Məhkəmə qərarları › İş №2(102)-3364/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3364/2025

27.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə,

2. İddiaçı cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-2921/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

3. İddiaçı xx.xx.2011-ci ildə İnternat məktəbinə texniki işçi qəbul edilib, xx.xx.2012-ci ildən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, xx.xx.2016-cı ildə məktəbin ictimai işlərində göstərdiyi fəaliyyətə görə “Təşəkkür” elan edilib, xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilib, xx.xx.2017-ci ildə Təsərrüfat işləri üzrə direktor müavi ni vəzifəsinə müvəqqəti olaraq təyin edilib, həmin tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilib.

4. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tərbiyə işləri üzrə direktor müavini Şahid6, tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Abdulov Fizuli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin nümayəndəsi X14 bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı (dəyəri 348 manat) təhvil almışdır. Lakin bu günə qədər nərdivanın harada olub-olmaması barədə heç bir məlumat yoxdur. İddiaçı bu barədə izahat yazması tələb olunduqda, izahat yazmaqdan imtina etmişdir. Bir neçə il bundan əvvəl X 26 vitseprezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal həcmdə plazma ekranlı televizor hədiyyə olunmuşdur. Bu günə qədər həmin televizorun harada olması ilə bağlı məlumat istənildikdə, İddiaçı bu haqda izahat yazmaqdan imtina etmişdir.

5. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 20 nömrəli “Mal-material çatışmazlığı haqqında” əmrə əsasən, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixidə daxil olmaqla xəstə olduğu üçün öz vəzifəsini yerinə yetirə bilmədiyinə görə bu vəzifə müvəqqəti olaraq Nümayəndə həvalə edilmişdir. “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X14 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almışdır. X26 vitse-prezident Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilmişdir. Yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Bu barədə İddiaçı izahat tələb olunmuş, ancaq o izahat yazmaqdan imtina etmiş və göstərilən malların harada olması haqqında məlumat verməmişdir və beləliklə Əmək Məcəlləsinin 72ci maddəsinin “c” bəndinə əssən mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Bütün bunları və Əmək Məcəlləsinin 194, 199 və 202-ci maddələrini nəzərə alaraq, alınmış əsas vəsaitlərin qəsdən məktəbin hesabına mədaxil etmədiyinə görə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Gülabbas oğluna “Şiddətli Töhmət” verilməsi, dəymiş maddi ziyanın dəqiqləşdirilməsi və bu işlərə hüquqi qiymət verilməsi əmr edilmişdir.

6. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı rəhbərliyin otağında 8 X27 münasibətilə keçirilən kiçik toplantı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərəkətləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyini pozmuşdur.

7. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixində kargüzarlıq otağına dəvət edilmiş və direktorun otağında xx.xx.2024-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar olaraq izahat yazması nəzərinə çatdırılmışdır. Lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir.

8. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubda qeyd edilmişdir ki, 5 mar t 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin (Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə

72. Əmək vəzifələrin in kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Bütün bunlar barədə akt tərtib edilmiş, izahatlar alınmışdır. Tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə edilməsi və münasibət bildirilməsi xahiş edilmişdir.

9. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024 -cü il tarixli 3 saylı protokoluna əsasən, sədr Şahid3, katib X16, üzvlət X3, X17, X10, X33 və X15 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz etməmişlər.

10. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş akta əsasən, xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Həmkarlar komitəsinin iclasında dəvət olunmuş, lakin o, iclasda iştirak etmə kdən imtina etmişdir. İddiaçı 09:25 radələrində kamera nəzarəti altında heç kimə demədən, rəhbərliyə bildirmədən iş yerini tərk etmişdir. İddiaçı davamiyyət kitabına imza atmış və sağlam olmuşdur. O, iş yerini özbaşına, xəbərdarlıq etmədən tərk etdiyinə görə məktəbin daxili nizam-intizamn qaydalarını pozmuşdur.

11. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmri ilə, "İnzibati idarə heyəti" bölməsində "təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏM-nin 70-ci maddəsinin " ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəs ində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

12. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrinə əsasən, 5 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 9:20 radələrində İddiaçı məktəb həmkar lar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzrsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əsas: 05 mart 2024-cü il tarixli akt; məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu.

13. Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 73 saylı əmrə əsasən, mə ktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdən azad olunduğu üçün məktəbin 1,0 ştat vahidi xadiməsi Nümayəndəov Oruc oğluna müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi həvalə edilməsi və ona boş vəzifə üzrə vəzifə maaşının 50 faizinin ödənilməsi əmr edilmişdir.

14. İddiaçı son haqq-hesabı hesablanmış və 4827,81 manat onun əmək haqqı kartına köçürülmüşdür.

15. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özg ə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMP-nin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, X6 barəsində seçilmiş “ba şqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri xitam olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək Haqqında iltizam” qətimkan tədbiri xitam olunması, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təsərrüfat işləri üzrə sabiq direktor müavini İddiaçı tərəfindən tərtib edilərək məktəbin sabiq direktoru X18 tərəfindən təsdiq edilmiş 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının “İş vaxtının uçotu tabel”ləri, həmçinin texniki işçilərin 2020, 2021 və 2022-ci illər üzrə işə davamiyyət kitabları cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmış dır ki, o, 2012-ci il tarixdən başlayaraq ünvan 1 ünvanında yerləşən Sağlamlıq X19 üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Burada işlədiyi müddətdə məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etməklə yanaşı, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. xx.xx.2022-ci ildə məktəbin direktoru Bahar Kərimova işdən azad edilib. Onun vəzifəsi müvəqqəti olaraq tərbiyə işləri üzrə direktor müavini Məlahət Heydərovaya həvalə olunub. xx.xx.2022-ci il tarixdə açıq-ürək əməliyyatı keçirərək müalicədə olduğu müddətdə məktəbin yeni və köhnə direktoru arasında məktəbə aid sənədlərin və inventarların komissiya üzlərinin iştirakı ilə təhvil-təslimi aparılıb. Həmin təhvil-təslimə dair tərtib edilmiş Aktda “Heydər Əliyev” fondu tərəfindən məktəbə hədiyyə edilmiş 1 ədəd “LC” markalı, 120 diaqonallı televizor qeyd olunmayıb. xx.xx.2022-ci il tarixdə məktəbə direktor vəzifəsinə Tariyel Əkbərov təyin edilib. Ertəsi gün yəni, xx.xx.2022-ci il tarixdə Tariyel Əkbərov onu yanına çağırıb bildirib ki, onunla işləmək istəmir, məsləhət görüb ki, ərizə yazıb öz xoşu ilə işdən çıxsın. Əks təqdirdə, onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcək. Səbəbini soruşduqda isə deyib ki, “Mən bura öz yaxın adamlarımı gətirəcəm”. Həmin ərəfədə o, ürəyindən tibbi əməliyyatla bağlı müalicəni yenicə başa vurduğu üçün onunla bu barədə mübahisə etmək istəməyib. Çünki həkimlərin tövsiyəsinə əməliyyatdan sonra ona əsəbiləşmək və həyəcanlanmaq olmazdı. Əks təqdirdə, bu onun səhhətində ciddi ağırlaşmalara gətirib çıxara bilər di. Bununla belə o, işdən azad edilməyi barədə ərizə yazmayıb. Daha X32un ona qarşı olan mütəmadi təzyiqləri nəticəsində səhhətinin pisləşməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müalicə almaq üçün həkim məsləhətinə əsasən bülletenə çıxıb. Bir il bülletendə olduğu müddətdə 5 dəfə xəstəxanada stasionar müalicədə olub. 2023-cü ilin təxminən sentyabr ayında Tariyel Əkbərov məktəbdə yoxlama aparılması üçün Bakı şəhər Nizami rayon prokurorluğuna məktubla müraciət etmişdir. Həmin ilin noyabr ayında Nizami rayon prokurorluğu tərəfindən məktəbdə maliyyə yoxlaması aparılmağa başlanıb. Onu da təsərrüfat işləri üzrə direktor müavini olduğu üçün prokurorluğa çağıraraq işi ilə bağlı, yəni məktəbdəki inventarizasiya ilə bağlı sorğu sual ediblər. Həmin ərəfədə X20, 9 ay müalicədə olmağı ilə əlaqədar xə stəlik bülleteninin pulunu verməyərək bildirib ki, yalnız ərizə yazıb işdən çıxacağı təqdirdə həmin pulu ona yazacaq. Onun bu özbaşınalığını görüb, prokurorluq tərəfindən məktəbdə maliyyə yoxlaması aparılarkən məcbur olub onun bülleten pulunu verməməsi barədə şikayət etdikdən sonra direktor həmin pulun verilməsinə göstəriş verməyə məcbur olub. Məktəbdə aparılan araşdırma ilə bağlı prokurorluqda ondan izahat alan əməkdaş bildirib ki, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizor və bir ədəd nərdivan yoxa çıxıb. O da izahatında həmin şəxsə bildirib ki, həmin televizor Heydər Əliyev fondu tərəfindən məktəbə hədiyyə edilərkən həmkarlar ittifaqının sədri Şahid3 otağına qoyulub, otağın açarı isə həmin şəxsdə olub. Ona görə də, sonradan həmin televizorun yoxa çıxmasından onun xəbəri olma yıb. Həmdə, bu televizor əvvəlki direktorun şifahi göstərişi ilə inventara salınmayıb. O ki, qaldı nərdivana, o, tibbi əməliyyata gedənə qədər o, məktəbin koridorunda idi. Əməliyyatdan qayıtdıqdan sonra isə həmin nərdivanı yerində görməyib. Onu da qeyd edir ki, o, əməliyyata gedəndən sonra vəzifəsi müvəqqəti olaraq Şahid3 həvalə edilib. O, isə bildirib ki, nərdivanın itməsindən xəbəri yoxdur. O, məcbur olub öz hesabına nərdivan alıb yerinə qoyub. Lakin buna baxmayaraq X20 barəsində xx.xx.2024-cü il tarixli şiddətli töhmət verərək buna səbəb kimi, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizorun və nərdivanın itməsinə məsul şəxs kimi cavabdeh olduğunu əsas gətirib və guya o, həmin vəzifəsini yerinə yetirməmişdir. Halbuki, həmin vaxt Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən həm televizorun, həm də nərdivanın itməsi ilə əlaqədar araşdırma gedirdi və hazırda da həmin araşdırma davam edir. Tariyel Əkbərov həmin araşdırmanın nəticəsini gözləmədən öz vəzifəsindən sui-istifadə edərək barəsində qəsdən, qərəzli və düşünülmüş şəkildə, eləcə də gələcəkdə işdən azad edilməyinə bəhanə üçün həmin əmri verib. Belə ki, cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən onu işdən azad etməsi Konstitusiyanın 63-cü maddəsinə ziddir. Həmin əmrdən sonra isə direktorun ona qarşı münasibəti açıq-aşkar şəxsiqərəzçiliyə keçib. xx.xx.2024-cü il tarixdə məktəbdə xadimə vəzifəsini icra edənlərə təmizləyici vasitələr lazım olduğu üçün tələbnamə yazaraq direktora təqdim edib. X20 tələbnamədə digər direktor müavinlərinin iştirakı ilə həmin vasitələrin xadimələrə paylanılm asına dair dərkənar qoyub. Həmin gün o, direktorun sürücüsü Teymurla bilrikdə anbara gedərkən, məktəbdə xadimə vəzifəsinə götürülən, lakin öz vəzifəzini icra etməyən Nümayəndə da onlarla anbara gedərək bildirib ki, direktor ona tapşırıq verib ki, anbardan çıxarılacaq mallara görə ona nəzarət etsin. O isə Nümayəndə deyib ki, “sənin öz vəzifən var, get onu icra et, mənə nəzarət etmək səlahiyyətin yoxdur”. Sonuncu onun bu sözündən sonra çıxıb gedib. O da sürücünün iştirakı ilə anbarda təmizləyici vasitələri ayıraraq bir kənara qoyub, onları daşımaq üçün xadimələri çağırıb. Təxminən 5 dəqiqə sonra Süleyman gəlib ona deyib ki, direktor səni otağına çağırır. Onunla birlikdə direktorun otağına gediblər. Otağa daxil olduqda orada direktordan başqa heç kim yox idi. X1 ki, “Niyə Süleymana anbara dax il olmağa icazə verməmisən, mən ona göstəriş vermişəm ki, sənə nəzarət etsin”. O da direktora deyib ki, “nə vaxtdan xadimə direktor müavininə nəzarət edir?” O, da bildirib ki, “Mən belə istəyirəm, nə deyirəmsə elə də olmalıdır.” Bu sözlərindən sonra direktor aqressiv şəkildə qışqıraraq, isterik vəziyyət almaqla ona otağı tərk etməyi əmr edib. O da otaqdan çıxaraq anbara gedib öz vəzifəni yerinə yetirməklə təmizləyici vasitələri direktorun müavinlərinin iştirakı ilə vəzifəsini icra edən xadimələrə paylayıb. Ertəsi gün direktor onu, müavinlərini, həmkarlar təşkilatının sədri Şahid3 və Süleymanı otağa çağırıb, yenidən onunla Süleyman arasında olan söhbəti müzakirə edərək bir daha ona deyib ki, “Süleyman sənə nəzarət edəcək”. O isə bunun qanunsuz olduğunu, həmin şəxsin ona nəzarət edə bilməyəc əyini deyib. Bu sözlərindən X32 otaqda olan şəxslərdən bu məsələni aktlaşdırmağı tapşıraraq, ona otaqdan çıxmağı tələb edib. O da otaqdan çıxıb gedib. Daha sonra xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Şahid3 onu yanına çağıraraq bildirib ki, “xx.xx.2024-cü il tarixdə sənin işdən azad edilməyin barədə iclas keçiriləcək. Artıq sən işdən azad edilmisən”. X31 bu barədə ona əvvəlcədən barəsində tərtib edilmiş əmri də göstərib. Halbuki, “X13” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Onu da qeyd edir ki, həmkarlar təşkilatının sədri Şahid3 ona göstərdiyi həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi qeyd olunub. Lakin o, həmin əmrin surətini ona verməyib. Daha sonra isə onun vəziyyəti pisləşdiyi üçün o, poliklinikaya müraciət edib. poliklinikada ona bülleten açılarkən, cavabdeh tərəfindən ora zəng olunaraq bildirilib ki, artıq o, işdən azad edildiyi üçün ona bülleten açılmasın. Daha sonra isə X20 məktəb lövhəsində barəsində verdiyi əmri asmaqla yanaşı, məktəbdəki işçi kollektiv qruplarına həmin əmrin surətini ataraq ona “layk” edilməsini tapşırıb. Hesab edir ki, X20 ona qarşı qanunsuzluğa yol verib, əmək hüquqlarını kobud şəkildə pozub. Qeyd edir ki, onun əvvəllərdə etdiyi qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yerləşdirilib. Lakin cavabdeh tərəfindən sonunc u, işdən azad olunmağı barədə əmr istisna olmaqla digər “intizam tədbiri haqqında” əmrlərin surətləri tanış olmaq üçün ona verilməyib və ondan gizli saxlanılıb. Bununla belə hesab edir ki, cavabdeh tərəfindən barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə verilən əmr tam əsassız, qərəzli və qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, əmrdə həmin maddəyə istinad edilməsi inandırıcı deyil və məntiqə də uyğun gəlmir. Belə ki, iş materialında olan əmək kitabças ından görünür ki, o, 12 il, yəni 2012-ci il tarixdən başlayaraq cavabdeh məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. Bu illər ərzində bu məktəbdə bir neçə direktor dəyişib. Lakin onların heç biri ilə onun arasında hər hansı bir mübahisə olmayıb, eləcə də həmin direktorlar tərəfindən əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri ilə bağlı ona hər hansı bir irad tutulmayıb, barəsində bununla bağlı hər hansı bir intizam tənbehi seçilməyib. Bundan başqa, tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmiş hər hansı bir hallara da yol verilməyib. Ümumiyyətlə əmrdə onun barəsində göstərilənlər, xüsusən də guya xadimə Nümayəndə təhqir etməyi direktorun ağlasığmaz qərəzli uydurması, onu işdən azad etmək üçün əvvəlcədən düşünülmüş bir bəhanədir. Tariyel Əkbə rov məktəbə direktor təyin edildikdən sonra işçilər arasında ayrı-seçkilik və intriqa yaradıb, onu da şəxsi qərəzçilik səbəbindən əsassız çıxarıb. Hazırda bir çox işçi ondan Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət edib və həmin şikayətlərlə bağlı araşdırma gedir. Hesab edir ki, Tariyel Əkbərov özü əmək funksiyasını yerinə yetirə bilmir. Qeyd edir ki, cavabdehin nümayəndəsi mediasiya təşkilatına gəlmədiyinə görə mediasiya prosesi baş tutmamışdır.

19. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixində Sağlamlıq X19 üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul olunub. xx.xx.2012-ci il tarixindən isə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. İddiaçı xx.xx.2017 -ci il tarixli 167 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən işdən azad olunub və əmrlə son haqq-hesabı ödənilib. Hansı səbəbdənsə, cəmi bir gün sonra xx.xx.2017-ci il tarixli 171 nömrəli əmrlə yenidən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Əlavə olaraq xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X7 (xx.xx.2015-dən - xx.xx.2023-dək), X25 (xx.xx.2013-dən-xx.xx.2023-dək) və X8 (xx.xx.2020-dən-xx.xx.2023-dək) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arası nda (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. Bir ildən artıq müddətdə ciddi xəstə olan bir şəxsin işləmək qabiliyyəti hansı məntiqə uyğundur? Bu qədər uzun müddətə xəstəlik bülleteninin verilməsi özü şübhəli görsənir. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlayıb. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı İddiaçı öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunub. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir. X26 vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə hədi yyə edilən 120 diaqonal ölçüdə plazma televizorunu və bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı qəsdən məktəbin hesabına mədaxil etməyib. Bütün bunları və işindəki nöqsanlara görə dəfələrlə ona edilən şifahi xəbərdarlıqları nəzərə alaraq xx.xx.2024-cü il tarixində İddiaçı “Şiddətli töhmət” verilib. 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir edib. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini (Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq.) kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlədib. Bütün bunlar barədə aktlar tərtib edilib və bu işlərə hüquqi qiymət verilməsi üçün xx.xx.2024-cü il tarixdə məktəb həmkarlar komitəsinə rəsmi müraciət edilib. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilib və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılıb. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozub, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk edib. Qeyd olunanları və məktəb həmkarlar komitəsinin idarə heyətinin iclasının nəticəs inə əsasən tərtib edilmiş protokolu nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilib. İddiaçı öz iddia ərizəsində göstərir ki, 72-ci maddəyə istinad edilməsi inandırıcı deyil. Məgər dövlətə vurulan 41382,49 manat (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) dəyərində zərər, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq iclas vaxtı söyüş xarakterli ifadələr işlətmək, üzrsüz səbəbdən icazəsiz iş yerini tərk etmək, üç nəfərin adına uzun illər əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmir və s.? Görünür ki, iddiaçı etdi yi əməlləri yaddan çıxararaq, sadəcə 72-cı maddəyə istinad edir. İddiaçının dövlətə vurduğu 41382,49 manat dəyərində olan zərər ancaq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Sağlamlıq X19 üçün 3 №-li Respublika xüsusi internat məktəbində 2020-ci ilin yanvar ayından 2023-cü ilin noyabr ayına kimi olan dövrdə maliyyətəsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar olunandır. Görəsən işlədiyi əvvəlki vaxtlarda, 2012-ci ildən 2020-ci ilə qədər olan dövrdə nə qədər dövlət vəsaitini mənimsəyib? 16 aprel 2024-cü il tarixində İddiaçı öhdəsində olan mal-materialları təhvil verərkən bir çox çatışmazlıqlar aşkar olunub və həmin çatışmayan malların bir hissəsini aşağıdakı cədvəldə göstərirlər: 2 ədəd Drel Türkiyə “Bosh”, 1 ədəd paltaryuyan maşın 8 kq HOGpoint, 1 ədəd kseroks aparatı A4 HP Lazer, 2 ədəd Printer Canon (lazer A4 LBR 3010B), 1 ədəd yerin maqnt sahələrini ölçən cihaz, 1 ədəd televizor 127dq. Plazma hədiyyə, 2 ədəd alət dəsti, 1 ədəd elektrikli lobzik mişarı, 2 ədəd yanğından mühafizə lövhəsi, 1 dəst təlim-tədris vəsaitləri, Tor amortizator 5*25 2 ədəd=250, uşaq bezi 60-75 kq, uşaq bezi 75-90 kq. Görəsən dövlətə bu qədər ziyan vuran birisi nəyə əsasən yenidən o vəzifədə işləmək istəyir? İddiaçı ərizəsində göstərir ki, sosial şəbəkələrdə məlumatlar yerləşdirilir. Həmin sosial şəbəkə heç bir qanuni fakta əsaslamnadan, qarşı tərəfin fikrini öyrənmədən əsassız, qərəzli məlumatlar yerləşdirir. Həmin saytlara nəzər salanda görünür ki, orada yerləşdirilən xəbərlərin əksəriyyəti böhtan xarakterlidir. Bütün bunları nəzərə alınması xahiş edilm işdir.

20. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar ittifaqının sədridir. İddiaçını tanıyır, iddiaçı məktəbin təsərrüfat müdiri olub. İddiaçıya ilk dəfə töhmət, yanvar ayında şiddətli töhmət verilib. İddiaçıya verilən suallar cavabandırılmadığı üçün ona töhmət verildi. Sonradan tədbirlə bağlı iclas oldu, həmin iclasa dəvət olundular, tədbirdə müəyyən hərəkətlər olub, bundan sonra iddiaçının işdən çıxarılması məsələsi qaldırılıb. İddiaçının içdən çıxma məsələsi ilə bağlı rəsmi şəkildə həmkarlar ittifaqına məktəbin direktorundan rəsmi məktub daxil olub, iclasda 7 nəfər üzv iştirak etməli idi. Rəsmi şəkildə iclas keçirilib, iddiaçıya məlumat verilib ki, saat 11:00-da iclas olacaq. İddiaçı həmin gün işə gəlib. İclas vaxtı iddiaçının olmadığı məlum olub, bununla bağlı akt tərtib edilib və sonra iclas davam edib. İddiaçını çağırıb ona şifahi şəkildə iclasın vaxtı haqqında məlumat verilib. İddiaçı məhkəmədə olduğu üçün ona məktub göndərməyib. İddiaçının işdən çıxması iclasda müzakirə edilib. Müzakirəyə çıxarılan məsələlər onlara daxil olmuş məktubda olan məsələlər, yəni iddiaçının ona yanvar ayında verilən şiddətli töhmətdən nəticə çıxarıbçıxarmaması olub. Hazırda televizor məktəbdə köhnə, yararsız vəziyyətdədir. İclas keçirilən vaxt televizor köhnə və yarasız vəziyyətdə idi. Nərdivanla bağlı dəqiq məlumatı yoxdur, Fövqəladə Hallar Nazirliyindən əməkdaşlar gəliblər və nərdivanın olmaması barədə akt tərtib ediblər. Sonradan nərdivan hansı vasitə ilə, necə gəlib, necə o lub, bu haqda məlumatı yoxdur. İttifaqın iclasının protokolu qanuna uyğun tərtib edilib. Həmkarlar ittifaqının iclasında qərar verilmir. İşdən çıxma məsələsi üçün əsaslar şikayət, şiddətli töhmət və tədbir zamanı baş verən hal olub. İddiaçıya iclas günü iclas vaxtı barədə məlumat verilib. xx.xx.2025-ci ildə rəhbərlik tərəfindən onlara məktub daxil olub, 10 gün müddətinə, yəni xx.xx.2025-ci ildə keçirilib, iddiaçı məktəbdə olduğu üçün ona iclasın vaxtı barədə bildiriş göndərməyi zəruri hesab etməyib. O, aktı imza edib. Tədbir zamanı müəyyən hərəkətlər olub, iddiaçı ilə Nümayəndə arasında atışmalar olub, ona müəyyən hərəkətlər edib. İddiaçı əli ilə boynunun arxasını göstərib, iddiaçı həmin hərəkəti etməkdə Nümayəndə göstərib və həmin formada adam olmadığını deyib. O, xx.xx.2025-ci ildə idd iaçıya əmri deyil, ona daxil olmuş məktubu göstərərək, işdən çıxma məsələsini müzakirə ediləcəyini bildirib. Həmin məktub onlara xx.xx.2024-cü ildə daxil olub.

21. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır. O, məktəbdə 2013-cü ilin aprel ayından 2024-cü ilin aprel ayına qədər baş mühasib işləyib. Pensiya yaşına çatmağı ilə əlaqədar təqaüdə çıxıb. 16 dekabr 2022-ci il tarixdə Tariyel Əkbərovun direktor təyin olunması barədə əmr verilib, 19 dekabr 2022-ci il tarixdə Tariyel Əkbərov kollektivə təqdim olunub, 20 və ya 21 dekabr 2022-ci ildən vəzifəsinin icrasına başlayıb. Tariyel Əkbərov işə gəldiyi ilk gündən İddiaçı onunla işləməyəcəyini bildirib. O, İddiaçı direktorun “köhnə işçilərdən” birinci ondan başlayacağını bildirib. X32 köhnə rə hbər işçilərlə prinsip aparmağa başlayıb. Şahid1 və digər müəllimi işdən çıxarıb, sonra ona ərizəni yazıb getməyini bildirib. O isə pensiya yaşı tamam olana qədər işdən çıxmayacağını, statuslarının olduğunu, işini yaxşı bacardığını, Nazirlikdə onu yaxşı işçi kimi tanıdıqlarını qeyd edib və pensiya yaşı tamam olanda ərizəni yazaraq işdən çıxıb. Elman X11rşı hər hansı bir hərəkət etməyib, tanımadığı şəxsə qarşı nə edə bilərdi. Onun bildiyini təhsil sahəsində heç bir mühasib bilmir. O, niyə ərizəsini yazıb işdən çıxmalıydı? Hesabat vaxtı o, 67 nəfər mühasibi öyrədib. Tariyel Əkbərovun ona qarşı münasibəti pis idi, neçə dəfə Nümayəndə kağız göndərərək “Fəttah müəllimin deyəsən kağızı yoxdur, ərizə yaza bilmir, ərizəsini yazıb çıxsın” deyib. Necə olur ki, Nümayəndə xadimə işləyə-işləyə müavin i şləyirdi. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər X20la işləyib.

22. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində direktor müavini işləyir, iddiaçını tanıyır. 8 martdan əvvəl bayrama hazırlıqla əlaqədar İddiaçı və Nümayəndə daxil olmaqla digər müəllimlər direktorun otağına yığışmışdılar. Direktor orada daxili iş bölgüsü aparırdı. İddiaçı və Nümayəndə aralarında mübahisə yarandı. İddiaçı qeyri-etik hərəkətlər nümayiş etdirdi və ifadələr işlətdi. Orada təsərrüfat işləri və anbarla bağlı iş bölgüsü aparılırdı. İddiaçının və Nümayəndə arasında mübahisə yarandı. İddiaçı da orada razılaşmadı. O, otaqda olmasından əvvəl iddiaçı ilə Nümayəndə arasında nə baş verdiyini isə dəqi q deyə bilmir. Həmkarlar Komitəsinin iclası olan gün İddiaçı işdən getdiyini görüb. Məktəbdə xüsusi qayğıya ehtiyacı olan şagirdlər təhsil aldıqları üçün o, dəhlizdə olur. Sonra bilib ki, İddiaçı Həmkarlar Komitəsinin iclasında iştirak etməyib. O, həmin gün İddiaçı hara getdiyini bilmirdi. Sadəcə onun kurtkasını götürərək məktəbdən çıxdığını görüb. İlk dərs saat 09:00-da başlayır, 45 dəqiqə davam edir və 5 və ya 10 dəqiqə tənəffüs olur. O, dərs demir, müavin olduğuna görə nəzarətdə olur. Müəllimlərin dərsdə olub-olmadıqlarını, jurnalı götürüb-götürmədiklərini, şagirdlərin dəhlizdə olub-olmamadıqlarını yoxlayır. Tariyel Əkbərov direktor təyin olunduqdan sonra məktəbdə işləməyə başlayıb. Onu Elm və Təhsil naziri vəzifəyə təyin edib. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qəd ər X20la işləyib. Direktor İddiaçıla Nümayəndə iş tapşırırdı, İddiaçı isə razılaşmırdı. O, akta imza çəkib. O, Həmkarlar Komitəsinin iclası olan gün, yəni 13 mart 2024-cü il tarixdə işdə idi. İddiaçı həmin gün səhər təxminən 10-a işləmiş işə gəlib, sonra onu görməyib. Eşidib ki, o, işdən gedib. O, məktəbə təyin olunmamışdan əvvəl məktəbə nərdivan və televizor verilib. O, işə qəbul olandan sonra təhvil-təslim ərəfəsində həmin əşyaların anbarda olmadığı məlum olub. İddiaçı izahat yazmayacağını bildirib. Sonra həmin əşyalar aşkar olunmayıb. İddiaçı əlini boynunun arxasına qoyaraq əl hərəkətlərinə uyğun ifadələr işlədirdi. İddiaçı və Nümayəndə arasında bəzi kişi söhbətləri edilirdi.

23. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sağlamlıq X19 üçün 3 nömrəli Res publika Xüsusi İnternat məktəbində tədris hissə müdiri vəzifəsində işləyir. 8 mart ərəfəsində müavinlər, həmkarlar komitəsinin direktorun yanında tədbirlər planını müzakirə etmək üçün iclasa yığışıblar. Birdən-birə vəziyyət dəyişib. Qadınlar sakit oturmuşdular. İddiaçı və Nümayəndə arasında qarşıdurma yarandı, təhqirə keçilib. Hətta Şahid5 onların otaqdan çıxmağı üçün direktordan icazə aldı və orada oturmaqlarının düzgün olmadığını bildirdi. İddiaçı və Nümayəndə arasında ciddi problem yarandı. Orada əl hərəkəti oldu. İddiaçı əlini boynuna qoyaraq “mən belə edib bunu qəbul edə bilmərəm, mən belə yaşaya bilmərəm” deyib. İş prinsiplərində bəzi dəyişiklik olub, direktor onu izah edirdi. Kişilik söhbətləri oldu, o, utandığından hazırda həmin ifadələri tam ifadə edə bilmir. İddiaçı “mən kişiyə m, o belədir” dedi. Direktor ortalığı sakitləşdirməyə çalışdı. Qapının ağzında söhbətləri, mübahisələri davam etdi. Bu da aktlaşdırıldı. İddiaçı işə qayıdandan sonra Nümayəndə iclasda iştirak etməsinin səbəbini bilmir. İddiaçının işdə olmadığı müddətdə Nümayəndə onu əvəz etdiyinə görə ola bilər ki, iclasda iştirak edib. Onları da həmin iclasa dəvət ediblər, gəliblər. Onun iddiaçı ilə heç bir problemi olmayıb. İddiaçı həmin günü aqressiv idi. O, İddiaçıla 20 ilə ərzində birlikdə işləyib. İddiaçıla çox yaxşı münasibəti olub. Orada çox xoşagəlməz bir proses yarandı. Mübahisənin onlara aidiyyəti olmasa belə, həqiqətən iki kişi arasında səs çox yüksəldi. O, başa düşür, İddiaçı bəzi şeyləri qəbul etmədi və bildirdi ki, “mən qəbul edə bilmərəm ki, o mənim başımın üstündə dayansın, anbarda mən ond an nəsə götürüm”. Bir az iş prinsipi ilə bağlı problem yarandı. İddiaçı işdə olmadığı müddətdə Nümayəndə təsərrüfat işləri üzrə direktor müavini əvəzi, İddiaçı gələndən isə yəqin ki, Nümayəndə texniki işçi olub. Nümayəndə texniki işçi olaraq işlədiyini bilir. O hərəkət xoşagələn olsaydı, onlar orada dayanardılar, onun üçün həmin hərəkəti ifadə etmək çox çətindir. Fikirləşir ki, niyə həmin sözləri eşitməli və orada olmalı idi? Ora məktəbdir, hamısı məsul şəxslərdir və nitqlərinə diqqət etməlidirlər. Heç kəsə həyat yoldaşının, bacısının elə sözlər eşitməsi xoş olmaz. O, çıxanda İddiaçı özünü düzgün ifadə etməməsini, düzgün olmamasını deyib. Nümayəndə əslində heç nə demədi, direktor tapşırıqlar verdikcə İddiaçı bunu qəbul edə bilməyəcəyini bildirdi. Tariyel Əkbərov yeni işə başlayanda “indiyə kimi belə işləmisiz, bundan sonra qayda-qanun budur” deyib. İddiaçı “mən kişiyəm, onun kimi ona verib elə yaşaya bilmərəm, belə işləyə bilmərəm” deyib və əlini boynuna qoyub. Nümayəndə İddiaçı özünü düzgün ifadə etməsini xahiş edib. Mübahisə davam edib, direktor sakitləşdirib. O, evdə bu hərəkəti ərinə deyəndə o da bunun düzgün olmadığını bildirdi. Tədbir keçiriləcəyi ilə bağlı yığıncaq idi, akt zalında yığışmaq barədə tapşırıqlar verildi, Həmkarlar İttifaqı müəllimlərə hədiyyə göndərib. İclasda İddiaçı, Nümayəndə, digər üç müavin və həmkarların sədri var idi. Televizorun və nərdivanın məktəbə qaytarılması barədə məlumatı yoxdur. Televizorun görüntü olaraq gəldiyini görüb. Həmin əşyaların hazırda məktəbdə olub-olmadığını bilmir. Bir xarab televizor gətirmişdilər, hara qaytardılar bilmədi. Həmin televizoru Nümayəndə otağında toka qoşublar. Televizorun əvvəl gətirilən vaxt xarab olub-olmadığını bilmir. Televizor gətirilən vaxt sıravi işçi olub, gətirilməsi ilə bağlı heç bir məlumatı olmayıb. Məktəbdə deyilənə görə televizor hədiyyə verib, o, görməyib, orada sıravi işçi olub. Təchizatla bağlı dəqiq məlumatı yoxdur. Aktı həmin gün tərtib ediblər.

24. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Onlar 8 marta hazırlaşırdılar. Onlar həmişə tədbirlər öncəsi hamısı bərabər yığışırdılar. Orada İddiaçı da var idi. İddiaçı orada təhqir edib, əlini boynuna aparıb, söyüş söyüb. Əvvəllər İddiaçı neçə vaxt idi ki, bülletendə idi, h əm də İddiaçı səhhətinin işləməsinə imkan vermədiyini deyirdi. İddiaçı əvvəllər məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdi. O da, 2007-ci ildə 5 il işləyib, həmin ərəfələrdə işləyib. İclas 8 mart Qadınlar Günü ilə bağlı idi, tədbirlər onlara məxsusdur, bu səbəbdən tədbiri onlar keçirirdi, həmin vaxt iddiaçı da gəlib. Onda Nümayəndə İddiaçı əvəz edirdi. Mübahisə orada yaranıb, bir-birilərinə səs tonun qaldırdılar, əl hərəkətləri göstərdi. Onlar hamısı orada idilər. İddiaçı Nümayəndə təhqir edib, əlini boynunun arxasına aparıb, söyüş söyüb. Hesab etmişdir ki, bu təhqirdir. Bu hadisə qadınların bayram ərəfəsində olub, oradan çıxıb söyə bilərdilər. O, vicdanı qarşısında çox rahat insandır. O, iddiaçıya başqa nəsə deyə bilməz, salamlaşırlar da, onun İddiaçıla heç bir şəxsi münas ibəti yoxdur. Nümayəndə İddiaçı cavabını da verə bilərdi, amma o özünü saxladı. O, otaqda olduğundan, İddiaçı nə söyüş söydüyünü bilir. O, İddiaçı nə söyüş söydüyünü yadında saxlaya bilməz, çünki söyüş aludəçisi deyil. İddiaçı Nümayəndə kişi deyilsən deyib. Televizoru gətirəndə görməyib, o, təsərrüfat müdiri deyil. Onun həmin televizoru kimin qəbul etməsindən, kimin otağında olmasından məlumatı yoxdur, çünki o, həmin vaxt adi işçi olub. Əgər 420-460 nəfər televizorun hədiyyə edilməsindən məlumatlıdırsa, necə bunu bilməyə bilər. Televizorun hədiyyə edilməsini necə dana bilərlər. Hədiyyə edilən televizoru görməyib. Çünki təsərrüfat işləri üzrə direktor müavini qəbul edib. Hədiyyə gətirilən televizorun hansı otağa yerləşdirildiyini görməyib. Məktəbə adi yuyucu vasitə gəlirsə Nümayəndə imza çəkdirib onlara verir, onlar da həmin vasitələri paylayanda paylama cədvəli olur, tərbiyəçiyə təhvil verirlər. Elə hesab edir ki, nərdivan hazırda məktəbdədir, gətiriblər. Televizor da məktəbdədir, lakin çatdır, pultu yoxdur. Nərdivanın məktəbdə olubolmadığını təsərrüfat müdiri bilər, amma televizor məktəbdə deyil. Televizor məktəbdə deyil, çünki onun yerinə köhnə televizor gətiriblər, televizor çat, xarab idi. Onlar da televizoru qəbul etməyiblər. Uşaqlara hədiyyə edilmiş televizor böyük idi, həmin vaxt o, direktor müavini kimi işləməyib, televizorun diaqonalını bilmir. Bütün məktəb bilir ki, hədiyyə edilən televizor böyük idi. Sonradan gətirilən televizor isə kiçik idi, məhkəmə iclas zalında olan stoldan kiçik olardı. Amma hədiyyə edilən televizor daha böyük idi. O, birinci və ikinci tel evizorun markalarını bilmir, amma gözü ilə görüb ki, ikinci televizorun üzərində, ortasında çat var idi, pultu da yox idi.

25. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim – Qumru Əliyeva) 2(007)108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024cü il tarixli 72 nörməli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin "Təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə aid edilməsi və cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən 40 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə köçürülməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pulun cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrinə əsasən 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayr am tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzrsüz səbəbdən iş ye rini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əmrin qəbul edilməsi əsasları 05 mart 2024-cü il tarixli akt, məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu olmuşdur.

27. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. İşçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tut ulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Mübahisələndirlən əmrin qəbul edilməsi üçün əsas xx.xx.2024-cü ildə iddiaçının məktəbin başqa bir işçisini təhqir etməsi və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət” barədə əmrdən nəticə çıxarmayaraq iş yerini üzürsüz səbəbdən tərk etməsi olmuşdur.

28. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubla tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması mə sələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə edilməsi və münasibət bildirilməsi xahiş edilmişdir.

29. Məktubda isə iddiaçının 5 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etməsi, bununla da onun Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozması, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilmişdir.

30. Bundan sonra Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024cü il tar ixli 3 saylı protokoluna əsasən sədr Şahid3, katib X16, üzvlər X3, X17, X10, X33 və X15 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz edilməyib. İddiaçının xx.xx.2024-cü ildə işə gəlməsi işin mübahisələndirilməyən halıdır və iş materiallarında olan davamiyyət cədvəli ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubun onlara xx.xx.2024-cü il tarixdə təqdim edildiyini, iclasın xx.xx.2024-cü il, saat 11:00-a təyin edildiyini və iclasın vaxtı haqqında iddiaçıya xx.xx.2024-cü ildə, yəni iclasın keçirildiyi gündə məlumat verdiyini, iddiaçı məktəbdə olduğu üçün ona daha əvvəl rəsmi qaydada məlumat verilməsini zəruri hesab etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş aktla müəyyən edilir ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası haqqında 09:20-də məlumat verilib, lakin iddiaçı 09:25-də iş yerini tərk edib.

31. Belə ki, qanunda da qeyd edildiyi kimi, X9 təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırkı iş üzrə Həmkarlar ittifaqı komitəsi məktəbin məlumatı ona daxil olduğu tarixdən 6 günə iclas təyin etsə də, Həmkarlar ittifaqı komitəsinin sədri, məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 bildirdiyinə əsasən iddiaçıya bununla bağlı iclas günü, iclasdan bir neçə saat əvvəl məlumat verilib. İddiaçı isə ümumiyyətlə xx.xx.2024-cü ildə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahid3 tər əfindən otağına dəvət edildiyini və ona işdən azad edilməsi barədə əmrin göstərməsi səbəbindən iş yerini tərk etdiyini bildirmişdir. Yəni, məhkəməyə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatlı olması barədə rəsmi sübut təqdim edilməmiş, iş materiallarına iddiaçının məlumatlandırılması barədə təqdim edilmiş aktlar isə birtərəfli qaydada məktəbin işçiləri (məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan) tərəfindən tərtib edilmişdir.

32. Həmkarlar İttifaqı Komitəsinin iclası zamanı iddiaçının işdən azad olunması əsasları kimi xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” almasınd an nəticə çıxarmayaraq xx.xx.2024-cü ildə 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi müzakirə olunmuşdur.

33. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslardan biri kimi həmçinin, onun xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzrsüz səbəbdən iş yerini tərk etməsi olmuşdur. Lakin cavabdeh həmin əsasla iddiaçını işdən azad etməsi üçün qanunvericiliklə müəyyən edilən tələblərə əməl etməmiş, iddiaçının iş yerini tərk etməsi səbəbi ilə bağlı ondan izahat tələb etməmiş, həmin halla bağlı X4 qabaqcadan razılığı alınmamışdır. Göründüyü kimi əmrin qəbul edilməsi əsasları ilə H əmkarlar İttifaqı Komitəsinin müzakirəsinə təqdim edilmiş məsələlər fərqli olmaqla, əmrdə komitənin müzakirəsinə təqdim edilməmiş əsaslar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirlən əmr qanunamüvafiq qaydada tərtib edilməmişdir.

34. Belə ki, qeyd edildiyi kimi, mübahisələndirilən əmrin qəbul edilməsi əsasları həmçinin, xx.xx.2024-cü ildə 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı rəhbərliyin otağında 8 X27 münasibəti ilə keçirilən kiçik toplantı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərəkətləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyini pozmuşdur. İddiaçı həmin hallar bağlı izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında aktın tərtibdə iştirak etmiş hər bir şəxs şahid kimi dindirilmişdir. Şahid3 ifadəsində “İddiaçı əli ilə boynunun arxasını göstərib, iddiaçı həmin hərəkəti etməkdə Nümayəndə göstərib və həmin formada a dam olmadığını deyib”, Şahid5 “İddiaçı əlini boynunun arxasına qoyaraq əl hərəkətlərinə uyğun ifadələr işlədirdi. İddiaçı və Nümayəndə arasında bəzi kişi söhbətləri edilirdi”, Şahid2 “İddiaçı əlini boynuna qoyaraq “mən belə edib bunu qəbul edə bilmərəm, mən belə yaşaya bilmərəm” deyib”, Şahid6 “İddiaçı Nümayəndə təhqir edib, əlini boynunun arxasına aparıb, söyüş söyüb” məzmunda ifadə veriblər. Şahid4 isə iddiaçı tərəfindən səslənən fikirlərlə bağlı məlumat verməmişdir. İddiaçı isə Nümayəndə təhqir etmədiyini, onun haqqında deyil, özünə münasibətdə əl-qol hərəkəti etdiyini, verilən tapşırıqların özünə aid hissəsinə etiraz etdiyini, onun əvəzinə təsərrüfat işləri üzrə direktor müavini səlahiyyətlərini yerinə yetirmiş Nümayəndə ona tapşırıqlar verməsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahidlər iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə etməyiblər. Onların ifadələri ilə iddiaçının təhqir xarakterli ifadələr işlədib-işlətməməsi, bu ifadələrin və hərəkətlərin konkret olaraq nədə ifadə olunmasını müəyyən etmək mümkün olmur. Göründüyü kimi, şahid ifadələri ilə iddiaçının Nümayəndə ünvanına birbaşa nalayiq və təhqir xarakterli ifadələr işlətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, məhkəmə iclasında dindirilən şahidlər hazırda cavabdeh məktəbdə işləyirlər və onlarla cavabdeh məktəb arasında tabeçilik münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının etmiş olduğu hərəkətlər və səsləndirdiyi ifadələr ilə təhqir olunduğu iddia edilən Nümayəndə cavabdeh məktəbdə əvvəl xadimə vəzifəsində çalışmış, iddiaçı bülletendə olduğu vax t onun vəzifələrini icra etmiş, hazırda isə məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi iştirak etməklə, mübahisələndirlən əmrin əsaslılığını, iddiaçı tərəfindən məhz özünə qarşı edilmiş hərəkətlərin təhqir olmasını müdafiə etmişdir.

35. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, xx.xx.2024cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlər və etdiyi əl-qol hərəkətləri məktəbin işçisi olan Nümayəndə təhqir edilməsi kimi qiymətləndirilə bilməz.

36. Cavabdeh tərəfindən təqdim edilən etiraz məzmununda məktubda isə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X7 (xx.xx.2015dənxx.xx.2023-dək), X25 (xx.xx.2013-dənxx.xx.2023-dək) və X8 (xx.xx.2020-dən-xx.xx.2023-dək ) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arasında (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlamışdır. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı iddiaçının öhdəsində olan malmateriallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunmuşdur. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir.

37. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, həmin hallar mübahisələndirilən əmrin qəbul edilməsi əsası olmamışdır. Bununla belə, Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X19 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mə nimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMP-nin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi hökm edilmişdir.

38. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “Şiddətli töhmət” verilməsi barəsində əmrin verilməsinə səbəb “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invert arizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSCnin nümayədəsi X14 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almasına, məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilməsinə baxmayaraq, yoxlama zamanı nərdivan və televizorun mövcud olmadığı aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin nərdivan və televizor hazırda məktəbdədir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə nərdivanın akt üzrə Nümayəndə təhvil verildiyi aşkar olunub. Cavabdehin nümayəndəsi nərdivanın iddiaçı tərəfindən onun iştirakı ilə sonradan öz hesabına alındığını və televizorun isə yararsız olduğunu qeyd etmişdir. Lakin iş materialları və şahid ifadələri ilə həmin televizorun yararsız olub-olmaması, onun modeli, dioqanalı və s. keyfiyyətləri barədə dəqiq məlumat verilməmiş, şahidlərin əksəriyyəti ümumiyyətlə qeyd edilən televizoru şəxsən görmədiklərini bildirmişlər və bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı əmək qabiliyyəti müvəqqəti itirildiyindən işdə olmamış, xx.xx.2024-cü ildə öz vəzifələrini icrasına başladıqdan məhz bir gün sonra ona şiddətli töhmət verilmişdir.

39. Məhkəmə cavabdehin iddiaçının barəsindəki hərəkətlərlə qərəzlilik göstərdiyi qənaətinə gələrək qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcıllıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2024-cü il tarixli 72 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi Nümayəndə çıxış etməklə, hazırda məktəbdə iddiaçının, yəni təsərrüfat işləri üzrə direktoru müavinin vəzifəsini icra edir. Halbuki, mübahsiləndirilən əmrin qəbul edilməsi əsaslarından biri də iddiaçının Nümayəndə təhqir etməsi olmuşdur. Bununla yanaşı yuxarıda da qeyd edildiyi kimi, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməmiş, düzgün əsaslandırılmamış, əmrin qəbul edilməsi əsasları tam şəkildə Həmkarlar İttifaqının iclasında müzakirə edilməmiş, əmrin qəbul edilməsi üçün əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təsdiqini tapmamış, əmrdə müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 72 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3-cü maddəsinin 4-1-ci hissəsi, 9-cu maddəsinin b bəndi, 10-cu, 11-ci maddəsinin 1-ci hissəsinin a və b bəndləri, 46-cı maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 80-ci maddəsinin 1,2, 3-cü bəndləri, 84-cü maddəsinin 1-ci bəndi, 300-cü maddəsinin 1-ci bəndi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 218.3, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

42. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddəti əsassız olaraq ötürülmüşdür. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi “əmək müqaviləsinə xitam verilməs i” barədə əmrdən göründüyü kimi, əmr xx.xx.2024-cü ildə qəbul edilmiş, iddiaçı isə həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olaraq imza etmişdir. Belə olan halda, tərəf xx.xx.2024-cü il tarixədək məhkəməyə iddia ərizəsi ilə müraciət etməli idi. Lakin elektron məhkəmə sistemindən göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Mediasiyanın müvafiq arayışı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Bununla bağlı cavabdehin nümayəndəsi məhkəmədə məlumat vermişdir. Göründüyü kimi, müddət əsassız olaraq ötürülmüşdür. Lakin məhkəmə tərəfindən buna diqqət yetirilməmiş, iddia əsassız olaraq təmin edilmişdir. İddiaçı barəsində əmək müqaviləsinə xitam verilmə əmrinin qəb ul edilmə əsaslarından biri xx.xx.2024-cü il tarixli Akt olmuşdur. Bu Akta əsasən, xx.xx.2024cü il tarixdə direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalardan kənara çıxaraq məktəbin işçisi Nümayəndə qarşı əl-qol hərəkətlərini etməsi və söyüş xarakterli ifadələr işlədərək onu təhqir etməsi olmuşdur. Aktın tərtibində iştirak edən Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş həmin xx.xx.2024-cü il tarixli Aktla iddiaçının rəhbərliyin otağında 8 X27 münasibəti ilə keçirilən toplantı zamanı məktəbin işçisi Nümayəndə təhqir etməsi və ona qarşı onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etməsi aktlaşdırılmışdır. Bütün bunlar xanım işçilərin gözü qarşısında baş vermişdir ki, bu da Nümayəndə şərəf və ləyaqətini ağır şəkildə alçaltmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən və ifadə verən şahidlər də iddiaçı tərəfindən sözügedən təhqiredici hərəkətlərə yol verdiyini təsdiq etmişdir. Lakin Nizami rayon Məhkəməsi tərəfindən yanlış olaraq, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlərin və etdiyi əl-qol hərəkətlərini məktəbin işçisi olan Nümayəndə təhqir etməsi kimi qiymətləndirilə bilmədiyi qənaətinə gəlinmişdir. Məhkəmə bu mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən şah idlər iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə etməyiblər. Halbuki məhkəmə nəzərə almamışdır ki, hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdən məhkəmə iclasında şahidlərin ifadələri alınanadək xeyli vaxt keçmişdir, odur ki, şahidlərin dəqiq şəkildə iddiaçının sözbəsöz dediyi ifadələri və etdiyi hərəkətləri yadda saxlamaqları mümkün deyil. Lakin bununla belə, məhkəmədə şahid qismində dindirilən Şahid3, Şahid5, Şahid2 və Şahid6 eyni məzmunda ifadələr verməklə, iddiaçını etdiyi hərəkəti dəqiq şəkildə bildirib bunun nə anlama gəldiyini təsdiq etmişlər. Digər şahidlər isə ümumi şəkildə iddiaçının Nümayəndə qarşı təhqiredici hərəkətlərə yol verdiyini və onun şərəf və ləyaqətini alçatdığını təsdiq etmişlər. Onu da qeyd edimki, İddiaçı qətnamədə göründüyü kimi, həmin hallarla bağlı izahat verməkdən imtina etmişdir. Göründüyü kimi, İddiaçı məktəbin işçisi Nümayəndə qarşı səsləndirdiyi fikirlər və etdiyi hərəkət toplantıda iştirak edən şəxslər tərəfindən birmənalı olaraq təhqiredici hərəkət kimi qəbul edilmiş və bununla da Nümayəndə şərəf və ləyaqəti alçaldılmışdır. Lakin məhkəmə yanlış olaraq, həmin ifadə və hərəkətin təhqiredici olmadığı qənaətinə gəlmişdir. Hesab etmişdir ki, məhkəmənin bu mövqeyi əsassızdır və həqiqətə uyğun deyil. Digər tərəfdən, Nizami Rayon Məhkəməsi tərəfindən iddiaçının ifadə və hərəkətlərinin təhqir olub-olmaması ilə bağlı yanlış mövqeyə gəlindiyindən hesab edir ki, hüquqi əsaslandırma da düzgün aparılmamışdır. Belə ki, İddiaçı məktəbin digər işçisi Nümayəndə qarşı təhqiredici ifadələrə və hərəkətə yol verdiyi öz təsdiqini t apdığından, sözügedən əməllərə görə AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və“e” bəndlərinə əsasən, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq. Qeyd olunan pozuntular xx.xx.2024-cü il tarixli 72 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə də göstərilmişdir. Sözügedən Əmrdə qeyd olunan digər əsaslara görə də AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı işdən azad edilmişdir. Nizami rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o vaxt yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Lakin Məhkəmə tərəfindən sözügedən hüquq pozuntusunun yaratdığı nəticələr nəzərə alınmamışdır. Belə ki, İddiaçı sözügedən ifadələri və qeyri-etik hərəkəti məktəb direktorun iş otağında direktorun və işçilərin, xüsusən xanım işçilərin yanında edilməsi, bütün kollektivin nizam-intizamına, kollektiv üzvləri arasında münasibətə ciddi təsir etmişdir. Belə ki, bu insidentdən sonra bir neçə digər işçilər arasında da gərgin münasibətlər üzə çıxaraq qeyri-etik davranışlara yol verilmiş və bütün bunların nəticəsində kollektivin sabitliyi, ümumiliyi pozulmuşdur. İddiaçının qeyri-etik davranışı işçilərə və məktəb direktoruna qarşı hörmətsizlik kimi qiymətləndirilərək, onların mənafeyinə kobud zərbə vurmuş, nəticə etibarı ilə məktəbdə olan nizam-intizam, işçilər arasında hörmək və qarşılıqlı etik münasibət pozulmuşdur. Göründüyü kimi, iddiaçının yol verdiyi təhqiramiz ifadələr və hərəkətlər kollektivin nizam-intizamının pozulması ilə nəticələnmişdir. Odur ki, hesab edir ki, direktor tərəfindən iddiaçıya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi əsaslı olaraq tətbiq edilmiş və müvafiq Əmr verilmişdir. Lakin Nizami rayon Məhkəməsi tərəfindən həmin nəticə lər nəzərə alınmamışdır. Odur ki, məhkəmə yanlış qənaətə gələrək 70-cimaddənin “ç” bəndinin tətbiqinin əsassız olduğunu qeyd etmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi düzgün deyil və təmin edilə bilməz. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməsi işin mübahisələndirilməyən halıdır və işdə olan davamiyyət cədvəli ilə öz təsdiqini tapır. Lakin naməlum səbəbdən heç bir icazə alınmadan və ya məlumat vermədən İddiaçı iş yerini tərk edib çıxıb getmiş və gün ərzində işdə olmamışdır. Bununla da iddiaçı tərəfindən AR Əmək Məcəlləsinin 72-cimaddəsinin“a” bəndi kobud şəkildə pozulmuşdur. Məsələ burasındadır ki, məhkəmədə şahid qismində ifadə verən Şahid3 ifadəsində bildirmişdir ki, məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə məktub xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, iclas i sə xx.xx.2024-cü il saat 11:00-a təyin edilmişdir və iclasın vaxtı haqqında iddiaçıya xx.xx.2024-cü il tarixdə şifahi şəkildə məlumat verilmişdir. İddiaçı məktəbdə olduğu üçün ona daha əvvəldən məlumat verilməsinə ehtiyac görülməmişdir. İş materiallarında olan Aktla müəyyən edilmişdir ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası haqqında 09:20-də məlumat verilmiş, İddiaçı isə saat 09:25-dəiş yerini tərk etmişdir. Qeyd edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən, X9 tərəfindən təqdimatın daxil olduğu vaxtdan ən geci 10 gün müddətində özünün əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Burda hər hansı müddətlə bağlı pozuntuya yol verilməmiş, qərar işəgötürənə vaxtında təqdim edilmişdir. Qüvvədə olan qanunvericilikdə, işçinin neçə gün əvvəlcədən iclas barədə məlumatlandırı lmasına dair tələb öz əksini tapmır. İddiaçı özü bu barədə iddia ərizəsində qeyd edərək, iclas barədə məlumatlı olduğunu etiraf etmiş, həmçinin iş materiallarında olan iddiaçının məlumatlandırılmasına dair Aktlar da bunu sübut etmişdir. Məhkəmə həmin Aktları (məktəbin tədris işləri üzrə direktor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan tərəfindən tərtibedilmiş Aktları) birtərəfli hesab etsə də, həmin aktların əsassızlığını təsdiq edən heç bir fakt, sübut təqdim edilməmişdir. Əksinə iddiaçının özü işdən getdiyini qeyd etməklə, pozuntuya yol verdiyini təsdiq etmişdir. Lakin məsələ burasındadır ki, X2 iclası 11:00-a təyin edildiyi ndən iclasın gündəliyinə 09:25-də iddiaçının yol verdiyi yeni pozuntunu (işdən icazəsiz çıxıb getmək və qayıtmamaq) salmaq mümkün olmamışdır. Ona görə də X9 tərəfindən sözügedən pozuntu müzakirə edilməmiş, heç bir münasibət bildirilməmişdir. İddiaçının yol verdiyi pozuntu yalnız yuxarıda qeyd olunan şəxslər tərəfindən imzalamaqla aktlaşdırılmış və öz təsdiqini tapmışdır. Buna görə də X4 xx.xx.2024-cü il tarixli protokoluna iddiaçının yol verdiyi yeni pozuntu salınmamış, yalnız işdən çıxarılma barədə Əmrdə bu pozuntuya istinad edilmişdir. Odur ki, hesab edir ki, Məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə Əmrlə X4 yekun aktında fərqli mövzuların müzakirə edilməsi qənaətinə gəlinməsi tamamilə yanlışdır. Bundan əlavə qeyd edir ki, İddiaçı barəsində əmək müqaviləsinə xitam veri lməsi barədə Əmrin qəbul edilməsi səbəblərindən biri də, xx.xx.2024-cü il tarixdə ona verilmiş “Şiddətli töhmət”dən onun nəticə çıxarmayıb 6 ay ərzində yenidən pozuntulara yol verməsi olmuşdur. Kollegiyanın diqqətinə çatdırır ki, iddiaçı barəsində “Şiddətli töhmət” verilməsinə səbəb, 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı iddiaçının öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmazlıqların aşkar olunması və dövlətə vurulan zərərin miqdarının 41.382,49 manat təşkil etməsi olmuşdur. İddiaçı barəsində iş üzrə araşdırılma aparılmış və bu araşdırma zamanı iddiaçı öz təqsirini etiraf etmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(0 07)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 14-cü səhifəsində birinci abzasda qeyd olunmuşdur ki, “Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ona elan olunmuş AR CM-nin 313-cümaddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2012-ci ildən....”. Həmin Qərarın 14-cü səhifəsində 2-ci abzasda həmçinin qeyd edilmişdir ki, “15 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında təqsirləndiirlən şəxs İddiaçı məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bildiyini bildirərək barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsini xahiş etmişdir”. Göründüyü k imi, iddiaçı öz təqsirini etiraf etmiş və təqsirli olduğunu bildirmişdir. Bununla belə, daha sonra itmiş nərdivan yenisi ilə əvəz edildiyindən və TV plazma televizor tapıldığından və müddət ötürüldüyündən iddiaçı barəsində cinayət işinə xitam verilmişdir. Lakin hər bir halda iddiaçının təqsirli olması öz təsdiqini tapmışdır. Belə ki, Nizami rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli 1(007)-438/2024 saylı qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı AR CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı barəsində bəraətverici hökm deyil, yalnız müddətin keçməsi səbəbindən qərar qəbul edilmişdir. Lakin bu hal İddiaçı təqsirini təkzib etmir. Nizami rayon Məhkəməsinin araşdırması ilə iddiaçının təqsirli olması Qərarda müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçı barəsində əsaslı olaraq xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” verilmişdir. Belə olan halda, məhkəmənin şiddətli töhmət barədə mövqeyi ilə razı deyilik. Hesab edir ki, iddiaçının təqsiri hər bir halda mövcud olduğundan şiddətli töhmət əsaslı olaraq verilmişdir.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2921/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təm in edilməmişdir.

45. Kollegiya qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsi onun barəsində şiddətli töhmətin olmasına baxmayaraq intizam tənbehinin verilməsindən 6 ay ərzində əmək intizamını pozması olmuşdur. Nəticədə işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏM-nin 70." ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşə baxan məhkəmə isə formal əsaslardan yanaşaraq əmri ləğv etmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri kimi həmçinin, onun xx.xx.2024-cü il tarixli “Şiddə tli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzrsüz səbəbdən iş yerini tərk etməsi olmuşdur. Lakin cavabdeh həmin əsasla iddiaçını işdən azad etməsi üçün qanunvericiliklə müəyyən edilən tələblərə əməl etməmiş, iddiaçının iş yerini tərk etməsi səbəbi ilə bağlı ondan izahat tələb etməmiş, həmin halla bağlı X4 qabaqcadan razılığı alınmamışdır. Göründüyü kimi əmrin qəbul edilməsi əsasları ilə Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə təqdim edilmiş məsələlər fərqli olmaqla, əmrdə komitənin müzakirəsinə təqdim edilməmiş əsaslar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirlən əmr qanunamüvafiq qaydada tərtib edilməmişdir. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşmamışdır. Çünki işdə eyni nömrəli və tarixli əm r əmrdən çıxarış vardır.

46. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası iddiaçının xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq 05 mart 2024-cü il tarixdə direktorun iş otağında bayram tədbiri ilə əlaqədar kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etməsi, Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətməsi olmuşdur.

47. Kollegiya qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 72 saylı əmrdən çıxarışın mətninə İddiaçı rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etməsinin də daxil edilməsi, əmrin verilməsinə əs as olan halların məhz iddiaçının xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq 05 mart 2024-cü il tarixdə etik davranış qaydalarını pozması ilə bağlı olması ilə əlaqədar işin faktiki hallarını dəyişmir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsinə əsas olan hal – Əmək məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı iş materialları ilə öz təsdiqini tapmış, iddiaçıya xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət” növündə intizam tənbehi verilməsinə baxmayaraq o, 05 mart 2024-cü il tarixdə məktəbin işçisi Nümayəndə təhqir edərək, həmçinin nalayiq və qeyri et ik ifadələr işlədərək Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini pozmuşdur və qeyd edilən hallar iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokollar, izahatlar, töhmət əmri, həmkarlar ittifaqının rəy və qərarı, şahid ifadələri ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlər və etdiyi əl-qol hərəkətləri məktəbin işçisi olan Nümayəndə təhqir edilməsi kimi qiymətləndirilə bilməz.

48. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər həmin ifadələrin təhqiramiz, qeyri-etik söyüşlərdən ibarət olduğunu təsdiq etmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, məhkəmənin şahidlərin iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə edə bilməmələrinə istinad edərək belə qənaətə gəlməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “Şiddətli töhmət” verilməsi barədə əmrin verilməsinə səbəb “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC- nin nümayədəsi X14 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almasına, məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilməsinə baxmayaraq, yoxlama zamanı nərdivan və televizorun mövcud olmadığı aşkar olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iş materialları və şahid ifadələri ilə həmin televizorun yararsız olub-olmaması, onun model i, diaqonalı və s. keyfiyyətləri barədə dəqiq məlumat verilməmiş, şahidlərin əksəriyyəti ümumiyyətlə qeyd edilən televizoru şəxsən görmədiklərini bildirmişlər və bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir.

49. Kollegiya bununla bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri xitam olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək Haqqında iltizam” qətimkan tədbiri xitam olunması, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X19 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təsərrüfat işləri üzrə sabiq direktor müavini İddiaçı tərəfindən tərtib edilərək məktəbin sabiq direktoru X18 tərəfindən təsdiq edilmiş 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının “İş axtının uçotu tabel”ləri, həmçinin texnik i işçilərin 2020, 2021 və 2022-ci illər üzrə işə davamiyyət kitabları cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.

50. Kollegiya xüsusi olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçıya ““Şiddətli Töhmət” növündə intizam tənbeh verilməsinə əsas olmuş hallar müzakirə predmeti deyil. Çünki iddiaçı barəsində verilmiş şiddətli töhmət əmrini mübahisələndirməmişdir.

51. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəməyə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatlı olması barədə rəsmi sübut təqdim edilməməsi barədə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində də təsdiq etmişdir ki, xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Şahid3 onu yanına çağıraraq “xx.xx.2024-cü il tarixdə sənin işdən azad edi lməyin barədə iclas keçiriləcəyi barədə məlumatlandırmışdır.

52. Kollegiya qeyd etmişdir ki, iddiaçının Ərəstun Həsənovun bu barədə ona əvvəlcədən barəsində tərtib edilmiş əmri də göstərməsi ilə bağlı dəlili hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır.

53. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, həmkarlar ittifaqının iclası barədə iddiaçıya məlumat verilmiş, X9ndan qabaqcadan razılığ alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Buna görə də əmrin ləğvi üzrə iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Bu kontekstə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

54. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndi, 11-ci maddəsinin 1-ci hissə, 11-ci maddəsinin 2-ci hissə, 70-ci maddənin “ç” bəndi, 72 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayə tinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

55. İddiaçı (vəkil – Vəkil2) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi, 72-ci və MPM-in 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli 72 saylı əmrdə qeyd edilmişdir ki, guya iddiaçı xx.xx.2024-cü il tarixdə aldığı şiddətli töhmətdən nəticə çıxarmayaraq üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Belə olan halda məhkəmənin xx.xx.2024-cü il tarixli əmrində qanuniliyinin yoxlama vəzifəsi yaranır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi bunu etməmişdir. Qeyd edilmişdir ki, Ali Məhkəmənin bir çox qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, 6 ay ərzində təkrar intizam tənbehi tətbiq olunduğu hallarda mübahisələndirilməsindən aslı olmayaraq əvvəlki əmirlərində qanuniliyi yoxlanılır. (misal üçün: 2- (102)-725/2022 saylı qərar) Xüsusi ilə qeyd edək ki, xx.xx.2024-cü il tarixli əmr özü-özlüyündə qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin əmr mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinin nəticəsi məlum olmadan verilmişdir. Həmin məsələ Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində hüquqi qiymətə layiq görülməmişdir. İddiaçının iş vaxtı ərzində inzibati xəta və ya cinayət əməli törətməsi səlahiyyətli orqanın qərarı ilə təsdiq olunmamışdır. Eləcə də işdən yayınma bütün iş gününü əhatə etməmi şdir. Kobud vəzifə pozuntusundan söhbət gedə bilməz. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini əsaslandırılmış hesab etmək olmaz. Sadəcə olaraq "məhkəmə belə hesab edir" ifadəsi ilə qətnaməni əsaslandırma prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir. Birinci instansiya məhkəməsinin ardıcıl və kəsərli arqumentlərini bir abzasla diskreditə etmək cəhdləri uğurlu hesab edilə bilməz. Bunun əksinə MPM-nin 385.2-ci maddəsinin tələbləri mahiyyəti üzrə düzgün olan qətnaməni ləğv etməməyə göstəriş verir. b) Kassasiya şikayətinə qarşı etiraz

57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

58. Maddə 2.Bənd İİİ. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qan unun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır;

59. Maddə 11.Hissə İ. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

60. Maddə 11.Hissə İİ. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolver ilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

61. Maddə 68.Hissə İ. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

62. Maddə 68.Hissə İİ. a) bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

63. Maddə 70.Bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

64. Maddə 71.Hissə İİ. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

65. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

66. Maddə 71.Hissə İİİ. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər ha nsı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

67. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

68. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: 69. töhmət vermək; 70. sonuncu xəbərdarlıqla şidd ətli töhmət vermək; 71. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; 72. əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

73. Maddə 186.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

87. İşin ha llarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

89. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğv edilməsi üçün əsas təşkil etmir.

91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2921/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar