Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-447/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4785/2025 nömrəli 2025-ci il 4 noyabr tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN E TDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti ümumilikdə 89.063,90 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdehlər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 178,59 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, Cavabdeh1 MMC tərəfindən cəmi 45,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ka ssasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4785/2025 nömrəli 2025ci il 4 noyabr tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(1-8)-447/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-447/2026
10.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver