Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3317/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına tikilinin cavabdehin hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-890/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 dekabr 2025- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə hüququ Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli Çxarışla qeydə alınmışdır.
2. Hazırda AR DNŞ Qaz İxrac İdarəsi qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ARDNŞ Qaz İxrac İdarəsi (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonracavabdeh) qarşı tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, iddiaçının Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli “Qaradağ KSDigah-Şimal DRES” yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində müvafiq koordinatlar üzrə qaz kəmərinin mühafizə zonasında, cavabdeh ərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli “Qaradağ KS-DigahŞimal DRES” yüksək təzyiqli (45 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında müvafiq koordinatlar üzrə daha dəqiqliklə qaz kəmərindən “44” metr məsafədə qanunsuz olaraq daş hasarı inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün rəsmi dövlət qurumlarına məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində, 1000/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən, qaz kəmərinin “44” metrliyində qanu nsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə X2 Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır.
5. Məhkəmə gedişatında iddiaçı MPM-in 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1000/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində müvafiq koordinatlar üzrə qaz kəmərinin mühafizə zonasında, cavabdeh 1000/720 mm diametrli “Qaradağ KSDigah-Şimal DRES” yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində müvafiq koordinatlar üzrə qaz kəmərinin mühafizə zonasında, cavabdeh qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İş üzrə məhkəmə tikinti-texniki exspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Necas elektron məlumat bazasına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi Çıxarışla cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Necas elektron məlumat bazasına əsasən Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi və Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aid olduğu müəyyən edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddiaçının cavabdehə qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Necas elektron məlumat bazasına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir və Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, Necas elektron məlumat bazasına əsasən Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi və Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aiddir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və buna dair ona Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Hazır da bu Çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.
10. Göründüyü kimi, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə hüququ xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı ilə qeydə alınmışdır. Həmin çıxarış hazırda qüvvədə olduğundan məhkəmə hazırki iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
11. Daha öncə qeyd olunduğu kimi, cavabdeh mübahisəli əraziyə mükiyyət hüququnu Reyestr Xidməti tərəfindən verimiş Çıxarış ilə qeydə alındığından, eləcə də həmin sənəd mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan, hazırkı iddanın təmin edilməsindən söhbət gedə bilməz.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1391.1.5, 140, 139.1, 146.1 və 146.2-ci, Torpaq Məcəlləsinin 67 və 68-ci, 84-cü ma ddəsinin 1 və 2-ci bəndləri, habelə MPM-in 103.1, 88, 14.2, 77.1, 217.4, 119.1, 216220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Həmin tikili magistral qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Birinci instansiyası məhkəməsi isə qətnamə çıxararkən bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idi. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli çıxarışla cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edib ki, həmin çıxarış mübahisələndirilmədiyindən və həmin sə nəd hazırda qüvvədə olduğundan məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Bununla bağlı aşağıdakıları bildirir: 1.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsində qeyd edilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahib inin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi sözügedən maddə ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər. Bundan başqa, Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının (bundan sonra Qaydalar) 2.11-ci bəndində də qeyd edilmişdir ki, boru kəmərlərinin mühafi zə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Qaydaların 2.24-cü bəndinə görə kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyə t verilir. Səlahiyyətlərinə uyğun davranaraq qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında kəmərdən tikilinin inşa olunması barədə akt tərtib etdilmişdir. Mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnməsi ilə bağlı qənaətinə münasibətdə qeyd edilməlidir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq konvensiyalara görə mütləq hüquq kimi müəyyənləşdirilməmişdir və qanunvericiliklə müəyyən edilmiş hallarda və vəziyyətdə bu hüquq müəyyən məhdudlaşdırılmaya məruz qala bilər. Bu hallardan biri də məhz hazırkı mübahisədə sözügedən magistral boru kəmərinin mühafizə zonasına düşən torpaqla bağlı olan haldır. Belə ki, Qaydaların 2.8-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalar ına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi mülkiyyətdə olan torpaq ərazisində mühafizə zonasının müəyyənləşdirilməsi bilavasitə qanunvericiliyin tələblərindən irəli gəlir və bu cür vəziyyət mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz. Bundan başqa, nəzərə alınmalıdr ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırkı halda, tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmamışdır. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-890/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova sədrlik edən, məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Necas elektron məlumat bazasına əsasən cavab dehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir, çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, Necas elektron məlumat bazasına əsasən Çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi və çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aiddir.
17. Bundan başqa müəyyən edilmişdir ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və buna dair ona Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Hazırda bu Çıxarış qüvvədədir və hər h ansı qaydada ləğv edilməmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 0,06 ha torpaq sahəsinə cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir.Qanunvericilik reyestrin məzmununun qeyridəqiqliyinin sübuta yetirilməyincə, həmin mə zmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilməyib, cavabdehin həmin çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sökülməsi tələb edilən tikili cavabdehin mülkiyyətində olan həyətyanı torpaqda yerləşməklə, daş hasarın tikintisinə icazənin alınması tələb olunmur.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Torpaq Məcəlləsinin 67, 68, 84-cü maddənin 1, 2-ci hissələrinə, Mülki Məcəllə nin 152.1, 152.5, 180, 139.1, 140-cı maddələrinə, habelə “Qaz təchizatı haqqında” Qanuna istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının T orpaq Məcəlləsi
27. Maddə 67 (hissə 1). Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
28. Maddə 67 (hissə 3). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
29. Maddə 67 (hissə 4). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
30. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsind ən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
31. Maddə 84. (hissə 1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
32. Maddə 84 (hissə 2). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 33. 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 34. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müə yyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 35. 180.1. Maddə Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
37. Maddə 180.2. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
38. Maddə 180.3. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edi lmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
40. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesa b edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 19 (hissə 1). Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
42. Maddə 19 (hissə 2). Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
43. Maddə 19 (hissə 3). Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan p rosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
52. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırk ı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
54. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, Necas elektron məlumat bazasına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağ ında yerləşir, çıxarışla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Başqa sözlə, ünvan 1ndə yerləşən yaşayış məntəqəsinə aid 0.06 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və buna dair ona Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir və hazırda bu Çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd etmişdir ki, 0,06 ha torpaq sahəsinə cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndir ilməmiş və ləğv edilməmişdir.
56. Həmçinin işdən görünür ki, iddiaçı qaz kəmərinin mühafizə zonasına (50 metrə) düşən, faktiki olaraq 44 metr məsafədən keçən daş hasarın cavabdehin hesabına sökülməsini və mühafizə zonasından çıxarılmasını iddia edir.
57. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəy ə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı AR Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(105)-890/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.