Məhkəmə qərarları › İş №2(1-8)-677/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-677/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-677/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh ## #### 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi, “xxxx” MMC-ə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “Volvo” FMX“ markalı nəqliyyat vasitəsini idarə edərkən Füzuli şəhəri ərazisinə çatmamış yolda 99-PR270 dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” minik markalı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində **-PR- *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 17.700 (on yeddi min yeddi yüz) manat həcmində qiymətləndirilməklə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN dövlət rüsumunun və 0,72 xidmət haqqının iddiaçı İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən ##.##.2023cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Iş materiallarına əlavə edilmiş *********** nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və ****** saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 4300 AZN, sığorta dəyəri 42000 AZN olaraq müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş iş kartına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olmuşdur. Qeyd olunan normanın məzmunundan da aydın olur ki, avtomobilin 75%-dən çox hissəsinin məhv olması həmin nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə bərpa etməyi mümkünsüz edir. Buna görə də nəqliyyat vasitəsindən qalan qalıqların qiyməti, azadolma məbləği avtomobilin dəyərindən çıxılmaqla, qalan məbləğdə sığorta ödənişi zərərçəkənə ödənilir. Hazırki iş üzrə sığorta dəyəri 42000 AZN-dən azadolma məbləği 4300 AZN və 20000 AZN qalıq dəyəri çıxılmaqla qalan sığorta ödənişi məbləği 17700 AZN olmuşdur. Iş materiallarında olan “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolundan görünür ki, avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. Zərərçəkən sığortalı “X2 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli ***** saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X2 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. ##.##.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, cavabdeh Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X1 hər ikisi IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. ISB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, cavabdeh Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman “xxxx” SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022,73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977,30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) pul Cavabdeh iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

4. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, yol-nəqliyyat hadisəsi baş verən zaman “xxxx” MMC-də sürücü vəzifəsində işləmişdir. Tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə “xxxx” MMC-nin mülkiyyətində olmuş və avtomobili etibarnamə ilə idarə etmişdir. Bu səbəbdən hesab edir ki, həmin məbləğ “xxxx” MMC-dən tutulmalıdır. Çünki onun həmin məbləği ödəməyə imkanı yoxdur. Həmçinin hadisə nəticəsində “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam sıradan çıxması barədə dedikləri düzgün deyildir. Məhkəməyə təqdim etdiyi sənədlərlə də görünür ki, “Mitsubishi L200” markalı avtomobil o qədər ciddi zərər görməmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yol-nəqliyyat hadisəsini törədən Cavabdeh ##.##.2021-ci il tarixdən “xxxx” LTD MMC-də sürücü vəzifəsində çalışmış, əmək müqaviləsinə isə ##.##.2023-cü il tarixdə öz ərizəsi ilə xitam verilmişdir. Hadisə ##.##.2023-cü il tarixdə baş verdiyindən, həmin vaxt cavabdeh MMC ilə əmək münasibətlərində olmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, Konstitusiya məhkəməsinin də qərarından göründüyü kimi, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh vurduğu zərəri sonuncunun əmək münasibətlərində olduğu “xxxx” LTD MMC-dən tələb etmək hüququ vardır. Hal-hazırda dəymiş maddi ziyanın işçi Cavabdeh tələb edilməsi qanunsuz olmuşdur. Buna görə də sığorta şirkətinin işçiyə qarış subroqasiya hüququ yarana bilməz.

8. Məhkəmə bildirmişdir ki, işçinin hərəkəti ilə işəgötürənin fəaliyyəti arasında nəzarət, funksional bağlılıq və səbəbli əlaqə mövcud olmalıdır. Həmçinin zərərin işçinin əmək funksiyalarının icrası zamanı və işəgötürənin fəaliyyət dairəsi çərçivəsində baş verməsi müəyyən edilməlidir. Hazırkı işdə Cavabdeh hadisə zamanı “xxxx” LTD MMC-də sürücü kimi fəaliyyət göstərmiş və zərər onun əmək vəzifələrinin icrası ilə bağlı yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, subroqasiya tələbi işçiyə deyil, işəgötürənə qarşı yönəlməlidir.

9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən Cavabdeh vurduğu zərərin sığorta şirkətinin xeyrinə ödənilməsi halında işəgötürənin həmin ödənilmiş məbləğ həcmində işçiyə qarşı reqres (geriyə tələb) hüququ yaranır.

10. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçıya məhkəmə zamanı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf bundan imtina edərək cavabdehin əsl cavabdehlə (“xxxx” MMC) əvəz edilməsinə razılıq verməmişdir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099, 1099.1, 1099.2, 1108, 1108.1, 1108.2 və 1108.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı apelyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.89 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı İddiaçısığorta ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, cavabdeh Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X1 hər ikisi IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. ISB-dən (icbari sığorta bürosu) çıxarışa əsasən, cavabdeh Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman “xxxx” SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022.73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977.30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN (altımin doqquz yüz yetmiş yeddi manat otuz qəpik) pul Cavabdeh iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsi, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsi, cavabdeh Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN (səksən doqquz manat yetmiş səkkiz qəpik) dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.89 AZN (qırx dörd manat səksən doqquz qəpik) dövlət rüsumu və 0,72 (yetmiş iki qəpik) xidmət haqqının tutulub iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə verilməsi qət etmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ##.##.2021-ci il tarixdə HYPERLINK "https://xxxx.az/?utm_source=chatgpt.com"“xxxx” MMCdə sürücü vəzifəsinə qəbul edilmişdir. Şirkətin ##.##.2022-ci il tarixli etibarnaməsinə əsasən, “VOLVO FMX” markalı ** JA *** dövlət qeydiyyat nişanlı və digər nəqliyyat vasitələrinin idarə edilməsi ona həvalə olunmuşdur. Iş materialları və cavabdehin izahatları ilə Cavabdeh zərər vurduğu təsdiq olunmuş, zərərin qarşısıalınmaz qüvvə və ya zərərçəkənin qəsdi nəticəsində yarandığı isə sübuta yetirilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri, onun məbləğini və edilmiş ödənişləri mübahisələndirməmiş, apellyasiya şikayətinə də etiraz verməmişdir.

17. Kollegiya bildirmişdir ki, mülki hüquqda bəzi hallarda təqsir olmadan da məsuliyyət yarana bilər. Belə ki, qanunla təqsir olmadıqda belə zərərin ödənilməsi nəzərdə tutula bilər. Bu zaman şəxs əmələ görə deyil, yaranmış zərərə görə məsuliyyət daşıyır. Belə hallardan biri işəgötürənin işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyətidir.

18. Kollegiya həmçinin qeyd etmişdir ki, işəgötürən işçisinin əmək vəzifələrini yerinə yetirərkən vurduğu zərərin əvəzini ödəməlidir. Bundan əlavə,işçi həm əmək müqaviləsi, həm də müəyyən şərtlərlə mülki hüquq müqaviləsi əsasında çalışan fiziki şəxs hesab edilir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. Məhkəmə bildirmişdir ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırki iş üzrə zərərçəkən işçiyə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Məhkəmə qeyd etmişdir ki, qanunverici işəgötürənin iqtisadi baxımdan işçidən üstün mövqedə olmasını və zərərçəkənlərin hüquqlarının daha tez qorunmasını nəzərə alaraq, işçinin vurduğu zərərə görə işəgötürənin mülki məsuliyyət daşımasını məqsədəuyğun hesab etmişdir. Lakin bu, işçinin məsuliyyətini istisna etmir. Delikt törədən şəxs də məsuliyyət daşıyır. Buna görə zərərin ödənilməsi tələbi işəgötürənə, işçiyə və ya hər ikisinə qarşı irəli sürülə bilər.

21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.2, 1108.3, 1114.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa, Icbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, şikayətin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilib, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə vəzifələrini yerinə yetirərkən nəqliyyat vasitəsini idarə edən işçinin vurduğu zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcələsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Konstitusiya məhkəməsinin də qərarından göründüyü kimi, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh vurduğu zərəri sonuncunun əmək münasibətlərində olduğu “xxxx” LTD MMC-dən tələb etmək hüququ vardır. Hal-hazırda dəymiş maddi ziyanın işçi Cavabdeh tələb edilməsi qanunsuz olmuşdur. Buna görə də sığorta şirkətinin işçiyə qarşı subroqasiya hüququ yarana bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü maddəsinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni olmasını müəyyən edən əsas məsələ qətnamənin mötəbər sübutlarla təsdiq edilməli olmasıdır. Hazırkı işdə isə qətnamə mötəbər sübutlarla təsdiq edilməmişdir. Cavabdeh, “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə razılaşmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən ümumiyyətlə iddia tələbi qəbul edilməmiş, apellyasiya instansiyası məhkəməsi zamanı isə cavabdehin nümayəndəsi avtomobilə dəymiş zərərlə də razı olmadığını bildirmiş və ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi 3 baxış iclası keçirsə də, əsassız olaraq ekspert rəyi almamışdır. Nəticədə məhkəmə iddiaçının maraqlarına xidmət edən ziyan aktını əsas tutaraq qətnamə qəbul etmişdir. Kassator isə “xxxx” MMC tərəfindən təqdim edilmiş iş kartının iddiaçının maraqlarına xidmət etdiyinə görə mötəbər sübut kimi nəzərə almış və hesab etmişdir ki, qətnamə mötəbər sübutlarla təsdiq edilməmişdir.

24. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 97.1, 217.4-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən sübut kimi “xxxx” MMC tərəfindən təqdim edilmiş iş kartı göstərilmişdir. Lakin həmin sübutun qanuni və əsaslı olması məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Heç ekspertiza olmadan da, adi bir şəxs iş materiallarındakı şəkillərə baxmaqla avtomobilin 75 faiz məhvinin mümkün olmadığını müəyyən edə bilərdi. Nəticə etibarı ilə “xxxx” MMC tərəfindən təqdim edilmiş iş kartını məhkəmə sübut kimi qəbul etmiş, həmin sübuta əsaslanaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) olmaması barədə sübutlar kassator tərəfindən ancaq ekspert rəyi ilə təqdim edilə bilərdi. Qəbələ Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən ekspert rəyi alınmadığından kassator məhkəməyə əlavə sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin ekspert rəyi almadan qətnamə qəbul etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində ekspertiza keçirilməsi barədə vəsatətin verilməməsinə səbəb iddia tələbinin qəbul edilməməsi olmuşdur. Lakin Şəki Apellyasiya Məhkəməsində isə məhkəmə 1-ci və 2-ci məhkəmə iclaslarında deyil, məhz 3-cü məhkəmə iclasında iddia tələbini təmin etməsi onda Qəbələ Rayon Məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmasına inam yaratmışdır. Lakin Şəki Apellyasiya Məhkəməsində işə baxılan zaman cavabdehin nümayəndəsi “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə razılaşmadığını qətiyyətlə bildirmişdir. Şəki Apellyasiya Məhkəməsi bu halı nəzərə almamışdır. Halbuki bu formada işlərdə ümumi məhkəmə təcrübəsi onunla formalaşmışdır ki, məhkəmə tərəfindən ekspertiza keçirilir. Məhkəmənin də öz təşəbbüsü ilə ekspertiza keçirmək səlahiyyəti vardır. Lakin məhkəmə bunu etməmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən iş materialları tamamilə araşdırılarsa müəyyən edilərdi ki, “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam məhvindən söhbət belə gedə bilməz. Məhkəmə sübutları birtərəfli araşdırmış, iddiaçının marağına xidmət edən “xxxx” MMC tərəfindən təqdim edilmiş iş kartını sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Nəticədə qətnamə iddiaçının maraqlarına xidmət etmişdir. Məhkəmə qətnaməndə yalnız iddiaçının maraqlarına xidmət edən sübutları toplamaqla kifayətlənmiş, ədalətli məhkəmə araşdırması aparmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

29. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

33. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

35. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

36. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar.

37. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 36.3. (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.

39. Maddə 37. (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

Icbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu

40. Maddə 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

41. Maddə 25.2. “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

45. Cavabdehin kassasiya şikayətinin dəlilləri ümumilikdə 2 hissədən ibarətdir: iddiaçı subroqasiya qaydasında zərəri cavabdehin əmək münasibətlərində olduğu “xxxx” LTD MMCdən tələb etməli olduğu halda, əsl olmayan cavabdehə qarşı iddia qaldırmış, zərərin məbləği düzgün müəyyən edilməmişdir.

46. Kollegiya cavabdehin birinci dəlili ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 1108.1 və 936.5-ci maddələrinə əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququndan zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququna malik olduğundan ziyan məbləğinin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmiş sürücü Cavabdeh tutulmasına dair məhkəmənin iş üzrə gəldiyi nəticə maddi hüquq normasının tələbinə uyğundur.

47. Lakin kollegiya kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ödənilməli olan ziyan məbləği düz müəyyən edilməmiş, iddianı tam təmin etmiş məhkəmə MM-nin 936.2-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

48. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən sığortalanmış **-PR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” minik markalı avtomobilə vurulmuş zərərə görə sığortalıya 17700 AZN sığorta ödənişi ödənilmişdir. Iddia ərizəsində qeyd edilənlərə əsasən məbləğ bu qaydada hesablanmışdır: sığorta dəyəri 42000 AZN -4300 AZN azadolma məbləği-20000 AZN avtomobilin qalıq dəyəri.

49. Iddiaçı qeyd etmişdir ki, hadisənin baş verməsində hər iki sürücü təqsirli bilindiyindən hazırda cavabdehdən dəymiş zərər məbləğinin yarısı tələb edilir və zərərin 4022,73 manat hissəsi icbari sığorta müqaviləsi üzrə “xxxx” SŞ ASC tərəfindən ödənildiyindən tələb olunan məbləğdən çıxılır.

50. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 17700 AZN olduğu nəzərə alınarsa MM-nin 936.2-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalı olan məbləğin 6977,30 AZN deyil, 4827,27 AZN (17700:2- 4022,73) təşkil etdiyi müəyyən olunur.

51. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə subroqasiya qaydasında ödənilmiş 4827,27 AZN pul, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45,61 AZN dövlət rüsumu və xidmət haqqı tutulub iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.3, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə subroqasiya qaydasında ödənilmiş 4827,27 AZN pul, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45,61 AZN dövlət rüsumu və xidmət haqqı tutulub iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar