Məhkəmə qərarları › İş №2(102)-3440/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3440/2025

11.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3440/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X3 X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X3 X2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3774/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh (bundan sonra – cavabdeh) məxsus olmuşdur. 2 iyun 2023-cü il tarixdə fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə ev içərisindəki əşyalarla birlikdə yanmışdır. Cavabdeh evi bərpa etmək üçün tikinti işləri aparmışdır.

2. X3 X4 (bundan sonra – iddiaçı) məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zolağında kəmərə paralel 1-ci sırada təqribən 25 metr aralı məsafədə mişar daşlarından tikilmiş hasara dəmir darvaza qoyulması tərəflərindən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Tikinti sa hibi yeni tikinti işləri aparmadığını, xx.xx.2023-cü il tarixdə yanmış yaşayış evinin bərpası işləri apardığını bildirirərək münaqişə yaratmışdır. Tikinti sahibinə xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdur. Məsələ ilə bağlı 30 iyul 2023-cü və 11 avqust 2023-cü il tarixli aktlar tərtib olunmuşdur.

3. X3 X1 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X3 X5 iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada 10X11 metr ölçüdə tikilmiş tikilinin, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasarın və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şir kətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunver iciliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

6. Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onların evi yanıb və müvəqqəti olaraq 3 uşaqla birlikdə atasının evində yaşayıb. Həmin evi o, tikməyib, başqasından satın almışdır. Orada tikilmiş evlərin heç birinin sənədi yoxdur. Onda gərək 2000-dən çox ailə evsiz qala. O, bacardığı qədər yüngülcə təmir edib, evinə köçüb. Özü də xərçəng xəstəsidir. Uzun illərdir ki, həmin evdə yaşayırlar. Kommunal ödənişləri edirlər. 2023-cü ilin iyun ayında yanğın oldu. Fövqaladə Hallar Nazirliyi cinayət işini bağlayıb və rədd olunub. Oradan görünür ki, ev yanıb və yanmış ev yenidən bərpa olunub. İcra hakimiyyəti tərəfindən verilən arayış da var ki, uzun zamandır, orada yaşayır. Evin sökülməsinə etiraz edir. Evi sökülsə o və uşaqları çöldə qalacaqlar, çünki başqa yaşayış yerləri yoxdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respu blikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024-cü il tarixli, 10/6921 nömrəli rəyinə əsasən, iş materiallarında olan aktda yazılanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində 10x11 metr ölçülərdə olan fərdi yaşayış evi NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 8-10 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 nömrəli, 4 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim - Ülkər Yusifova) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin ailəsi ilə birlikdə yaşadığı ev sökülsə, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq. Göründüyü kimi cavabdehin sökülməsi tələb olunan evdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, əgər sökülməsi tələb edilən ev iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehi onun ailə üzvləri ilə birlikdə yaşaması üçün yaşayış yeri ilə təmin etməlidir. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evin sökülməsi müqabilində cavabdeh yaşayış yeri ilə təmin edilməli, yaxud ona kompensasiya ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12 və 71.1-ci, Mülki Məcəllənin 7, 180.1, 180.2, 180.4-cü, Torpaq Məcəlləsinin 5.2, 22.2, 46.1, 46.2, 84.1, 84.3, 111-ci, Mülki Prosessual Məcəllənin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmaqla əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, “Mühafizə zonası”nda tikinti işləri aparılması qadağandır. İstisna olaraq mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyinin icazəsinin tələb olunması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların nə məqsədlə qəbul olunduğuna da əhəmiyyət verməmişdir. Belə ki, mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əh əmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Məhkəmə tərəfindən NEZ-in əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. Məhkəmənin gəldiyi nəticədən də müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus olmayan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində qanunsuz olaraq ev tikmişdir. Məhkəmə qətnaməsində həmin tikilinin qanunsuz olduğunu və NEZ-in maraqlarına toxunduğu göstərmişdir. Gör ündüyü kimi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə riayət olunmaması həmin maddənin tələbini pozmaqla tikilmiş yaşayış evinin özbaşına tikili hesab olunması üçün əsasdır və belə olan təqdirdə Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən NEZ maraqlı şəxs olaraq həmin qanunsuz tikilinin məhkəmə qaydasında sökülməsini tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, işin mübahisəsiz halına görə, cavabdeh sökülməsi tələb olunan evi tikməmiş, başqa şəxsdən almışdır və uzun illərdir, ailə üzvləri ilə orada yaşayır. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşdur. Onun istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişdir. Həmçinin, cavabdeh göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmış dır. Həmin şəxsin tikilisi özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır. Əvvəla qeyd olunmalıdır ki, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərləri istismara verilən zaman cavabdehin yaşadığı ev mövcud olmamışdır. Məhkəmə evin başqa şəxsdən alınmasını işin mübahisəsiz halı kimi qeyd etsə də yanmış evin nə zaman və kim tərəfindən tikilməsi, cavabdehin evi hansı şəxsdən və neçənci ildə alması və s kimi halları araşdırmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən (akt, foto şəkillər, arayışlar) də göründüyü kimi, cavabdeh qanunsuz evi tikməyə başladığı ilk günlərdən mühafizə zonasında yerləşməsi səbəbindən onun evi tikməməsi üçün rəsmi xəbərdarlıq olunmuş, lakin o, bu xəbərdarlığa məhəl qoymamışdır. NEZ-ə məxsus neft boru kəmərləri mübahisəli evdən əvvəl çəkildiyindən və evin tikilməsinin qarşısının alınması üçün tərəfimizdən tədbirlər görüldüyündən Zavod həmin tikilinin sökülməsi üçün hər hansı kompensasiya verməyə borclu deyildir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-3774/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmişdir.

14. Apellyasiya instansiya məhkəməs i hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. Mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Həmin torpaq sahəsinin üzərindəki daş hasarın və fərdi yaşayış evinin neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlinmişdir ki, hazırkı halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələblərinə əsasən cavabdehin əmlak və mənzil hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları və iddiaçı tərəfindən xəbərdarlıq məktubu göndərilməmişdən daha öncə cavabdehin ailə üzvlərinin həmin ünvanda yaşadıqları və məhz baş vermiş yanğının fəsadlarının aradan qaldırılması məqsədilə təmir işlərinin aparılması sübuta yetirilmişdir. Cavabdeh həmin ünvana artıq uzun müddətdir ki, pasport qeydiyyatına düşərək yaşa ması onun həmin ünvandan istifadə hüquqlarını yaratmışdır. Onun və ailə üzvlərinin həmin mənzildən çıxarılması hüquqlarının kobud pozuntusudur. Sözügedən evin hansı formada tikilməsindən asılı olmayaraq cavabdeh bir neçə ildir ki, mənzildən istifadə edir və oraya hüquqları yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqları pozulmaqdadır. Hesab edilmişdir ki, iddia tələbi düzgün irəli sürülməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdehin yaşadığı tikili onun tərəfindən deyil, tamamilə başqa bir şəxs tərəfindən inşa edilmişdir.

18. Birinci instansiya məhkəməsi müvafiq qətnaməsində haqlı olaraq hər iki tərəfin təqdim etmiş olduğu sübutlara istinad etmiş və düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yalnız i ddiaçının təqdim etdiyi sübutları əsas götürmüş, birtərəfli qaydada işi araşdırmış və yekunda səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

21. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyə ti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kollegiy a bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, özbaşına tikilinin mövcud olduğu torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, sənaye təyinatlı olmuş və təyinatı üzrə iddiaçının istifadəsinə verilmişdir, özbaşına tikili iddiaçıya məxsus sənaye təyinatlı boruların mühafizə zonasında yerləşir. İddiaçının həmin torpaq sahəsinə istifadə hüququ ilə bağlı əmlak hüquqları mövcuddur. Həmin tikilidən yaşayış sahəsi kimi istifadə cavabdehin və ailə üzvlərinin həyatını təhlükə altına alır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, cavabdeh sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi tikmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.

33. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığı ndan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələr ini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3774/2025 nömrəli, 28 iyul 2025-ci il 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar