Məhkəmə qərarları › İş №2(102)-3679/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3679/2025

13.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3679/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-133/2025 nömrəli 3 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məh kəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderinə əsasən, Cavabdeh1 6 nəfərdən ibarət ailəsi ilə birlikdə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzildə 2-ci blokda, 1-ci mərtəbədə 4 otaqdan ibarət 102.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Ailənin tərkibi həyat yoldaşı X3, oğlu X18, qızı İddiaçı, gəlini Cavabdeh2, nəvəsi X8 və nəvəsi X6 ibarətdir.

3. İddiaçı 1981-ci il tarixində ünvan 1 ünvanında anadan olub və hazırda da bu ünvanda qeydiyyatdadır. O, 2002-ci il tarixində ailə qurarkən başqa evə köçmüş, həmin vaxtdan mübahisəli fərdi yaşayış evini daimi olaraq tərk etmişdir. Onun nikahı 28 dekabr 2024-cü il tarixində pozulmuşdur.

4. Naxçıvan Şəhər İcra Hakimiy yəti 3 saylı Mənzil-İstismar İdarəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2002-ci il tarixində nikah bağladıqdan sonra mübahisəli ünvanda yaşamayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına order verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X12 ilə birlikdə köçürülməsi, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 dekabr 2008-ci il tarixli, 247 nömrəli sə rəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə dair 5 dekabr 2008-ci il tarixli, 668 nömrəli yeni order verilmişdir. Orderə əsasən onun və oğlu X4 qeyd edilən mənzilə dair sahiblik və istifadə hüquqları vardır. Bahadur Nadir oğlu ilə olan nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin vaxtdan istifadə hüququ olan evinə qayıtmaq istəyərkən atası və qardaşı X2 həyat yoldaşı Cavabdeh2 onun həmin evdə yaşamağına imkan verməyərək maneələr yaratmışlar. Mənzil 4 otaqdan ibarətdir. Hesab edir ki, onun yaşaması üçün 1 otaq ona və oğluna ayrılmalı, 1 otaq Cavabdeh2 və övladlarına, 1 otaq qardaşı X13, 1 otaq atasına və anasına ayrılmalıdır.

7. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, 31 iyun 2006-cı ildə iddiaçının qardaşı X18 i lə nikaha daxil olmaqla evlənib həmin evə gəlin köçmüşdür. Gəlin gələndə iddiaçı o mənzildə yaşamırdı. O, 26 sentyabr 2002-cі ildə nikah qeydiyyatından keçməklə X14 ilə evlənib həmin mənzildən getmişdi. Həmin vaxtdan da iddiaçı mübahisəli mənzildə yaşamayıb, ailə qurub özünə daimi yaşayış yeri seçib. 29 oktyabr 2003-cü ildə oğlu X8 doğulub. İddiaçının və yaxud onun keçmiş əri X7 adlarına birgə nikahda olduqları müddətdə Naxçıvan şəhərində müxtəlif ünvanlarda yaşayış sahələri qeydiyyata alınıb. İndi isə formal olaraq nikahlarını pozdurmuş, lakin faktiki olaraq bir evdə yaşayıb təsərrüfatlarını idarə edirlər. 2002-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahələri altı ay saxlanılır. İddiaçı isə 23 ildir ki, həmin mənzildən köçüb gedib. Qanunun tələbinə görə o, həmin mənzilin qeydiyyatından da çıxmalı idi. Çünki onun daimi yaşayış yeri var. O, 2002-ci il tarixindən həmin mənzildən birdəfəlik çıxıb gedib.

8. Cavabdeh2 vəkili və nümayəndəsi X15 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia müddətini buraxmışdır.

9. Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(078)-433/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-c i il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iddia tələbi qüvvədə olmayan Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsi tətbiq edilərək araşdırılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı sözügedən mənzildə ailə qurana yəni, 2002-ci ilə qədər yaşamış və icarədarın ailə üzvü olaraq yaşayış və istifadə hüququna malik olmuşdur. İddiaçı 2002-ci ildə ailə qurarkən başqa evə gəlin köçmüş və bu halda sözügedən mənzilə yaşayış və istifadə hüququnu itirmişdir. Naxç ıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 1981-ci ildə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 13/15, mənzil 12 ünvanında anadan olub və qeydiyyatdadır. xx.xx.2002-ci ildə nikah bağladıqdan sonra bu ünvanda yaşamayıb.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin qanuni əsası analogiya tətbiq edilməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsin ə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi müəyyən əsaslar olduğu halda daha uzun müddət saxlanır. İşin hallarından görünür ki, iddiaçı mənzildə 2002-ci ilə kimi yaşamışdır.

12. Məhkəmə iddiaçının 2002-ci ildə mübahisəli mənzildən köçüb getməsini mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirmişdir. Beləliklə, icarədarın ailə üzvü kimi iddiaçının yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal iddiaçının mü bahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Bundan əlavə, 20 ildən artıq mənzildə yaşamayan, mənzildən istifadə etməyən iddiaçının həmin mənzilə yaşayış və istifadə hüququnun verilməsi, onun mənzilə köçürülməsi, həmin mənzildə yaşayan, mənzildən istifadə və yaşayış hüquqları mövcud olan digər şəxslərin, yəni cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının 20 ildən sonra nikahının pozulması onun yenidən mənzilə köçürülməsi üçün əsas təşkil etmir.

13. İddiaçı övladı X12 ilə birlikdə mənzilə köçürülməsini xahiş etmiş, lakin ona verilən sualdan, eləcə də orderin surətindən, doğum haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, övladı 29 oktyabr 2003-cü ildə doğulmuşdur. Yəni iddia qaldırılan zaman 22 yaşında olmuş, yetkinlik yaş ına çatmışdır. Bu halda isə anası İddiaçı onu təmsil etmək üçün etibarnamə verməmiş, iddia ərizəsini imzalamamışdır. İddiaçı isə övladının adından təmsilçilik səlahiyyəti olmadığı halda iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır.

14. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair ərizə üzrə qeyd etmişdir ki, tələb əsassız hesab edildiyindən və rədd edildiyindən iddia müddətinin tətbiq edilməsinə dair məsələnin müzakirə edilməsinə də əsas yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Azərbaycan Sovet Sosialist Respublikası tərəfi ndən 20 iyun 1982-ci il tarixində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzil verilmişdir. Qeyd edilən mənzilin mülkiyyətə verilməsi 20 iyun 1982-ci il tarixli qeydiyyat vəsiqəsi ilə rəmiləşdirilmişdir. İddiaçı 1981-ci ildə həmin mənzildə anadan olmuşdur. Mənzilə dair order verilərkən orderdə adları qeyd edilən şəxslərdən biri o olmuşdur. Həmin vaxtdan qeyd edilən mənzilə mülkiyyət hüquqları yaranmışdır. Binada aparılan təmir-tikinti işlərindən sonra yenidən sənədləşmə həyata keçirilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 5 dekabr 2008-ci il tarixli, 247 nömrəli Sərəncamı ilə Cavabdeh1 ailə üzvləri daxil (Cavabdeh1, X3, X18, İddiaçı, Cavabdeh2, X8, X16 - özü - həyat yoldaşı- oğlu qızıgəlini - nəvəsi - nəvəsi) Naxçıvan şəhəri Heydər Əliyev prosp ekti 13/15 nömrəli binanın ikinci blok, birinci mərtəbə, 4 otaqlı, 102,3 kvadratmetr sahəsi olan 12 nömrəli mənzillə təmin olunması qərara alınmışdır. Bu məqsədlə, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 5 dekabr 2008-ci il tarixli, 668 nömrəli order verilmişdir. Həmin orderlə də mülkiyyətçi İddiaçı hüquqları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçilərindən biridir. Onun mülkiyyət hüquqlarına və istifadə hüququna xitam verilməmişdir. X14 ilə iddiaçı arasında xx.xx.2002-ci il tarixində nikah müqaviləsi bağlanmış və 28 noyabr 2024-cü il tarixdə nikaha xitam verilmişdir. İddiaçı 1982-ci ildə verilmiş order və sonradan qanunvericiliyə zidd verilmiş 2008-ci il tarixli orderlər əsasında “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən (Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.) paylı mülkiyyətçi hüququnda olduğu halda, məhkəmə həmin hüququ görməzdən gəlmişdir. Lakin heç bir hüququ olmayan, sonralar bu mənzilə gəlin gələn, qanunvericiliyə zidd verilmiş orderə (1982-ci ildə mülkiyyətə verilmiş orderlə mülkiyyət hüquqları Qey diyyat vəsiqəsi ilə əldə edildikdən inzibati orqan tərəfindən həmin mülkiyyətə yeni orderin verilməsi normativ hüquqi aktla tənzimlənmədiyi üçün) təsadüfən adı düşən və məhkəmə üçün mötəbər sübut hesab edilərək Cavabdeh2 istifadə hüququ tanınmışdır.. Qətnamə vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etməkdədir. Eyni hüquqi sənədə görə müxtəlif məhkəmə aktları qəbul edilə bilməz. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və həmin məhkəmənin 2(078)-433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə eyni hüquqi sənədlərə istinad edilsə də, fərqli qərarlar qəbul edilmişdir.

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)133/2025 nömrəli 3 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 - sədrlik edən və məruzəçi, X10 və X17) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı doğulduğu vaxtdan, yəni 1981-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir Beləliklə, iddia tələbinə düzgün olaraq qüvvədə olmayan Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsinin müddəaları tətbiq edilmişdir.

19. İddiaçı doğulduğu vaxtdan, yəni 1981-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından həmin evdən istifadə hüququ əldə etmişdir. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmış olduğu təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ - həmin hüququn itirilib-itirilməməsinin müəyyən edilməsidir. Çünki mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

20. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xid mətə çağırıldıqda-həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçil ərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə-bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə-bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə-orad a olduğu bütün müddətdə; 7) həbs olunduqda-istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə-təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət baş qa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tari xli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

22. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçı 2002-ci ildə ailə quraraq mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etmiş və sonra da ümumiyyətlə bu ünvanda yaşamamışdır. Qeyd olunan hal tərəflərin birinci instansiya məhkəməsindəki ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.

23. Kollegiya iddiaçının övladı X12 ilə birlikdə mənzilə köçürülməsinə münasibətdə qeyd etmişdir ki, bu hala birinci instansiya məhkəməsi öz qətnaməsində düzgün qiymət vermişdir.

24. İddiaçının vəkil-nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi “Naxçıvan Şəhər Məhkəməsinin eyni əsaslarla müxtəlif qətnamələr qəbul etməsinin ciddi hüquq pozuntusu hesab edilməli olduğuna, belə ki, İddiaçı 1982-ci ildə v erilmiş orderə və sonradan qanunvericiliyə zidd verilmiş 2008-ci il tarixli orderlər əsasında “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən (Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.) paylı mülkiyyətçi hüququnda olduğu halda məhkəmənin həmin hüququ görməzdən gəldiyinə, lakin heç bir hüququ olmayan, sonralar bu mənzilə gəlin gələn, qanunvericiliyə zidd verilmiş orderə (1982-ci ildə mülkiyyətə verilmiş orderlə mülkiyyət hüquqları Q eydiyyat vəsiqəsi ilə əldə edildikdən inzibati orqan tərəfindən həmin mülkiyyətə yeni orderin verilməsi normativ hüquqi aktla tənzimlənmədiyi üçün) təsədüfən adı düşən və məhkəmənin mötəbər sübut hesab edərək Cavabdeh2 istifadə hüququ tanıdığına” dair dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması hüquqi nəticə etibarı ilə onun mübahisəli mənzildən istifadə hüququnu ehtiva etmir. Belə olan halda, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranması və mənzilə köçürülmə təl əbləri əsaslı deyildir.

25. Apellyasiya şikayətində qeyd edilən “Naxçıvan şəhər Məhkəməsinin 2(078)433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etdiyinə, eyni hüquqi sənədə görə müxtəlif məhkəmə aktları qəbul edilə bilməyəcəyinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-433/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə eyni hüquqi sənədlərə istinad edilsə də, fərqli qərarlar qəbul edildiyinə” dair göstərilən dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şikayətdə adıçəkilən digər məhkəmə qətnam əsi iş materiallarına əlavə edilməmiş, belə olan halda isə həmin tələbin ümumiyyətlə mövcudluğu, mövcud olduğu halda isə tələb üzrə əsasların və predmetin nədən ibarət olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilə bilməmişdir.

26. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının qaldırdığı digər iddia tələblərinin uğurlu olması yaşayış və istifadə hüquqlarının tanınması ilə birbaşa əlaqəli olduğundan və iddiaçının mübahisəli mənzilə yaşayış və istifadə hüquqlarının tanınması ilə bağlı tələbi təmin edilmədiyindən digər tələblərin də təmin olunması imkanları mümkünsüz hala gəlir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək (Vəkil ) qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul e dilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmundan əsaslandırılmışd və qeyd olunmuşdur ki, məhkəmə yanlış olaraq 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin “icarə”, “kirayə” hüquqları ilə bağlı normalarına istinad etmişdir. Naxçıvan şəhər Məhkəməsinin 2(078)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etməkdədir. Eyni hüquqi sənədə görə müxtəlif məhkəmə aktları qəbul edilə bilməz. Naxçıvan şəhər Məhkəməsinin 2(078)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi və həmin məhkəmənin 2(078)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində eyni hüquqi sənədlərə istinad edilsə də fərqli qərarlar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarəda r və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

32. Maddə

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

33. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Maddə

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmə k ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiy a məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı 2002-ci ildə ailə quraraq mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etmiş və sonra da ümumiyyətlə bu ünvanda yaşamamışdır. Qeyd olunan hal tərəflərin birinci instansiya məhkəməsindəki ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.

44. Belə olan halda iddianın təmin edilməməsi yuxarıda qeyd edilən hüquq normalarına uyğun olmuşdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. K assasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-133/2025 nömrəli 3 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar