Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk iddiası, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişi, maddi və mənəvi ziyan, sübutetmə vəzifəsi, məhkəmə xərclərinin tərəfdən tutulmasının prosessual əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı qarşı “pul” tə ləbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2808/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30/117 saylı, xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportuna əsasən, ünvan 1 ünvanda yerləşən mənzildə 2 otağının sahibi İddiaçıdır.
2. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 19 saylı notariat kontoru nda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 Mətanət Cavadovaya 28 sentyabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 144.500 manat məbləğində borc vermişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 nömrəli, 7 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 144.500 manat borcun tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir.
4. İddiaçı 2 fevral 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otaq 12,1 kv.m hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m. tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 olan 144.500 manat - ekviva lentlə 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verir və həmin mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmasına etiraz etmir. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı indi və gələcəkdə heç bir tələbi və iddiası olmayacaq.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1 otaq (12,4 kv.m.) X5 adına xx.xx.2003-cü il tarixdə, 1 otaq (11,7 kv.m.) X3 adına xx.xx.2006-cı il tarixdə, 1 otaq (12,1 kv.m.) Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
6. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişindən” gör ünür ki, “Sazişin” şərtləri aşağıdakı kimi olmuşdur: “İş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər: Mülki Məcəllənin 881-ci maddəsinə uyğun olaraq, aşağıda qeyd olunan bu Sazişin predmetləri üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu sazişdə göstərilən razılaşma əldə edildikdən sonra tərəflər arasında aşağıda qeyd edilən borc müqaviləsi üzrə münasibətlərə dair gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlarına dair bu Sazişdə qeyd edilən öhdəlikləri götürmək və bu götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında Sazişi (müqaviləni) bağlayırlar. 7.
1. Sazişin predmeti: 1.1. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144.500 manat məbləğində borc pul tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 8. 1.2. İddiaçı Cavabdeh1 qarşı “Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə BAN-ın icraatında olan mülki iş üzrə tələblər; 9.
2. Tərəflərin razılaşma şərtləri: 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə Cavabdeh1 öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmetə dair-yəni, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144.500 manat məbləğində borc pul tələbinə dair” BAM-ın ic raatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı MPM-in 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.1.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində 10.000 manat məbləğində kompensasiyasını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə bu Saziş notarial qaydada təsdiq edildiyi gün İddiaçı ödəməyi öhdəsinə götürür; 2.1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçini n bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 hissəsini geri İddiaçı ödəməyi öhdəsinə götürür.
10. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetirilməsi şərti ilə bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apellyasiya Mə hkəməsini icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı MPM-in 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.2.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə xx.xx.2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. 2.2.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə s atılması halında əldə ediləcək satış pulu 155.000 manat məbləğindən aşağı olduğu halda 155.000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə və həmçinin onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. 11.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə tərəfindən bu Sazişin təsdiqi üzrə qərardadın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırl ar. 12.
4. Digər müddəalar. 4.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 4.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 4.3. Bu Sazişi tərəflər müqavilənin predmetlərinin tənzimləndiyi orqanlara (müvafiq Məhkəmələr və İcra və Probasiya Şöbələrinə və digər müvafiq strukturlara) təqdim edirlər. 4.4. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və l azımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini 50.000 manat məbləğində kompensasiya ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödəməlidir. 4.5. Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Saziş 4 nüsxədə tərtib edilir.”
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla “Barışıq sazişinin” təsdiq edilməsi, bir icraatda birləşdirilmiş mülki işlər üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-958/2019 nömrəli, xx.xx.2019-cu və 2(004)3625/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamələrinin ləğv edil məsi və həmin işlər üzrə icraata xitam verilməsi qərara alınmışdır.
14. İddiaçı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə 19 saylı Notariat Ofisində 8İ833 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən “Barışıq sazişinin” bağlanması səbəbindən imtina edir.
15. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və İddiaçı qarşılıqlı müraciətləri əsasında HK-2155 və HK-2162 nömrə ilə qeydə alınmış təhqiqat materiallarına əsasən toplanmış material üzrə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir.
16. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı yazılı qaydada xx.xx.2024-cü il tarixdə müraciət edərək, yuxarıda qeyd olunan “Sazişin” 2.1.3-cü bəndində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsini və mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmişdir.
17. Satıcı olaraq Cavabdeh1 ilə alıcı olaraq Cavabdeh2 MMC arasında xx.xx.2024cü il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 3 saylı evin 56,2 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 12,1 kv.m. 1 otağı 195.000 manata alıcı MMC-yə satmışdır.
18. X6 xx.xx.2024-cü il tarixdə 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini, mülkiyyətçiyə qarşı heç bir iddiasının və tələbinin olmadığın ı bildirmişdir.
19. X5 xx.xx.2024-cü il tarixdə 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, payçısı olduğu və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə Cavabdeh1 özünə məxsus hissəsinin satılmasına etiraz etmədiyini və alıcılıqda üstünlük hüququndan imtina etdiyini bildirmişdir. 20. "xxxx" MMC-nin 82 saylı, xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, İddiaçı məxsus ev əşyalarının dəyəri ümumilikdə 47.600 manat təşkil edir. 21. "xxxx" MMC-nin 13 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanında yerləşən 3 saylı evin 2-ci mərtəbəsində yerləşən və İddiaçı sahibliyi və istifadəsində olan ümumi sahəsi 76,1 kv.m. təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) hazırkı real bazar dəyəri 220.000 - 230.000 manat arasında dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
22. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri İcra Hakimiyyəti X1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanında yerləşən 3 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 76,1 kv.m. təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 230.000 manat, həmin yaşayış sahəsində və evin həyətində iddiaçıya məxsus anbarlarda olan ev əşyalarının məhv olması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1, iki mərtəbəli bina № 3-də yerləşən, ümumi sahəsi 56,2 kv.m, yaşayış sahəsi 36,2 kv.m. olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Qeydiyyat vəsiqəsindən” də görünür ki, 3 otaqlı evin 1 yaşayış otağı üzərində X5, 2 yaşayış otağı üzərində isə (hazırkı iş üzrə iddiaçı) İddiaçı xü susi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddia ərizəsinə əlavə olunmuş “Texniki pasportdan” görünür ki, ümumi sahəsi 56,2 kv.m. təşkil edən həmin ev 1 mərtəbədən, sahəsi 35,6 kv.m. olan 3 yaşayış otağından, sahəsi 5,1 kv.m. olan 1 mətbəxdən, sahəsi 13,0 kv.m. olan 1 giriş-dəhlizdən və sahəsi 2,5 kv.m. olan 1 tualetdən ibarətdir. Sonradan 3 №-li evin iddiaçıya məxsus 2 yaşayış otağından biri X4 adlı şəxsin mülkiyyətinə keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən və paylı mülkiyyətdə olan 3 №-li evin 12,1 kv.m ibarət 1 otağı iddiaçıya, 11,7 kv.m. ibarət 1 otağı Fəridə Atakişiyevaya, 12,4 kv.m ibarət 1 otağı isə Pakizə Cəfərovaya məxsusdur. 3 №-li ev paylı mülkiyyət hüquq ilə h əmin şəxslərə, o cümlədən iddiaçıya məxsus olsa da, həmi şəxslər həmin evdə yaşamamışlar. Ev iddiaçının daimi istifadəsində və sahibliyində olmuşdur. İddiaçı, öz vəsaiti hesabına evin ikinci mərtəbəsini inşa etdirmişdir. İkinci mərtəbənin ümumi sahəsi 76,1 kv.m. olmaqla, müvafiq olaraq 23,0 kv.m. və 14,6 kv.m. olan 2 yaşayış otağından, 10,5 kv.m. olan 1 mətbəxdən, 16,6 kv.m. olan giriş meydançasından, 10,0 kv.m. olan dəhlizdən, 2,0 kv.m. olan vanna otağından ibarətdir. Bundan başqa, iddiaçı, evin birinci mərtəbəsində də əlavə tikililər – sahəsi 6,0 kv.m. giriş (dəhliz) və sahəsi 2,2 kv.m. olan tualet inşa etdirmişdir. Evin artıq iki mərtəbəli olması, ikinci mərtəbənin ümumi sahəsinin 76,1 kv.m. təşkil etməsi, birinci mərtəbədə isə ümumi sahəsi 8,2 kv.m. ibarət əlavə tikililərin inşa olunma sı, həmin tikilinin iddiaçıya aid olması evin yerləşdiyi əraziyə xidmət göstərən 43 saylı MKİS-nin V.Ramazanov adlı mühəndisi tərəfindən imzalanmış və MKİS-nin möhürü ilə təsdiq olunmuş “Eskiz planla” təsdiq olunur. Bundan başqa, evin bütövlükdə iddiaçının sahiblik və istifadəsində olması həmin ünvan üzrə göstərilən kommunal xidmətlərlə bağlı iddiaçı ilə "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC arasında bağlanmış müvafiq müqavilələrin mövcudluğu da sübuta yetirir. İddiaçı, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 3 aya, yəni xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 144.500 manat məbləğində pulu borc almışdır. Bununla bağlı tərəflər arasında xx.xx.2018-ci il tarixdə yazılı “Kredit müqaviləsi” bağlanmış, həmin müqavilə Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuşdur. Lakin həmin ə rəfədə ailə vəziyyəti ilə bağlı iddiaçının maddi imkanı pisləşmiş və o, aldığı borcu razılaşdırılmış müddətdə Cavabdeh1 qaytara bilməmişdir. Bundan sonra iddiaçı və Cavabdeh1 öz aralarında razılığa gəlmişlər ki, iddiaçının cavabdehə olan 144.500 manat məbləğində borcunun əvəzində, iddiaçı, özünə məxsus 12,1 kv.m. ibarət 1 otaqlı mənzili və onun üzərində olan sənədsiz 100 kv.metrini Cavabdeh1 təhvil verəcək və bununla bağlı onlar “Alğı-satqı” müqaviləsi bağlayacaqlar. Onlar həmçinin razılığa gəlmişlər ki, sözügedən mənzil söküləcəyi və ya satılacağı halda, iddiaçının borclu olduğu məbləğdən (144.500 manat) artıq hissəsini Cavabdeh1 iddiaçıya qaytaracaqdır. Razılaşma yazılı formada tərtib olunmuş ərizələrdə əks etdirilmiş və həmin ərizələr müvafiq olaraq xx.xx.2019-cu il tarixdə iddiaçı və C avabdeh1 tərəfindən imzalanmışdır. Daha sonra onların arasında evin iddiaçıya məxsus 12,1 kv.m. ibarət 1 otaqlı mənzilinə dair xx.xx.2019-cu il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında qeyd olunan mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış, bu barədə “reyestrdən çıxarış” verilmişdir. Göründüyü kimi iddiaçı, onunla Cavabdeh1 arasında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Buna baxmayaraq Cavabdeh1 yuxarıda qeyd olunan razılaşma ilə bağlı mübahisə yaratmışdır. Belə ki, Cavabdeh1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 144.500 manat məbləğində pulun hazırkı iş üzrə İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməs i 2(004)-958/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019- cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Bu vəziyyətdə İddiaçı da Cavabdeh1 qarşı, onların arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair 2(004)-3625/2019 nömrəli işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı hər 2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Hər iki mülki iş Bakı Apellyasiya Məhkəməsində bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki işə apellyasiya qaydasında baxılması z amanı İddiaçı və Cavabdeh1 razılığa gəlmiş və xx.xx.2020-ci il tarixdə “Barışıq sazişi” bağlamışlar. “Sazişin” şərtlərinə görə, onlar bir-birlərinə qarşı irəli sürdükləri iddialardan imtina edəcəklərini, bunun müqabilində Cavabdeh1 10.000 manat məbləğində kompensasiyanı notariusun bank depozit hesabı vasitəsilə İddiaçı ödəyəcəyini, İddiaçı evin açarlarını “Saziş” təsdiq edildiyi gün, mənzilin faktiki sahəsi ilə birlikdə isə xx.xx.2020-ci il tarixədək Cavabdeh1 təhvil verəcəyi, mənzilin faktiki sahəsi ilə birlikdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğin 40/100 hissəsini geri İddiaçı ödəyəcəyi barədə üzərilərinə öhdəliklər götürmüşlər. “Saziş” imzalandıqdan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər ayrı-ayrılıqda ərizə ilə Bakı Apel lyasiya Məhkəməsinə müraciət edərək, “Sazişin” təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Saziş” təsdiq olunmuş, Yasamal Rayon Məhkəməsini qeyd edilən həmin qətnamələri ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini almışdır. Tərəflər arasında bağlanmış və məhkəmə qaydasında təsdiq edilmiş “Sazişindən” göründüyü kimi, İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” predmeti olan və 3 №-li evin İddiaçı məxsus hissəsini (1 yaşayış otağı) Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən inşa edilən həmin evin 2-ci mərtəbəsində yerləşən əmlaklar isə nə “Alğısatqı müqaviləsinin”, nə də ki, “Barışıq sazişin” predmeti olmamış, həmin əmlaklar İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh1 evin 2-ci mərtəbəsini zəbt etmişdir. Bu addımın atılmasında Cavabdeh1 məqsədi, evin yerləşdiyi ərazisinin söküntüyə məruz qalacağı barədə məlumat əldə etməsi və ona aid olmayan həmin hissənin də ona məxsus olması görüntüsünü yaratmaq olmuşdur. İddiaçı, ona məxsus və Cavabdeh1 tərəfindən zəbt olunmuş ikinci mərtəbənin boşadılmasını Cavabdeh1 dəfələrlə tələb etsə də, sonuncu bu tələblərə əməl etməmiş, əmlakı ona qaytarmamışdır. Nəticə də, İddiaçı özünə aid evdən, evdə yerləşən əşyalardan məhrum olmuşdur. Cavabdeh2 MMC və Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən evin yerləşdiyi ərazidə abadlıq işləri aparılacaq, ərazidə böyük sahəni əhatə edən yeni park salınacaqdır. Bu işlərin görülməsi üçün isə ərazidə yerləşən yaşayış evlərinin sökülməsi nəzərdə tutulmuşdur. Ərazidə söküntü işlərini aparan təşkilata həmin evi və evin tərkib hissəsi olan ikinci mərtəbəni də sökmək niyyətindədir və bunun üçün real addımlar da atır. Halbuki, həmin evin sökülməsinə İddiaçı hər hansı razılığı alınmamışdır. İddiaçı evin sökülməsinə etiraz edir. Lakin Cavabdeh1 evin ikinci mərtəbəsinin də ona aid olması barədə tikintini işlərini aparan Şirkətə və X1 yalan məlumatlar vermiş və müvafiq kompensasiya ödənilməsi müqabilində həmin evin də bütövlükdə sökülməsinə razılıq vermişdir. Bununla da İddiaçı həmin ev üzərində sahiblik və istifadə hüquqları pozulmuş, ona, i ddia ərizəsində qeyd edilən maddi zərər dəymişdir.
24. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və iddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 144.500 manat məbləğində pulu borc almışdır. Lakin iddiaçı borc müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyərək pul vəsaitini geri qaytarmamışdır. Tərəflər həmin borc müqaviləsi üzrə razılığa gələrək (yazılı ərizələr ilə), borcun əvəzinə evin iddiaçıya məxsus 100 kv.m. tikilinin (halbuki ümumi sahə 100 kv.m. daha azdır) cavabdehə satılmasına (verilməsinə) qərarlaşıblar. İddiaçının xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizəsindəki iradə ifadəsi bu şəkildə olub: “Mə n, yazıb bildirirəm ki, paylı mülkiyyət hüququ ilə evin mənə məxsus olan mənzilin 1 otaq - 12,1 kv.m. hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m. tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 olan 144.500 manat ekvivalentlə 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verirəm və həmin mənzilə dair “Alğı-satqı müqaviləsinin” bağlanmasına etiraz etmirəm. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı indi və gələcəkdə heç bir tələbim və iddiam olmayacaq” (hazırda isə, iddiaçı, söz oyunları oynayaraq, iddia ərizəsində bu ərizənin mətnini gələcək zaman şəkilçiləri ilə işlədir). Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli “Alğısatqı müqaviləsinə” əsasən iddiaçı həmin evi Cavabdeh1 satıb (id diaçının da ərizəsində qeyd etdiyi kimi 12 kv.m.-dən əlavə sahələr sənədsiz olduğu üçün alğı-satqı müqaviləsində əks olunması mümkün olmayıb). Yuxarıda qeyd olunan ərizə və müqaviləyə əsasən iddiaçının həmin evdə yerləşən mənzilə dair (ərizədəki sahələr daxil olmaqla) bütün hüquqlarına xitam verilib. İddiaçının mübahisə predmeti üzərində subyektiv hüququ yoxdur. Daha sonra tərəflərin “Kredit müqaviləsi” və “Alğı-satqı müqaviləsi” ilə bağlı yenidən bir-birlərinə qarşı tələblər irəli sürməsi nəticəsində, tərəflər arasında xx.xx.2020-ci il tarixli notarial təsdiqli “Barışıq sazişi” bağlanmış, “Sazişi” məhkəmə qərardadı ilə təsdiq edilmiş və qərardad qanuni qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, evin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün “Sazişin” 2.1.3, 2.2.2 və 2.2.3-cü bənd lərində faktiki sahə sözü xüsusi ilə qeyd edilir. “Sazişin” 2.1.3-cü bəndində qeyd olunur ki, bu “Sazişin” 1.2-ci bəndində nəzərdə tutulmuş predmet üzrə iddiaçının öz iddiasından imtina etməsinin müqabilində bu “Sazişin” 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- 3 saylı evin iddiaçıya aid olmuş faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 hissəsini geri - İddiaçı ödəməyi öhdəsinə götürür (“Sazişdən” də göründüyü kimi mənzilin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün (hər yerdə faktiki sahə sözü xüsusi ilə qeyd edilir. Həm də keçmiş zamanda “muş” şəkilçisi ilə)) “Sazişin” 2.2.2-ci bəndində qeyd ol unur ki, “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan evin açarını bu “Saziş” təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə xx.xx.2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. “Sazişin” 2.2.3-cü bəndində qeyd olunur ki, bu “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan evin İddiaçı aid olmuş faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155.000 manat məbləğindən aşağı olduğu halda 155.000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür. Bu “Saziş” bağlandıqdan sonra tərəflər arasında bağlanmış bütün mübahisələr son qoyulmuş və İddiaçı həmin evi və onun faktiki sahəsini tərk etmiş, 2020ci ildən 2024-cü ilin oktyabr ayınadək cavabdehə qarşı həmin ev və onun faktiki sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. “Sazişin” 2.3-cü bəndində qeyd olunur ki, tərəflər birbirlərinə qarşı gələcəkdə onlar arasında bağlanmış “Kredit müqaviləsinin” və “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. Göründüyü kimi iddia əsassızıdır. Buna görə iddia rədd edilməlidir.
25. Cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili Vəkil2, İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fatma Əliyeva ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişinin” şər tlərinin iddiaçı tərəfindən pozulmasına görə kompensasiya kimi 50.000 manat, iddiaçının mənzilə qanunsuz daxil olması və ilk iddianın verilməsi nəticəsində Fatma Əliyevaya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 20.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 309 manat, ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 3.000 manat məbləğində pulun İddiaçı tutularaq Fatma Əliyevaya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. Bundan əlavə, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 3.000 manat və etibarnamənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Əsasları ilk iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən qarşılıqlı iddiada onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh1 razılaşmışlar ki, İddiaçı Cavabdeh1 qaytara bilmədiyi borcun əvəzinə özünə məxsus 3 nömrəli evin və onun üzərində olan 100 kv.m. tikilinin (halbuki ümumi sahə 100 kv.m. daha azdır) Cavabdeh1 satılmasına (verilməsinə) qərarlaşıblar. Rəsmi olan 12 kv.m.-dən əlavə sahələr sənədsiz olduğu üçün alğı-satqı müqaviləsində əks olunması mümkün olmayıb. İddiaçının mübahisə predmeti üzrə subyektiv hüququ yoxdur. Evin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün barışıq sazişində faktiki sahə sözü xüsusi ilə qeyd edilib, habelə evə münasibətdə iddiaçıya “aid olan” ifadəsi deyil, “aid olmuş” ifadəsindən istifad ə edilib. Barışıq sazişi bağlandıqdan sonra tərəflər arasında bağlanmış bütün mübahisələrə son qoyulmuş və İddiaçı həmin evi və onun faktiki sahəsini tərk etmiş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək cavabdehə qarşı həmin ev və onun faktiki sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. Gələcəkdə tərəflərin bir-birinə qarşı iddia irəli sürməyəcəyi şərti də sazişdə öz əksini tapmışdır. İddiaçı evin 1 otağı və onun faktiki sahəsinə dair bütün hüquqlarına xitam verilmişdir. İddiaçı evin yerləşdiyi ərazinin plana düşdüyünü öyrəndikdən sonra, 03-xx.xx.2024-cü il tarixlərində 3 nəfərlə birlikdə həmin evə gələrək evin açarını dəyişmiş və qanunsuz olaraq mənzilə daxil olmuşdur. Mənzildə kirayə yaşayan şəxslərə özünü ev sahibi kimi təqdim edib. Öz kürəkənini evə yerləşdirib. Cavabdeh1 tərəfindən Daxili İşlər Nazirliyinin “102 xidmətinə” müraciət edildikdən sonra həmin şəxs evi tərk edib. Cavabdeh1 illərdir ki, borc əvəzində əldə etmiş olduğu 3 nömrəli evin (onun üzərində olan tikililərin) plana düşməyini gözləyir ki, heç olmasa 6 il öncə borc vermiş olduğu pulu bir şəkildə kompensasiya edə bilsin. Cavabdeh1 alğı-satqı müqaviləsi (notarial təsdiqli ərizə) və barışıq sazişi ilə bütün mübahisələrin bitdiyini düşünərkən, İddiaçı onun evinə qanunsuz olaraq daxil olması, ilk iddia ilə məhkəməyə müraciət etməsi nəticəsində ciddi mənəvi sarsıntı və iztirab keçirmişdir. Buna görə də Cavabdeh1 hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat məbləğində pul İddiaçı tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh1 ara sında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişinin” 4.4cü bəndində qeyd olunur ki, “Sazişin” şərtlərinin pozulmasına səbəb olmuş tərəf vurduğu zərərin əvəzini - 50.000 manat məbləğində kompensasiyanı digər tərəfə ödəməlidir. İşin hallarından isə aşkar surətdə müəyyən edilir ki, İddiaçı “Barışıq sazişinin” şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hesab edir ki, Buna görə də Cavabdeh1 hesab edir ki, İddiaçı onun xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı qanunsuz hərəkətləri və əsassız iddialarında qorunmaq üçün Cavabdeh1 hüquqlarının müdafiəsi və hüquqi yardım almaq üçün “Kredo” Vəkil Bürosu ilə “Hüquqi yardımın göstərilməsi barədə” EM1602VK-11375/24 saylı müqavilə bağlamaq və həmin müqaviləyə əsasən “Kredo” Vəkil Bürosuna 3.00 0 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, həmin xərcin əvəzinin ödənilməsi məqsədi ilə İddiaçı Cavabdeh1 xeyrinə 3.000 manat məbləğində pul tutulmalıdır.
28. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətini bildirmişdir ki, ünvan 5 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilməmişdir. Həmin ünvanında söküntü işləri Rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığından hər hansı bir sənəd aşkar edilməmişdir.
29. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, İddiaçı ilə bir neçə ildir ki, qonşudurlar. 2022-ci ilə qədər onu həyətdə, işə gedib gələndə görmüşdür. 2-ci mərtəbədə kirayəçilərin qaldığını axır 1-2 ayda görmüşdür. Sökülmə anını görmüşdür. Söküntü günü ona zəng gəldi ki, burda söküntü gedir. İddiaçı evi ilə onların evinin yerləşməsi elədir ki, buldozer orda işləyəndə bizim ev də zərər görür. Gəlib küçəyə çatanda küçədə polisləri, şirkətdən 1-2 nəfəri evi sökdürən şəxsləri görmüşdür. Dedi ki, niyə sökürsünüz?. Dedilər ki təlimat gəlib ki, bu ev sökülsün. Bildirdi ki, ev şirkət nümayəndələrinə satılıb, həm də ki məhkəmə qərarı var ki, bu ev sökülə bilməz. Bir bəy və bir sarı saçlı xanım görmüş, xanım demişdir ki, öz evidir özü bilər. Orda qaldığı müddətdə 2-ci mərtəbədə İddiaçı orda mebelləri var idi, kondisioneri var idi, kombi, mətbəx mebeli var idi. İçəri girəndə üzbəüz mətbəx idi, solda hamam otağı idi, sağdan yataq otağı, sonra zaldır, divan, kreslo, iki dənə kamot, stol, stul, mətbə xdə qəhvəyi mebel, stol, stul var idi.
30. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, binanın yanında dayanacaq nəzarətçisi işləyirdi. Orada işlədiyi müddətdə Cavabdeh1 özünü və ərini tanımışdır. Onlar mütəmadi olaraq ora gəlirdilər və yuxarı mərtəbəyə də qalxırdılar. Əvvəl bilmirdi ki, kirayə pulu yığmağa gəlirlər. 2020-ci ildə onlarla tanış olmuşdur. 2021-ci ildə Cavabdeh1 ona demişdir ki, Cəlilabadlı kirayəçiləri çıxarır. Səhv etmirəmsə 2-ci mərtəbədə qalırdılar. Orada ancaq İddiaçı görürdü. Evin şəraitindən xəbəri yoxdur. Söküntüdən də məlumatlı idi ki, şirkət tərəfindən sökülür.
31. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həmin evdə 2024-cü ilin avqust ayından oktyabr ayına kimi yaşamışlar. 2-ci mərtəbədə qal ırdı. Evi Hüseyn adlı makler vasitəsilə tapmışdır. Köçəndən səhəri gün Elşən adlı şəxsi görmüşdür, bildiyi qədər həmin şəxs Cavabdeh1 sürücüsü idi. 450 manata kirayə haqqı ödəyirdi. Aylıq ödənişləri Elşənin bank kartına göndərirmişlər. Oktyabrın 5-i evi tərk etdilər. Ev ayın 11-i söküləcəkdi. Evdən çıxış vaxtı isə ayın 15-i idi. Sadəcə olaraq yeni köçəcəyi evi tez tapmışdılar deyə 15-dən tez evi tərk etdilər. Evdə divan, kreslo, paltaryuyan idi, heç biri yeni deyildi, çox köhnə idilər. 1-ci mərtəbəni heç görməmişdir. Cavabdeh1 və Cavanşirovanı polis şöbəsində tanımışdır. İddiaçı gəldi, ona evin Elşən tərəfindən kirayə verildiyi bildirildi. Gəldi 1-2 şəkil göstərdi, çeki filan göstərdi. Yanında 2 nəfər var idi. Göstərilən evin şəkilləri idi. Orda kreslo filan var idi. Pərdə yox idi. Vəkilin göstərdiyi şəkillə eynilik təşkil edən bəzi əşyalar var. Xalça fərqli idi. Soyuducu işləmirdi. İşıq pulu və qaz pulu biri Cavabdeh1, biri də İddiaçı adına idi.
32. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-452/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (X9) ilkin və qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tələflərin özlərinə aid edilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tələbinin təsdiqi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında qarşılıqlı tələblər üzrə məhkəmə mübahiələri olmuşdur. Həmin mübahisələrin yekunu üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə cavabdeh (iddiaçı) İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq Sazişində də hal-hazırki iddiaçıya məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin faktiki sahəsi ilə birlikdə Cavabdeh1 təhvil verilməsi, gələcəkdə satışı zamanı isə 155.000 manat pul məbləği çıxılmaqla qalan məbləğin 40/100 hissəsinin İddiaçı ödənilməsi barədə razılaşdırılmışdır. Eyni zamanda İddiaçı tərəfindən 2 fevral 2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otaq -12,1 kv.m. hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m. tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqavilə sinə əsasən Cavabdeh1 olan 144.500 manatın - ekvivalentlə 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Fatma Əliyevaya verilməsi və həmin mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına etiraz edilməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə mövcud olmuş və 2024-cü ildə sözügedən ərizə iddiaçı tərəfindən ləğv edilmişdir.
34. Məhkəmə həmçinin qarşılıqlı iddia ərizəsinə də, münasibət bildirərək hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 50.000 manat məbləğində kompensasiyanın və 20.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişinin şərtlərini pozduğunu, buna gö rə də kompensasiya tələb etdiyini, həmçinin mənzilə qanunsuz daxil olmasını və ilkin iddianın verilməsini, bu səbəbdən ona mənəvi ziyan vurulduğunu iddia etsə də, tələblərinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəlləsinin 14, 21-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 89.3, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
36. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.
37. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi xahiş olunmuşdur.
38. Apellyasiya şikayəti ilk iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ilk iddia üzrə iddiaçı tərəfin izahatında göstərilənləri, təqdim etdiyi sübutları nəzərə almamış, nəticədə iş üzrə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.
39. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş olunmuşdur.
40. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə obyektiv baxmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir.
41. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, o, Cavabdeh1 yalnız ilk iddia üzrə təmsil edir, onun hüquqlarını müdafiə edir. O, Cavabdeh1 qarşılıqlı iddia üzrə təmsil etmir və hüquqlarını müdafiə etmir. Vəkil2 ilk iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə İddiaçı ilk iddiası və həmin iddianın təmin edilməməsi barədə qətnamədən verdi yi apellyasiya şikayəti əsassızdır. O, apellyasiya icraatında, Cavabdeh1 qarşılıqlı iddia üzrə təmsil etmədiyindən qarşılıqlı iddianın həll edilməsini Məhkəmənin mülahizəsinə buraxır. Buna baxmayaraq o, Cavabdeh1 apellyasiya şikayətinin hüquqi yardımla əlaqədar çəkdiyi xərcin əvəzi olaraq 3.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 xeyrinə tutulması barədə sonuncunun ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, İddiaçı ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdikdən sonra həmin iddia üzrə cavabdeh olan Cavabdeh1 onun vəkil kimi fəaliyyət göstərdiyi “Kredo” Vəkil Bürosuna müraciət edərək, ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Cavabdeh1 müraciəti “Kredo” Vəkil Bürosu tərəfindən qəbul edilmiş və aralarında xx.xx.2024-cü il tarixdə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK11375/24 saylı müqavilə bağlanmış, Cavabdeh1 həmin müqaviləyə əsasən Vəkil Bürosunun hesabına 3.000 manat ödəmişdir. Həmin müqavilənin şərtinə görə isə, onun tərəfindən Cavabdeh1 göstərilmiş hüququ yardım ilk iddia ilə bağlı olmuşdur. İlk iddia rədd edildiyindən isə Cavabdeh1 hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi İddiaçı tərəfindən Cavabdeh1 ödənilməli idi. Lakin işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almamış, Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsini əsassız olaraq təmin etməmişdir. Buna görə də o, hesab edir ki, birinci instansiya məhkəməsi nin qətnaməsi həmin hissədə ləğv edilməli və ərizə təmin edilməlidir. Vəkil2 ərizə ilə Məhkəməyə m üraciət edərək, apellyasiya icraatı üçün hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsini xahiş etmişdir. Ərizə ilə bağlı o bildirmişdir ilk iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayətindən qorunmaq üçün Cavabdeh1 “Kredo” Vəkil Bürosuna müraciət edərək, ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Cavabdeh1 müraciəti “Kredo” Vəkil Bürosu tərəfindən qəbul edilmiş və aralarında xx.xx.2025-ci il tarixdə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK-23563/25 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtinə görə isə, Cavabdeh1 tərəfindən Vəkil bürosuna 2.000 manat ödəniş edilmişdir. Buna görə də, o hesab edir ki, əgər İddiaçı apellyasiya şikayəti təmin olunmazsa, onda 2.000 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir.
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2808/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsi ilə (X7 (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh Fatma Əliyevanın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh1 hüquqi xidmətlə əlaqədar çəkmiş olduğu xərcin əvəzinin İddiaçı tutulması məsələsinin həll edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməsi, çəkilmiş xərcin əvəzinin yarısının cavabdeh Fatma Əliyevanın özünə aid edilməsi, qalan hissənin ödənilməsi məqsədi ilə 1.500 manat məbləğində pulun İddiaçı tutularaq Fatma Əliyevaya ödənilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya icraatı zamanı Fatma Əliyevanın hüquqi xidmətə çəkdiyi xərcin yarısının onun özünə aid edilməsi, qalan hissənin ödənilməsi məqsədi ilə 1.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslan dırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı ilk iddia tələbində qeyd etdiyi mübahisəli mənzilin ikinci mərtəbəsində tikilmiş 76,1 kv.m. təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) həmin mənzilin faktiki sahəsi olmamasını və barışıq sazişinin predmeti olmamasını bildirsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. “Barışıq sazişinin” olması, eyni zamanda İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ərizəsi də iddiaçının qeyd etdiklərinin sadəcə mülahizə xarakterli olduğu nəticəsinə gəlməyə əsas verir. Bundan əlavə, “Barışıq sazişi” əsasında sözügedən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixədək təhvil verilməsi qeyd olunmuşdur. Belə ki, evin söküntüsünədək, iddiaçının qeyd etdiyi əşyaların mövcud luğu, iddiaçıya məxsusluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı öz sübutetmə vəzifəsini hazırkı halda yerinə yetirməmişdir.
44. Məhkəmə kollegiyası Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, Cavabdeh1 İddiaçı qarşı 50.000 manat məbləğində kompensasiyanın və 20.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, İddiaçı xx.xx.2020-ci il tarixli notarial təsdiqli “Barışıq sazişinin” şərtlərini pozduğunu, buna görə də kompensasiya tələb etdiyini, həmçinin mənzilə qanunsuz daxil olmasını və ilkin iddianın verilməsini, bu səbəbdən ona mənəvi ziyan vurulduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
45. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi hər iki iddianı rədd etmişdir. Belə ol an halda qeyd edilən xərcin 1/2 hissəsi Cavabdeh1 özünə, qalan 1/2 hissəsi isə İddiaçı aid edilməlidir. Çünki MPM-in tələblərinə görə, etdikləri kömək üçün vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə aiddir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.6, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
47. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi hissələrində, habelə İddiaçı hüquqi xidmətələr görə cəkilmiş xərcin Cavabdeh1 xeyrinə tutulması hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasının təmin edilməsi, qarşılıqlı iddianın həll edilməsi hissəsində isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti, ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə isə maddi və prosessual hüquq normalarının poz ulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
49. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etirazı məhkəmənin elektron idarəetmə sisteminə daxil olmuşdur. Etirazın məzmunu iddiaya qarşı verilən etirazın məzmununa oxşar qaydada əsaslandırılmış və sonda kassasiya şikayətinin rədd edilməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
52. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
53. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqav ilələr etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməl idir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
62. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni q ətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
63. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bil ər.
71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddianın rədd edilməsi və məhkəmə xərcləri məsələsinin həll edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İlk iddia tələbinin rədd edilməsi hissəsində iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ilk iddia tələbinin rədd ed ilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. İlk iddia tələbinin rədd edilməsi hissəsində kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası ilk iddia tələbinin rədd edilməsi hissəsində kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
76. Məhkəmə kollegiyası ilk iddia tələbinin rədd edilməsi hissəsində onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Məhkəmə kollegiyası ilk iddia tələbinin rədd edilməsi hissəsi ilə bağlı həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
78. Bununla belə məhkəmə kollegiyası iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 xeyrinə məhkəmə xərclərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbinə uyğun tutulmaması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək, həmin dəlili əsaslı hesab edir.
79. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Həm in Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
81. Qeyd olunan normanın məzmunundan aydın olur ki, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi iddianın təmin (tam və ya qismən), yaxud rədd edilməsi ilə əlaqəlidir və iddia rədd edildikdə məhkəmə xərcləri iddiaçıdan alınır.
82. İş materiallarından göründüyü kimi nə ilk iddia, nə də qarşılıqlı iddia təmin edilməmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti də qarşılıqlı iddianın təmin edilməsinin xahiş edildiyi hissədə təmin olunmamışdır.
83. Bu halda apellyasiya instansiyası məhkəməsi verdiyi qarşılıqlı iddiası təmin edilməmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddia çı) Cavabdeh1 aid olan məhkəmə xərclərini, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə tutmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 309 manat və ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 3.000 manat məbləğində pulun İddiaçı tutularaq Fatma Əliyevaya ödənilməsi barədə xahiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşılıqlı iddiasının tərkib hissəsinə daxil olsa da, tələb olunan həmin vəsaitlər məhkəmə xərcini təşkil etməklə, qeyd olunan xərclərin tərəfdən tutulması həmin xərclərlə bağlı məsələnin həllini ehtiva etdiyindən, qarşılıqlı iddianın qismən təmin edilməsi kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya insta nsiyası məhkəməsi faktiki olaraq məhkəmə xərcləri ilə bağlı məsələni həll etdiyi halda, qarşılıqlı iddianı qismən təmin etməsi barədə nəticəyə gəlməkdə də haqlı olmamışdır.
85. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia qismən təmin edilərkən prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə “hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh1 hüquqi xidmətlə əlaqədar çəkmiş olduğu xərcin əvəzinin İddiaçı tutulması məsələsinin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, çəkilmiş xərcin əvəzinin yarısının Cavabdeh1 özünə aid edilməsi, qalan hissənin ödənilməsi məqsədi ilə 1.500 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1a ödənilməsi, İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya icraatı zamanı Cavabdeh1 hüquqi xidmətə çəkdiyi xərcin yarısının onun özünə aid edilməsi, qalan hissənin ödənilməsi məqsədi ilə 1.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-2808/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsi “hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh1 hüquqi xidmətlə əlaqədar çəkmiş olduğu xərcin əvəzinin İddiaçı tutulması məsələsinin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, çəkilmiş xərcin əvəzinin yarısının Cavabdeh1 özünə aid edilməsi, qalan hissənin ödənilməsi məqsədi ilə 1.500 (bir min beş yüz) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya icraatı zamanı Cavabdeh1 hüquqi xidmətə çəkdiyi xərcin yarısının onun özünə aid edilməsi, qalan hissənin ödənilməsi mə qsədi ilə 1.000 (bir min) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.