Məhkəmə qərarları › İş №2(102)-3611/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3611/2025

15.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-133/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli əlavə torpaq sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 21.07.88-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmiş dir.

2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 99/284 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.1999-cu ayrıc aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.Nərimanov küçəsi 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Memarlar İttifaqına (“Memar-2”) 0,39 ha əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. 3. 06.02.2003-cü il tarixli ”Torpaqdan daimi istifadəyə dair” CN 0916 kod 01100003 olan Dövlət aktından görünür ki, Yasamal rayonu, N.Nərimanov küçəsi 468-472-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamına əsasən 0,827 ha sahə İddiaçı MTK-ya kooperativinə yaşayış evi ti kintisi üçün ayrılmışdır.

4. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.2006-cı il tarixli ayrıc aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün Azərbaycan Memarlıq İttifaqına əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçınə məxsus torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə inşa edilmiş 2 mərtəbəli özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilin in tikildiyi torpaq sahəsinin "xxxx" MTK-ya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 1,4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinə ayrılmışdır. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, “Memar-3’' MTK-ya ayrılmış sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək, həmin hissədə qanunsuz olaraq 2 mərtəbəli tikili inşa edilmişdir. Qanunsuz olaraq onlara məxsu s torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililər onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi zərər təxminən 8000 manat təşkil etmişdir. Həmin məbləğ cavabdehdən tutularaq onlara ödənilməlidir.

7. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı sərəncama sahib olduğu halda 24 ildir susaraq həmin yerdə cavabdehin həyat qurmasını gözləmiş və orada aparılmış tikinti işlərinin genişləndirilməsindən sonra sahiblik hüququnu dilə gətirmiş, cavabdehin əmlakının sökülməsini tələb etmişdir. Belə ki, iddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ yoxdur, anca q tələb hüququ vardır. Ona da iddia müddəti şamil olunur.

9. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sərəncama əsasən torpaq sahəsi ayrılmış və hazırda "xxxx" MTK-nın sahibliyindədir. Cavabdehlər tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində tikili inşa edilmişdir. Məhkəmədən cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsini xahiş etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə yerləşən torpaq sahəsi ilə Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşür.

11. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 2728/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş 2 mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Ayaz Məmmədov).

12. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncamına əsasən Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 7/403 saylı qərar ı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin ayrıca aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə cavabdehlər tərəfindən qanunsuz olaraq 2 mərtəbəli tikili inşa edilmişdir.

13. Məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin bo şaldılaraq təhvil verilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncamına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 10/4696 nömrəli ekspert rəyini rəhbər tutaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş 2 mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməlidir.

14. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutu laraq ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən dəymiş zərər barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən əsassız olmaqla, iddia bu hissədə təmin edilməməlidir.

15. Məhkəmə mövqeyini Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 164.1, 164.2, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin əsaslandırılmasına görə, birinci instansiya məhkəməsi ilk öncə sözügedən sərəncamın özünün qanuniliyinə düzgün hüquqi qiymət verməmiş, həmin sərəncamda konkret hansı torpaq sahəsinin ayrılmasından söhbət getdiyi bilinməmiş, qeyd edilən qeyri-müəyyən torpaq sahəsinə dair sözügedən sərəncam verilmişdir. Bundan əlavə “Torpaq İslahatı haqqında” qanunun 19-cu maddəsinin 6-cı abzasında göstərilən müqavilə bağlanmamışdır. Qeyd edilən maddənin tələbinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Lakin iş materiallarında belə bir müqavilə olmamışdır. Belə ki, mülki işdə olan sənədlərdən, həmçinin məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır ki, sözügedən fərdi ya şayış evi təxminən 24 il bundan əvvəl orada tikilmiş və həmin evi o almışdır. Sözügedən müddət ərzində həmin torpaq sahəsi heç bir halda hansısa formada hasarlanmamış və ya iddiaçı təşkilata aid olmasını təsdiq edən heç bir işarət olmamışdır. Ora boş ərazi olmuş, şifahi razılıq əsasında sözügedən ev tikilmiş və hazırkı vaxta kimi bununla bağlı heç bir halda nə əvvəlki sahibinə, nə də ona etiraz olmamışdır. Bundan əlavə tək cavabdeh yox, həm də digər şəxslərin fərdi yaşayış evi tikilmiş və bəzi şəxslər həmin evlərə dair hətta çıxarışlar da əldə etmişdir. Qeyd edilən evin sökülməsi barədə məhkəmə qətnaməsi hüquqdan suiistifadəyə yol verməklə həm də ona ciddi maddi ziyan verilməsi ilə nəticələnəcəyini məhkəmə nəzərə almamışdır. Belə ki, sözügedən müddət ərzində həmin torpaq sahəsində aparılmı ş tikilinin sökülməsi və ya onun sahəsinə aid olması barədə iddiaçı təşkilat tərəfindən hər hansı bir etiraz olmamışdır. Bütün bunlar onu göstərir ki, hazırkı iddia tələbi hüquqdan sui istifadə ilə bağlıdır və məhkəmə bu sui-istifadə tələbini təmin etməklə cavabdehin maddi ziyan və əsassız olaraq sahibliyində olan əmlakdan məhrum edilməsi ilə nəticələnməsini əsas yaratmışdır. Başqa sözlə, bu cür mövqe məhkəmənin işin faktiki vəziyyətini və hazırkı iddia tələbinin yalnız cavabdehə münasibətdə irəli sürülməsi və oxşar vəziyyətdə olan digər tikililərə münasibətdə irəli sürülməməsi kimi mühüm əhəmiyyət kəsb edən halları nəzərə almadan qəbul etmişdir. Həmçinin bu cür mövqe hazırkı vahid məhkəmə təcrübəsi ilə də uzlaşmır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qa nuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Eyni zamanda iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.

18. Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2024-cü il tarixli 3-16-16/210/3929 saylı rəyindən görünür ki, göstərilən torpaq sahəsi a yrıc aktında qeyd olunan ölçülərə əsasən 1,4321 ha təşkil edir. Torpaq sahəsi şimaldan mövcud yaşayış evləri ilə, şərqdən N.Nərimanov küçəsi ilə, cənubdan M.Əliyev küçəsi ilə, qərbdən Qədirli küçəsi və mövcud yaşayış evləri ilə əhatə olunub. Sahə üzərində çoxmərtəbəli yaşayış binaları və digər vətəndaşlara məxsus yaşayış evi və qeyri-yaşayış tikililəri mövcuddur. Qeyd olunan 1,4321 ha və mübahisələndirilən 0,005 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50 kv metr sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barədə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur.

19. Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9243 nömrəli, 11 iyun 2025-ci il tarixli rəyindən görünür ki, iddiaçının nümayəndəsi Dövlət aktına əsasən 8270 kv metr (0,827 ha) sahənin ayrıc aktı daxilində yerləşdiyini qeyd etsə də, lakin dəqiq mövqeyini bilmir. Bu səbəbdən həmin hissənin koordinatlarını təyin etmək mümkün olmamışdır. Ayrıc aktında qeyd olunan ölçülərə əsasən 1,4321 ha və mübahisələndirilən üzərində iki mərtəbəli yaşayış evi inşa olunan tikintialtı sahədən ibarət 50 kv metr sahənin koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50,0 kv metr sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barəd ə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur. İddiaçının nümayəndəsi Dövlət aktına əsasən 8270 kv metr (0,827 ha) sahənin ayrıc akti daxilində yerləşdiyini qeyd etsə də, lakin dəqiq mövqeyini bilmir. Bu səbəbdən həmin hissənin koordinatlarını təyin etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50 kv metr sahə ayrıc daxilində yerləşir. Bundan əlavə ayrıc daxilində çoxlu sayda qeydiyyatdan keçmiş və qeydiyyatı barədə məlumat aşkar edilməmiş əmlaklar mövcuddur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-133/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmışdır (hakimlər: Mərdanova Xumar - sədrlik edən və məruzəçi, Sadıqov Vahid və Bəhramzadə Sabit).

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanındakı 1,4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Memarlar İttifaqına ayrılmış və işin faktiki halları ilə təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50 kv metr sahə ayrıc daxilində yerləşməsi müəyyən edilmişdir. İş materialları ilə "xxxx" MTK-nın 0,827 ha torpaq sahəsi olmasına dair dövlət aktı təsdiq edilmişdir.

22. Təqdim edilmiş ekspert rəyləri ilə ünvan 1 ünvanındakı 1,4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən Azərbaycan Re spublikası Memarlar İttifaqına ayrılmış və işin faktiki halları ilə təqdim edilmiş ayrıc aktındakı koordinatlara əsasən mübahisələndirilən 50 kv metr sahə ayrıc daxilində yerləşməsi müəyyən edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncama əsasən Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmiş, lakin Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472ci məhəllədə cavabdehlər tərəfindən qanunsuz olaraq iki mərtəbəli tikili inşa edilmişdir.

24. İş üzrə ekspert və mütəxəssis rəyləri olmadan belə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin xx.xx.2006-cı il tarixli ayrıc aktına və mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən mübahisələndirilən tikilinin məhz İddiaçı ayrılmış ərazinin daxilində olması aydın görünür. "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 4, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş iki mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTKya təhvil verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəl mişdir.

25. Cavabdeh tərəfin mübahisəli evin 24 ildir tikilməsinə dair dəlillərə münasibətdə hesab etmişdir ki, bu hal mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, yerində baxış zamanı Yasamal rayonu, N.ünvan 4 ünvanında İddiaçı MTK-nə ayrılmış torpaq sahəsinin təqribən 70 kv metr olan hissəsində bir müddət öncə müvafiq icazə və razılaşdırma sənədləri olmadan iki mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur.

26. Həmçinin Cavabdeh2 adına olan "xxxx" ASC-nin bildirişdən görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi işıq borcu ödənilmişdir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı MTK-nə ayrılmış torpaq sahəsinin təqribən 70 kv metr olan hissəsində bir müddət öncə müvafiq icazə və razılaşdırma sənədləri olmadan iki mərtəbəli fərdi yaşayış evinin inşa edilməsinin göstərilməsi həmin evin məhz 24 il əvvəl inşa edilməsini təsdiq etmir. Bu halı həmçinin cavabdehin özünün də təqdim etdiyi ödəniş qəbzinin tarixi də təsdiq edir. Bir sözlə, cavabdeh mübahisəli evin 24 il əvvəl tikilməsinə, bu müddət ərzində həmin evə görə kommunal xidmət haqlarını ödəməsinə dair sübutlar təqdim etməmişdir. Halbuki məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfə həmin sübutların təqdim edilməsi təklif olunmuşdur. Baxmayaraq ki, təqdim edilən sübutlar sonrakı sübutlara aid olacaqdır

28. Apellyasiya məhkəməsi mövqeyini Mül ki Məcəllənin 164.1, 164.2, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 217.1, 217.2, 217.3, 218.1, 384.0.1 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh2 (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, oxşar şəraitdə bir sıra fərdi yaşayış evləri mövcud olmaqla, cavabdeh mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etmiş və tikinti işləri ni aparmışdır ki, hazırkı halda cavabdehə münasibətdə hazırkı iddianın təmin edilməsi hüquqdan sui-istifadədir. Sözügedən ev artıq 24 ildir ki, tikilmişdir. Sözügedən müddət ərzində, eləcə də, mübahisəli evin tikildiyi dövrdə dövlət orqanları daxil olmaqla, iddiaçının özü tərəfindən hər hansı formada buna etiraz edilməmişdir. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülki yyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı t ərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları g ötürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məq sədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işin üzrə məhkəmə tərəfindən tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Bu da yuxarıda göstərilən dürüstük prinsipi ilə uzlaşmamaqla həmçinin h üquqdan suiistifadənin təmin edilməsi ilə nəticələnir.

31. İşə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddəsinin tələblərini pozaraq, iddiaçının tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

34. Maddə 16 4.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddian ın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinlə yib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh Əsgərov Fərhad Habil oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən ta m, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan i barət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənlə şdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-133/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar