Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3930/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki işi üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1098/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən veri lmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, üç otaqlı, ümumi sahəsi 199,5 kv.metr, o cümlədən yaşayış sahəsi 57,3 kv.metr olan fərdi yaşayış evi 27 avqust 2004-cü il tarixli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. Evin həyətyanı sahəsi 553 kv.m. təşkil edir.
2. Lənkəran Rayon Məhkəməsinin 2(049)-467/2020 nömrəli, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddi a tələbi qalan hissədə tələb mücərrəd olduğuna görə təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşaqdan və sanuzeldən maneəsiz istifadə etməyi barədə istifadə qaydalarının müəyyən edilməsi, cavabdehdən 60 manat ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş mediasiya xərcinin və 40 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi mövcud olmasına və həmin evə köçürülməyinə baxmayaraq, cavabdeh onun həmin evdə rahat yaşaması üçün lazımi şərait yaratmamışdır və o, da məcburiyyət qarşısında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə köcrülməsinə dair Lənkəran Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Həmin qətnamə ilə İddiaçı iddia tələbi həmin evdən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edi lmişdir. İddiaçı 6-7 ay onun üçün ayırdığı otaqda yaşadıqdan sonra Bakı şəhərinə işləməyə getmişdir. Sonradan İcra və Probasiya şöbəsinin təşəbbüsü ilə İddiaçı onu dəfələrlə məhkəməyə vermiş və hər dəfə məhkəmə birinci məhkəmənin qərarını qüvvədə saxlamışdır. Dəfələrlə o, icra məmurundan xahiş və tələb etmişdir ki, İddiaçı barədə məhkəmənin qərarını yerinə yetirsin. Onun təkidlərindən sonra 30 aprel 2024-cü il tarixdə onun evinə gəlib Zahirə üçün ayırdığı otağa baxış keçirilmiş və qeyd etmişdir ki, yaşamaq üçün normal şərait mövcuddur. İddiaçı məhkəməyə müraciət etmiş iddia ərizəsində qeyd etmişdir ki, onun üçün ayırdığı otağın qapısı qonşunun həyətinə açılır. Bu həqiqəti əks etdirmir. Belə ki, evin arxasında həyət boyu 2.9 metr enində həyətin uzununa doğru torpaq sahəsi iddiaçının istifad əsindədir. Bu evin texniki pasportunda da qeyd olunmuşdur. Qeyd edilən mübahisəi ev hazıradək onun xüsusi mülkiyyətindədir və o, həmin evdə yaşaması üçün İddiaçı hər bir şərait yaratmışdır. Zahirənin məqsədi evə köçmək deyil, onu şantaj etmək yolu ilə iyirmi min manat pul almaq istəyir.
6. İş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə küçə hissədən iki giriş qapısı mövcuddur. Bir giriş qapsından iddiaçı və onun ailə üzvləri, digər giriş qapısından iddiaçı istifadə edir. Fərdi yaşayış evi iki mərtəbəlidir. Fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən iki otaqdan ibarət hissə evin digər hissəsindən təcrid edilmiş formada iddiaçının istifadəsindədir. Həmin otaqlar həyətyanı sa hədən ayrıca giriş qapısı vardır və qarşısında həyətyanı sahə mövcuddur. İddiaçı qeyd edilən istifadəsində olan otaqlara daxil olmaq üçün küçədən həyətyanı sahəyə sərbəst, maneəsiz daxil olmaq və qeyd edilmiş otaqlardan sərbəst istifadə etmək imkanına malikdir. İddiaçının və cavabdehin istifadələrində olan həyətyanı torpaq sahələri bir-birindən təcrid edilmişdir. Həyətyanı sahədə sanitar qovşaq mövcuddur. Qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka dair tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” Texniki pasportunda “torpaq sahəsinin planı” hissəsində təsvir edilmiş sxemdən görünür ki, həmin fərdi yaşayış evində yerləşən iddiaçının istifadəsində olan otaqlara küçədən daxil olması üçün torpaq sahəsi mövcuddur. İddiaçının hazırkı iddia tələbində istifadəsinə verilməsi ni istədiyi hissə iş üzrə Cavabdeh və ailə üzvlərinin istifadəsində olan və küçədən həyətyanı sahəyə digər girişdən olan hissədə yerləşən yaşayış otağı və sanitar qovşaqdır.
7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)-1434/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddianın təmin edilməməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fərdi yaşayış evinin 1 otağının, həmçinin əsas və yardımçı sahələrin, həyətin ümumi girişinin və sanitar qovşağın iddiaçının istifadəsinə verilməsi tələbi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması və mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.4, 228.2 və 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarlarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzildən istifadə qaydalarının müəyyən edilməsi hüququ ilə bağlı mübahisə mövcuddur və eyni zamanda bu məsələ Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsindən göründüyü kimi həmin hissədə iddia tələbinin mücərrəd olması əsası ilə həll olunmamış qalmışdır.” Apellyasiya məhkəməsi tərəfindən işin obyektiv və tam araşdırılması barədə birinci instansiya məhkəməsinə göstərişlər verilsə də, məhkəmə tərəfindən həmin göstərişlər nəzərə alınmamışdır. Belə ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə, gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin və həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşağdan və sanuzeldən maneəsiz istifadə etməsinə dair istifadə qaydalarının müəyyən edilməsi barədə tələb irəli sürsə də, məhkəmə tərəfindən həmin iş üzrə verdiyi izahat və iddia tələbinin əsaslandığı hallara dair mülahizələri nəinki nəzərə alınmamışdır. Məhkəmə iclası zamanı hazırda köçürüldüyü evin otağının çıxışının qonşunun mülkiyyətində olan torpaq sahəsinə çıxdığını qeyd etsə də, məhkəmə tərəfindən buna qiymət verilməmiş, əksinə yerli baxış zamanı guya həmin çıxışın küçəyə olduğunu müəyyən edilmişdir. Sözügedən otaqların birbaşa küçəyə çıxışı kimi qeyd olunan və məhkəmənin yeri baxış zamanı müəyyən etdiyi yol əslində X1 mülkiyyətində yerləşən torpaq sahəsinə açılır və birbaşa onun həyətinə daxi olur. Lakin heç bir əsaslandırma aparılmadan izahatın bu hissəsi məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş və iddia rədd olunarkən həmin sübut nəzərə alınmamışdır. Əksinə, izahatın sübut kimi nəzərə almamasına baxmayaraq, cavabdeh tərəfin verdiyi və heç bir sübuta söykənməyən və məsuliyyətd ən yayınmaq üçün uydurma izahat əsas götürülmüş, lakin həmin izahatdakı əsaslı şübhələr nəzərə alınmamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1098/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
14. Bundan başqa, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini, Mülki Məcəllənin 18, 152.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 372, 385.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
16. Qətnamədən iddiaçı (Vəkil) kassa siya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək işin hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Prosessual Məcəllənin göstərişləri də pozmuşdur. Məhkəmə hər bir hala və sübuta nəzərə alıb-almamasından asılı olmayaraq qiymət verməli olduğu halda, sadəcə bir bədii cümlə yazmaqla guya işin hallarına qiymət vermək vəzifəsini bitmiş hesab etmişdir. Məhkəmə MPM-nin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozmuşdur. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
18. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlər də əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 158.4. Mülkiyyət çi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
28. Maddə 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin is tifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in. Kassasiya baxışının hədləri:
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1098/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.