Məhkəmə qərarları › İş №2(102)-3577/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3577/2025

10.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3577/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: məzuniyyət haqqı, sosial sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2025-ci il tarixli 2(103)-3406/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 3T-İ seriyalı, ******* nömrəli əmək kitabçasında əksini tapan məlumatlara əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir. 2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı çilingər vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 300 manat olaraq müəyyən edilmişdir.

3. Metalquraşdırma” MMC-nin xx.xx.2023-cü il tarixli, 28/03-23 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmri ilə "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzuniyyə tinə görə kompensasiya ödənilməsi əmr edilmişdir. 4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18/11-22 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmri ilə "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2019xx.xx.2020-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir. 5. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunda göstərilir ki, o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən yazılı xəbərdarlıq edilmiş, ən qısa müddət ərzində işə gəlməmə səbəbini onlara bildirilməsi, əks təqdirdə işdən azad olunması nəzərə çatdırılmışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, İddiaçı müraciətinə baxılmış, "xxxx" MMC-nin ünvanına məktub göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus F-20 formasında “yoxdur” qeydi ilə geri qaytarıldığından müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda o, 3 saylı Bakı DOST mərkəzinə təqdim etdiyi izahatında əmək haqqının bir hissəsinin nağd formada aldığını bildirmişdir. Təqdim etdiyi əmək haqqına dair bank çıxarışına əsasən ona son haqq-hesabın qanunvericiliyə uyğun olaraq ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. 7. xx.xx.2023-cü il tarixli 105104 nömrəli ödəniş tapşır ığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 200 manat vəsait köçürülmüşdür. 8. xx.xx.2022-ci il tarixli 54847 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 300 manat vəsait köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC və onun direktoru X2 müştərək qaydada istifadə etmədiyi 4 il müddətdə məzuniyyətin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaitinin tutulması və sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışd ır ki, xx.xx.2008-ci ildə "xxxx" ASC-dən işdən azad olunduqdan sonra, təxminən 2012-ci ilin əvvəllərindən "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Cavabdeh təşkilatda bir neçə il işlədikdən sonra ona məlum olmuşdur ki, onunla olan əmək müqaviləsi xx.xx.2017-ci ildən rəsmiləşdirilmişdir. Halbuki, həmin müddətdə ona hər ay 750-800 manat əmək haqqı (nağd şəkildə) ödənilmişdir. Cavabdeh təşkilat 2023-cü ilin aprel ayının əvvəllərində iş olmadığından onu iş yerinə buraxmamış, şifahi şəkildə bildirilmişdir ki, iş olanda dəvət edəcəklər. Həmin vaxtdan sonra bir neçə ay gözləmiş, lakin xx.xx.2023-cü il tarixdə cavabdeh ona sürətli poçtla “xəbərdarlıq” məktubu göndərmişdir ki, guya o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə getmir. O, bu məsələni ayd ınlaşdırmaq üçün məcbur olub müxtəlif instansiyalara (Əmək müfəttişliyinə, DOST Mərkəzinə) müraciətlər etmiş, həmin müraciətlərinə verilən cavablardan məlum olmuşdur ki, cavabdeh qanunsuz və əsassız olaraq onunla sonradan bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (xx.xx.2017-ci ildən) xitam verildiyi tarixədək (xx.xx.2023-cü ilədək) olan 6 il müddətdə bir dəfə də olsun ona məzuniyyət verilməmiş və məzuniyyət pulu da ödənilməmişdir. Hətta ona işdənçıxma müavinəti və son haqq-hesab da verilməmiş, bu barədə heç bir ödəniş olmamışdır. Cavabdeh tərə findən “Xəbərdarlıq” aldıqdan sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. Hətta cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanlarına rəsmi məktublar göndərsə də, onları tapmaq mümkün olmamış, məktublar geri qayıtmışdır. Cavabdeh onu işdən azad edərkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, qərəzli olaraq onu işdən azad etmiş, xəbərdarlıq məktubunu 3 aydan sonra ona çatdırmış, məzuniyyət (6 il) pulunu, işdənçıxma (3 ay) üçün müavinətini ödəməmişdir.

11. İddia ərizəsinə əlavədə həmçinin qeyd olunmuşdur ki, cavabdeh təşkilat hansı idarədən iş götürürdüsə, əməkdaşlarını həmin təşkilata qeydiyyata salırdı. 2013-cü ildə də onu "xxxx" MMC-yə qeydiyyata salmış, hər ay 750-800 manat olmaqla 8 ay əmək haqqı almışdır. Cavabdeh işi nağd şəkildə götürdüyü üçün on ların əmək haqlarını nağd şəkildə ödəmiş, həmçinin sosial sığorta ödənişlərini də ödədiyini bildirmişdir. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (mart 2013-cu ildən) ikinci dəfə rəsmiləşdirildiyi tarixədək (xx.xx.2017-ci ilədək) olan 4 il müddətində ona məzuniyyət pulu ödənilməmiş, sosial sığorta ödənişləri tam ödənilməmişdir. Halbuki, onlar bütün illəri işləmişlər. İş götürəndə hər tonunu 200 manata götürmüş, heç vaxt işsiz olmamışdır. Sosial sığorta arayışına baxanda aydın görünür ki, işlədiyi illərin çoxu üzrə sığorta ödənilməyib. Müqavilədə iş saatı 09:00-dan saat 18:00-a kimidir. Lakin saat 08:00-dan saat 18:00-a kimi, həmçinin şənbə günü də işləyiblər. Sosial ödənişlərin heç biri tam ödənilməyib. Aldığı əmək haqqına uyğun deyil.

12. Cavabdeh "xxxx" MMC iddia t ələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğuna, iddiada qeyd edilmiş hallar onun tərəfindən təqdim edilmiş sübutlarla təsdiqini tapmadığına və işin faktiki hallarına uyğun gəlmədiyinə görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən işlədiyini bildirsə də, iş materiallarında olan sənədlərdən də görünür ki, tərəflər arasında əmək münasibəti xx.xx.2017-ci ildən başlamışdır. Əvvəlki dövrdə əmək müqaviləsi olmadan işə cəlb olunması barədə iddiaçının qeyd etdikləri tamamilə əsassız və həqiqətə uyğun olmayan fikirlərdir. Əmək müqaviləsinin xx.xx.2017-ci ildə rəsmiləşdirilməsi barədə sonradan məlumatlı olmasına dair iddiaçının qeyd etdiklərinin həqiqət olmaması elə bu ifadələrdən bəlli olur. İş materiallarına əlavə etdikləri xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında işə cəlb edilmişdir. Əgər iddiaçı 2012-ci ildən işləyibsə o zaman niyə son 6 ilin məzuniyyət pulunu tələb edir? Təbii ki, iddiaçı bu arqumenti düşünüb iddianı formalaşdırarkən bu sualla qarşılacağını təsəvvürünə gətirmədiyi üçün iddiada bu cür ciddi yanlışlığa yol verib. Bununla da iddiaçının 2012-ci ildən müəssisədə işləməsi barədə dediklərinin həqiqət olmaması ortaya çıxır. İddiaçının ikinci tələbi guya həmin dövrdə 750-800 manat əmək haqqı alması ilə bağlıdır. Lakin göründüyü kimi iddiaçı bununla bağlı məhkəməyə hər hansı fakt təqdim edə bilməmişdir. Əvvəla, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi im zalandıqdan sonra ƏƏSMN-nin altsisteminə işəgötürən tərəfindən yerləşdirilmiş müxtəlif tarixli əmək müqaviləsi bildirişindən (həmin bildirişlər hazırkı etiraza əlavə edilərək məhkəməyə təqdim edilir) görünür ki, iddiaçı xx.xx.2017-ci ildən etibarən 300 manat sabit aylıq əmək haqqı almışdır. Tərəflər arasında rəsmiləşdirimiş və 2023-cü ilin aprel ayında ləğv edilmiş əmək müqaviləsində əmək haqqının işəmuzd yox, vaxtamuzd ödənilməsi nəzərdə tutulur. Bu fakt müxtəlif dövrlərə aid əmək müqaviləsi bildirişlərində də öz təsdiqini tapır. Belə ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə görə əmək haqqı 300 manat müəyyən edilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişində də əmək haqqı 300 manat müəyyənləşdirilmişdir. Belə olduğu təqdirdə, işin nəticəsindən asılı olmayar aq, işçiyə aylıq sabit şəklində əmək haqqı ödənilirsə, o zaman işəgötürən “iş yoxdur” deyərək işçini niyə işə buraxmasın?! Əgər istehsalatda məcburi dayanma yaranmışdırsa, o zaman işəgötürən Əmək Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq işçini ödənişli və ya ödənişsiz qaydada məcburi şəkildə məzuniyyətə çıxarda bilərdi. Lakin göründüyü kimi işçi özü işə gəlməmiş və bu barədə müəssisəyə məlumat verməmişdir. Onlarda olan məlumata əsasən iddiaçı başqa bir iş yerində faktiki əmək fəaliyyətinə başlamış, buna görə də onların müəssisəsinə işə gəlməmiş, ona xəbərdarlıq edilməsinə baxmayaraq, işə qayıtmamışdır. Bununla yanaşı iddiaçı iddia ərizəsində də göstərir ki, 2023-cü ilin aprel ayının əvvəlindən işdə olmadığından onu iş yerinə buraxmamışlar. Şəxs özü işdə olmadığını açıq şəkildə ifadə edir və işə gəlmədiyini etiraf edir. Belə olduğu təqdirdə iddiaçının iddia ərizəsinə işə buraxılmamaq kimi ifadələr qeyd etməsi təbii ki, müdafiə xarakteri daşımaqla iddiaya hüquqi zəmin yaratmağa cəhd kimi qiymətləndirilməlidir. İddianın mahiyyətindən və iş materiallarına əlavə olunan əmək müqaviləsi bildirişindən, hesabdan çıxarışdan və ödəniş tapşırığından görünür ki, işçi xx.xx.2017-ci il tarixdən etibarən "xxxx" MMC-də işə qəbul edilmiş və tərəflər arasında bağlamış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 300 manat müəyyən olunmuşdur. Bu müddət ərzində iddiaçıya əmək haqqıları ödənilmişdir (ABB-də olan bank hesabı üzrə köçürmələrə dair çıxarış əlavə olunur) və iki dəfə - xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2022-ci ildə isə 300 manat olmaqla məzuniyyət pulu ödənilmişdir. Beləlikl ə iddiaçının cavabdeh tərəfindən əmək məzuniyyətinin bütünlüklə ödənilməməsi, aylıq əmək haqqının 750-800 manat olması, əmək haqqının ödənilməməsi, işə buraxılmaması barədə qeyd etdikləri həqiqətə uyğun deyil. Etiraza əlavə edərək təqdim etdikləri bank hesabından çxarışdan görünür ki, iddiaçıya aylıq ödənilməli olan 300 manat əmək haqqı məbləğləri xx.xx.2017-ci il tarixdən sonra tam şəkildə ödənilmişdir. 6 illik dövr üzrə isə əmək məzuniyyəti 300 manat və 200 manat ödənilmişdir. Mənəvi zərərə gəldikdə, işçi faktiki olaraq özü iş yerini onlara məlum olmayan səbəbdən tərk edərək getmişdir. Bu halda əslində o iş yerinin, istehsalın normal ahənginə mane olmuş, işə gəlməməsi işin ləngiməsinə və zərərə səbəb olmuşdur. Belə olan halda isə əsl zərər çəkən onlar olduğu üçün, onlar iddiaçıdan zərəri n əvəzini tələb etməlidirlər. xx.xx.2017-ci il tarixdə əgər məzuniyyət pulunun bir qismi ödənilməyibsə, bu bilərəkdən yox, təbii ki, maddi vəsaitin çatışmazlığından yaranmışdır. Belə olduqda iddiada bu cür halların qeyd edilməsi iddiaçının ona qarşı qərəzli və ədalətsiz mövqedə olduğunu deməyə əsas verir. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirir ki, həmin dövrdə müəssisənin direktoru atası X3 olmuşdur. O, rəhmətə getdikdən xeyli sonra müəssisənin qanuni təmsilçisi vəzifəsi ona X1. Odur ki, fiziki şəxs olaraq onun iddia ərizəsində cavabdeh kimi qoyulması iddianın əsl olmayan cavabdehə yönəldilmiş olması fikrini deməyə əsas verir. Hesab edir ki, iddia tələbi tamamilə əsasızdır və bu səbəbdən də təmin edilməməlidir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla müəssisənin rəhbərliyi arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və bununla bağlı bildirişin xx.xx.2023-cü il tarixdə altsistemdə qeydiyyata alındığı məlum olmuşdur.

15. İş materiallarına İddiaçı məxsus bank hesabına dair xx.xx.2017-xx.xx.2024 dövrü əhatə edən çıxarış, sosial arayış, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin fevral ayından 2023-cü ilin aprel ayınadək ona məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablan mış və ödənilmiş məcburi sığorta haqları barədə məlumatlar, "xxxx" MMC-nin hesablanmış gəlirlər, ödənilmiş sosial sığorta ödənişləri barədə hesabatlar, maliyyə sənədləri, cavabdehin 2017-2023-cü illər üçün ştat cədvəli, cavabdeh tərəfindən iddiaçıya 2017-2023-cü illər üçün hesablanmış əmək haqqı cədvəli əlavə edilmişdir.

16. Birinci instansiyası məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 23 noyabr 2024-cü il tarixli 9/8540 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək İddiaçı 1800 (6 il x 300) manat məbləğində məzuniyyət haqqının ö dənilməli olması, həmin məzuniyyət haqqından 500 manat ödənilməsi, ödənilməyən məzuniyyət haqqının 1300 manat təşkil etməsi, məzuniyyət haqqının ödənilməməsi səbəbindən "xxxx" MMC tərəfindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması müəyyən olunmuşdur. Ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 3 faiz dərəcə ilə 390 manat məbləğində MDSS hesablanmalı idi, lakin təqdim olunan iş materiallarında həmin məbləğdə MDSS haqqının hesablanması ilə bağlı məlumat və ya sənəd mövcud deyildir.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəzi qismində 1300 manatın, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsaitin, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim Starə Əliyeva).

18. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi şərti olaraq dörd hissədən ibarətdir:

1. İstifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi.

2. Məcburi dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanması və sosial sığorta hesabına ödənilməsi.

3. İşdənçıxma müavinətinin ödənilməsi.

4. Mənəvi zərərin ödənilməsi.

19. İddia tələbinin “istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hazırki hissəsi də faktiki olaraq iki hissədən ibarətdir: 1. 2012-ci ildən 2017-ci ilədək olan müddətdə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi; 2. 2017-ci ildən 2023-cü ilədək olan müddətdə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi.

20. İddiaçı tərəfindən hazırki iddia tələbinin 2012-ci ildən 2017-ci ilədək olan hissəsi 2012-ci ildən faktiki olaraq cavabdeh müəssisədə işləməsi, cavabdeh müəssisə tərəfindən hansı idarədə iş götürülmüşdürsə, onun həmin müəssisəyə işçi olaraq qeydiyyata salınması və ona məzuniyyət verilməməsi, istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməməsi ilə əsaslandırılmışdır.

21. İddiaçı tələbinin 2012-2017-ci ilədək olan hissəsi üzrə cavabdeh "xxxx" MMC ilə arasında əmək münasibətləri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

22. İddiaçı cavabdeh "xxxx" MMC ilə 2012-ci ildən əmək münasibətlərində olduğunu, 2017-ci ildə bağlanılmış əmək müqaviləsinin onun məlumatı olmadan rəsmiləşdirildiyini bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçı ilə cavabdeh arasında 2012-ci ildən yaranmış əmək münasibətlərinin olması müəyyən edilməmiş, qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

23. İddia tələbinin 2017-ci ildən 2023-cü ilədək olan hissəsində tələb əmək müqaviləsinin bağlandığı xx.xx.2017-ci ildən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023cü ildək cavabdeh müəssisə tərəfindən ona əmək məzuniyyətinin verilməməsi və istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməməsi ilə əsaslandırılmışdır.

24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabde h "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi xx.xx.2017-xx.xx.2023 dövr ərzində məzuniyyətə çıxmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya son haqq hesab ödənilməmişdir.

25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya məzuniyyət haqqı olaraq 300 manat və xx.xx.2023-cü il tarixli əmri ilə 200 manat olmaqla, cəmi 500 manat kompensasiya ödənilmişdir.

26. İddiaçı həmin məbləğlərin kompensasiya olaraq deyil, 200 manatın müəssisənin direktorunun ona olan borcu ilə əlaqədar olar aq ödənilmiş vəsait, 300 manatın isə əmək haqqı olaraq ödənildiyini bildirməsinə baxmayaraq, öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə həmin vəsaitlərin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilməsi müəyyən edilmişdir.

27. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmrlərə və ödəniş tapşırıqlarına əsasən müəyyən edilmişdir ki, həmin məbləğlər iddiaçıya 2019-2020-ci iş ili və 2020-2021-ci iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilmişdir.

28. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X7 Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, işəgötürən tərəfindən hər bir halda, işçi tərəfindən əri zə yazılıbyazılmamasından asılı olmayaraq vəzifəsidir ki, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilsin.

29. İddiaçı onun əmək haqqının 300 manat deyil, 700-800 manat olduğunu bildirməsinə baxmayaraq, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsi, əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilmişdir ki, İddiaçı əmək haqqı 300 manat olmuşdur.

30. Həmçinin ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

31. Məhkəmə işin tədqiq edilən halları əsasında bu nəticəyə gəlir ki, iddiaçının cavabdehdən ödənilməmiş məzuniyyət haqqının tutulmasına dair iddia tələbi qismən, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1300 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə əsaslıdır.

32. İddia tələbinin “məcburi dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanması və sosial sığorta hesabına ödənilməsi” hissəsi ilə bağlı məhkəmə bildirmişdir ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortası sığorta edənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. İddiaçı cavabdeh tərəfindən sosial sığorta haqqları nın onun əmək haqqına uyğun hesablanmadığını bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə qeyd edilən hallar öz təsdiqini tapmamışdır.

33. Həmçinin qeyd edilən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8540 nömrəli rəyinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 390 manat məbləğində MDSS hesablanaraq ödənilməli olması müəyyən edilmişdir.

34. İddiaçı tərəfindən ekspert rəyi MDSS-in məzuniyyət haqqına görə 3% dərəcəsi ilə hesablanması hissəsində mübahisələndirilmiş, MDSS hesablanarkən onun vəsaitindən 3%, cavabdehdən isə 25% hesablanaraq tutulmalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iş üzrə Dövlət Sosial Müdafiə X6 uçota nəzarət və sosial sığorta departamentinin nümayəndəsi mütəxəssis qismində cəlb edilmişdir. Mütəxəssis izahatında bildirmişdir ki, 25%-in 3%-i işçinin əmək haqqından tutulur, qalan 22% isə işəgötürəndən tutulur. 1300 manatın 3%-i yəni 39 manat işçidən, 1300 manatın 22 %-i yəni 286 manat işəgötürəndən tutulmalı, ümumilikdə MDSS üçün 325 manat ödəniş edilməlidir. Cavabdehin nümayəndəsi tərəfindən ekspert rəyinə əsasən məcburi dövlət sosial sığorta haqqına görə 390 manat ödənilməli olması ilə bağlı etiraz bildirilməmişdir.

35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikas ə Əmək Məcəlləsinin 68-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

36. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən işəgötürən tərəfindən işçiyə işdənçıxma müavinətinin verilməsi üçün əsaslar içərisində Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslı olmadığı üçün təmin edilə bilməz.

37. İddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsi cavabdehin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşməsi, əsəb sarsıntısı keçirməsi ilə əsaslandırılmışdır.

38. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdi r. İddiaçı ona mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

39. Məhkəmə iddia tələbinin cavabdeh X4 aid olan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının hazırki iddia tələbi işəgötürənə qarşı yönəlmiş əmək münasibətlərindən irəli gələn tələblər olduğundan və hazırki mülki iş üzrə işəgötürən cavabdeh "xxxx" MMC olduğundan cavabdeh X5 hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 77, 107, 119.2, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1, 9.1.1, 9.1.14-cü maddələrinə, Əmək Məcəlləsinin 9, 77.3, 77.7, 83.4, 113, 135, 136, 143.1, 154.1, 304.2-ci maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarına, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14.2, 14.3, 14.3.1, 14.3.2, 14.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

42. Apellyasiya şikayətində iddia ərizəsinin dəlilləri təkrar sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsinin "xxxx" MMC-nin direktoru olan X4 qarşı iddia qaldırılmasının düzgün olmaması barədə gəldiyi nəticə onunla əsaslandırmışdır ki, MMC-nin direktoru əsl cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirmişdir ki, "xxxx" MMC-nin direktoru olan X5 həmin müəssisənin di rektoru vəfat etdiyindən və vərəsəsi olduğuna görə əsl cavabdeh olmalıdır. Ona görə də iddia ərizəsində onu cavabdeh olaraq düzgün qeyd etmişdir.

43. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3406/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(007)78/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski).

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir. Kas sasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3406/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi (Əmək Məcəlləsinin 110, 143 (İ,İİ bənd), 144 (İİ bənd) və prosessual (MPM 77.1, 88-ci maddələri) hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində tam qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 kassa siya şikayətinə etiraz təqdim edilərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

49. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətində iş üzrə faktiki hallara istinad etmiş, tələbinin hüquqi əsasını təşkil edən maddi və prosessual normalarını göstərə bilməmişdir. Yəni kassasiya şikayəti tərtib edilərkən Mülki Prosessual Məcəllənin 372.7-ci, 407.1.4-cü, 407.2-ci, 408.1-ci (408.1.1-ci) maddələrinin tələblərinə əməl edilməmişdir. Şikayətdə Əmək Məcəlləsinin 110-cu 143-cü, 144-cü maddələrini pozulmasının nədən ibarət olması, məhkəmənin gəldiyi yanlış qənaətin kokret olaraq hansı qanunu pozması qeyd edilməmişdir.

50. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın X4 qarşı hissədə təmin edilməməsi qənaəti tamamilə qanuni və əsaslı olmuş dur. Buna görə də məhkəmənin mövqeyi ilə razılaşaraq hesab etmişlər ki, iddianın bu hissədə də rədd edilməsinə tam hüquqi əsas vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

51. Maddə 77, 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

52. Maddə 77, 7-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

53. Maddə 83, 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

54. Maddə 113, 1-ci hissə. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

55. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

56. Maddə 136, 2-ci hissə. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqd a onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

57. Maddə 143, 1-ci hissə. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

58. Maddə

154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənc lərin məcmusudur.

59. Maddə 304, 2-ci hissə. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

60. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. “So sial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

61. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

62. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

63. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

64. Maddə 14.3.2. Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qism ən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

79. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsasl andırma ilə razılaşır.

81. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2025-ci il tarixli 2(103)3406/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar