Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3702/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1156/2024 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ağdaş Rayon Məhkəməsinin (hakim - Aygün Mürsəlova) 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e2(014)-330/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellya siya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(107)- 1156/2024 saylı qətnaməsi ilə iddiаçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 nömrəli qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 5. 2 oktyabr 2025-ci il tarixdə iddiaçı və onun vəkili İsayeva X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə kassasiya şikayəti və “kаssаsiyа şikаyəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizə vermişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnaməsindən naraz ı olduğu üçün vəkili Vəkil asan imzası və onun asan imzası ilə kassasiya şikayəti vermişlər. Lakin bir neçə müddətdən sonra onlara məlum oldu ki, kassasiya şikayəti elektron məhkəmə sistemində yoxdur. Halbuki onlar elektron asan imza nömrəsi ilə kassasiya şikayətini yükləmişlər. Lakin şikayət sistemə natamam imza ilə daxil olduğundan texniki səbəbdən qəbul olunmamış və görünməmişdir. Bu səbəbdən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Bu hal onun iradəsindən asılı olmadan baş verdiyi üçün kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunan hal onun iradəsindən kənar texniki və obyektiv səbəblərdən baş verdiyi üçün prosessual hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin məqsəd və mahiyyətinə zidd olardı. Daha sonra o, yeni asan imza nömrəsi alaraq vəkili Vəkilnın asan imzası ilə sənəd yüklənmişdir. Sübut olaraq təqdim etdiyikləri pdf formasından da aydın görünür ki, kassasiya şikayəti verilib, şikayət verən şəxsin onun olduğu, şikayət verən şəxsin vəkili Vəkil adı orada qeyd olunmuşdur. Əlavə olaraq bildirir ki, o, kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində hazırlamış və təqdim etmişdir. Lakin texniki problem səbəbindən sənədin qəbul olunmaması üzrlü səbəbdir və bu səbəbdən ötürülmüş müddətin bərpa olunması ədalət mühakiməsinin təmin olunmasına xidmət edəcəkdir. Odur ki, kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərar verilməsini xahiş etmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 8 oktyabr 2025-ci il tarixli, 2(107)- 1156/2024 saylı nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kоllegiyаsının 5 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş “kаssаsiyа şikаyəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 5 noyabr 2024-cü il tarixli, 2(107)1156/2024 saylı qətnаməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinetinə 16 noyabr 2024-cü il tarixdə yerləşdirilmişdir (iş vərəqi 213). Bununla da qətnamə 16 noyabr 2024-cü il tarixdə nümayəndə və vəkil Nümayəndə1 rəsmi qaydada verilmişdir.
9. Bundan başqa hazırkı mülki işə baxılaraq yekun məhkəmə aktı çıxarılan tarixə qədər iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti olmadığından Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 5 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnаməsi İddiaçı faktiki yaşadığı ünvanına (ünvan 1lə göndərilmiş və 28 noyabr 2024-cü il tarixdə sözügedən qətnamə İddiaçı tərəfindən poçt xəbərnaməsinə (İddiaçı) imza edilməklə qəbul edilmişdir (iş vərəqi 218). Bununla da qətnamə 28 noyabr 2024-cü tarixdə İddiaçı rəsmi qaydada verilmişdir.
10. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asıl ı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
11. Deməli, konkret halda Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 05 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnаməsi 28 noyabr 2024-cü il tarixdə İddiaçı, 16 noyabr 2024-cü il tarixdə isə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 rəsmi qaydada verilmiş hesab olunur. Qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 28 yanvar 2025-ci il tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 8 aydan da artıq ötürüldükdən sоnrа verilmişdir. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.
12. Bundan başqa, iddiaçı və onun vəkili Vəkil prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Təkcə kassasiya şikayətinin sistemə natamam imza ilə daxil olduğundan texniki səbəbdən qəbul olunmamasını qeyd etmişlər.
13. Kollegiya əlavə olaraq bildirmişdir ki, müddətin bərpasına dair ərizəyə əlavə olunmuş vəkil orderinin surətindən görünür ki, həmin order 4 fevral 2025-ci il tarixdə verilmişdir. Orderdən o da müəyyən olunur ki, iddiaçı ilə vəkill arasında müqavilə 4 fevral 2025-ci il tarixdə-yəni kassasiya şikayəti verilməsi müəyyən edilmiş müddətin so n günündən (28 yanvar 2025-ci il) 7 gün sonra bağlanmışdır.
14. Kassasiya şikayətin verilməsi üçün dövlət rüsumu da 31 yanvar 2025-ci il tarixdə ödənilmişdir.
15. Göründüyü kimi, kassasiya şikayətinin vaxtında verilməsi, lakin texniki səbəblərə görə elektron məhkəmə sisteminə qəbul edilməməsi və sistemdə görünməməsi barədə göstərilənlər həqiqətə uyğun deyildir. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə dəlillər yalan və formal mülahizələrdən ibarət olmuşdur.
16. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməməli, kassasiya şikayəti isə geri qaytarılmalıdır.
17. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü ma ddələrinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-1156/2024 saylı qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, mən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 1156/2024 saylı qətnaməsindən narazı olduğumuz üçün vəkilimiz Vəkil asan imzası və onun asan imzası ilə kassasiya şikayəti vermişlər. Lakin bir neçə müddətdən sonra onlara məlum olub ki kassasiya şikayətləri elektron məhkəmə sistemində yoxdur. Halbuki elektron asan imza nömrəsi ilə kassasiya şikayətini yükləmi şlər. Lakin şikayət sistemə natamam imza ilə daxil olduğundan texniki səbəbdən qəbul olunmamış və görünməmişdir. Bu səbəbdən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Bu hal onun iradəsindən asılı olmadan baş verdiyi üçün kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunan hal iradəsindən kənar texniki və obyektiv səbəblərdən baş verdiyi üçün prosessual hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin məqsəd və mahiyyətinə zidd olardı. Daha sonra yeni asan imza nömrəsi alaraq vəkili Vəkil asan imzası ilə sənəd yüklənmişdir. Sübut olaraq təqdim etdikləri pdf formasından aydın görünür ki, kassasiya şikayəti verilib, şikayət verən şəxsin o olduğu, şikayət verən şəxsin vəkili Vəkil adı orada qeyd olunmuşdur. Əlavə ol araq bildirir ki, kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində hazırlamış və təqdim etmişdir. Lakin texniki problem səbəbindən sənədin qəbul olunmaması üzrlü səbəbdir və bu səbəbdən ötürülmüş müddətin bərpa olunması ədalət mühakiməsinin təmin olunmasına xidmət edəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin maddəsinə əsasən, üzrlü səbəblərdən ötürülmüş müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Həmçinin məhkəmə təcrübəsində texniki və ya texnoloji səbəblər üzündən sənədin qəbul olunmaması halı vətəndaşın konstitusion məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilmir və müddətlərin bərpası qanuni hesab olunur. Hakimin qərardadda qeyd etdiyi müddət onun iradəsindən asılı olmadan keçmişdir. Bu müddət nəzərə alınmadan ərizəsi təmi n edilməli idi. Bunun üçün də qəbul edilmiş qərar ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırı lmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. v asitəsilə) çatdırılır.
26. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
27. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 418.1. Maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 5 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnаməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə 16 noyabr 2024-cü il tarixdə yerləşdirilmişdir (iş vərəqi 213). Bununla da qətnamə 16 noyabr 2024-cü il tarixdə nümayəndə və vəkil Nümayəndə1 rəsmi qaydada verilmişdir. Bundan başqa hazırkı mülki işə baxılaraq yekun məhkəmə aktı çıxarılan tarixə qədər iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti olmadığından Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 5 noyabr 2024-cü il tarixli, 2(107)-1156/2024 saylı qətnаməsi İddiaçı faktiki yaşadığı ünvanına (ünvan 1lə göndərilmiş və 28 noyabr 2024-cü il tarixdə sözügedən qətnamə İddiaçı tərəfindən poçt xəbərnaməsinə (İddiaçı) imza edilməklə qəb ul edilmişdir (iş vərəqi 218). Qətnаmədən kаssаsiyа şikаyəti qanunla müəyyən edilmiş müddət 8 aydan da artıq ötürüldükdən sоnrа verilmişdir. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir. Bundan başqa, iddiaçı və onun vəkili Vəkil prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Təkcə kassasiya şikayətinin sistemə natamam imza ilə daxil olduğundan texniki səbəbdən qəbul olunmamasını qeyd etmişlər.
35. Apellyasiya məhkəməsi bildirmişdir ki, müddətin bərpasına dair ərizəyə ə lavə olunmuş vəkil orderinin surətindən görünür ki, həmin order 4 fevral 2025-ci il tarixdə verilmişdir. Orderdən o da müəyyən olunur ki, iddiaçı ilə vəkil arasında müqavilə 4 fevral 2025-ci il tarixdə-yəni kassasiya şikayəti verilməsi müəyyən edilmiş müddətin son günündən (28 yanvar 2025-ci il) 7 gün sonra bağlanmışdır. Kassasiya şikayətin verilməsi üçün dövlət rüsumu da 31 yanvar 2025-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, kassasiya şikayətinin vaxtında verilməsi, lakin texniki səbəblərə görə elektron məhkəmə sisteminə qəbul edilməməsi və sistemdə görünməməsi barədə göstərilənlər həqiqətə uyğun deyildir. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə dəlillər yalan və formal mülahizələrdən ibarət olmuşdur.
36. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1156/2024 nömrəli, 28 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.