinə işə qəbul edilmiş, sonradan müqavilənin müddəti bir neçə dəfə eyni şərtlərlə uzadılmışdır. Əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq müddətli bağl anması, iddiaçı tərəfindən bununla bağlı cavabdehə etiraz etməsi iş materialları ilə təsdiq edilmir.
24. O da qeyd edilməlidir ki, tərəflər arasında əmək münasibətləri beş ildən artıq müddətə davam etməmişdir.
25. Məhkəmə kollegiyası bu qənaətə gəlinmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və işçi tərəfindən üzərinə düşən əmək funksiyalarının lazımi qaydada yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5474/2025 saylı qətnaməsi tam ləğv edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4367/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti Əmək Məcəlləsinin 2.3, 45.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və təxminən 5 il davam etməklə hər 3 ayda bir dəfə yenilənmiş müddətli əmək müqavilələri formal olaraq Əmək Məcəlləsinin 45-ci maddəsinin İ hissəsinə uyğun hesab edilə bilərdi. Belə ki, həmin müqavilələr tərəflərin razılaşdığı müddətə bağlanmış, hər 3 aydan bir yenilənmiş və sonuncu 3 aylıq müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin haqq-ədalət baxımından məlum olmuşdur ki, əmək münasibətlərində işçi zəif tərəf, işəgötürən isə daha geniş imkanlara malik olan tərəf olmuşdur. Bu baxımdan iddiaçı işəgötürən olan cavabdehin təsirlərinə məruz qalaraq, məhz onun təklif etdiyi şərtlərə tabe olmuş və hər 3 aydan bir yenilənən müddətli əmək müqavilələrini bağlamağa məcbur qalmışdır. Çünki iddiaçı ailə başçısı olmuş, ailənin əsas qazanc gətirəni və maddi təminatına cavabdeh şəxs kimi çıxış etmiş, ali təhsilli olmuş və daim ixtisasına uyğun işlərdə çalışmışdır. Cavabdehin təklif etdiyi şərtlərlə və müddətlə əmək müqaviləsini imzalamağa razılıq vermədiyi halda, başqa iş yeri axtarmalı olaraq işsiz q alacağı, gəlir mənbəyinin olmayacağı aydın olmuşdur. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqavilələri, o cümlədən müddəti xx.xx.2025-ci il tarixdə bitmiş müqavilə tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılaşması əsasında bağlanmış müqavilələr hesab edilə bilməzdi. Belə ki, iddiaçı çarəsizlik vəziyyətində qalaraq və 3 aydan sonra işsiz qalacağını bilə-bilə həmin müqavilələri bağlamışdır. Təəssüf ki, apellyasiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır. İddiaçı işlədiyi müddət ərzində əmək funksiyalarını layiqincə icra etmiş, ona qarşı hər hansı intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2025-ci il tarixli əmrlə müddətli əmək müqaviləsinə onun müddətinin başa çatması, yəni formal əsasla xitam verilmiş, halbuki həmin vaxtda və sonradan da Mərkəzin həm baş aqronom, həm də direktor vəzifələri boş (vakant) qalmışdır. Bununla da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsl səbəbi onun müddətinin başa çatması deyil, cavabdeh rəhbərliyinin iddiaçıya qarşı qərəzli münasibəti olmuşdur. Lakin apellyasiya məhkəməsi öz qətnaməsini iş üzrə müəyyən edilmiş bu hal və tərəflər arasında mövcud olan qarşılıqlı münasibətlər əsasında əsaslandıra bilməmişdir. Cavabdehin rəhbərliyi ilə iddiaçı arasında 2024-cü il ərzində, iddiaçı Mərkəzin direktoru vəzifəsini icra etdiyi dövrdə münaqişələr baş vermişdir. Belə ki, cavabdehin rəhbərliyi tərəfindən iddiaçıdan Bərdə X6 və Fumiqasiya Mərkəzində adı işçilərin siyahısında olub faktiki olaraq işə gəlməyən bir neçə şəxsin işə davamiyyət jurnalında (tabeldə) onların işə gəlməməl əri barədə edilmiş qeydlərin düzəldilməsi, bununla da həmin şəxslərin əmək haqqı almalarının təmin edilməsi barədə qanunsuz tələblər irəli sürülmüşdür. İddiaçı bu tələbləri yerinə yetirməmiş, habelə cavabdeh rəhbərliyinin “himayəsi” altında baş verən digər qanunsuzluqlara etiraz etmiş və onların həyata keçirilməsinə mane olmuşdur. Lakin İddiaçı bu hallar barədə Bakı Apellyasiya Məhkəməsində 2(103)-5474/2025 nömrəli iş üzrə icraat zamanı verdiyi izahatda göstərdiklərinə məhkəmə qətnaməsində ümumiyyətlə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz verilərək apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yol verdiyi pozuntular ətraflı şəkildə apellyasiya şikayətində qeyd edilmiş və bu pozuntulara hüquqi qiymət verilmişdi r. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
31. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır.
32. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
33. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddə tə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
34. Maddə 47. “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
35. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Maddə 68.2. “b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
37. Maddə 73.1. (tərəflər arasında əmək münasibətləri yaranarkən qüvvədə olan redaksiyada) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
38. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya baxışının predmeti iddianın təmin edildiyi hissə olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə müddətli olmuş, həmin müqavilənin müddəti bir neçə dəfə uzadılsa da, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən uzadılmamışdır.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsinin qaydası aşağıdakı kimi müəyyən edilmişdir: -müddətli əmək müqaviləsinin müddəti qurtarmış olmalı; -tərəflərdən birinin qanunla müəyyən edilmiş müddət ərzində müqaviləyə xitam vermək niyyətində olması barədə iradə ifadəsini bildirməsi.
47. Hazırkı halda işəgötürən elektron informasiya sisteminə xx.xx.2025-ci il tarixdə bildiriş yerləşdirməklə 1 həftə əvvəl İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən xitam veriləcəyi barədə xəbərdar etdiyindən müddətli əmək müqaviləsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada xitam verildiyi müəyyən edilir.
48. Müqavilə müddəti bitdikdən sonra işçinin əmək fəaliyyətini və şəxsi keyfiyyətlərini qiymətləndirərək müqavilə müddətin uzadılıb-uzadılmaması ilə bağlı qərar vermək işəgöt ürənin hüququ olduğundan kollegiya hesab edir ki, iddia tələbinə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
49. Qətnamənin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olmadığına dair kassatorun dəlili ilə bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarda müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələrin tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müd dətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalı olduqları qeyd edilmişdir.
50. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi prosessual normaların tələblərinə uyğun işdəki sübutlar üzrə qiymətləndirmə apararaq müəyyən etmişdir ki, hazırkı halda əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq müddətli bağlanması, iddiaçı tərəfindən bununla bağlı cavabdehə etiraz etməsi iş materialları ilə təsdiq edilmir.
51. Apellyasiya məhkə məsinin mövqeyi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarına uyğun əsaslandırılmış, kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilməmişdir.
52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5474/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.