Məhkəmə qərarları › İş №2(1-8)-507/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-507/2026

23.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-507/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 202 5-ci il tarixli, 2(103)-5449/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, XXX ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş və istifadədə olan pilləkənlərin cavabdehin hesabına sökülməsi, həmin giriş hissəyə daş hasarın çəkilməsi (hörülməsi) və cavabdehə məxsus olan obyektin əvvəlki vəziyyətinə qaytarılması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat və vəkilin hüquqi yardımından isti fadə üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(002)32/2025 nömrəli qətnaməsi ilə (hakim G.Aslanova) iddia təmin edilmiş, Cavabdeh hesabına, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, XXX ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsində qanunsuz tikilmiş və hazırda istifadədə olan pilləkənlərin sökülməsi, həmin giriş hissəyə daş hasarın çəkilməsi və iddiaçıya məxsus olan obyektin əvvəlki vəziyyətinə qaytarılması; həmin hissədə qətnamənin icrası üçün bu qətnamənin qüvvəyə mindiyi gündən 3 ay müddətin müəyyən edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)-5449/2025 nömrəli qərardadı ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və A.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32.3, 32.4, 385.1.1, 384.0.4-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərar ına istinad edərək göstərmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən çıxarışdan və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, iddiaçının ticarət mərkəzinin icarəyə verilməsi ilə əlaqədar aktiv statuslu VÖEN-ü (**********) və cavabdehin evlərin kirayəsi ilə əlaqədar aktiv statuslu VÖEN-ü (**********) var. Yəni, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir, mübahisə predmeti olan qeyri-yaşayış sahələri kommersiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə olunur və mübahisə də öz xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.

5. Apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, kommersiya mübahisələrindən yaranan tələblərə yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. Kassasiya şikayətinin dəlilləri:

6. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 4.1, 39.1-ci maddələri pozulmuşdur.

8. Belə ki, Ba kı şəhəri Qaradağ Rayon Məhkəməsində uzun sürən qanuni və ədalətli məhkəmə çəkişməsi nəticəsində iddia tələbi təmin edilmişdir. Lakin bu hallara – iş materiallarında olan ekspert və mütəxəssis rəyinə qiymət verilməmişdir. Həm daşınmaz əmlak, həm də cavabdehin ünvanları Bakı şəhəri Qaradağ rayonudur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu kimi hallara hüquqi qiymət verilməmişdir.

9. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyət inin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.5. bu Məcəllənin 384. 0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların mə hz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irə li gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahi sənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mül kiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irə li gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işin mübahisəsiz hallarına görə, həm iddiaçı, həm də cavabdeh fərdi sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdir.

15. Həmçinin, hazırkı mübahisə iddiaçının mülkiyyət hüququnun müdafiəsinə yönəldilib, həm iddiaçının mülkiyyətində olan sahə, həm də, sökülməsi tələb olunan tikili qeyri-yaşayış sahəsinin bir hissəsi olmaqla, tərəflərin sahibkarlıq fəaliyyətlərinə aiddir. 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xa rakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

17. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması i stisna olunur.

18. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlili isə açıq-aydın əsassızdır.

19. Belə ki, Mülki Prosessual Məcəllədə nəzərdə tutulan “Məhkəmə aidiyyəti” (İİİ Fəsil) və “Ərazi aidiyyəti” (İV Fəsil) müxtəlif institutlardır. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizənin məhkəmə aidiyyət qaydalarının pozulması ilə verilməsi müəyyən edilməklə, ona müvafiq kommersiya məhkəməsində baxılmalı olması nəticəsinə gəlinmişdir.

20. İddiaçının kassasiya şikayətində istinad etdiyi Mülki Prosessual Məcəllənin 39cu maddəsi (Müstəsna aidiyyət) isə ərazi aidiyyət qaydalarını tənzimləyən normadır. Həmin prosessual hüquq normasının hazırkı mübahisəyə tətbiqi mümkün deyildir.

21. Təsadüfi deyil ki, Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında işə baxılmasının müstəsna ərazi aidiyyəti qaydalarına münasibət bildirilməmişdir. Həmin Qərarın 18 və 19-cu bəndlərində bəzi kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyəti müəyyən olunmuşdur ki, əşya hüququnun müdafiəsinə dair iddiaların müstəsna qaydada ümumi məhkəməyə aid olması göstərilməmişdir.

22. Əksinə, Qərarın 14-cü bəndində əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrdə hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması birmənalı olaraq təsbit olunmuşdur.

23. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)-5449/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar