Məhkəmə qərarları › İş №2(102)-3908/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3908/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3908/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Öhdəliklərin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli 2(103)-4338/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən kassasiya şikayətinə dair işə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İcraçı "xxxx" MTK ilə alıcı İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilənin surətinə əsasən, bu müqavilənin predmeti icraçının müvafiq sənədləşmələrə əsasən ünvan 1 ünvanında tikintisini həyata keçirdiyi 19+ mansard mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə uyğun 100 faiz qabaqcadan ödəməsindən ibarətdir. İcraçı və alıcının razılığına əsasən Babək prospekti 10 “D” giriş 2, mənzil 126, binanın 15-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 112,22 kv metr, yaşayış sahəsi 63,46 kv metr olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi olaraq hər 1 kv metr üçün 1400 manat olmaqla cəmi 157100 manat müəyyən edilir. Göstərilən məbləğin 100 faizi qabaqcadan alıcı tərəfindən ödənilir. 2. 03 oktyabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Babək prospekti 10 "D”-giriş 2, 15-ci mərtəbədə yerləşən 126 saylı mənzil üçün 130000 manat ödəniş edilmişdir. 3. "xxxx" MTK tərəfindən verilmiş 03 oktyabr 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşə n kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bina 10 “D” giriş, 2, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,22 kv metr, yaşayış sahəsi 63,46 kv metr olan 2 otaqdan 126 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 130000 manat ödənilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5135/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarına əsasən, iddiaçı X3 cavabdehlər "xxxx" MTK-ya, İddiaçı, X4 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə cavabdehlərin kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3584/2022 saylı mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.

5. Həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(011)-7298/2019 saylı qətnaməsilə, iddiaçı X3 cavabdehlər "xxxx" MTK-ya, İddiaçı, X4 və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan əmlaka dair ərizənin, müqavilənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, "xxxx" MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair cavabdeh İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 15 mart 2019-cu il ta rixli ərizənin etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X5 arasında bağlanmış 15 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair X2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində (08 aprel 2019-cu il tarixli, Seriya RX, 1519645) 3019 nömrəli reyestr kitabının 231936 nömrəli vərəqində ********** nömrə ilə aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması qət edilmişdir.

6. Həmin qərardan həmçinin müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3584/2022 saylı 25 may 2022-ci il tarixli qətnaməsi ilə, cavabdehlər İddiaçı və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7298/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5204/2023 saylı, 13 dekabr 2023cü il tarixli qəraddadına əsasən, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiyasının ödənilməsi” tələbi dair mülki iş üzrə tərəflər arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: - Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə və qaydalarına uyğun həll edirlər; - Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 153.2.2-ci, 191.1, 191.2, 191.2-1-ci, 261.0.2-ci maddələrinin tələblərinə uyğun olaraq barışıq Sazişinin bağl anmasının hüquqi nəticələri onlara tam izah edilmişdir; - Tərəflər bəyan edirlər ki, "xxxx" MTK ilə İddiaçıarasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126№-li mənzil tərəflərin birgə nikahında əldə edilmiş əmlak olmaqla onların hər ikisinin bərabər payı vardır və mövcud paylara dair hüquq və vəzifələrini bu Sazişdə göstərilən şərtlər və qaydalar daxilində tam və birdəfəlik həll edirlər; - N.E.Quluzadə öhdəsinə götürür ki, yaranmış mübahisənin məhkəmədənkənar qaydada, öz aralarında yalnız hazırkı sazişin şərtləri çərçivəsində həll etmələrinə İddiaçı razılaşması və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr. Ev 10D giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzildə olan 1/2 pay hü ququnun (payın) dəyərinin əvəzində İddiaçı tərəfindən ona 100000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə dair bütün hüquqların tam şəkildə İddiaçı keçməsinə, aralarındakı mübahisənin bu Sazişdə razılaşdıqları şərtlər və qaydalar daxilində həll edilməsinə razılaşır və həmin mənzildə olan ½ payından imtina edir; - N.E.Quluzadə bəyan edir ki, aralarındakı razılığa uyğun olaraq, İddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixdə 50000 manat və hazırki Sazişin imzalandığı anda – xx.xx.2023-cü il tarixdə 50000 manat və hazırkı iş üzrə İddiaçı qarşı iddia tələblərindən imtina edir və hazırki sazişin təsdiq olunması, işin icraatına xitam verilməsi barədə Məhkəməyə ərizə verir və gələcə kdə hazırki mülki iş üzrə mübahisəli mənzilə (pay haqqına) dair hər hansı digər tələb irəli sürməyəcəkdir; - İddiaçı bəyan edir ki, hazırki mübahisənin bu Sazişdə nəzərdə tutulmuş qaydada barışıq yolu ilə həll edilməsi məqsədilə, N.E.Quluzadənin Bakı şəhəri, Xətai rayonu, 1131ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzilə 1/2 pay hüququndan (payından) və iddia tələblərindən imtina etməsi müqabilində, N.E.Quluzadənin mənzildə olan 1/2 mülkiyyət payının əvəzində ona 100.000 (bir yüz min) manat pul ödəməyə razılaşmışdır; - İddiaçı, aralarındakırazılığa əsasən xx.xx.2023-cü il tarixdə N.E.Quluzadəyə nağd qaydada ödədiyi 50000 manat məbləğdən əlavə, bu Sazişin imzalanması anında da 50000 (əlli min) manat olmaqla, cəmi 100000 manat ödəməklə bu Sazişlə üzərinə düşən öhdə liyi yerinə yetirmiş olur; - İddiaçı hüququ var ki, tərəfindən bu Sazişin şərtlərinə uyğun olaraq, cəmi 100.000 (bir yüz min) manat məbləği N.E.Quluzadəyə ödəməsi ilə əlaqədar, N.E.Quluzadənin hazırki iş üzrə iddia tələblərindən tam imtina etməsi və barışıq sazişinin təsdiq edilməsi barədə Məhkəməyə ərizə verməsini və gələcəkdə də hazırki iş üzrə mübahisəli mənzillə bağlı hər hansı tələb və iddiaların irəli sürülməməsini tələb etsin; - Tərəflərin hər ikisi bu Sazişi imzaladıqları anda İddiaçı 50000 (əlli min) manat vəsaiti N.E.Quluzadəyə ödəyir, ödəniş barədə tərəflər arasında bu Sazişin ayrılmaz tərkib hissəsi olan “AKT” tərtib olunur (Sazişə Əlavə 1.) Bu bənddə göstərilən məbləğin ödənilməsi ilə İddiaçı tərəfindən N.E.Quluzadəyə cəmi 100000 (bir yüz min) manat tam ödənilmiş hesab olunur.

8. İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 25 iyul 2024-cü il tarixli ərizəsinə əsasən, iddiaçı protokoldan çıxarışın və maliyyə arayışının ona verilməsini xahiş etmiş, əks təqdirdə iddia ilə məhkəməyə müraciət edərəcəyini cavabdehə bildirmişdir.

9. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən X4 ünvanlanmış 07 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, cinayət işinin materiallarında saxlanılan mənzilinə aid sənədlərin əslinin ona təqdim olunması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanan müraciətə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. Bakı şəhəri Baş Polis İdarəsində ibtidai istintaqı aparılaraq icraatına xitam verilmiş cinayət işinin materiallarında saxlanılan "xxxx" MTK üzvlərinin ümumi icla sının 1 nömrəli protokolundan çıxarışın, 28 mart 2019-cu il tarixli maliyyə arayışının və 2 nömrəli forma sənədinin əsilləri müraciət əsasında 03 oktyabr 2024-cü il tarixdə Məhəmməd Piriyeva təqdim olunmuşdur. "xxxx" MTK tərəfindən övladı İddiaçı adına verilmiş maliyyə arayışı və kassa-mədaxil orderinin əsilləri cinayət işinin materiallarında mövcud olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı X5 (bundan sonra mətndə-iddiaçı) cavabdeh "xxxx" MTK-ya (bundan sonra mətndə cavabdeh MTK) qarşı “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK tərəfindən tikilən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerl əşən sahəsi 112,22 kv metr olan 2 otaqdan ibarət mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarışın və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 5 ünvanda yerləşən sahəsi 112,22 kv metr əlan 2 otaqdan ibarət mənzili almışdır. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında olan qarşılıqlı razılaşmaya əsasən mənzilin tam dəyəri olan 130000 manatı ödəmişdir. Bundan sonra həmin mənzilə dair iddiaçının ərizəsinə əsasən atası X5 ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmış və ona da dəyərin tam ödən ilməsi barədə arayış verilmişdir. Keçmiş həyat yoldaşı X3 iddiasına əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-7298/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi ilə MTK ilə atası M.Piriyev arasında bağlanmış müqavilə və bunun əsasında verilmiş çıxarış etibarsız hesab edilmiş, həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilərək keçmiş həyat yoldaşı ilə iddiaçının həmin mənzildə 1/2 payı müəyyən edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı N.Quluzadənin Sumqayıt Şəhər Məhkəməsində pay tələbinə dair iddiasına baxılarkən aralarında barışıq sazişi bağlanmış və qarşılıqlı razılaşma əsasında iddiaçı həmin mənzildəki payı kimi ona 100000 manat ödəmiş və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Qəbul edilən məhkəmə qə tnamələrindən məlum olur ki, iddiaçının MTK ilə bağlanmış müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab edilmiş, həmin mənzilə dair N.Quluzadənin payı iddiaçı tərəfindən ona ödənmiş və iddiaçı hazırda mənzilin tam payla sahibidir. Mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK tərəfindən iddiaçıya Protokoldan çıxarış və maliyyə arayışı verilməlidir. Həmin Protokoldan çıxarış və maliyyə arayışı iddiaçı mənzilin atası M.Piriyevin adına keçməsinə dair ərizə verilərkən MTK-ya təhvil verilmişdir və hazırda MTK-da saxlanılır. İddiaçı həmin protokoldan çıxarışın və maliyyə arayışının iddiaçıya verilməsi üçün MTK-nın əməkdaşı Təranə xanıma müraciət etmiş, o isə həmin sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Ona görə də iddiaçı rəsmi olaraq MTK-ya bu barədə müraciət etmişdir. Həmin məktub MTK tərəfindən qəbul edilsə də, rəsmi olaraq iddiaçıya cavab verilməmişdir. Qeyri-rəsmi olaraq bildirilmişdir ki, iddiaçı o vaxt cavabdehi prokurorluğa və polisə şikayət etdiyi üçün və cavabdehə orada əziyyət verildiyi üçün, cavabdeh də indi həmin çıxarışı və protokolu vermir. Bundan əlavə bildirmişlər ki, guya həmin protokoldan çıxarış və maliyyə arayışı Bakı Baş Polis İdarəsində araşdırılma aparılarkən polisə təqdim edilmiş və oradadır. İddiaçı həmin araşdırmanı aparan Polis İdarəsinə müraciət etmiş və iş materialları araşdırılarkən məlum olmuşdur ki, protokoldan çıxarış ümumiyyətlə polisə təqdim edilməmiş, maliyyə arayışının isə kserosurəti təqdim edilmişdir. Bundan sonra iddiaçı başa düşmüşdür ki, MTK rəhbərliyi arada yaranmış narazılıqlara görə bilərəkdən iddiaçının adına olan protokold an çıxarışı və maliyyə arayışını verməkdən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda qüvvədə olan alqı-satqı müqaviləsinə əsasən həmin mənzilin mülkiyyətçisi iddiaçıdır. İddiaçı bu mənzilə dair mülkiyyət hüquqlarını qeydə almaq üçün Reyestr Xidmətinə müraciət etdikdə ona bildirilmişdir ki, bu hüquqların qeydə alınması üçün payçılığa qəbul edilmə barədə protokoldan çıxarış və maliyyə arayışı təqdim edilməlidir. Həmin sənədlər isə hazırda MTK-dadır, bilərəkdən həmin sənədləri iddiaçıya verməkdən imtina edirlər. Bu isə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarını pozur.Ona görə də həmin sənədlər məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

12. İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edil məsini məhkəmədən xahiş etmişdir və eyni zamanda bildirmişdir ki, sənədlər ilk dəfə 2018-ci ildə ona verilmiş, 2019-cu ildə ev atasının adına keçəndə cavabdeh tərəfindən iddiaçıya məxsus sənədlər alınmış və bununla bağlı ərizədə alınmışdır, sonradan nə qədər tələb etsə də, ona qaytarılmamışdır. Halbuki müqavilə ona reyestrdən çıxarış almaq üçün lazımdır. Hazırda cavabdeh həmin sənədi vermək üçün ondan əlavə ödəniş istəyir.

13. Cavabdeh MTK-nın sədri X1 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, sənədlər vaxtilə iddiaçıya verilmişdir, sənədlər sonradan saxlanılmır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-640/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edi lərək “cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və həmin müqavilə ilə bağlı maliyyə arayışının iddiaçıya verilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 752.1, 752.2, 769, 567, 568.1, 575, 452, 442, 448, 139.1, 139-1.1.6 və 144-1.4-cü maddələrinə, Konst itusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(011)-640/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaya qa rşı cavabdeh MTKnın verdiyi yazılı etirazda da qeyd olunduğu kimi, cavabdeh MTK fəaliyyətini dayandırmışdır. Cavabdeh MTK-da iddiaçıya və digər şəxslərə məxsus müqavilələr, maliyyə arayışları və digər sənədlər mövcud deyildir. Cavabdeh MTK da vaxtilə mənzil almış şəxslərə müqavilələr və maliyyə arayışlarının əsli verilmişdir. Lakin iddia ərizəsində qeyd olunduğu kimi, sonradan İddiaçı aldığı mənzilə dair xx.xx.2018-ci il tarixli protokolundan çıxarışı və maliyyə arayışını cavabdeh MTK-a qaytarmamış, bu sənədləri MTK-ya təhvil verməmişdir. Bu barədə iddiaçının dəlilləri həqiqəti əks etdirmir. İddiaçı bu dediklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, Xətai Rayon Məhkəməsi əsassız olaraq cavabdehin üzərinə öhdəlik qoymuşdur. Onu da qeyd edirik ki, cavabd eh MTK-nın inşa etdiyi binadan mənzillər əldə edən sakinlər binanın idarə olunması məqsədilə MTK-nın ləğv edilməsi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş, həmin MMMC-nin qeydiyyata alınması üçün müvafiq sənədlər Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə göndərilmişdir. Cavabdeh MTK-da iddiaçının adına maliyyə arayışı və xx.xx.2018-ci il tarixli protokolundan çıxarış yoxdur. Olmayan sənədlərin verilməsinin mümkün sayan Xətai Rayon Məhkəməsi bu barədə qəbul etdiyi qətnamənin hansı qaydada icra olunacağını heç düşünməmişdir. Bunlardan başqa, iddiaçı və arvadı Nilufər Quluzadə arasında məhkəmə mübahisələri olmuşdur. Sözügedən mənzilə dair iddiaçının atası Məhəmməd Piriyevin adına mülkiyyət hüququna dair çıxıraş verildiy inə görə, iddiaçı mənzilə çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia qaldırmalıdır. Cavabdeh MTK da mövcud olmayan sənədləri İddiaçı təqdim etmək fiziki olaraq mümkün deyil. İşə baxan Xətai Rayon Məhkəməsi isə bütün bunlara əhəmiyyət verməmiş, sənədlərin verilməməsində cavabdehin hər hansı təqsirinin olmadığını nəzərə almamış, işi səthi araşdırmış, yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il, 2(103)-4338/2025 nömrəli qətnaməsi ilə (hakimlər C.C.Musayeva – (sədrlik edən və məruzəçi),F.F.Babayev, F.V.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(011)-640/2025 nömrəli, 14 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi hesab edib ki, cavabdeh tərəfin inşa etdiyi binadan iddiaçının 24 sentyabr 2018-ci il tarixdə müqavilə əsasında ünvan 5 ünvanında yerləşən sahəsi 112,22 kv metr olan 2 otaqdan ibarət mənzili aldığı, əvəzində müqavilə ilə müəyyən edilmiş məbləğdə cavabdehə pul ödədiyi işin mübahisələndirilməyən hallarıdır.

21. Etirazının dəlilləri isə iddiaçı və digər şəxslərə məxsus müqavilələrin, maliyyə arayışlarının və digər sənədlərin MTK-da mövcud olmadığı, bu sənədlərin vaxtilə mənzil almış şəxslərə verildiyi, mübahisəli mənzilə dair iddiaçının atası Məhəmməd Piriyevin adına mülkiyyət hüququna dair çı xarış verildiyinə görə, iddiaçının mənzilə çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia qaldırmalı olduğu, cavabdeh MTK fəaliyyətinin dayandırıldığı barədə hallardan ibarətdir.

22. Apellyasiya məhkəməsi apellyasiya şikayətində istinad olunan bu dəlilləri qəbul etməmiş, qeyd etmişdir ki, hazırkı işə aid mühüm əhəmiyyəti olan hallardan müəyyən edilir ki, iddiaçı tərəf olduğu müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçının yuxarıda qeyd olunan mənzil üçün cavabdehə borclu olmaması aşkardır. Müvafiq rəsmiləşdirmənin də yalnız mənzilin dəyərinin tam ödənilməsi halında baş verməsi faktı şübhəsizdir.

23. Belə ol an halda məhkəmə mübahisəli mənzilin əldə olunmasına dair maliyyə arayışnın və MTK tərəfindən verilən mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan digər sənədlərin verilməməsi əsassızdır.

24. MTK-nın iddiaçıya və digər şəxslərə məxsus müqavilələrin, maliyyə arayışlarının və digər sənədlərin mövcud olmadığı, bu sənədlərin vaxtilə mənzil almış şəxslərə verildiyi və s. dair dəlillərinə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, istinad olunan bu halların mövcudluğu iddiaçının mənzilə dair hüquqlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir.

25. İddiaçı mübahisələndirilən mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini tam ödədikdən sonra əldə etdiyi mənzilə sahib olmaq, istifadə etmək və barəsində sərəncam vermək kimi hüquqları vardır ki, bu h üquqların da məhdudlaşdırılmasına yol verilmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada MTK tərəfindən mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. 26. 24 sentyabr 2018-ci il tarixli müqavilənin 3.1-ci bəndində tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini (mənzilin dəyərini tam ödəmək şərtilə) alıcıya təhvil verməsi icraçının vəzifələrinə aid edilmişdir.

27. Belə olan halda da mövcudluğuna xitam verilməmiş MTK iddiaçıya müvafiq sənədləri verməməklə Mülki Məcəllənin 385 və 425-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zaman ı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçının müqavilə əsasında yaranmış hüquqlarını pozmuşdur.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 385.2., 386.1., 389.1, 390.1., 425.1., 425.2., 441.1., 442., 448.1., 560.1 və 560.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM-nin) 9, 14.1,14.2, 88, 217.1., 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh MTK (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi tələbi barədə” iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh MTK-dan vaxtilə mənzil almış şəxslərə müqavilələrin və maliyyə arayışlarının əslini verilmişdir. Lakin iddiaçı tərəfin qeyd etdiyi kimi, sonradan aldığı mənzilə dair xx.xx.2018-ci il tarixli protokolundan çıxarışı və maliyyə arayışını cavabdeh MTK-a qaytarmamış, bu sənədləri MTK-ya təhvil verməmişdir. Bu barədə iddiaçının dəlilləri həqiqəti əks etdirmir. İddiaçı bu dediklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin bütün b unları nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi nəzərə almamış, cavabdehin üzərinə əsassız öhdəlik qoymuşdur. Həmçinin cavabdeh MTK-nın inşa etdiyi binadan mənzil əldə edən sakinlər binanın idarə olunması məqsədilə MTK-nın ləğv edilməsi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş, həmin MMMC-nin qeydiyyata alınması üçün müvafiq sənədlər Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə göndərilmişdir. Hazırda iddiaçının tələb etdiyi ona (iddiaçıya) aid maliyyə arayışı və xx.xx.2018-ci il tarixli protokolundan çıxarış yoxdur. Olmayan sənədlərin verilməsinin mümkün sayan məhkəmələr bu barədə qəbul etdikləri qətnamənin hansı qaydada icra olunacağını da heç düşünməmişlər. Bunlardan başqa, iddiaçı və arvadı Nilufər Q uluzadə arasında əvvəllər məhkəmə mübahisələri olmuşdur. Sözügedən mənzilə dair iddiaçının atası Məhəmməd Piriyevin adına mülkiyyət hüququna dair çıxıraş verildiyinə görə, iddiaçı mənzilə çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia qaldırmalıdır. “Yapı İnşaat MTK da mövcud olmayan sənədləri İddiaçı təqdim etmək fiziki olaraq mümkün deyildir. Göründüyü kimi, iddiaçı və cavabdeh MTK arasında mənzilə dair bağladıqları müqavilə üzrə MTK öz öhdəliklərini yerinə yetirmiş, mənzili və mənzilə dair sənədləri mənzili əldə edən şəxsə təqdim etmişdir. Bununla da MTK-nın iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi qalmamışdır. Lakin işə baxan məhkəmələr işin bu halların ı nəzərə almamış, MTK-da olmayan sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyini MTK-nın üzərinə qomuşdur. İşə baxan məhkəmələr yuxarıda qeyd olunan cavabdehin etirazının dəlillərinə əhəmiyyət verməmiş, sənədlərin verilməməsində cavabdehin hər hansı təqsirinin olmadığını nəzərə almamış, işi səthi araşdırmış, yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq iş üzrə əsassız və qaunsuz qətnamə qəbul etmişlər. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

31. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 4, 9, 76, 77, 88 və 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

33. Maddə 127 İİ, İV və Vİİ hissələri Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

35. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyə n hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 385.2 Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

37. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 389.1, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

39. Maddə 390.1 Fiziki və hüquqi şəxslər aza d surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 40.Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 41.Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bil əcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 42.Maddə 441.1 Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 43.Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 44.Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 45.Maddə 560.1 və 560.2 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

49. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

50. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, t ərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MTK tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq norm asının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4338/2025 nömrəli iş üzrə 30 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar