Məhkəmə qərarları › İş №2(102)-4128/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4128/2025

04.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti aşağıdakıları müəyyən etmişlər: üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq

2. İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə “X7” haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ekspeditor vəzifəsinin icra edən işçi şirkət tərəfindən ona etibar edilərək, verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə X7 daşıyır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci madd əsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir.

3. İddiaçı cəmiyyətin direktor müavini, komissiyanın sədri Elşən Şərifov, komissiyanın üzvləri, maliyyə meneceri Ceyran Nəcəfova, satış meneceri Aqşin Şərifov, mühasib Azər Mikayılov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən cəmiyyətin direktorunun xx.xx.2022-ci il tarixli, 175 saylı əmrinə əsasən onlar hesablamalar apararaq, cəmiyyətin ekspeditoru Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və Al marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyətini analiz edərək, həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar apararaq qənaətə gəlmişdilər ki: - Al marketlərdə 110 mağazada cavabdeh tərəfindən Logix sistemi üzrə satılan mallar 314.037,93 manat olduğu halda, All market tərəfindən qəbul olunanlar 308.619,63 manatı təsdiqləmişlər, nəticədə 533,01 manat Abdullayevin kəmi var, eynilə All marketlərdə mədaxili olan, lakin cavabdehin satışı qeydiyyata almadığı 5.951,31 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə cəmi kəmi 5.951,31 - 533,01=5.418,3 manat təşkil edir. All marketlərdən eyni mağazalarda cavabdeh tərəfindən Logix sistemi üzrə geri götürülən iadə 62.229,55 manat olduğu halda, All market tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənilmiş, nəticədə 6.360,44 manat cəmiyyətə artıq iadə hesablayıb, eynilə All marketdə çox yazılan, lakin cavabdeh az olan iadələr 567.22 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə artıq iadəsi 567,22 6.360,44 = 5.793,23 manat yoxdur. Cavabdeh özbaşın a olaraq 4.872,11 manatlıq pay adı ilə cəmiyyətin mallarını guya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşınanbardan silib. Cavabdeh maşın-anbarın sayımı zamanı cəmi 1.180,84 manatlıq mal kəmi hesablanıbdır. Beləliklə komissiyanın apardığı hesablamalar zamanı cavabdeh ona edilən etibardan sui-istifadə edərək, İddiaçı MMC-nin satış fərqi 5.418,3 manat, artıq iadə üzrə 5.793,23 manat, pay adı ilə 4.872,11 manat və kəm gələn mallar üzrə 1.180,84 manatlıq, ümumilikdə 17.264,48 manatlıq mallarını mənimsəmişdir. 4. ”SR Audit and Tax Services” MMC-nin xx.xx.2025-ci il tarixli audit rəyinə əsasən cavabdehin “Al market” marketlər şəbəkəsinə isti satış üçün götürdüyü malların cəmi dəyəri 314.037,93 manat olduğu halda, market şəbəkəsi tərəfindən qəbul olunmuş malların cəmi dəyəri 308.6 19,63 manat təşkil edir və mallar üzrə 5.418,3 manat fərq yaranmış, cavabdeh tərəfindən Logix sistemi üzrə geri qaytarılan 62.229,55 manat olduğu halda, “Al market” tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənmiş, 567,22 manat səhv yazılmış geri qaytarma nəzərə alınmaqla 5.793,23 manat fərq yaranmış, marketlərə hədiyyəlik məqsədlə götürülmüş 4.872,11 manatlıq mallar “Al market”ə təqdim edilməmiş, nəticədə 4.872,11 manat fərq yaranmış, yuxarıdakı əməliyyatlar üzrə cəmi 16.083,61 manat məbləğində fərq yaranmış, xx.xx.2022-ci il tarixli maşın-anbar sayımı sənədində göstərilmiş 1.180,84 manat fərq ilə bağlı yetərli və münasib sübutlar əldə etmək mümkün olmadığından bu əskikgəlmə ilə bağlı rəy təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17.264,48 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 17.264,48 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1 nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq, cavabdeh pulu ö dəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 2384/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 17.264,48 məbləğində pul vəsaiti, ödənilmiş 92 manat dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulmuşdur. (hakim X1).

8. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixli “X7” haqqında müqavilə imzalanmışdır. Onların arasında bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə cəmiyyətin ekspeditoru Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz edilərək, həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparılmış, cavabdeh tərəfindən 17.264,48 manat zərər vurulduğu məlum olmuşdur. Hazırkı günədək 17.264,48 manat məbləğində zərər cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh həmin zərərin vurulmasında təqsiri olmadığına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə, həmçinin, qeyd etmişdi r ki, xx.xx.2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla X4 Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X3 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən X4 barəsində cinayət işinə xitam verilmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 17.264,48 manat məbləğində maddi ziyan vurmuş, hazırkı günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17.264,48 manat məbləğində pul tutularaq, iddiaçı nın xeyrinə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı, 21ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-194-cü, 199-cu, 202-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarı lmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən akta əsaslana biləcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən bu aktlarda qeyd edilən faktların qarşılıqlı təsdiqinə uyğun araşdırma aparılmamışdır. Yəni ki, akt yekunu nəzərdə tutmuş və iddiaçının özünün əməkdaşları tərəfindən tərtib edilmişdir. İşə baxan məhkəmə də aktda olan xüsusatların həqiqi olub-olmaması, reallığı əks etdirməsi halını araşdırmamışdır. Hansı ki, aktın özü də mötəbər sübuta və ya sübutlara söykənməlidir. Digər tərəfdən, cinayət işinin rədd olunması haqqında qərarda da bu hallar digər mütəxəssis və ya ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. O, bir ildən çoxdur əmək müqaviləsinə xitam verilməsini istəsə də, İddiaçı MMC əsassız yerə müqaviləy ə xitam verməmiş, gələcəkdə məhkəməyə verəcək iddia üçün əmək münasibətlərindən irəli gələn iddia üçün 1 ildən artıq müddət yaratmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1016/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir (hakimlər: Fuad Abdiyev - sədrlik edən və məruzəçi, İkram Şirinov və Namiq Cəfərov).

14. Məhkəmə kollegiyası mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə cavabdehlə “X7” haqqında müqavilə imzalanmış, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərində olan zaman, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və Al marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz etmək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparmaq məqsədi ilə iddiaçının əməkdaşlarından ibarət komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin 17.264,48 manatlıq malları mənimsədiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, 1 saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır.

15. Hazırda iddiaçı 17.264,48 manat məbləğində malların cavabde h tərəfindən mənimsənilərək, cəmiyyətə həmin məbləğdə zərər vurduğunu, cəmiyyətlə X7 haqqında müqavilə bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyi daşıdığını iddia edir və qeyd edilən məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, ona iddia edilən malların təhvil verilmədiyini və bununla bağlı heç bir sübutun mövcud olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

16. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericiliyin müddəalarına istinadən qeyd etmişdir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıması üçün 3 şərtin eyni anda mövcud olması tələb olunur: a) ziyanın həqiqətən vurulması; b) təqsirkarın qan unazidd əməli; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

17. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən işəgötürən bu halları, ziyanın onun tərəfindən vurulmadığını (onun təqsiri olmadan vurulduğunu) iddia edən işçi isə öz mövqeyini (təqsiri olmadığını) sübut etməyə borcludur.

18. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafi ə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan k imi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

20. Bu baxımdan iddiaçı öz iddiasına uyğun olaraq cavabdehin ona 17.264,48 manat məbləğində maddi zərər vurduğunu sübuta yetirməli, bununla bağlı aidiyyəti, o cümlədən bu məbləğin müəyyən edilməsini mümkün edən sənədləri təqdim etməl i idi. Lakin buna baxmayaraq, nəinki bu məbləğdə, ümumiyyətlə hər hansı məbləğdə zərərin cavabdeh tərəfindən ona vurulmasını, o cümlədən malların mənimsənilməsini sübuta yetirə bilməmişdir.

21. Məhkəmə kollegiyası bu istiqamətdə vurğulamışdır ki, qanunvericiliyin tələbləri baxımından illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddiaçı olan MMC tərəfindən illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə bir müstəqil auditorun (kənar auditor) cəlb edilməsi və zərərin vurulduğu (borcun yarandığı) iddia edilən dövr üzrə qeyd edilən formada yoxlamanın aparılması müəyyən edilməmişdir

22. Bundan əlavə, vurulm uş ziyan barədə təqdim edilmiş sənədlər araşdırılarkən iddiaçının səlahiyyətli şəxslərinin cavabdeh tərəfindən mənimsənilməsi iddia edilən 17.264,48 manat dəyərində malların məhz cavabdehə təhvil verilməsi, onun tərəfindən qəbul edilməsi və sonradan aidiyyəti üzrə təhvil verməməsi, habelə geri götürülən malların anbara qaytarılmaması barədə rəsmi sənəd təqdim edilməmişdir. Yoxlamaya təqdim edilən sənədlər yalnız cəmiyyətin kompyuter proqram təminatı ilə sistemləşdirilmiş "Logix" proqram təminatından çıxarışlardan ibarət olmuş, zərərin həqiqətən də dəyməsi, dəqiq məbləğlər, onların hesablanması qaydası hər hansı digər mötəbər dəlillərlə sübuta yetirilməmişdir.

23. Bu hal apellyasiya instansiya icraatı zamanı keçirilmiş audit hesabatının nəticələrində də öz əksini tapmışdır. Belə ki, məhkəmə nin xx.xx.2025-ci il tarixli qərardadının icrası qaydasında ”SR Audit and Tax Services” MMC tərəfindən audit yoxlaması yalnız iddiaçı tərəfindən təqdim edilmiş kompyuter proqram təminatı ilə sistemləşdirilmiş “Logix” proqram təminatından çıxarışlar əsasında aparılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası həmin rəyi mötəbər hesab etməmişdir. O halda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qarşılığında belə həmin rəydə iddia edilən 1.180,84 manat (xx.xx.2023-cü il tarixli aktda göstərilən) fərqlə bağlı yetərli və münasib sübutların əldə edilməsinin mümkün olmaması səbəbindən bu əskikgəlmə ilə bağlı rəyin ifadə edilmədiyi bildirilmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi də məhkəmə iclasında "Logix" proqram təminatından çıxarışlardan başqa hər hansı sübutun, o c ümlədən cavabdehin imzası ilə təsdiq edilmiş malların təhvil-təslim sənədlərinin olmadığını bildirmişdir.

24. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təşkil edilmiş komissiyanın tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktla bağlı qeyd etmişdir ki, məzmununa əsasən iddia edilən zərər məbləği şəbəkə marketlər və AL marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar əsasında müəyyən edilmişdir. Lakin qarşılıqlı üzləşmənin aparılmasını təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmir.

25. Ümumiyyətlə həmin aktda iddiaçının ekspeditor kimi “AL market” marketlər şəbəkəsinə satış üçün 314.037,93 manat dəyərində mal götürdüyü halda, həmin şəbəkə tərəfindən cəmi 308.619,63 manat dəyərində malın qəbul olunduğu, nəticədə 5.418,30 manat fərqin yarandığı göstərilmişdir. Eyni zamanda, geri qaytarılan (iadə) malların dəyərində 5.793,23 manat fərqin yarandığı, hədiyyəlik məqsədi ilə götürülmüş 4.872,11 manat dəyərində malın isə “AL” marketə təqdim edilmədiyi qeyd edilmişdir. Lakin hər üç halda fərqin yarandığının müəyyən edilməsi üçün ilk növbədə bu mallar fiziki (faktiki) olaraq cavabdeh tərəfindən qəbul olunmalı, sonradan təhvil verilməməli, bu halları da təsdiq edən təhvil-təslim aktları (hesab fakturalar) mövcud olmalıdır. Lakin nəinki bu fərqlərin, hətta onların hər hansı bir hissəsinin müəyyən edilməsini mümkün edən və cavabdehin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktı təqdim edilməmişdir.

26. Bundan əlavə, əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanu nauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. İşçi yazılı izahat verməkdən imtina etdikdə bu barədə müvafiq akt tərtib edilir. Öz-özlüyündə konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə) təsiqlənməlidir. Belə ki, əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə və s. təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu ziyana görə işçinin üzərinə maddi məsuliyyəti qoymaq imkanından məhrum edir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

27. Yoxlama aparılan zaman cavabdeh iddiaçının işçisi olmasına baxmayaraq, iddiaçı tərəfindən yaradılmış komissiya, habelə iddiaçının hər hansı digər səlahiyyətli əməkdaşı bu sahəni tənzimləyən qanunvericiliyin 34-cü bəndində göstərilən tələblərə riayət etməmiş, o cümlədən cavabdehin izahatını almamış, bu proseslərdə onun iştirakını təmin etməmiş, nə üzləşmə aparmış, nə də ki, hər hansı məsələyə aydınlıq gətirilməsini ondan tələb etmişdir. Cavabdehlə bağlanmış əmək müqav iləsinə xitam verilərkən də bu hala (müəssisəyə işçinin təqsirli əməlləri nəticəsində maddi zərər vurulmasına) toxunulmamış və tam fərqli əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

28. Bununla belə, iddiaçı-işəgötürən tərəfindən yoxlama bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun aparılmamış, vurulması iddia edilən zərər məbləği cavabdehin iştirakı təmin edilmədən, o cümlədən izahatı alınmadan yalnız kompyuter proqram təminatı ilə sistemləşdirilmiş “Logix” proqram təminatından çıxarışlar əsasında müəyyən edilmişdir ki, bunun nəticəsində də tərtib edilmiş akt iddianın əsaslı hesab edilməsi və cavabdehdən hər hansı məbləğdə zərərin tutulması üçün əsas ola bilməz.

29. Nəzərə alınmalıdır ki, iddiaçının əməkdaşı olmuş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləs inin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə iddiaçının nümayəndəsi X3 verdiyi ifadəsində iş zamanı edilmiş bir neçə texniki səhvə görə, yəni anbardan çıxarılmış malların “Günəş” və “Logix” proqramlarına (fakturalarının mühasibatlıq proqramları olan) düzgün işlənilmədiyini və nəticədə həmin proqramlarda 42.360,05 manat çatışmaqlığın göründüyünü, 42.360,05 manat göstəricidən 15.000 manat hissəsinin həqiqətən də yaranmış çatışmalıq olduğunu, qalan məbləğin isə ola bilsin ki, həmin proqramlara düzgün işlənilməməsi nəticəsində yarandığını bildirmişdir. Onun bu ifadəsi “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Xətai rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli Qərarında öz əksini tapmışdır.

30. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 191. 192, 194. 199, 200, 203cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil: Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətinin ilk dəlilinə görə, apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş mühüm sübutlara – audit aktına, “Logix” proqram təminatından çıxarışlara, elektron uçot məlumatlarına və maliyyə cədvəllərinə düzgün hüquqi qiymət verməmiş, onları əsassız olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Bu isə MPM-in sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinin pozulmasıdır. Belə ki, “Logix” proqram təminatından əldə olunmuş məl umatlar müəssisənin daxili normativ aktlarına əsaslanan elektron mühasibat uçotu sisteminin tərkib hissəsidir.Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun 1 və 3-cü maddələrinə əsasən elektron sənədlər kağız sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Buna baxmayaraq, məhkəmə həmin sübutları yalnız kağız formada olmaması səbəbilə rədd etmişdir ki, bu da qanunsuzdur. Məhkəmə audit yoxlamasının yalnız “Logix” proqram təminatından çıxarışlar əsasında aparılmasını əsas götürərək "xxxx" MMC-nin rəyini etibarsız hesab etmişdir. Halbuki audit həmin proqramda qeydə alınmış rəsmi uçot məlumatları əsasında aparılmış və bu məlumatlar maliyyə sənədi statusuna malikdir.

33. Şikayətin digər dəlilinə görə, illik maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılma ması yalnız inzibati məsuliyyət yarada bilər və bu hal işçinin vurduğu maddi ziyanın mövcudluğunu və onun məsuliyyətini istisna etmir. Həmçinin, Məhkəmə qarşılıqlı üzləşmənin aparılmasını təsdiq edən sübutların olmadığını bildirsə də, iş materiallarında “AL Market” tərəfindən təqdim edilmiş rəsmi məktub mövcuddur və həmin məktubda tərəflər arasında mal dövriyyəsinə dair sənədlərin təqdim edildiyi açıq şəkildə təsdiq edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə 191.Bənd İ.Əmək münasibə tləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar;

36. Maddə 191.Bənd İİ. a) ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması şərtlərinin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır;

37. Maddə 192.Bənd İ.Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başl ayır;

38. Maddə 192.Bənd İİ. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar;

39. Maddə 194.1.Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur;

40. Maddə 194.2.Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir;

41. Maddə 199.Bənd “a”.İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar ol araq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır;

42. Maddə 200.Hissə İ. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.

45. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

57. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiy a instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

59. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-1016/2025 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar