Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-49/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Neftçala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: fəaliyyət qabiliyyəti olmayan səlahiyyətsiz şəxslə bağlanmış müqavilə, iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Əliyev Zaur Əli oğlun dan ibarət tərkibdə, iddiaçı "xxxx" Kommersiya” X9 Cəmiyyətinin Cavabdeh qarşı (Neftçala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində işə cəlb edilməklə) “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1560/2025 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" KB” ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2014 nömrəli, 5 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən, - “Ağır kə mağıllılıq” diaqnozu ilə öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.
2. Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Cavabdeh bacısı oğlu X2 qəyyum təyin edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdən “ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq” diaqnozu ilə müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. 4. "xxxx" KB” ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərizəsi və o nun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün xx.xx.2029-cu il tarixədək illik 29% olmaqla 5.300 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırmağı və ssuda hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 5. 05.03.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB” ASCyə 5.039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6.029,53 manat borcu yaranmışdır. 6. "xxxx" KB” ASC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kred it müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 5.039,90 manat əsas, 604,28 manat faiz, 15,81 manat cərimə borcu olmaqla, cəmi 5.659,99 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6.029,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,70 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələb i onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla iddiaçı Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə” tanış olduğunu və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. X6 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün 5.300 manat nağd kredit c avabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor Bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
9. Neftçala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(053)-561/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ləman Qasımzadə) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtlə ri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.
11. Odur ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün xx.xx.2029-cu il tarixədək, illik 29% olmaqla 5.300 manat məbləğində kre dit xətti açılmışdır. Lakin cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053)134/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehlə kredit müqaviləsi bağladığı zaman, yəni xx.xx.2024-cü il tarixdə 10 ilə yaxın müddət imiş ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi 1-ci qrup əlillərə kredit verildiyini qeyd etmiş və cavabdehə də 1-ci qrup əlil olduğu üçün kredit verildiyini qeyd etmişdir. İddiaçı Bank kredit verən zaman cavabdehin 1-ci qrup əlil olsada hansı diaqnozla 1-ci qrup əlil olduğunu araşdırmamışdır. Lakin cavabdehin məlumatlarında onun hansı diqanozla 1-ci qrup əlil olduğu görünmüşdür. Belə ki, cavabdeh ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq diaqn ozu ilə 1-ci qrup əlildir. Bu da cavabdehin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığının göstəricisidir. Cavabdeh ilə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanan zaman fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi etibarsızdır.
12. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 324, 337.2, 337.4, 342, 389.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28, 324, 337.2, 337.4, 342, 389.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. İddiaçı Bank apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması, apellyasiya şikayə tinin verilməsi üçün ödənilmiş 40,75 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə kifayət qədər və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixdə fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilmişdir. Birinci instansiya məhkəməsində restitusiya məsələsinə baxılmasını tələb etmiş, həmçinin fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin olunması və bu məsələnin məhkəmə tərəfindən araşdırılması barədə vəsatət təqdim etmişlər. Apellyasiya şikayəti verilərkən şəxsə qəyyum təyin edilməsi faktı məlum olduğundan, bu hal apellyasiya şikayətinə əlavə edilmiş və məhkəmədən qətnamə qəbul edilərkən göstərilən halların nəzərə alınması xahiş olunmuşdur. Artıq fəaliyyət qabiliyyətsiz şəxsin qəyyumu mövcuddur və qanunvericiliyə əsasən həmin qəyyum bu şəxsin hüquqi hərəkətlərinə görə birbaşa məsuliyyət daşıyan şəxs hesab edilməlidir. Bundan əlavə, iş materiallarında adı keçən Qoşqar adlı şəxsin iddiaçı Bankda çalışması faktı təsdiq olunsa da, onun bankın problemli kreditlər bölməsində fəaliyyət göstərdiyi məlumdur. Qeyd edilən şəxs kredit verilməsi səlahiyyətinə malik olmamış və bu səbəbdən də, onun hərəkətləri kredit müqaviləsinin bağlanması baxımından hüquqi əhəmiyyət kəsb etmir.
15. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən Neftçala Rayon İcra Haki miyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X5 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bankın nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə kifayət qədər və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixdə fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilmişdir. Birinci instansiya məhkəməsində restitusiya məsələsinə baxılmasını tələb etmişlər. Həmçinin fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin olunması və bu məsələnin məhkəmə tərəfindən araşdırılması barədə vəsatət təqdim etmiş lər. Apellyasiya şikayəti şəxsə qəyyum təyin edilməsi faktı məlum olduğundan, bu hal apellyasiya şikayətinə əlavə edilmiş və məhkəmədən qətnamə qəbul edilərkən göstərilən halların nəzərə alınması xahiş olunmuşdur. Fəaliyyət qabiliyyətsiz şəxs qəyyum təyin edilib və qanunvericiliyə əsasən həmin qəyyum bu şəxsin hüquqi hərəkətlərinə görə birbaşa məsuliyyət daşıyan şəxs hesab edilməlidir.
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Salman Salahov izahat verərək göstərmişdir ki, Cavabdehla birlikdə yaşayır. 22 iyun 2014-cü il tarixdən etibarən Cavabdeh fəaliyyət qabiliyyətsiz şəxs kimi tanındıqdan və ona qəyyum təyin edildikdən sonra onun baxımı, gündəlik qulluğu və təmizlik məsələlərini o, həll edir. Ancaq 2023-cü ildə kredit götürdüyü zaman Cavabdeh onun yanında olmamışdır. Həmin dövrdə Salyan rayonunda bacısının yanında olmuşdur. Məhz bu səbəbdən, Natiq tərəfindən Cavabdeh Salyan şəhərində yerləşən "xxxx" ASC-nin Salyan filialına aparılmış və kredit müqaviləsi onun iştirakı ilə bağlanmışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1560/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçı Bankın cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh mü lki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından və hazırkı iddia isə fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırıldığından, tələbə məhkəmədə baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir.
20. İddiaçı Bankın cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin vaxt Cavabdeh tərəf statusu əldə edə bilməzdi.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun qənaətə gələrkən qeyd edilən halları nəzərə almamış, iş üzrə icraata həmin hissədə xitam verməli olduğu halda, işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qətnamə qəbul etmiş və bununla da, prosessual qanunvericiliyin imperativ tələblərinə əməl etməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 28.1, 28.8, 33-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 2, 4.1, 5.1, 48, 49.1-ci, 261.0.1, 72.1, 1.3, 165-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən mahiyyət i üzrə baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyət qabiliyyətsizliyinin iddiaçı tərəfindən əvvəlcədən müəyyən edilməsi mümkün deyildi. İddiaçı Bank məhkəməyə müraciət etdiyi zaman cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə obyektiv və etibarlı məlumat əldə etmək imkanına malik olmamışdır. Belə ki, cavabdeh barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məlumatlar açıq rəsmi reyestrlərdə mövcud deyildir və ya bu cür məlumatlara kredit təşkilatlarının çıxış hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda, kredit münasibətləri cavabdehin şəxsi müraciəti, şəxsən imzası və elektron aksept yolu ilə rəsmiləşdirilmiş, cavabdeh özünü hüq uq və vəzifələrini dərk edən, müstəqil qərar qəbul edə bilən şəxs kimi təqdim etmişdir. Bankın qanunvericiliklə üzərinə qoyulmuş yoxlama və araşdırma öhdəliyi müştərinin şəxsiyyətinin müəyyən edilməsi və ödəniş qabiliyyətinin qiymətləndirilməsi ilə məhdudlaşır. Qanunvericilikdə və bank fəaliyyətini tənzimləyən normativ aktlarda kredit təşkilatlarının müştərinin əvvəllər məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilib-edilmədiyini məhkəmələr və ya icra hakimiyyəti orqanları vasitəsilə araşdırmaq, yaxud bu barədə sorğu göndərmək kimi bir öhdəlik nəzərdə tutulmamışdır. Bu baxımdan, iddiaçının cavabdehin hüquqi statusu barədə məlumatlı olmaması onun üzərinə prosessual məsuliyyət kimi yüklənə bilməz. İddianın cavabdehin qanuni nümayəndəsi cəlb edilmədən qaldırılması iddiaçının təq siri ilə bağlı olmayan, obyektiv səbəblərdən irəli gəlmişdir və bu hal iş üzrə icraata xitam verilməsi və ya iddianın təmin edilməməsi üçün hüquqi əsas təşkil etmir.
25. Cavabdehin mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaması iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan deyildir. Prosessual fəaliyyət qabiliyyətinin olmaması iddianın mahiyyəti üzrə məhkəmədə baxılmasına mane olan hal hesab edilmir və bu hal yalnız cavabdehin qanuni nümayəndəsinin iştirakı məsələsinin həllini zəruri edir.
26. Məhkəmənin öz qərardadında istinad etdiyi MPM-in 261.0.1-ci maddəsi isə mahiyyət etibarilə prosessual baxımdan yolverilməz olan iddialara şamil edilir. Həmin norma yalnız iki halda tətbiq oluna bilər: iş ümumiyyətlə məhkəməyə aid deyildirsə (məsələn, tərəflər arası nda bağlanmış müqavilədə mübahisənin yalnız notariat icra qeydi qaydasında həll olunmasının nəzərdə tutulduğu hallar); yaxud mübahisə mülki məhkəmə icraatının predmeti deyildirsə (məsələn, bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndində də öz əksini tapmışdır. Həmin Qərara əsasən, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyəti barədə fikir ayrılıqları mövcud olduqda tətbiq edilir). Hazırkı iş üzrə isə mübahisə açıq şəkildə mülki-hüquqi münasibətlərdən - kredit müqaviləsindən irəli gəlir və mülki məhkəmə icraatının predmetinə daxildir. Cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs olması bu mübahisənin nə məhkəməyə aidliyini, nə də onun mülki məhkəmə icraa tının predmeti olmasını istisna etmir. Beləliklə, MPM-in 261.0.1-ci maddəsinin hazırkı işə tətbiqi hüquqi baxımdan əsassızdır və iş üzrə icraata xitam verilməsi üçün qanuni əsas mövcud deyildir. Eyni zamanda diqqətə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsi icraata xitam verilməsinin qaydasını və hüquqi nəticələrini açıq şəkildə müəyyən edir. Belə ki, MPM-in 262.3-cü maddəsinə əsasən, əgər iş üzrə icraata MPM-in 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə xitam verilirsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olduğunu qərardadda göstərməlidir. Hazırkı iş üzrə məhkəmə MPM-in 261.0.1-ci maddəsinə istinad etməklə icraata xitam vermiş olsa da, qərardadda iddiaçının hansı orqana müraciət etməli olması barədə hər han sı izah və ya göstəriş qeyd edilməmişdir. Bu isə bir tərəfdən MPM-in 262.3-cü maddəsinin birbaşa tələbinin pozulması, digər tərəfdən isə icraata xitam verilməsi barədə qərardadın prosessual baxımdan natamam və əsaslandırılmamış olmasını göstərir.
27. Birinci instansiya məhkəməsində işə şəxsin qanuni nümayəndəsi Salman Salahovun iştirakı təmin olunmadan baxılmışdır. Əksinə birinci instansiya məhkəməsi bu istiqamətdə hər hansı hərəkətsizlik etməmiş, əksinə iş üzrə bütün zəruri prosessual tədbirləri həyata keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh qohumu (bacısı oğlu) Salman Salahovun müşayiəti ilə iştirak etmişdir. Məhkəmə iclasında cavabdehin qohumu Salman Salahov dayısının ağır dərəcəli əqligerilik (ağır kəmağıllıq) diaqnozu ilə 1-ci qrup əlil olduğunu, öz ünü idarə etmək qabiliyyətinə malik olmadığını, məhkəmə iclasında sakit davranması üçün inyeksiya vurularaq gətirildiyini, həmçinin məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini bildirmişdir. Eyni zamanda, borc öhdəliyi barədə məlumatlarının olmadığını qeyd etmişdir. Məhkəmə bu məlumatları aldıqdan sonra cavabdehin hüquqi statusunu dəqiqləşdirmək məqsədilə öz təşəbbüsü ilə araşdırma aparmış və Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2014 nömrəli, 5 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini müəyyən etmişdir. Bundan sonra, məhkəmə cavabdehin qəyyumunun mövcud olub-olmamasını aşkar etmək üçün tədbirlər görmüşdür (birinci instansiya məhkəməsinin 18 avqust 2025-ci il tarixli qətnaməsinin 2-ci səhifəsinin 3- cü abzası). Bu məqsədlə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğu göndərilmiş və cavab olaraq Neftçala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli məktubunda Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh barəsində 2012-ci ildən hazırkı dövrədək Komissiya tərəfindən hər hansı qəyyumluq qərarının qəbul edilmədiyi göstərilmişdir. Beləliklə, rəsmi dövlət orqanının cavabı ilə cavabdehin qəyyumunun mövcud olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyasının qərardadında rəsmi qəyyum-3-cü şəxs olan birinci instansiya məhkəməsində keçirilən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında qohumu (bacısı oğlu) X3 müşayiəti ilə cavabdeh iştirak etsə də, məhkəməyə dolğun məlumat verməmiş, əksinə məhkəməni aldatmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən fəaliyyət qabiliyyəti olmayan cavabdehin qəyyumunun müəyyən edildiyi məlum olmuşdur. Belə ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Cavabdeh bacısı oğlu Salman Salahovun qəyyum təyin edilməsi qərara alınmışdır. Həmin sərəncam Şirvan Apellyasiya Məhkəməsində iş üzrə sonuncu məhkəmə iclasında - xx.xx.2025-ci il tarixdə cavabdehin qəyyumu Salman Salahov tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, qeyd olunan sənəd cavabdehin qəyyumu tərəfindən Banka da təqdim edildiyindən, tərəflərindən məhkəmənin elektron portalında olan kabinetə əlavə edilmiş və iş materiallarında 13-cü sırada yerləşdirilmişdir. Bu hal onu göstərir ki, cavabdehin qəyyumu barədə məlumat birinci instansiya məhkəməsində işə baxılan zaman mövcud olmamış, yalnız apellyasiya instansiyasında işə baxılarkən təqdim edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin cavabdehin qəyyumunun iştirakı təmin edilmədən işə baxılması ilə dəlili əsassızdır.
28. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin qanuni nümayəndəsi - qəyyumu məhz apellyasiya instansiyasında işə baxılarkən müəyyən edilmişdir. Cavabdehin qəyyumunun Salman Salahov olması məlum olduqdan sonra onun apellyasiya instansiyasında iştirakı faktiki olaraq təmin edilsə də, həmin şəxs məhkəmə tərəfindən rəsmi qaydada iş üzrə cavabdeh (qanuni nümayəndə) qismində cəlb edilməmişdir.
29. Beləliklə, apellyasiya instansiyası düzgün prosessual nəticə çıxarmalı, icraata xitam vermək əvəzinə, qanuni nümayəndənin iştirakı rəsmi qaydada təmin edilməklə mübahisəyə mahiyyəti üzrə baxmalı idi. Çünki iddia tələbinə hüquqi qiymət verilməzdən əvvəl, həmin tələbin əsasını təşkil edən kredit müqaviləsinin etibarlı olub-olmamasının müəyyən edilməsi məhkəmənin bilavasitə vəzifəsidir.
30. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı Qərardadında olan hüquqi mövqeyində də ifadə edilmişdir. Həmin mövqeyə əsasən, müəyyən bir əqd əsasında irəli sürülmüş iddia tələbi üzrə məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibar lı olubolmadığını müəyyən etməkdir. Bunun üçün əqdin etibarsızlığı barədə ayrıca tələbin irəli sürülməsi tələb olunmur; tələbin əqdə söykənməsi kifayətdir. Bu səbəbdən məhkəmə iddia tələbləri və onlara edilən etirazlar çərçivəsində tərəflər arasında faktiki münasibətləri, əqdin bağlanması zamanı iradənin mövcud olub-olmamasını, habelə iradə ifadəsində qüsurun olub-olmamasını araşdırmalı və əqdin etibarlılığına hüquqi qiymət verməli idi. Əqdin etibarsızlığına səbəb olan hallar qanunvericiliyə əsasən subyektə (əqdin tərəflərinə), iradə ifadəsinə, habelə əqdin forma və məzmununa aid olan şərtlər kimi qruplaşdırılır. Hazırkı iş üzrə iradə ifadəsinə bağlı şərtlərin pozulması mövcuddur. Belə ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2014 nömrəli, 5 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən Cav abdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bu işin mübahisəsiz halıdır. Beləliklə, xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanarkən cavabdeh öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olmamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun olaraq iradə ifadəsinə bağlı olan şərtlərin pozulması deməkdir və nəticə etibarilə həmin tarixli kredit müqaviləsi mübahisələndirilən etibarsız əqd hesab edilməlidir. Bu halda məhkəmə kredit müqaviləsini etibarsız hesab etməklə tərəflər arasında yaranmış münasibətlərə restitusiya qaydasının tətbiqi məsələsini həll etməli idi. Belə ki, kredit müqaviləsi bağlanarkən cavabdehin qəyyumu faktiki olaraq Salman Salahov olmuşdur və bu qəyyumlu q münasibəti Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə rəsmiləşdirilmiş, yəni müqavilənin bağlandığı tarixdən xeyli əvvəl qüvvədə olmuşdur. Bu baxımdan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydasının tətbiqi üçün hüquqi əsaslar mövcud olmuşdur. Həmin normaya əsasən, etibarsız əqd üzrə tərəflər aldıqlarını bir-birinə qaytarmalıdırlar və bu qayda fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı əqdlərə də şamil edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllləsi.
31. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
32. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
33. Maddə
33. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərinipulla ödəməlidir.
40. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə q aytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
41. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.
42. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.
43. Maddə 1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
46. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeyd ə alınmış hüquqi şəxsə məxsusdur.
47. Maddə 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işti rak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
53. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
54. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göst ərməlidir.
55. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
56. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
57. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, “Ağır kəmağıllılıq” diaqnozu ilə öz psix i vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan – cavabdeh, Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2014 nömrəli, 5 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə cavabdehə bacısı oğlu X2 qəyyum təyin edilməsi qərara alınmış, həmçinin ƏƏSMN TSEK-in sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatına əsasən, cavabdehə xx.xx.2020-ci il tarixdən “ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq” diaqnozu ilə müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan cavabdeh xx.xx.2024-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla iddiaçı Bankın rəsmi internet səhif əsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2023-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə” ilə tanış olduğunu və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. X6 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir (Standart Şərtlərin preambulası). Standart şərtlərə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixinədək illik 29% olmaqla istehlak məqsədləri üçün 5.300 manat nağd kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu k reditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası, həmçinin cavabdehin qəyyumu X5 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
68. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən hesab etmişdir ki, cavabdeh mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından və hazırkı iddia isə fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırıldığından, tələbə məhkəmədə baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçı Bankın cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin vaxt Cavabdeh tərəf statusu əldə edə bilməzdi. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına istinad etmişdir.
69. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qənaəti ilə razılaşmır:
70. İlk növbədə qeyd olunmalıdır ki, istənilən iddia ü zrə işə baxılarkən iddia tələbindən asılı olmayaraq tərəflər arasındakı müqavilə münasibətlərinin etibarlı olubolmamasının araşdırılmalı olması məhkəmələrin əsas vəzifəsindən biridir.
71. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğ un olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyekti v hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
72. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
73. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd a nlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.
74. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
75. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü i l tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
76. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan mə hkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
77. Yuxarıda sadalanmış qanunvericilik normalarının təhlili bu qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün olmayan qanunvericiliyə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin normalarda “mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmamaq” və “iddianın fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırılmağı” kimi əsaslar iş üzrə icraata xitamın əsası kimi göstərilməmişdir. Yəni qənaət ondan ibarətdir ki, icraata xitamın əsasları mövcud deyil. Bu da o deməkdir ki, işə mahiyyəti üzrə baxılmalı idi.
78. Ape llyasiya instansiyası məhkəməsinin qeyd etdiyi hallar işə mahiyyəti üzrə baxılmasını istisna etməməklə, hər bir halda iddianın yolverilməzliyinə əsas vermir. Bu baxımdan hazırkı iş üzrə iddiaçının tələbi yol verilən hesab olunmalıdır. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarının hazırkı mübahisənin həllində tətbiqi istisna olunur.
79. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə, yəni iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etsə də, bu halda MPM-nin 262.3-ci maddəsinə uyğun olaraq ərizəçinin hansı orqana müraciət etməli olmasını da göstərməmişdir.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
81. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəy yən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməli, qəbul edilən yekun qərardan asılı olaraq tərəflərə bundan sonrakı hərəkətləri ilə bağlı hüquqları izah edilməlidir.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1560/2025 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüv