Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2910/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 içəzurəm) hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti) qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və əmək haqqının gecikdirilməsinə gö rə hər gün üçün 1% hesablamaqla zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1277/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsində işləmişdir. 2. 01 iyul 2024-cü il tarixli 003/X/2024 nömrəli əmrə əsasən Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən 01 iyul 2024-cü il tarixdən xitam verilmiş, işçinin 03 sentyabr 2019-cu il tarixindən 01 iyul 2024-cü il tarixinə qədər istifadə edilməmiş 145 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin işdən azad olunmağı barədə 01 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsai tinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. 26 iyun 2024-cü il tarixində (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Fuad Seyfullayev onu və MMC-də ambardar işləyən X2 cağıraraq, hazırkı MMC-nin digər təsisçi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlarını bildirmişdir. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onlar 27 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixinə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını, onların 01 iyul 2024-cü il tarixdən yeni açılacaq "xxxx " Şirkətinə işə götürəcəklərini vəd etmişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün 01 iyul 2024-cü il tarixdən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMC-nin Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar 28 iyun 2024-cü il tarixdə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Fuad Seyfullayevin özünə göndərmişlər. X16 məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, mə ktubun alınmasından imtina edilmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq, işdən çıxarılmağının Əmək qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Həmin müraciət F.Seyfullayev tərəfindən qəbul edilmişdir. İddiaçı 01 iyul 2024- cü il tarixdə F.Seyfullayevin əmri ilə işdən azad edilmişdir. Həmin əmr və əmək kitabçası bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir. İşdən çıxarılmağı qanunsuz hesab edir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaya cavabdehin yazılı etirazı belə əsasland ırmışdır ki, İddiaçı tərəfindən iddia edilən hallar tam əsassızdır, belə ki, iddiaçının verdiyi ərizəyə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilat iddiaçının ərizəsinə əsasən qanuni olaraq, onun işdən azad olunması barədə əmr vermişdir. Eyni zamanda iddiaçı hüquqşunas işlədiyi müddətdə işini layiqincə yerinə yetirməmişdir. İddiaçı cavabdehin nümayəndəsi olmasına baxmayaraq, şirkətin adından verilmiş məhkəmə müraciətləri üzrə proseslərdə iştirak etməmişdir. Cavabdeh MMC öz fəaliyyətinə xitam verdiyi üçün həmin şirkətdə fəaliyyət göstərən işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinə uyğun olaraq xitam verilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(008)6227/2024 nömrəl i qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMCnin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2024-cü il tarixdən xitam verilməsi barədə 003/X/2024 nömrəli Əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə bərpa edilməsi, İddiaçı 01 iyul 2024-cü il tarixindən məhkəmə qətnaməsi qəbul olunan günə kimi məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və hüquqi xidmət göstərilməsi üçün 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ruslan Mirzəliyev).
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında, şirkətin işçisi olan Niyaməddin Sadıqov və İddiaçı Cavabdeh MMC-n in direktoru Fuad Seyfullayev tərəfindən yanlış məlumat verilərək işdən çıxarıldıqlarını, bununla bağlı 26 iyun 2024-cü il tarixində qardaşı İddiaçı ona zəng vuraraq məlumat verdiyini, qardaşına təsisçilər arasında ayrılma ilə bağlı heç bir razılaşmanın olmadığını işdən çıxarılmaları ilə bağlı vermiş olduqları ərizənin etibarsız hesab edilməsini dediyini bildirmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 26 iyun 2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Fuad Seyfullayev tərəfindən aldadılaraq, başqa işə kecirilməsi ilə bağlı işdən çıxması barədə ərizə verməsi və 26 iyun 2024-cü il tarixli ərizədə onun 01 iyul 2024-cü il tarixdən öz ərizəsi əsasında işdən azad olunması xahiş olunmuşdur. Lakin 1 (bir) gün sonra aldadıldığını başa düşən iddiaçı 27 iyun 2024-cü il tarixli işd ən çıxma barədə 26 iyun 2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etmiş, ərizəsinə cavab verilmədiyindən 28 iyun 2024-cü il tarixdə kollektiv şəkildə ərizə ilə şirkətin direktoru X12 xüsusi sürətli poçt vasitəsi ilə göndərilmiş və onun tərəfindən qəbul edilməsi ilə bağlı iş materiallarında qəbz mövcuddur.
9. Bununla bağlı məhkəmə daha sonra qeyd etmişdir ki, işçi İddiaçı 27 iyun 2024 və 28 iyun 2024-cü il tarixlərində onun 01 iyul 2024-cü il tarixindən işdən azad edilməsi barədə vermiş olduğu ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsə də, işin araşdırılan hallarından məlum olur ki, qərəzli şəkildə ərizənin qəbul edilməsi yubadılaraq, yalnız 01 iyul 2024-cü il tarixdə işdən çıx arılma barədə əmr imzalandıqdan sonra ərizənin qəbul edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olma barədə ərizə verilməsi bu işçinin iradə ifadəsidir və İddiaçı aldadıldığını bildiyi vaxtdan ərizədə işdən azad olunması barədə 01 iyul 2024-cü il olmadan 27 iyul 2024-cü il tarixində vermiş olduğu ərizəsini etibarsız hesab edilməsi barədə ikinci bir ərizə vermişdir. İddiaya qarşı verilmiş etirazda İddiaçı əmək müqaviləsinə Əmək Məcəllə sinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verildiyi qeyd olunmuşdur. İddiaçı Cavabdeh MMC-də hər hansı intizam məsuliyyətinə cəlb edilməsi, bu barədə onun izahatının alınması və iş yerində hansısa kobud pozuntu etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, İddiaçı müdiriyyətin verdiyi əmrə görə öz ərizəsinə əsasən işdən azad olunduğu üçün məhkəmə nümayəndənin etirazını mübahisənin predmetinə uyğun hesab etməməklə əsassız hesab edir.
11. Məhkəmə həmçinin bildirmişdir ki, iddianın qismən təmin olunması ilə bağlı yəni əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərər ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər ta m məbləğdə işdən çıxdığı gün verilir. İş materiallarından göründüyü kimi iddiaçıya son haqq-hesab və ödənilməmiş 145 günlük məzuniyyət pulu hesablanaraq verilmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddia bu hissədə əsassız olduğundan təmin olunmamalıdır.
12. Məhkəmə son olaraq bildirmişdir ki, cavabdeh idarə tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, işçi İddiaçı işdən çıxmağa dair ərizəsini etibarsız hesab etməsi barədə ərizə versə də, bunu nəzərə almamış, işçinin razılığı olmadan onu ərizəsinə əsasən işdən azad etmişdir. Ona görə də, iddia işə bərpa olunmağa dair hissədə təmin edilməli, əmək haqqının yubadılmasına görə 1% ödənc tələbi təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 54, 68.2 “a” bəndi, 69.4, 69.7, 70 “ç” bəndi, 172 və 300-cü və Mülki Prosessual Məcəllənin 9, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandıraraq, qeyd etmişdir ki, iddiaçı iddia tələbini irəli sürməsinə baxmayaraq, sübut olaraq qeyd etdiyi əmək müqaviləsi üzrə iş təcrübəsi və hüquqşunas olmasına dair ali təhsil haqqında diplomunu əlavə etməmişdir. İddiaçının iş təcrübəsinin olmaması səbəbindən cavabdeh başqa vəkil bürosunun vəkilləri ilə əlavə məhkəmələrdə hüquqlarının müdafiəsi üçün hüquqi yardım müqaviləsi ba ğlamışdır, qeyd olunanlara dair mötəbər sübutlar vardır. Eyni zamanda, iddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, işdən çıxma barədə verilmiş ərizənin etibarsız hesab edilməsi barədə ərizə “Azəri Express” vasitəsilə ilk dəfə Cavabdeh MMC-nin hüquqi ünvanına göndərilməmişdir, ikinci dəfə isə "xxxx" vasitəsilə xx.xx.2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. İlk dəfə verilmiş ərizənin etibarsız hesab edilməsinə dair ərizə AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada elektron informasiya sistemi vasitəsilə də MMC-nin ünvanına daxil edilməmiş və buna görə də vaxtında MMC-yə daxil olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. İddiaçı məhkəməyə bildirmişdir ki, guya cavabdeh MMC onu yeni iş yerinə götürəcəyi vədi ilə işdən çıxarılmasına dair ərizə yazdırmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə bu halı sübut edən heç bir sənəd təqdim olunmamışdır. İddiaçının bildirdiyinə əsasən ərizələrinin etibarsız hesab edilməsi barədə ərizəni Lamiyə adlı xanıma təqdim etmişdir. Lamiyə adlı şəxsin şirkətdə hansı məsul vəzifədə olması, iş statusu, ümumiyyətlə MMC-də səlahiyyətli şəxs olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış və bu hala münasibət bildirilməyib. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin etibarsız hesab edilməsinə dair ərizələrin iki ədəd qəbzi var. İlk qəbz xx.xx.2024-cü il tarixə aid olsa da, işəgötürən MMCnin hüquqi ünvanına göndərilməmiş və buna görə də MMC tərəfindən ərizə nəzərə alına bilməmişdir. İkinci qəbz isə əmək müqaviləsinə qanuna müvafiq qaydada xitam verildikdən sonra xx.xx.2024-c ü il tarixdə MMC-yə daxil olmuşdur. Buna görə də ərizə vaxtında təqdim olunmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş qəbzlərin hansı ünvana təqdim edilməsini araşdırmamışdır. Cavabdeh tərəfindən məhkəmə iclasında X11, X5 şahid qismində iştiraklarının təmin edilməsi ilə bağlı vəsatət verilmiş, lakin həmin vəsatət əsassız olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə iclasında yalnız şahid qismində iddiaçının qardaşı X13 dindirilmişdir. Lakin onun verdiyi ifadənin zəruriliyinin nədən ibarət olması, mübahisə ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bütün bu hallara uyğun olaraq, məhkəmənin heç bir mötəbər sübuta əsaslanmadan iddia tələbinin qismən təmin etməsi qanunsuz və əsassızdır və ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1277/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6227/2024 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin çıxarılaraq, iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir (X1 (sədrlik edən və məruzəçi), X3 və X9 ibarət tərkibdə).
17. Hüquqi mövqeyinin əsaslandırılması baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, bu münasi bətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə qətnamənin mübahisələndirilən hissəsində iddianı təmin etməkdə səhvə yol vermişdir.
18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin tə şəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ərizəni aldadılma nəticəsində (yeni açılmış şirkətə işə qəbul etmək vədi ilə) yazdığını, bunu bilən kimi, xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyini, lakin ərizənin qərəzli şəkildə qəbul edilmədiyini, bu səbəbdən “whatsapp” sosial şəbəkə vasitəsi ilə cəmiyyətin digər əməkdaşlarına da müraciət etdiyini, lakin bunun da nəticəsinin olmadığını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə yenidən müraciət etdiyini, lakin bu dəfə ərizənin onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra qəbul edildiyini bildirir və əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının tu tulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının aldadılmadığını, cəmiyyətin iki təsisçisindən birinin iddiaçının qardaşı olduğunu və şirkətin bölünməsi barədə razılıq əldə edildiyindən qardaşının və bu məsələlərə aidiyyəti olan dayısının tapşırığı ilə iddiaçının işdən çıxma barədə ərizə yazdığını, lakin sonradan təsisçilər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə yarandığından iddiaçının bu məsələlərə nəzarət etmək üçün həmin şəxslərdən işə qayıtmaq tapşırığı aldığını və bununla bağlı xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etdiyini, lakin həmin vaxt artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, iddiaçının bu tarixdən əvvəl qeyd edilən məsələ ilə bağlı müraciət etmədiyini, idd iaçının cavabdeh tərəfindən iş yerinə buraxılmadığını bildirsə də, həqiqətdə iddiaçının 29 iyun tarixində dayısı ilə birlikdə iş yerində olduğunu, cəmiyyətin əmlakının bölünməsi ilə bağlı söhbətdə iştirak etdiyini və yaranmış mübahisənin nəticəsi olaraq cavabdehə məxsus prosessoru icazəsiz götürərək, özü ilə apardığını və sonradan qaytardığını, lakin həmin vaxt onun işə qaytarılması ilə bağlı hər hansı söhbətin olmadığını, iddiaçının əsas məqsədinin işə qayıtmaq deyil, əmlak bölgüsü ilə bağlı məsələyə nəzarət etməkdən ibarət olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.
19. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd etmişdir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək mü qaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.
20. Kollegiya daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, xx.xx.2024cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki ki, hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olma sı belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni t əmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir.
21. Kollegiya bildirmişdir ki, nəzərə alınmalıdır ki, cavabdeh cəmiyyətin iki təsisçisi var və bu təsisçilərdən biri iddiaçının doğma qardaşıdır. Bu baxımdan yeni şirkətə işə qəbul edilməsi məsələsi olsa idi, iddiaçı bunu bilməsə də, onun qardaşının bu barədə məlumatı olmaya bilməzdi və belə olan halda, iddiaçı bu məlumatın həqiqiliyini qardaşından dəqiqləşdirə bilərdi. Lakin iddiaçı ərizəni yazdıqdan 4 saat sonra bu barədə qardaşına məlumat verdiyini və qardaşı tərəfindən həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə yazmaq tapşırığını aldığını vurğulayır. Halbuki, iddiaçının qardaşının xəbəri olmadan belə bir ərizə yazması və y alnız 4 saatdan sonra bu barədə ona məlumat verməsi inandırıcı deyil. Digər tərəfdən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işə qayıtmaq istəyi cavabdeh cəmiyyətin təsisçiləri arasında əmlak bölgüsü ilə bağlı yaranmış mübahisə olmuşdur. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçının aldadılma nəticəsində işdən çıxma barədə ərizə yazması öz təsdiqini tapmır.
22. İddiaçının xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, edilməlidir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyindən bu ərizənin surətinin xx.xx.2024-cü il tarixdə “whatsapp” sosial şəbəkə vasitəsi ilə Hilalə adlı əməkdaşa da göndərdiyini bildirir və bu halın sübutu olaraq, məhkəməyə həmin yazışmadan çıxarış təqdim edir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə belə bir əməkdaşlarının olmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşlarının olması müəyyən edilmir, ərizənin “whatsapp” sosial şəbəkə vasitəsi ilə göndərilmə tarixi də aydın deyil (i.v. 87-də olan yazışma mətnlə başlayır və onun i.v.86-nın davam olması açıq və aşkar deyil). xx.xx.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “AzeriExpress”in qaiməsinə əsasən isə cavabdehin direktoru X4 bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etm əmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir. Cavabdeh isə belə bir ərizənin xx.xx.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır.
23. Bununla bağlı kollegiya daha sonra vurğulamışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizəni surətli poçt vasitəsi ilə göndərilməsinin səbəbini işdən çıxma barədə ərizə yazdıqdan sonra iş yerinə buraxılmaması ilə əsaslandırır və bunun kamera görüntüləri ilə müəyyən edilməsinin mümkün olduğunu qeyd edərək, xx.xx.2025-ci il tarixdə baş tutmuş məhkəmə iclasında hətta öz mövqeyinin təsdiqi olaraq “işə buraxılsa idi, ərizəni stolun üstünə qoyardı, göstərsinlər ki, işə buraxıbdır” cümlələrindən istifadə edir (həmin prosesdə iddiaçı və onun vəkili iştirak etmişdir). Lakin növbəti, yəni xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə (iddiaçı özü də bunu etiraf edir) dayısı ilə birlikdə cəmiyyətin yerləşdiyi yerə (yəni, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında buraxılmadığını bildirdiyi yerə) getdiyini bildirir. Qeyd edilənlər öz növbəsində cəmiyyətə buraxılmaması ilə bağlı iddiaçının mövqeyinin əsassız olduğunu təsdiq edir. Eyni zamanda, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə yazdıqdan sonra cəmiyyət tərəfindən gətirilən mallar, onların alış və satış qiyməti, habelə bu kimi m əlumatların saxlanıldığı “1S” proqramına giriş imkanlarını itirdiyini (halbuki, xx.xx.2024-cü il tarixdə işdə sayılırdı) və cəmiyyətə dayısı ilə birlikdə məhz həmin proqrama girişin əldə edilməsi məqsədi ilə getdiklərini, orada olan zaman dayısı ilə digər təsisçi (qanuni təmsilçi) arasında cəmiyyətə aid malların bölünməsi ilə bağlı məsələdə mübahisə yarandığını və nəticədə qeyd edilən proqram təminatının saxlanıldığı prosessoru götürərək, cəmiyyətin ofisini tərk etdiyini, sonradan proqramı köçürərək, prosessoru qaytardığını bildirir. Bununla belə, ərizə yazılan tarixdən onuna bağlanmış əmək müqaviləsinə xitam verilən tarixədək iddiaçı nəinki sərbəst şəkildə cəmiyyətin ofisinə daxil olmaq, hətta ofisdən icazəsiz, faktiki olaraq özbaşına qaydada cəmiyyətə məxsus əmlakı da ofisdən c ̧ıxarmaq imkanına malik olmuşdur. Belə olan halda, prosessoru aparmaqdan daha asan görünən və qanunla nəzərdə tutulmuş ərizənin təqdim edilməsi üçün iddiaçının geniş imkanlarının olduğu ümumiyyətlə müzakirə predmeti ola bilməz. Digər tərəfdən, iddiaçının öz bildirdiklərinə əsasən onun xx.xx.2024-cü il tarixdə ofisə getməsi ərizənin verilməsi, habelə işə bərpa olunması məsələsinin müzakirə edilməsi ilə bağlı olmamışdır (bu məqsədi daşımamışdır). Qeyd edilənlər öz növbəsində xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə verildikdən sonra bu ərizənin etibarsız hesab edilməsi barədə xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən hər hansı ərizənin verilmədiyini təsdiq edir.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı xx.xx.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iş yerinə maneəsiz getmək (33-34-cü bənddə öz təsdiqini tapır) imkanına malik olan iddiaçının 29 iyun tarixində iş yerinə yalnız proqram təminatını götürmək məqsədi ilə getməsi və 27 iyun – 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, xx.xx.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir.
25. Bununla bağlı kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25də tə qdim edilmişdir. Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixdə, saat 11:08-də, yəni iddiaçının ərizəsi cavabdehə daxil olan saatda artıq xitam verilmişdir. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə, saat 11:08-də Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə n əticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilməsinin mümkün olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə bir halları təsdiq edən hər hansı aktı mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 003/x/2024 saylı əmrin qanuni və əsaslı olmasını təsdiq edir və hazırkı iddianı bu əmrin ləğv edilməsi ilə bağlı hissədə rədd edilməsini şərtləndirir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz.
26. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 69.4-cu maddəsinə istinadən onu da vurğulamışdır ki, bu maddə iddiaçıya cavabdehlə əmək münasibətlərini, o cümlədən ərizə yaz ılanadək yerinə yetirdiyi əmək funksiyalarını yerinə yetirməkdə davam etmək imkanının təminatı qismində çıxış edir. Lakin iddiaçının işə bərpa olunmaqda əsas məqsədi öz əmək funksiyalarını yerinə yetirmək deyil, həmin cəmiyyətin təsisçisi olan qardaşının təsisçilikdən irəli gələn əmlak maraqlarını müdafiə etmək, o cümlədən cəmiyyətə daxil olan, habelə cəmiyyətin anbarında olan mallara nəzarət etməkdir. Belə ki, xx.xx.2024-cü il tarixdə dayısı ilə birlikdə cavabdehin ofisində olan zaman cəmiyyətin əmlakının bölünməsi ilə bağlı aralarında razılıq əldə edilsə idi, həmin cəmiyyətə işə qayıtmağa hər hansı zərurətin qalmayacağını iddiaçı özü də etiraf edir (bu barədə fikir bildirir).
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69 və 300-cü; Mülki Pr osessual Məcəllənin 14.2, 77.1, 119.1, 217, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2(103)-1277/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsi pozulmuşdur. Belə ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, i şəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu tələblər kobud şəkildə pozulub.
30. Əmək Məcəlləsinin 16-cı maddəsi pozulmuşdur. Əmək münasibətlərində əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilmə si, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh bu normanın tələblərini pozmuşdur. Məhkəmə buna qiymət verməmişdir.
31. MPM-nin 77.1-ci, 217.3, 14.2, 9-cu maddələri pozulmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdeh tərəfin dəlillərini qəbul edərək, onların iddiaçının dediklərinə əsaslı-əsassız sübut yoxdur nəticəsinə gəldiyi halda, digər tərəfin – iddiaçının “dayısı deyib ərizəni yazıb” və s bu kimi dəlillərinə qiymət vermir və eyni ilə bunun sübut olunmadığını göstərmir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Buna əməl edilməyib. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Məhkəmə b una tam əməl etməyib, araşdırmanı və sübutların təhlilini yönlü şəkildə aparıb. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Apellyasiya instansiyası bu normaların tələblərini pozub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
33. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılar dır: a) tərəflərdən birinin təşəbbüsü;
34. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
35. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstər məyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.
42. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual nor malara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı öz iradə ifadəsi ilə işəgötürənə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin onun iradə ifadəsinə uyğun olmadan verildiyinə dair dəlillər mötəbər sübutlarla təsdiq edilməmiş, o cümlədən həmin ərizənin etibarsız hesab edilməsi ilə bağlı işçinin ərizənin işəgötürənə yalnız işdən azad edilməsi barədə əmr verildikdən sonra təqdim edildiyi müəyyən edilmiş, həmin ərizənin daha əvvəl təqdim edildiyi iddiaçı tərəfindən mötəbər sübutla təsdiq edilməmişdir.
44. Kollegiya hesab edir ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsini düzgün tətbiq etmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilm iş, kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilməmişdir.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
47. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1277/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.