Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3866/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdehnə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10) iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi), işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10) “əmrin ləğ v edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3561/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. X2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “anbardar” vəzifəsinə işə qəbul olunmuşdur. 2. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə mür aciət edərək, öz xahişi ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. MMC-nin xx.xx.2024-cü il tarixli, 004/X/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC-nin onun işdən azad olunması barədə verdiyi xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. xx.xx.2024-cü ildə (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə onu və MMC-də hüquqşünas işləyən X5 çağırıb bildirmişdir ki, hazırkı MMC-nin digər təsisçisi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlar. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onların xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını istəmiş və onları xx.xx.2024-cü ildən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini demişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün xx.xx.2024-cü ildən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMC-nin HR işləri ilə məşğul olan Hilalə xanımın işçisi Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar xx.xx.2024-cü ildə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Qanuni nümayəndə özünə göndərmişlər. Lakin Qanuni nümayəndə məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina edilmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq işdən çıxarılmağının Əmək Qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli əmri ilə o, işdən azad edilmişdir. Həmin əmr bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, təsisçi yeni şirkət açdığını, orada iddiaçını işə qəbul edəcəyini, ona görə də iddiaçıya işdən çıxma ərizəsi yazmasını söyləmişdir. İddiaçı bu halın yalan olduğunu gördükdən sonra dərhal işdən çıxma ərizəsinin geri götürülməsi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.4-cü maddəsinin pozuntusu vardır. Bundan başqa iddiaçının nümayəndəsi əmək haqqı və əmək haqqının ödənilməsi tələbinin nədən ibarət olmasını soruşulduqda, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsini, bunların qətnamə çıxanadək olan müddət üçün tələb etdiklərini bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı başqa işi keçirilməsi ilə barədə ərizə yazdığını desə də, iş materiallarında olan işdən azad olma ilə bağlı ərizə vermişdir. Poçtun qəbzində direktorun yalnız adı yazılmışdır, imzası yoxdur, bu o deməkdir ki, işdən çıxma ərizəsinin geri göt ürülməsi barədə ərizə təqdim edilməmişdir. Mail yazılsa idi, dərhal ona cavab veriləcəkdir. İşdən çıxma ərizəsi şəxsə Fuada təqdim edilmişd, işdən çıxma ərizəsinin qəbulu ilə bağlı iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. MMC-də kadrlar şöbəsi olmadığına görə ərizə qeydiyyatdan keçməyib, lakin iddiaçı ərizəni mühasibə vermiş, mühasibin isə elə bir səlahiyyəti olmamışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, iddiaçı xalaoğludur. O, əvvəl "xxxx" MMC-də hüquqşünas işləmişdir. İşdən çıxma ilə bağlı ərizə yazmış. Belə ki, "xxxx" MMC-nin 50 faiz payı qardaşının, 50 faizi isə Qanuni nümayəndədir. Fuad həcc ziyarətindən qayıtdıqdan sonra onlara bildirmişdir ki, yeni şirkət yaradır, buna görə onlar ərizə yazıb işdən çıxaraq, yeni yaranmış ş irkətdə işə qəbul olsunlar. O, ərizə yazmış, sonra ərizənin geri götürülməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin surətlərini həm MMC-yə, həm direktora, həm Ağ şəhərdə yerləşən ünvana göndərmişdir. X6 ilə birlikdə vermişdir. İşdən çıxma, həmdə ərizənin etibarsız hesab edilməsi barədə ərizəni də Lamiyə xanıma vermişdir. Heç bir ərizələrin qeydiyyatı ilə bağlı bizə sənəd ona təqdim edilməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6228/24 saylı iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia qismən təmin edilmiş, əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, iddiaçıya xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 ma nat, hüquqi xidmətin göstərilməsi üçün 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü ildə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü ildə ərizənin geri götürülməsi barədə ərizə göndərmişdir. Lakin ərizəsinin etibarsız hesab edilməsi barədə ərizənin qəbul edilməsindən qərəzli şəkildə imtina edilmiş, xx.xx.2024-cü il tarixdə işdən çıxarılma barədə əmr qəbul edilmişdir. Hazırkı işdə də cavabdeh tərəfindən 1 aylıq müddəti tamam olmadan, işçini ərizənin etibarsız sayılması barədə ərizəni qəbul etmədən əmək mü qaviləsilə ləğv edilmiş işəgötürən göstərilən müddət bitməmiş yalnız işçinin vəzifəsinə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olsun. Cavabdeh hazırkı işdə bu faktı təsdiq edən sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən əmək qanunvericiliyin pozulması faktı həmçinin X11 Xidmətinin "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar"ı ilə də təsdiq olunmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69, 172, 300-cü, Azərbaycan Respublikasının MPM-in 14.2. 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, işdən çıxma barədə verilmiş ərizənin etibarsız hesab edilməsi barədə verilmiş ərizə AzəriExpress vasitəsilə ilk dəfə cavabdeh Kerama Trade MMC-nin hüquqi ünvanına göndərilməmişdir, ikinci dəfə isə E&R Express vasitəsilə 01 iyul 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. İlk dəfə verilmiş ərizənin etibarsız hesab edilməsinə dair ərizə AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada elektron informasiya sistemi vasitəsilə də MMC-nin ünvanına daxil edilməmiş və buna görə də vaxtında MMC-yə daxil olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bu səbəbdən də 01 iyul 2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə ərizəsi üzrə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilmişdir. Xitamdan sonra ərizənin etibarsız hesab edilməsi barədə iddiaçının ikinci ərizəsi MMC-yə daxil olmuşdur. Yəni işəgötürən iddiaçı ilə əmək münasibətlərində qanunsuz hallara yol verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin etibarsız hesab edilməsinə dair ərizələrin iki ədəd qəbzi var. İlk qəbz 28 iyun 2024-cü il tarixə aid olsa da, işəgötürən MMC-nin hüquqi ünvanına göndərilməmiş və buna görə də MMC tərəfindən ərizə nəzərə alına bilməmişdir. İkinci qəbz isə əmək müqaviləsinə qanunamüvafiq qaydada xitam verildikdən sonra 01 iyul 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. Buna görə də ərizə vaxtında təqdim olunmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Habelə, iddiaçı tərəf ərizənin vaxtında təqdi m edilməsi üçün elektron informasiya vasitəsindən istifadə etməmişdir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş qəbzlərin hansı ünvana təqdim edilməsini araşdırmamışdır. İddiaçı tərəfindən onun bildirdiyinə əsasən, ərizələrinin etibarsız hesab edilməsi barədə ərizəni Lamiyə adlı xanıma təqdim etmişdir. Lamiyə adlı şəxsin Cavabdeh MMC-də hansı məsul vəzifədə olması, iş statusu, ümumiyyətlə MMC-də səlahiyyətli şəxs olub-olmaması məhkəmə tərəfindən araşdırılmayıb və bu hala münasibət bildirilməyib. Lamiyə adlı şəxs məhkəmə iclasına şahid qismində cəlb olunmamışdır. Cavabdeh tərəfindən vəsatət verərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə məhkəmə iclasında X7, X3 şahid qismində iştirakları zəruridir. Belə ki, həmin şəxslər iddiaçının irəli sürdüyü halların, ərizələrin ünvana çatdırılma masının şahidi olmuşlar. Lakin məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir, işin hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Məhkəmə iclasında yalnız şahid qismində iddiaçının qohumu X9 dindirilmişdir. Lakin onun verdiyi ifadənin zəruriliyinin nədən ibarət olması, mübahisə ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli, 2(103)-3561/2025 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Ə.Rüstəmlidən və S.R.Səlimovadan ibarət tərkibdə) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində, yəni "xxxx" MMCnin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam ver ilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının "xxxx" MMC-də anbardar vəzifəsinə işə bərpa olunması, iddiaçıya xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, eləcə də cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin olunmaması, iddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 6 9-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkün lüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.
15. Hazırkı iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır.
16. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olması belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən, iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni təmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir.
17. İddiaçının xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyini bildirir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə şirkətdə belə bir əməkdaşın çalışmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olması müəyyən edilmir. 18. xx.xx.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “AzeriExpr ess”in qaiməsində göstərilən qeydə əsasən isə cavabdehin müəssisənin Qanuni nümayəndə bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir.
19. Cavabdeh isə belə bir ərizənin xx.xx.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır.
20. İddiaçı 27 iyun – 01 iyul tarixlərində işə çıxmamasının səbəbini iş yerinə buraxılmaması ilə izah et sə də, onun bu dəlili işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı xx.xx.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iddiaçının 27 iyun – 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, xx.xx.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir.
21. İddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir (i.v.18). Lakin bu hal onunla bağlanmış əm ək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin vaxtadək artıq xitam verilmişdi. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə nəticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilmiş olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə bir halları təs diq edən hər hansı aktı mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 004/x/2024 saylı əmrin qanuni və əsaslı olmasını, iddia tələbinin isə əsassız olduğunu təsdiq edir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz.
23. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilən mediasiya və hüquqi xidmət xərcinin əvəzinin tutulması" hissəsinin isə törəmə tələb olduğunu və bu hissənin təminolunu b olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri həmin hissələrdə rədd edilməlidir.
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 300-cü, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli, 2(103)-3561/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 16, 69.4-cü və MPM-in 9, 14.2, 77.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin dəlillərini qəbul edərək, onların iddiaçının dediklərinə əsaslı-əsassız sübut yoxdur nəticəsinə gəldiyi halda, digər tərəfin – iddiaçının “dayısı deyib ərizəni yazıb” və s. bu kimi dəlillərinə qiymət verməmiş və eyni ilə bunun sübut olunmadığını göstərməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəli llərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Apellyasiya instansiyası məhkəməsi bu nomanın tələbini pozmuşdur.
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə buna tam əməl etməmiş, araşdırmanı və sübutların təhlilini yönlü şəkildə aparmış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İşdə cavabdehin vəkili qismində iştirak etmiş Vəkil4 ərizə ilə müraciət edərək, X2 tərəfindən verilmiş kassasiya şikayətinin tam əsassız olduğunu, Ali Məhkəmənin hakimi Vüsalə Baxışova tərəfindən eyni p redmet üzrə kassasiya şikayətinin təmin edilmədiyini göstərərək, Ali Məhkəmənin eyni predmet üzrə mövcud qərarı olduğu üçün həmin qərarın cari iş üzrə presedent kimi nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 68.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
30. Maddə 69. 1(hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə verə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çı xmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3(hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 31. 4(hüquq münasibəti yarandığı vaxtdakı redaksiya). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 7(hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
32. Maddə 300.
1. Ə gər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: 4
8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyini bildirir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə şirkətdə belə bir əməkdaşın çalışmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olması müəyyən edilmir.
49. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşmır. Apellyasiya məhkəməsi cavabdeh tərəfin ümumiyyətlə şirkətdə Lamiyə adlı bir əməkdaşın çalışmadığını bildirdiyini, nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olmasını n müəyyən edilmədiyini qeyd edir. Sadəcə işin həllində maraqlı olan cavabdehin bildirdikləri ilə belə qənaətə gəlinməsi işin araşdırılması və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbinə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi işin həlli üçün əhəmiyyətli olan həmin halı mümkün sübut vasitələrindən istifadə etməklə (məsələn, müvafiq orqanlar tərəfindən verilmiş cavabdehin işçisi olmuş şəxslərin siyahısı ilə və s.) dəqiqləşdirməli idi.
50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “AzeriExpress”in qaiməsində göstərilən qeydə əsasən isə cavabdeh müəssisədə Qanuni nümayəndə bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həya ta keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir. Cavabdeh isə belə bir ərizənin xx.xx.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır.
51. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə də razılaşmır. Çünki həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşının (kuryer) bununla bağlı hər hansı akt tərtib etməli olduğunun əsaslarını (yəni hansı qaydanın, normativ hüquqi ak tın tələbinə uyğun olaraq) göstərməmişdir.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir (i.v.18). Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin vaxtadək artıq xitam verilmişdi. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır.
53. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər t əqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
55. İş materiallarında işin birinci instansiya məhkəməsindəki icraat mərhələsində iddiaçının xx.xx.2024-cü il tarixdə ya zdığı ərizənin cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilənədək tərəflər arasında bağlanmış əmək müqaviləsinə artıq xitam verildiyini təsdiq edən bildiriş mövcud deyil.
56. İş apellyasiya şikayətinə əsasən apellyasiya məhkəməsinə daxil olduqdan sonra isə cavabdehin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla sübutu təqdim etməsi və apellyasiya instansiyası məhkəməsinin müvafiq vəsatəti müzakirə edərək sübutu qəbul etməsi təsdiqlənmir.
57. Yuxarıda şərh edilənlər sübutların qəbulu, o cümlədən apellyasiya instansiyası məhkəməsində sübutların qəbulu və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbinin pozulduğunu təsdiq edir.
58. Nəzərə alınmalıdır ki, məhkəm ə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
60. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətl i məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
61. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, a raşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
62. Qeyd edilənlərə görə də iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3561/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlara aradan qaldırılmaqla maddfi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3561/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.