Məhkəmə qərarları › İş №e-2(102)-3868/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3868/2025

12.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3868/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-3868/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2(007)-104/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Cavabdeh İddiaçı1nə ayrılmış Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 2360-cı məhəllədə yerləşən zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsində onun tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh nümayəndəsi, Vəkil3 birinci instansiya məhkəməsində vəsatət verərək, işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(007)104/2025 nömrəli qərardadı ilə (hakim Ü.Yusifova) vəsatət təmin edilməmişdir.

4. Həmin qərardaddan Cavabdeh nümayəndəsi, Vəkil3 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin 15 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərinin Qarışıq tərkibinin 16 sentyabr 2025-ci il tarixli, 2(102)-3065/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(007)-104/2025 nömrəli qərardadı ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair cavabdehin vəsatətinə yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

7. Bakı şəhəri Niz ami Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2(007)104/2025 nömrəli qərardadı ilə (hakim Ü.Yusifova) vəsatət təmin edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı2 “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin gö stərilməsi” fəaliyyəti göstərmək üçün ********** VÖEN-i vardır. Həmçinin, İddiaçı2 İddiaçı1ndə baş direktordur. İddiaçı1 isə hüquqi şəxsdir. Cavabdeh “avtomobillərin korroziya əleyhinə emal və sair texniki xidmətləri” fəaliyyəti göstərmək üçün ********** VÖEN-i vardır. Məhkəmə hesab etmişdir ki, hər iki tərəfin VÖEN-i olduğundan mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, boşaldılması tələb olunan torpaq sahəsində “avtoyuma” tikilmiş və cavabdeh həmin “avtoyuma”dan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq istifadə edir. Şikayətin dəlilləri:

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin ümumi məhkəmədə baxılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbləri pozulmuşdur.

11. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin predmetinin mülkiyyət hüququnun müdafiəsi üzrə tələb olmasını, məqsədinin – mülkiyyət hüququnun bərpası olmasını nəzərə almamışdır. Bu, Mülki Məcəllənin əşya hüquqları institutuna aid klassik vindikasiya tələbləridir, kommersiya münasibəti deyil. Tərəflər arasında heç bir müqavilə, öhdəlik və kommersiya fəaliyyəti ilə bağlı hüquqi münasibət yoxdur. Cavabdeh tərəfindən torpağın zəbt edilməsi var, yəni qanunsuz müdaxilə. İddiaçı ilə cavabdeh arasında kommersiya müqaviləsi mövcud deyil. MMC-l ər və VÖEN-in olması kommersiya mübahisəsi olduğunu avtomatik göstərmir. MPM-in 24.2 maddəsinə görə mübahisənin predmeti həlledici meyardır və predmet əşya hüquqlarıdır.

12. Birinci instansiya məhkəməsinin 21 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

13. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı ol duqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüqu qi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

16. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, ilk olaraq Qarışıq tərkib hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı halda işin məhkəmə aidiyyətini müəyyən edərkən Ali Məhkəmənin Qarışıq tərkibinin bu iş üzrə 16 sentyabr 2025-ci il tarixli qərarında irəli sürdüyü göstərişləri Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən nəzərə almışdır.

18. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə bir daha izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində ba xılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

19. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçılardan biri hüquqi şəxs, digəri isə həmin hüquqi şəxsin qanuni təmsilçisi və eyni zamanda, fərdi sahibkardır. Cavabdeh, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Odur ki, subyektiv tərkibinə görə işin kommersiya məhkəməsinə aid olması istisna olunmur.

20. Mübahisənin predmeti mülkiyyət hüququnun müdafiəsidir. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etməklə, sonuncunun həmin sahədən çıxarılmasını tələb edir.

21. Hazırda mübahisələndirilən məsələ - hüquq münasibətlərinin xarakteridir.

22. Bununla bağlı qeyd olunmalıdı r ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 12-13-cü bəndlərində göstərilmişdir ki,... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.... İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.

23. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, mübahisə onların əşya-hüquqi münasibətlərindən irəli gəldiyindən, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır.

24. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2(007)104/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar