Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-58/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi, sübutetmə yükü 11.02.2026 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2025-ci il tarixli, 2(106)-1168/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırki iş üzrə tərəflər arasında şi fahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. İddiaçı cavabdehin ona borclu olduğu 136.000 (bir yüz otuz altı min) manat məbləğində pulu tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddiaçıya 30.000 manat borcu olduğunu və onu da qaytardığını bildirir. İddiaçı tərəf cavabdehin ona 30000 manat pul ödəməsini inkar etmir, lakin borcun qalan hissəsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nadir oğlundan 136.000 (bir yüz otuz altı min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh i 2018-ci ildən tanıyır. Belə ki, cavabdeh kartof məhsulunun alqı-satqısı ilə məşğul olduğundan dəfələrlə Cəlilabad şəhərinə gələrək müxtəlif şəxslərdən kartof məhsulu alırdı. Həmin vaxtlarda cavabdehlə tanış olub və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Cavabdeh ona müraciət edərək aldığı kartof məhsullarının qablaşdırılması üçün ona kağız kartof paketi (kisə) lazım olduğunu bildirmişdir. O da həmin işlə məşğul olduğu üçün ona kağız kartof paketi (kisə) verməyə razılaşmışdır. 2023-cü ilin may-iyun ayları ərzində cavabdehə 1 ədədi 0,80 manat olmaqla 57.000 manatlıq kağız kartof paketini (kisə) yapışqan bantı (skoç) ilə birlikdə nisyə olaraq satmışdır. Cavabdeh aldığı həmin kağız kartof paketinin (kisə) və yapışqan bantın pulunu (skoç) iki ay müddətində ödəyəcəyini bildirmişd ir. Bundan başqa, cavabdeh Cəlilabad şəhərində müxtəlif şəxslərdən aldığı kartof məhsulunu Rusiya Federasiyasına satmaq üçün göndərirdi. 2023-cü ilin may-iyun ayları ərzində cavabdeh aldığı 480 ton kartof məhsulunu Rusiya Federasiyasına göndərmək istədiyini, lakin həmin kartof məhsulunu göndərmək üçün lazım olan gömrük rüsumunu ödəməyə pulunun olmadığını və gömrük rüsumunun ödənilməsi üçün lazım olan məbləğin verilməsində ona köməklik göstərməsini ondan xahiş etmişdir. Cavabdehlə səmimi münasibətləri olduğundan və ona etibar etdiyi üçün onunla razılaşaraq cavabdehin 24 TİR-da olan 480 ton kartof məhsulunun Rusiya Federasiyası göndərilməsi üçün lazım olan 54740 manat məbləğində gömrük rüsumu tərəfindən ödənilmişdir. Bundan başqa, cavabdehin İran İslam Respublikasından Rusiya Federasiyasına göndərdiyi tərəvəz məhsulları üçün 56.000 manat məbləğində gömrük rüsumu tərəfindən ödənilmişdir. Cəmi ödədiyi gömrük rüsumu 110740 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 30000 manatını ona ödəmiş, lakin 80740 manat ödənilməmiş gömrük rüsumu qalmışdır. Bunu təsdiq edəcək gömrük bəyannamələri də vardır ki, onları ərizəsinə əlavə etmişdir. Eyni zamanda cavabdehin xahişi üzərinə ödədiyi gömrük rüsumlarının pul vəsaitini iki ay müddətində ödəyəcəyini bildirsə də, bu günə kimi borclu olduğu ümumilikdə 136000 manat pulu ona qaytarmamışdır. O cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. 4.Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, onun iddiaçı ilə uzun illərdir ki, ticarət əlaqələri var. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, guya iddiaçı ona 57.000 manat dəyərində kağız kartof paketini və yapışqan bantı 1 ədədi 0.80 manat olmaqla 2023-cü ilin may-iyun (2 ay) aylarında verib. Bu da 71.250 ədəd kartof paketi edir. 2 ay ərzində 71.250 ədəd kartof paketini içi dolu kartofla bir şəxs tərəfindən Rusiya Federasiyasına aparıb satmaq qeyri-mümkündür. Bu azmış kimi hələ iddiaçı ona 57.000 manat borcu olduğu halda, heç bir qazanc əldə etmədən ona görə 110.740 manatda gömrük rüsumu ödəyib. Burdan da sübuta yetir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar yalandır. Əslində onun iddiaçıya kağız kartof paketinə və yapışqan bantına görə 30.000 manat borcu olub. Bu da 2023-cü ilin may-iyun ayında yaranan borc deyil. Çünki onun 1 sezona o qədər malı vurmağı üçün maddi dövriyyəsi yoxdur. Həmin 30.000 borc illərdən qalma hissə-hissə yığılan borclardır və o da həmin borcu qaytarmışdır. Çünki iddiaçı bu borca görə onu çox narahat etdiyindən onun borcunu qaytarmış və onunla daha ticarət əlaqəsinə girməmişdir. Bu hal səs qeyidlərində də öz əksini tapır ki, iddiaçı səs qeydlərinin birində ona bildirir: “Mənimlə daha alver etmirsən.” Onun pulu onda qalanda o, həmişə ticarəti onunla edirdi. Borcu vermək barədə onu sıxandan sonra borcu qaytarmış və onunla ticarət əlaqələrini kəsmişdir. Əslində iddiaçının elə bu iddianı qaldırmağının səbəbi də budur ki, onu borclandırsın və o da məcbur qalıb onunla ticari əlaqələrə girsin. Gömrük rüsumlarına münasibətdə isə onun əvəzinə iddiaçı heç bir gömrük rüsumu ödəməyib. İddiaçının məhkəməyə təqdim etdiyi gömrük bəyamnamələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixləri əhatə edir. Lakin iddiaçı iddiasında bildirir ki, bu borclar 2023-cü ilin may-iyun aylarında yaranıb. Bir sezona onun iddia ərizəsində göstərilən qədər malı Rusiya Federasiyasında qəbul edib satmağı mümkün deyil. İddia ərizəsində göstərilənlər hamısı yalandır, həqiqəti əks etdirmir. İddiaçı 100000 (yüz min) ABŞ dolları məbləğində borcu olmayıb. Bu borc 30000 (otuz min) manat olub və o, hazırda həmin borcu ödəmişdir. İddiaçı heç bir borcu yoxdur. O, iddiaçıya 2023-cü ilin ticarət sezonunda ona olan 30.000 manat borcu ödəyib bitirəcəyini bildirmişdir. Lakin ticarətdə ziyan etdiyindən İddiaçı olan 30.000 manat məbləğində borcunu qaytarmağı bir az gecikdirmişdir. İddia çı də ona olan borcunu qaytarmaqdan ötrü kriminal qüvvələrə müraciət etmiş və onların təkidi ilə görüşmüşlər. İddiaçı kriminal qüvvələrə müraciət edən vaxtdan sonra dəfələrlə İddiaçı zəng etsə də o, zənglərinə cavab verməyib. Təkcə bir dəfə kriminalların göstərişi ilə və onun kriminallara təkidi ilə ona olan borcu Kənan adlı şəxsə verməyi barədə ona səs yazısı göndərdi. Bu səs yazılarını, eyni zamanda kriminal şəxslərlə olan görüşmədəki səs yazılarını məhkəməyə təqdim etmişdir. Həmin görüşmədən bir müddət sonra onun biznes şəriki İddiaçı yaşadığı və Cəlilabad rayonunun digər kəndlərindən kartof məhsulu alaraq Rusiya və Ukrayna bazarlarına satmaq üçün aparmışdır. Məhsulu nisyə alıb satışından həyata keçirdikdən sonra onların pulunu qaytarmışdır. Hazırda Cavabdeh ona və digər təsərrüfat sahi blərinə borcu vardır. 2023-cü ilin aprel ayının 13-də Cavabdeh onun yaşadığı kəndə gəlib ondan Rusiya və Ukrayna bazarlarına satmaq üçün kartof məhsulu tapmasını xahiş etmişdir. O da Cavabdeh sifarişi ilə Maşlıq kəndindən təqribən aprel ayının 17-dən may ayının 15-dək 360000 (üç yüz altmış min) manat dəyərində kartofu onun üçün təşkil etmişdir. Eyni zamanda, Cavabdeh ondan Muğan kəndinə anbara getməsini, İddiaçı onun üçün kartof məhsulunu yığmaq üçün kisə və yapışqan bant götürməsini xahiş etmiş, o, həmin anbara getmiş və Cavabdeh telefonla Ə.Məmiyevə zəng edərək onun üçün kisə və yapışqan bant verməsini və öz adına nisyə yazılmasını xahiş etmişdir. Bundan sonra bir neçə dəfə “Qazel” markalı yük avtomobili ilə kisə və yapışqan bant onun yaşadığı həyətə daşınmışdır. Onun vasitəsilə İddiaçı nisyə alınmış kisə və yapışqan bantın təqribi qiyməti 32800 (otuz iki min səkkiz yüz) manat təşkil edir. İ.Kazımov rayonun başqa kəndlərindən də nisyə kartof aldığı üçün başqa şəxslər vasitəsilə də kisə və yapışqan bant almışdır. Lakin həmin kisə və yapışqan bantların nə qədər və hansı məbləğdə olmasından məlumatı yoxdur. 5.Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndələri Vəkil1 və Vəkil2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək bildirmişlər ki, cavabdehin iddiaçıya borclu olduğu 30000 manatı ödəməsi mübahisə olunmayan haldır. Belə ki, cavabdeh həmin borcu ödəsə də, qalan 136000 manatı ödəməmiş, məhkəməyə təqdim edilmiş maddi daşıyıcıda olan səsli mesajlarda iddiaçıya 100.000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Həmin səsli mesajlaşmalardan sonra cavabdeh 30000 manat ödəmiş, qalan pulu isə ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişlər. 6.Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməmiş, etirazın dəlillərini müdafiə edib onun məzmununa uyğun çıxış edərək qardaşı İqbal Kazımovun İddiaçı cəmi 30000 manat borcu olduğunu və həmin borcu ödədiyini qeyd edərək iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, qardaşı Cavabdeh iddiaçıya 100000 (yüz min) ABŞ dolları məbləğində olan borcunun etirafı barədə səs qeydinə münasibətdə bildirmişdir ki, qardaşı həmin səsli mesajı iddiaçının tərəfində olan müəyyən kriminal qüvvələrin təkidi və hədə-qorxusu ilə iddiaçıya göndərmişdir. Həmin halın araşdırılması üçün müvafiq ekspertiza təyin edilməsi barədə məhkəm əyə vəsatət təqdim etmişdir. Verilən suallara cavab olaraq, Elşən Kazımov qardaşının kriminal meyilli şəxslərin ona hədə-qorxu gəlməsinə baxmayaraq onlardan ehtiyat etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini göstərmişdir. 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Cavabdeh 2015-ci ildən tanıyır. Cavabdeh uzun illərdir onun TİR-da olan 480 ton kartof məhsulunun Rusiya Federasiyası göndərilməsi üçün lazım olan 54740 manat məbləğində gömrük rüsumu tərəfindən ödənilmişdir. Bundan başqa, cavabdehin İran İslam Respublikasından Rusiya Federasiyasına göndərdiyi tərəvəz məhsulları üçün 56000 manat məbləğində gömrük rüsumu tərəfindən ödənilmişdir. Cəmi ödədiyi g ömrük rüsumu 110740 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 30000 manatını ona ödəmiş, lakin 80740 manat ödənilməmiş gömrük rüsumu qalmışdır. Bunu təsdiq edəcək gömrük bəyamnamələri də vardır ki, onları ərizəsinə əlavə edir. Eyni zamanda cavabdehin xahişi üzərinə ödədiyi gömrük rüsumlarının pul vəsaitini iki ay müddətində ödəyəcəyini bildirsə də, bu günə kimi borclu olduğu ümumilikdə 136000 manat pulu ona qaytarmamışdır. O cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. 8.İş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3-16-16/2-4/15xx/xx/2025 nömrəli rəyinin nəticə hissəsindən qeyd edilmişd ir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun danışıq anında emosional və psixofizioloji vəziyyə nisbi ekstremallıq müşahidə olunmur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Eksper tizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı Cavabdeh məxsus danışıqlarda psixoloji təsir və təzyiq əlamətləri müəyyən olunmur. 9.Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia təmin edilmiş, Cavabdeh 136000 (bir yüz otuz altı min) manat məbləğində pul və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müə yyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan nisyə kisə və yapışqan bant almış və iddiaçı cavabdehin əvəzinə gömrük rüsumları ödəmişdir. Cavabdeh iddiaçıya cəmi 30000 manat borcu olduğunu və ödədiyini bildirmişdir. İddiaçı tərəf cavabdehin ona 30000 manat pul ödəməsini inkar etmir. Başqa sözlə, cavabdehin iddiaçıya 30000 manat pulu ödəməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh iddiaçıya 100000 (yüz min) ABŞ dolları borcu olması ilə bağlı iddiaçıya göndərdiyi səsli mesajı iddiaçının tərəfində olan müəyyən kriminal qüvvələrin təkidi və hədə-qorxusu ilə göndərdiyini bildirir. Bununla bağlı kriminal meylli şəxslərin ona hədə-qorxu gəlməsinə baxmayaraq onlardan ehtiyat etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini göstərir. Lakin həmin xüsusatlar cavabdehin vəsatəti əsasında təyin edilmiş komlpeks məhkəmə-psixoloji və məhkəməfonoskopik ekspertizasının rəyi ilə tam şəkildə təkzib edilmişdir.
12. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının tələbində qeyd etdikləri, şahid ifadəsi, cavabdehlə olan telefon danışıqları ilə öz təsdiqini tapmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 157.5, 1092, 1092.1,1092.1.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual normaların tələblərini pozmaqla qanunsuz nəticəyə varmışdır. Belə ki, məhkəmə nisyə alqı-satqı müqaviləsinin 57.000 manat məbləğində müəyyən edərkən mötəbər sübutlara istinad etməmişdir. Hazırkı işdə tərəflər arasında hər hansı yazılı müqavilə və həmin müqavilənin icrası şərtləri mövcud deyil. Bu cür yüksək məbləğli müqavilələr notarial qaydada təsdiqini tapmalı olduğu halda, hazırkı işdə hətta sadə yazılı formada da müqavilə mövcud deyil. Digər məqam ondan ibarətdir ki, məhkəmə bir-biri ilə uzlaşdırılmış sübutlara istinad etməmiş, səs yazılarını əsas götürmüşdür. Halbuki yekun nəticəyə gəlmək üçün məhkəməyə yetərli və mötəbər sübutlar təqdim edilməli idi. Bundan əlavə, məhkəmə aidiyyət qaydal arını da pozmuşdur. Belə ki, həm iddiaçı, həm də də cavabdeh ticarət əlaqələrində olmalarını izahatlarında və digər sənədlərdə bildirmişlər. Bu da hazırkı işin məhkəmə aidiyyətinin kommersiya məhkəməsinə aid olmasına dəlalət edir. Lakin məhkəmə işi öz icraatına götürmüş və bununla da məhkəmə aidiyyətini pozmuşdur.
16. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşının qardaşıdır. 2023-cü ilin yay aylarında İqbal ilə Lənkəran rayonunda yerləşən çay evində çay içən vaxt İqbala zəng olunmuş, zəng edən şəxsin kimliyi ona məlum olmamışdır. İqbal telefon ilə kənarda danışaraq, yenidən içəri daxil olmuş və İqbalın narahatlıq keçirdiyini hiss etmiş, sonuncudan səbəbini soruşduqda İqbal kriminal dairələrdən zəng edilərək borcunun olmas ını etiraf edən səs yazısı göndərilməsinin ondan tələb olunduğunu, təhdid edildiyini bildirmiş, o da bu barədə dərhal hüquq-mühafizə orqanlarına şikayət etməyi məsləhət görmüşdür.
17. Şivan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2025-ci il tarixli, 2(106)-1168/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Mirlətif Sadıqov-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Aytən Novruzova)
18. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iş materialarından göründüyü kimi, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Cavabdeh iddiaçıdan nisyə kisə və yapışqan bant almış və iddiaçı cavabdehin əvəzinə gömrük rüsumları ödəmişdir. Bununla bağlı tərəflərin mütləq şəkildə yazılı və ya notarial müqavilə bağlaması zəruri deyil. Cavabdeh iddiaçıya cəmi 30000 manat borcu olduğunu və həmin məbləği də ödədiyini bildirmişdir. İddiaçı tərəf cavabdehin ona 30000 manat pul ödəməsini inkar etmir. Başqa sözlə, cavabdehin iddiaçıya 30000 manat pulu ödəməsi işin mübahisə olunmayan halıdır. İddiaçı cavabdehin ona ümumilikdə 170.000 manata yaxın borcunun olduğunu və həmin məbləğdən 136000 manat borcun ödənilmədiyini göstərib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh isə iddiaçıya cəmi 30000 manat borcunun olduğunu və həmin məbləğin də ödənildiyini göstərir.
19. Məhkəmə tərkibi qeyd etmişdir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmişdir. Əksinə, cavabdeh iddiaçıya göndərdiyi səsli mesajda ona 100000 dollar borcunun olmasını etiraf edir. Cavabdeh həmin səsli mesajın kriminal dairələrin təsiri altında məcburən göndərildiyini göstərsə də, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3-16-16/2-4/15-xx/xx/2025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Eyni zamanda cavabdeh hədəqorxuya məruz qalması barədə hüquq-mühafizə orqan larına da şikayət etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir.
21. Bundan başqa, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşının qardaşıdır. 2023-cü ilin yay aylarında İqbal ilə Lənkəran rayonunda yerləşən çay evində çay içən vaxt İqbala zəng olunmuş, zəng edən şəxsin kimliyi ona məlum olmamışdır. İqbal telefon ilə kənarda danışaraq, yenidən içəri daxil olmuş və İqbalın narahatlıq keçirdiyini hiss etmiş, sonuncudan səbəbini soruşduqda İqbal kriminal dairələrdən zəng edilərək borcunun olmasını etiraf edən səs yazı sı göndərilməsinin ondan tələb olunduğunu, təhdid edildiyini bildirmiş, o da bu barədə dərhal hüquq-mühafizə orqanlarına şikayət etməyi məsləhət görmüşdür.
22. Məhkəmə kollegiyası şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə cavadehin təqdim etdiyi şahid qohumu olmaqla işdə maraqlı tərəfdir. Odur ki, həmin şəxsin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz.
23. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aidiyyət qaydalarını da pozduğunu qeyd etmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflərin fərdi sahibkar statusu yoxdur, onlar vergi ödəyicisi qismində qeydiyyata alınmamışlar. Ona görə də məhkəm ə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti pozulmamışdır və apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır.
25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 600.1, 600.2, 600.3, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin ed ilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi cavabadehin haqlı olduğunu təsdiq edən izahatlarını, eləcə də onun leyhinə izahat vermiş şahid Nazim Babayevin izahatını nəzərə almamış, cavabdehin etirazında qeyd etdiyi hüquqi və faktiki məsələləri düzgün dəyərləndirməmiş, işin faktiki halları ilə uzlaşmayan iddiaçının əsassız mövqeyini təsdiq edən sübutları (ziddiyyətli sübutları) isə əsas götürmüş, yekun nəticədə isə tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Bununla da ədalətsiz qətnamə qəbul etmiş və konstitusion normanın tələblərini pozmuşdur.
29. İddiaçı məhkəməyə nəinki yazılı formada əqdin bağlanmasını ehtiva edən sənədlərini, sübutlarını təqdim edə bilməmişdir, hətta şif ahi müqavilənin mövcudluğunu təsdiq edən sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Bir səs yazısının mövcudluğu böyük məbləğli alqı-satqı müqaviləsinin mövcudluğunu təsdiq edə bilməz. Belə ki, müqavilənin və müqavilə şərtlərinin mövcudluğunu təsdiq edən yazılı müqavilənin olmaması göstərilən normaya istinad etmək üçün məhkəməyə hüquqi baxımdan imkan vermir. Lakin məhkəmə Mülki Məcəllənin 600.1-ci maddəsini tətbiq etməklə maddi hüquq normasının pozulması ilə müşahidə olunan qətnamə qəbul etmişdir.
30. Məhkəmə düzgün maddi hüquq normasını tətbiq etməməklə qanunsuz nəticəyə varmışdır. Belə ki, göründüyü kimi qanunverici qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməməsi ilə bağlanılmış əqdi etibarsız hesab edir. İş materiallarından da görünür ki, tərəflərin arasında hər hansı əqd yoxdur, hər hansı müqavilə mövcud deyil. Məhkəmə belə bir müqavilənin mövcudluğunu təsdiq edən hər hansı sənədə istinad etmədiyi təqdirdə, cavabdehin borclu olduğunu ehtiva edən yekun qərar qəbul edərkən həmin maddənin imperativ tələblərini pozmuşdur. Müqavilənin mövcudluğunu köçürülmüş pul məbləğlərinin qəbzləri ilə əlaqələndirməyə çalışmış məhkəmə nəzərə almamışdır ki, həmin pulların cavabdehin sifarişi ilə ödənilməsini təsdiq edən sübutlar yoxdur. Ən əsas məqam isə ondan ibarətdir ki, məhkəmə müəyyən etməmişdir ki, iddiaçı nəyə görə vermiş olduğu pulların qaytarılmadığı təqdirdə cavabdehlə əməkdaşlığa davam etmişdir. Belə ki, müqavilə (yazılı müqavilə) yoxdur. İddiaçı iddiasını əsaslandırmalı və mövqeyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Bu istiqamətdə mötəbər sübu t qismində notarial qaydada tərtib olunmuş müqavilə olmalı idi. Hazırkı işdə isə bu mövcud deyil. Bundan əlavə iddiaçı qeyd edir ki, o cavabdehin sifarişi ilə 56 000 manat məbləğində gömrük rüsumu ödəmişdir. Əgər 56000 manat məbləğində gömrük rüsumu ödənilmişdirsə, onda bununla bağlı ödəniş qəbzləri məhkəməyə təqdim olunmalı idi. Qanunvericiliyin tələbinə görə tərəflər iddia etdiyi məqamları sübut etməlidir. Məhz həmin mövqeyə istinadən qeyd etmişdir ki, cavabdehin sifarişi ilə ödənilmiş olan 56000 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlər sübut qismində məhkəməyə verilməli idi. Lakin bunu etməmişdir, həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırdığı nüanslar isə nəzərə alınmamışdır.
31. Bundan başqa, iddiaçının əsassız şəkildə varlanmaq arzusun u məhkəmənin diqqətinə çatdırsalar da, məhkəmələr qətnamə qəbul edərkən həmin məsələyə də heç bir münasibət göstərməmişdir. Əslində iddiaçı əsassız şəkildə cavabdehin hesabına varlanmış olur. Məhkəmələr isə həmin halı düzgün qiymətləndirməməklə ədalətsiz nəticəyə varmışdır.
32. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə aidiyyət qaydalarını da pozmuşdur. Tərəflərin vergi qurumunda qeydiyyatda olmamasını əsas götürmüş məhkəm mübahisənin birbaşa sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmasını nəzərə almamış, iş üzrə faktiki və real halları bir kənara qoyub, rəsmi və forma qeydiyyatın olmamasını əsas götürmüşdür.
33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 329.1, 329.2, 329.3, 600.1, 1091-ci maddəsinin birinci və ikinci hissələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 372-ci maddələrinə, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla v ə ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə a yrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
40. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və sübutlara hüquqi qiymət verilməklə düzgün nəticəyə gəlinmişdir.
52. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
53. Məh kəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır.
54. Apellyasi instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərkibi qeyd etmişdir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmişdir. Əksinə, cavabdeh iddiaçıya göndərdiyi səsli mesajda ona 100000 dollar borcunun olmasını etiraf edir. Cavabdeh həmin səsli mesajın kriminal dairələrin təsiri alt ında məcburən göndərildiyini göstərsə də, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3-16-16/2-4/15xx/xx/2025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır.
55. Cavabdeh hər nə qədər tərəflərin arasında hər hansı əqdin olmamasına, hər hansı müqavilənin mövcud olmamasına istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materialarından göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı üzrə münasibətlər, həmin münasibətlər üzrə mal verilmiş və iddia olunan ödənişlər edilmişdir.
56. Kassasiya şikayətinin digər dəlili olan məhkəmə aidiyyətinin pozulmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin kommersiya mübahisəsi olmasını müəyyən edən hallar sübutlar mövcud dey il.
57. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Beləlik lə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2025-ci il tarixli, 2(106)-1168/2025 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.