Məhkəmə qərarları › İş №2(1-8)-71/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-71/2026

17.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-71/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli 2(103)5470/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 fevral 2026-cı il tarixdə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 ilə 24 sentyabr 2017-ci ildə rəsmi nikah münasibətinə girməklə ailə qurmuş və Bakı şəhəri, Binəqədi rayonu, Güləmməd Ramazanov, 33 saylı 4 otaqlı fərdi yaşayış evinə (bundan sonra mübahisəli fərdi yaşayış evi) gəlin köçmüşdür, onların 24 dekabr 2018-ci il təvəllüdlü Cəsur və 13 aprel 2020-ci il təvəllüdlü Nargin adlı iki övladı vardır. Tərəflərin nikahı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(005)-3415/2024 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır.

2. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 atası mərhum X3 tərəfindən 18 fevral 2016-cı il tarixli podrat müqaviləsi əsasında inşa edilmiş, lakin daşınma z əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları 24 dekabr 2018-ci il təvəllüdlü X5 və 13 aprel 2020-ci il təvəllüdlü X4 ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə nikah münasibətləri 7 il davam etmiş, son dövrlər aralarında mübahisələr getdikcə artmağa başlamış və bu münasibət övladlarına mənfi təsir göstərmişdir. Nəticədə rəsmi nikahlarına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(005)-3415/2024 nömrəli qətnaməsi ilə xita m verilmiş, həmin qətnamə ilə övladları onun himayəsinə verilmiş və onun xeyrinə aliment tutulmuşdur. Öz qeydiyyat ünvanı Nərimanov rayonu olsa belə birgə nikahdan doğulmuş övladları həmin evdə qeydiyyatdadırlar. Cavabdehlə nikaha daxil olduğu gündən mübahisəli fərdi yaşayış evində yaşamış, evin bütün təsərrüfatını aparmış və həmin evi təmir etdirmişdir. Bununla bağlı adına dəfələrlə bankdan kredit götürülmüş və qızılları girov qoyulmuşdur. Cavabdeh və anası Cavabdeh2 onu və uşaqlarını mübahisəli evdən zorla çıxarmışlar, cehiz əşyaları həmin evdə qalmaqdadır. Boşandıqdan sonra uşaqları ilə birlikdə, 2 qardaşı və onların ailəsinin də yaşadığı 3 otaqlı ata evinə yerləşmişlər. Mübahisəli ev özbaşına tikili olsa belə faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifa də olunur. Hazırda cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarının da, eyni şərtlərlə həmin evdə yaşamaq hüquqları var. Mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Nikahda olduğu dövrdə mübahisəli tikilidə cavabdehlərlə birlikdə yaşadığından, təsərrüfatın idarə edilməsində birgə iştirak etdiyindən, həmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbinin təmin olunmasını xahiş edir.

5. Cavabdehlər iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmiş, Cavabdeh2 həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi yoldaşı X3 tərəfindən 2016-c ı ildə inşa edilmişdir. O isə iddiaçının xəyanətinə görə onun mübahisəli fərdi yaşayış evində yaşamasına razı deyildir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3560/2025 nömrəli, 6 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən ev özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Bununla belə, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır.

8. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Hazırkı işdə iddiaçı azyaşlı uşaqları ilə birlikdə köçmək istədiyi evdə yaşamışdır və hazırda mübahisəli evdə yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər qanun pozuntusuna yol vermişlər, pozuntunun nəticələri isə davam etməkdədir. Əgər pozuntu varsa, onun nəticələri aradan qaldırılmalıdır, bunun üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Belə ki, ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində y aşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 180-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavab deh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikili olsa belə, atası mərhum X1 mülkiyyətində olan fərdi yaşayış evinin satılaraq əldə edilməsi nəticəsində 18 fevral 2016-cı il tarixli podrat müqaviləsi əsasında alınmışdır. Yəni İddiaçı Cavabdeh1 ilə 24 sentyabr 2017-ci il tarixdə nikaha daxil olaraq həmin evə köçənə qədər əldə olunmuş əmlakdır. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidi r və həmin şəxsin ev üzərində mülkiyyət hüququ yaranmasa belə, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə belə sübutlar təqdim edilməmiş, həmin halların mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdı r. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək, həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Beləliklə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi halarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməmiş, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, bununla da ədalətsiz qətnamə qəbul edilərək cavabdehlərin hüquqları kobud surətdə pozulmuşdur.

12. Bakı Apell yasiya Məhkəməsinin 2(103)-5470/2025 nömrəli, 1 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3560/2025 nömrəli, 6 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilmişdir.

13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi əsassız olmuşdur. Belə ki, işin hallarına görə mübahisəli ev özbaşına tikili 4 otaqlı evdir və iddiaçı gəlin köçərkən artıq mövcud ol muşdur. İddiaçı həmin evdə yaşayarkən evin həyətində başqa bir otaqlı ev də mövcud olmuş, həmin evdə kirayəçi də yaşamışdır. Sözügedən 1 otaqlı evin qapısı da 4 otaqla evin həyətinə açıq olmuş, daha sonradan kirayəçi evdən çıxarılmış, həmin evin qapısı dəyişdirilərək küçə tərəfdən açılmış, ev yüngül təmir olunaraq yenidən kirayəyə verilmişdir.

14. Qeyd edilən daşınmaz əmlak özbaşına tikili olsa da, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı belə sübutları təqdim edə bilməmişdir. Yalnız "xxxx" KB ASC-dən 5 may 2022-ci il tarixdə 3.000 manat məbləğində kredit götürməsi barədə kredit müqaviləsini və lombardda qızıl-ziynət əşyalarının girov qoyulmasına dair girov biletini təqdim etmişdir ki, işin halları ilə iddiaçını əldə etdiyi həmin vəsait hesabına məhz mübahisəli 4 otaqlı daşınmaz əmlakın tikilməsi, təmiri və ya yaxşılaşdırılmasına xərclənməsi müəyyən edilməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfindən notarial qaydada təsdiq edilmiş 18 fevral 2016-cı il tarixli podrat müqaviləsinə əsasən həmin daşınmaz əmlak cavabdehin atası mərhum X3 tərəfindən inşa edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah isə 24 sentyabr 2017-ci ildə tarixdə bağlanmışdır. Qeyd edilən müqavilə barədə birinci instansiya məhkəməsində şifahi məlumat verilsə də, hazırkı şikayətə əlavə edilmiş, sonradan təsdiq edilmiş surəti kollegiyaya təqdim olunmuşdur. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa belə, iş materiallarında iddiaçının həmin tikiliyə öz vəsaitini xərclədiyi müəyyən olunmamış, həmçinin qeyd edilən daşınmaz əmlakın tərəflərin nikahlarından əvvəl inşa edilib təmir olunması işin mübahisəsiz halı olmuşdur.

15. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş 8 fevral 2016-cı il tarixli podrat müqaviləsinin apellyasiya baxışında sübut kimi qəbul edilməsinə münasibətdə qeyd etmişdir ki, həmin sübut birbaşa işin mahiyyətinə təsir etməklə, iddiaçının mübahisəli əmlakın inşasından sonra nikah bağlaması və həmin evə köçməsini təsdiq edir. Həmçi nin iddiaçı cavabdehin atası X2 münasibətdə özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmamışdır. Başqa sözlə, iddiaçı onun ailə üzvü olmamışdır.

16. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş podrat müqaviləsinin apellyasiya baxışında sübut kimi qəbul edilmədiyi halda belə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar, yəni, iddiaçı mübahisəli evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, həmin tikili məhz cavabdehin atasının vəsaiti hesabına inşa edildiyindən, iddia tələbi təmin edilə bilməz.

17. Belə olan halda, məhkəmə kollegiy ası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

18. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməlidir.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçıya mübahisəli fərdi yaşayış evinin həyətində yerləşən 1 otaqlı mənzilə köçürülməsinin mümkünlüyünün müzakirə olunması dəfələrlə təklif edilsə də, təklifi qəti şəkildə rədd edərək məhz 4 otaqlı evə köçürülməli olduğunu iddia etmişdir, baxmayaraq ki, o, hazırda 1 otaqlı evdə uşaqları ilə kirayədə yaşamasını bildirmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən barışıq üçün dəfələrlə edilmi ş cəhdlər ilə əlaqədar cavabdeh buna dair öhdəliyi olmamasına baxmayaraq, mübahisəyə son qoymaq üçün iddiaçıya 15.000 manat məbləğində pul təklif etsə də, iddiaçı bu məbləğin yalnız 40.000 manat olacağı təqdirdə razılaşacağını bildirmişdir.

21. Qeyd olunmalıdır ki, iddia əsassız olduğundan təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh artıq başqa şəxslə ailə həyatı qurduğu üçün iddiaçının ora köçürülməsi istənilən halda mümkün deyildir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

23. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Res publikası Konstitusiyasının 25 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 180.1, 180.2 və 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-2874/2025 nömrəli qətnaməsi tam ləğv edilməklə, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi 8 fevral 2016-ci il tarixli podrat müqaviləsini apellyasiya baxışında sübut kimi qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, bu müqavilə b irbaşa işin mahiyyətinə təsir edir. Lakin qanunun tələbi aydındır ki, yeni sübutlar yalnız birinci instansiya məhkəməsində özündən asılı olmayan səbəblərdən təqdim edilmədikdə sübut kimi qəbul olunur. Cavabdeh birinci instansiya məhkəməsində hansı üzrlü səbəbdən bu sübutu təqdim edə bilmədiyini əsaslandıra bilməmiş, məhkəmə isə bu halı araşdırmamış, həmin sübutun saxta və ya əsl olmasını, həqiqiliyini, yaranma şəraitini həmçinin sübutda əksini tapan müqavilədəki tərəflərin konkret hansı şərtlərlə, hansı zaman kəsiyində razılaşdıqlarını müəyyən etməmişdir. Həmçinin bu günə kimi aşkar edilməyən müqavilənin anidən ortaya çıxması ağlabatan hal deyildir. Qeyd edilən hallar həmin sübutun apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməsi üçün əsasdır. Bu dəlili qəbul etməklə məhkəmə kollegiyası qanunçuluq prinsipini kobud surətdə pozmuş, həmçinin sübutlara düzgün qiymət verməmiş, digər tərəfin sübutlarını əsassız olaraq üstün tutmuşdur. b)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 27 (İ hissə). Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

29. Maddə 43 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 178.8 (2001-ci ildə qüvvədə olan versiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

37. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

38. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

39. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, büt ün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5470/2025 nömrəli iş üzrə 1 dekabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar