Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3652/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkqül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1020/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12.08. 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri, 28 May küçəsi 3 saylı binada yerləşən 23 saylı, 4 otaqlı, yaşayış sahəsi 68.8 kv.metr, köməkçi sahəsi 22.29 kv.metr, ümumi sahəsi 91.09 kv.metrdən ibarət mənzili 50000 manat qiymətinə İddiaçı satmışdır.
2. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə Şirvan şəhəri, 28 may küçəsi, ev 3, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 293, M2, m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 2 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı ildə bağlanmış nikah ləğv edilmiş, xx.xx.2 006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmış, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 20 nömrəli mənzilinə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun, vəkil xidmətləri üçün ödənilən 330 manat məbləğində xərcin ümumilikdə, 430 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurub, nikahlarını rəsmi olaraq Şirvan şəhər qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 483 nömrə ilə qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri ilk əvvəllər yaxşı olmuş, sonradan ailə münasibətləri pozulmuş və nəticədə İddiaçı məhkəməyə nikahın pozulması barədə iddia tələbi ilə müraciət etmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-167/2024 saylı qətnaməsi ilə tərəflər arasında ba glanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 3 uşaq ananın himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləgində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu barədə tərəflər arasında məhkəmə gedişatında xx.xx.2024cü il tarixdə notarial qaydada saziş də baglanmışdır. Bundan sonra, həmin məhkəmə qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-796/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-167/2024 saylı qətnaməsi qismən “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təl əbi təmin edilməmiş və iş üzrə yeni qətnamə qəbul edilərək tərəflərin birgə nikahlarından dogulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Allahverdi və xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşaqlar iş üzrə cavabdeh olan atalarının himayəsinə verilmiş və onların saxlanılması üçün sabit pul məbləğində hər uşaga 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından dogulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 həmin vaxt artıq yetkinlik yaşına çatmışdır. Şirvan Şəhər Məhkəməsində nikah pozulandan sonra keçmiş əri Cavabdeh iddiaçını ona məxsus və qeydiyyatda olduğu ünvan 1 ünvandan xx.xx.2024-cü il tarixdə qovmuş və uşaqları ilə ünsiyyət saxlamaqda ona mane olmuşdur. Bütün bu qeyd olunanların nəticəsidir ki, Cavabdeh maneçilik törətdiyinə görə iddiaçı nə özünə məxsus mənzilinə daxil olub rahat yaşaya bilmir, nə də uşaqları ilə ünsiyyət saxlaya bilmir. Belə olduğu təqdirdə, İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Şirvan Şəhər Məhkəməsinin 8 aprel 2025-ci il tarixli e-2(032)-340/2025 saylı qətnaməsi ilə (hakim - E.Z.Hümbətov) iddia tam təmin olunaraq, İddiaçı Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 23 (yeni qaydalarla Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 293 M2 m1) nömrəli mənzilinə köçürülməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 50 manat və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, cavabd ehdən hüquqi yardıma görə ödənilmiş 330 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, cavabdehdən dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pulun alınaraq Şirvan Şəhər Məhkəməsinin xəzinə hesabına keçirilməsi qət edilmişdir.
7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar. Onların birgə nikahından iki övladı anadan olmuşdur. Onlar arasında olan ailə münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, 28 may küçəsi, ev 3, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 293, M2, m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 2 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə arasında baş vermiş mübahisələrə görə evdən çıxmışdır. İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir.
8. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı mülkiyyətində olan Şirvan şəhəri 28 May küçəsi, 3 saylı evin 23 nömrəli mənzilinə köçürülməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İİ hissəsi və 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2, 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona bildimişdir ki, nikahın pozulması formal olaraq baş tutacaq və nikahın pozulmasından sonra övladları ilə birlikdə bir yerdə yaşayacaqlar. Lakin iş üzrə qətnamə qəbul edildikdən 9 gün sonra iddiaçı cavabdehə “sms” yazaraq bildirmişdir ki, “Uşaqlara demişəm saçıma getmişəm, amma gəlməyəcəm, nə də axtarma. Boşanmışam, sərbəstəm, bitdi hər şey. Axtarsan polisə verəcəm. Uşaqlara yaxşı bax.” Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.20 24-cü il tarixli 2(106)-796/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 167/2024 saylı 31 yanvar 2024-cü il tarixli qətnaməsi qismən – “06 iyun 2006-cı il təvəllüdlü X6, 19 iyul 2008-ci il təvəllüdlü X3 və 05 mart 2016-cı il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, iyun 2006-cı il təvəllüdlü X6, 19 iyul 2008-ci il təvəllüdlü X3 və 05 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddia tələbi təmin edilməməsi, tərəflərin birgə nikahlarından doğulmuş 19 iyul 2008-ci il təvəllüdlü X3 və 5 mart 2016-cı il təvəllüdlü X4 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının mənzili könüllü şəkildə tərk etməsini, yenidən ailə qurmasını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1020/2025 nömrəli mülki iş üzrə 26 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - P.T.Əhmədov (sədrlik edən və məruzəçi), Q.İ.Əsədov və X.T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, 28 may küçəsi ev 3 mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 293 M2 m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə arasında baş vermiş mübahisələrə görə evdən çıxmışdır. İddiaçı mülkiyyət hüququ əsasında əmlakdan istifadə edə bilmir. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin yeganə mülkiyyətçisidir və bu hüququ realizə etmək, tam mülkiyyət hüququ üzrə qeydiyyatda olduğu mənzilə köçmək üçün məhkəməyə müraciət etmişlər. Bununla yanaşı, nikahın pozu lmasından sonra övladları ilə birlikdə bir yerdə yaşayacaqları barədə iddiaçının cavabdehə söz verməsi, iddiaçının mənzili könüllü şəkildə tərk etməsi və ya yeni ailə qurması və s. barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal olmaqla onların araşdırılması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əhəmiyyət kəsb etmir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
15. Apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-1020/2025 saylı qətnaməsi nin ləğv edilərək işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona bildirmişdir ki, nikahın pozulması formal olaraq baş tutacaq və nikahın pozulmasından sonra övladları ilə birlikdə bir yerdə yaşayacaqlar. Lakin iş üzrə qətnamə qəbul edildikdən 9 gün sonra iddiaçı ona sms yazaraq bildirmişdir ki, uşaqlara deyib saçına gedib, amma gəlməyəcək, nə də axtarmasın. Boşanmışdır, sərbəstdir, bitdi hər şey. Axtarsa polisə verəcək. Uşaqlara yaxşı bax.
19. Apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Çox təəssüf ki, apelyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini ətraflı aydınlaşdırmayaraq və sübutlara düzgün hüquqi qiymət verməyərək maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq tamamilə əsassız qətnamə qəbuletmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoru nan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu c ür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyas ı bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1020/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.