Məhkəmə qərarları › İş №2(1-8)-42/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-42/2026

04.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-42/2026 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qızına qarşı ilk iddiası, Cavabdeh1 İddiaçı və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARI (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilk; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30 D, blok D1, mənzil 54-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu m ümkün olmadıqda həmin mənzilin açıq hərracda qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla cavabdeh arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissənin (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə verilməklə, “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin, mübahisəli əmlakların qiymət ləndirilməsinə dair ekspert rəyi adı altında təqdim edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması, həmin mənzilinin açıq hərracda ilkin satış qiymətinin 723.000 manat müəyyən edilməsi, mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh1 verilməsi; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Solmaz Ədilova).

4. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməsi və həmin abzasda “100 dövlət rüsumu” ifadəsinin “100 manat dövlət rüsumu” kimi oxunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

6. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, e-2(005)-811/2023 saylı mülki işlə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə Cavabdeh1 tərəfindən qarşılıqlı iddia verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ilk iddia üzrə cavabdehin etməli olduğu hərəkətlərin nədən ibarət olması ilə bağlı m əsələlər həll edilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, mülki iş üzrə əlavə qətnamənin çıxarılması, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh1 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, habelə əlavə qətnamənin ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında qarşı lıqlı iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onlara aid hissədə qəbul etməmiş və mütəxəssiz rəyinin tərtib edilməsi üçün tam səlahiyyətli olduqlarını, rəyin özünün isə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini bildirmiş və apellyasiya şikayətinin onlara aid hissədə təmin edilməməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Fuad Abdıyev-sərlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)811/2023 nömrəli qətnaməsi qismən - “qarşılıqlı iddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rə yinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)811/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, mübahisə predmetini təşkil edən mənzilin paylara münasib olaraq naturada bölünməsinin mümkünlüyü və mümkün olduğu təqdirdə onun mexanizminin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinə, mübahisəli daşınar və daşınmaz əmlakların real bazar dəyərinin müəyyən edilməsi isə Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Qərardadın icrası qaydasında müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/1322 saylı, Cavabdeh2 MMC tərəfindən isə xx.xx.2023-cü il tarixli, ƏEM/M 41288/23 saylı ekspert rəyləri verilmişdir.

12. Hazırda Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı tələbi üzrə bu verilmiş ekspert rəyinin etibarsız hesab edilməsini tələb edir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssis (ekspert) rəyi sübut növüdür, digər sübutlarla birgə qiymətləndirilir və bu baxımdan rəyin məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Başqa sözlə, mütəxəssis (ekspert) rəyinin digər sübutlara münasibətdə mütləq hüquqi əhəmiyyətə malik olması halı qanunvericilikdə müəyyən edilməmişdir və bu sənəd işin faktiki halları, habelə digər sübutlarla birgə qiymətləndirilərək onun mötəbərliyinə məhkəmənin iş üzrə çıxa rılmış yekun aktında münasibət bildirilir.

14. Başqa sözlə, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/M 41-288/23 saylı ekspert rəyi iddia tələbinin əsaslı olub-olmamasını təsdiq edən sübut kimi çıxış etdiyindən, həmin sübutun mötəbərliyinin ayrıca tələb olaraq iş üzrə icraat çərçivəsində mübahisələndirilməsi yolverilməzdir və bu sənəd məhkəmə icraatının predmetini təşkil edə bilməz. Cavabdeh1 hazırki iş üzrə mübahisələndirdiyi sözügedən mütəxəssis rəyinin əsaslı olub-olmamasına məhz iş üzrə icraat çərçivəsində hüquqi qiymət verilməlidir.

15. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-811/2023 n ömrəli qətnaməsi qismən “qarşılıqlı iddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

16. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Abdıyev-sərlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) Cavabdeh1 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)811/2023 nömrəli qətnaməsi “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilmiş, 7 23.000 manat məbləği Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti kimi müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (Vəkil1) qərardaddan kassasiya şikayəti vermiş, 2(103)-4102/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Qərardaddan verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunvericiliyin tələblərinə ziddir.

19. Belə ki, mütəxəssis rəyinin əsaslı olub-olmamasına iş üzrə icraat çərçivəsində heç bir hüquqi hüquqi qiymət verməyən hakim, qeyd etdikərinin məhz hansı prosessual norma ilə nəzərdə tutulduğu nu qərardadda göstərə bilməmişdir. Hakimin mövqeyinə görə iş üzrə məhkəməyə sübut kimi təqdim edilmiş hər hansı sənəd mübahisələndirilə bilməz. Maraqlıdır, həmin mütəxəssis rəyinə etiraz etmək hüqunun olduğu halda, onun mübahisələndirilməsi hissəsində hakim səlahiyyətinin olmadığını bildirir. Bu yanaşma, əslində MPM-nin 88-ci maddəsinə birbaşa ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən, "heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur". Hakim isə, mütəxəssis rəyinin mübahisələndirilməsinin məhkəmə qaydasında mümkün olmadığını qeyd edərək, bu hissədə icraata xitam verir. Başqa sözlə, hakim bir tərəfdən heç bir qanuni əsas olmadan, mütəxəssis və ekspert rəylərinin, saxta olsalar belə iş üzrə icraat çərçivəsində mübahisələndirilməsi imkanını istisna edir, digər tər əfdən isə hesab edir ki, mütəxəssis rəyinin əsaslı olub-olmamasına məhz iş üzrə icraat çərçivəsində hüquqi qiymət verilməlidir. Nəticə etibarı ilə iş üzrə icraat çərçivəsində rəyə hüquqi qiymət verilməsini qeyd edən hakim, eyni zamanda iş üzrə tərəfin həmin rəyi mübahisələndirməsini qanunsuz hesab edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 261.0.1. İşə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

22. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

23. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Qərardaddan kassasiya şikayəti verən Cavabdeh1 onu tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, mütəxəssis (ekspert) rəyinin digər sübutlara münasibətdə mütləq hüquqi əhəmiyyətə malik olması halı qanunvericilikdə müəyyən edilməmişdir və bu sənəd işin faktiki halları, habelə digər sübutlarla birgə qiymətləndirilərək onun mötəbərliyinə məhkəmənin iş üzrə çıxarılmış yekun aktında münasibət bildirilir.

30. Bu baxımdan nəzərə alınmalıdır ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/M 41-288/23 saylı ekspert rəyi iddia tələbinin əsaslı olub-olmamasını təsdiq edən sübut kimi çıxış etdiyindən həmin sübutun mötəbərliyinin ayrıca tələb olaraq iş üzrə icraat çərçivəsində mübahisələndirilməsi yolverilməzdir və bu sənəd məhkəmə icraatının predmetini təşkil edə bilməz.

31. Başqa sözlə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hazırki iş üzrə mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, ƏEM/M 41- 288/23 saylı mütəxəssis rəyinin əsaslı olub-olmamasına məhz iş üzrə icraat çərçivəsində digər sübutlarla birlikdə qarşılıqlı olaraq hüquqi qiymət verilməlidir.

32. Belə olan halda mübahisələndirilən ekspert rəyinin ayrıca tələb olaraq iş üzrə icraat çərçivəsində mübahisələndirilməsinin yolverilməz olduğuna əsaslanaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar