Məhkəmə qərarları › İş №2(1-8)-583/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-583/2026

14.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-583/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaqytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində * nömrəli BTK-nin nəzdində, sahəsi 0,11 hektar təşkil edən ****/** nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər Icraiyyə Komitəsinin X14 və Istismarı Birliyi * nömrəli BTK-nin sədri tərəfindən verilmiş ** nömrəli, ## #### 1989-cu il tarixli orderə əsasən iddiaçının mərhum atası X4 ayrılmış və həmin vaxtdan etibarən onun qanuni sahibliyində və istifadəsində olmuş, sonuncunun ölümündən sonra onun vərəsəsi olan iddiaçı İddiaçı bağ sahəsinə faktiki sahibliyi həyata keçirməyə başlamışdır.

2. İddiaçı şikayət ərizəsi əsasında polis orqanlapında araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh məhkəmənin qərarı olmadan həmin torpaq sahəsinə daxildən baxışın keçirilməsinə etiraz etmiş və təhqiqat araşdırmasına verdiyi izahatında bildirmişdir ki, İddiaçı ona məxsus olmasını bildirdiyi torpaq sahəsi onun ata-baba torpaq sahəsidir. 30 il bundan əvvəl onun rəhmətə getmiş atası X1 qonşuluqda yerləşən torpaq sahəsinin sahibsiz olmasını hesab edərək, hasara almaqla ümumi torpaq sahəsinin ərazisinə daxil etmişdir. Bu müddət ərzində həmin torpaq sahəsinə rəhmətə getmiş atası və hal-hazırda isə özünün nəzarət etdiyini bildirmişdir. Lakin Cavabdeh mübahisə obyekti olan 0,11 ha torpaq sahəsinin onun ata-babasına məxsus olmasını bildirməklə kifayətlənərək, araşdırmaya heç bir hüquqi sənəd təqdim etməmişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, bu məsələ məhkəmə qaydasında həll edilməyənə qədər həmin torpaq sahəsini azad etməyəcəkdir. Həmin material üzrə cinayət işinin başlanması ##.##.2022-ci il tarixli qərarla rədd edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin # #### 2024-cü il tarixli məktubundan görünür ki, 1909-cu (1910) il təvəllüdlü X9 adına Bakı Şəhər Icra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində **** saylı bağ sahəsinin ayrılmasına dair sənəd, eləcə də cizgi aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhər Icraiyyə Komitəsinin 1957-ci il, */*** nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 303 (köhnə nömrə) saylı bağ sahəsi ## ###### 1969-cu il tarixli **** nömrəli müqavilə əsasında 1910-cu il təvəllüdlü Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. Icarədarın ## ####### 1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X1 adına keçirilmiş və onunla # ###### 1988-ci il tarixli **** nömrəli müqavilə bağlanılmışdır. ## ### 2002-ci il tarixdə isə icarədarın adına müqavilə müddəti artırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icraiyyə Komitəsinin X14 və X7 bağlar sahəsindəki * nömrəli kooperativinin ## #### 1989-cu il tarixli, ** nömrəli orderinə əsasən mərhum atası X4 Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağ ayrılmışdır. Atası ## ###### 2022-ci il tarixdə vəfat etmişdir. Atası sağlığında mütəmadi olaraq torpaq sahəsinə gedib-gəlmiş, sahəyə nəzarət etmişdir. Lakin 2000-ci ildən sonra atası dövlət işləri, elmi fəaliyyəti, daha sonra səhhəti ilə əlaqədar torpaq sahəsinə mütəmadi nəzarət edə bilməmişdir. Torpaq sahəsinə gedən zaman məlum olmuşdur ki, cavabdeh atasına məxsus torpaq sahəsini öz sahəsinə daxil edərək mişar daşları ilə hasara almışdır. Belə ki, atası torpaq sahəsinə mütəmadi gedib-gəldiyindən oranı mişar daşı ilə hasara aldırmamış, sadəcə yüngül konsturuksiya ilə çəpərə almışdır. Cavabdeh isə son illər nəzarətin olmamasından istifadə edərək, torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bununla bağlı Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə nümayəndəsi vasitəsi ilə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, adı çəkilən torpaq sahəsi ata-baba torpağıdır, mərhum atası X1 qonşuluqda yerləşən torpaq sahəsinin sahibsiz olmasını hesab edərək oranı hasara almış və ümumi torpaq sahəsinin ərazisinə daxil etmişdir. Hazırda isə torpaq sahəsinə özü nəzarət edir. Lakin cavabdeh izahatında qeyd etdiklərinə dair təhqiqata hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, eyni zamanda, məsələ məhkəmə qaydasında həll edilməyənə qədər torpaq sahəsini azad etməyəcəyini bildirmiş, torpaq sahəsinə baxış keçirilməsinə imkan verməmişdir. Göründüyü kimi, cavabdeh atasına ayrılmış torpaq sahəsini zəbt etmələrini etiraf etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində atasından miras qalmış əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, o, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququndan da məhrum olmuşdur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- **/*-**/**** nömrəli ##.##.2023-cü il tarixli rəyindən görünür ki, kənardan iddia olunan torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Iddiaçının nümayəndəsinin bildirdiyinə əsasən cavabdeh onların bağ sahəsini ümumi hasar daxilində öz bağ sahəsinə birləşdirərək istifadə edir (iddiaçını bağa buraxmır). Faktiki olaraq cavabdehin istifadəsində olan ümumi hasar daxilindəki torpaq sahəsinin bir hissəsi iddiaçının nümayəndəsinin kənardan iddia etdikləri sahə ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və * nömrəli BTK-nin bölgü sxeminə əsasən ****/** saylı bağ sahəsinin ərazisidir. Bağların bölgüsünə dair sxematik xəritəyə və * nömrəli BTK-nin bölgü sxeminə əsasən ****/** saylı bağ sahəsinin ərazisi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən ümumi hasar daxilində yerləşir

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində * nömrəli BTK-nin nəzdində sahəsi 0,11 hektar təşkil edən ****/** nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər Icraiyyə Komitəsinin X14 və Istismarı Birliyi * nömrəli BTK-nin sədri tərəfindən verilmiş ** nömrəli, ## #### 1989cu il tarixli orderə əsasən iddiaçının mərhum atası X4 ayrılmış, bağ sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni sahibliyində və istidadəsində olmuş, onun ölümündən sonra vərəsəsi olan iddiaçı bağ sahəsinə faktiki sahibliyi həyata keçirməyə başlamışdır. Lakin cavabdeh Cavabdeh həmin bağ sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun sahibliyində olan bağ sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bu səbəbdən iddia təmin edilməli, cavabdeh Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağ sahəsindən çıxarılmalı, həmin bağ sahəsi boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.8 və 158.2-ci, Torpaq Məcəlləsinin 66.1, 68, 93.1, 93.2 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1ci bəndinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 101.7, 103.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə sənəddə iddiaçının atasının adına olan torpağın bir hissəsindən cavabdehin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməməsi ilə müəyyən edilmişdir. Belə ki, iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması halının müəyyən edilməsindən asılıdır. Yəni məhkəmə ilk öncə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin atasının adına sənədləşdirilmiş torpaq sahəsi ilə faktiki olaraq yanaşı yerləşibyerləşməməsini,

12. əgər yerləşmişdirsə, buna dair sənədin mövcud olub-olmamasını, əgər vardırsa, bu sənədin qanuni olub-olmamasını araşdırmalı, bütün bu faktlar müəyyən edildikdən sonra iddiaçının iddia etdiyi zəbt etmə halının möcud olub-olmaması halına mövcud sübutlar əsasında qiymət verməli idi. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ## ####### 2022-ci il tarixli, ************ nömrəli məktubdan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən X8 qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Bakı şəhəri Icraiyyə Komitəsinin 1957-ci il, */*** nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 303 (köhnə) saylı bağ sahəsi ## ###### 1969-cu il tarixli, **** nömrəli müqavilə əsasında Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. Icarədarın ## ####### 1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X1 adına keçirilmiş və onunla ##.##.1988-ci il tarixli **** nömrəli müqavilə bağlanılmışdır. ## ### 2002-ci il tarixdə isə icarədarın adına müqavilə müddəti artırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin # #### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1909-cu (1910) il təvəllüdlü X9 adına Bakı Şəhər Icra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində **** saylı bağ sahəsinin ayrılmasına dair sənəd, eləcə də cizgi aşkar edilməmişdir. Göründüyü kimi, cavabdehə atasından, atasına isə babasından qalmış Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi 0,25 ha olmaqla tam qanuni sənədlərə əsasən 67 ilə yaxındır ki, sahiblik və istifadədədir. Ötən bu müddət ərzində həmin torpaq sahəsi ilə bağlı heç kimlə hər hansı mübahisəli bir hal yaşanmamışdır. O vaxta qədər ki, birdən-birə iddiaçı cavabdehdən müxtəlif orqanlara və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək. Sual olunur ki, ötən bu illər ərzində iddiaçının atasının adına sənədləşdirilməsi iddia olunan 0,11 ha torpaq sahəsi X1 adına olan torpaq sahəsi ilə qonşuluqda yerləşirdisə, əgər həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdirsə, niyə heç vaxt buna dair iddiaçının ailə üzvləri tərəfindən belə bir iddia olmamışdır? Bunun bir cavabı var: əsl reallıqda iddiaçının atasının adına sənədləşdirilmiş Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağ tamamilə başqa yerdə yerləşmiş, həmin torpaq sahəsi X1 adına olan torpaq sahəsi ilə qonşuluqda yerləşməmiş, iddiaçının atasının adına sənədləşdirilmiş Mərdəkan bağlar sahəsində * nömrəli BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** nömrəli bağın cizgisi olmadığı üçün iddiaçı torpaq sahəsinin cavabdehin istifadəsində olmasını öz mülahizəsinə əsasən sadəcə iddia etmişdir. Çünki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ## ####### 2022-ci il tarixli, ************ nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, */*** nömrəli qərarı ilə * nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha sahəsi olan ****/** saylı bağ sahəsinin ayrılmasına dair X13 verilmiş ** nömrəli order idarənin arxivində mövcuddur. Həmin order əsasında ayrılmış ****/** saylı bağ sahəsinə dair cizgi aşkar olunmamışdır. * nömrəli BTK-nin yerləşmə planı arxiv qovluğunda mövcuddur. Yəni qeyd olunan torpaq sahəsi ümumiyyətlə 1610 (yeni) saylı bağ sahəsi ilə qonşuluqda yerləşmir. Ona da diqqət yetirmək lazımdır ki, ****/** saylı bağ sahəsinin ölçüsü 0,11 ha, həmin ərazidə yerləşən ****/** saylı, ****/** saylı və ****/** saylı torpaq sahələri də 0,11 hadan ibarətdir. 1610 (yeni) saylı bağ sahəsi isə 0,25 ha olmaqla, onunla qonşuluqda yerləşən torpaq sahələri də eyni formada və ölçüdədir. Bir sualda yaranır ki, * nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha sahəsi olan ****/** saylı bağ sahəsi Bakı şəhər Icraiyyə Komitəsinin ## ######## 1988-ci il tarixli, */*** nömrəli qərarı ilə X13 verilmişdisə və həmin torpaq sahəsi # ###### 1988-ci il tarixli **** nömrəli müqavilə əsasında babasından cavabdehin atasının adına keçirilmiş torpaq sahəsi ilə qonşuluqda yerləşirdisə, nəyə görə cavabdehin və ailəsinin bu barədə heç bir məlumatı olmamışdır? Bütün bu qeyd olunanlardan aydın olur ki, cavabdehin atasının adına olan torpaq sahəsi ilə qonşuluqda yerləşməyən ****/** nömrəli bağ sahəsini öz adına sənədləşdirməyə çalışan iddiaçı həmin bağ sahəsinin yerləşmə yerini bilmədən və heç bir hüquqmüəyyənedici sənədlər və sxematik xəritə olmadan cavabdehə qarşı tamamilə əsassız bir iddia irəli sürmüşdür. Yəni bu iddia tələbi ilə iddiaçı məhkəmə vasitəsilə cavabdehin atasına məxsus olan torpaq sahəsini ****/** nömrəli bağ sahəsi kimi adlandırmağa nail olmağa, daha sonra isə məhkəmə qətnaməsində müəyyən edilmiş fakt kimi həmin torpaq sahəsinə çıxarış almağa çalışır. Iddiaçının məqsədi budur. Ola bilər ki, iddiaçı atasının adına sənədləşdirilmiş torpaq sahəsi əslində başqa şəxslər tərəfindən tutulub və ya sənədləşdirilərək əldə edilib, iddiaçı da həmin şəxslərdən torpağını ala bilmədiyi üçün cavabdehi gücsüz və çarəsiz hesab edərək, bu iddianı qaldırmışdır. X1 ## ###### 2009-cu il tarixdə ölmüş, həmin torpaq sahəsinə dair Cavabdeh vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilməmişdir. Bundan başqa, iddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin hansı ölçüdə hissəsinin həqiqətdə kim tərəfindən zəbt edilməsini müəyyən etmədən cavabdehin Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində * №-li BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan ****/** №-li bağ sahəsindən çıxarılması barədə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/**** nömrəli ##.##.2023-cü il tarixli rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir. Belə ki, qeyd edilən ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin yer quruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsaslanaraq verilmişdir. Hansı ki, həmin qərəzli və əsassız mütəxəssis rəyinin verilməsi üçün ödənişi də iddiaçı ödəmişdir. Yəni ekspert mübahisəli ərazidə heç bir araşdırma aparmamış, cavabdehin və aidiyyəti bütün şəxslərin baxışda iştirakını təmin etməmiş və hüquqmüəyyənedici sənədləri olan və cavabdehin atasına məxsus **** nömrəli bağ sahəsinə baxış belə keçirməmişdir. Həmçinin ekspert rəyi cavabdehin atasına məxsus olan plan və ölçü sənədinə əsasən deyil, iddiaçının nümayəndəsinin mülahizələrinə əsaslanan mütəxəssis rəyinə və elektron baza məlumatları əsasında verilmişdir. Halbuki ekspert rəyinə yalnız istinad edilməklə kifayətlənmək olmaz. Göründüyü kimi ekspert rəyi tam olmamaqla yanaşı, həm də mülahizə xarakterli mütəxəssis rəyinə əsasən verilmişdir. Bir halda ki, mütəxəssis məhkəməyə dəvət edilib dindirilməmişdir, eləcə də mütəxəssis öz rəyində iddiaçının mülahizəsinə əsasən (rəydə qeyd edilib ki, kənardan iddia olunan torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Iddiaçının nümayəndəsinin bildirdiyinə əsasən cavabdeh onların bağ sahəsini ümumi hasar daxilində öz bağ sahəsinə birləşdirərək istifadə edir (iddiaçını bağa buraxmır). Faktiki olaraq cavabdehin istifadəsində olan ümumi hasar daxilindəki torpaq sahəsinin bir hissəsi iddiaçının nümayəndəsinin kənardan iddia etdikləri sahə ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və * nömrəli BTK-nin bölgü sxeminə əsasən ****/** saylı bağ sahəsinin ərazisidir. Bağların bölgüsünə dair sxematik xəritəyə və * nömrəli BTKnin bölgü sxeminə əsasən ****/** saylı bağ sahəsinin ərazisi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən ümumi hasar daxilində yerləşir.) sonuncunun sahibliyində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd edib, eləcə də mütəxəssis rəyində **** nömrəli bağ sahəsinin sxematik xəritəsinə istinad edilməyib, belə olan halda cavabdehin iddiaçıya məxsus torpaq sahəsini tutması barədə gəlinən nəticə də heç bir halda əsaslı hesab edilə bilməz. Bu da onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi üzrə rəy verilərkən cavabdehin atasının adına olan torpaq sənədləri araşdırmadan kənarda qalıb. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan torpağın bir hissəsinin cavabdehin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz. Göründüyü kimi, ekspert rəyinə onun əsaslandığı mütəxəssis rəyi mübahisəli olsa da, birinci instansiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış, üstəlik cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsi və iclasın təxirə salınması barədə vəsatətini rədd edərkən də bunu əsaslandırmamışdır. Halbuki, təxirə salınması barədə vəsatətini rədd edərkən də bunu əsaslandırmamışdır. Halbuki cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmiş olsaydı təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verilmiş olacaqdı. Bundan əlavə ekspert rəyində iddiaçının sahibliyində olan torpaq sahəsinin hansı ölçüdə hissəsinin zəbt edildiyi qeyd edilməsə də, məhkəmə qətnamədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tam hissəsindən cavabdehin çıxarılmasını qət edib. Başqa sözlə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi halla nəticə uyğun olmamışdır. Məhkəmənin rəylə bağlı qətnamənin 5-ci səhifəsində əks edilən mövqeyinə (“Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür”) gəldikdə, bu mövqe istinad edilən ekspert rəyinin qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Çünki iddiaçının atasının adına sənədləşdirilmiş ****/** nömrəli bağ sahəsinin arxiv qovluğu tələb edilmədən, həmin torpaq sahəsinin əvvəlki sahibləri və harada yerləşməsi, qonşuluğunda hansı bağ sahələrinin olmasına dair sxematik xəritələr əldə edilmədən mümkün deyildi və ekspert rəyindəki ziddiyyətli məqamlar təyin edilmiş təkrar ekspertiza rəyi ilə həmin sənədlər əsasında aradan qaldırıla bilərdi. Həm də birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizada ekspert qarşısında iddiaçıya və cavabdehin atasına aid torpağın ölçülərinin müəyyən edilməsi barədə iş üçün əhəmiyyət kəsb edən sual qoyulmamışdı və həmin sual üzrə ekspert rəyi və iddiaçının torpaq sahəsinin hansı hissəsinin zəbt edilməsi barədə məlumat olmadan işdəki rəyin qeyd edilən formada qiymətləndirilməsi əsaslı sayıla bilməz. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və iddiaçıya heç bir aidiyyatı olmayan 0,25 ha torpaq sahəsi əvvəlcə 1909-cu (1910) il təvəllüdlü X9, sonuncunun ##.##.1977-ci il tarixdə vəfatından sonra isə X1 adına keçirilmiş və onunla # ###### 1988-ci il tarixli **** nömrəli müqavilə bağlanılmışdır. Eləcə də **** nömrəli müqavilə əsasında ayrılmış **** saylı bağ sahəsinə dair cizgilər, * nömrəli BTK-ya aid yerləşmə sxemi, həmçinin sxematik xəritədən çıxarış təqdim edilmişdir. X1 ## ###### 2009-cu il tarixdə ölmüş, həmin torpaq sahəsinə dair Cavabdeh vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilməmişdir. Məhkəmə işin bu halına diqqət yetirmədən və iş üzrə hərtərəfli araşdırma aparmadan Cavabdeh iddiaçının sahibliyində olan torpaq sahəsini zəbt etməsinə görə cavabdehlik daşıdığını müəyyən etmişdir. Halbuki qəbul edilmiş bu qətnamə ilə mərhum Həsənovun digər vərəsələrinin hüquqlarına toxunmaqla, onların işə cəlb edilməməsi nəticəsində çıxarılmış, iddia cavabdehlik daşımayan şəxsə qarşı irəli sürülmüşdür.

13. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 məhkəməyə elektron ərizə ünvanlayaraq qeyd etmişdir ki, X14 və Istismarı Birliyi tərəfindən ##.##.2002-ci il tarixli, **** nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X1 Mərdəkan qəsəbəsində ayrılmış **** nömrəli, 0,25 hektar sahədən ibarət bağ sahəsinin və 25,2 kvadrat metr sahədən ibarət 1 otaqlı bina verilmişdir. Lakin iddiaçı İddiaçı cavabdehə qarşı “Torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” ilə bağlı tamamilə əsassız iddia irəli sürmüşdür və məhkəmə vasitəsilə mərhum atasına məxsus olan torpaq sahəsinin bir hissəsini ****/** nömrəli bağ sahəsi kimi adlandırmağa nail olmağa, daha sonra isə məhkəmə qətnaməsində müəyyən edilmiş fakt kimi həmin torpaq sahəsinə çıxarış almağa çalışır. Iş materiallarından da göründüyü kimi, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdeh qismində yalnız bir vərəsə-Cavabdeh göstərilmiş, digər vərəsələr isə prosesdən kənarda qalmışlar. Fəqət bildirir ki, mərhum atası X1 ondan başqa vərəsələri də olmuşdur. Belə ki, anası X2, qardaşları X11 və X5 də mərhum atasının vərəsələri idilər. Miras əmlakına dair mübahisələrdə bütün vərəsələrin işdə iştirak etməsi vacibdir, çünki qəbul ediləcək məhkəmə qərarı onların hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Yalnız bir vərəsənin cavabdeh kimi göstərilməsi digər vərəsələrin subyektiv hüquqlarının, məhkəmədə müdafiə olunmaq hüququnun pozulması hesab olunur. Miras əmlakla bağlı hər bir vərəsənin payı və hüququ qorunmalıdır. Fəqət məhkəmə icraatı davam etdiyi dövrdə cavabdehin anası X2 və qardaşı X11 sağ olmasına baxmayaraq prosesə cəlb edilməmişdir. Cavabdehin nə anasının, nə qardaşının, nə də onların vərəsələrinin cavabdeh kimi işə cəlb edilməməsi birbaşa onların hüquqlarına toxunmuş, məhkəmə tərəfindən qanunsuz qərar qəbul edilməsinə səbəb olmuş və olacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

14. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 məhkəməyə elektron ərizə ünvanlayaraq qeyd etmişdir ki, X14 və Istismarı Birliyi tərəfindən ## ### 2002-ci il tarixli, **** nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X1 Mərdəkan qəsəbəsində ayrılmış **** nömrəli, 0,25 hektar sahədən ibarət bağ sahəsinin və 25,2 kvadrat metr sahədən ibarət 1 otaqlı bina verilmişdir. Lakin iddiaçı İddiaçı cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” ilə bağlı tamamilə əsassız iddia irəli sürmüşdür və məhkəmə vasitəsilə mərhum atasına məxsus olan torpaq sahəsinin bir hissəsini ****/** nömrəli bağ sahəsi kimi adlandırmağa nail olmağa, daha sonra isə məhkəmə qətnaməsində müəyyən edilmiş fakt kimi həmin torpaq sahəsinə çıxarış almağa çalışır. Iddiaçı iddia edir ki, guya sözügedən torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Əgər belə bir hal baş vermişdirsə, niyə iddiaçı tərəf 2024-cü ilə qədər heç bir tələb irəli sürməmişdir? Halbuki, sözügedən torpaq sahəsi cavabdehin ## ### 2002-ci ildə təqdim edilmişdir. 22 ilə yaxın müddətdir ki, iddiaçı İddiaçı tərəfindən bir dəfə də olsun həmin torpaq sahəsi mübahisələndirilməmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir. Lakin iddiaçı İddiaçı tərəfindən nəzərdə tutulan müddət ötürüldüyündən iddia irəli sürmə hüququnun məhdudlaşmasını qanunamüvafiq hesab edir. Belə olduğu təqdirdə şəxsin bu gün iddia müddətini ötürərək 10 ildən sonra iddia tələbi ilə bağlı müraciət etməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəaların düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salmanovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il və s. Qərarları). Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin 2(103)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən 1-ci suala (##.##.1969-cu il tarixli **** nömrəli müqavilə əsasında 1910-cu il təvəllüdlü Həsənov Güləhmədin sahibliyinə və istifadəsinə verilmiş **** saylı bağ sahəsinə dair ilkin torpaq ayırma sənədləri və planı (cizgisi) nəzərə alınmaqla, həmin torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə koordinatları müəyyən edilsin.) cavab olaraq qeyd edilmişdir ki, **** saylı bağ sahəsinə dair tərtib edilmiş sonuncu müqavilə 2002-ci ildə tərtib olunmuş, bağ sahəsinin sənəd üzrə sahəsi 0,25 ha qeyd olunub. Lakin arxiv qovluğunda bağ sahəsinə dair 2002-ci il tarixli cizgi (müqavilə bağlanan ilə dair cizgi) aşkar olunmadığından və bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki olaraq cavabdeh ümumi hasar daxilindəki bütün 0,363 hektar ərazinin ona aid olduğunu bildirir. Ümumi hasar daxilindəki ərazidə yaşayış evi (1 mərtəbəli/yarımzirzəmili) və köməkçi tikililər mövcuddur. Cavabdehin faktiki istifadəsində olan 0,363 hektar ümumi hasar daxilindəki ərazinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur.

17. 2-ci suala (Bakı şəhər Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli */*** nömrəli qərarına əsasən X4 ayrılmış Mərdəkan bağlar sahəsində * nömrəli BTK-nın nəzdində sahəsi 0,11 hektar təşkil edən ****/** nömrəli bağ sahəsinin ilkin torpaq ayırma sənədləri və planı (cizgisi) nəzərə alınmaqla, koordinatları müəyyən edilsin.) cavab olaraq qeyd edilmişdir ki, qeyd olunan ****/** saylı bağ sahəsinə dair arxiv cizgisi aşkar edilmədiyindən bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki olaraq iddiaçı sözügedən ümumi 0,363 ha ərazinin şərq tərəfindəki 0,11 hektar hissəsinə ****/** saylı bağ sənədi ilə iddia edir. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və * nömrəli BTK-nın bölgü sxeminə əsasən ****/** saylı bağ sahəsinin ərazisidir. Iddiaçının faktiki 0,363 hektar ümumi hasar daxilində iddia etdiyi 0,11 hektar sahənin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur.

18. 3-cü suala (hər iki bağ sahəsinin koordinatları ilkin torpaq ayırma sənədləri və planı (cizgisi) nəzərə alınmaqla üst-üstə düşüb-düşməməsi müəyyən edilsin.) cavab olaraq qeyd edilmişdir ki, koordinatları dəqiq təyin etmək mümkün olmadığından qeyd olunan sualı dəqiq cavablandırmaq mümkün olmadı. Faktiki olaraq iddiaçının iddia etdiyi 0,11 ha torpaq sahəsi ilə cavabdehin faktiki istifadə etdiyi ümumi 0,363 ha torpaq sahəsi üst-üstə düşür.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehin özünə aid edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində * nömrəli BTK-nin nəzdində sahəsi 0,11 hektar təşkil edən ****/** nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər Icraiyyə Komitəsinin X14 və Istismarı Birliyi * nömrəli BTK-nin sədri tərəfindən verilmiş ** nömrəli, ## #### 1989-cu il tarixli orderə əsasən iddiaçının mərhum atası X4 ayrılmış, bağ sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni sahibliyində və istidadəsində olmuş, sonuncunun ölümündən sonra onun vərəsəsi-iddiaçı bağ sahəsinə faktiki sahibliyi həyata keçirməyə başlamışdır. Lakin cavabdeh Cavabdeh həmin bağ sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla onun sahibliyində olan bağ sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Odur ki, iddiaçı zəbt edilmiş torpaq sahəsinin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

21. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının tələbi mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması olduğundan hazırkı mübahisəyə iddia müddəti şamil edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

22. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizədə cavabdeh qismində yalnız bir vərəsə - Cavabdeh göstərildiyini mərhum atası X1 ondan başqa da vərəsələri olduğunu, lakin digər vərəsələrin cavabdeh qismində cəlb edilmədiyini bildirsə də, hazırkı iş üzrə qanuni əsaslarla iddiaçının sahibliyində olan bağ sahəsinin məhz cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 51.3cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Iş materiallarından görünür ki, başqa cavabdehlərin işə cəlb edilməsi üçün qeyd olunan normada nəzərdə tutulmuş hallar öz əksini tapmamışdır.

23. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmışdır ki, iddia üzrə müddətinin ötürülməsi məsələsinə məhkəmə biganə yanaşmışdır. Həmçinin, hazırkı iş üzrə o, mübahisəyə cavab verən şəxs kimi qeyd edilmişdir, lakin mərhum valideyinlərinin varisi tək o deyil və buna dair sənədlər təqdim edilmişdir. Eyni zamanda hazırkı iş üzrə mərhum valideyinlərindən qalan torpaq sahəsi üzrə mirasın qəbulundan imtina edilmiş və Bakı Inzibati Məhkəməsində hüququ tanınmamışdır. Iddianın ona qarşı yönəlməsi subyektiv huquq məsələsi ilə tənzimlənir. Subyekltiv hüquq dedikdə həmin iddiaya cavab verməyə imkan verən hüquqa malik olan şəxs başa düşülür. Lakin hazırda bununla bağlı onun hər hansı bir hüququ qanunla müəyyən edilməmişdir. Iddiaçı unudulmuş bağ sahəsi üzrə yeni bir sənəd əldə etmiş və hazırkı bağın onların bağ ərazisi olduğunu iddia etməkdir. Əgər onların torpaq sahəsində hər hansı bir qanuni və ya qanunsuz torpaq varsa, o demək deyildir ki, bu, iddiaçının iddia etdiyi torpaq və ya bağ sahəsidir. Bağların sxematik yerləşmə planına diqqət yetirilsə görünər ki, orada yerləşmə planı üzrə onların bağ sahəsi və iddia olunan bağ sahəsi ayrı-ayrı yerləşmə yerindədir. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsası olmayan, möhürlə təsdiq edilməyən bir kağız parçasına əsaslanaraq bağların bölgü sxemi kimi qəbul edərək iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13 (İ və III hissələr). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin III hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

28. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. Maddə 158.2 əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

35. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. Maddə 93. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.

37. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə

39. Bənd 1. Vətəndaşın qanuni istifadəsində və icarəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar