Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3190/2025 29.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin forma və məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 iyul 2025-ci il tarixli, 2(105)-780/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin m ümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tutduğu vəzifədən azad edilməyi barədə Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmr ləğv edilməklə Cavabdeh QSC-nin Texniki Xidmət Departamentinin direkoru vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia tələbi rədd edilmişdir.
3. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qət naməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 iyul 2025-ci il tarixli, 2(105)-780/2025 nömrəli (hakimlər A.H. Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A. Mahmudov, S.A.Qafari) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
5. Qətnamədən narazı qalan İddiaçı (Vəkil1) kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-780/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 10. 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessu al hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
14. Maddə
409. Apellyasi ya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun tərtib olunmamışdır.
16. Belə ki, İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 418.1, 418.2, 418.3-cü maddələrinin məzmunu qeyd edilmiş, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi və 73-cü maddələrinin məzmununu qeyd etməklə həmin maddələrin düzgün tətbiq edilmədiyini qeyd etmiş, lakin həmin hissədə maddi hüquq normalarının pozulmasının və düzgün tətbiq edilməməsinin nədən ibarət olması qeyd edilməmiş, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində isə Azərbaycan Respublikasının MPM-in 418.3-cü maddəsinin məzmununu qeyd etməklə prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.
17. Halbuki kassasiya şikayətinin formasını müəyyənləşdirən Azərbaycan Respublikas ının MPM-ə Əlavə 3-ün “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” başlıqlı 5-ci hissəsində nəzərdə tutulur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
18. Həmçinin həmin Əlavə 3-ün “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” başlıqlı 6-cı hissəsinə əsasən bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir p rosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.
19. Bununla da, kassasiya şikayətinə dair Azərbaycan Respublikası MPM-in 407.1-ci maddəsi ilə müəyyənləşdirilmiş tələblərə tam əməl edilməmişdir.
20. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinin tələbini nəzərə almamış və verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir.
22. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
23. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 iyul 2025-ci il tarixli, 2(105)-780/2025 nömrəli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.