Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-53/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzil mübahisələri; mənzilə köçürülmə) 11.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1519/2025 nömrəli, 2025-ci il 30 oktyabr tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. İddiaçı ilə cavabdehin X2 nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020- ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Tərəflər ünvan 1 ünvanında qeydiyyatda olmaqla məcburi köçkündürlər. 2. xx.xx.2023-cü il tarixli azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqaviləyə əsasən kirayəyə verən ünvan 2 ünvanına dörd otaqlı yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində köçürülənin sahiblik və istifadəsinə verməyi öhdəsinə götürür.
3. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə X11 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 Könül Çapay qızının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadəsində olan ünvan 2 ünvanı üzərində cavabdehlə yanaşı iddiaçı və onun himayəsində olan 3 azyaşlı uşaqların – xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020- ci il təvəllüdlü X3 4 otaqlı mənzilin 3 otağından yaşamaq və istifadə hüququ bərpa edilməklə iddiaçının azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi, mənzildə payının müəyyən edilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnаmə çıхаrılma sını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş qaynanasıdır. Cavabdehin X2 ilə aralarında qeydə alınmış nikah aktı Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 iddiaçının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdehin oğlu E.Quluzadə evli olduqları dövrdə iddiaçını onun razılığı ilə rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında qeydiyyata aldırmış və məcburi köçkün kimi dövlət tərəfindən iddiaçıya müavinət təyin olunmuşdur. Lakin qeyd olunan ünvan işğ al altında olduğuna görə iddiaçı xx.xx.2023-cü il tarixədək cavabdehin ailə üzvü kimi onlarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Tusi adına Pedaqoji Universitetin yataqxanasında yaşamışdır. “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanına köçmüşlər. Cavabdehin oğlu E.Quluzadə cinayət hadisəsi törətməsi ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır və məhkəmə icraatı davam edir. Cavabdeh həmin dövrdə-2024-cü ilin may ayının axırlarında onu 3 uşağı ilə birlikdə yaşadıqları mənzildən zorla çıxarmış və mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Halbuki həmin mənzil dövlət tərəfindən cavabdehlə yanaşı onun və övladlarının da istifadəsinə verilmişdir. Ha zırda cavabdehin hərəkətlərinə görə iddiaçı 3 övladı ilə birlikdə anası X7 məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mənzildə yaşamaq məcburiyyətində qalıb. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli şəhər, H.Əliyev prospekti, ev 10, mənzil 204-də yerləşən 4 otaqdan ibarət mənzilin 3 otağında yaşayış və istifadə hüququnun bərpa edilməklə 3 uşağı ilə birlikdə həmin mənzilə köçməyi və cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsi (hakim E.İsmayılov) ilə iddia qismən təmin edilmiş, İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh İddiaçı və himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən mənzildən istifadəsinə olunan maneələrin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqları bərabərdir. “Azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”nin 4.2-ci bəndindən də müəyyən edilir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır. Buna görə də, cavabdehin iddiaçı və onun övladlarına mənzildən istifadə hüquqlarına maneə yaratmasına heç bir hüquqi əsası yoxdur. Məhkəmə hesab etmişdi r ki, iddiaçı övladları ilə birlikdə sözügedən mənzilə köçürülməli və cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır.
8. Bununla yanaşı məhkəmə iddiaçının dörd otaqlı mənzilin üç otağının onun və övladlarının istifadəsinə verilməsinə dair tələbə münasibətdə hesab etmişdir ki, iddiaçı ilə cavabdehin mübahisəli mənzilə olan hüquqlarının bərabər olmasını nəzərə alaraq iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
9. Həmçinin tələbin həmin mənzillə bağlı payların müəyyən edilməsi hissəsinə də məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən mənzil tərəflərə yalnız istifadə edilməsi üçün verildiyindən, mülkiyyət hüququna əsas verən hallar olmadığından həmin mənzil üzrə payların müəyyən edilməsi mümkünsüzdür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2, 68.3, 91.1.5, 96, 98.1, 98.2, 99.5, 99.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının qaynanasıdır. X2 və İddiaçı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə aralarında qeydə alınmış rəsmi nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 İddiaçı himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçınında iddia ərizəsində bildirdiyi kimi X2 və iddiçı İddiaçı ailə həyatı qurduqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamışlar. Mənfur düşmənlər 1993ci Füzuli şəhərinə işğal edərkən məcburi köçkün düşərək o, Cavabdeh əri X14, övladı xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1986-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1988-cü il təvəllüdlü X15, xx.xx.1991-cü il təvəllüdlü X8 və xx.xx.1996-ci il təvəllüdlü X9 bərabər qeydiyatda olduqları Füzuli şəhəri, Əzizbəyov küçəsi, ev 61 evdən köçkün düşmüşdürlər. Qızları iş yeri və ailə şəraitinə görə Bakı şəhərində qalırlar. Rəsmi şəkildə ünvan 2 ünvanın yerləşən mənzili ona və övladları üçün nəzərdə tutulmuşdur.Cənab Prezident “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə müqa vilə ilə ona həvalə edilmiş ünvan 2 ünvanında yerləşən mənzili Qaçqınların və X13 Üzrə Dövlət Komitəsi tərəfindən rəsmi şəkildə onun mülkiyətində deyil. O, “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanın yerləşən mənzilə köçərkən oğlu və ailəsi onunla barəbər köçmüşdürlər. İddiaçı anası X16 X2 21 may 2024-cü il tarixdə, saat 20:00 radələrində təxminən bir saat ərzində Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən 6 nömrəli binanın yaxınlığında arvadı X17 və qayınanası X16 ilə cüzi əsaslı səbəblə, yəni arvadı Könül Quluzadənin yaşadıqları evə getməməsi səbəbi ilə dava düşmüşdür. Davanın sonucu əsası ilə oğluna Füzuli Rayon Məhkəməsinin 1(064)-10/2025 nömrəli, xx.xx.2025-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Onun barəsində 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İlkin iddia üzrə iddiçi İddiaçı anası X16 oğlunu şərləyərək tutdurmuş hazırda oğlunun apellyasiya işi Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Oğlunun artıq bir ildən artıqdır ki həbsdədir, gələcəkdə iddiaçı və uşaqların onunla yaşaması və oğlu azadlığa çıxdıqdan sonra böyük təhlükədir. Bundan əlavə Qaçqınların və X13 Üzrə Dövlət Kömitəsini tərəfindən rəsmi şəkildə üçüncü şəxs və maraqlarına toxunan şəxs kimi birinci instansiya məhkəməsində cəlb olunmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- Mahir Əsədli (məruzəçi və sədrlik edən), Mirlətif Sadıqov və Aytən Novruzova) 2(106)-1519/2025 nömrəli, 2025-ci il 30 oktyabr tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin həllində əsas hüquqi əhəmiyyət kəsb edən hal tərəflərin xx.xx.2023-cü il tarixli “azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə” əsasında həmin mənzilə köçürülməsidir. Sözügedən müqavilənin məzmunundan göründüyü kimi, bu müqaviləyə əsasən Cavabdeh ailə üzvləri X2, gəlini Xəlilova (Quluzadə) Könül Çapay qızı, nəvələri X4, X12 və X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən dördotaqlı yaşayış sahəsinə köçürülmüşdür. Müqavilə şərtlərinə uyğu n olaraq həmin yaşayış sahəsi köçürülənin və onun ailə üzvlərinin sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı və onun yetkinlik yaşına çatmayan övladları həmin mənzildə cavabdehlə bərabər istifadə hüququna malikdir və onların yaşayış sahəsindən istifadə etmək imkanının məhdudlaşdırılması hüquqi əsası olmayan müdaxilə kimi qiymətləndirilməlidir. Mübahisəli yaşayış sahəsi cavabdehin mülkiyyət hüququna verilmədiyindən, o yalnız istifadə hüququna malikdir və bu səbəbdən digər ailə üzvlərinin, o cümlədən iddiaçı və onun azyaşlı uşaqlarının həmin mənzildə yaşamasına etiraz etmək və onların istifadəsini məhdudlaşdırmaq hüququ y oxdur.
16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu məhz ailə münaqişəsi zəminində həbs edilmişdir. Buna görə iddiaçı ilə bir mənzildə yaşamaları mümkün deyildir. Gələcəkdə iddiaçı və uşaqların onunla yaşaması oğlu azadlığa çıxdıqdan sonra böyük təhlükə törədəcəkdir.
17. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, bu dəlil ehtimal xarakteri olmaqla real, təsdiqlənmiş təhlükə faktı kimi qiymətləndirməməklə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə mübahisələndirilən hissədə iş üçün mühüm əhəmiyyəti ol an bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənaətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2, 68.3, 91.1.5, 96, 98.1, 98.2, 99.5, 99.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr nəzərə almamışdır ki, mübahisəli mənzil cavabdehin istifadəsində olan yaşayış sahəsidir və həmin mənzildə birgə yaşama artıq real olaraq mümkün deyildir. Tərəflər arasında dərin və davamlı münaqişə mövcuddur. Bu münaqişə nəticəsində cavabdehin oğlu barəsində cinayət işi açılmış və azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə bu halları yalnız “ehtimal xarakterli”kimi qiymətləndirmiş, lakin ailədaxili zorakılıq, təhlükəsizlik və birgə yaşamanın mümkünsüzlüyü məsələlərinə hüquqi qiymət verməmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş şəxsi təhlükəsizlik hüququnun pozulmasıdır.
22. Qətnamə işin bütün faktiki hallarına uyğu n çıxarılmamışdır. Məhkəmə yalnız iddiaçının maraqlarını əsas götürmüş, cavabdehin hüquq və qanuni maraqları nəzərə alınmamışdır. Qətnamə balanslı və ədalətli olmamışdır.
23. Mənzil Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin balansındadır. Lakin həmin dövlət orqanının hüquq və səlahiyyətlərinin bu mübahisəyə təsiri formal xarakter daşıyaraq araşdırılmamışdır. Bu isə MPM-in 372.7-ci maddəsinin tələblərinə ziddir.
24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən arqumentlərə ətraflı və əsaslandırılmış hüquqi qiymət verməmiş, faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının tələblərinə ziddir.
25. Birinci və apellyasiya instan siyası məhkəmələri işin faktiki hallarını tam araşdırmamış, cavabdehin hüquqlarını məhdudlaşdıran mühüm prosedur pozuntularını nəzərə almamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etmiş və nəticədə qanunsuz qətnamə çıxarmışdır. Bu pozuntular işin nəticəsinə birbaşa təsir etdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə uyğun olaraq qətnamə kassasiya qaydasında ləğv edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
28. Maddə 68.3.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.
29. Maddə 91.1.5.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
30. Maddə 96.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
31. Maddə 98.1.Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müd afiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
32. Maddə 98.2.Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
33. Maddə 99.5.Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
34. Maddə 99.6.Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqa viləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cava bdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin d əlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1519/2025 nömrəli, 2025-ci il 30 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.