Məhkəmə qərarları › İş №2(108)-133/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-133/2025

03.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-133/2025 03.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: mənzildən istifadə hüququnun tanınması) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə k öçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(078)-433/2025 nömrəli qətnaməsindən İddiaçı vəkil-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları, birinci instansiya məhkəməsində icraat 1. ünvan 3r İdarəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 1981-ci ildə ünvan 1 ünvanında anadan olub və qeydiyyatdadır. İddiaçı xx.xx.2002ci ildə nikah bağladıqdan sonra ünvan 1 ünvanında yaşamayıb.

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına orderi verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli, 247 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə dair 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli yeni order verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilən 05 dekabr 2008-ci il tarixli orderə əsasən onun və oğlu X3 qeyd edilən mənzilə dair sahiblik və istifadə hüquqları vardır. Həyat yoldaşı Bahadur Nadir oğlu ilə olan nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin vaxtdan istifadə hüququ olan evinə qayıtmaq istəyərkən atası və qardaşı X1 həyat yoldaşı Cavabdeh2 onun həmin evdə yaşamağına imkan vermir, maneələr yaradır. Halbuki o və oğlu 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli yeni orderə əsasən Cavabdeh2 kimi mənzildən istifadə hüququna malikdirlər. Bu səbəbdən də, həmin evdə yaşamaq onun da hüququdur. Mənzil 4 otaqdan ibarətdir. Hesab edir ki, onun yaşaması üçün 1 otaq ona və oğluna ayrılmalı, 1 otaq Cavabdeh2 və övladlarına, 1 otaq qardaşı X12, 1 otaq atasına və anasına ayrılmalıdır.

4. Cavabdeh2 17 fevral 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, ərizəsində qeyd etmişdir ki, 31 iyun 2006-cı ildə iddiaç ının qardaşı X17 ilə nikaha daxil olmaqla evlənib həmin evə gəlin köçmüşdür. Gəlin gələndə iddiaçı o mənzildə yaşamamışdır. O, 26 sentyabr 2002-cі ildə nikah qeydiyyatından keçməklə X13 ilə evlənib həmin mənzildən getmişdi. Həmin vaxtdan da İddiaçı mübahisəli mənzildə yaşamayıb, ailə qurub özünə daimi yaşayış yeri seçib. 29 oktyabr 2003-cü ildə oğlu X8 doğulub. İddiaçı və yaxud onun keçmiş əri X7 adlarına birgə nikahda olduqları müddətdə Naxçıvan şəhərində müxtəlif ünvanlarda yaşayış sahələri qeydiyyata alınıb. İndi isə formal olaraq nikahlarını pozdurublar, ancaq faktiki olaraq bir evdə yaşayıb təsərrüfatlarını birlikdə idarə edirlər. 2002-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahələr i altı ay saxlanılır. İddiaçı isə 23 ildir həmin mənzildən köçüb gedib. Qanunun tələbinə görə də o həmin mənzilin qeydiyyatından da çıxmalı idi. Çünki onun daimi yaşayış yeri var, 2002-ci ildən həmin mənzildən birdəfəlik çıxıb getmişdir. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(078)-433/2025 nömrəli qətnaməsi ilə iddianın əsassız olduğundan rədd edilməsi, ödənilən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İİİ. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

6. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderinin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh1 6 nəfərdən ibarət ailəsi ilə birlikdə Naxçıvan şə həri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzildə 2-ci blokda, 1-ci mərtəbədə 4 otaqdan ibarət 102.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Ailənin tərkibi həyat yoldaşı X4, oğlu X17, qızı İddiaçı, gəlini Cavabdeh2, nəvəsi X8 və nəvəsi X6 ibarətdir.

7. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 470078 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X8 29 oktyabr 2003-cü il tarixdə doğulmuşdur. Atası: X13, anası: İddiaçıdır.

8. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 434265 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X13 ilə İddiaçı arasında olan nikah tərəflərin 28 noyabr 2024-cü il tarixli birgə ərizəsinə əsasən 28 dekabr 2024-cü il tarixdə pozulmuşdur. 9. ünvan 3r İdarəsinin 7262 nömrəli, 18 aprel 2025- ci il tarixli arayışına əsasən, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2008-ci il tarixli, 668 nömrəli order verilmişdir. 1960-cı ildən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 10. ünvan 3r İdarəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 1981-ci ildə ünvan 1 ünvanında anadan olub və qeydiyyatdadır. xx.xx.2002-ci ildə nikah bağladıqdan sonra bu ünvanda yaşamayıb.

11. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04/817 nömrəli, 11 iyun 2025-ci il tarixli məktubuna əsasən, daşınmaz əmlakın dövlət reyestrində X7 və İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. İV. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

12. Məhkəmə İddiaçı münasibətdə mübahisənin həlli zamanı h ansı maddi hüquq normasının tətbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, hazırki iddia tələbi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsi tətbiq edilərək araşdırılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı sözügedən mənzildə ailə qurana qədər-yəni 2002-ci ilə qədər yaşamış və icarədarın ailə üzvü olaraq yaşayış və istifadə hüququna malik olmuşdur.

13. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2002-ci ildə ailə qurarkən başqa evə gəlin köçmüşdür və bu halda sözügedən mənzilə yaşayış və istifadə hüququnu itirmişdir. ünvan 3r İdarəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən İddiaçı 1981-ci ildə ünvan 1 ünvanında anadan olub və qeydiyyatdadır. Lakin xx.xx.2002-ci ildə nikah bağladıqdan sonra bu ünvanda yaşamayıb.

14. Məhkəmə iddiaçının 2002-ci ildə mübahisəli mənzildən köçüb getməsini mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirmiş, beləliklə, gəldiyini nəticəni belə əsaslandırmışdır ki, icarədarın ailə üzvü kimi iddiaçının yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal iddiaçının mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, 20 ildən artıq mənzildə yaşamayan, mənzildən istifadə etməyən iddiaçının həmin mənzilə yaşayış və istifadə hüququnun verilməsi, onun mənzilə köçürülməsi, həmin mənzildə yaşayan, mənzildən istifadə və yaşayış hüquqları mövcud olan digər şəxslərin-cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin iddiaç ının 20 ildən sonra nikahının pozulması onun yenidən mənzilə köçürülməsi üçün əsas təşkil etmir. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, iddiaçı övladı X11 ilə birlikdə mənzilə köçürülməsini xahiş etmiş, lakin ona verilən sualdan, eləcə də orderin surətindən, doğum haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, övladı 29 oktyabr 2003cü ildə doğulmuşdur. Yəni iddia qaldırılan zaman 22 yaşında olmuş, yetkinlik yaşına çatmışdır. Bu halda isə anası İddiaçı onu təmsil etmək üçün etibarnamə verməmiş, iddia ərizəsini imzalamamışdır. İddiaçı isə övladının adından təmsilçilik səlahiyyəti olmadığı halda iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. V. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı vəkil-nümayəndəsi Vəkil2 apelly asiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən 20 iyun 1982-ci il tarixində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzil verilmişdir. Qeyd edilən mənzilin mülkiyyətə verilməsi 20 iyun 1982-ci il tarixli Qeydiyyat Vəsiqəsi ilə rəmiləşdirilmişdir. İddiaçı 1981-ci ildə ünvan 1 ünvanında anadan olmuşdur. Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə dair order verilərkən orderdə adları qeyd edilən şəxslərdən biri İddiaçı olmuşdur. Həmin vaxtdan qeyd edilən mənzilə mülkiyyət hüquqları yaranmışdır. Binada aparılan təmir-tikinti işlərindən sonra yenidən sənədləşmə həyata keçirilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 05 dekabr 2008-ci il tarixli, 247 nömrəli Sərəncamı ilə Cavabdeh1 ailə üzvləri daxil (Cavabdeh1, X4, X17, İddiaçı, Cavabdeh2, X8, X14 - özü - həyat yoldaşı- oğlu - qızı- gəlini - nəvəsi - nəvəsi) Naxçıvan şəhəri Heydər Əliyev prospekti 13/15 nömrəli binanın ikinci blok, birinci mərtəbə, 4 otaqlı, 102,3 kvadratmetr sahəsi olan 12 nömrəli mənzillə təmin olunması qərara alınmışdır. Bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli order verilmişdir. Həmin orderlə də mülkiyyətçi İddiaçı hüquqları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Qasımova X16 şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilin mülkiyyə tçilərindən biridir. Onun mülkiyyət hüquqlarına və istifadə hüququna xitam verilməmişdir. X13 ilə İddiaçı arasında xx.xx.2002-ci ildə nikah müqaviləsi bağlanmış və 28 noyabr 2024-cü il tarixdə nikaha xitam verilmişdir. İddiaçı mülkiyyətçisi olduğu və istifadə hüququ olduğu Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə köçmək istəyir. Lakin Naxçıvan Şəhər Məhkəməsi 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderə istinad edərək Cavabdeh2 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə istifadə hüququnu tanıyaraq mənzilə köçürülməsi barədə 2(078)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir. Nəticədə mənzilə köçürülən Cavabdeh2 4 otaqdan 3-nü zəbt edərək əşyalarını yerləşdirmiş və Cavabdeh1, onun h əyat yoldaşı X2 və keçmiş həyat yoldaşı X15 1 otağa sığışdırdığından İddiaçı və övladı həmin mənzilə köçə bilmirlər. Naxçıvan Şəhər Məhkəməsinin eyni əsaslarla müxtəlif qətnamələr qəbul etməsi ciddi hüquq pozuntusu hesab edilməlidir. Belə ki, İddiaçı 1982-ci ildə verilmiş orderə və sonradan qanunvericiliyə zidd verilmiş 2008-ci il tarixli orderlər əsasında “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən (Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.) paylı mülkiyyətçi hüququnda olduğu halda məhkəmə həmin hüququ görməzdən gəlir. Lakin heç bir hüququ olmayan, sonralar bu mənzilə gəlin gələn, qanunvericiliyə zidd verilmiş orderə (1982-ci ildə mülkiyyətə verilmiş orderlə mülkiyyət hüquqları Qeydiyyat vəsiqəsi ilə əldə edildikdən inzibati orqan tərəfindən həmin mülkiyyətə yeni orderin verilməsi normativ hüquqi aktla tənzimlənmədiyi üçün) təsədüfən adı düşən və məhkəmə üçün mötəbər sübut hesab edərək Cavabdeh2 istifadə hüququ tanıyır (Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.?.... Hüquq u olmayanların iddiasının təmin edilməsi, hüquqi olanın iddiasının təmin edilmədiyi halda-?) Göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iddiaçının hüquqlarının pozulması, Cavabdeh2 maraqları naminə qəbul edildiyindən həmin qətnamə ləğv edilməli iddia təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etməkdədir. Eyni hüquqi sənədə görə müxtəlif məhkəmə aktları qəbul edilə bilməz. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə eyni hüquqi sənədlərə istinad edilsə də, fərqli qərarlar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən bütün halları tam araşdırmadığından işin bütün faktiki hallarına tam hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan heç bir hal müəyyən edilməmiş,əksinə iş üçün müəyyən edilmiş əhəmiyyətli hallara da yalnış qiymət vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, lakin iş üzrə iddiaçının vəkil-nümayəndəsi Vəkil2 kollegiyanın ünvanına ərizə ünvanlayaraq həmin tarix də müxtəlif məhkəmələrin icraatında işlərinin olduğunu, yolun uzaqlığını və Naxçıvana bilet problemlərinin mövcudluğunu nəzərə alaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və şikayətlərinin təmin olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Vİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası 18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət tox unulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; c) 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

20. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab ol unurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

22. Maddə

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

23. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış mənt əqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

24. Maddə

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı

25. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.” e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Mə cəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı 26. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. f) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı

27. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri nə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. g) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Madd ə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Vİİ. Apellyasiya baxışının hədləri

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli o lan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 1981-ci ildə ünvan 1 ünvanında anadan olub və hazırda da bu ünvanda qeydiyyatdadır. İddiaçı 2002-ci ildə ailə qurarkən başqa evə gəlin köçmüş, həmin vaxtdan mübahis əli fərdi yaşayış evini daimi olaraq tərk etmişdir. İddiaçının 29 oktyabr 2003-cü il tarixdə övladı X8 doğulmuş, X13 ilə İddiaçı arasında olan nikah tərəflərin 28 noyabr 2024-cü il tarixli birgə ərizəsinə əsasən 28 dekabr 2024-cü il tarixdə pozulmuşdur. İddiaçı boşandıqdan sonra atası evinə qayıtmaq istəmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 iyun 2025-ci il tarixli, 2(078)-433/2025 nömrəli qətnaməsi ilə iddianın əsassız olduğundan rədd edilməsi, ödənilən dövlət rüsumunun iddiaçıya aid edilm əsi qət edilmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. İşin hallarından göründüyü kimi, iddiaçı doğulduğu vaxtdan, yəni 1981-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22 8-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

43. Beləliklə, kollegiya İddiaçı münasibətdə mübahisənin həlli zamanı hansı maddi hüquq normasının tətbiq ediləcəyi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə hesab edir ki, hazırki iddia tələbinə düzgün olaraq qüvvədə olmayan Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsinin müddəaları tətbiq edilmişdir.

