Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4062/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən faktiki istifadəyə görə haqqın tutulması 11.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4465/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “D” saylı məhəllə, 01 seylı evin 28 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1261/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “D” saylı məhəllə, 01 saylı evin 28 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) çıxarılmaları qət edilmiş və qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 “D” saylı məhəllə, 01 saylı evin 28 saylı mənzildən (Yeni qaydalarla: AZ 1016 şəhəri, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə faktiki istifadəyə görə müştərək qaydada 8.800 manat haqqın, ekspertizanın keçirilməsinə görə ödənilmiş 300 manat rüsumun və hazırkı iddianın verilməsinə görə ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 “D” saylı məhəllə, 01 saylı evin 28 saylı mənzili (yeni qaydalarla: AZ 1016 Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) hal-hazırda onun xüsusi mülkiyyətindədir. Şuşa rayonundan məcburi köçkün düşmüş X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1992-ci ildən mənzildə olmadıqları zaman mənzilin qapısını sındıraraq ora daxil olmuşlar. Cavabdehlərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qət namə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq olaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmiş, icra işi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun icraatındadır. Hazırda cavabdehlər könüllü olaraq mənzili boşaltmır və heç bir razılığa gəlmirlər. Ümumiyyətlə, onlarla söhbət aparmaq qeyri-mümkündür. Cavabdehlər icra məmurunun qanuni tələblərinə riayət etmir və icra məmurunun məhkəmə qətnaməsini icra etməsinə mane olur, mənzildən çıxmayacaqlarını bildirirlər. Mənzildən 30 ildir ki, istifadə edə bilmir. Hal-hazıradək kirayədə qalır, maddi vəziyyəti aşağı olduğu üçün mənzil ala bilmir, ailəlidir, yoldaşı hamilədir, həkim xərcləri ilə birlikdə aylıq kirayə haqqı ödənişlərini etməkdə çətinlik çəkir. Həmin mənzilə ehtiyacı var. Mənzili n onlara məxsus olmasına, işğal edilmiş ərazilərin işğaldan azad edilməsinə və cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq cavabdehlər mənzili boşaltmır və icra məmurunun tələblərinə riayət etmir. Bir mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqları kobud surətdə pozulur. Onun özünə məxsus mənzildən istifadə edə və mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən mənzil atasının adına olmuş və onun mənzilə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini alsa da, cavabdehlər mənzildən çıxmır və 11 ay 16 gün müddətində hüquqi əsas olma dan mənzildə yaşamaqla ondan qanunsuz istifadə ediblər. Cavabdehlər xx.xx.2024cü ildən 01,04.2025-ci ilədək mənzildə qanunsuz yaşamaqla onun həmin mənzilə mülkiyyət hüququnun həyata keçirilməsinə mane olub, onu həmin mənzili icarəyə verib gəlir götürmək hüququndan məhrum edib, 11 ay 16 gün müddətində hüquqi əsas olmadan iddiaçının mənzilindən özü və ailəsinin yaşaması üçün əvəz ödəmədən faktiki istifadə edib. İddiaçının mənzilinin yerləşdiyi ərazidə eyni parametrli mənzillərin aylıq kirayə (icarə) qiyməti 8.00 manatdan başlayır. Belə olan halda cavabdehlər xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə mənzildən qanuni əsas olmadan faktiki istifadəyə görə ona bazar qiymətinə uyğun olaraq 8.800 manat haqq ödəməlidir (800 manat x 11 ay).
5. Birinci instansiya məhkəməsində Cavabdeh4 məh kəmə iclasında bildirmişdir ki, anası xəstə olduğundan məhkəmə iclaslarında iştirak edə bilmir. Onlar məcburi köçkündürlər. 2026-cı ildə onlar evlə təmin olunacaqlar. Həmin tarixə qədər mübahisəli mənzildə qalmalıdırlar. X4 Əliyevin məcburi köçkünlərlə bağlı 1999-cu il tarixli qərarı mövcuddur ki, məcburi köçkünlər evlə təmin edilmədən yaşadıqları evdən çıxarıla bilməzlər. Digər məhkəmə qətnaməsi onlardan xəbərsiz qəbul edilmişdir. İddiaçıları başa düşürlər, iddiaçının öz mənzilidir. 2026-cı ildə Şuşaya köçdükdən sonra mənzili təhvil verəcəklər. Dövlət tərəfindən mənzillə təmin edilmişlər. Həmin ünvanda yaşayanların 90 faizi Şuşalı məcburi köçkünlərdir. Özbaşına həmin mənzilə daxil olmayıblar. Onlara bildirilmişdir ki, 2-ci mərhələdə, yəni 2026-cı ildə Şuşada mənzillə təmin olunacaqlar və öz evləri Şuşa şəhərində yerləşir. 6. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 “D” saylı məhəllə, 01 saylı evin 28 saylı mənzilinin aylıq kirayə haqqı 05 may 2025-ci il tarixə 450-550 manat təşkil edir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3902/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilərək, cavabdehlərdən dəymiş ziyana görə 6.325 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat, ödənilmiş dövlət rüsumuna görə 83,25 manat, cəmi 6.708,25 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin məcburi köçkün olması, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “D” saylı məhəllə, 01 saylı evin 28 saylı mənzilində (yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) yaşamaları və əşyalarının həmin mənzildə olması mülki işin mübahisəsiz halıdır. Həmçinin mənzildən faktiki istifadə etdiyi üçün cavabdehlərin mənzilin mülkiyyətçisi olan iddiaçıya hər hansı haqq verdikləri müəyyən edilmir.
9. Göründüyü kimi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı sözügedən məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək öz mənzilindən məhrum olmuşdur. Odur ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Lakin, iddiaçının mənzildən məhrum olması nəticəsində ona maddi ziyan dəyməsi işin mübahisəsiz halı və cavabdehlərin həmin ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi dəymiş ziyanın həcminə görə yəni, dəymiş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. İddiaçının mənzildən məhrum olması nəticəsində dəymiş ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və rəydə mübahisəli mənzilin aylıq kirayə haqqı 05 may 2025-ci il tarixə 450-550 manat qiymətləndirilmişdir.
11. İddiaçının öz mənzilindən məhrum olma müddəti 11 ay 15 gün olduğundan, dəymiş ziyanın məbləği aylıq kirayə haqqı 550 manat hesablanmaqla, 6.325 manat müəyyən edilməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, habelə MPM-nin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
13. Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırkı vəziyyətdə iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının mənzilin Çıxarışını necə əldə edilməsindən məlumatı yoxdur. Cavabdehlər 1-ci Qarabağ müharibəsi nəticəsində Şuşa şəhərindən məcburi köçkün olaraq Bakı şəhərinə gəliblər. İddiaçının iddia tələbində qeyd etdiyi kimi qeyd olunan mənzilə zorla deyil, dövlətin göstərişi ilə daxil olublar. İddiaçı qeyd edir ki, Şuşa rayonundan məcburi köçkün düşmüş cavabdehlər 1992-ci ildə mənzildə olmadıqları zaman Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 “D” say lı məhəllə, 01 saylı evin 28 saylı mənzilinin (yeni qaydalarla: AZ 1016 Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 349, M4, m2) qapısını sındıraraq ora daxil olmuşdurlar. Lakin bu məhkəməyə verilmiş yanlış məlumatdır. Mənzilə yerləşdirilərkən bina istifadəyə tam təhvil verilməmişdi və yaşayış üçün yetərli şərait yox idi. Lakin ailənin çıxılmaz vəziyyəti səbəbindən məcburi şəkildə oraya yerləşdilər. Bu, dövlət orqanlarının bilavasitə göstərişi və razılığı əsasında həyata keçirilmişdir. Hal-hazırda həmin mənzildə o, və digər cavabdehlər- qardaşları və anası qeydiyyatdadır. Cavabdehlər həmin evdə 1992-ci ildən bəri yaşayır. Birinci instansiya məhkəməsinin iclasında dedikləri kimi, onların istifadəsində olan mənzilə dair hər hansı mülkiyyət iddiaları yoxdur, lakin maddi imkanları məhdu ddur və həmin mənzildən çıxarılacaqları halda alternativ yer olmadığından küçədə qalacaqlar. Cavabdehlər mənzilə yerləşdirildikləri zaman orada heç bir mülkiyyət sahibi yox idi. Qarşı tərəf yalnız illər sonra çıxarış əldə etmiş və bu gün onlardan mənzildən istifadə üçün əsassız pul tələb edir. İddiaçının təqdim etdiyi çıxarış sənədi son illərdə əldə olunmuşdur. Halbuki, ailəsi illərlə orada yaşayarkən heç bir narazılıq və ya xəbərdarlıq edilməmişdir. Bu hal iddianın məqsədli və maddi mənafe güddüyünü göstərir. Onlar isə qətnamədə göstərilən pul vəsaitini ödəməyə imkanları yoxdur. Xahiş edirlər ki, məhkəmə ədalətli və düzgün qərar versin. Ailə üzvlərinin 30 ilə yaxın müddət ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması və rəsmi qeydiyyatda olması onların faktiki istifadə hüququnu yaradır. Bu hüquq dövlətin məcburi köçkünlər üçün müəyyən etdiyi sosial müdafiə prinsiplərinə əsaslanır. Məhkəmənin iddia tələbini təmin etməsi qanunsuzdur. Məcburi köçkün kimi onlara ev verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət ediblər. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2024-cü il tarixli rəsmi məktubu ilə təsdiqlənir ki, ailəsi oraya müvəqqəti yerləşdirilmiş və mərhələli şəkildə Şuşa şəhərinə qaytarılacaq. Bu isə həmin mənzilin mülkiyyətçisinin daimi istifadəsində olmamasını sübut edir. Adı göstərilən dövlət qurumundan onlara bildirilmişdir ki, hal hazırda işğaldan azad olunmuş Şuşa şəhərinə köçürülmələri qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin göstərişi və sərəncamları ilə məcburi köçkünlər işğal altında olan torpaqlarımızın azad o lunduğu və onların doğma yurdlarına qayıtdıqları ana qədər onların yerləşdirildiyi yerlərdən çıxarılması qəti qadağan edilib. 2026-cı ildə Şuşaya köçdükdən sonra evi təhvil verəcəklər. Həmin müddətdən tez mənzildən çıxmaları və ya təmin olunan pul məbləğini ödəmələri mümkün deyil. Bakı şəhəri, Xətai rayon Məhkəməsi göstərilən halları məhkəmə baxışı zamanı nəzərə almamışdır. Xətai rayonu, 99 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şuşa rayonundan məcburi köçkünlər ailə tərkibi ilə mübahisəli mənzildə müvəqqəti qeydiyyatdadır və yaşayırlar. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə dövlət komitəsi tərəfindən göndərilən məktubdan görünür ki, Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkild ə öz doğma yurduna köçürüləndə sözügedən ailənin də köçürülməsi üçün həyata keçiriləcəyi və bununla bağlı aidiyyəti şəxslərə xəbərdarlıq olunacağı bildirilmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Ancaq cavabdehlər ilə iddiaçı arasında hər hansı bir əqd bağlanmamışdır. Bunun müqabilində sözügedən ünvanda sahiblik və istifadə hüququ cavabdehlərə dövlət tərəfindən rəsmi qaydada verilmişdir. Dolayısıyla, cavabdehlərin həmin ünvanda qanuna uyğun olaraq sahiblik və istifadə hüququ var. Onlar ailəvi olaraq 1992-ci ildən qeyd olunan Qanunun 5-ci maddəsinə uyğun olaraq mübahisəli mənzildə məskunlaşdırılmışlar. Məskunlaşdırıldıqları tarixdən həmin yaşayış yeri üzrə sahiblik və istifadə hüquqları əldə etmişlər. İ ddiaçı isə 2023-cü ildə qeyd edilən ünvana çıxarış almışdır. Azərbaycan Respublikasının Prezidentinin 1999-cu-il Qərarında qeyd olunur ki, qaçqınlar və məcburi köçkünlər evlə təmin olunmadan yaşadıqları evdən çıxarıla bilməzlər. Göstərilən qərara əsasən onlar hal hazırda yuxarıda qeyd olunan ünvanda yaşamağa davam edirlər və Dövlət tərəfindən evlə təmin olunana qədər mənzildən çıxmayacaq. Dövlət orqanı tərəfindən göstərilən tarixdə 2026-cı ildə Şuşada evlə təmin olunduqdan sonra mülkiyyətçiyə evi təhvil verəcəklər. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 1 iyun tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndində əsasən, məcburi köçkünlər mülkiyyət formasından asılı olmayaraq 1992-1998-ci illərdə məskunlaşdıqları mənzilllərdən çıxarılması halına yol verilmir. Onlara yaşayış üçün hər hansı bir ev təklif olunmamışdır. Onların müraciətinə cavab olaraq isə bildirilmişdir ki, hal hazırda işğaldan azad olunmuş Şuşa şəhərinə köçürülmələri şəhərin bərpası ilə bağlı mərhələli şəkildə icra olunur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4465/2025 nömrəli mülki iş üzrə 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tər əfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
17. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1261/2024 saylı qətnaməsi ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması qət edilmiş və qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini alıb. Buna baxmayaraq, dövlətin adından çıxarılan və icrası məcburi olan m əhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmasını cavabdeh tərəf anlamaq istəmir, bu azmış kimi, şikayətində də dövlət tərəfindən evlə təmin olunana qədər iddiaçının mülkiyyətində olan mənzildən çıxmayacağını nümayişkəranə şəkildə bəyan edir. Ancaq bu cür davranış vicdanlılığın tələb etdiyi tərz, yəni hərəkət sayılmır. Ən azından ona görə ki, 30 ildən artıq bir müddətdə iddiaçı tərəfin mülkiyyət hüququnu pozduğunun fərqində olmalı idi. Ancaq olmur, yaxud bilərəkdən olmaq istəmir, üstəlik qətnaməni hüquqa uyğun hesab etmir, qətnamənin ləğv, iddianın isə rədd edilməsini arzulayır. Əlbəttə ki, bu hərəkət hüquqdan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə edilmə sayılır ki, o da yolverilməzdir.
18. Əvvəllər Azərbaycan Respublikasının 20 faizə yaxın ərazis i, o cümlədən Şuşa şəhəri işğal altında idi. Azərbaycan Respublikasının işğal altında olan bütün əraziləri artıq 5 ildir ki, Vətən müharibəsindəki qələbə nəticəsində azad olunub. İşğal olunmuş ərazilərə, o cümlədən Şuşa şəhərinə minlərlə insanlar ən müasir şəraitli mənzillərlə təmin olunaraq köçürülüb və bu proseslər sürətlə bu gün də davam etdirilir. Bu cür vəziyyətdə cavabdeh tərəf ən azından iddiaçının mülkiyyət hüququnu pozmağını, üstəlik dövlətin adından çıxarılmış və icrası məcburi olan qərarın icra etməməsini dayandırmağa hansısa formada təşəbbüs göstərməli idi, ancaq göstərmir, sanki bu cür davranışı ilə hüquqa tabe olmaq istəmədiyini açıq-aşkar nümayiş etdirir. Demək ki, bu cür hərəkət yaxud hərəkətsizlik, o cümlədən düşünmək belə hüquqdan sui-istifadə xarakteri daşıyır.
19. Məh kəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu, Mülki Məcəlləsinin 21.1, 21.2,385.1, 425.1, 560.1, 560.2, 560.3, 1096.1, 1096.2, 1097.1-ci, habelə MPM-in 14.2, 15.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 146.1-ci maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il Qərarına, Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 1 iyun tarixli 298 nömrəli Sərəncamına, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarına və MPM-in 217-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ mütləq deyil – onun həyata keçirilməsi cəmiyyətin mənafeləri və sosial ədalət nəzərə alınmaqla olmalıdır. Hərçənd qanunvericilikdə bu “sosial öhdəlik” anlayışının konkret mexanizmi açıqlanmamış və məhkəmələrdə hələ birbaşa tətbiq olunmamışdır. Bu prinsip mülkiyyət hüququ ilə sosial müdafiə öhdəlikləri arasında tarazlıq tələb edir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Ancaq cavabdehlər ilə iddiaçı arasında hər hansı bir əqd bağlanmamışdır. Bunun müqa bilində sözü gedən ünvanda sahiblik və istifadə hüququ cavabdehlərə dövlət tərəfindən rəsmi qaydada verilmişdir. Dolayısıyla cavabdehlərin həmin ünvanda qanuna uyğun olaraq istifadə hüququ var. Onlar ailəvi olaraq 1992-ci ildən qeyd olunan Qanunun 5-ci maddəsinə uyğun olaraq ünvan 2 ünvanında məskunlaşdırılmışlar. Məskunlaşdırıldıqları tarixdən həmin yaşayış yeri üzrə istifadə hüquqları əldə etmişlər. İddiaçı isə 2023-cü ildə qeyd edilən ünvana Çıxarış almışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu ildə verdiyi qərarda aydın şəkildə qeyd olunmuşdur ki, qaçqınlar və məcburi köçkünlər dövlət tərəfindən yaşayış yeri ilə təmin edilmədən hazırda yaşadıqları evdən çıxarıla bilməzlər. Bu prinsip həmin dövrdən etibarən ölkədə məcburi köçkünlərin müdafiəsinin əsasını təşkil etmişdir. Davam ı olaraq, Prezidentin 1 iyun 2004-cü il tarixli 298 nömrəli Sərəncamı (“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”) məcburi köçkünlərin müvəqqəti sığınacaq tapdıqları yaşayış sahələrindən (istər dövlət, istər özəl mülkiyyətdə olsun) çıxarılmasını qadağan etmişdir. Sərəncamın 2-ci bəndinə əsasən tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və ya yeni qəsəbələrdə evlə təmin olunana qədər 1992–1998-ci illərdə müvəqqəti məskunlaşdıqları binalardan, mənzillərdən, torpaq sahələrindən çıxarılmasına yol verilməsin. Bu qərar faktiki olaraq məcburi köçkün ailələrinin alternativ mənzil verilmədən həmin evlərdən çıxarılmasını qəti qadağan edir. Həmin Sərəncamın icrası ədliyyə orqanlarına, Ali Məhkəməyə, pr okurorluğa və yerli icra hakimiyyətlərinə tapşırılmışdır. Beləliklə, Azərbaycan qanunvericiliyi və dövlət başçısının aktları bir tərəfdən mülkiyyət hüququnun toxunulmazlığını tanısa da, digər tərəfdən məcburi köçkünlərin ağır şəraitini nəzərə alaraq, onların evlə təmin olunmadan uzun illərdir yaşadıqları mənzildən çıxarılmasını hüquqa zidd hesab edir. Konstitusiya norması (mülkiyyətin sosial funksiyası) və xüsusi qanunlar prezident sərəncamları ilə birlikdə məcburi köçkünlərin müdafiəsi üçün xüsusi rejim yaratmışdır. Kassasiya instansiyası məhkəməsi bu aktlara istinadən mövqeyin vurğulamalıdır ki, cavabdeh məcburi köçkün ailəsinin dövlət təminatı olmadan evdən çıxarılması və buna görə pul ödənilməsi Konstitusiyaya, milli qanunvericiliyə və birbaşa prezidentin göstərişlərinə ziddir. Bundan başqa AİHM praktikasında uzun müddət yaşanmışevdən alternativ təminat olmadan çıxarılma insan hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilər. Xüsusilə də bu prosesdə fərdin/həssas ailənin maraqları, sosial durumu və gedəcək yeri olmaması kimi amillər nəzərə alınmayıbsa, dövlətin sadəcə mülkiyyət maraqlarına üstünlük verməsi Konvensiyaya zidd hesab olunur. Cavabdehin ailəsi dövlət orqanlarının göstərişi ilə, mənzil hələ istismara verilməmişkən və heç bir sahiblik iddiası olmadan oraya yerləşdirilmiş, 30 ilə yaxın faktiki yaşayış hüququndan istifadə etmişdir. Məhkəmə bu vəziyyəti nəzərə almadan çıxarılma qərarı vermiş və məcburi köçkün statusumuzu da qiymətləndirməmiş, pul tələbin təmin etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları və işin hallarını doğru dəyərləndirməyərək qanun a zidd, prosessual hüquq normalarına əməl etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin haqlı tələblərinə məhəl qoymamışdır. Bu isə cavabdehlərin maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaran bir haldır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən vicdanlılıq meyarı birtərəfli şəkildə tətbiq edilmiş, yalnız cavabdeh məcburi köçkünlərin mövqeyi qınanmışdır. Məhkəmə göstərmişdir ki, cavabdehlərin dövlət təminatı olmadan mənzili tərk etmək istəməməsi “vicdanlılığın tələb etdiyi tərzdə davranış deyil” və onların 30 il ərzində iddiaçının mülkiyyət hüququnun pozulduğunu anlamaqları gərək idi. Halbuki, cavabdehlər mənzildə yaşamağa başlayarkən iddiaçının mülkiyyətində olmamış və bu barədə məlumatları olmamışdır. Vicdanlılıq prinsipi qarşılıqlı və ikitərəf li xarakter daşıyır. İstər iddiaçı, istərsə cavabdeh, istərsə də məhkəmə bütün tərəf öz davranışlarında, qərarlarında ədalətli və ölçülü olmalıdır. Məcburi köçkün ailənin 30 ilə yaxın faktiki istifadə hüququnun tamamilə nəzərə alınmaması ədalət prinsiplərinə uyğun deyil. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il qətnaməsindən aydın olur ki, cavabdehlər xx.xx.2024-cü ildə qüvvəyə minmiş çıxarılma qətnaməsini icra etməmişlər və bunun nəticəsində iddiaçı təxminən 11 ay müddətində mənzilindən istifadə edə bilməmişdir. Məhkəmə bu səbəblə iddiaçının mülkiyyət hüququnun pozulduğunu və ona dəymiş zərərin ödənilməli olduğunu qəbul edib. Lakin burada nəzərdən qaçmamalıdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubda Dövlət Komitəsi iddiaçıya bildirmişdir k i, “Böyük Qayıdış”la əlaqədar Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurdlarına köçürülməsinin növbəti mərhələsində ailənin köçürülməsi nəzərə alınacaqdır. Köçürülmə vaxtı mənzil boşaldılaraq mülkiyyətçiyə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə(orqanlara) xəbərdarlıq olunacaq. Xüsusilə, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən mənzildən çıxarılması hallarına yol verilmir. Bu, rəsmi dövlət qurumunun cavabıdır. Yəni cavabdehlərin “özbaşına” qərarı deyil. Çıxarılma olmaması qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli dövlət qurumunun müraciəti və sosial vəziyyətin yaxşı olmamasına görədir. Apellyasiya məhkəməsinin qətnaməsi isə bu konteksti nəzərə almadan, bütün yükü və təzminatı köçkün ailənin üzərinə qoymuşdur ki, bu da ədalət prinsipləri baxımından qəbuledilməzdir. Məhkəmə təcrübəsinin və ədalət balansının nəzərə alınmaması apellyasiya instansiyası məhkəməsi qeyd olunduğu kimi, illərdir ölkədə formalaşmış məhkəmə təcrübəsindən kənara çıxmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irə li sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
28. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
29. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilmə si.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların p ozulması ilə müşayiət olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətlərində qətnamə Cavabdeh4 tərəfindən bütövlükdə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh4 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiy ini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Cavabdeh4 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətna mənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması qət edilmiş və qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, dövlətin adından çıxarılan və icrası məcburi olan məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmasını cavabdehlər anlamaq istəmir, bu azmış kimi, şikayətində də dövlət tərəfindən evlə təmin olunana qədər iddiaçının mülkiyyətində olan mənzildən çıxmayacağını nümayişkəranə şəkildə bəyan edirlər. Ancaq bu cür davranış vicdanlılığın tələb etdiyi tərz, yəni hərəkət sayılmır. Ən azından ona görə ki, 30 ildən artıq bir müddətdə iddiaçı tərəfin mülkiyyət hüququnu pozmalarının fərqində olmalı idilər. Əksinə, iddianın rədd edilməsini arzulayırlar. Əlbəttə ki, bu hərəkət hüquqdan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə edilmə sayılır ki, o da yolverilməzdir.
49. Əvvəllər Azərbaycan Respublikasının 20 faizə yaxın ərazisi, o cümlədən Şuşa şəhəri işğal altında idi. Azərbaycan Respublikasının işğal altında olan bütün əraziləri artıq 5 ildir ki, Vətən müharibəsindəki qələbə nəticəsində azad olunub. İşğal olunmuş ərazilərə, o cümlədən Şuşa şəhərinə minlərlə insanlar ən müasir şəraitli mənzillərlə təmin olunaraq köçürülüb və bu proseslər sürətlə bu gün də davam etdirilir. Bu cür vəziyyətdə cavabdeh tərəf ən azı ndan iddiaçının mülkiyyət hüququnu pozmağını, üstəlik dövlətin adından çıxarılmış və icrası məcburi olan qərarın icra etməməsini dayandırmağa hansısa formada təşəbbüs göstərməli idi, ancaq göstərmir, sanki bu cür davranışı ilə hüquqa tabe olmaq istəmədiyini açıq-aşkar nümayiş etdirir. Demək ki, bu cür hərəkət yaxud hərəkətsizlik, o cümlədən düşünmək belə hüquqdan sui-istifadə xarakteri daşıyır.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh4 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habe lə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 oktyabr 2025-ci il tarixli, 2(103)-4465/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.