Məhkəmə qərarları › İş №2(102)-3719/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3719/2025

23.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3719/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı (Bakı şəhəri İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilkin, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yeni mənzilin verilməsi və kirayə haqqı ödənilməklə mənzilin boşaldılaraq təhvil verilməsi”nə dair ilk, Cavabdeh1, Cavabdeh3 qızı və Cavabdeh2 "xxxx" MMC-yə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdehə və digər şəxslərə qadağan edilməsi”nə dair qarşılıqlı iddia tələbləri barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)3409/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə ca vabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin ica rə əsasında istifadəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 nömrəli, 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əha tə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

4. İddiaçı MMC söküləcək evlərdə yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır.

5. Nəsimi rayonu Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113, 114 və 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş mənzillərin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh4 qızı ilə İddiaçı MMC arasında razılıq əldə edilməsi mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək, müəyyən olunmuşdur ki: - binanın girişlərində və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır; -fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığ ı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; -binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; -yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; -binanın pilləkən qəfəsslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; -baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; -binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. -binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlaqə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin, binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; -sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; -yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; -yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir; -yaşayış binasına baxış keçirilən zaman əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir. 7. “Torpaq sahəsinin icarəyə veriməsi” haqqında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli müqavilənin sürətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020ci il tarixli yerquluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.

8. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 15 iyul 2024-cü il tarixli, 3-18-7/2-3098/24 nömrəli məktubundan görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yaşayış və qeyri-yaşayış binaları” üzrə layihə sənədləri və rəyi xx.xx.2021-ci il tarixli, 32117 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmışdır.

9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 iyul 2024-cü il 3-35/2-4525/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımo v və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində inşa olunması nəzərdə tutulmuş binanın razılaşdırılmış memarlıq-planlaşdırma layihəsinin surəti məhkəməyə təqdim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 79,2 kvadrat metrdən ibarət olan mənzilin (bundan sonra 113 saylı mübahisəli mənzil) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən 113 saylı mübahisəli mənzilin əvəzinə yeni tikiləcək binanın 1-ci bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.7 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsinə, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 57,7 m2 sahədən ibarət olan mənzilin (bundan sonra 114 saylı mübahisəli mənzil) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən 114 saylı mübahisəli mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 70.10 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 a y müddətinə Cavabdeh1 təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 550 manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh4 qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 53,3 m2 sahədən ibarət olan mənzilin (bundan sonra 115 saylı mübahisəli mənzil) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən 115 saylı mübahisəli mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64.40 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh4 qızına təhvil verilməsin ə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh4 qızına hər ay 550 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin” Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur: 1) onların iki ədədi XX əsrin əvvəllərində (yəni 100 ildən də əvvəl) inşa olunmuşdur, 2) yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; 3) girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; 4) yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndiri lmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşıma qabiliyyətinin azalmasına səbəb olmuşdur; 5) evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; 6) evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; 7) yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçub aşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 nömrəli 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binası və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüs usiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti başçısının 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu. X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binad a yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, 113 və 114 saylı mübahisəli mənzillərin mülkiyyətçisi olan Cavabdeh1 ilə xx.xx.2021-ci il də müvafiq olaraq 17 və 18 saylı müqavilələr imzalanmışdır. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi 115 saylı mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh4 qızı ilə xx.xx.2021-ci il də müvafiq olaraq 19 saylı müqavilə imzalanmışdır (etibarnamə ilə Cavabdeh1 imzalamışdır). Cavabdehlər hər üç müqavilənin tələblərini (xüsusən 1.1, 2.1.3 bəndlərini) pozaraq müqavilədə nəzərdə tutulmuş mülkiyyətlərini MMC-yə təhvil verməmişdir. Baxmayaraq ki, müqavilə bağlanandan sonra Cavabdeh1 ümumilikdə 5000 manat məbləğində kirayə haqqı ödənilmişdir. Müqaviləni pozaraq mənzilləri təhvil vermədiklərinə görə kirayə haqqı ödənişi dayandırılmışdır. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən mənzillərin mülkiyyətçisi olan cavabdehlərlə müqavilə şərtlərinə riayət edərək mənzilləri təhvil verilmələrinə dair danışıqlar aparılsa da, mülkiyyətçilər onlara məxsus mənzillərin əvəzinə şirkətdən ağılasığmaz məbləğlər və ayrılıqda mənzillər verilməsi kimi absurd tələblər irəli sürərək müqavilə öhdəliklərin i yerinə yetirməkdən imtina edir, əsassız tələblərini sürdürməkdə davam edirlər. Həmçinin Cavabdeh1 mülkiyyətində olan sahəsi 75 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 90 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunaraq bu mənzillə də bağlı müqavilə bağlanması təklif olunsa da, mülkiyyətçi yuxarıda qeyd edilən əsassız tələblərini bu mənzilə də aid etmişdir. Halbuki İddiaçı MMC iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 110-a yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sök ülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Hazırda sözügedən binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə, yəni 110a yaxın sakin ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə aalınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Şirkətlə müqavilə bağlamış sakinlər öz mənzillərini tərk edən zaman onlara məxusus əşyaları, eyni zamanda mənzilin daxilində yerləşən tikinti materiallarını özləri ilə birlikdə aparmış və İddiaçı MMC tərəfindən həmin əşya ların daşınması üçün mənzil mülkiyyətçilərinə lazımi şərait yaradılmışdır. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi cavabdehlər öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti güdür ki, bu da həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına sə bəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədirlər. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

12. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan 113 və 114 saylı mübahisəli mənzillərə və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənz il 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (bundan sonra 21 saylı mübahisəli qeyriyaşayış sahəsi) gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 1992-ci il tarixdə 108 nömrəli reyestr kitabında, 16362-ci səhifədə 30/416 nömrə ilə qeydə alınmış və Bakı şəhəri X4 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nə əsasən 113 saylı mübahisəli mənzil və 14 aprel 2021-ci il tarixdə ********** qeydiyyat və **********226-05101-093047 reyestr nömrəsi ilə qeydə alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən 114 saylı mübahisəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir. Cavabdeh1 mülkiyyətində olan 21 saylı mübahisəli qeyri-yaşayış sahəsinə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 207/6 saylı 2 mart 1993-cü il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 001078 saylı lisenziya verilmiş və bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 aprel 1993-cü il tarixli xx/xx-2018 saylı icazəyə əsasən həmin mənzilə küçədən girişi təmin edən qapı qoyulmasına razılıq verilmişdir. Bununla da həmin tarixdən bu günə kimi 21 saylı mübahisəli obyekt qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı MMC tərəfindən 113 və 114 saylı mübahisəli mənzillərin köçürülərək təhvil verilməsi üç ün kirayə haqqı kimi guya Cavabdeh1 ayda 500 manat olmaqla 10 ay üzrə 5000 mana həcmində pul ödəməsi yalandır. Həqiqətdə isə İddiaçı MMC “İcrarə müqaviləsi” bağlamadan ofis kimi istifadə etdiyi və Cavabdeh1 mülkiyyətində olan 21 saylı mübahisəli qeyri-yaşayış sahəsini istifadə etdiyi üçün ona ayda 500 manat olmaqla 10 ay üzrə 5000 manat həcmində icarə haqqı ödəmişdir. Belə ki, 5 mart 2021-ci il tarixdən 6 yanvar 2022-ci il tarixə kimi İddiaçı MMC onun mülkiyyətində olan 21 saylı mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Bunu bütün qonşular təsdiq edə bilər. Hətta İddiaçı MMC-nin hazırda hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21-də saxlanılır. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə tor paq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MMC dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavil ələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq İddiaçı MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Bu ilin aprel ayında İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika - ekskavatorlar vasitəsi sökməyə başlamışdır. Hətta onun mülkiyyətində olan 113 saylı mübahisəli mənzilin söküntüsü həyata keçirilmiş, qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib e tmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsi qadağan edilmişdir. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan 113 və 114 saylı mübahisli mənzillərə və 21 saylı mübahisəli qeyri-yaşayış sahəsinə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır.

14. Cavabdeh4 qızı daha sonra İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək ilk iddianın rədd olunmasını və mülkiyyətində olan 115 saylı mübahisəli mənzilə də gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixdə, ********** qeydiyyat və **********59-0510-093094 reyestr nömrəsi ilə qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən 115 saylı mübahisəli mənzil onun mülkiyyətindədir. Bu ilin aprel ayında İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq, ağır texnika – ekskavatorlar vasitəsi sökməyə başlamışlar. Hətta qonşuluqda yerləşən Cavabdeh1 mülkiyyətində olan Bakı şə həri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113 saylı mənzilin söküntüsü həyata keçirilmiş qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsii qadağan edilmişdir. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texn ikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır.

16. Məhkəmə öz təşəbbüsü ilə Bakı Şəhəri İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. 17. "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın sahəsinin müəyyən edilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13-013/25 nömrəli arayışa əsasən Cavabdeh1 mülkiyyətində olan mübahisəli 113 saylı, çıxarışda ümumi sahəsi 51.1 kv.m olan mənzilin faktiki sahəsinin (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, ey ni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 79.2 kv.m (mənzilin ümumi sahəsi 75,24 kv.m, balkonun ümumi sahəsi 3,91 kv.m); Cavabdeh1 mülkiyyətində olan mübahisəli 114 saylı, çıxarışda ümumi sahəsi 46.85 kv.m olan mənzilin faktiki sahəsinin (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 57.7 kv.m (mənzilin ümumi sahəsi 52,64 kv.m, balkonun ümumi sahəsi 5,06 kv.m); Cavabdeh4 qızının mülkiyyətində olan mübahisəli 115 saylı, çıxarışda ümumi sahəsi 49.9 kv.m olan mənzilin faktiki sahəsinin (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 53.3 kv.m (mənzilin ümumi sahəsi 49,50 kv.m, balkonun ümumi sahəsi 3,81 kv.m) təşkil etdiyi müəyyən edilmişdir. 18. "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13-013/25 nömrəli arayışa əsasən kirayə dəyərini tapmaq üçün müəyyən edilən analoqlara düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) 113 saylı mübahisəli mənzilin 1 kv.m-nin dəyərinin 2420 (mənzilin bazar dəyəri 182100) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyərinin 600 manat, 114 saylı mübahisəli mənzilin 1 kv.m-nin dəyərinin 2420 (mənzilin bazar dəyəri 127400) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyərinin 550 manat, 115 saylı mübahisəli mənzilin 1 kv.m-nin dəyərinin 2420 (mənzilin bazar dəyəri 119800) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyərinin 550 manat təşkil etdiyi müəyyən edilmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim - Ramin Xəlilov) ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən mənzil faktiki yaşayış və istifadə üçün əlverişsizdir. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, onların İddiaçı MMC-nin təklifini qəbul edərək yaşayış sahələrindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlər yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113, 114 və 115 saylı mənzilləri boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir.

21. Məhkəmə bu zaman xüsusi qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilmiş, yəni həmin mənzilin hazırk ı vəziyyətdə faktiki olaraq yerləşdiyi yerdə, hansıki tikiləcək çoxmərtəbəli yaşayış binasının İ.Qasımov küçəsi istiqamətində üç ədəd hazırkı faktiki sahəsindən təqribən 20 kv.m çox sahə əlavə edilməklə mənzillərlə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.

22. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

23. Məhkəmə əlavə olaraq onu da vurğulam ışdır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər arasında ilkin mərhələdə hazırki məhkəmə mübahisəsinin predmeti olan mənzillərlə bağlı müqavilə imzalansa da, həmin müqavilələrin əsillərinin olmaması, eyni zamanda, onların qarşılıqlı razılıq əsasında ləğv edilərək (məhv edilərək) hüquqi qüvvəsinin itiril məsi işin mübahisəsiz halıdır.

24. Eyni zamanda, məhkəməyə təqdim edilən mütəxəssis rəyləri əsasında müəyyən edilən cavabdehlərin istifadəsində olan mənzillərin ölçüsünə uyğun mənzillərin və həmçinin aylıq kirayə haqqlarının iddiaçı tərəfindən cavabdehlərə təklif edilməsi, lakin buna baxmayaraq qarşılıqlı iddia tələbinə münasibətdə cavabdehlərin iddia tələbində göstərilənlərə, "xxxx" MMC-nin fəaliyyətinə münasibətdə yüksək məbləğdə kompensasiya tələb etməsi nəticə olaraq hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilərək, eyni zamanda ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda həmin sakinlərin də haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla, ictimai maraqlara ziddiyyət təşkil edir. Yəni mütəxəssis rəylərin ə əsasən ilkin iddia üzrə cavabdehlərin faktiki istifadəsinə olan sahələr, 79,2, 57.7, və 53.3 kv.m təşkil etmiş və həmin sahəyə 20% artıq sahə təklif edilmiş ki, bu da ədalətli kompensasiya şərtlərinə uyğundur. Bundan əlavə isə kirayə haqqı məbləğləri mütəxəssis rəylərinə uyğun olaraq hesablanmaqla ədalətli hesab olunmalıdır.

25. Məhkəmə, həmçinin qarışlıqlı iddia üzrə cavabdehlərin mənzillərinin ölçülərinin düzgün hesablanmaması ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qərarı əsasında ekspertiza mərkəzi tərəfindən müxtəlif tarixlərdə bir neçə dəfə ekspertiza keçirilmiş, lakin buna özləri şərait yaratmamış və ekspertin əraziyə baxılmasına maneə yaradaraq bundan imtina etmişlər (məhkəmə iclası zamanı özünün vermiş olduğu ifadədə bunu təsdiq edir). Yəni bu halda artıq sübutetmə yükü ilkin idd ia üzrə cavabdehin üzərinə düşməsinə baxmayaraq bunu etməmiş, lakin buna rəğmən ilkin iddia üzrə iddiaçı tərəfindən müstəqil ekspertiza mərkəzinə müraciət edilərək müvafiq rəy tərtib edildiyindən verilmiş sonuncu rəy sübut növü kimi qəbul edilərək əsas götürülməlidir.

26. Bundan əlavə, məhkəmə tərəflər arasında mübahisəli mənzillərin pul əvəzi olaraq əvəzləşdirilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlər öz mənzillərinin əvəzinə 1.200.000 pul vəsaitinin ilkin iddia üzrə iddiaçıya təklif edilməsinə baxmayaraq, o bununla razışlaşmamış, qeyd edilən vəsaitin 600.000 manat hissəsi ilə razılaşa biləcəklərini qeyd etmişdir. Bu isə tərəflər arasında ixtilafın olması kimi qiymətləndirilməli və gələcəkdə 1.200.000 manat vəsaitin təmin olunacağı təqdirdə isə tikinti şirkəti nin süni şəkildə borclanmasına, vəsait çatmazlığına və s kimi maddi çətinliklərə gətirə biləcəyindən qeyd edilən təklin məhkəmə tərəfindən qəbul edilə bilməz.

27. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbinin əsaslı olması və təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, sözügedən ünvanda layihəyə uyğun olaraq binanın inşa olunmasının qarşısının alınması mənasına gəlir ki, bu da yüzlərlə sakinin hüquqlarının kobud surətdə pozulması və onların mənzil gözləntilərinin puç olması ilə nəticələnəcəyindən, qarşılıqlı iddia tələbləri təmin edilə bilməz.

28. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Kostitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 15, 16.1, 152.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci intansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC öz iddia ərizəsində digər cavabdehlərlə yanaşı Cavabdeh6 da cavabdeh qismində mülki işə cəlb etmişdir. Cavabdeh6 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmamasına dair qətnamə təqdim edilməsinə b axmayaraq, birinci instansiya məhkəməsi qəyyumluq və himayəçilik orqanının məhkəmədə iştirakını təmin etməmiş, hətta qəbul etdiyi qətnamənin yekun hissəsində də Cavabdeh6 üzərinə haqsız olaraq öhdəliklər qoymuşdur. Bununla yanaşı, rayon məhkəməsi ilk iddiada cavabdehlərin Mülki Məcəllənin 560-cı maddəsi ilə nəzərdə tutulmuş hansı hüquqlardan sui-istifadə etdiklərini göstərə bilməmişdir. Rayon məhkəməsi öz qətnaməsində qeyd edir: “Bundan əlavə, məhkəmə tərəflər arasında mübahisəli mənzillərin pul əvəzi olaraq əvəzləşdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər özmənzillərinin əvəzinə 1.200.000 pul vəsaitinin ilkin iddia üzrə iddiaçıya təklif edilməsinə baxmayaraq, o bununla razışlaşmamış, qeyd edilən vəsaitin 600.000 manat hissəsi ilə razılaşa biləcəklərini qeyd etmişdir. Bu isə tərəflər arasında ixtilafın olması kimi qiymətləndirilməli və gələcəkdə 1.200.000 manat vəsaitin təmin olunacağı təqdirdə isə tikinti şirkətinin süni şəkildə borclanmasına, vəsait çatmazlığına və s kimi maddi çətinliklərə gətirə biləcəyindən qeyd edilən təklif məhkəmə tərəfindən qəbul edilə bilməz.” Belə çıxır ki, məhkəmə külli miqdarda pul qazanmaq niyyəti ilə tikinti işlərinə girişmiş hansısa şirkətin müdafiəçisi qismində çıxış edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmranQasımov bə Mustafa bəy Topçubaşo v küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi və onunla bu günə kimi yalnız “İcarə müqaviləsi” bağlandığı, həmin ərazidə söküntü və tikinti işlərinin həyata keçirilməsi üçün hər hansı digər sərəncamların olmadığı, yəni İddiaçı MMC tərəfindən indiyə qədər həyata keçirilmiş söküntü və tikinti işlərinin qeyri-qanuni olduğu məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu halları nəzərə almamış və öz Qətnaməsi ilə qeyri-qanuni inşa edilən çoxmənzilli yaşayış binasından ilk iddia üzrə cavabdehlərin mülkiyyətinə mənzillərin verilməsini qət etmişdir. Bu fakt Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 03 mart 2022-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. Bununla da h esab edilir ki, məhkəmə öz Qətnaməsini mülki hüquq normalarını pozmaqla qəbul etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili, eləcə də digər Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, həmçinin iddiaçı MMC-nin nümayəndəsinin sonuncu məhkəmə iclasında mübahisənin dərhal başa çatması məqsədi ilə mənzillərinin faktiki sahəsinin hər kv.m. üçün ilk olaraq təklif edilən 3000 manatın, daha sonra isə ümumilikdə 650.000 manatın (cavabdehlərə məxsus 3 mənzilin faktiki sahəsi 190 kv.m. olduğunu nəzərə aldıqda 650.000:190=3421 manat), başqa sözlə, hər kv.m. üçün 3420 manat pul vəsaitinin qəbulundan imtina etmişlər.

32. Məhkəmə kollegiyasının iclasında MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəl illərinə etiraz edərək qeyd etişdir ki, artıq neçə müddətdir ki, həmin ünvanda 162 ailəni köçürmüşlər, həmin sakinlər yeni binanın tikilməsini gözləyir, bu müddət ərzində isə şirkət onlara böyük məbləğdə kirayə haqqları ödəyir, artıq üç ildir ki, cavabdehlər şirkətin fəaliyyətini paralizavat ediblər, şirkətin işləri donub qalıb, hazırda dərhal razılığın əldə olunması üçün onlar cavabdehlərin mənzillərinin hər kv.m. üçün 3000 manat ödəməyə hazırdır. Yaranmış vəziyyətlə əlaqədar olaraq, xüsusən də çoxsaylı digər sakinlərin mənzil hüquqlarının təmini üçün rəhbərlik razıdır ki, cavabdehlərə ümumilikdə 650.000 manat kompensasiya ödəməklə mübahisə bitsin, hətta həmin məbləği elə bu gün cavabdehlər verə bilərlər. Əgər bu təkliflər qəbul olunmazsa, onda MMC cavabdehlərin hər mənzilinə görə ödənilə cək kirayə haqını 100 manat artırmaqla qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş edir (müvafiq yazılı ərizə məhkəməyə təqdim edilmişdir).

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3409/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Fuad Abdıyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh1 söküləcək mənzillərinin əvəzində yeni mənzillərin verilməsinədək ödənilməli kirayə haqqı hissədə dəyişdirilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, X2 küçəsi, ev 4, ünvandakı 113 saylı mənzilin sökülməsi ilə bağlı ödəniləcək aylıq kirayə haqqının məbləği nin 700 manat, ona məxsus həmin ünvandakı 114 saylı mənzilə görə isə aylıq ödəniləcək kirayə haqqının 650 manat müəyyən edilməsi, qətnamənin onun şikayətinə əsasən mübahisələndirlən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şikayət və izahatlarında iddiaçı MMC tərəfindən qeyd edilən ərazilərdəki binaların qanunsuz olaraq söküldüyünü, onun subyektiv hüququ olmadığını bildirmişdir.

35. Halbuki, qeyd edilən dəlil mülki iş materiallarında olan sübutlarla təkzib edilir, qeyd edilən ərazidəki qəzalı binaların sökülməsi ilə bağlı müvafiq icarə və müqavilələrin, eləcə də tikiləcək binaların layihələrinin razılaşdırılar aq təsdiq edilməsi müəyyən olunur.

36. Məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 öz mənzillərinə münasibtdə qeyri-mütənasib kompensasiya tələb etmiş, nəticədə iddiaçı ilə razılığa gəlinməmiş, bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Nəzərdən qaçırmaq olmaz ki, son dövrlər şəhərin müxtəlif ərazilərində istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən layihələrdə güdülən əsas məqsəd heç də sakinlərin (mülkiyyətçilərin) qeyri-mütənasib kompensasiya tələb edərək əsassız varlanmasına yox, məhz onların mənzil-kommunal şəraitinin yaxşılaşması, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilməsi, eləcə də, ümumilikdə paytaxt Bakı şəhərinin Baş planına uyğun şəkildə şəhərin görkəminin günün tələblərinə cavab verən şəkildə yeni dən qurulması, gözəlləşdirilməsi və abadlaşdırılmasına xidmət etməkdir.

37. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.

38. Hazırkı işin halları baxımından müəyyən olunmuşdur ki, MMC qeyd edilən ərazidə istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülüb yerində yeni, müasir tələblərə cavab verən, həm sakinlərin mənzil şəraitinin yaxşılaşmasına, həm də paytaxt Bakı şəhərinin təsdiq olunmuş baş planına uyğun qurulmasına və yenilənməsinə xidmət edən layihələrə əsasən həyata keçirirdiyi işlər əsasında sakinlərin böyük əksəriyyəti ilə razılaşaraq onları köçürmüş, lakin hazırkı iş üzrə cavabdehlər digər sakinlərlə əldə olunmuş razılaşmalardan tam fərqli, mütənasib olmayan tələblər irəli sürmüş, bu səbəbdən də onlarla razılıq əldə olunmamış, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında cavabdehlərin mübahisənin həllini istəmişdir. Rayon məhkəməsi zərur i araşdırmalar apararaq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.

39. Qətnamədən ancaq Cavabdeh1 apellyasiya şikayəti verdiyindən, qətnamə yalnız ona aid hissədə yoxlanlır.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq hallarda əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.

41. Məhkəmə kollegiyası xatırlatmışdır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunve riciliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

42. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

43. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olu naraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

44. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlə rinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

45. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahəd ə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci v ə 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

46. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda y aşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.

47. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi heç vəclə cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzil in sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır (bax, cavabdehin həm rayon məhkəməsində, həm də apellyasiya icraatı zamanı mənzillərinin sökülməsi müqabilində konkret pul məbləğləri tələb etmələrinə dair izahatlar). Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olm aması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Çünki cavabdehlər özləri də mənzillərinin sökülməsini arzu ediristəyir, lakin bunun müqabilində əvəz olara tələb etdikləri kompensasiyanın həcmi ilə bağlı tərflər arasında ixtilaf mövcuddur. Demək ki, belə olan halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

48. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır. İddiaçı tərəfindən təqdim edilən iddia tələblərinə, eləcə də apellyasiya icraatı zamanı kirayə haqqının artırılmasına da ir ərizəyə əsaən Cavabdeh1 həmin ünvandakı 113 saylı və faktiki sahəsi 79.2 kv.m. olan mənzilinin əvəzinə 95.7 kv.m. sahəsi olan tam təmirli iki otaqlı, həmin ünvandakı 114 saylı və faktiki sahəsi 57,7 kv.m. olan mənzilinin əvəzinə isə 70,1 kv.m.sahəsi olan tam təmirli bir otaqlı mənzilin verilməsi, eləcə də yeni mənzillərin təhvil verilədək müvafiq olaraq birinci mənzilə görə 700 manat, ikinci mənzilə görə isə 650 manat kirayə haqqının ödənilməsi təklif edilir.

49. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə də idiaçı MMC-in cavabdehə məxsus mənzillərin sökülməsi müqabilində təklif etdiyi kompensasiya oxşar işlərdə təklif edilən kompensasiyalara uyğun olmaqla yanaşı, həm mütənasiblliklə bağlı tələblərə cavabb verir, həm də ədalətlidir.

50. Məhkəmə kollegiyası onu da xüsusi olara qeyd edir ki, hazırkı mülki iş üzrə apellasiya icraatı zamanı iddiaçı MMC-in səlahiyyətli nümayəndəsi cavabdehlə mübahisənin dərhal sonlanması müqabilidə onun mənzilinin faktiki sahəsinin hər kv.m. üçün 3000 manat ödəməyə hazır olduqlarını, daha sonra isə nümayəndə ümumilikdə cavabdehlər məxsus mənziilərin dərhal sökülməsinə razılıq verəcəkləri halda, onlara bunu əvəzi olaraq 650.000 manat ödəməyə və həmin vəsaiti də elə həmin günü cavabdehlərə təqdim etməyə hazır olduqlarını bildirmişdir. Cavabdeh tərəf bu təkliflərlə razılaşmamışdır. Halbuki son təklif olunan 650.000 manat cavabdehlərə məxsus üç mənzilin ümumi faktiki sahəsinin 190 kv.m olduğu nəzər alındıqda, məlum olur ki, iddiaçı MMC son təklifi faktiki olaraq cavabdehlərə məxsus mənzillərin faktiki sahəsinin hər kv.m üçün (650.000: 190=3421) 3420 manat təşkil edir ki, bu da hazırda Bakı şəhərində söküntü aparılan sahələrdə sakinlərə təklif edilən 2700 manatdan əhəmiyyətli dərəcədə artıqdır.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MMC-in apellyasiya icraatı zamanı cavabdehlərə son olaraq etdiyi təklifin sonuncular tərəfindən qəbulundan imtina edilməsi ilə bağlı davranışları, mahiyyət etibarı ilə Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında şərh olunmuş hüquqi mövqeyin təsiri altına düşür.

52. Məhkəmə kollegiyasının iclasında MMC-nin nümayəndəsi cavabdehlərin onların son təkliflərilə razı olmayacaqları halda, cavabdehə məxsus söküləcək hər mənzilə görə ona ödəniləcək aylıq kirayə haqqını 100 manat artırdıqlarını bildirmiş və müvafiq yazılı ərizəsini təqdim etmişdir.

53. Belə olan halda Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, Cavabdeh1 yeni tikiləcək binada təhvil verilməli mənzillər ona verilənədək, ödənilməli aylıq kirayə haqqı dəyiş dirilərək, 113 saylı mənzilə görə ödəniləcək kirayə haqqının məbləği 700 manat, 114 saylı mənzilə görə isə 650 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası cavabdehlərin qarşılıqlı iddiası ilə bağlı isə qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından onun ayrıca əsaslandırılmasına zərurət qalmır. Çünki ilkin iddianın təmini, öz-özlüyündə qarşılıqlı iddianın təminini istisna edir.

55. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Kostitusiyasının 12, 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 15, 16.1, 152.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə də istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. Cavabdeh1 (vəkil - Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2025-ci il tarixli, 2(103)-3409/2025 saylı qətnaməsiniləğv edəsiniz işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbuletməyinizi xahişedirəm.

57. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh6 fəaliyyət qabiliyyətinə görə qəyyumluq altında olsa da,birinci instansiya məhkəməsi Qəyyumluqvə Himayəçilik Komissiyasını işə cəlb etməyərək onun hüquqlarının müdafiəsini təmin etməmişdir. Bu, onun məhkəmədə öz hüquqlarını tam müdafiə etmək imkanını məhdudlaşdırmışdır.

58. Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin 3 mart 2022-ci il tarixli rəsmi məktubu, cavabdeh şirkətin qanunsuz fəaliyyətini göstərməsinə baxmayaraq,həm birinci instansiya, həm də apellyasiya məhkəməsi bu sübutu nəzərə almamışdır. Bu isə mülkiyyətçilərin hüquqlarının tam və obyektiv müdafiə edilməməsi deməkdir.

59. Birinci instansiya məhkəməsi kompensasiya təklifini rədd edərkən,qərarını tikinti şirkətinin iqtisadi çətinliklərinə əsaslandırmış, beləliklə hakim müstəqil liyi prinsipi pozulmuş və tərəflərin hüquqlarının bərabər qorunması təmin olunmamışdır.

60. Bu işdə isə, mülkiyyətçilərin mənzillərinin boşaldılması və İddiaçıMMC tərəfindən həyata keçirilən qeyri-qanuni tikinti layihəsi çərçivəsində onların mülkiyyət hüququna əsassız müdaxilə edilmişdir.Mülkiyyətçilərin razılığı olmadan mənzillərdən çıxarılması həyata keçirilmişdir. Bu, dövlət ehtiyacı ilə və ya qanunla nəzərdə tutulmuş kompensasiya şərtləri olmadan baş vermişdir. Mənzillərin boşaldılması qərarı, qeyri-qanuni tikinti layihəsinə əsaslanmış, yəni İddiaçıMMC-nin tikinti üçün heç bir qanuni icazəsi olmamışdır. Dövlət tərəfindən qorunması nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə belə formal əsasla həyata keçirilmişdir. Məhkəmə tərəfindən mülkiyyətçilərin hüquqlarının qorunması təmin edilm əmiş, onların mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd qərarlar qəbul edilmişdir.

61. Məhkəmələr, Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin 03 mart 2022-ci il tarixli rəsmi məktubunu nəzərə almamış, cavabdeh şirkətin qanunsuz fəaliyyətini təsdiqləyən bu sənədin hüquqi nəticələrini qiymətləndirməmişlər. Bu, qərarın əsaslı olmamasını göstərir.

62. Mülkiyyətçilərin razılığı olmadan mənzillərin boşaldılması və qeyri-qanuni tikinti layihəsi əsasında mülkiyyətlərindən məhrum edilmələri, həmçinin kompensasiyanın təmin olunmaması,qərarın qanuni olmasını mümkünsüz etmişdir.

63. İşdə, mülkiyyətçilərin iradəsindən asılı olmayaraq onların mənzillərinin boşaldılması və qanunsuz tikinti layihəsi çərçivəsində yeni mənzillərlə əvəz olunması qərara alınmışdır. Bu, nə “dövlət ehtiyacı” ilə, nə d ə “qanuni əsasla” izah edilə bilər. Beləliklə, mülkiyyət hüququna əsassız müdaxilə edilmiş, Konstitusiyanın 13, 29 və 60-cı maddələri, eləcə də Mülki Məcəllənin 234.1-ci maddəsi pozulmuşdur.

64. Cavabdehlər tərəfindən təqdim olunmuş sənədlər – o cümlədən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin tikintinin dayandırılması barədə qərarı – İddiaçı MMC-nin fəaliyyəti nəticəsində binalarda çatların yarandığını və təhlükə mövcudluğunu sübut edirdi. Lakin məhkəmələr bu faktı laqeyd yanaşaraq, AR Mülki Məcəlləsinin 21.1-ci maddəsində nəzərdə tutulan “zərər vurulması təhlükəsinin aradan qaldırılması” prinsipini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinə etiraz verərək kassasiya şikayətinin təmin olunmamas ı və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3409/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

66. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

67. Maddə

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

68. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiis tifadə edilməsinə yol verilmir.

69. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

70. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

71. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

72. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqla rının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu

73. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

81. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

84. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh6 fəaliyyət qabiliyyətinə görə qəyyumluq altında olsa da, birinci instansiya məhkəməsinin Qəyyumluq və Himayəçilik Komissiyasını işə cəlb etməyərək onun hüquqlarının müdafiəsini təmin etmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, əvvəla apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini sadəcə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətinə əsasən ona aid hissədə yoxlamışdır. Kassasiya şikayəti verən F. Kərimova Cavabdeh6 nümayəndəsi və qanuni nümayəndəsi deyil və ona münasibətdə apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirmək səlahiyyəti yoxdur. Digər tərəfdən iş materialları (İ cild i.v. 225) ilə təsdiq edilir ki, Cavabdeh6 qəyyumu Cavabdeh4 qızıdır və o, apellyasiya məhkəməsinin məhkəmə iclasında iştirak edib. Eləcə də qəyyumluq və himayəçilik orqanı işə cəlb edilib. Qeyd edilənlərə əsasən də dəlil apellyasiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas təşkil etmir.

87. Məhkəmə kollegiyası bildirir ki, sübu tları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Y uxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3409/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar