Məhkəmə qərarları › İş №2(102)-3716/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3716/2025

23.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3716/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində - “Dövlət Sosial Müdafiə Fondu” X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X2 göstərilməklə) Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-4356/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya aid edilmiş 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə işləmiş, bu peşə üzrə iş stajı 4 il 9 ay 25 gün təşkil etmişdir. O, güzəştli şərtlərlə pensiya almaq üçün AR ƏƏSMN DSMF XŞT-ya müraciət etsə də, həmin pensiyanın alınması üçün iş stajı çatışmazlıqlar olduğundan müraciəti təmin edilməmişdir. O, Trestdə 1995-2005-ci illərdə çalışdığı vəzifələrin Nazirlər Kab inetinin Qərarı ilə təsdiq edilmiş siyahıda əksini tapdığını rəhbər tutaraq, bu halın öz təsdiqini tapması üçün həmin tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq gecə işlərinə görə əlavə əmək haqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin siyahıda hansı aidiyyəti koda uyğunluğu barədə arayış verilməsi üçün iş yerinə müraciət etmişdir. Lakin müəssisə tərəfindən bu barədə verilən arayışlar İddiaçı qane etmədiyindən, o, zəruri məlumatları ehtiva edən sənədin Cavabdehndən alınması üçün məhkəməyə müraciət etmişdir. 2. xx.xx.2025-ci il tarixli Əmək haqqı barədə arxiv arayışına əsasən, İddiaçı 19952005-ci illərin ayları üzrə əmək haqqı gecə işinə görə hesablanmışdır. Yekun məbləğ 7946829,43 manat təşkil edir. İş çinin 1994-cü il və 2006-cı illərin əmək haqqı cədvəli arxivdə aşkar olunmadığına görə arayışda qeyd göstərilməmişdir. İşçinin əmək haqqı cədvəlinə əsasən gecə işləri texniki istehsalat şöbəsində göstərildiyindən və bu amil Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığından həmin illərə dair güzəştli arayış təqdim oluna bilmir. 3. 24.04.2024-cü il tarixli Pretenziyaya əsasən, İddiaçı gecə işlərinə görə əlavə əmək haqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında təsbit olunmuş hansı aidiyyəti koda uyğunluğu barədə arayış verilməsini Cavabdeh müdiri P.İsayevdən xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il ta rixli “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubuna əsasən, ərizə əsasında seçmə üsulla 1995, 1996, 2001 və 2004cü illərdə bütün aylar üzrə İddiaçı gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə seçilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə isə Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-2005-ci il tarixl ərdə işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə uyğun arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzər dəniz neft qaz sənayesi” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 183 saylı əmri ilə “Neft Daşları” X4 İdarəsində işləmişdir. Hazırda Cavabdeh “Neft Daşları” Qazma İşlər İdarəsi ləğv olunaraq “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərir. O, müəssisədə qazmaçı köməkçisi, qazmaçı, mühəndis-texnoloq, qazma üzrə mühəndis, texniki istehsalat şöbəsinin rəisi vəzifələrində işləmişdir. Əmək fəaliyyəti və digər əlavələr ilə birlikdə 1982-xx.xx.1989-cu il tarixlərdə və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri olmaqla, müddət cəmi 22 il 05 ay 11 gün təşkil edir. Bu da onu təsdiq edir ki, güzəştli şərtlərlə pensiya hüququ verən kifayət qədər iş stajı var. AR ƏƏSMN DSMF XŞT üzrə Mərkəzi Filialına müraciəti təmin edilməmişdir. Səbəbi isə əmək fəaliyyəti üzrə yerinə yetirdiyi funksional vəzifələrin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında qeyd edilməməsidir. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri” adlı 1 nömrəli siyahısına “Neftin qazı lması və hasilatı, dəniz neftçiləri üçün neft, qaz kondensatı, kömür şistin emalı, rəhbər və mütəxəssislər bölməsində, kod-1100000b-24094 buruq qurğularının rəisləri, 1100000b-222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər” peşələri daxil edilir, lakin onun funksional vəzifəsi siyahıda olmadığından və güzəştli şərtlərlə yaşa görə 5 il 3 ay müddət onun birbaşa funksional vəzifəsi olmaqla çatışmazlıq təşkil etdiyindən imtina edilmişdir. Zərərli iş stajı 1989-1994cü il tarixləri əhatə edir, digər vəzifələrdə zərərli işlə əmək fəaliyyəti isə 1995-2005-ci il tarixlərini əhatə etsə də. funksional vəzifə rəhbər işçilərin siyahısına aid olduğundan əmək fəaliyyəti zərərli peşələrin siyahısına aid edilməmişdir. Lakin 1995-2005-ci il tarixlərdə yerinə yetirdiy i işlər arxiv arayışında birbaşa qeyd edilmiş, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilmişdir. Bunlar onu göstərir ki, gecə növbəsi zamanı yerinə yetirdiyi iş birbaşa siyahıda kod-1100000b-24094 buruq qurğularının rəisi, 1100000b222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşələri sırasına aiddir. 1995-2005-ci il tarixləri ərzində hansı istehsalat proseslərini yerinə yetirməyi, gecə vaxtı konkret hansı işləri yerinə yetirməyi və işlərin Nazirlər Kabinetinin qərarında göstərilməsi barədə uyğun arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətdə verilən suallar cavabsız qaldığından nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, i ddiaçının əmək stajına dair Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun arayış verilmişdir. Həmin qərarın 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə iddiaçıda 4 il 9 ay 25 gün güzəştli iş stajı təşkil edir. İddiaçının 1995, 1996, 2001 və 2004-cü illərdə bütün aylar üzrə gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə müəyyən edilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə oluması barədə heç bir sənəd aşkarlanmamışdır.

8. Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin 2(005)-1913/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Ramin Quliyev) iddia təmin olunmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının rəhbər tutduğu əsaslar mövcud olmadığından və iddiaçı tərəfindən onları doğrulayan sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı 1995-2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə arayışı Cavabdehndən tələb etməkdə haqlı deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 88-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 2, 10, 13, 24, 27-1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları ətraflı araşdırılmamış və buna görə də iş üzrə yanlış nəticəyə gəlinmişdir. Belə ki, texniki istehsalat şöbəsinin rəisi vəzifəsinin təlimatında gecə işləri nəzərdə tutulmayıb. Deməli, o, gecə işlərini digər vəzifənin icrası zamanı həyata keçirib. Ona görə də o, cavabdehdən gesə işlərinə cəlb edildiyi zaman yerinə yetirdiyi vəzifəyə uyğun arayış verilməsini tələb edir. Apellyator dah a sonra qeyd etmişdir ki, məhkəmə 1995-2005-ci illər ərzində onun gecə işindəki iş günlərinin miqdarı və gecə işlərinin texniki istehsalat şöbəsinin rəisinin vəzifə təlimatında göstərilib-göstərilmədiyi faktını da aydınlaşdırmayıb.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4356/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 19952005-ci illər ərzində Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş siyahıdakı vəzifəyə uyğun işlədiyini hesab e tdiyindən güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün lazım olan iş stajı tələblərinə riayət olunduğunu bildirir. İddiaçı mülahizəsini onun müəssisədə gecə işlədiyi günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilməsi ilə əsaslandırır. Lakin Cavabdeh tərəfindən edilən etirazdan, “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubdan, o cümlədən əmək haqqı barədə arxiv arayışlarından məlum olur ki, heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmiş və bu fakt şahid ifadəsində də vurğulanmışdır.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçının rəhbər tutduğu əsaslar mövcud olmadığından və iddiaçı tərəfindən onları doğrulayan sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı 19952005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə arayışı Cavabdehndən tələb etməkdə haqlı deyildir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

17. Apellyasiya şikayətinin dəlillərinə görə texniki istehsalat şöbəsinin r əisi vəzifəsinin təlimatında gecə işləri nəzərdə tutulmayıb. Deməli, o, gecə işlərini digər vəzifənin icrası zamanı həyata keçirib. Ona görə də o, cavabdehdən gecə işlərinə cəlb edildiyi zaman yerinə yetirdiyi vəzifəyə uyğun arayış verilməsini tələb edir.

18. Apellyator daha sonra göstərmişdir ki, məhkəmə 1995-2005-ci illər ərzində onun gecə işindəki iş günlərinin miqdarı və gecə işlərinin texniki istehsalat şöbəsinin rəisinin vəzifə təlimatında göstərilib-göstərilmədiyi faktını aydınlaşdırmayıb.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq onları əsassız hesab etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün lazım olan bütün tədbirlər görülmüş, tə rəflərə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim etmək üçün lazımi şərait və imkan yaradılmışdır. Lakin araşdırma nəticəsində iddia tələbinin əsası kimi istinad olunan hallar öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçının sorğusuna əsasən iki dəfə müvafiq arayış verilsə də, həmin arayışların məzmunu iddiaçını qane etməmişdir. İddiaçının tələb etdiyi məzmunda arayışın verilməsi isə arxiv məlumatları ilə təsdiq olunmadığından mümkün olmamışdır.

20. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə,71-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “n” bəndinə (texniki səhv olaraq maddənin nömrəsi “8” kimi yazılmışd ır), 42-ci maddəsinin 1-ci hissəsinə, 88-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 10, 13, 24, 27-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili – Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4356/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-2005-ci illər ərzində gecə işlərini açıq dəniz şəraitində buruq qurğularının rəisi və bilavaisitə buruqlarda məşğul olan qazma üzrə mühəndis vəzifəsində icra etmişdir. Ona görə də iddiaçının həmin v əzifə üzrə müvafiq arayışı cavabdehdən tələb edərək almaq hüququ qanunvericiliyin tələbindən irəli gəlir. Cavabdehin isə borcudur ki, iddiaçıya müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etsin. Cavabdeh isə iddiaçının 1995-2005-ci illər ərzində faktiki icra etdiyi vəzifə üzrə (açıq dəniz şəraitində buruq qurğularının rəisi və bilavaisitə buruqlarda məşğul olan qazma üzrə mühəndis vəzifəsi) arayış təqdim etməli olduğu halda təqdim etdiyi əmək haqqı barədə arxiv arayışında əsassız olaraq iddiaçının gecə işlərini texniki istehsalat şöbəsində icra etdiyini qeyd etmişdir. Bundan başqa cavabdeh tərəfindən verilmiş arayışda iddiaçının texniki istehsalat şöbəsində konkret hansı vəzifə ni icra etdiyi də göstərməmişdir. Belə olan halda isə məhkəmənin hazırda mübahisələndirilən qətnaməsi ilə Əmək Məcəlləsinin 9, 88-ci maddələrinin tələbləri nəzərə alınmamış və nəticədə də qanunsuz qətnamə qəbul etmişdir.

23. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan aşağıdakı sübutlar və hallara səhv hüquqi qiymət vermişdir.

24. Kassasiya şikayətində Azərbaycan Respublikasının MPM-in 77 və 88-ci maddələrinin də tələblərinin pozulduğu bildirilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarını səthi araş dıraraq, işdə olan aşağıdakı sübutlar və hallara səhv hüquqi qiymət vermişdir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2025- ci il tarixli 1-215/2-421/2025 nömrəli əmək haqqı barədə arxiv arayışında qeyd olunmuşdur ki, 1995-ci ildən 2005-ci ilədək hər ayın əmək haqqısı cədvəl üzrə gecə işinə görə hesablanmışdır. Bu da iddiaçının texniki şöbənin rəisi vəzifəsində əmək funksiyasını yerinə yetirdiyi zaman aldığı əmək haqqından daha yüksək əmək haqqıdır. Bu da onu göstərir ki, iddiaçı texniki şöbənin rəisi vəzifəsinin vəzifə təlimatlarında göstərilməyən digər vəzifənin icrası ilə bağlı olan əlavə işlərə cəlb olunmuşdur. Onu da qeyd etmək istəyirik ki, texniki şöbənin rəisi vəzifəsinin vəzifə təlimatlarında gecə işləri nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçının 1995-ci ildən 2005-ci ilədək açıq dəniz şəraitində buruq qurğularının rəisi və bilavaisitə buruqlarda məşğul olan qazma üzrə mühəndis vəzifəsi ilə bağlı işlərin icrasına cəlb olunduğuna o vaxt onunla birlikdə işləmiş şəxslər də şahid olmuşlar. Hesab edirik ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün həmin şəxslər də məhkəməyə şahid qismində dəvət edilməli idi.

25. İddiaçı elektron kabinet vasitəsilə kassasiya şikayətinə əlavə qeydlər təqdim etsə də kassasiya şikayətinə əlavə vəkil tərəfindən tərtib olunmadığına (vəkil tərəfindən imzalanmadığna) görə məhkəmə kollegiyası həmin əlavəni qəbul etmir. Azərbaycan Respublikasının MPM-in 67.1-ci maddəsinin birinci cümləsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Мəhkəmə Mübahisələri ilə X5 Filialı mülahizə təqdim edərək bildirmişdir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair müvafiq arayışı Mərkəzi Filiala təqdim olunduğu təqdirdə iddiaçının müraciətinə baxıla bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əs as hüquqları vardır: n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq;

29. Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

30. Maddə 88.

1. İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu.

31. Maddə 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.

32. Maddə 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

33. Maddə 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

34. Maddə 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirm ələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

35. Maddə2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

36. Maddə 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qayd ada təmin etməyə borcludur.

37. Maddə 10.4. İnformasiya sahibi: 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.5. sorğuçuya kömək göstərməlidir;

38. Maddə 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

39. Maddə 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

40. Maddə 27-1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana ) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən t am mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının 1995-ci ildən 2005-ci ilədək açıq dəniz şəraitində buruq qurğularının rəisi və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis vəzifəsi ilə bağlı işlərin icrasına cəlb olunduğuna o vaxt onunla birlikdə işləmiş şəxslərin də şahid olduğunu, işin obyektiv və hərtərəfli araşdırılması üçün həmin şəxslərin də məhkəməyə şahid qismində dəvət edilməli olduğu barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil məhkəmə qətnaməsinin ləğvi üçün əsas təşkil etmir.Belə ki, şahid ifadələri sübut növlərindən biridir.Sübutları tərəflər məhkəməyə təqdim edirlər. Lakin iş materialları ilə iddiaçının iddia ərizəsində konkret şahid ifadələrinə istinad etməsi, mülki işin qanunvericiliklə müəyyən edilmiş mərhələsində dəlildə göstərilən xarakterli ifadə verə biləcək şahidlərin çağırılması barədə əsaslandırılmış vəsatət verməsi təsdiqlənmir.

52. Azərbaycan Rerspublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar ın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

54. Həmin Məcəllənin 104.6-ci maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.

55. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.

56. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət vermə klə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4356/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar