Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-70/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız edilməsi, mənzilə sahiblik və istifadə hüquqları tanınması, mənzilin sənədlərinin təhvil verilməsi və maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab edilməsi və mənzilin təhvil veilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1110/2025 nömrəli 9 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 17 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv metr olan, 41 nömrəli mənzili 85800 manata (tam ödəməklə) almışdır. 2. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə ilə, sonuncu ünvan 1 ünvanda yerl əşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv metr olan, 41 nömrəli mənzili 85800 manata almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışı və mənzilin onun adına rəsmiləşdirilməsinə Cavabdeh3 xx.xx.2022-ci il tarixli razılıq ərizəsi verilmişdir. 3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021- ci il tarixli müqavilə ilə, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv metr olan, 41 nömrəli mənzili 64000 manata (tam ödəməklə) almışdır. 4. xx.xx.2024-cü il tarixli təhvil aktına əsasən, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 1 56 kv metr olan, 41 nömrəli mənzil "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 nömrəli hökmü ilə İddiaçı tərəfindən mənzilin dəyərini təşkil edən pul vəsaitini birbaşa Cavabdeh1 MMC-yə ödəmədiyi və təqsirləndirilən şəxs X2 tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edib rəsmi sənədlər olan həmin tarixli alqısatqı müqaviləsi və tam ödəniş olunması haqqında maliyyə arayışını imzalamaqla və qanunsuz hazırlamaqla saxtalaşdırması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi b arədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında imzalanmış 22 noyabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında imzalanmış 19 iyun 2020-ci il tarixli mənzilin alqı-satqısı haqqında saxta müqavilənin və saxta maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququnun qanuni hesab edilməsi və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o mənzili aldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh3 ilə MMC arasında həmin mənzillə bağlı 22 noyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi imzalanmışdır. Bu səbəbdən həmin mənzilin alqı-satqısı zamanı ona qarşı qanunsuz hərəkətlərin edild iyi üçün Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır və o, həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu barədə Abşeron RPİ-nin İŞ-də 21 mart 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra dəyərini tam ödədiyi mübahisəli mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh2 arasında 19 iy un 2020-ci il tarixli "Mənzilin alqı- satqısı haqqında" müqavilə və 19 iyun 2020-ci il tarixli maliyyə arayışı, o cümlədən də Cavabdeh3 "xxxx" MMC-yə ünvanladığı mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazının olmaması barədə iki il sonrakı tarixə imzalanan 14 noyabr 2022-ci il tarixli notarial qaydada imzası təsdiqlənmiş ərizəsi əldə edilmişdir. “Avro Qrand" MMC tərəfindən Cavabdeh2 hüquqları (alqı-satqı müqav iləsi və maliyyə arayışı) tanınmır (Etibarsızdır). MMC-nin nümayəndəsi ona bildirmişdir ki, Cavabdeh3 ilə imzalanan 22 noyabr 2014-cü il tarixli müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, bu mənzil 85800 manat dəyərində tikinti materialları ilə əlaqədar barterə verilməklə Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Lakin Cavabdeh3 tərəfindən 2014-cü il tarixdə 35000 manat pul vəsaiti dəyərində cavabdehə tikinti materialları verilmiş, qalan 50800 manat isə hazırkı tarixədək ödənilməmişdir.
8. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzil bacısı tərəfindən qanuni əsaslarla əldə edilmişdir.
9. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul edərək o nun təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh3 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında imzalanmış 22 noyabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi qanunidir. Mənzil onun tərəfindən "xxxx" MMC-nin razılığı ilə Cavabdeh2 satılmışdır.
11. Abşeron Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli, 2(012)-30/2025 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin olunması, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv metr olan 41 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər üç şəx slə "xxxx" MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqaviləsi hesab olunur və hazırkı mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir.
13. Məhkəmə hesab etmişdir ki, hər iki şəxsə (Cavabdeh3 və Cavabdeh2) mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə onlar, nə də iddiaçı mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda iddiaçının faktiki istifadəsində olması xx.xx.2024-cü il tarixli təhvil aktı ilə təsdiq olunur. Mübahisəli mənzil iddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MMC tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan müqavilə legitim əqd kimi qəbul edildiyindən, bu əmlakla bağlı iddiaçı digərlərinə nisbətən üstünlük hüququ əldə etmişdir.
14. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış hər iki müqavilə başqa əqdi pərdələmək üçün bağlandığından həmin əqdlər əhəmiyyətsizdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, qeyd olunan hər iki müqavilə əhəmiyyətsiz, yalan əqdlər olduğundan, mübahisəli mənzil İddiaçı təhvil verilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 178.8, 39 9.1, 442.1, 445.1, 752.1 və 752.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin mənzili xx.xx.2021-ci il tarixdə almış, mənzili aldıqdan sonra həmin mənzilin Cavabdeh3 satılması barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlandığını bildikdən sonra ona qarşı qanunsuz hərəkətlər edilməsi səbəbindən etdiyi şikayət əsasında Abşeron RPİ-nin İŞ-də cinayət işi açılmış və o, həmin işdə zərər çəkmiş kimi tanınmışdır. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmlə müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs X2 digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibarından sui-istifadə etmək yolu ilə özgənin külli miqdarda pulunu ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının “B” girişinin, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156 kv metr olan 41 nömrəli mənzili xx.xx.2014-cü il tarixində Cavabdeh3 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq X5 vasitəsilə xx.xx.2021-ci ildə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Pürrəngi” çay evinin qarşısında İddiaçı 10050 manat və həmin tarixə olan məzənnə ilə 39950 manat təşkil edən 23500 ABŞ dolları, 2021-ci ilin may ayının ortalarında Xırdalan şəhərində əlavə 12000 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edib rəsmi sənədlər olan həmin tarixli alqısatqı müqaviləsi və tam ödəniş olunması haqqında maliyyə arayışını imzalayıb Cavabdeh1 MMC-nin möhürünü birbaşa olaraq icra edib təsdiq edərək İddiaçı təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 62000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək külli miqdar ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Həmç inin həmin hökmlə cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş, iş üzrə digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmü ilə İddiaçı tərəfindən mənzilin dəyərini təşkil edən pul vəsaitini birbaşa Cavabdeh1 MMC-yə ödəmədiyi və təqsirləndirilən şəxs X2 tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edib rəsmi sənədlər olan həmin tarixli alqısatqı müqaviləsi və tam ödəniş olunması haqqında maliyyə arayışını imzalamaqla, qanunsuz hazırlamaqla saxtalaşdırması müəyyən edilmişdir. Belə olan halda İddiaçı həmin mənzilə dair verilmiş “Müqavilə” və “Maliyyə arayışı”nın sa xta olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, eləcə də ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququ izah olunduğundan, iddiaçının saxta müqaviləyə əsaslanmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Həmçinin, Cavabdeh1 MMC-nin iddia tələbini qəbul etməsi və qeyd olunan mənzilə dair Cavabdeh3 ilə bağlanmış müqavilənin əslində sonuncun verəcəyi sementin əvəzi olaraq onun adına rəsmiləşdirildiyi, Cavabdeh3 tərəfindən vəd olunan həcmdə sementi vermədiyi və bu əsasla da onunla bağlanmış müqavilənin xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv edilməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, əvvəla əgər Cavabdeh3 tərəfindən vəd olunan həcmdə sement məhsulu Cavabdeh 1 MMC-yə verilməmişdirsə, o zaman nəyə görə Cəmiyyət tərəfindən keçən 6 il müddətində, yəni həmin mənzilə dair müqavilə Cavabdeh2 adına dəyişdirilən tarixədək (xx.xx.2020-ci il) həmin müqaviləyə xitam verilməsi və ya mənzilin dəyərinin tam ödənilməsinin təmin edilməsi üçün hər hansı hüquqi tədbirlər görülməsini təmin etməmişdir. Həmçinin, əgər yuxarıda qeyd olunan xüsusatlar mövcud olmuşdursa, o zaman nəyə görə Cavabdeh1 MMC dəyəri tam ödənilməmiş hesab etdiyi mənzilə dair bağlanmış müqavilənin Cavabdeh2 adına keçirilməsinə razılıq verərək, həmin mənzilə dair sonuncunun adına yeni müqavilə bağlayaraq maliyyə arayışı vermişdir. Qeyd olunan xüsusatlar mövcud olsa belə, Cavabdeh2 həmin mənzilin faktiki olaraq “vicdanlı əldə edən” idi və Cavabdeh1 MMC yalnız Cavabdeh3 qarşı mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsinin təmin edilməsini tələb edə bilərdi. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan halları tam araşdırmamış, həmin hallara münasibət bildirilib düzgün hüquqi qiymət verilməmiş, tətbiq edilməli olmadığı halda Mülki Məcəllənin 340.2-ci maddəsi mübahisəyə tətbiq edilmiş, bununla da iddia tələbinin qismən təmin olunmasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari) 2(105)- 1156/2025 nömrəli, 9 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə apellyasiya şik ayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Mübahisəli mənzilin müqavilə bağlanandan iddiaçının faktiki istifadəsində olması xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli təhvil aktları ilə öz təsdiqini tapmışdır.
20. Məhkəmə mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə Cavabdeh1 MMC tərəfindən buna heç bir etiraz olunmadığından və məhz iddiaçı ilə bağlanan müqaviləni qanuni əqd kimi qəbul etməsi səbəbindən, bu əmlakla bağlı iddiaçının digərlərinə nisbətən üstünlük hüququ əldə etməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aydınlaşdırmamışdır ki, hər üç müqavilənin 6-cı maddəsinin tələbinə görə "xxxx" MMC müqavilə onun tərəfindən birtərəfli qaydada ləğv edildiyi halda əvvəlki alıcının ödədiyi məbləğ mənzil yeni alıcıya satılandan sonra qaytarılmalıdır. MMC xx.xx.2020-cinil tarixli müqavilə ilə mənzili 85000 manata X1 halda, nədənsə iddiaçıya 64000 manata satmışdır. Bəs ikinci alıcı S.V.Binnətovaya qaytarmalı olduğu 85800 manatın 21000 manatını necə ödəyəkdir. Bu hal göstərir ki, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tari xli alqı-satqı müqaviləsi həqiqəti əks etdirmir və etibarsız əqddir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş və mülki işdə olan bu sənəd və sübutları nəzərə almamış, düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq qətnaməni qüvvədə saxlamaqla qətnamənin ləğvi üçün əsas olan və MPM-nin 418.1-418.3-cü maddələrində nəzərdə tutulan nöqsanlara yol vermişdir.
23. Digər cavabdeh X4 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunma mışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqaviləl ərin məzmununu müəyyənləşdirə bilərlər.
33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
34. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.(...) 35. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan ha zırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh3 kassasiya şikayəti təmin, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
46. Belə ki, məhkəmə kollegiyası ilk növbədə İddiaçı hazırkı tələblə iddia etməy ə subyektiv hüququnun olması, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarlılığı barədə işə baxan apellyasiya məhkəməsinin qənaəti ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi həmin məsələnin həlli ilə bağlı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri dəlilləri tam və hərtərəfli yoxlamamışdır.
47. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzillə əlaqədar bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixdə verilmiş 64000 manatın MMC-yə tam ödənilməsi barədə maliyyə arayışı saxta olmuş, həmin sənədləri 10 yanvar 2014-cü il tari xdən 10 mart 2019cu il tarixə kimi MMC-nin icraçı direktoru işləmiş X2 digər şəxslərlə əlbir olub İddiaçı külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tərtib edilmiş, X8 Nəbiyevin 62000 manatını X5 vasitəsilə ələ keçirmişdir. Müqavilə və maliyyə arayışı buna hüququ olan şəxs kimi MMCnin direktoru Cahangir Məmmədov tərəfindən deyil, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə məhkum edilmiş X2 tərəfindən imzalanmışdır (xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 nömrəli hökmdə əksini tapmış ekspert rəyi).
48. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 nömrəli hökmü və həmçinin Abşeron RPŞ İstintaq bölməsinin Cinayət işinin başlanması barəd ə 21 mart 2022-ci il tarixli qərarından müəyyən edilmişdir ki, həmin cinayət işi İddiaçı X2 və digərlərinin onun 64000 manat pulunu ələ keçirmələri barədə şikayət ərizəsi üzrə toplanmış materiallar əsasında başlanmış, cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Bununla İddiaçı etiraf etmişdir ki, Cavabdeh1 MMC ilə mənzil alqı-satqısına dair münasibətləri olmamış, bu barədə MMC ilə müqavilə bağlamamış, 64000 manat pulu MMC-yə ödəməmiş, onun pul vəsaiti aidiyyatı olmayan şəxslər tərəfindən aldadılmaqla mənimsənilmişdir.
49. Apellyasiya məhkəməsi qətnaməsində İddiaçı 62000 manat pulunun X2 və digərləri tərəfindən dələduzluq yolu ilə mənimsənilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 nömrəli qanuni qüvvəsini almış hökmünün olması g östərilsə də, hökmlə müəyyən edilmiş hallara məhkəmə hüquqi qiymət verməmiş, cavabdehlərin mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsini təsdiq edən kassa mədaxil orderləri mövcud olmamasını, onların mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamasını, MMC mənzili xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli aktlarla iddiaçının sahibliyinə və istifadəsinə verilməsini, mənzilin iddiaçı tərəfindən maneəsiz istifadə olunmasına MMC-nin etiraz etməməsini, onunla bağlanan müqaviləni legitim əqd kimi qəbul edilməli olmasını, Cavabdeh3 ilə bağlanmış müqavilənin MMC tərəfindən 19 iyun 2024-cü il tarixli qərarla ləğv, Cavabdeh2 bağlanmış müqavilənin etibarsız hesab olunmasını əsas gətirərək iddianı qismən təmin etmişdir.
50. Halbuki iş materiallarından görünür ki, Cavabdeh3 "xxxx" M MC xx.xx.2014cü il tarixli müqaviləyə əsasən 85800 manata pulun MMC-yə tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışı vardır. MMC bu arayışı mübahisələndirmir, lakin göstərir ki, Cavabdeh3 85800 manat dəyərində sement verməli idi, lakin cəmi 35000 manat dəyərində sement vermişdir, qalan məbləğdə sement verilməsindən isə imtina etmişdir. MMC-nin göstərdiyi hal, yəni Cavabdeh3 cəmi 35500 manatlıq sement verməsi MMC-nin nümayəndəsinin izahatından başqa digər hər hansı bir sübutla öz təsdiqini tapmır, iş materiallarında bu barədə sübutun olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh3 cəmi 35500 manatlıq sement verməsini cavabdeh MMC-nin izahatı və digər sübutlarla öz təsdiqini tapmasını qeyd etsə də, həmin digər sübutların nədən ibarət olmasını göstərməmişdir. Apellya siya məhkəməsi isə bu halın təsdiqi üçün yalnız cavabdeh MMC-nin izahatın kifayət hesab etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Cavabdeh3 ilə bağlanmış müqavilənin MMC tərəfindən 19 iyun 2024-cü il tarixli qərarla birtərəfli qaydada ləğv olunması məsələsinə gəldikdə isə həmin müqavilənin 6-cı bəndində görə “Alıcı ilk ödəmədən sonra qalan ödənişləri 30 gündən artıq gecikdirirsə, MMC ixtiyarı vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin”. İş materiallarına görə müqavilənin bağlanmasından 10 ildən artıq müddət keçmişdir, bundan sonra MMC mübahisəli mənzilin Cavabdeh2 satıl ması barədə 19 iyun 2020-ci il tarixli müqavilə bağlamış və Cavabdeh2 tərəfindən MMC-yə 85800 manat ödəniş olunmasına dair maliyyə arayışı vermişdir. Bu hallar və MMC-nin Cavabdeh3 tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə özünün izahatından başqa hər hansı sübut təqdim edə bilməməsi də nəzərə alındıqda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Cavabdeh3 ilə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv olunmasını qəbul etməsi, habelə həmin müqavilənin görünüş üçün bağlanmış əhəmiyyətsiz (yalan) əqd hesab etməsi işin müəyyən edilmiş hallarına və iş üzrə toplanmış sübutlara uyğun olmamışdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin ra zılaşması ilə mümkündür. 52. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni də görünüş üçün bağlanmış yalan əqd hesab edən aşağı instansiya məhkəmələrinin qənaətinə görə bu müqavilə əvvəlki alıcı Cavabdeh3 razılığı olmadan bağlanmışdır, sonuncu notarial qaydada təsdiqlənmiş razılığı müqavilə bağlanandan sonraya, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir.
53. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı qeyd edir ki, Cavabdeh3 ilə bağlanmış müqaviləni əhəmiyyətsiz hesab edən apellyasiya məhkəməsi mənzilin dəyəri tam ödənilmədən MMC-nin Cavabdeh2 ilə yeni müqavilə bağlamasının, həmçinin Cavabdeh2 tərəfindən 85800 manat məbləğin ödənilməsi barədə maliyyə arayışının verilməsinin səbəblərini, 85800 manat vəsaitin Cavabdeh2 tərəfindən MMC-yə ödənilməsi, yaxud Cavabdeh 3 verilməsi hallarını müəyyən etməmiş, həmçinin mənzilin Cavabdeh2 adına sənədləşdirilməsinə Cavabdeh3 sonradan verdiyi razılığın onun tərəfindən müqavilənin bəyənilməsi halının olub-olmamasına qiymət verməmişdir. Mülki Məcəllə 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
54. İşdən daha sonra görünür ki, apellyasiya məhkəməsi MMC mənzili xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli aktlarla iddiaçının sahibliyinə və istifadəsinə verilməsini, mənzilin iddiaçı tərəfindən maneəsiz istifadə olunmasına MMC-nin etiraz etməməsini, onunla bağlanan müqaviləni legitim əqd kimi qəbul etməsini mübahisənin predmeti olan mənzil in İddiaçı təhvil verilməsinin əsasları kimi göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu qənaəti özlüyündə və işin hallarına ziddir. Əgər mənzil xx.xx.2021-ci il tarixdən İddiaçı sahibliyində və istifadəsindədirsə, mənzilin ona təhvil verilməsi barədə 10 yanvar 2023-cü il tarixdə məhkəmədə iddia qaldırılmasının, xx.xx.2024-cü il tarixdə təkrarən mənzilin təhvil verilməsinə dair akt tərtib olunmasının, MMC-nin keçmiş direktoru və digərləri tərəfindən aldadılaraq 64000 manat pulun ələ keçirilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməsi və həmin fakta görə 21 mart 2022-ci il tarixdə cinayət işi başlanmasının, həmin işə üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək zərərçəkmiş şəxs kimi cinayət təqibində iştirak etməsi, ən nəhayət 62000 manat pulunun X2 və digərləri tərəfindən dələduzluq yolu ilə mənimsənilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verməsinin hansı zərurətdən irəli gəlməsi müəyyən deyildir.
55. Mənzilin iddiaçı tərəfindən istifadəsinə etiraz etməməsi, iddiaçı ilə bağlanmış müqaviləni legitm əqd kimi qəbul etməsi MMC-nin səlahiyyətində olmamışdır. Çünki həmin müqavilə məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə saxta sənəd olması, müqavilənin MMC ilə deyil, aidiyyatı olmayan 3-cü şəxslərlə bağlanması, 64000 manat pulun MMC-yə ödənilməməsi, dələduzluq yolu ilə digər şəxslər tərəfindən mənimsənilməsi müəyyən edilmişdir.
56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavab deh3 kassasiya şikayəti təmin edilsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1156/2025 nömrəli iş üzrə 9 kotyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.