44. Yuxarıda göstərildiyi kimi, iddiaçı doğulduğu vaxtdan, yəni 1981-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından həmin evdən istifadə hüququ əldə etmişdir.

45. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmış olduğu təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ - həmin hüququn itirilibitirilməməsinin müəyyən edilməsidir.

46. Çünki, mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

47. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikd ə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə-bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə-bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə-orada olduğu bütün müddətdə; 7) həbs olunduqda-istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə-təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtard ığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

48. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab e dilir.

49. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun a ilə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

50. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, iddiaçı 2002-ci ildə ailə quraraq mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etmiş və sonra da ümumiyyətlə bu ünvanda yaşamamışdır. Qeyd olunan hal tərəflərin birinci instansiya məhkəməsindəki ifadələri ilə öz təsdiqini tapır.

51. Göründüyü kimi iddiaçı mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.

52. Digər tərəfdən isə kollegiya iddiaçının övladı X11 ilə birlikdə mənzilə köçürülməsinə münasibətdə qeyd edir ki, bu hala birinci instansiya məhkəməsi öz qətnaməsində düzgün qiymət vermiş, haqlı olaraq qeyd etmişdir ki, iddiaçının övladı X11 29 oktyabr 20 03-cü ildə doğulmuş, yəni iddia qaldırılan zaman 22 yaşında olmuş, yetkinlik yaşına çatmışdır. Bu halda isə anası İddiaçı onu təmsil etmək üçün etibarnamə verməmiş, iddia ərizəsini imzalamamışdır. İddiaçı isə övladının adından təmsilçilik səlahiyyəti olmadığı halda iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır.

53. İddiaçının vəkil-nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi “Naxçıvan Şəhər Məhkəməsinin eyni əsaslarla müxtəlif qətnamələr qəbul etməsinin ciddi hüquq pozuntusu hesab edilməli olduğuna, belə ki, İddiaçı 1982-ci ildə verilmiş orderə və sonradan qanunvericiliyə zidd verilmiş 2008-ci il tarixli orderlər əsasında “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən (Mənzillər (evlər), özəlləşdirilməs i üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.) paylı mülkiyyətçi hüququnda olduğu halda məhkəmənin həmin hüququ görməzdən gəldiyinə, lakin heç bir hüququ olmayan, sonralar bu mənzilə gəlin gələn, qanunvericiliyə zidd verilmiş orderə (1982-ci ildə mülkiyyətə verilmiş orderlə mülkiyyət hüquqları Qeydiyyat vəsiqəsi ilə əldə edildikdən inzibati orqan tərəfindən həmin mülkiyyətə yeni orderin verilməsi normativ hüquqi aktla tənzimlənmədiyi üçün) təsədüfən adı düşən və məhkəmənin mötəbər sübut hesab edərək Cavabdeh2 istifadə hüququ tanıdığına” dair də lillərə münasibətdə kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Göründüyü kimi iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması hüquqi nəticə etibarı ilə onun mübahisəli mənzildən istifadə hüququnu ehtiva etmir. Belə olan halda iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranması və mənzilə köçürülmə tələbləri əsaslı deyildir.

55. Apellyasiya şikayətində qeyd edilən “Naxçıvan şəhər Məhkəməsinin 2(078)433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etdiyinə, eyni hüquqi sənədə görə müxtəlif məhkəmə akt ları qəbul edilə bilməyəcəyinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-433/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə eyni hüquqi sənədlərə istinad edilsə də, fərqli qərarlar qəbul edildiyinə” dair göstərilən dəlillərə münasibətdə kollegiya apellyatorun diqqətinə çatıdırır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şikayətdə adıçəkilən digər məhkəmə qətnaməsi iş materiallarına əlavə edilməmiş, belə olan halda isə həmin tələbin ümumiyyətlə mövcudluğu, mövcud olduğu halda isə tələb üzrə əsasların və predmetin nədən ibarət olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilə bilməmişdir.

56. Kollegiya iddiaçı tərəfin diqqətinə çatıdırır ki, nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaldırdığı digər iddia tələblərinin uğurlu olması yaşayış və istifadə hüquqlarının tanınması ilə birbaşa əlaqəli olduğundan və iddiaçının mübahisəli mənzilə yaşayış və istifadə hüquqlarının tanınması ilə bağlı tələbi təmin edilmədiyindən digər tələblərin də təmin olunması imkanları mümkünsüz hala gəlir.

58. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

59. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparıl mış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı vəkil-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(078)-433/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar