Məhkəmə qərarları › İş №2(102)-3575/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3575/2025

13.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3575/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi; işçinin əmək vəzifələrini kobud şəkildə pozması; işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edildikdə əmrin əsaslandırılması; sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, elektron portalda və əmək kitabçasında müvafiq düzəlişin edilməsi tələbi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3576/2025 nömrəli, 2025-ci il 29 iyul tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC-nin işçisi olmuş, xx.xx.2022-ci il tarixdən anbardar vəzifəsinə keçirilmişdir. 2. 17.08.2022-ci ildə Cavabdeh MMC-də inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 35 adda elektron avadanlığın əksik olduğu müəyyən edilərək anbardar İddiaçı tərəfindən mənimsənilməsi faktı baş direktor Şahid1, mal təchizatçısı O.İbrahimov, satınalma üzrə menecer R.Muxtarov, elektron ticarət üzrə bölmə rəhbəri Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixinə 4 anbarda ümumi parakəndə dəyəri 78699 manat olan 31 sayda malın əksik olduğu "xxxx" MMC-nin auditor xidmətlərinin göstərilməsinə dair rəyi ilə təsdiq edilmişdir.

3. İddiaçının adından tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli izahatda Cavabdeh MMC-yə məxsus anbardan və “Almastore” dükanlarından 21 ədəd telefonun götürülərək pulunun mənimsənildiyi qeyd edilmişdir. 4. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsaslanmaqla xitam verilmişdir. 5. xx.xx.2022-ci il tarixdə iddiaçının adından cavabdehə 10.000 manat pul ödənilmişdir.

6. İddiaçının anbardar vəzifəsində işlədiyi dövrdə cavabdeh müəssisədən oğurluq etməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinə şikayət olunmuşdur. Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərarından görünür ki, istintaq orqana iddiaçı tərəfindən verilmiş ilk ifadədə o cavabdehdən 21 ədəd mobil telefon oğurladığını, şəhərin müxtəlif yerlərində yerləşən telefon dükanlarına satdığını bildirmiş, sonrakı mərhələdə ifadəsini dəyişərək əvvəlki ifadədə göstərdiklərinin yalan olduğunu, oğurluq etmədiyini bildirmişdir. Həmin şikayət üzrə iddiaçı barəsində Cinayət Məcəlləsinin 174.2.4-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xx.xx.2023-cü il tarixdə Cinayət Prosessual Məcəllənin 39.2-ci maddəsinə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında sonuncunun xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi, bununla bağlı elektron portalda və onun əmək kitabçasında müvafiq düzəlişin edilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, onu formal olaraq anbardar vəzifəsinə təyin etmişlər. Formal olaraq ona görə ki, MMC-nin anbarı olmadığı halda o, anbardar təyin edilmişdir. Bu vəzifəyə müvəqqəti olaraq təyin edi ldiyini bildirmişlər. Təyin edilən zaman ona heç bir anbar və ya mallar təhvil verilməmişdir. Belə ki, cavabdehin rəsmi anbarı olmamış, gələn mallar birbaşa satış mağazalarına verilmişdir. Malların siyahısı isə ona verilirmişdir ki, elektron sistemə yükləsin. O, heç bir malı görməmişdir. Lakin, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində təzə direktor təyin edilən Şahid1 satış mağazalarında sayım aparmış və guya bir sıra malların çatışmadığı aşkar edilmişdir. Lakin, bu sayımlarda o, iştirak etməmişdir. Ümumiyyətlə onu dəvət etmədən bu sayım işi aparılmış və anbardar kimi guya bu mallara onun cavabdeh olmasını əsas gətirərək onun barəsində polis idarəsinə şikayət edilmişdir. Yekunda cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ona aparılan araşdırmalar zamanı işdən çıxarılmağı barədə heç bir məlumat verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazını belə əsaslandırmışdır ki, Şahid1 MMC-yə direktor təyin edildikdən sonra MMC-nin satış mağazalarında malların sayımının aparılmasına başlamışdır. xx.xx.2022-ci il tarixli inventarizasiya aktında əskiklik müəyyən edilmədiyi təqdirdə xx.xx.2022-ci il tarixli inventarizasiya aktında 35 adda elektron avadanlıq əskik gəlmişdir. Bundan sonra, əskik gəlmənin səbəbləri müzakirə olunmuş və təqdim olunmuş sənədlər və izahatlara əsasən əskik gələn mallar üçün məsul şəxsin anbardar vəzifəsində çalışan iddiaçı olduğu məlum olmuşdur. Bununla bağlı, iddiaçının izahatı alınmış və o, öz izahatında əskik gələn mallardan 21 ədədini mənimsəyib pulunu götürdüyünü etiraf etmiş və xx.xx.2022-ci il tarixində 10.000 manat məbləğində zərərin bir hissəsini nağd olaraq geri qaytarmışdır. İddiaçının “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixində Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş əmrdə onun hansı səbəbdən işdən azad edildiyi göstərilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli əmrə iddiaçının külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərini törətdiyini əks etdirən akt əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində oğurlandığı iddia edilən malların varlığını sübut edən sənədlərin istintaqa təhvil verilmədiyini bildirsə də, həmin sənədlər, o cümlədən iddiaçının şifahi ifadəsi (səs yazısı) polis orqa nına təhvil verilmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının izahatı alınmış və o, öz izahatında əskik gələn mallardan 21 ədədini mənimsəyib pulunu götürdüyünü etiraf etmiş və xx.xx.2022-ci il tarixində 10000 manat məbləğində zərərin bir hissəsini nağd olaraq geri qaytarmışdır ki, bu barədə qəbz təqdim olunmuşdur.

11. İddiaçı verdiyi izahatında bildirmişdir ki, 2 gün polisdə saxlanılmış, buraxıldıqdan sonra bilmişdir ki, atası cavabdehə 10000 manat pul verib.

12. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-930/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Vüsalə Musayeva).

13. Məhkəmə bildirmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslardan hansına görə işdən azad ed ilməsi barədə əmrin verilməsinədək işəgötürən tərəfindən zəruri tədbirlər görülməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq-mühafizə orqanına müraciət edilsə də, həmin araşdırma çərçivəsində şəxsin təqsirliliyi sübuta yetməmişdir.

14. Bundan əlavə hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən halların mövcudluğunu, habelə işçi tərəfindən işəgötürənə maddi ziyan vurulması ilə nəticələnən faktları obyektiv surətdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlər işəgötürən tərəfindən birtərəfli qaydada aparılmış araşdırma gedişatında tərtib edilmişdir. Həmçinin elə işin cinayət təqibi orqanı nda araşdırması zamanı da işəgötürən tərəfindən mötəbər sübutların təqdim edilməməsi də aydın olur. İşəgötürən özünün başlamış olduğu araşdırma ilə bir gün ərzində müəyyən etdiyi hallara əsasən 2019-cu il tarixdən həmin işəgötürənən işçisi olan şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Eyni zamanda işəgötürən işçinin əməlində cinayətin əlamətlərinin olması ehtimalı ilə də cinayət təqibi orqanına müraciət etmişdir.

15. Göründüyü kimi işəgötürən xx.xx.2022-ci il tarixli əmri tərtib edən zaman işçi barəsində əmək müqaviləsini 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə əsas verən kifayət qədər sübutlara malik olmamışdır. Mübahisəli əmrin mətnindən də görünür ki, əmrin verilməsinə əsas əmrin məzmununda öz əksini tapmamışdır.

16. Beləliklə istər işəg ötürən tərəfindən tərtib edilmiş müvafiq əmrdə işçinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə əsas olan hallar göstərilməmiş, istərsə də işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini zəruri edən əsaslara dair sübutlar təqdim edilməmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edilməsinin zəruriliyini məhz işəgötürən əsaslandırmalıdır. İşdən azad edilməsinin zəruriliyinin məhz işəgötürən tərəfindən əsaslandırılmalı olması baxımından hazırkı məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən tərtib edilmiş aktları, işəgötürənin digər işçilərinin izahatlarını, habelə işçinin işdən azad edilməsindən sonra keçirilmiş və məhz 2022-ci ilin may və avqust ayla rı ərzində işçi tərəfindən işəgötürənə hansı məbləğdə zərər vurulması faktını deyil, ümumilikdə keçirildiyi xx.xx.2023-cü il tarixədək işəgötürənin maliyyə fəaliyyətinin audit rəyini və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini işçinin həqiqətən də Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əsaslara görə işdən azad edilməsini əsaslı edən mötəbər sübutlar kimi qəbul etmir.

18. Məhkəmə mövqeyini Konstitusiyanın 25, 125, 127-ci, Əmək Məcəlləsinin 70, 71, 72-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. a) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilmə si barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3576/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh işdən azad etmə barədə əmri göstərilən tələblərə uyğun əsaslandırmalıdır. Cavabdeh bu vəzifəni yerinə yetirməmişdir. Cavabdehin istinad etdiyi sübutlar əmrin əsası qismində çıxış edə bilməz.

22. Kollegiya əlavə etmişdir ki, cavabdeh sübut kimi istinad etdiyi sənədlərin bir qismi əmrin verildiyi gün, digər qismi isə əmr verildikdən çox sonra tərtib etmişdir. Sübutlar birtərəfl i qaydada və formal olaraq tərtib edilmişdir. Bu hal da özü özlüyündə cavabdehin təqdim etdiyi sübutların və iddiaçının barəsində verdiyi əmrin obyektiv olmasına şübhə doğurur.

23. Kollegiya həmçinin qeyd etmişdir ki, audit rəyi mübahisələndirilən əmrdən sonra tərtib edilmişdir. Bundan başqa bu rəydən iddiaçının məlumatı olmamışdır. İddiaçıya göndərilən teleqram isə əmrdən 3 ay sonra keçiriləcək inventarizasiya üçün dəvət edilmişdir. Bu audit rəyi və inventarizasiyası ilə bağlı sübutlar işdən çıxarılmadan sonra tərtib edildiyi üçün mötəbər sübut kimi və əmrin əsası kimi qəbul edilə bilməz.

24. Cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli aktda isə iddiaçının əleyhinə heç bir hal göstərilməmişdir.

25. Kollegiya iddiaçının əməlində cinayət tərkibinin əlamətlərinin olması ilə bağlı hesa b etmişdir ki, bu hal əmrin əsası kimi qəbul edilə bilməz. Belə ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq-mühafizə orqanına müraciət edilsə də, həmin araşdırma çərçivəsində iddiaçının təqsirliliyi sübuta yetməmişdir.

26. Məhkəmə kollegiyası şahidlərə münasibətdə qeyd etmişdir ki, onlardan biri cavabdeh MMC-nin baş direktoru Şahid1dur ki, o, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında əmri imzalayan şəxsdir və onun verdiyi ifadəyə bir mənalı olaraq etibarlı sübut kimi yanaşmaq düzgün deyildir.

27. Kollegiya cavabdehin üç rəhbər işçisinin iddiaçının əleyhinə verdikləri izahatlarla bağlı qeyd etmişdir ki, iddiaçıya məlumat vermədən və üzləşmə imkanı olmadan bu izahatlar əmrin verildiyi gün tərtib edilmişdir. Bu hal və həmin şəxslərin cavabdeh işçiləri olması nəzərə alındıqda, həmin izahatların etibarlı sübut kimi qəbul edilməsi mümkün deyil.

28. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi və etibarlı hesab etdiyi başqa bir sübut - iddiaçının adınan yazılmış,- “Mən İddiaçı aşağıdakı qeyd edilənlər barədə izahat verirəm. Cavabdeh şirkətinə məxsus “Almastore” dükanından və anbardan 21 ədəd iPhone 13 Pro, 13 Pro Max modelləri telefonları götürüb pulunu mənimsəmişəm. İmza var. İbrahimov Faiq”,- məzmunlu xx.xx.2022-ci il tarixli adsız əlyazmaya münasibətdə hesab etmişdir ki, bu əlyazmanın kimə ünvanlanması, əlyazmanın izahatdırsa, kim tərəfindən alınması həmin sənəddə göstərilmədiyindən həmin əlyazmaya etibarlı sübut kimi yanaşmaq qeyri-mümkündür.

29. Kollegiya cavabdeh MMC-nin istinad etdiyi və eti barlı hesab etdiyi digər sübut – xx.xx.2022-ci il tarixli “Kassa mədaxil orderi”nə münasibətdə qeyd etmişdir ki, "xxxx" qeyd edilir ki, iddiaçı tərəfindən MMC-yə 10.000 manat məbləğində ödəniş edilmişdir. Lakin orderdə, ödənişin təyinatı (məqsədi) göstərilməmiş, order MMC-nin rəhbəri və baş mühasibi tərəfindən imzalanmamışdır. Əgər həmin ödəniş iddiaçı tərəfindən edilmişdirsə, orderdə ən azından iddiaçının imzası olmalı idi, lakin orderdə ödəyən şəxsin imzası da olmadığından qeyd edilən “Kassa mədaxil orderinə” etibarlı sübut kimi yanaşmaq qeyrimümkündür.

30. Kollegiya bundan başqa qeyd etmişdir ki, MMC-nin iddiaçı barəsində bildirdiyi məlumat ondan ibarətdir ki, iddiaçı, özgəsinə - MMC-yə məxsus əmlakı talamış, bununla da MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Qeyd edilən hərəkət Azərbayc an Respublikası Cinayət Məcəlləsində cinayət əməli kimi nəzərdə tutulmuşdur. MMC-nin bildirdiyi hərəkətə görə iddiaçının təqsirliliyini müəyyən edən qanuni qüvvəyə minmiş hökm yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış rayon məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətində maddi hü quq pozuntusu kimi Əmək Məcəlləsinin 71.3-cü maddəsinin düzgün tətbiq edilmədiyi göstərilmiş, belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasının zəruriliyini əsaslandırmamışdır. Halbuki əmr verilməzdən əvvəl, cavabdehin işçilərinin izahatları alınmış, inventarizasiya həyata keçirilmiş, iddiaçının özünün izahatı alınmış, və bütün bunların nəticəsində iddiaçının sözügedən oğurluq və mənimsəmə əməlini törətdiyi müəyyən olunmuşdur. Bunun əsasında xx.xx.2025-ci il tarixli akt tərtib edilərək əmrə qoşulmuş, və iddiaçının işdən çıxarılması bu şəkildə əsaslandırılmışdır. Qeyd etməliyik ki, sözügedən maddədə əsaslandırmanın məhz hansı formada aparılması konkret olaraq nəzərdə tutulmamışdır. Be lə ki, müəyyən araşdırma aparıldıqdan sonra əmrə müvafiq aktın əlavə edilməsi də bir əsaslandırma formasıdır. Halbuki, apellyasiya məhkəməsi işəgötürənin əmrə əlavə etdiyi aktı heç bir hüquqi əsas gətirmədən, öz şəxsi qənaəti ilə bu maddənin tələbləri üçün əsaslandırma hesab etməmiş və nəticədə əmri etibarsız hesab edərək Əmək Məcəlləsinin 71.3-cü maddəsini yanlış təfsir etmişdir. MPM-nin 9.3 və 165-ci maddələrinin pozuntusu belə əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli izahatının etibarlı sübut olmadığı qənaətinə gələn məhkəmə kollegiyası, bu məsələnin araşdırılması üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Şahid ifadələrini cavabdehin nümayəndələri olduğu üçün mötəbər sübut kimi qəbul etməyən məhkəmə kollegiyası bu barədə mövqeyini Mülki Prosessual Mə cəllənin 62.1 və 104.3-cü maddələrinin tələbi baxımından əsaslandırmamışdır. Şikayətin digər dəlili belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının mənimsədiyi məhsullara görə cavabdehə ödəməli olduğu məbləğin bir hissəsini geri qaytardığını göstərən kassa mədaxil orderini etibarlı hesab etməmişdir. Bunu belə əsaslandırmışdır ki, orderdə, ödənişin təyinatı (məqsədi) göstərilməmiş, order cavabdehin rəhbəri və baş mühasibi tərəfindən imzalanmamışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, ödəniş iddiaçı tərəfindən edilmişdirsə, onda orderdə ən azından iddiaçının imzası olmalı idi. Lakin, işə baxan məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin kassa mədaxil orderi cavabdehin rəhbəri və baş mühasibi tərəfindən imzalanmamış olsa belə, cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdi r. Həmin order iddiaçı tərəfindən imzalanmalı deyildi. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında kassa mədaxil orderinin forması təsdiq edilmiş və həmin formada iddiaçının imza tələbi nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin son dəlilinə görə, apellyasiya məhkəməsinin iddiaçının təqsirliliyinin sübuta yetirilmədiyini əsaslandırmaq məqsədilə istintaq orqanının qərarına istinad etməsi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbi baxımından qanuni olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

36. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ah əngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

37. Maddə 71,3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

39. Maddə 84, 1-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.

46. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək işə baxmış məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi həyata keçirilərkən prosessual hüquq normalarının tələbləri nəzərə alınmadığından ləğv edilməlidir.

53. Azərbaycan Respublikası MPM-nin 418.1-ci ma ddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

54. Hazırkı halda iddiaçı işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirmişdir.

55. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq vəzifəsi (sübutetmə yükü) işəgötürənə aid edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiyası məhkəməsi əmrin əsaslı olduğunu təsdiq etmək üçün işəgötürən tərəfindən təqdim edilmiş aktları, işçilərin izahatlarını, audit rəyini, şahid ifadələrini, o cümlədən iddiaçının özünün verdiyi izahatı mötəbər sübut kimi qəbul etməmiş, bunun səbəbini MPM-nin 220.4-cü maddəsinin tələbinə uyğun əsaslandırmamışdır. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən po zuntuya yol verməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət edilsə də, mötəbər sübutlar təqdim edə bilmədiyindən həmin araşdırma çərçivəsində şəxsin təqsirliliyi sübut edilməmişdir.

57. Kollegiya bu əsaslandırma ilə bağlı qeyd edir ki, prosessual qanunvericilikdə tərəflərin mülki mübahisəyə baxılarkən sübut etməkdən azad olduqları halların dairəsi konkret müəyyən edilmişdir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normaya əsasən qanuni qüvvəyə minmiş hökm olmadan, istintaq orqanının “Cinayət təqibinə xitam verilməsi” barədə qərarı mülki mübahisəyə baxan məhkəmə üçün şəxsin iddia olunan pozuntunu törətmədiyini və ya həmin pozuntunun törədilməsində təqsirli olmadığını, o cümlədən təqdim edilmiş sübutların mötəbərliyini müəyyən edən sübut kimi qəbul edilə bilməz. İddiaçının cinayət əməli törətdiyi təsdiq edilməsə belə, mülki işə baxan məhkəmə işəgötürənin təqdim etdiyi sübutlar üzrə özü araşdırma apararaq onun əməlində mülki hüquq pozuntusu (delikt) olub-olmadığına, konkret iş üzrə işəgötürənə iddiaçı tərəfindən maddi ziyan vurulub-vurulmadığına hüquqi qiymət verməli idi. İstintaq orqanının qərarında öz əksini tapmış izahatlar və ifadələr mülki mübahisə üzrə məhkəmə tərəfindən MPM-nin 106.1-ci maddəsinə əsasən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilə bilər.

58. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən əlyazm a ilə yazılmış izahatda Cavabdehnə məxsus mağazalardan və anbardan 21 ədəd telefonun götürüldüyü və pulunun mənimsənildiyi etiraf edilmişdir. Apellyasiya məhkəməsi bu sübutu mötəbər sübut kimi qəbul etməyərək mövqeyini belə əsaslandırmışdır ki, əlyazmanın kimə ünvanlanması və kim tərəfindən alınması göstərilməmişdir. Məhkəmə eyni zamanda cavabdehin təqdim etdiyi 10000 manat maddi ziyanın ödənilməsi barədə “Kassa mədaxil orderi”ni sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, orderdə ödənişin təyinatı göstərilmədiyindən və ödəyən şəxsin imzası olmadığından etibarlı sübut hesab etməmişdir.

59. Məhkəmə bu qənaətə gələrkən iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli izahatın işəgötürənin təkidi ilə onun tərəfindən yazıldı ğını, o cümlədən atası tərəfindən şirkətə 10000 manat pul ödənildiyinin ona məlum olduğunu təsdiq etdiyini, 10.000 manat pul ödənişinin atası tərəfindən həyata keçirildiyinin istintaq orqanına verdiyi sonuncu ifadəsində də qeyd etdiyini nəzərə almamaqla işdə iştirak edən şəxslərin izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğuna dair prosessual normanı pozmuşdur.

60. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən normaya əsasən sübutlar qiymətləndirilərkən tərəflərin həqiqiliyini mübahisələndirmədiyi faktlar və sübutlar məhkəmə tərəfind ən işin mübahisəsiz, müəyyən edilmiş halı kimi qəbul edilməli, məhkəmə yalnız tərəflərin mübahisələndirdiyi sübutların mötəbərliyinə hüquqi qiymət verməlidir.

61. İşin hallarına əsasən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı istintaq orqanına xx.xx.2022-ci il tarixdə verdiyi ilk ifadəsində də MMC-nin anbarından 21 adda məhsulu mənimsədiyini təsdiq etmiş, sonradan bu ifadəsini dəyişərək yalan ifadə verdiyini göstərmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatlarına, ifadələrə və təqdim edilmiş digər sübutlara MPM-nin 88-ci və 106.1-ci maddələrinin tələbinə uyğun əlaqəli şəkildə qiymət verilməli olduğu halda, qanunun tələbinə müvafiq qiymətləndirmə həyata keçirilməmiş, işəgötürənə maddi ziyan vurulmadığı halda iddiaçının atası tərəfindən hansı səbəbdən işəgötürənə istintaqın gedişində 10. 000 manat ödəniş edildiyinə və bu məbləğin geri tələb edilmədiyinə hüquqi qiymət verilməmişdir.

62. İşəgötürənin əmrinin qanunun tələblərinə uyğun əsaslandırılmaması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci hissəsinə əsasən 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə həmin normada nəzərdə tutulmuş hallardan birinin mövcudluğu işəgötürən tərəfindən sübut edildikdə yol verilir: - işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduqda; -mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərini n) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduqda.

63. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmış, c) bəndində işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması bu hallardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı halda mübahisələndirilən əmrdə 72-ci maddənin konkret bəndi qeyd edilməsə də, işçinin işdən azad edilməsinə əsas kimi əmək vəzifələrini kobudcasına pozduğu göstərilmiş və məhkəmə araşdırması zamanı bu pozuntunun nədən ibarət olduğu cavabdeh tərəfindən əsaslandırılmışdır.

64. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, fərdi əmək mübahisəsi üzrə araşdırma aparılarkən işəgötürən tərəfindən işçinin əmək vəzifələrini kobudcasına po zduğu və bu səbəbdən əmək müqaviləsinin ləğv edilməsinə əsas olduğu sübut edildiyi təqdirdə əmrin məzmununda Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin, o cümlədən müqaviləyə xitam verilməsi qaydası ilə bağlı Məcəllənin müvafiq maddəsinin konkret hissəsinin və ya bəndinin qeyd edilməməsi həmin əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

66. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-3576/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar