Məhkəmə qərarları › İş №2(102)-3859/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3859/2025

22.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3859/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ilk və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə dair birləşdirilmiş iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi, vicdanlı sahibin əmlakın yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzinin tələb etmək hüququ, hüquqdan suiistifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədr lik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)- 2975/2025 nömrəli qətnaməsindən ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) İddiaçı və hər iki iddia üzrə Cavabdeh2 Balağa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 0,12 ha torpaq sahəsindən ibarət XXX nömrəli bağ X3 və İstismarı Birliyi ilə bağlanmış 17 aprel 2007-ci il tarixli müqavilə əsasında İddiaçı istifadəsinə verilmişdir. 2. 30 may 2009-cu il tarixli etib arnamə ilə İddiaçı qeyd olunan torpaq sahəsini idarə etməyi, tikinti aparmağı, öz məqsədinə müvafiq idarə etməyi, sənədlərin aidiyyəti idarələrə verməyi, reyestrdən çıxarışın alınmasını, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi 29 iyul 2038-ci il tarixədək Cavabdeh2 etibar etmişdir. Etibarnaməni İddiaçı adından 02 sentyabr 2008-ci il tarixli etibarnamə əsasında X21 imzalamışdır.

3. Həmin bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 19 iyul 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 27 iyun 2014-cü il tarixli etibarnamə ilə İddiaçı bağ sahəsini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikililəri özəlləşdirməyi, sənədləşmə işlərin aparmağı, sərəncam verməyi və s. hərəkətləri etməyi 29 iyul 2038-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Etibarna mə İddiaçı adından Cavabdeh2 tərəfindən imzalanmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, cavabdehlər X12, X2, X4, Cavabdeh1 və X5 (yetkinlik yaşına çatmayan uşaqları 25 sentyabr 2012-ci il təvəllüdlü X15, 1 aprel 2014-cü il təvəllüdlü X16 və 12 may 2016-cı il təvəllüdlü X17 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə XXX saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA-0244498 nömrəli çıxarışın əslinin Cavabdeh2 alınaraq İddiaçı verilməs i qət edilmişdir. Həmin qətnamə son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası qismən təmin edilərək, İddiaçı 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun və 61,69 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 və Qədirov X14 bağ massivində yerləşən XXX nömrəli bağ evinin etibarnamə əsasında alqı-satqısına dair razılığa gəlmiş, sonradan aralarında narazılıq yarandığından İddiaçı mə hkəməyə müraciət edərək, həmin bağ sahəsini Cavabdeh2 və digər şəxslərdən geri tələb etmiş, məhkəmə qətnaməsi ilə həmin iddia təmin edilərək adı çəkilən bağ sahəsi İddiaçı geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada torpaq sahəsinə görə ödənilmiş 67.000 manat məbləğində pulun və maddi ziyana görə (əsassız varlanmaya görə) 129.426 manat, cəmi 196.426 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 486,42 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə XXX saylı bağ sahəsini uzun müddət əvvəl cavabdeh İddiaçı Cavabdeh2 verdiyi etibarnamə əsasında 67.000 manat məbləğində pul ödəməklə almış və 28 iyun 2014-cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Torpaq sahəsini alarkən Cavabdeh2 torpaq sahəsinə dair sənədləri tam qaydasında olmadığını, eyni zamanda notariat orqanına gedib alqı-satqını rəsmiləşdirməyə vaxtının olmadığını səbəb gətirərək, həmin əmlakı sonradan öz adına rəsmiləşdirə biləcəyi ümumi etibarnamə verməyi təkidlə təklif etmişdir. Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən verilmiş 27 iyun 2014-cü il tarixli, AR-İ 343808 saylı etibarnaməyə əsasən cavabdeh İddiaçı adından Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 0,12 ha ölçüdə XXX saylı bağ sahəs ini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, torpağa kadastr planı almağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, ipotekaya qoymağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, adından ərizə verməyi və bununla əlaqədar bütün hərəkətləri etməyi 29 iyul 2038-ci il tarixədək ona etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsində bağ sahəsinin cavabdeh tərəfindən ona satılması faktı öz təsdiqini tapmış və aralarında belə bir münasibətlərin olması işin mübahisəsiz halıdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, aralarında bağlanmış alqı-satqı müqaviləsi etibarnamə verilməsi yolu ilə pərdələndiyi üçün həmin əqd etibarsız əqddir. Digər tərəfdən daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalnız notariusda təsdiq edilməli olduğu üçün, lakin belə müqavilə bağlanmadığı üçün, etibarnamə ilə aldığı bağ ondan alınmışdır. Qanunun tələbinə əsasən iddiaçı ilə bağlanmış və etibarnamə verilməsi yolu ilə pərdələnmiş alqı-satqı müqaviləsi etibarsız əqd hesab olunduğu üçün, həmin əqd üzrə hər bir tərəf aldıqlarını geri qaytarmalı idi. Məhkəmə qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə evdən çıxarılmağı, yəni faktiki olaraq əqd üzrə aldığı bağın (torpaq sahəsinin) qaytarılması qət edildiyi üçün, etibarsız əqd üzrə alınmışlar da, yəni 67.000 manat pul eyni zamanda ona geri qaytarılmalı idi. Lakin, məhkəmə qətnaməsi ilə bu məsələ həll olunmamışdır. Digər tərəfdən, cavabdehlər eyni zamanda heç bir əsas olmadan varlanmışlar və nəticədə ona ziyan dəymi şdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə faktiki olaraq onun vəsaiti hesabına inşa edilmiş yaşayış evi, həmin həyətdə aparılmış yaxşılaşdırmalar cavabdehlərə qalmış və cavabdehlər əsassız olaraq varlanmışlar. Cavabdehlər onun torpaq sahəsini öz adına rəsmiləşdirməməsindən sui-istifadə edərək, onun adına verilmiş etibarnaməni ləğv etdirmişlər ki, o, həmin əmlakın özgəninkiləşdirilməsini həyata keçirə bilməsin. Nəticədə cavabdehlər həm torpağa görə ödənilmiş pulu, həm də həm torpağın üzərində inşa edilmiş evi əsassız olaraq əldə etmişlər. “Azərkurortlayihə” Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, XXX saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin tikinti vəziyyətinin smetası 129. 426,7 manat məbləğində qiymətləndirilmişdir.

9. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizələrlə ayrı icraatda məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülərək bağ sahəsindən çıxarılması ilə yanaşı, ona vurduqları 35.000 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Həmin iddia onunla əsaslandırılmışdır ki, X3 və X1 təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 16 aprel 2007-ci il tarixli, 143 №-li sərəncamına əsasən Göradil bağlar massivində 12 sotdan ibarət XXX nömrəli bağ sahəsi 14 aprel 2007-ci il tarixli, 02 saylı Protokolla həmin tələb üzrə iddiaçının adına sənədləşdirilmişdir. Bağ sahəsi onun tərəfindən hasarlanmış və orada mişar daşından 80 kv.m. yaşayış sahəsi olan kürsülü bağ evinin tikintisinə başlanmışdır. Evin kürsünün hündürlüyü 80 sm. olub, eni və hündürlüyü 40 sm, uzunluğu isə 2,5 metr olan beton bloklarla, üzərindən isə 2 cərgə qoşa mişar daşı ilə hörülmüşdür. Evin xaricindən uzunluğu 12 metr, eni isə 10 metrdir. Evin giriş qapısı darvaza tərəfdən qoyulmuşdur. Evə girişdə 5x5 metr həcmində mətbəx, ardınca sanitar qovşaq yerləşirdi. Evin digər sahəsini dəhliz və 4x4 metr həcmində 3 otaq təşkil edir. Evin üstünü beton panellərlə basdırmışdır. Lakin dam örtüyü yox idi. Bununla belə, evin fasadı suvanmamışdı, daxildə isə suvaq işləri görülərək bir otaq tam yaşayış üçün ha zırlanmışdır. Mətbəx və sanitar qovşaq da istifadə üçün hazır vəziyyətə gətirilmişdir. Evin tikintisi qeyd etdiyi vəziyyətə çatdırıldıqdan sonra, iddiaçı müddətli hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətdə olduğu dövrdə atası Qədirov Balağa Ağası oğluna etibarnamə vermişdir ki, onun adından evə aid işləri görsün və bağa dair adına mülkiyyət sənədi alsın. Hərbi xidmətə çağırıldıqdan sonra atası bağda 3x10 metr həcmində, yəni 30 kv.m. tamet daşları istehsal etmək üçün sex tikmiş, çoxsaylı daş qəlibləri, daş qıran, beton qarışdıran və lazım olan sair qurğu və avadanlıqlar alaraq tamet daşları istehsal etməyə başlamışdır. Bundan başqa, atası Balağa Qədirov bağın onun adına özəlləşdirilməsi ilə bağlı makler kimi tanıdığı X18 müraciət etmiş, sonuncu isə iddiaçının atasına bu işlərlə ma kler tanışı Cavabdeh2 məşğul olduğunu, Cavabdeh2 daşınmaz əmlak alqı-satqısı və özəlləşdirilməsi işlərinə baxdığını, ehtiyac olarsa, Cavabdeh2 bağ sahəsini özəlləşdirib sərfəli qiymətə sata biləcəyini bildirmiş və bu işləri yerinə yetirmək üçün Cavabdeh2 etibarnamə verməyi təklif etmişdir. İddiaçının atası Cavabdeh2 şəxsən görməmiş və onu tanımamışdır. X34 Nuriyevin şəxsiyyət vəsiqəsinin kserosurətini gətirərək, atası ilə bərabər notariat kontoruna getmiş, onun adından Cavabdeh2 adına notariat kontorunda təsdiqlənmiş etibarnamə almışdır. X23 Cavabdeh2lə əlaqəsi olmadığından, Rəşad Əliyevlə əlaqə saxlayaraq bağın özəlləşdirilməsinin gedişatı ilə maraqlanmışdır. X34 Nuriyevin bağı almaq istədiyini və bağa görə 32.000 ABŞ dolları təklif etdiyini bildirmişdir. Rəşad atasının razılığını aldıqda n sonra, Cavabdeh2 ona göndərdiyi 8.000 ABŞ dollarını beh kimi atasına vermiş, qalan 24.000 ABŞ dollarının da qısa müddətdə Adilin verəcəyini bildirmişdir. Lakin, sonra pulun ödənilməmiş 24.000 ABŞ dolları iddiaçının atasına verilməmişdir. Atası Cavabdeh2 tanımadığından, onunla heç vaxt görüşmədiyindən və onun telefon nömrəsini, habelə yaşadığı ünvanı bilmədiyindən Cavabdeh2lə əlaqə yarada bilməmiş və bu səbəbdən pulun ödənilməmiş 24.000 ABŞ dollarını Rəşad Əliyevdən tələb etmişdir. Rəşad isə hər dəfə bir bəhanə gətirib, nəticədə atasına heç bir məbləğdə ödəniş etməmişdir. Təxminən bir ildən sonra isə Rəşad Əliyev öldürülmüşdür. Cavabdeh2 atasının telefon nömrəsini bilsə də, Rəşad Əliyevin ölümündən istifadə edərək bağın ödənilməmiş dəyərini ödəməmiş, atası ilə ümumiyyətlə əlaqə saxlamamış dır. İddiaçının atası Cavabdeh2 adına etibarnaməni rəsmiləşdirmiş notariat kontorunun yerini unutduğundan, uzun müddət etibarnaməni ləğv etdirə bilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə 17 sentyabr 2020-ci il tarixdə etdiyi yazılı müraciətdən sonra, iddiaçının ünvanına göndərilmiş 29 sentyabr 2020-ci il tarixli məktubda Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağları massivində yerləşən 12 ha torpaqdan ibarət XXX nömrəli bağ sahəsinin 19 iyul 2011-ci il tarixdə iddiaçının adına DƏDRX-də qeydiyyata alındığı və onun mülkiyyətində olduğu göstərilmişdir. Bundan sonra, iddiaçı atası Qədirov Balağa Ağası oğlu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Baş idarəsinə gedib, Cavabdeh2 adına etibarnamənin 26 saylı notariat ofisində verildiyini öyrənmiş və 26 saylı notariat ofisinə gəlib onun adından Cavabdeh2 30 may 2009-cu il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmişdir. 19 oktyabr 2020-ci il tarixdə həmin etibarnaməyə xitam verilmişdir. İddiaçı mülkiyyətində olan bağ sahəsinə baxmağa dəfələrlə cəhd etsə də, hər dəfə darvaza bağlı olmuşdur. İddiaçı X19 Cavabdeh2 qarşı “cavabdehin qanunsuz sahibliyindən bağ sahəsinin və ona aid sənədlərin geri alınması, inşa etdiyi tikililərin onun hesabına sökülərək bağ sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli arayışda mülkiyyət hüququ üzrə iddiaçıya məxsus bağ evində Cavabdeh1, X12, X5, X6, X2, X7, X8 və X9 28 iyun 2014-cü il tarixdən 24 il müddətinə verilmiş etibarnamə əsasında yaşadıqları göstərilmişdir. İddiaçı vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh1, X12, X5, X6, X2, X7, X8 və X9 iş üzrə cavabdeh qismində cəlb edilməsi və onların mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanda yerləşən XXX nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, XXX nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli Çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün, habelə texniki pasportunun cavabdehlərdən alınıb ona təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X12, X2, X6, Cavabdeh1 və X5 (yetkinlik yaşına çatmayan uşaqları, 25 sentyabr 2012-ci il təvəllüdlü X15, 01 aprel 2014-cü il təvəllüdlü X16 və 12 may 2016-cı il təvəllüdlü X17 ilə birlikdə) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə XXX saylı bağ sahəsindən məcburi qaydada çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə XXX saylı bağ sahəsinə dair X10 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın əslinin Cavabdeh2 alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlərin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehlərin qeyd etdikləri təmir-tikinti və artırma işlərini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmaqla qanunsuz apardıqlarından, həmin tikinti-təmir və artırmalar onların öz hesabına sökülərək bağ sahəsindən çıxarılmalıdır. Bundan başqa, bağ sahəsi onun adına sənədləşdirildikdən sonra, bağ sahəsinin dörd bir tərəfinə mişarlanmış əhəng daşından hasar çəkdirmiş və orada 80 kv.metrlik bağ evinin tikintisinə başlanmışdır. Bağ evinin tikintisi ilə eyni zamanda bağ sahəsində “Tamet Daşları”nın istehsalı üçün sex inşa etdirərək, bir ədəd 1500 ABŞ dolları dəyərində beton qarışdıran, bir ədəd 3000 ABŞ dolları dəyəri ndə daş qıran və titrəyiş qurğusu, 1200 manat dəyərində bir Elevator, hər biri 150 manat dəyərində olan 15 ədəd mühərrik, hər biri 1500 manat dəyərində 4 ədəd quruducu qurğu, 120 ədəd müxtəlif ölçüdə və dəyərdə qəlib və sair avadanlıq və qurğular alınmış və istehsala başlanmışdır. Ümumilikdə avadanlıq və qurğulara, eləcə də sexin inşasına təxminən 35.000 manat xərc çəkmişdir. Bununla belə sexdə xeyli miqdarda xammal və hazır məhsul olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bütün avadanlıq və qurğuları, mal-materialı və hazır məhsulu, eləcə də sexin dəmir qapısını çıxarıb satmış, sexi isə bünövrədən sökmüşlər. Bununla cavabdehlər ümumilikdə ona 35.000 manat məbləğində maddi ziyan vurmuşlar.

11. Birinci instansiya məhkəməsində icraat zamanı hər iki iddia bir icraatda birləşdirilmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75.866,2 manat məbləğində müəyyən edilir.

13. İş üzrə təyin edilmiş təkrar ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75.866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tikinti-təmir işlə rinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir.

14. İş üzrə təyin edilmiş ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekorativ bitkilərin orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 40 ədəd hündürlüyü təxminən 2,5-3 metr aralığında şam ağacları (limon ətirli kiparis) 4000,00 (40 x 100 man); 60 p/metr (bəzi hissədə 2 cərgə əkilib) ölçüdə əkilmiş şümşad kolları 1800,00 (60 x 30 man); müxtəlif adda (təxmini 5 illik) ümumilikdə 36 ədəd zəif inkişaf etmiş meyvə ağacı 1080,00 (36 x 30 man). Beləliklə, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekorativ bitkilərin orta b azar qiyməti ilə ümumi dəyəri təxminən 6880,00 manat müəyyən edilmişdir.

15. Birinci instansiya məhkəməsinə İddiaçı tərəfindən təqdim edilən “X11” MMC-nin 10 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvanda yerləşən tikinti işlərinin aparılması nəticəsində İddiaçı məxsus bağ evinə çəkilmiş xərclərin məbləği 6014 manat müəyyən edilmişdir.

16. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75.866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tik inti-təmir işlərinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsində xarici divarlarının qalınlığı 0,4 m olan, daxili arakəsmə divarlarının qalınlığı 0,2 m olan mişar daşından, dam hissəsi taxta konstruksiyalardan yığılaraq şiferlə (ondolin) üzlənmiş fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin qarşısında sahələri 20,2 kv.m., 3,23 kv.m. və 19,8 kv.m. olan əlavə tikililər inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, fərdi yaşayış evinin bünövrəsi və kürsüsü gözlə görünən hissədə olmadığından hansı materialdan inşa edilməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsində yerdə düzülmüş mişar daşlarının altına qum və çınqıl döşəndiyi, mişar daşının bir ədədinin dəyəri bazar qiymətinə uyğun dəyərinin 0,5 manat təşkil etdiyi müəyyən edilmişdir.

17. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsində yerləşən tikililərin içərisində aparılmış təmir və bərpa işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 4682 manat məbləğində müəyyən olunmuşdur.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)35/2025 nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 13.260 manat məbləğində, cavabdeh İddiaçı isə 80.548,22 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi 17 aprel 2007-ci il tarixdə müqavilə əsasında birləşdirilmiş iş üzrə iddiaçının istifadəsinə verilmiş, onunla Cavabdeh2 arasında 30 may 2009-cu il tarixdə, daha sonra isə (28 iyun 2014-cü il tarixdə) sonuncu ilə ilk iddiaçı arasında həmin bağ sahəsinin etibarnamə əsasında alqı-satqısına dair razılıqlar əldə edilmiş, bağ sahəsi ilk iddiaçıya təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmış, bununla belə sonradan birləşdirilmiş iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağın dəyəri ilə bağlı mübahisə yarandığından birləşdir ilmiş iş üzrə iddiaçı məhkəməyə müraciət edərək həmin bağ sahəsini geri tələb etmiş və onun iddiası təmin edilmişdir.

20. İşin hallarından həmçinin görünür ki, bağ sahəsinin qaytarılması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ilk iddiaçı, Cavabdeh2 əvəzli qaydada aldığı bağ sahəsi üçün ödədiyi pulun, habelə orada həyata keçirdiyi yaxşılaşdırmaların dəyərinin qaytarılmasına dair iddia qaldırmışdır. O da müəyyən edilir ki, birləşdirilmiş iş üzrə iddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmiş və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia təl əbini irəli sürmüşdür.

21. Bu mənada məhkəmə hesab etmişdir ki, bağ sahəsində aparılan yaxşılaşdırmaların onun dəyərini əhəmiyyətli dərəcədə qaldırdığı nəzərə alınaraq, ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinməsi hazırkı işin faktiki halları baxımından daha məntiqlidir. Başqa sözlə, məhkəmənin qənaətinə görə, birləşdirilmiş iş üzrə iddiaçının mülkiyyətçi kimi bu cür tələb irəli sürmək hüququ olsa da, o, bu hüququndan ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq məqsədilə, başqa sözlə ona ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Eyni zamanda onun, bağ sahəsini etibarnamə əsasında satdığı, uzun müddət torpaq sahəsi ilə maraqlanmadığı, orada aparılan tikinti-təmir işlərinə etiraz etmədiyi halda, illər sonra orada ilk iddiaçının xeyli pul vəsaiti və zaman sərf etməklə ərsəyə gətirdiyi yaxşılaşdırmaların sökülməsini tələb etməsi yönündəki hərəkətləri bağ sahəsinə vaxtilə etibarnamələr əsasında faktiki yiyələnmiş cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara da zidd olmuşdur.

22. Göstərilənlərə əsasən, xüsusilə ilk iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra birləşdirilmiş iş üzrə iddiaçının da müvafiq iddianı qaldırmasını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə belə qənaətə gəlmişdir ki, birləşdirilmiş iş üzrə iddiaçı mülki qanunvericiliyin “hüquqdan sui-istifadə qadağası”na dair tələbini pozmuş və buna görə də, o, hər nə qədər mülkiyyətçi olsa da, hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır.

23. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nətic ələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan sui-istifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Odur ki, məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur.

24. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və C avabdeh1 qarşı “tikililərin sökülməsi” tələbi əsassızdır və buna görə də, təmin edilə bilməz.

25. İlk iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bağ sahəsi 28 iyun 2014-cü il tarixdə etibarnamə əsasında ilk iddiaçıya satılmış, bağ sahəsi ona təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmışdır. O, hazırkı iddiasında:

1. Bağ sahəsinə görə ödənilmiş 67.000 manat məbləğində pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını;

2. Maddi ziyana görə 129.426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir.

26. İlk iddianın birinci hissəsindən görünür ki, həmin hissədə tələb iddiaçının mübahisəli bağa görə ödəmiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (ilk iddiaçıya) qaytarılması barəsindədir.

27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının qeyd edilən iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

28. Bununla belə məhkəmə, ilk iddia tələbinin bu hissədə qismən əsaslı olduğunu vurğulamışdır. Əvvəla, mübahisəli bağ sahəsinin etibarnamə əsasında alqı-satqısının ilk iddiaçı ilə Cavabdeh2 arasında baş tutduğu müəyyən edilir. Bu o deməkdir ki, bu hissədə iddia cavabdeh İddiaçı münasibətdə ümumiyyətlə əsaslı deyildir. Digər tərəfdən, ilk iddiaçı bağ sahəsini 67.000 manata aldığını iddia etsə də, Cavabdeh2 məhz həmin məbləğdə pul vermiş olduğunu sübut edə bilməmiş, Cavabdeh2 isə bağı həmin məbləğə deyil, 13.260 manata satdığını bildirmişdir (etiraf etmişdir). Buna görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 13.260 manat məbləği tutularaq ilk iddiaçıya ödənilməlidir.

29. İlk iddianın “maddi ziyana görə 129.426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə ilk növbədə qeyd etmişdir ki, bu hissədə tələb edilən pul bağ sahəsinə edilən yaxşılaşdırmaların dəyərinə dairdir. Müvafiq məhkəmə aktları ilə bağ sahəsinin İddiaçı verilməsinin qərara alındığı müəyyən edilmişdir. İşin qeyd edilən bu halı həmin yaxşılaşdırmalardan məhz İddiaçı faydalanacağını göstərməklə yanaşı, iddianın Cavabdeh2 münasibətdə əsassız olduğu qənaətinə gəlməyə əsas verir.

30. İşin məhkəmə araşdırması zamanı təyin edilən ekspertiza rəyləri ilə, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən XXX saylı bağ sahəsi üzrə yerinə yetirilmi ş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 75.866,2 manat məbləğində olduğu, o cümlədən tikililərin içərisində 4.682 manat məbləğində təmir və bərpa işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin yaxşılaşdırmaların əmlaka zərər yetirmədən ondan ayrılması da mümkün deyildir. Odur ki, məhkəmənin qənaətinə görə, bağ sahəsində həyata keçirilən yaxşılaşdırmaların əvəzi kimi cəmi 80.548,22 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutulub ilk iddiaçı Cavabdeh1 ödənilməlidir.

31. Bağ sahəsində əkilmiş ağac və kollara gəldikdə isə, məhkəmənin qənaətinə görə, onların əmlaka zərər yetirmədən ondan ayrılması mümkündür. Bu mənada məhkəmə hesab etmişdir ki, həmin yaxşılaşdırmaları bağ sahəsindən ayıraraq, özündə saxlamaq hüququnun olduğu ilk iddiaçı Cavabdeh1 izah edilməlidir.

32. Bu qənaət ə gələrkən məhkəmə, cavabdeh İddiaçı “bağ sahəsində aparılan yaxşılaşdırmaların bir qisminin onun tərəfindən həyata keçirilmiş olması” dəlillərini də əsassız hesab etmişdir. Əvvəla o, həmin halları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir.

33. Digər tərəfdən İddiaçı bağ sahəsini 30 may 2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh2 satmış, 19 iyul 2011-ci il tarixdə həmin bağa aid torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışdan torpaq sahəsinin üzərində hər hansı tikilinin mövcudluğu müəyyən edilmir.

34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 82.3, 157.7, 560.1, 560.2, 560.3.2, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

35. Birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

36. Həmçinin hər iki iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-2975/2025 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və E.Kazımov) İdd iaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası göstərmişdir ki, tərəflər arasında olmuş digər mübahisələr üzrə işlərə baxılarkən İddiaçı tərəfindən mübahisəli predmeti olan torpaq sahəsində onun tərəfindən hər hansı bir tikilinin inşa olunduğu və hazırkı iddianın əsasını təşkil edən digər hallar qeyd olunmamışdır. Hətta, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi birləşdirilmiş iş üzrə iddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmiş və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia tələbini irəli sürmüşdür. Buna görə, apellyasiya kollegiyası da bu nəticəyə gəlmişdir ki, iddiaçının əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinir.

39. İddiaçı apellyasiya şikayətinin əsasları kimi ona istinad edir ki, bağ sahəsindəki fərdi yaşayış evinin ona məxsus olması, onun tərəfindən inşa edilməsi və digər hallar 08 yanvar 2025-ci il tarixli ekspert rəyində də öz əksini tapmışdır. Lakin həmin rəyi nəzərdən keçirərkən görünür ki, rəydə bir ədəd mansard mərtəbəsi olan birmərtəbəli yaşayış evinin və həyətyanı sahədə yarımçıq tikililərin olduğu, həyətyanı sahədə yerləşən tikililərin içərisinin təmirsiz vəziyyətdə olması qeyd olunur. Lakin rəydə göstərilən bu hallar tikililərin onun tərəfindən inşa, təmir olunmasını təsdiq etmir.

40. Digər bir əsas kimi İddiaçı ona istinad edir ki, Cavabdeh1 adına verilmiş 27 iyun 2014-cü il tarixli etibarnamədə Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərizəsində yerləşən 0,12 ha olan XXX saylı bağ sahəsi üzərində olan tikilini özəlləşdirmək səlahiyyəti də verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan əsas da torpaq sahəsində apellyator tərəfindən ev inşa olunması faktını təsdiq edə bilmə z. Torpaq alqı-satqı bazarında uzun illər formalaşmış praktiki belədir ki, mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda digər hüquq müəyyənedici sənədlərlə (sərəncam, qərar və s.) torpaq sahəsi üzərində hüquqları olan şəxs həmin torpaq sahəsini digər şəxsə satarkən təbii ki, rəsmi alqı-satqı müqaviləsi bağlaya bilmir və etibarnamə vermək məcburiyyətində qalır, torpaq sahəsi üzərində gələcəkdə ev tikildiyi təqdirdə həmin ev üzərində də hüquqların qeydə alınmasında çətinlik yaranmasın deyə, bu tipli etibarnamələrin əksəriyyətində bu səlahiyyət əksini tapır.

41. Torpaq sahəsindəki tikinti işlərinin aparılmasının, ağacların əkilməsinin müvəqqəti təminat tədbiri barədə qərardadın icrasında, etibarnamə ləğv edildikdən sonra həyata keçirilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən arqume ntlər formal mülahizələrdir və işin halları ilə təsdiqini tapmır.

42. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə münasibət bildirilməməsi ilə apellyasiya kollegiyası ilkin olaraq qeyd etmişdir ki, ekspert rəyi mütəxəssis rəyinə münasibətdə daha mötəbər sübut hesab olunur, ən azı ona görə ki, ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər və bununla bağlı xəbərdar edilir, lakin mütəxəssisin belə bir məsuliyyəti yoxdur. Digər tərəfdən, apellyasiya kollegiyası ekspert rəylərini tədqiq edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə bütün zəruri suallar ekspert qarşısında qoyulmuş və düzgün tədqiqat aparılaraq cavablandırılmışdır. İş materiallarında olan tikililərin vəziyyətinə dair fotoşəkillərə nəzər yetirdikdə də məlum olur ki, İddiaçı tərəfindən təqdim olunmuş mütəxəssis rəyində göstərilən rəqəmlər həqiqətə uyğun deyildir və əsaslandırılmamışdır.

43. Digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərə birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı araşdırma aparılaraq düzgün qiymət verildiyindən apellyasiya kollegiyası yenidən bu dəlillərə qiymət verilməsinə zərurət görməmiş və apellyasiya şikayətini əsassız hesab etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 16.1, 140, 157.7, 560.1, 560.2, 560.3, 560.3.2, 560.3.4, 1091, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 50.3, 54.1, 54.2, 76.2, 77.1, 82.3, 88, 103.1, 217.1, 217.3, 372.7, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad etm işdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

45. Birinci iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-2975/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 139-1.1.10.2, 146.1, 146.2, 146.3, 152.8, 157.2, 157.5, 180-ci maddələri tətbiq edilməli olduğu halda, əsassız olaraq Məcəllənin 16.1, 140, 157.7, 425.1, 560.1, 560.2, 560.3.2, 560.3.4, 1091, 1092.1-ci maddələri tətbiq edilmiş, Mülki Prosessual Məcəllənin 14.2, 47.2, 77.1, 80, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

47. Belə ki, İddiaçı mülkiyyətində olan bağ sahəsində tərəflərdən kimin hansı tikinti işlərini görməsi, habelə nə kimi yaxşılaşdırmalar etməsi müəyyənləşdirilmədən hakim məhkəmə tikinti-texniki ekspertizaların təyin edilməsi barədə qərardadlarında əsassız olaraq bir başa ekspert qarşısında ilk iddiaçı Cavabdeh1 bağda mövcud olan tikililərin inşasına nə qədər xərc çəkməsinə dair suallar qoymuşdur. Ekspertlər isə bağ sahəsində kimin hansı işləri görməsinin məhkəmə tərəfindən müəyyənləşdirilməli olmasını rəylərdə qeyd etsələr də, hakim işin bu hallarını araşdırmaqdan məqsədli olaraq yayınmışdır. Baxmayaraq ki, 20 noyabr 2023-cü il, 29 aprel 2024-cü il, 14 avqust 2024-cü il və 19 fevral 2025-ci il tarixlərdə keçirilən məhkəmə hazırlıq icl aslarında hakimə hər dəfə yazılı vəsatət verib, 2007-2008-ci illərdə bağ sahəsində İddiaçı və onun nümayəndəsi olan atası Qədirov Balağa Ağası oğlu tərəfindən inşa edilmiş birmərtəbəli mansardlı evin, habelə tamet daşları istehsal edən sexin tikintisində və tamet daşlarının istehsalında iştirak etmiş usta və fəhlələrin adları, ünvanları və telefon nömrələri göstərilməklə, onların iş üzrə şahid qismində dindirilməsini xahiş etsə də, hakim vəsatətləri təmin etməmiş, heç vəsatətləri işə əlavə etməmişdir. İlk iddiaçı Cavabdeh1 iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən eyni vəsatətlə həmin məhkəməyə də müraciət edilmişdir. İş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərildiyindən vəsatətin təmin olunması mümkün olmasa da, vəsatət işə tikilmişdir. Cavabdeh2 İddiaçı məxsus bağ sahəsini və üzərindəki fərdi yaşayış evini Cavabdeh1 istifadəsinə vermiş, ondan 67.000 manat pul alması onun özünün dolayı yolla etiraf etməsi ilə yanaşı, digər sübutlarla təsdiq olunmasına baxmayaraq, hakim Fərid Hətəmzadə formal olaraq Cavabdeh1 Cavabdeh2 67.000 manat pul verməsini sübut edə bilmədiyini qeyd etməklə, açıq-aşkar Cavabdeh2 maddi məsuliyyətdən yayındırmışdır. Bununla belə, birləşdirilmiş iş üzrə İddiaçı bağda tikdiyi 30 kv.m. həcmində tamet daşları istehsal etmək üçün sexin Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsi, çoxsaylı daş qəlibləri, daş qıran, beton qarışdıran, müxtəlif mühərriklər və lazım olan sair qurğu və avadanlıqların və hazırlanmış tamet daşlarının mənimsənilərək, ona 35.000 manatdan artıq maddi ziyan vurulmasına dair sübutlar təqdim edilməsinə baxmayara q, hakim sübutlara qərəzli qiymət verməklə, əsassız olaraq iddianı təmin etməmişdir. Məhkəmələr təqdim etdiyi sübutları araşdırmamış, işin faktiki hallarının müəyyən edilməsinə yönəlmiş vəsatətlərə baxmamışdır.

48. Hər iki iddia üzrə Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh1 iddia tələbinin ona aid hissədə tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125, 127, 129-cu, Mülki Məcəllənin 16.1, 17.1-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

50. Belə ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəs b edən faktiki halları düzgün araşdırmamış, kassatorun qeyd etdiyi xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Kassator Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət XXX nömrəli bağ sahəsini İddiaçı almış, daha sonra təcili pul lazım olduğuna görə dəyərindən də bir neçə dəfə ucuz qiymətə Cavabdeh1 satmışdır. Həmin bağ sahəsini Cavabdeh1 satan zaman bağ sahəsinin İddiaçı adına almış olduğu çıxarışı ona təqdim edərək, gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmişdir. Əslində Cavabdeh1 öz işinə məsuliyyətsiz və laqeyd yanaşaraq, sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Cavabdeh1 həmin bağ sahəs ini ondan satın aldıqdan sonra orada təmir-tikinti, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. İddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə də sübuta yetirilmişdir ki, alqı-satqı müqaviləsi olmadan yalnız baş etibarnamə ilə sözügedən bağ sahəsinin satışı etibarlı əqd hesab olunmur. Yəni, bağ sahəsinə dair iddiaçı ilə arasında alqı-satqı müqaviləsi olmadığı üçün bağ sahəsinin X13 mülkiyyətində olduğunu sübut edən etibarlı əqd yoxdur. Etibarsız əqdlər istinad mənbəyi hesab edilmədiyi üçün, bağ sahəsinin kassator tərəfindən verilməsinin konkret hüquqi tərəfi müəyyən edilmədiyindən, ondan 13.260 manat məbləğində pul vəsaitinin tutulması heç bir hüquqi əhəmiyyət kəsb etmir.

51. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

52. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

53. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 157.7-ci maddəsinə əsasən vicdan lı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əs asən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əs asən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və kassatorların hazırkı şikayətlərinin dəlillərinə uyğun apellyasiya şikayətlərinə hüquqi qiymət verilmiş və toplanmış sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

59. Kassator İddiaçı şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, onun mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş tikililərin sökülməsi tələbini irəli sürməklə hüquqdan sui-istifadəyə yol verməsinə d air apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

60. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

61. Kons titusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

62. Oxşar mövqe X20 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

63. Hazırkı işdə apellyasiya məhkəməsi İddiaçı mülkiyyətində olan bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməməsini, aparılan işlərin sökülməsini istəyini bildirməməsini, yalnız ona qarşı həmin tikililərin dəyərinin tutulması ilə bağlı tələb irəli sürüldukdən sonra hazırkı iddia tələbini irəli sürməsini nəzərə alaraq, əsaslı olaraq onun bu tələbinin hüquqdan sui-istifadə olması nəticəsində gəlmişdir.

64. Müvafiq olaraq, kassator İddiaçı mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 vicdanlı sahibliyi ndə olarkən, sonuncu tərəfindən yaxşılaşdırmaların edilməsi (tikililərin inşa edilməsi) müəyyən edildiyindən, birinci iddia üzrə tələb məhkəmələr tərəfindən təmin olunan hissədə Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğun əsaslı olmuşdur.

65. Yaxşılaşdırmaların dəyəri müəyyən edilərkən ekspert rəylərinə əsassız istinad olunmasına dair kassasiya şikayətinin dəlili həmçinin qəbul edilə bilməz.

66. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə ist inad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

67. Cavabdeh2 kassasiya şikayəti isə açıq-aydın əsassızdır.

68. Belə ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə kassator Cavabdeh2 Cavabdeh1 13.260 manat pul alması onun tərəfindən etiraf edildiyi və torpaq sahəsinin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mülkiyyətçiyə qaytarıldığı halda, həmin vəsaitin onda qalması üçün hər hansı qanuni əsas mövcud deyildir. Əksinə müəyyən olunur ki, Cavabdeh2 özü torpaq sahəsinə görə İddiaçı ödədiyi vəsaitin tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və qanuni qüvvədə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, İddiaçı 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir.

69. Hər iki kassasiya şikayətinin digər dəlilləri sübutların mahiyyətinə düzgün qiymətin verilməməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Birinci iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) İddiaçı və hər iki iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)2975/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar