Məhkəmə qərarları › İş №2(1-8)-413/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-413/2026

23.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-413/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4761/2025 nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli etibarnaməyə əsasən X1 İddiaçı adına “Mitsubishi Pajero” markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və.s hərəkətləri etməyə dair səlahiyyətlər vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobili alarkən cavabdeh Cavabdeh verdiyi 12.800 manat və təmirə xərclədiyi 3.200 manat olmaqla, cəmi 16.000 manatın ona ödənməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli minik markalı nəqliyyat vasitəsini mülki etibarnamə ilə Cavabdeh əvvəllər satmışdır. O, ##.##.2023-cü il tarixdə 12.800 manat ödəyərək, avtomobili mülki etibarnamə ilə Cavabdeh almışdır. Avtomobili aldığı zaman Cavabdeh ona avtomobildə heç bir texniki problemin və həbs ya da məhdudiyyətin olmadığını bildirmişdir. Lakin 1 həftə sonra avtomobilin mühərrikində ciddi problemlər yarandığı üçün Bakı şəhəri, ünvan 1 1000 ünvanında yerləşən “JDM” servisdə mühərrik ustası Raufa zəhmət haqqı 750 manat və ehtiyyat hissələr üçün 2.450 manat olmaqla, cəmi 3.200 manat xərcləyərək mühərriki tam təmir etdirmişdir. Mühərrikin təmiri ilə məşğul olduğu dönəmdə “Asan pay”dan aldığı sms vasitəsi ilə avtomobilinə həbs qoyulduğunu öyrənmişdir. Məhdudiyyətə səbəb avtomobilin texniki pasportunda mülkiyyətçi X2, AR Kənd Təsərüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyindən aldığı kredit borcunun ödəməməsi olmuşdur. Bu problemin, yəni avtomobilə qoyulmuş həbsin aradan qaldırılması ilə məşğul olduğu zaman “Asan Pay”dan avtomobilə başqa səbəbdən daha bir həbsin qoyulduğu barədə sms xəbərdarlığı almışdır. Bu həbsin də səbəbini araşdırdığı zaman məlum olmuşdur ki, “xxxx” ASC X2 və X6 müştərək qaydada götürdükləri kreditin ödənməməsi səbəbi ilə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı mülki iş üzrə qətnaməsi olmuşdur. Məlumat üçün məhkəmə işinin qərar hissəsində qeyd etmişdir ki, 14.194,38 manat əsas, 481,43 manat faiz borcu, 14,30 manat cərimə olmaqla, cəmi 14.690,11 manatın və 134,07 manat dövlət rüsumunun X2 və X6 müştərək qaydada tutularaq “xxxx” ASCnə ödənilsin. ##.##.2025-ci il tarixdə faktiki mülki etibarnamə ilə sahib olduğu “Mitsubishi pajero” markalı, dövlət nömrə nişanı **VP*** olan avtomobili idarə edən zaman Masazır qəsəbəsində BDYP idarəsinin Zəngilan DYP əməkdaşları tərəfindən saxlanılaraq avtomobili DYP-nin duracağına aparılmışdır. Bütün bu sadaladığı problemlərlə bağlı ##.##.2024-cü ildən başlayaraq avtomobili satın aldığı Cavabdeh ilə dəfələrlə əlaqə saxlamaq istəsə də, zəngləri cavabsız qalmış, sonra isə ümumiyyətlə mobil nömrənin ləğv edildiyini və aldadıldığını anlamışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilərək, cavabdehdən 12.800 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin etibarnamə üzrə onun adından hərəkət edən X1 tərəfindən iddiaçıya “Mitsubishi Pajero” minik markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və.s hərəkətləri etməyə dair səlahiyyətlər vermişdir. Həmin etibarnamə ilə iddiaçı 12.800 manat ödəyərək nəqliyyat vasitəsini almışdır. Aldığı zaman ona nəqliyyat vasitəsində heç bir texniki problem və həbs məhdudiyyətinin olmaması bildirilsə də, daha sonra nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması müəyyən edilmiş, nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, duracağa aparılmışdır. İddiaçı cavabdehdən ödədəiyi 12.800 manatın geri qaytarılmasını tələb etsə də, cavabdeh pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

6. Məhkəmə iddianın təmirə xərclənən 3.200 manatın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən təmirə xərclənilən 3200 manat vəsaitin tutulmasını tələb etsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim edilməmiş, nəqliyyat vasitəsinin təmirinə 3.200 manat vəsaitin xərclənməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2, 448.1-ci, habelə MPM-nin 14.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın qismən təmin edilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmuşdur. Mülkiyyətçi həmin avtomobili satmaq məqsədi ilə ## ###### 2023-cü il tarixdə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və.s hərəkətləri etməyə dair Cavabdeh adına etibarnamə vermişdir. Cavabdeh həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlərindən istifadə etməklə mülkiyyətçi tərəfindən ##.##.2023-cü il tarixdə iddiaçıya verilmiş sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və.s hərəkətləri etməyə dair etibarnamə əsasında avtomobili həmin tarixdə iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vasitəçiliyi ilə iddiaçıya faktiki olaraq satmışdır. Nəqliyyat vasitəsinin faktiki alqı-satqısı zamanı cavabdeh tərəfindən iddiaçıya avtomobilin alqı-satqı müqaviləsinin notariat orqanında rəsmiləşdirilməsi təklif olunmuş, o isə bundan imtina etmiş, avtomobilə dair adına etibarnamə verilməsi ilə razılaşaraq kifayətlənmiş və bildirmişdir ki, sonrada avtomobili mülkiyyətçiyə münasibətdə özgəninkiləşdirəcəkdir. Avtomobil faktiki satılan zaman üzərində həbs olması barədə hər hansı məhkəmə qərardadı olmamışdır. Əgər belə bir qərardad olsaydı dövlət reyestrində aşkar olunardı. Cavabdeh avtomobili iddiaçıya satdıqdan bir müddət sonra iddiaçı cavabdehə bildirmişdir ki, avtomobilin mühərrikində müəyyən problemlər olub və avtomobilin təmirinə 3.200 manat vəsait xərcləyib, həmçinin avtomobil ona satılan zaman məhkəmə qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh isə bildirib ki, bütün bunlar yalan və iftiradır. Belə ki, həqiqətən də avtomobildə hər hansı nasazlıq olardısa, iddiaçı bu barədə dərhal cavabdeh tərəfə öz etirazını bildirərdi. Lakin işin hallarından və iddiaçı tərəfin iddia tələbindən göründüyü kimi, guya iddiaçı avtomobili tam təmir etdirdikdən sonra bu barədə cavabdeh tərəfə bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən avtomobilə həmin məbləğdə xərc çəkilməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçı iddia edir ki, guya avtomobil etibarnamə ilə faktiki olaraq ona satılan zaman avtomobilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı mövcud olmuşdur. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçıya verilmiş etibarnamədən və məhkəmə qərardadından aydın görünür ki, iddiaçının adına etibarnamə ## ###### 2023-cü il tarixdə verilmiş, avtomobilin üzərin həbs qoyulması barədə qərardad isə ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi iddiaçı həmin avtomobili əldə edən zaman avtomobilin üzərində həbs və ya başqa məhdudlaşdırma olmamışdır. İddiaçı keçən 9 ay ərzində həmin avtomobili öz adına qeydiyyata aldırmamış və ya hansısa formada özgəninkiləşdirməmiş, bununla da etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən və hüquqdan istifadə etməmişdir. Ona görə də cavabdeh tərəf avtomobilin etibarnamə əsasında iddiaçıya faktiki satılmasında iddiaçının heç bir məsuliyyəti, öhdəliyi və ya cavabdehliyi yaranmamışdır. İddiaçının adına verilmiş etibarnamədə həmin etibanamə üzrə iddiaçıya sürücülük hüququ olduqda avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və və.s hərəkətləri etməyə dair səlahiyyətlər və hüquqlar verilmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan birinci instansiya məhkəməsi iş üzrə çox səthi araşdırma aparmış, daha doğrusu heç bir araşdırma aparmamış, yuxarıda qeyd olunan işin hallarını, obyektiv, hərtərəfli və tam araşdırmamışdır. İşə baxan məhkəmə qətnaməsində iddiaçı tərəfindən təqdim olunmuş yeganə sübut olan etibarnaməni tədqiq etmişdir. Lakin qətnaməsində etibarnamənin nömrəsini qeyd etsə də, tarixini qeyd etməmiş, bununla da iddia tələbininin əsaslı olmasına çalışmış və buna nail olmuşdur. Çünki, qeyd edilən kimi, avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın etibarnamə veriləndən xeyli müddət sonra qəbul edilməsi, iddiaçının həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər və hüquqlarından istifadə etməməsi aşkar görünür. Göründüyü kimi işə baxan birinci instasiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən etibarnamədən başqa heç bir mötəbər sübutunu məhkəməyə təqdim etmədiyi, məhkəmə iclasında izahat verən cavabdeh və üçüncü şəxsin iddia tələbinə etiraz və etirazlarının əsasını təşkil edən işin faktiki halları olduğu, həmin hallarla iddia tələbinin qismən də olsa təmin edilməsi sübut olunmadığı halda, qətnaməsində qarşı tərəfin iddiaya qarşı etirazlarını və etirazın əsasını təşkil edən halları nəzərə almamış, buna münasibətini bildirməmiş, yalnız cavabdehin və üçüncü şəxsin iddia tələbininin rədd edilməsi kimi fikirləri ilə kifayətlənmiş, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlməklə səhv nəticəyə gəlmiş, bununla da tərəflərə münasibətdə birtəfli mövqedə olmuş, dolayısı ilə iddiaçını və onun mənafeyinimüdafiə etmiş, cavabdehin qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur. Cavabdeh tərəf nəqliyyat vasitəsinin iddiaçıya etibarnamə ilə faktiki satdığı zaman avtomobil istismar üçün yararlı olmuş və üzərində hər hansı məhdudiyyətin olması mövcud deyildir. Faktiki alqısatqı zamanı cavabdeh üzərinə heç bir öhdəlik götürməmiş, sadəcə mülkiyyətçi tərəfindən ona verilmiş səlahiyyətləri iddiaçıya ötürmüş, bununla da o və mülkiyyətçi iddiaçıya həmin etibarnamə üzrə avtomobillə bağlı bütün səlahiyyət və hüquqları vermişdir. Göründüyü kimi işə baxan məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən ümumiyyətlə öhdəliklərlə bağlı maddi hüquq normalarına istinad etməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının adına etibarnamə ## ###### 2023-cü il tarixdə verildiyindən,avtomobilin üzərin həbs qoyulması barədə qərardad isə ##.##.2024-cü il tarixdə qəbul edildiyindən, yəni iddiaçı həmin avtomobili əldə edən zaman avtomobilin üzərində həbs və ya başqa məhdudlaşdırma olmadığına görə avtomobillə əlaqədar sonradan baş verənlərə cavabdeh tərəf heç bir cavabdehlik məsuliyyəti daşımır. Cavabdeh tərəf alqı-satqı zamanı avtomobil satıldıqdan sonra iddiaçının qarşısında avtomobillə bağlı gələcəkdə baş verə biləcəklərə görə heç bir öhdəlik götürməmişdir. Göründüyü kimi işə baxan məhkəmə qətnamə qəbul edərkən qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdehin etibarnamə üzrə onun adından hərəkət edən X1 tərəfindən iddiaçıya “Mitsubishi Pajero” minik markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və.s hərəkətləri etməyə dair səlahiyyətlər verilmişdir. Həmin etibarnamə ilə iddiaçı 12.800 manat ödəyərək nəqliyyat vasitəsini almış və aldığı zaman ona nəqliyyat vasitəsində heç bir texniki problem və həbs məhdudiyyətinin olmaması bildirilsə də, daha sonra nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması müəyyən edilmiş, nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, duracağa aparılmışdır. İddiaçı cavabdehdən ödədiyi 12.800 manatın geri qaytarılmasını tələb etsə də, cavabdeh pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda da, iddiaçı tələbində haqlı olmuşdur.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

13. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətində cavabdehin avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın iddiaçıya etibarnamə verildikdən sonra qəbul edilməsi dəlilini əsaslı hesab etmir. Belə ki, avtomobilin üzərinə həbs qoyulmasına əsas olan mülki münasibətlərin tərəfi iddiaçı deyil, məhz avtomobilin mülkiyyətçisi olmuşdur. .

14. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilməyən hərracın nəticələrinə dair protokoldan göründüyü kimi, cavabdehin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıdan alınaraq məhz cavabdehin bank qarşısında öhdəliyinin yerinə yetirilməsinə görə artıq hərracda satılıb.

15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Cavabdeh (vəkili Vəkil ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin maddi və prossesual hüquq normalarının tələblərinə riayət edilməsi üçün yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdır ki, iddiaçının adına etibarnamənin ## ###### 2023-cü il tarixdə verildiyi, avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın isə ##.##.2024-cü il tarixdə qəbul edildiyi müəyyən edilmişdir. Yəni iddiaçı avtomobili əldə etdiyi zaman nəqliyyat vasitəsinin üzərində hər hansı həbs və ya digər məhdudiyyət mövcud olmamışdır. Bu səbəbdən avtomobillə bağlı sonradan baş verən hallara görə cavabdeh tərəfin hər hansı məsuliyyət daşımadığı qənaətinə gəlinmişdir. Cavabdeh tərəfin alqı-satqı zamanı, avtomobil satıldıqdan sonra iddiaçı qarşısında gələcəkdə baş verə biləcək hallarla bağlı hər hansı öhdəlik götürmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Avtomobil alınan zaman onun üzərində heç bir məhdudiyyət olmamışdır. Əks halda, notarial qaydada etibarnamə verilən zaman bu hal dövlət reyestrində öz əksini tapmalı idi. Avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın ##.##.2024-cü il tarixdə qəbul edildiyi (bu hal Binəqədi Rayon Məhkəməsinin qətnaməsində birbaşa göstərilmişdir) və həmin tarixədək avtomobilin iddiaçı tərəfindən öz adına və ya digər şəxsin adına keçirilməsi, yaxud özgəninkiləşdirilməsi üçün cavabdeh tərəfindən hər hansı maneə yaradılmadığı müəyyən olunmuşdur. Buna görə də sonradan baş verən hadisələrə görə cavabdehin hər hansı məsuliyyət daşımadığı və iddiaçı qarşısında öhdəliyinin olmadığı qənaətinə gəlinmişdir. Cavabdehin nəqliyyat vasitəsini iddiaçıya etibarnamə ilə faktiki satdığı zaman avtomobilin istismar üçün yararlı vəziyyətdə olduğu və üzərində hər hansı məhdudiyyətin mövcud olmadığı müəyyən edilmişdir. Faktiki alqısatqı zamanı cavabdeh öz üzərinə hər hansı əlavə öhdəlik götürməmiş, yalnız mülkiyyətçi tərəfindən ona verilmiş səlahiyyətləri iddiaçıya ötürmüşdür. Bununla da mülkiyyətçi və cavabdeh iddiaçıya həmin etibarnamə əsasında avtomobillə bağlı bütün hüquq və səlahiyyətləri vermişlər. Beləliklə, işə baxan məhkəmənin işə baxarkən və qətnamə qəbul edərkən sözügedən maddəyə, eləcə də öhdəliklərlə bağlı maddi hüquq normalarına istinad etməklə səhv nəticəyə gəldiyi göstərilmişdir. İşə baxılan zaman məhkəmənin yalnız iddiaçı tərəfindən təqdim edilmiş, mülkiyyətçi tərəfindən ## ###### 2023-cü il tarixdə iddiaçının adına verilmiş etibarnaməni araşdırdığı və ondan istifadə etdiyi, lakin cavabdeh tərəfindən təqdim olunmuş, avtomobilin üzərinə həbs qoyulması barədə məhkəmənin ##.##.2024-cü il tarixli qərardadını araşdırmadığı və ona hüquqi qiymət vermədiyi müəyyən edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. Maddə. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

25. Maddə 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında bütövlükdə yoxlanıldı.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

39. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etibarnamə üzrə onun adından hərəkət edən X1 tərəfindən iddiaçıya “Mitsubishi Pajero” minik markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və.s hərəkətləri etməyə dair səlahiyyətlər verilmişdir. Həmin etibarnamə ilə iddiaçı 12.800 manat ödəyərək nəqliyyat vasitəsini almış və aldığı zaman ona nəqliyyat vasitəsində heç bir texniki problem və həbs məhdudiyyətinin olmaması bildirilsə də, daha sonra nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması müəyyən edilmiş, nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, duracağa aparılmışdır. İddiaçı cavabdehdən ödədiyi 12.800 manatın geri qaytarılmasını tələb etsə də, cavabdeh pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda da, iddiaçı tələbində haqlı olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində cavabdehin avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın iddiaçıya etibarnamə verildikdən sonra qəbul edilməsi dəlilini əsaslı hesab etmir. Belə ki, avtomobilin üzərinə həbs qoyulmasına əsas olan mülki münasibətlərin tərəfi iddiaçı deyil, məhz avtomobilin mülkiyyətçisi olmuşdur.

42. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilməyən hərracın nəticələrinə dair protokoldan göründüyü kimi, cavabdehin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **VP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıdan alınaraq məhz cavabdehin bank qarşısında öhdəliyinin yerinə yetirilməsinə görə artıq hərracda satılıb.

43. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlınılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar