Məhkəmə qərarları › İş №2(1-8)-541/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-541/2026

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-541/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları:

1. ##.##.2018-ci il tarixdə İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Bərdə Rayon Bitki Mühafizəsi Mərkəzinin Mobil Bitki Mühafizə Dəstəsinin sürücüsü vəzifəsinə işə qəbul edilmiş və müddətsiz əmək müqaviləsi bağlanmışdır.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin ##.##.2021-ci il tarixli, ***/k nömrəli əmrindən Çıxarışa əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rayon mərkəzlərinin yeni strukturunun təsdiq edilməsini nəzərə alaraq İddiaçı (xüsusi təyinatlı sürücü) ##.##.2021-ci il tarixdən tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilməsi əmr edilmişdir.

3. ** saylı əmək müqaviləsinə əsasən, ##.##.2021-ci il tarixdə İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Bərdə Regional Mərkəzində xüsusi təyinatlı sürücü vəzifəsinə işə qəbul edilmiş və 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-22-1-1/3-1- ***/**** saylı işdən kənar edilmə barədə əmrinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənar edilmişdir.

5. Xankəndi Şəhər Prokurorluğunun ##.##.2024-cü il tarixli qərarına əsasən İddiaçı barəsində AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-22-1-1/3-1- ***/**** saylı işdən kənar edilmə barədə əmrinə əsasən İddiaçı barəsində açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətinə ##.##.2025-ci il tarixdən bərpa edilməsi əmr edilmişdir. (##.##.2024-cü il tarixli, *-**-*-*/*-*-***/**** saylı əmr qüvvədən düşmüş hesab edilmişdir).

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin ##.##.2025-ci il tarixli, 3-22-1/3-1- ***/**** saylı əmrindən görünür ki, Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Bərdə Regional Mərkəzinin xüsusi təyinatlı avtomobil sürücüsü İddiaçı ## #### 2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya verilən cavab məktubundan görünür ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Müraciətdə qeyd edilən xüsusatlar araşdırılmış və əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkar edilməmişdir.

9. Bakı * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/*/****-***** saylı arayışından görünür ki, ##.##.2025-ci il tarixdə cavabdeh tərəfə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, ##.##.2025-ci il tarixə mediasiyanın keçirilməsi barədə məlumat göndərilsə də cavabdeh tərəf mediasiya prosessində iştirak etməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi, xüsusi təyinatlı sürücü işinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mediasiya xidmətinə görə ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədar 2ci dərəcəli ömürlük hərbi əlildir. ##.##.2018-ci ildən ##.##.2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 6 il 4 ay ərzində müddətli əmək müqaviləsi ilə Cavabdeh xüsusi təyinatlı sürücü işləyib. ##.##.2018-ci il tarixli əmək müqaviləsi 16 dəfə yenilənmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə iddiaçıya göndərilmiş ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Işdən çıxarılmasının əsas səbəblərini öyrənmək istəsə də, ona mərkəzin direktorunun şəxsi istəyi ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Lakin Bakı şəhərinə gələrək direktorla görüşmək istəsə də buna imkan olmamışdır. Hətta Mərkəzdən dəfələrlə əmək müqaviləsinə xitam verilməsi barədə əmri tələb etsə də əmr ona təqdim edilməmişdir. Işdən çıxarılması barədə əmrin əsassız olduğunu düşünərək AR Kənd Təsərrüfatı Nazirliyinə şikayət etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Bu səbəbdən də mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya təşkilatına müraciət etmişdir. Lakin mediasiya prosesi zamanı da barışıq əldə edilməmişdir. Iddiaçı işlədiyi 6 il 4 ay müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə yaxşı işinə görə həvəsləndirmə qaydasında mükafatlandırılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən 5 il ərzində fasiləsiz olaraq hər 3 aydan bir yenilənmiş əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilir. Bu halda əmək münasibətləri davamlı və daimi xarakter daşıdığından müddətsiz kimi qiymətləndirilməlidir.

12. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi nümayəndə1 iddia tələbini qəbul etmədiklərini bildirmiş və qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə müddəti başa çatdığı üçün qanunvericiliyin tələbi ilə xitam verilib. Iddiaçı ilə ilk müqavilə ##.##.2018-ci il tarixdə bağlanılıb. Həmin vaxt müəssisənin adı Respublika Bitki Mühafizə Mərkəzi idi. Daha sonra müəssisənin adı dəyişdirilərək Cavabdeh oldu və iddiaçı ilə yeni müqavilə bağlandı. Bağlanan müqavilə müddətli müqavilə olmaqla, sistem tərəfindən hər 3 aydan bir yenilənirdi. Sonuncu dəfə isə müddət başa çatdığı zaman müqavilə yenilənməmiş və iddiaçı işdən azad edilmişdir. Əlavə olaraq da iddia müddətinin ötürülməsinə dair verilmiş ərizənin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)- ****/**** saylı qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** saylı nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində əvvəlki vəzifəsinə - xüsusi təyinatlı sürücü vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən məcburi işburaxma müddəti üzrə ##.##.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzindən mediasiya müraciəti üçün ödənilmiş 60 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzindən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə ilk əmək müqaviləsi ##.##.2018-ci ildə müddətsiz bağlanmışdır. Daha sonra iddiaçı işdən azad edilmədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rayon mərkəzlərinin yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar hazırkı iş üzrə cavabdehlə ##.##.2021-ci il tarixdən tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilmiş və müddətli əmək müqaviləsi bağlanmışdır.

15. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Işin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.

16. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Işəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. Iradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (3 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. Iradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. Iradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Işəgötürənin müddətə (3 aya) münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (3 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (3 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz.

17. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. Işçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. Işəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir.

18. Göründüyü kimi iddiaçı ilə bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmədən ##.##.2021-ci il tarixdə tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilmiş və ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, ##.##.2018-ci il tarixli əmək müqaviləsinə ##.##.2021-ci il tarixdə dəyişiklik edilmiş və ##.##.2025-ci il tarixdə xitam verildiyindən, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə yeni müəssisədə (struktur dəyişikliyi nəzərə alınmaqla) işlədiyindən onun bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməlidir.

20. Belə olan halda məhkəmə qeyd etmişdir ki, Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə ##.##.2025-ci il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməlidir.

21. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.

22. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab edir ki, hazırkı işdə iddia müddəti tətbiq edilə bilməz.

23. Belə ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

24. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə işdən azad edilmişdir. Tərəflər arasında olan mübahisə əmək mübahisəsi olduğundan ilkin olaraq ##.##.2025-ci il tarixdə (əmrdən 13 gün sonra) mediasiyanın tətbiqi barədə təklifi göndərilmiş, daha sonra isə ##.##.2025-ci il tarixdə (1 aylıq müddəti ötürmədən) ilkin mediasiya təklifinə dair bildiriş göndərilmişdir.

25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə, 45-ci maddəsinin 1ci, 3-5ci hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 119.1 və 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsi ##.##.2021-ci il tarixli olmuş və həmin müqaviləyə ##.##.2025-ci il tarixində xitam verilərkən həmin müqavilə üzrə ümumi müddət 3 il 6 ay təşkil etmişdir. Əmək Məcəlləsinin 45ci maddəsinin tələbindən də göründüyü kimi, müddətli əmək müqaviləsi əmək müqaviləsinin növlərindən biridir. Maddənin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Binəqədi Rayon Məhkəməsi maddənin normasından kənara çıxaraq, daha öncə bağlanmış müqavilənin müddətini də hesaba almış və müddətin 5 ili keçdiyini iddia edərək iddiaçının işdən çıxarılmasının qanunsuz olduğu qənaətinə gəlmişdir. Halbuki qanunvericinin bu məsələdə mövqeyi aydın və birmənalıdır: Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, normada işçi ilə işəgötürən arasında əmək münasibətlərinin deyil, məhz əmək müqaviləsinin müddətindən bəhs olunur. Belə olan halda məhkəmə xitam tarixinədək qüvvədə olan əmək müqaviləsinin müddətini hesablamalı idi. Lakin məhkəmə nəinki sonuncu müqavilənin müddətini hesablamamış, hətta onun üzərinə tərəflər arasında daha öncə bağlanmış müddətsiz müqavilənin də müddətini gəlmişdir. Hərçənd ki, 45-ci maddənin 5-ci hissəsində müddətli əmək müqavilələrindən bəhs olunduğu açıq-aşkardır. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl o, bu barədə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, ##.##.2025-ci il tarixində - 13 gün öncədən məlumatlandırılmış, onunla bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə ##.##.2025-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Sözügedən bildirişlə eyni zamanda iddiaçıdan ona məxsus əmək kitabçasının cavabdehin müvafiq şöbəsindən götürülməsi xahiş edilmişdir. Işəgötürənin ##.##.2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən xitam verilmiş və sözügedən əmr Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Iş materiallarından da göründüyü kimi, iddiaçı sözügedən əmrdən xəbərdar olmuş və onun verilməsindən 15 gün (əmək müqaviləsinə xitam verilməsindən 13 gün) sonra mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş (iddia ərizəsində və qətnamədə qeyd olunanlara əsasən) və ##.##.2025-ci il tarixində (xitam əmrinin onun elektron informasiya sistemindəki şəxsi kabinetinə daxil edildiyi vaxtdan 1 ay sonra) ilkin mediasiya sessiyasında iştirak üçün müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən ##.##.2025-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və bu barədə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Sözügedən arayışı əldə etdikdən sonra iddiaçı tərəfindən 1 ay 8 gün sonra - ##.##.2025-ci il tarixində iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayeva və F.V.Abdıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

31. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi

32. (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.

33. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxarılan zaman həmin ərizədə göstərilən halların həqiqiliyini yoxlamaq istiqamətində zəruri addımlar atmamış, bu hissədə mövcud sübutlara səthi yanaşaraq işə mahiyyəti üzrə baxmış və iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Buna görə də qanunvericiliyin tələblərinə əsasən kollegiya ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab etmiş və bildirmişdir ki, iddia müddəti ötürüldüyü halda artıq iddianın mahiyyəti üzrə əsaslı olubolmamasının hansısa önəmi mövcud olmur.

34. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırkı iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?

35. Iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin ##.##.2025-ci il tarixli, 3-22-1/3-1- ***/**** saylı əmrindən görünür ki, Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Bərdə Regional Mərkəzinin xüsusi təyinatlı avtomobil sürücüsü İddiaçı ## #### 2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

36. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

37. Qanunvericilik normalarından aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi və bu müraciətdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mövcud idi. Lakin iş materiallarına əsasən müəyyən etmək olur ki, iddiaçı sözügedən 1 aylıq müddəti ötürmüşdür.

38. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, həmçinin iddiaçının özü tərəfindən də bildirildiyi kimi onun X1 Sistemində (ƏMAS) mövcud olan elektron kabinetinə əmək müqaviləsinə xitam verilməzdən əvvəl ##.##.2025-ci il tarixində bu barədə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq öncədən məlumatlandırılmış, onunla bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə ##.##.2025-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Sözügedən bildirişlə eyni zamanda iddiaçıdan ona məxsus əmək kitabçasının cavabdehin müvafiq şöbəsindən götürülməsi xahiş edilmişdir.

39. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Işsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli Qanuna əsasən Əmək Məcəlləsinin bir sıra normalarında, o cümlədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qaydaları nəzərdə tutan normalarda dəyişikliklər aparılmış və işəgötürənlə işçi arasında aparılan bir sıra yazışmaların və sənədləşmələrin ƏMAS vasitəsilə yaradılmış kabinet vasitəsilə həyata keçirilməsi təsbit edilmişdir. Belə ki, həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

40. Qanunvericiliyin də mənasından göründüyü kimi aparılan yeni dəyişikliklərə əsasən işçi onunla işəgötürən arasında baş verən hər bir yazışmanı onun ƏMAS-da yaradılan elektron kabineti vasitəsilə görə bilmək hüququna malikdir. Hazırkı işin hallarından da göründüyü kimi ##.##.2025-ci il tarixdə “Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş” tərtib olunmuş, həmin bildirişlə iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması və ##.##.2025-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə məlumatlandırılmış, həmin bildiriş iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Bu isə o deməkdir ki, iddiaçının ƏMAS vasitəsilə həmin bildirişlə tanış olmağa imkanı olmuş və tanış olmuşdur. Nəticədə o hüququnun pozulduğu barəsində ən azından həmin tarixdən xəbərdar olmuşdur və qanunvericilik üzrə sözügedən məzmunda dəyişikliyin aparılmasının da məqsədi işçilərin ən azı 1 həftə öncədən müvafiq dəyişikliklə bağlı məlumatlı olmasından ibarətdir.

41. Daha sonra işəgötürənin ##.##.2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən xitam verilmiş və sözügedən əmr də Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. ##.##.2025-ci il tarixində isə mediasiyanın tətbiqi barədə cavabdehə təklif göndərmiş və bununla da iddia müddətinin axımı dayanmışdır.

42. Kollegiya qeyd etmişdir ki, iddia müddətinin axımının həm ##.##.2025-ci il tarixdə “Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş”in iddiaçıya təqdim edilməsi ilə, həm də əmək müqaviləsinı xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin verilməsi ilə başlanması halı ayrı-ayrılıqda nəzərdə keçirilərsə, ilkin halda müddətin bitməsinə 2 gün, digər halda isə 16 gün qalmış müvafiq müraciətlər edilmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, mediasiya təşkilatı tərəfindən ##.##.2025-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və bu barədə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilsə də, iddiaçı tərəfindən yalnız 1 ay 8 gün sonra - ##.##.2025-ci il tarixində iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir.

43. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, iddia müddətinin axımının Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən, yaxud xitam barədə müvafiq əmrin əldə edilməsindən başlanmasından asılı olmayaraq iddiaçı tərəfindən mediasiya sessiyasının nəticəsi barədə arayışın əldə edilməsindən artıq 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilməsi ilə iddia müddətinin ötürülməsi işin mübahisəsiz halına çevrilmiş olur.

44. Bu halda məhkəmə tərəfindən müddətinin ötürülməsinin üzrlü olub-olmaması aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, sadəcə hüquqi savadsız olması əsas göstərilmiş, nəticədə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

45. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apelyasiya şikayəti təmin edilməlidir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci, 2-1-ci hissələrinə , 10cu maddəsinə , 42-ci maddəsinin 1-ci hissəsinə , 43-cü maddəsinin 1-ci hissəsinə , 44- ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68- ci maddəsinin 1-ci hissəsinə, 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83- cü maddəsinin 2-ci hissəsinə, 296- cı maddəsinin 2-ci , 3-cü və 6-cı hissələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiya) 3.2, 21.5, 32.1, 32.4.2, 35.1, 35.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

48. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2, 3, 6 və 7-ci hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Mediasiya təşkilatının sözügedən ##.##.2025-ci il tarixli arayışını əldə etdikdən cəmi 18 gün sonra cavabdehə qarşı “Müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair ## ### 2025-ci il tarixli iddia ərizəsi ilə ilk olaraq Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi ##.##.2025-ci il tarixdə Bərdə rayon Poçt şöbəsi vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilməsinin səbəbi isə cavabdehin rəsmi sənədlərində hüquqi ünvanını Bakı şəhəri Nərimanov rayonu kimi göstərməsi olmuşdur. Nərimanov Rayon Məhkəməsində İddiaçı iddia ərizəsi üzrə aparılan ilkin araşdırma zamanı cavabdehin hüquqi ünvanının Bakı şəhəri Binəqədi rayonu olduğu müəyyən olunmuşdur. Odur ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə İddiaçı iddia ərizəsi özünə qaytarılmış və ona ümumi əsaslarla yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Bundan sonra isə iddiaçı İddiaçı yenidən ümumi əsaslarla cavabdehə qarşı “Müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair” ##.##.2025ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə Nərimanov Rayon Məhkəməsinin qərardadının surətini və qərardadın ona göndərildiyi poçt zərfini də (qərardadın alınması tarixini təsdiq edən sübut kimi) əlavə etmişdir. Odur ki, Binəqədi rayon məhkəməsi İddiaçı üzürlü səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etməsini nəzərə alaraq iddiaçı İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini buraxılmamış hesab edərək onun iddia ərizəsini icraata qəbul edərək baxmış və son nəticədə də onun iddia tələbinin təmin olunmasına dair qanuni və əsaslı qətnamə çıxartmışdır. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsi kimi Bakı Apellyasiya Məhkəməsi də iddiaçı İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin tarixini onun iddia ərizəsini məhz Nərimanov Rayon Məhkəməsinə poçtla göndərdiyi ##.##.2025-ci il tarixdən hesablamalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi səhvən qanun pozuntusuna yol verərək onun iddia ərizəsinin Binəqədi rayon məhkəməsinə daxil olduğu ##.##.2025-ci il tarixini məhkəməyə ilk müraciət kimi əsas tutmuşdur. Beləliklə də mediasiya arayışının verildiyi ##.##.2025-ci ildən Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edildiyi ##.##.2025-ci il tarixinədək 1 ay 8 gün müddət keçməsini əsas götürməklə, apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq İddiaçı tərəfindən iddia müddəti pozulmaqla məhkəməyə müraciət edilməsi nəticəsinə gəlinmişdir.

50. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi iddiaçı İddiaçı Konstitusiya ilə təsbit edilmiş məhkəmə müdafiəsindən istifadə etmək hüququndan qəsdən məhrum etməyə yönəlmişdir. Odur ki, cavabdehin ayrıca ərizəsi olmadığı halda mübahisəyə iddia müddəti tətbiq edilmişdir.

51. Iddiaçının ilkin olaraq hazırkı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş olması üzürlü səbəbdən baş verməklə, hər bir halda məhz məhkəməyə müraciət etmiş olması, məhkəmə aidiyyatının pozulmasının iddia müddətinin axımına təsir etməməsi və iddiaçının yenidən ümumi əsaslarla Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi isə nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi cavabdehin apellyasiya şikayətinə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə münasibət bildirməklə baxırdısa, iddiaçı İddiaçı ilk olaraq Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsini Əmək Məcəlləsinin 296.6-cımaddəsində nəzərdə tutulmuş üzürlü səbəb - digər obyektiv hallarla bağlı səbəblərdən iddia müddətinin ötürülməsi kimi nəzərə almalı və bu barədə ona məhkəmə prosesinin gedişatında yazılı ərizə təqdim etmək hüququnu izah etməli idi. Çünki, iddiaçı işin apellyasiya baxışında hansı səbəbdən ilk olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini izahatı ilə də bildirmişdi.

52. Prosessual qanunvericilik ilk növbədə müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyin müəyyən olunmasını məhkəmənin üzərinə vəzifə kimi qoymuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi iddiaçı İddiaçı ilk olaraq hazırkı iddia tələbi ilə iddia müddətinin ötürmədən Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş olduğunu hər bir halda onun pozulmuş əmək hüququnu bərpa etmək üçün məhkəməyə iddia tələbi ilə müraciəti kimi qəbul edərək, müddətin məhz bu səbəbdən buraxılmasını Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş üzürlü səbəb-digər obyektiv hallarla bağlı səbəb hesab edərək müddətin bərpasına dair ərizə təqdim etmək hüququnu iddiaçı İddiaçı izah etməli idi. Həm də apellyasiya instansiyası məhkəməsi işə tam hüquqlu məhkəmə kimi baxdığı üçün buna səlahiyyətlidir. Lakin Bakı Apellyasiya Məhkəməsi bunları etməməklə MPM-nin 133.1-ci maddəsini pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz göndərərək təmin edilməməsini və və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (əmək müqaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada).

54. Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

55. Maddə 43.

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

56. Maddə 47.Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

57. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;

58. Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

59. Maddə 83.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

60. Maddə 296.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası).

61. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

62. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

63. Maddə 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda.

64. Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

65. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

66. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

75. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən, yaxud xitam barədə müvafiq əmrin əldə edilməsindən başlanmasından asılı olmayaraq iddiaçı tərəfindən mediasiya sessiyasının nəticəsi barədə arayışın əldə edilməsindən artıq 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilməsi ilə iddia müddətinin ötürülməsi işin mübahisəsiz halına çevrilmiş olur. Bu halda məhkəmə tərəfindən müddətinin ötürülməsinin üzrlü olub-olmaması aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, sadəcə hüquqi savadsız olması əsas göstərilmiş, nəticədə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apelyasiya şikayəti təmin edilməlidir.

82. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin ayrıca ərizəsi olmadığı halda mübahisəyə iddia müddəti tətbiq edildiyi barədə dəlili ilə razılaşmır. Belə ki, iş materialları ilə (iş v.105) cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi mövcudur.

83. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin iddiaçı İddiaçın ilk olaraq Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsini Əmək Məcəlləsinin 296.6-cımaddəsində nəzərdə tutulmuş üzürlü səbəb - digər obyektiv hallarla bağlı səbəblərdən iddia müddətinin ötürülməsi kimi nəzərə almalı və bu barədə ona məhkəmə prosesinin gedişatında yazılı ərizə təqdim etmək hüququnu izah etməli olması barədə dəlili ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarına əsasən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

84. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

85. Iddiaçı kassasiya kollegiyasına iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə ilə müraciət etmişdir.Məhkəmə kollegiyası bildirir ki, iş üzrə iddiaçı qeyd edilən xarakterli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi, lakin birinci instansiya məhkəməsinə belə müraciəti olmamışdır. Kollegiya onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

87. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar