Məhkəmə qərarları › İş №2(102)-3885/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3885/2025

10.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3885/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi 10.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3278/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahi yyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Azəriqaz” İstehsalat Birliyini 2 noyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funskiyasını yerinə yetirmədiyinə görə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(011)-2223/2023 nömrəli qətnaməsi ilə, iddiaçı cavabdeh birliyə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5505/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əlavə xərclərin ödənilməsi üçün 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 26 iyun 2018-ci il tarixdə gecə saatlarında vəzifəsini icra etdiyi zaman abonentin yaşayış evinin qaz sızmasını aradan qaldırarkən yıxılmışdır. Nəticədə çox ciddi və çoxsaylı kəllə beyin və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən səhhətilə bağlı Cavabdeh X1 Departamentinin sayğac ların müayinəsi laboratoriyasına keçirilmişdir. Səhhətilə əlaqədar olaraq, mütəmadi müalicə və müayinə olunmağına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq onu xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İdidaçı şikayətlə əmək müfəttişliyi xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmışdır, daha sonra iddiaçı məhkəmədə cavabdehə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə iddia qaldırmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının xeyrinə (işə bərpa edilməyinə dair) qətnamə qəbul etmişdir. Lakin Ali Məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəlki instansiyalarda iddiaçının xeyrinə qəbul e dilmiş qərarları ləğv etmişdir. Hesab edir ki, Ali Məhkəmə iddiaçının əleyhinə qərar qəbul edərkən, misli görülməmiş ədalətsizliyə yol vermişdir. Belə ki, iddiaçının himayəsində 3 azyaşlı uşaqları var. Özü daimi həkim nəzarətində olmaqla, çətinliklə çəlik vasitəsi ilə hərəkət edir və daimi bahalı dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində iddiaçı əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi durumu olduqca kritik vəziyyətdədir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(011)-548/2025 nömrəli qətnaməsi ilə (hakim X2) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ilə cavabdehin təqsiri nəticəsində onun səhhətinə ziyan vurulmasını və nəticədə səhhətinin pisləşdiyini qeyd e tmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddiasının əsası kimi onu göstərmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, onun himayəsində 3 övladı qalmışdır. Həmçinin, iddiaçının İİ qrup əlil olmasını və davamlı olaraq müalicəyə ehtiyacı olmasını göstərmiş, istinad olunan halların isə iddiaçının əlavə xərclər çəkməsi ilə nəticələndiyini bildirmişdir.

8. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində xərc çəkmişsə, onun əvəzini cavabdehdən tələb etmək kimi hüququ var. Lakin əlavə xərclərin nədə ehtiva olunması, çəkilmiş məsrəflərin hansı miqdarda və nəyə sərf olunması hazırkı iş üzrə əlavə xərc olaraq səhhətinin bərpasına çəkilən xərclərin olmasına istinad olunsa da iddia ərizəsində bu xərclərin konkr et olaraq nədən ibarət olması, hansı tibbi prosedur üçün hansı məbləğin tələb edilməsi əsaslandırılmamışdır.

9. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.Məhkəmə qeyd etmişdir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddi açının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1118 və 1119-cu, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 119.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək q ətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3278/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(011)-548/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hazırkı iddia ilə cavabdehin təqsiri nəticəsində onun səhhətinə ziyan vurulmasını və nəticədə səhhətinin pisləşdiyini qeyd etmişdir. İddiaçı cavabdeh b irliyə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(011)-2223/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5505/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddiasının əsası kimi onu göstərmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, onun himayəsində 3 övladı qalmışdır. Həmçinin, iddiaçının İİ qrup əlil olmasını və davamlı olaraq müalicəyə ehtiyacı olmasını göstərmiş, istinad olunan halla rın isə iddiaçının əlavə xərclər çəkməsi ilə nəticələndiyini bildirmişdir.

15. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində xərc çəkmişsə, onun əvəzini cavabdehdən tələb etmək kimi hüququ var. Lakin əlavə xərclərin nədə ehtiva olunması, çəkilmiş məsrəflərin hansı miqdarda və nəyə sərf olunması hazırkı iş üzrə əlavə xərc olaraq səhhətinin bərpasına çəkilən xərclərin olmasına istinad olunsa da iddia ərizəsində bu xərclərin konkret olaraq nədən ibarət olması, hansı tibbi prosedur üçün hansı məbləğin tələb edilməsi əsaslandırılmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi hazırda iddiaçının həmin müəssisədən hər ay müavinət alır.

16. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq mün asibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

17. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia t ələbini rədd etməkdə haqlı olmuşdur. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)3278/2025 nömrəli, xx.xx.2025il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qurum qanunsuzluq edərək iddiaçının lazımi işlə təmin edilməsinə şərait yaratmamı ş, bu istiqamətdə iddiaçının iddiası da mahiyyəti üzrə əsaslı hesab edilmiş, lakin sırf iddia müddəti ötürüldüyünə görə iddia rədd edilmişdir. Əgər iddia müddəti ötürülməsə idi, cavabdehin üzərinə iddiaçının işlə təmin olunma öhdəliyi qoyulacaqdı, çünki iddiaçının əmək fəaliyyətini itirməsi birbaşa istehsalat qəzası nəticəsində baş vermişdir və bu da öncəki məhkəmə qərarlarında öz təsbitini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehin təqsiri ucbatından işsiz qalması nəticəsində ona dəymiş maddi ziyanı tələb etmək hüququ var. Belə ki, iddiaçının himayəsində 3 azyaşlı uşaqları var. Özü daimi həkim nəzarətində olmaqla, çətinliklə əl əsası vasitəsi ilə hərəkət edir və daimi bahalı dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində iddiaçı əmək qa biliyyətinin 70 faizin itirmişdir. Maddi durumu olduqca kritik vəziyyətdədir. Buna görə də məcburi iş buraxmağa görə 4 illik kompensasiya tələbi ilə məhkəməyə müraciət etsmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır.

20. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən iddia tələbini təsdiq edən lazımi sübutlar təqdim edilmədiyini əsas gətirsə də, iddiaçı tərəfindən onun səhhətinin məruz qaldığı xəstəliklər, əlilliyini təsdiq edən sənəd, müvafiq dərman qəbzləri və s. dəlillər təqdim edilmiş, işə baxmış məhkəmələr, o cümlədən apelyasiya instansiyası isə bu dəlillərə heç qətnamələrin təsviri hissəsində belə toxunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasassiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəll əsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır..

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər v urulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 22-23).

36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, ərizəsində göstərdiyi tələb üzrə cavabdehin onun qarşısında müqavilədən və ya qanundan irəli gələn öhdəlik daşımasını sübuta yetirə bilməmişdir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyas ı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilm əsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3278/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar