Məhkəmə qərarları › İş №2(102)-3920/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3920/2025

03.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3920/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-2758/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məq sədilə"xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.

2. X1 85 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 101,1 kv.m təşkil edən Cavabdeh istifadəsində olan M83a saylı fərdi yaşayış evinin təqribi dəyəri 35,000 (otuz beş min) manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “35.000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə rayon məhkəməsinə müraciət edərək i ddia tələbini dəqiqləşdirmiş, kompensasiya miqdarını 41.000 manat həddində müəyyən etmişdir. Cavabdehin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq ərizəni icraata qəbul etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) Cavabdeh məxsus özbaşına tikili mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazi də qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər.

6. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişd ir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 41.000 (qırx bir min) manat ödənilməklə cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-83 B ünvanda yerləşən özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, həmin tikilini uzun illərdir qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi g ündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırkı mübahisəyə MM-in 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab edir.

9. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 85 nömrəli qiymətləndirmə rəyini isə məhkəmə ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab edir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zə ruri hesab etmir, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət verir. Cavabdehin etirazının əsasını onun cavabdeh hüquqi şəxs tərəfindən ərazidə tikilən binada mənzillə təmin edilməsidir. Yəni, mənzilin dəyəri üzrə müvafiq qiymətləndirmə rəyi mübahisə olunmur.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r xx.xx.2020-ci il tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialına iddiaçı tərəfindən əldə edilərək əlavə edilmiş xx.xx.2024-cü il tarixli 85 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 35.000 manat təşkil edir. Cavabdehin qiymətləndirmədən aldığı rəydə tikilinin dəyəri 161.000 manat təşkil edir. Cavabdeh mülkiyyətini kiməsə satmaq və həmən ərazidən başqa yerə köçmək niyyəti olmayıb. Eləcədə e vi qəzalı olmadığını olsaydı belə özü təmir edib yaşaya biləcəyini bildirir. Hətta ev qəzalı olduğu halda dövlət vətəndaşını evlə təmin edir. Məhkəmə cavabdehin yuxarıda göstərdiklərini, qarşılıqlı razılığının olmamasını, təklif olunan qiymətin az olması ilə əlaqədar digər qonşular kimi həmən ərazidə tikiləcək binada əmlakının dəyərinə uyğun mənzillə təmin olunması tələbinin iddiaçı tərəfindən qəbul edilmədiyini, ailə üzvləri ilə qaçqın kimi qeyd olunan ərazidə 1992-ci ildən məskunlaşmalarını, şəxsin əmlak hüquqlarını nəzərə almadan, mülki qanunvericiliyin tələbləri nəzərə alınmayaraq iddiaçı tərəfindən təqdim olunan haqqa ədalətə və indiki bazar qiymətinə qətiyyən inanılması mümkün olmayan qiymətləndirmə əsasında cavabdehlərin qanuni hüquqlarını kobud surətdə pozaraq, Mülki Məcəllədə bu h ala aid olmayan özbaşına tikililər, Şəhər Salma və Tikinti Məcəlləsinin maddələrini sadalamaqla qanunsuz qərar qəbul etmişdir. Hakimin hər kəs tərəfindən inanılası və ağıla batası mümkün olmayan qiymətləndirmə rəyini yenidən qiymətləndirməyə göndərməyərək əsas götürməsi cavabdehin kobud surətdə hüququnu pozur və əsaslı şübhələr yaradır. 13. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 101,1 kv.m təşkil edən Cavabdeh istifadəsində olan M83a saylı fərdi yaşayış evinin 19 mart 2025-ci il tarixinə olan dəyəri 161,500 ( bir yüz altmış bir min beş yüz) manat təşkil etmişdir. 14. "xxxx" MMC-nin № MB 18/0893, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əs asən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-83 B ünvanında yerləşən cavabdehə məxsus özbaşına tikilinin (həmin sahənin yaşayış üçün nəzərdə tutulması baxımından deyil, məhz tikinti aparılması məqsədi ilə söküntünün həyata keçirilməsi ilə bağlı olaraq) hesablanmış real bazar dəyəri 48000 (qırx səkkiz min) manat təşkil edir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2758/2025 nömrəli mülki iş üzrə 23 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbləri təmin edil məmiş, Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-dən tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin ev cavabdehin ailəsinin yeganə yaşayış yeridir, həmçinin cavabdeh həmin evi satmaq niyyətində olmamışdır. Bununla belə, cavabdeh yaranmış vəziyyətdə ağlabatan kompensasiya ilə razılaşmanın mümkün olduğunu bildirir.

17. Ap ellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC-nin sözügedən evin əvəzində cavabdehə təklif etdiyi 70.000 manat kompensasiya mütənasib olmamışdır.

18. Fərdi yaşayış evinin bazar dəyəri ilə əlaqədar tərtib edilmiş qiymətləndirmə hesabatları arasında ziddiyyətlər mövcuddur. Məhkəmə kollegiyasının qənaətinə görə həmin rəylər arasında olan uyğunsuzluqlar hazırkı işin həlli baxımından əhəmiyyətli deyildir.

19. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra həmin ünvanda, müvafiq sənədləşmə işləri aparılmadan, lakin səlahiyyətli dövlət orqanlarının etiraz etmədiyi bir şəraitdə öz ailəsinin minimum yaşayışlarını təmin etmək məqsədi ilə bu evi inşa etmiş, kommunal xidmətlərlə bağlı bütü n səlahiyyətli qurumlarla müvafiq müqavilələr bağlamış, keçən bu müddət ərzində cavabdehin həmin evdə yaşamasına dövlətin səlahiyyətli orqanları etiraz etməmiş, hazırda da belə bir etiraz yoxdur, cavabdehə məxsus olan həmin özbaşına tikilmiş evin sahəsi 101 kv.m təşkil edir, cavabdehin ailəsinin başqa yaşayış yeri yoxdur. (düzdür, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında cavabdehlərin başqa yaşayış yerinin olduğunu bildirsə də, buna dair məhkəmələrə hər hansı sübut verməmişdir).

20. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

22. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə xüsusi olaraq qeyd etmişdir ki, cavabdeh öz ailəsinin yeganə yaşayış yeri olan fərdi yaşayış evindən iddiaçının təklif etdiyi və mütənasib olmayan kompensasiya əvəzində imtina etməyə məcbur deyildir. Lakin cavabdeh iddiaçı şirkətin münasib təklifi ilə razılaşmanın mümkün olduğunu bildirir. Hazırkı halda iddiaçının təklif etdiyi kompensasiyanın məbləği mütənasib hesab edilə bilməz. Son illər ərzində Bakı şəhərində daşınmaz əmlak bazarında, xüsusən də mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə artdığı heç kəsə sirr deyildir. Hazırda şəhərin yerindən asılı olaraq yeni tikililərdə ən aşağı qiymətlər 1.700-2.800 manat arası dəyişir. Belə olan halda cavabdehin 101 kv.m sahəsi olan evinə görə təklif edilən 70.000 manat mütənasib olmamışdır.

23. Məhkəmə razılaşmışdır ki, hazırkı halda cavabdehin evinin özbaşına tikili olması müəyyən mənada təklif edilən kompensasiyaya təsir edə bilər, lakin bu təklif dəfələrlə ölçülən həddə ola bilməz.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlərlə bağlı hüquqi mövqeyi də məhz bu yöndə olmuşdur.

25. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1282/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarından görünmüşdür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babay ev və Cəmilə Musayeva) 2(103)-5472/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X3 ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi, cavabdeh X3 məxsus olmuş, ümumi sahəsi 73,93 kv.m olan M-113 nömrəli ( Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikilinin sökülməsinə görə iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X3 ödənilməli olan kompensasiyanın 43.800 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5472/2024 nömrəli mülki iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilmişdir.

26. Həmin qərarda apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini 43.800 manat müəyyənləşdirərkən "xxxx" MMC-nin 28 oktyabr 2024-cü il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir. Həmin rəydə X3 məxsus özbaşına tikilinin bazar dəyəri xərc yanaşması ilə, yəni tikiliyə çəkilən xərclərə əsasən müəyyənləşdirilmişdir. Əvvəla həmin rəydə çəkilən xərclər - hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərcləri və s. konkret əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu kimi halları nəzərə almaqla prosessual hüquq normalarının tələb inə uyğun həmin sübuta qiymət verməmişdir.

27. Digər tərəfdən bu kateqoriyadan olan mübahisələrə baxılarkən kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olub-olmaması kimi hallar nəzərə alınmalıdır.

28. İddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X7 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir.

29. Digər tərəfdən xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsi inandırıcılığı apellyasiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Belə ki, hamıya məlum olan haldır ki, fərdi yaşayış evinə çək ilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur. Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.

30. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənlər nəzərə alınmaqla kompensasiyanın məbləğini müəyyənləşdirmə k üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1 və 88ci maddəsinin tələblərini pozmuşdur. Bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

31. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.3, 157.4, 157.8, 158.4, 180.1, 180.2, 180.3, 180.4, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3, 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MTK-nın şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarlarına, MPM-in 14.1, 77.1, 372, 380.1 və 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti Mülki Məcəllənin 180-ci və MPM-in 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə qanunun yuxarıda qeyd olunan tələblərinin əsaslı olub-o lmadığının yoxlanılması üçün aşağıdakı iki hal araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olmuşdur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Hazırkı mülki mübahisə üzrə qeyd olunan halların mövcudluğu açıq-aşkar və mübahisəsizdir. Belə ki, iş materialları ilə təsdiq olunmuşdur ki, s ökülməsi iddia olunan və cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına və qanunsuz tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamış, qəzalı və yararsız vəziyyətdədir. Digər tərəfdən, həmin qanunsuz tikilinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamın təsir dairəsinə düşür. Belə ki, həmin Sərəncama əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləsən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə оlunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Qeyd edilənlərə baxmayaraq, cavabdеh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina etmiş, hər bir vəchlə hüquqlarından sui- istifadə еtməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kоmpеnsasiya tələb еtməklə əsassız varlanmaq niyyətində olmuş və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şir kətə külli miqdarda ziyan vurmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi qanunun tələblərinə zidd olmaqla yanaşı, əsassız və ədalətsizdir. Belə ki, qanunsuz (özbaşına) tikilinin sökülməsinin kompensasiya edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əksinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İddiaçı tərəf olaraq cavabdehin qanunsuz tikilisinin sökülməsi qarşılığında ona qanunsuz tikilinin bazar dəyərindən də artıq kompensasiya ödənilməsinə tərəflərindən razılıq verilmişdir. Həmin qanunsuz tikilinin bazar dəyəri ilə bağlı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı dövründə ekspertizalar təyin edilmiş, yekun olaraq apellyasiya instansiyası məhkəməsində təyin edilmiş ekspert rəyinə əsasən qanunsuz tikilinin bazar dəyəri əvvəlki rəylərdən daha yüksək, yəni 48.000 manat müəyyən edilmiş və iddiaçı tərəf olaraq həmin məbləğdən dəfələrlə artıq vəsaiti, yəni 70.000 manat cavabdehə ödəməyə müvafiq ərizə ilə razılıqlarını bildirmişlər. Bütün bunlar baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız olaraq rədd etmişdir. Hazırkı iş üzrə də cavabdehə məxsus qanunsuz tikilinin bazar dəyəri müəyyən edilmiş, lakin işə baxan məhkəmə əsassız olaraq həmin məbləğdən də artıq kompensasiya məbləğinin ödənilməsi qarşılığında qanunsuz tikilinin sökülməsi barədə iddianı rədd etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “qanunsuz tikilinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiya məbləğinin mütənasib olmaması ilə bağlı qiymətləndirilməsi də tam əsassız və ədalətsiz olmuşdur. Qanunsuz tikililərə münasibətdə söküntünün qarşılığında həmin qanunsuz tikilinin bazar dəyərinin ödənilməsi tam ağlabatan və ədalətli olmuşdur. Belə ki, hamıya məlumdur ki, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq hər hansı tikilinin inşası zamanı tikintiyə çəkilmiş xərclə, sonradan həmin tikilinin satışı zamanı bazar dəyəri fərqli olur. Məsələn: bir tikilinin inşası üçün 50.000 manat vəsait xərc çəkilirsə, tikili hazır olandan sonra bazar qiymətinə uyğun olaraq onun satışının realizə olunması zamanı həmin tikili təbii ki ən azı 15.000-20.000 daha baha qiymətə (65-70.000 civarında) satılır. Göründüyü kimi məhkəmə qətnaməsində özünün mövqeyini düzgün əsaslandırmamış, biri digərini təkzib edən yanaşma sərgiləmişdir. Yəni nəzərə alsaq ki, cavabdehin inşa etdiyi və yararsız vəziyyət olan tikili qanunsuz tikilidir və onun bazar dəyərinə uyğun kompensasiya təklif olunur, bu da onu deməyə əsas verir ki, cavabdeh bazar dəyərinə uyğun kompensasiya məbləği ilə mövcud olandan sahəsi daha böyük və daha yaxşı şəraitdə başqa bir ərazidə yeni “qanunsuz” tikili inşa edə və orada yaşa bilər. Digər bir tərəfdən, yararsız və qəzalı vəziyyətdə olan “qanunsuz” tikili ilə, həmin ərazidə qanuni əsaslarla və yüksək keyfiyyətlə inşa edilmiş, yeni hündürmərtəbəli yaşayış binasındakı mənzilin eyni dəyərə malik olması və ya onunla əvəzləşdirilməsi açıq-aşkar absurd, ağlabatan və ədalətli deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi hüquq normalarına düzgün istinad edilməmiş, prosessual hüquq normaları isə düzgün tətbiq edilməmişdir. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün müraciətlər, dəlillər və sübutlar hərtərəfli araşdırılaraq qanunun tələbləri səviyyəsində qiymətləndirilmiş və məhkəmənin qərarında aydın şəkildə əks olunmuşdur. Məhkəmə qərarını tam sübutlara əsaslanaraq bərabərlik prinsipinə əməl etməklə qanunun tələblərinə uyğun olaraq iş üçün əhəmiyyətli olan mötəbər sübutlarla təsdiq edilən faktlar əsasında qəbul etmişdir. Apellyasiya məhkəməsinin qərarı tam hərtərəfli araşdırılaraq MPM-in tələblərinə əməl olunmaqla qəbul olunmuşdur. Mübahisə olunan tikili özbaşına tikili deyil, cavabdehin ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra həmin ünvanda, müvafiq icra hakimiyyətinin şifahi razılığı və səlahiyyətli dövlət orqanlarının etiraz etmədiyi bir şəraitdə öz ailəsinin minimum yaşayışlarını təmin etmək məqsədilə bu evi inşa etmiş, kommunal xidmətlərlə bağlı bütün səlahiyyətli qurumlarla müvafiq müqavilələr bağlamış, keçən bu müddət ərzində cavabdehin həmin evdə yaşamasına dövlətin səlahiyyətli orqanları etiraz etməmiş, hazırda da belə bir etiraz yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyəti ndə daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 4

3. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.

44. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

47. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına b ilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

48. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

49. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsa slandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil.

62. Belə ki, işin mübahisəsiz halına görə cavabdeh 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarı-“Qanlı gölün” şimal-qərb hissəsində yerləşən, ümumi sahəsi 101 m2 olan M-83 B ünvanda müvafiq sənədləşmə işləri aparılmadan, lakin səlahiyyətli dövlət orqanlarının etiraz etmədiyi bir şəraitdə öz ailəsinin minimum yaşayışını təmin etmək məqsədilə bu evi inşa etmiş, kommunal xidmətlərlə bağlı bütün səlahiyyətli qurumlarla müvafiq müqavilələr bağlamış, keçən bu müddət ərzində cavabdehin həmin evdə yaşamasına dövlətin səlahiyyətli orqanları etiraz etməmiş, hazırda da belə bir etiraz yoxdur.

63. Həmçini n, işin mübahisə olunmayan digər halına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 saylı sərəncamı ilə sözügedən evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, bütövlükdə 25,31 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilib və həmin sərəncamda və ona əlavə edilmiş sənədlərdə 25,31 ha torpaq sahəsində, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında tənzimləmək və orada yeni yaşayış kompleksi tikmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub. Həmin sərəncam və ona əlavə edilmiş sənədlər bu gündə qüvvədədir.

64. Hazırda iddiaçı cavabdehə 70.000 manat kompensasiya ödənilməklə sözügedən özbaşına tikilinin boşaldılaraq sökülməsini iddia edir. Cavabdeh isə bu məbləğlə razılaşmır və yeni tikiləcək binadan ona üç otaqlı mənzilin verilməsini istəyir.

65. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, istənilən hüquq qaydası məntiqə əsaslanmaqla inandırıcılıq xüsusiyyəti daşımalı və bu baxımdan da hər hansı bir hüquq qaydası tətbiq olunduğu şəraitdə mövcud ehtiyacı qarşılaya bilmək keyfiyyətinə malik olmalıdır. Əgər hər hansı bir hüquq qaydası cəmiyyətdə mövcud olan ehtiyacları lazımi şəkildə qarşılamırsa, bu, qaçılmaz olaraq həmin hüquq qaydasının məntiqə uyğunluğunun və hüquqi funksionallığının qüsurlu olmasına və nəticədə aid olduğu məsələ ilə bağlı ədalətli nəticənin əmələ gəlməsinə maneə təşkil etməsinə səbəb olur.

66. Ədalət anlayışının özü də cəmiyyət daxilindəki münasibətlərdən əmələ gələn ehtiyaclarla birbaşa bağlıdır. Belə ki, cəmiyyət həyatında “bir məsələnin nizamlanmasına olan ehtiyacı ən səmərəli şəkildə aradan qaldıran, yəni cəmiyyəti təşkil edən fərdlərin şəxsi ehtiyaclarına mümkün qədər ən yaxşı şəkildə cavab verən qaydaların qoyulması və o məqsəd istiqamətində qaydaların tətbiq olunması həmin cəmiyyətdə ədaləti təmin edir. Hüquq qaydalarının ədaləti təmin etmə funksiyası, həm də birbaşa həmin qaydaların məqsədəuyğun şəkildə düzgün istifadə edilə bilmə əmsalından asılıdır.

67. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməklə hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 180-cı, Avropa Konvensiyasının 8-ci (yaşayış sahəsinə müdaxilə), 1 saylı Protokolun 1-ci maddəsinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021 tarixli qərarının tələblərinə uyğun həll edilməlidir.

68. Bu normaların və Plenum qərarının əlaqəli təhlilindən belə nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər.

69. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus 30 ildən artıq fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrı-seçkiliyə yol verilməməli, müb ahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

70. Həmçinin cavabdeh artıq uzun illərdir ki, sözügedən evdə yaşayır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin evin şəraitsiz və qanunsuz tikili olduğundan 70.000 manatın kifayətedici kompensasiya olması və cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı dəlillərini əsassız saymaqla qeyd edir ki, cavabdeh həmin evlə öz mənzil tələbatını ödəyir və onun və ailə üzvləri üçün bu evin əhəmiyyəti çox böyükdür, eləcə də AİHK-nın 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

71. Belə olan halda, iddiaçı tərəfindən təklif olunan 70.000 manat kompensasiya məbləğinin Bakı şəhərində ümumi sahəsi 101 m2 olan evin satın alınması üçün ağlabatan və ədalətli məbləğ sayılmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur.

72. Lakin məhkəmə göstərilən məbləğin mütənasib olmamasını və cavabdehin evinin özbaşına tikili olmasının müəyyən mənada təklif edilən kompensasiyaya təsir edə biləcəyini vurğulasa da, ağlabatan və mütənasib hesab edilən kompensasiya məbləğini təyin etmədən və bu istiqamətdə araşdırma aparmadan yekun nəticəyə gəlmişdir.

73. Halbuki həqiqətin müəyyən edilməsi baxımından məhkəmə işin həllinə mane olan boşluqları aradan qaldırmalı, ziddiyyətli sübutlar şəraitində faktiki vəziyyəti özü müəyyən etməli, mübahisəni hüquqi müəyyənliklə yekunlaşdırmalıdır.

74. Buna görə də hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi əlavə araşdırma aparmaqla cava bdeh tərəfindən tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq “gözləntilərinin” olub-olmamasını, həmin ərazidə analoji vəziyyətdə olan sakinlərlə əldə edilmiş razılaşmaları, torpaq və evə mülkiyyət hüququ qeydiyyata alınmamış şəxslərə həqiqətən də mənzil verilib-verilməməsini, verilmişdirsə, nəyə görə cavabdehlə bu cür razılaşmanın mümkün olmadığını, analoji vəziyyətdə olan digər şəxslərə ödənilən kompensasiya məbləğinin meyarları, məbləği və s. (eyni statusda olan başqa şəxslərə nə verilib, kompensasiya meyarları nədən ibarət olub, kompensasiyanın naturada verilməsi iddiaçı tərəfindən hansı hallarda tətbiq edilib, cavabdehlə digərləri arasında fərq hansı hüquqi meyarlara əsaslanır və s.) kimi hallar araşdırılmalı, ağlaba tan və mütənasib kompensasiya məbləği müəyyən edilməli idi. Lakin bu istiqamətdə araşdırma aparılmamışdır.

75. Göründüyü kimi hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıdakı bəndlərdə sadalanan normaların, eləcə də MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə riayət edilməməklə qəbul edilmişdir.

76. Qeyd olunanları, habelə işin hallarına və sübutlara qiymət verilməsinin zəruri olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən e dilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

77. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

78. Qeyd olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 2(103)-2758/2025 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar