Məhkəmə qərarları › İş №2(102)-4029/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4029/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4029/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyət obyektində payların müəyyən edilməsi və istifadə hüququ müəyyən edilməklə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-890/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Cavabdeh5 və İddiaçı xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur.

3. Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 nömrəli məlumata əsasən Cavabdeh1 ailə üzvlərin in mülkiyyətində olan JN 175 A saylı planda yeri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən və bitişik ərazidə yerləşən Vəndam bələdiyyəsinin mülkiyyətində olan 3385B saylı planda yeri göstərilən 0,03 ha torpaq sahəsindən istifadə edir.

4. Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 257 saylı arayışa əsasən, Cavabdeh1 ailə üzvlərinə məxsus olan JN 175 A saylı planda yeri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı yeni fərdi yaşayış evi tikilmişdir.

5. Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyət obyektində payların müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair məhkəməyə müraciət edərək ümumi maddi sərvətlər (ər və arvadın hər birinin şəxsi maddi vəsaiti) hesabına Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha (0,10 ha xüsusi mülkiyyətdə, 0,03 ha bələdiyyə mülkiyyətində olan) həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzərində birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində qalması nəzərə alınaraq 2/3 hissədə payının mü əyyən edilməsi və yaşayış sahəsindən istifadə hüququ tanınaraq uşaqla birlikdə həmin evə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və hər birinə məxsus pul vəsaitləri hesabına (evin döşəmə və tavan hissəsinin materialı, qapı və pəncərələri, bir ədəd kombi aparatı və bir ədəd 2000 Litrlik su çəni İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır) qabaqcadan tikilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha ( 0,10 ha xüsusi mülkiyyətdə, 0,03 ha bələdiyyə mülkiyyətində olan) həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşa yış evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adında uşaqları olmuş, münasibətləri pozulduğundan 7.01.2023-cü il tarixdə boşanmış və yaşadığı evdən çıxmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)952/2023 saylı qərarı ilə qeyd olunan fərdi yaşayış evinin ər və arvadın şəxsi maddi vəsaiti hesabına tikildiyi müəyyən edilmişdir.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha (reyestr nömrəsi: **********62) həyətyanı torpaq sahəsində həmin tarixədək tikilmiş ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə boşanmışlar. İddiaçı boşandıqdan sonra evdən çıxmış, lakin cehiz əmlakını özü ilə aparmamış, evin giriş qapısı və darvazanın açarlarını dəyişib özündə saxlayaraq onun ailə üzvlərinin əmlak hüquqlarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)952/2023 saylı qətnaməsi ilə fərdi yaşayış evinin tikilməsində İddiaçı şəxsi maddi vəsaiti ilə iştirak etməsi müəyyən edilsə də, qoyulan sərvətin məbləği müəyyən edilməmişdir. Belə ki, evin tikilməsi ilə bağlı bütün inşaat işləri tamamilə onun şəxsi vəsaiti hesabına görülmüş və işlədilən mal-materiallar əsasən özü tərəfindən alınmışdır. Evin yalnız iki otağının döşəm ə və tavan hissəsinin materialı, o cümlədən həmin otaqların iki qapısı və üç plastik pəncərəsi, bir ədəd kombi aparatı və bir ədəd 2000 Litrlik su çəni İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. Bundan başqa həyətyanı sahədə 8mx5m ölçülərdə təndirxana tikməkdən ötrü 100 ədəd mişar daşı və dama vurulan uyğun sayda şifer materialı İddiaçı tərəfindən verilmişdir. Şifer materialı köhnə olduğuna görə yaramadığından sökülərək yerdə yığılmış, lakin aparılmamışdır. Fərdi yaşayış evinin tikintisi zamanı İddiaçı tərəfindən sərf edilən maddi vəsaitin tam məbləğini qaytarmağa razıdır və iddia tələbini əsassız hesab edir.

9. Məhkəmə iclasında Cavabdeh5 digər Cavabdeh1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/M-05-083/2025 saylı Ekspert Rəyinə əsasən Cavabdeh1 ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində yeni tikilmiş ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi (mülkiyyətdə olan həyətyanı torpaq sahəsi ilə birlikdə) indiki vaxta real bazar dəyəri 72300 manat, fərdi yaşayış evinin əlahiddə daşınmaz əmlak obyekti kimi indiki vaxta real bazar dəyəri 30000 manat, fərdi yaşayış evinin tikilməsinə sərf edilən mal material və görülən işlərin indiki vaxta real bazar dəyəri 25920 manat təşkil edir; Cavabdeh1 ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində yeni tikilmiş ümumi sahəsi 96 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən göstərilən iki otağının tavan və döşəmə hissəsinə işlədilən materialın, iki qapı, üç plastik pəncərə, bir ədəd kombi aparatı və bir ədəd 2000 litrlik su çəni, 100 ədəd mişar daşı və cəmi 40 kv metr sahəyə uyğun sayda şifer materialının ümumilikdə indiki vaxta real bazar dəyəri 4039 manat təşkil edir.

11. İqtisadiyyat Nazirliyi ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2318/2025 saylı Mütəxəssis Rəyinə əsasən İddiaçı iddia etdiyi Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən faktiki naturada ölçülmüş tikintialtı sahəsi 127 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 70 kv metr hissəsi torpaq islahatına dair yer quruluşu xəritəsinə ( DWG) əsasən Qəbələ rayonu Vəndam qəsəbəsi inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı, JN-175A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan ərazidə yerləşir. Qalan 57 kv metr hissəsi isə yaşayış məntəqələri torpaqları uqodiyası infrastruktur (yol) olmaqla Vəndam bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. X6 İnformasiya Sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.

12. Qəbələ Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(025)-9/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia tələbi qismən təmin edilərək, RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə tərtib edilən **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 127 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində İddiaçı yaşayış sahəsindən istifadə hüququ cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 tərəfindən tanınması və onun, xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 müştərək qaydada 150 manat və İddiaçı 150 manat ekspertiza xərci tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi (ümumi sahəsi 127 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) tərəflərin birgə vəsaiti hesabına inşa edilərək hüquqi statusu müəyyən edilmədən yaşayış sahəsi kimi istifadə olunduğundan İddiaçı birgə mülkiyyətin iştirakçısıdır və hazırkı mənzil hüquq münasibətlərini birbaşa tənzimləyən hüquq normaları olmadığından tərəflər arasındakı yaşayış sahəsinə dair mübahisə Mülki Məcəlləsinin 152, 152.5, və 222.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evində (ümumi sahəsi 127 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) İddiaçı payı cüzi olduğundan müvafiq məbləğdə kompensasiya ödənilməsi hüququ yaranmışdır, lakin 2/3 hissədə payının müəyyən edilməsini tələb etməkdə haqlı deyildir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 152, 157, 220 və 222-ci, Mənzil Məcəlləsinin 30-cu, Ailə Məcəlləsinin 32, 34, 36 və 37-ci, MPM-in 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin tikilməsində iddiaçının atasının böyük dəstəyi olmuş evin təmirinə xərc çəkmişdir. Həmçinin evin qiymətləndirilməsi düzgün aparılmamış, ümumi torpaq sahəsində olan bütün tikil ilər, yəni evlilik dövründə tikilmiş və əldə olunmuş (daş hasar, dəmir qapı, quraqlıq, pilləkən və s.) qiymətləndirilməli olduğu halda işdir, məhkəmə təkcə onun bölünməklə övladı ilə birlikdə köçərək yaşamaq istədiyi fərdi yaşayış evini qiymətləndirmişdir. Həmçinin onun və övladının fərdi yaşayış evi bölünməklə hansı otaqda yaşaması, giriş-çıxışın ayrılmaqla, ümumi istifadədə olan sanitar qovşaqdan, kommunikasiya xətlərindən(su, işıq, qaz) istifadəsi müəyyən edilməmiş və onun, övladı ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşaması təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlməmişdir.

17. Cavabdeh5 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı Cavabdeh5 ilə cavabdeh X3 arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alındığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli idi. Məhkəmə sözügedən maddəyə ümumiyyətlə istinad etməmişdir. Belə ki, iddiaçının hər bir halda mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmadığından onun həmin fərdi yaşayış evinə köçürülməsi əsassızdır. Çünki fərdi yaşayış evi X3 ilə onun birgə nikahından əvvəl, cavabdehlərin birgə mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir ki, Şəhrəbanı Zülfüqarovanın həmin fərdi yaşayış evinə köçürülməsi, ondan başqa digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını kəskin şəkildə pozmaqdadır. İddiaçının maddi vəziyyəti, yəni ailəsinin maddi vəziyyəti kifayət qədər normaldır. Göründüyü kimi iddiaçının ailə üzvləri ilə birgə yaşamasına kifayət qədər imkanı vardır. Həmçinin iddiaçı Şəhrəbanı Zülfüqarova müəyyən müddət ərzində mənzillə bağlı yaşayış tərzində hər hansı yenilik olacağı(məsələn ev alacağı, kirayə mənzilə köçəcəyi və s.) barədə heç bir münasibət bildirməmişdir. Məhkəmə iddiaçının istifadə hüququnun hansı əsasla yaranmasını sübuta yetirə bilməmişdir. Ümumiyyətlə həmin məsələni qətnamədə tam olaraq göstərməmişdir. Əlavə olaraq bildirir ki, cavabdehlər məhkəmə zamanı ekspert və mütəxəssis rəyinin alınması barədə hər hansı vəsatət verməmiş, həmçinin həmin rəyin hazırkı mübahisəli işlə əlaqəsi müəyyən olunmamışdır.

19. Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-890/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Zülfüqar Sadiqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən yəni, yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə rədd olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir.

20. Apellyasiya məhkəməsi qeyd e tmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37ci maddələri ilə müəyyən edilmişdir.

21. Nikah müddətində əldə olunmuş əmlak Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Qeyd olunmalıdır ki, ərarvadın nikah müqaviləsi bağlamaqla birgə mülkiyyətin qanuni rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır (Ailə Məcəlləsinin 38.2-ci maddəsi). Lakin hazırkı işdə tərəflərin arasında nikah müqaviləsi bağlanmamışdır və onların birgə əmlakının qanuni rejimi tətbiq olunmalıdır.

22. Hazırkı işdən müəyyən edilmişdir ki, JN-175 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, planda ölçüləri və sərhədləri göstərilən Qəbə lə rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş və torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

23. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4504/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh5 ilə cavabdehin nikahından öncə tikilmiş olsa da, həmin fərdi yaşayış evinin tikilməsində cavabdeh tərəfin (cavabdehin atasının) əməyi və xərci olmuşdur. Hazırkı ha lda, mübahisəli evin tikilməsi cavabdehin atasının təkidi ilə baş tutduğundan, o cümlədən həmin evin tikintisində cavabdehin atasının maddi qatqısı olduğundan həmin evdə cavabdeh tərəfin maddi maraqları vardır. Mübahisəli ev nikaha girəcək olan şəxslərin ailələrinin qarşılıqlı razılığı və əl birliyi ilə evlənəcək tərəflər üçün inşa edilmiş, evli şəxslər evlilikləri müddətində həmin evdə birgə təsərrüfat aparmış və evin kommunal və digər bütün xərcləri onlar tərəfindən ödənilmişdir.

24. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamələrdən müəyyən edilir ki, mübahisəli evin tikintisi iddiaçı və onun keçmiş əri ilə birgə nikahları dövründə tamamlanmışdır.

25. İşdən daha sonra müəyyən edilmişdir ki, iddiaçı tərəf də həmin evin tikintisinin tamamlanmasına kifayət qədər vəsait qoymuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023 tarixli Aktdan görünür ki, həmin akt iddiaçının atası və cavabdehlər tərəfindən tərtib edilmişdir. Aktda daha sonra qeyd edilmişdir ki, 2010-cu ildə Cavabdeh1 tərəfindən evin tikintisinə başlanılıb. 2011-ci ilədək evin divarları, suvağı və ev inşa edilib. Sözügedən evə Nümayəndə (iddiaçının atası) tərəfindən toydan öncə aşağıdakı xərclər çəkilib: döşəmə, tavan, pilləkən; qapı və pəncərələr; kombi aparatı; su çəni dayağı ilə birlikdə; unitaz, əl-üz yuyan, duş; həyətdə tikilmiş quraqlıq.

26. Beləliklə işdən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən evin tikintisinin başa çatması üçün toydan öncə xeyli miqdarda vəsait xərclənmişdir. Yəni, mübahisəli evin tikintisinə iddiaçı tərəfdə vəsait qoyduğundan həmin ev ər-arvadın birgə əmlakı kimi qəbul edi lir.

27. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır.

28. Məhkəmə iddiaçı tərəfin apellyasiya şikayətinin evə payların müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə təmin edilə bilməz. Mübahisəli əmlakın tikintisinə iddiaçı tərəfin də müəyyən miqdarda vəsait xərcləməsinə baxmayaraq, həmin əmlaka ər-arvad arasında bölgünün predmeti ola bilməz.

29. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Hazırkı işdən görünmüşdür ki, payların müəyyən edilməsi tələb edilən ev qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamışdır. Tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz.

31. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi payın cüzi olduğunu qeyd edərək payın müəyyən edilməsi hissəsində iddia tələbini rədd etmişdir. Lakin rayon məhkəməsi həmin tələbi pa yın cüzi olması əsası ilə rədd etməkdə haqlı olmamışdır. Məhkəmə həmin tələbi əmlakın ər-arvad arasında bölgünün predmeti ola bilməməsi əsası ilə rədd etməli idi.

32. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, mübahisəli tikili hal-hazırda qalmaqdadır. Həmçinin həmin əmlak fiziki obyekt olaraq özündə ərarvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, iddiaçı həmin əmlakla bağlı gələcəkdə iddia qaldırarsa, məhkəmə obyektiv səbəblərdən tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutula bilər.

33. Apellyasiya məhkəməsi id diaçı tərəfin apellyasiya şikayətinin qiymətləndirməyə dair mütəxəssis rəyinin düzgün olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəf rəy verilən zaman bütün evlər üzrə rəy verildiyini bildirmişdir. Məhkəmə həmin halla bağlı ilkin olaraq bildirmişdir ki, mütəxəssis rəyi Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 96 kv metr olan, 1 mərtəbəli və 3 otaqdan ibarət fərdi yaşayış evi ilə bağlı verilmişdir.

34. Evin qiymətinin düzgün müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlilləri bağlı apellyasiya məhkəməsi hazırda iddiaçının tələbi evə payın müəyyən edilməsi ilə bağlıdır. Qeyd edildiyi kimi, həmin əmlak ər-arvad arasında bölgünün predmeti ola bilməzdi. İddiaçı ancaq evə çəkilmiş xərcin payına mütənasib olan hissəsini tələb edə bilərdi. Odur ki, hazırda iddiaçının evə çəkilmiş xərclə bağlı iddia tələbi olmadığından çəkilmiş xərclərin miqdarını müəyyən etmək üçün təkrar ekspertiza keçirilməsinə zərurət qalmır.

35. Apellyasiya məhkəməsi iddiaçı tərəfin apellyasiya şikayətinin evdən yaşama qaydasının müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

36. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətində evdə yaşamaları üçün girişçıxışın ayrıca göstərilməli olmasını və ayrıca kommunal xətlərin çəkilməli olmasını bildirmişdir.

37. Apellyasiya məhkəməsi iddiaçının həmin tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin tələblərlə bağlı məhkəmədə iddia qaldırmamışdır. Birinci instansiya məhkəməsində mübahisə predmeti olmayan hallar isə apellyasiya baxışının predmeti ola bilməz və apellyasiya mərhələsində irəli sürülə bilməz. Bundan başqa, iddiaçıya həmin evdə yaşamaq hüququ verilmiş və bu hüquq onu ehtiva edir ki, tərəf həmin evdə normal yaşamaq üçün onda istifadə edə bilər. Evdən istifadə zamanı ümumi istifadədə olan yerlərdən (mətbəx, sanitar qovşaq və s.) hamı birlikdə istifadə edir.

38. Məhkəmə cavabdeh tərəfin apellyasiya şikayətinin evə köçürülmə tələbinin təmin edilməsinin yanlış olması və onun ailə üzvü olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

39. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış qətnamələrdən müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh5 ilə cavabdehin nikahından öncə tikilmiş olsa da, həmin fərdi yaşayış evinin t ikilməsində cavabdeh tərəfin (cavabdehin atasının) əməyi və xərci olmuşdur. Hazırkı halda, mübahisəli evin tikilməsi cavabdehin atasının təkidi ilə baş tutulduğundan, o cümlədən həmin evin tikintisində cavabdehin atasının maddi qatqısı olduğundan həmin evdə cavabdeh tərəfin maddi maraqları vardır. Mübahisəli ev nikaha girəcək olan şəxslərin ailələrinin qarşılıqlı razılığı və əl birliyi ilə evlənəcək tərəflər üçün inşa edilmiş, evli şəxslər evlilikləri müddətində həmin evdə birgə təsərrüfat aparmış və evin kommunal və digər bütün xərcləri onlar tərəfindən ödənilmişdir.

40. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamələrdən müəyyən edilmişdir ki, mübahisəli evin tikintisi iddiaçı və onun keçmiş əri ilə birgə nikahları dövründə tamamlanmışdır. Eyni zamanda, iddiaçı tərəfdə öz növbəsində həmi n evin tikintisində maddi olaraq da kömək etmişdir.

41. Məhkəmə daha sonra qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin evdən iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinsipinin pozulmasına səbəb olardı.

42. Apellyasiya məhkəməsi xüsusilə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 cavabdeh X1 əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)-441/2023 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(025)441/2023 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(1 02)- 4504/2023 saylı qətnaməsi ilə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə artıq Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının mübahisəli evdən yaşamaq hüququnun olması müəyyən edilmişdir.

43. Məhkəmə cavabdeh tərəfin apellyasiya şikayətinin iddiaçının mübahisəli evə ehtiyacının olmaması və onun maddi vəziyyətinin yaxşı olması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər iddiaçının maddi imkanının yaxşı olduğunu və iddiaçının mübahisəli evə ehtiyacının olmadığını bildirsələr də, həmin halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. İş materiallarından isə iddiaçının başqa bir yaşayış yerinin və ya torpaq sahəsinin o lması müəyyən edilmir.

44. Məhkəmə cavabdeh tərəfin apellyasiya şikayətinin ekspertiza xərcinin onlardan tutulmalı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iş materialları ilə iddia tələbinin qismən təmin edildiyi müəyyən edilir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən məhkəmə xərcləri tərəflər arasında bölüşdürməkdə haqlı olmuşdur.

45. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qey də alınmalıdır.

46. Hazırkı işdən isə görünmüşdür ki, istifadə hüququ tələb edilən ev qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından ona müvafiq çıxarışda verilməmişdir. Yəni, mübahisəli ev heç bir şəxsin adına qeydiyyata alınmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfin evə köçürülmə ilə bağlı tələbi əsaslı olsa da, mübahisəli evə istifadə hüququ tanına bilməzdi.

47. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 180.1, 180.2, 180.3, 213.1, 213.2, 213.5, 214.1, 221, 222.1, 222.2, 223.3, 225.1, 225.2, 228.1, 228.2 və 228.3-cü, Azərbaycan Respubli kasının Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 33.1, 33.2, 33.4, 34.1, 35, 36.1, 36.3, 36.4, 36.5, 36.8 və 37.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3 və 30.4-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 119, 217.2, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0.2 385 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti Mülki Məcəllənin 215.3, 235.4-cü, Ailə Məcəlləsinin 31.1, 32.2.2, 32.3, 37.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti üzrə” 27 avqust 2012-ci il tarixli Qərarlarına, MPM-in 76.1, 76.2, 97.1, 102.2, 218.1 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmələr qərar qəbul edərkən fərdi yaşayış evinə köçürülərkən evdən istifadə qaydası müəyyən edilməmiş, evin bölgüsü aparılmamış və gələcəkdə mən və övladımın köçürülməsi təmin edildiyi halda hansı otaqda yerləşdirilmək, ümumi istifadədə olan sanitar qovşaqdan, hamamdan, kommunallardan istifadə qaydası müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmənin rəyi ilə razlaşmasa da, yenidən qiymətləndirmə təyin etməmiş və keçirilməmişdir. Halbuki hazırkı iş üzrə fərdi yaşayış evinə çəkilən xərclərin müəyyən edilməsi mülki mübahisənin həlli üçün vacibdir. Bu prosessual pozuntular isə iş üzrə düzgün olmayan qətnamə nin çıxarılması ilə nəticələnmişdir. b)

50. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

51. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

52. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tər əfindən tanınan və qorunan hüququdur.

54. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

57. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

58. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

59. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

60. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

61. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçil ərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

62. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

63. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

64. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgə r iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

65. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

66. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülki yyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

67. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

68. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

69. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

70. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

71. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qald ırmağı tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

72. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

73. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirl əri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

74. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

75. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

76. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşın ar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

77. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

78. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mü əyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

79. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

80. Maddə 35.1. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

81. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

82. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

83. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

84. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

85. Maddə 36.8. Ər-arvadın ümum i əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

86. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

87. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

88. Maddə 30.2. Əgər yaşayış sahəs inin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

89. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

90. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xit am verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı 91. “....ər-arvadın əmlakının qanuni rejimini t ənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzə rdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.”.

92. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsi

93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

96. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

97. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

98. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.

99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r. Kassasiya baxışının hədləri

102. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

103. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

104. Məhkəmə kollegiyası məruzə çini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

105. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtər fli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

106. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət ol ması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

107. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirər ək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 2(107)-890/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar