Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-739/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak, mirasda məcburi pay, məcburi payın tamamlanması hüququ, özbaşına tikili ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzil üzərində payların müəyyən edilməsi, məcburi payın tamamlanması və vurulmuş zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Miras qoyan X1 ##.##.2023-cü il tarixdə vəfat etmişdir.
2. Işdəki nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X7 arasında ##.##.1993-cü il tarixdə nikah bağlanmış, nikahda sonra qadına Əliyeva soyadı verilmişdir.
3. Iddiaçılar miras qoyanın birinci nikahından, cavabdeh cavabdeh1 isə cavabdeh2 ilə ikinci nikahından olan övladlarıdır.
4. X1 vəfat edərkən onun qanun üzrə 4 vərəsəsi olmuşdur: arvadı cavabdeh2, övladları iddiaçı2, iddiaçı1, cavabdeh1.
5. ünvan 7 ünvanında yerləşən mənzil ## ###### 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında, digər ünvan 4 ünvanında yerləşən mənzil isə ## #### 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh2 adına rəsmiləşdirilmişdir.
6. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 mülkiyyətində olan ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m olan mənzili cavabdeh2 bağışlamışdır.
7. Cavabdehlərə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” ##.##.2023-cü il tarixli şəhadətnamələr Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir;
8. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli şəhadətnamələrdən görünür ki, X1 vərəsələri: iddiaçı1, iddiaçı2 və onların hər biri miras əmlakdan 1/4 (ümumi əmlakdan 1/8) hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlaklar X1 məxsus olmuş 2014-cü il buraxılışlı “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş arayışa əsasən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsində olan 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətin ½ hissəsindən ibarətdir;
9. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən, “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2015-ci il tarixdə X1 tərəfindən gömrük bəyannaməsinə əsasən əldə edilmiş, daha sonra vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2023-cü il tarixdə cavabdeh1 sahibliyinə keçmişdir. ##.##.2023-cü il tarixdə həmin avtomobil alğı satqı müqaviləsinə əsasən X3. Hazırda onun adına qeydiyyatdadır;
10. ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, cavabdeh1 “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata X3; 11.Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş Idarəsinin sorğuya cavab məktubuna əsasən, sabiq əməkdaş X1 vəfatı ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin "Işçi heyyətinin siyahısından çıxarılması haqqında" əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin verilməsi tapşırılmışdır. Qeyd olunanlarla əlaqədar 4872.42 manat hesablama aparılmış və ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusunun təqdim etdiyi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında vərəsələrin hesabına köçürülmüşdür;
12. Azərbaycan Respublikası Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, *** nömrəli məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı1 qeydiyyatsız yaşayır. Torpaq Bələdiyyə torpağıdır.
13. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyindən görünür ki, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 155000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.metrdən ibarət ** saylı mənzilin bazar qiyməti 62000 manat, Abay Kunanbayov küçəsi ev 28 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 60500 manat, "Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti orta hesabla təxminən 16300 manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 106,20 kv.m sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 137000 manat müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh2 mülkiyyətində olan ataları X1 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 15 ünvanda yerləşən mənzil və ünvan 11nvanda yerləşən mənzil üzərində ½ hissədə cavabdeh2, ½ hissədə X1 paylarının müəyyənləşdirilməsi, ünvan 21 ünvanda yerləşən mənzilin hər birinə 1/8 hissə, cəmi 1/4 hissə verilməklə məcburi payın tamamlanması, həmin mənzilin 1/8 hissəsi üzərində iddiaçı1, 1/8 hissəsi üzərində iddiaçı2 mülkiyyət hüququnun tanınması, X1 miras qalmış 6.309,76 manat pulun cavabdeh cavabdeh2 tutularaq iddiaçı1 və iddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 X2nun qanun üzrə birinci növbəli vərəsələridir. X2 ##.##.2023-cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə üçüncü şəxslər cavabdeh2 və cavabdeh1 mərhumun ölümündən dərhal sonra saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunmasına nail olmuş (mərhumun uşaqlarının adlarını düzgün göstərməyərək), həmin şəhadətnaməyə əsasən Bakı Şəhəri ** saylı Notariat Kontoruna müraciət edərək, sözügedən miras əmlakı tək vərəsə kimi qəbul etmişlər. Bakı Şəhəri ** saylı Notariat Kontoru isə digər vərəsələrin dairəsini araşdırmayaraq ## #### 2023-cü il tarixli, *V-** saylı və *V-** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib etmişdir. Bu baxımdan Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə onların, iddiaçı1 və iddiaçı2 cavabdeh Bakı Şəhəri ** saylı Notariat Kontoruna qarşı (cavabdeh2 və cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddiaları təmin edilmiş, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən V*/**** saylı vərəsəlik işi üzrə verilmiş ## #### 2023-cü il tarixli, *V- ** saylı və ## #### 2023-cü il tarixli, *V-** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Göstərilən məhkəmə qətnaməsi qüvvəyə mindiyindən icraya yönəlmişdir. Nəsimi Rayon Məhkəməsində cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qaldırılmış iddia zamanı verilmiş sorğuya cavabdan məlum olmuşdur ki, cavabdeh2 notariat orqanına tək vərəsələrin dairəsi ilə bağlı deyil, miras əmlakların dairəsi barədə də yanlış məlumat vermişdir. Belə ki, məlum olmuşdur ki, cavabdeh2 mərhum ataları X1 ilə birgə nikahda olduğu dövrdə ## #### 2022-ci il tarixdə ünvan 15 ünvanda yerləşən mənzili və ## ###### 2022-ci il tarixdə isə ünvan 6 ünvandakı mənzili alqı-satqı ilə əldə etmiş, həmin mülklər atası X1 vəfat etdiyi gün, yəni ## ###### 2023-cü il tarixdə də onun mülkiyyətində olmuş və halhazırda da mülkiyyətindədir. Ailə Məcəlləsinin 32-37-ci maddələrinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilir, onlar arasında bərabər bölünür. Bundan da görünür ki, yuxarıda göstərilən evlərin yarısına pay hüququ atalarına məxsus olmuşdur və mənzillərin atasına məxsus hissəsi miras kütləyə daxil edilməli və oradan pay çatmalıdır. Onlar ## ######## 2024-cü il tarixli ərizə ilə Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək ataları X1 qalan miras əmlaka daxil olan ünvan 15 ünvanda, həmçinin ünvan 11nvanda və ünvan 21 ünvanda yerləşən mənzillərdən onlara çatmalı olan paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, vərəsələrin yazılı ərizəsinə əsasən yalnız sağ qalmış arvadın razılığı ilə ölmüş ərin ümumi əmlakındakı payı da müəyyən edilə bilər. Belə razılıq olmadıqda əmlakdakı payı müəyyənləşdirmək və şəhadətnamənin verilməsi mümkün deyil. Cavabdeh cavabdeh2 razılıq vermədiyindən göstərilən mənzillərdə atalarının payının müəyyənləşdirilməsi və onlara həmin miras əmlaklardakı paylara dair vərəsəlik şəhadətnamələrinin verilməsi mümkün olmamışdır. Belə olduğu halda ünvan 15 ünvanda, həmçinin ünvan 11nvanda yerləşən mənzillərdə atalarının payı məhkəmə qaydasında müəyyən edilməli və həmin pay miras kütləsinə daxil edilməlidir. Bundan başqa ataları X1 vəfat etməmişdən bir neçə gün əvvəl öz mülkiyyətində olan, ünvan 21 ünvanda yerləşən mənzili cavabdeh2 bağışlamışdır. Qanunvericiliyin tələbinə görə həmin mənzildən onlara pay çatmalıdır.
16. Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil2 iddia tələbinə etiraz təqdim edərək, ünvan 21 ünvanında yerləşən mənzilin, ünvan 17 ünvanında yerləşən mənzilin, ünvan 13 ünvanında yerləşən mənzilin, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh2 ilə X1 birgə nikahları dövründə əldə etdikləri əmlaklar hesab edilməsi, bu əmlakların xüsusən də ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həm birgə nikah dövründə əldə edilmiş əmlak, həm də miras kütləsinə (miras aktivinə, miras dəyərinə) daxil edilməsi və ya aid edilməsi, X1 dörd vərəsəsinin- cavabdeh2, cavabdeh1, iddiaçı1 və iddiaçı2 olmasının təsdiq və nəzərə alınması, cavabdeh2 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 106.20 kv.m-dən ibarət olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən ona 1/2 hissədə pay hüququnun tanınması, digər əmlakların ünvan 21 ünvanında yerləşən mənzilin; ünvan 17 ünvanında yerləşən mənzilin, ünvan 13 ünvanında yerləşən mənzilin və “Nissan Sentra” minik markalı 90 ZT-404 dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edilərək cavabdeh2 1/2 hissədə paylarının, vərəsə kimi isə qeyd olunan hər-bir əmlaklar üzrə qalan 1/2, yəni 50%-nə 1/4 hissədə miras paylarının müəyyən edilməsi, iddiaçılar iddiaçı1 və iddiaçı2 X4 küçəsi, ev 115, mənzil 27 ünvanında yerləşən mənzildən 1/16 hissədə, qalan əmlaklardan 1/8 hissədə tələb etdikləri paylarının dəyərinə münasibətdə isə, onlara miras əmlak kütləsindən 137000 manat dəyərində ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 106.20 kv.m-dən ibarət olan fərdi yaşayış evinin 2, yəni 50%-i (68.500 manat) hissəsinin verilməsini (pay düşməsini) nəzərə alaraq onların digər miras əmlaklardan pay tələb etmək hüquqlarının olmaması (bu tələblərə dair iddialarının rədd edilməsi), digər hissələrdə isə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. cavabdeh2 X2 ilə ##.##.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bundan sonra X2 ##.##.1994-cü il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 128 B evi almışdır. Daha sonra həmin evə dair **** nömrəli qeydiyyat vəsiqəsi alaraq qeyd olunan evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ** nömrəli reyestr kitabında 2336 səhifəsində qeydə alma, 30/5911 nömrədə ##.##.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. 2022-ci il tarixdə isə birgə nikah dövründə alınmış ünvan 5 ünvanında yerləşən ev söküntü sahəsinə düşdüyündən qarşılıqlı razılaşmaya əsasən tikinti şirkəti tərəfindən sökülərək əvəzində digər yaşayış sahəsi verilmişdir. ##.##.2023-cü il tarixdə isə X1 uzun sürən ağır xəstəlikdən- daxili orqanlarında bədxassəli şiş-xərçəng xəstəliyindən vəfat etmişdir. X1 2019-cu il tarixdən xərçəng xəstəliyindən əziyyət çəkmiş, ölkə xaricindəki və daxili tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən mütəmadi çoxşaxəli müayinələr, ağır və xüsusi müalicələr və cərrahi əməliyyatlar keçirmişdir. Bununla bağlı 2019-cu ilin sonlarında və 2022-ci ilin əvvəlində iki dəfə Türkiyə Respublikasında yerləşən "xxxx" tibb müəssisəsində doktor Serkan Çelik tərəfindən hər dəfə 10-20 gün müddətində həmin tibb müəssisəsində stasionar müayinə və müalicə olunmuşdur. Bununla da 2019-cu il üçün ümumilikdə həmin tibbi xərclər üçün 20.000 manat, 2022-ci il üçün isə ümumilikdə həmin tibbi xərclər üçün 10.000 manat vəsait ödənilmişdir. Milli Onkoligiya Mərkəzi tərəfindən ##.##.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, 2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində cərrahiyə əməliyyatı icra edilmiş, bir neçə dəfə kimyaterapiya müalicə kursu almışdır. Ümumilikdə 33 kurs kimyaterapiya müalicəsi almış və hər kursa isə 1.500 manat olmaqla, bu kimyaterapiyalara 50.000 manatdan çox vəsait xərclənmişdir. Bundan əlavə X1 dəfn xərcləri ilə bağlı (dəfni- üç mərasimi 5.200 manat; qırx mərasimi 2.200 manat: il dönümü 1920 manat; qəbir daşı 3.500 manat: cümə axşamları və s. 2700 manat) ümumilikdə 15.520 manat məbləğində pul xərclənmiş və istər müalicəsi ilə bağlı xərclənən vəsait, istərsə də ölümü ilə bağlı xərclənən vəsait onun həyat yoldaşı cavabdeh2 və oğlu cavabdeh1 tərəfindən bəzi hissəsi digər şəxslərdən borc alınmaqla qarşılanmışdır. Hazırki iş üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 isə nəinki, bu xərclərə bir manat belə kömək etməmişlər, ümumiyyətlə heç vaxt atalarının səhhəti ilə bağlı maraqlanmamışlar, ona heç vaxt baş çəkməmişlər, telefon zəngi belə etməmişlər. X2 ##.##.2013-cü il tarixli, ev alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən (ümumi sahəsi 208 kv/m- tikinti altı sahəsi 106.20 kv/m, həyətyanı sahəsi 101.80 kv/m) fərdi yaşayış evini almışdır. Həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışının olmamasına baxmayaraq, ev bütün kommunal xidmətlərlə təchiz edilmiş və hazırda qeyd olunan evdə iddiaçı iddiaçı1 ailəsi ilə birlikdə yaşayır. ##.##.2025-ci il tarixli, **** saylı hesabatdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 106.20 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar qiyməti 137000 manat müəyyən olunmuşdur. Bununla da cavabdeh2 ilə X2 birgə nikahları dövründə tələbdə qeyd olunan əmlaklardan əlavə qeyd edilən fərdi yaşayış evini almışlar və hazırda iddiaçı iddiaçı1 istifadəsindədir. Lakin iddiaçılar həmin əmlakı birgə nikah dövründə əldə olunmuş və miras əmlak kütləsinə daxil etməməklə onu qanunsuz olaraq mənimsəmək və onu miras əmlak kütləsindən yayındırmaq istəmişlər. Odur ki, qanunvericiliyin tələblərinə əsasən həmin fərdi yaşayış evi həm birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə, həm də miras əmlak kütləsinə daxil edilməklə həmin əmlak və ya onun dəyəri miras əmlaklarda paylar müəyyən edilən zaman mütləq nəzərə alınmalıdır. cavabdeh2 ilə X2 ölməmişdən öncə belə razılığa gəlmişlər ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (onun dəyərinin) bir qismi X2nun birinci nikahdan olan övladları iddiaçı1 və iddiaçı2 verilsin, qalan hissəsi və digər əmlakların ona düşən hissələri isə arvadı cavabdeh2 və bundan onunla başqa nikahdan olan cavabdeh1 verilsin.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(005) ***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 15 ünvanında yerləşən mənzil və ünvan 14 ünvanında yerləşən mənzil üzərində ½ hissədə cavabdeh2, ½ hissədə X2nun paylarının müəyyən edilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 ünvan 19 ünvanında yerləşən ** saylı mənzilə məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutularaq ödənilməsi, vurulmuş zərərə görə iddiaçılar iddiaçı2 və iddiaçı1 hər birinə 1500 manat məbləğində pulun cavabdeh cavabdeh1, hər birinə 508,3 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyevə) 18.Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 iddiaları təmin edilmiş, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilmişdir. Bununla da onlar mirası qəbul etmiş qanun üzrə vərəsələr kimi tanınmışlar. Bu baxımdan iddia əmlakın bölünməsi hissəsində təmin edilməli, ünvan 15 ünvanda yerləşən mənzil və ünvan 12 ünvanda yerləşən mənzil üzərində ½ hissədə cavabdeh2, ½ hissədə isə X2nun payları müəyyən edilməlidir. 19.Hazırkı iş üzrə iddiaçılar miras kütləsinə daxil olan və cavabdehlər tərəfindən satılmış nəqliyyat vasitəsinin bazar dəyərinin, eləcə də mərhumun iş yeri tərəfindən ödənilmiş 4066,61 manat son haqq hesab və 4872,42 manat müavinətin ½ hissəsinin (hər birinə ¼ hissə olmaqla) onlara verilməsini xahiş edirlər. Iş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi Idarəsinin arayışından görünür ki, “Nissan Sentra” minik markalı, 90-ZT404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2015-ci il tarixində gömrük bəyannaməsinə əsasən X1 adına rəsmiləşdirilmişdir. Miras qoyanın vəfatından sonra həmin nəqliyyat vasitəsinə dair cavabdehlərin hər birinin ½ hissədə payları müəyyən edilməklə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə dair sənədlərdən görünür ki, cavabdeh2 BDYPI-yə ərizə ünvanlayaraq nəqliyyat vasitəsinin şəhadətnaməsinin oğlu cavabdeh1 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. cavabdeh1 isə ## ###### 2023-cü il tarixində həmin nəqliyyat vasitəsini X3 12000 manata satmışdır. Nəqliyyat vasitəsi satıldığından iddiaçıların miras əmlakın onlara çatası pay həddində zərərin ödənilməsini tələb etmək hüquqları yaranmışdır.
20. Son haqq-hesab və müavinətə görə zərərin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Milli Gəlirlər Baş Idarəsinin məhkəməyə ünvanladığı məktubdan göründüyü kimi, ## #### 2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında son haqq hesab və müavinət vərəsələr cavabdeh1 və X6 hesabına köçürülmüşdür. Sonradan həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Yenidən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 vərəsələri iddiaçı1 və iddiaçı2 hər birinin 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətin 1/4 (ümumi əmlakdan 1/8) hissədə payları müəyyən edilmişdir. Son haqq-hesab və müavinətin cavabdehlər tərəfindən alınması işin mübahisələndirilməyən halıdır. Son haqq-hesab miras əmlaka daxil olduğundan və birgə nikah dövründə qazanılmış əmlak olduğundan cavabdeh cavabdeh2 ½ hissədə payı çıxıldıqdan sonra qalan məbləğ 4 vərəsə arasında bölünməlidir. Bu zaman iddiaçıların hər birinə düşəcək məbləğ 4066,61:2:4=508,3 manat təşkil edir və həmin pul məbləği cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir.
21. Hazırkı iş üzrə ünvan 19 ünvanında yerləşən ** saylı mənzil ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Əliyev Şirzad tərəfindən cavabdeh cavabdeh2 bağışlanmışdır. Məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyində ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət ** saylı mənzilin bazar dəyəri 155000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 62000 manat, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 60500 manat, "Nissan Sentra" minik markalı, 90-ZT- 404 dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 16300 manat müəyyən edilmişdir. Lakin məhkəmə nəqliyyat vasitəsinin dəyəri kimi alğı-satqı müqaviləsində göstərilən məbləğin əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Həmçinin miras əmlaka mərhumun işlədiyi Milli Gəlirlər Baş Idarəsi tərəfindən hesablanmış 4066,61 manat son haqq-hesab da daxildir. O da nəzərə alınmalıdır ki, qeyd edilən əşyalar birgə nikah dövründə əldə edildiyindən cavabdeh cavabdeh2 ½ hissədə payı çıxıldıqdan sonra 4 vərəsə arasında bölünməklə müvafiq hesablama aparılmalıdır. Beləliklə, mirasdan məcburi payın tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır. Hazırkı iş üzrə miras kütləsinə daxil olan ümumilikdə miras əmlakın dəyəri (62000+60500+12000+4066,61):1/2=69.283,3 manat təşkil etmişdir. Həmin məbləğ isə 4 vərəsə arasında bölündükdə hər bir vərəsəyə 17320,83 manat düşür. Bağışlanmış əşya daxil edildikdə isə miras əmlakın dəyəri 69283,3+155000=224.283,3 manat olur. Bu zaman məcburi pay 1/8 hissə olmaqla, 224,283,3:4 (vərəsə) : 2 (məcburi pay)=28.035,41 manat təşkil edir. Göründüyü kimi, bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı (28.035,41 manat) qanun üzrə vərəsəlik zamanı onlara düşən paydan (17320,83) çox olduğundan iddiaçıların məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları yaranmışdır. Bu baxımdan məcburi pay hüququ olan vərəsələrə məcburi paylarının tamamlanması üçün 28035,41-17320,83=10714,58 manat pul bağışlanmış əşyanın mülkiyyətçisi cavabdeh2ından tutularaq ödənilməlidir. 22.Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində bağışlanmış mənzilə dair məcburi pay hüququnun tanınmasını xahiş etsə də, Mülki Məcəllənin 1200-cü maddəsinin tələbləri baxımından vərəsənin bağışlanmış əşya üzərində məcburi pay hüququ tanındığı halda, həmin payın tamamlanması üçün müvafiq pul məbləği hesablanaraq ona ödənilməlidir. Hazırki iş üzrə iddiaçıların daşınmaz əşya bağışlandığından məcburi pay hüquqları pozulmuşdur, bu səbəbdən bağışlanmış mənzil üzərində onların məcburi pay hüquqları tanınmaqla həmin payın artırılması məqsədilə yuxarıda qeyd edilən pul məbləği ödənilməlidir. Məhkəmə qeyd edilənlər baxımından prosessual qənaət prinsipini və Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələblərini nəzərə alaraq məcburi payın tamamlanması üçün pul məbləğinin ödənilməsini iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir. Cavabdehin Xırdalan şəhərində yerləşən və cavabdehlərə verilmiş qanunsuz tikilinin də nəzərə alınmalı olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlaka yalnız dövlət tərəfindən tanınan və qorunan hüquqlar daxil edilir. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin isə özbaşına tikili olması işin mübahisələndirilməyən halıdır. Sözügedən tikili özbaşına tikili olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 180 və 1151-ci maddələri baxımından X2nun əmlakı hesab edilmirdi və miras əmlak toplusuna daxil deyildir. Cavabdehin özbaşına tikili üzərində pay hüququnun tanınması və sair barədə dəlilləri ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin dəlillər əsassız olmaqla hazırki iş üzrə etiraz və ya vəsatətlə həll edilməli olan məsələlər sırasına aid deyildir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, 129-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 225-ci, 139-cu, 180-cı, 1096-cı, 1133cü, 1146-cı, 1151-ci, 1152-ci, 1157-ci, 1159-cu, 1162-ci, 1193-cü, 1195-ci, 1196-cı, 1200cü, 1243-cü, 1251-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın məcburi payın tamamlanması və vurulmuş ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi, iddianın digər hissəsi üzrə isə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Cavabdeh apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Rəşid Səmədov və Xumar Mərdanova) cavabdeh cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(005) ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 27.Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar ilkin tələbi miras qoyana məxsus əmlak üzərində miras paylarının müəyyən edilməsi məqsədilə, atalarının sağlığında cavabdehlə birgə nikah dövründə əldə etdiyi əmlakın miras qoyanla cavabdeh arasında bərabər hissələrdə bölünməsindən ibarətdir. Bu münasibətlərə ər-arvadın nikah müddətində əldə etdikləri əmlakın rejimi ilə bağlı normalar tətbiq edilməlidir. Işin halllarından göründüyü kimi, X1 və cavabdeh2 ## #### 1993-cü il tarixində nikaha daxil olmuş, miras qoyan Əliyev Şirzad ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Iddiaçılar miras qoyanın birinci nikahından, cavabdeh cavabdeh1 ikinci nikahından olan övladları, digər cavabdeh isə arvadıdır. Mübahisələndirilən ünvan 9 ünvanında yerləşən mənzil ## ###### 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında, digər ünvan 4 ünvanında yerləşən mənzil isə ## #### 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin dövrdə X2 ilə cavabdehin birgə nikahda olmaları və birgə təsərrüfat aparmaları işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçıların bu cür iddia qaldırmağa subyektiv hüquqları məhz vərəsəlik hüququndan irəli gəlir və bu hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 iddiaları təmin edilmiş, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilmişdir. Bununla da onlar mirası qəbul etmiş qanun üzrə vərəsələr kimi tanınmışlar. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı əmlakın bölünməsi hissəsində təmin edərək ünvan 15 ünvanda yerləşən mənzil və ünvan 11nvanda yerləşən mənzil üzərində ½ hissədə cavabdeh2, ½ hissədə isə X2nun paylarını müəyyən etmişdir. 28.Bundan əlavə iş üzrə iddiaçılar miras kütləsinə daxil olan və cavabdehlər tərəfindən satılmış nəqliyyat vasitəsinin bazar dəyərinin, eləcə də mərhumun iş yeri tərəfindən ödənilmiş 4066,61 manat son haqq hesab və 4872,42 manat müavinətin ½ hissəsinin (hər birinə ¼ hissə olmaqla) onlara verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi Idarəsinin arayışından görünür ki, “Nissan Sentra” minik markalı, 90-ZT404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2015-ci il tarixində gömrük bəyannaməsinə əsasən X1 adına rəsmiləşdirilmişdir. Miras qoyanın vəfatından sonra həmin nəqliyyat vasitəsinə dair cavabdehlərin hər birinin ½ hissədə payları müəyyən edilməklə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə dair sənədlərdən görünür ki, cavabdeh2 BDYPI-yə ərizə ünvanlayaraq nəqliyyat vasitəsinin şəhadətnaməsinin oğlu cavabdeh1 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. cavabdeh1 isə ## ###### 2023-cü il tarixində həmin nəqliyyat vasitəsini X3 12000 manata satmışdır. Nəqliyyat vasitəsi satıldığından iddiaçıların miras əmlakın onlara çatası pay həddində zərərin ödənilməsini tələb etmək hüquqları yaranmışdır. Qeyd edilənlər baxımından nəqliyyat vasitəsinin dəyəri kimi alğı-satqı müqaviləsində göstərilmiş məbləği, 12000 manatın əsas götürülməsini ağlabatan və qanuni hesab edir. Cavabdehin nəqliyyat vasitəsinə münasibətdə etirazının dəlillərindən biri onun birgə nikah dövründə əldə edilməsi və cavabdeh cavabdeh2 məxsus ½ hissədə payı çıxıldıqdan sonra qalan hissənin dəyərinin vərəsələr arasında bölüşdürülməsindən ibarətdir. Nəqliyyat vasitəsi birgə nikah dövründə əvəzli qaydada əldə edildiyindən ailə və mülki qanunvericiliyinin tələblərinə əsasən birgə əmlak hesab edilir və cavabdeh cavabdeh2 ½ hissədə payı çıxıldıqdan sonra qalan məbləğ 4 vərəsənin payına uyğun bölünməlidir. Həmçinin nəqliyyat vasitəsinə dair vərəsəlik şəhadətnaməsi verilmiş və iddiaçı1, iddiaçı2 hər birinin miras əmlak olan nəqliyyat vasitəsi üzərində ¼ (ümumi əmlakdan 1/8) hissədə paylarının olduğu müəyyən edilmişdir. Bu baxımdan iddia həmin hissədə qismən təmin edilməli, vurulmuş zərərə görə iddiaçıların hər birinə 1500 manat məbləğində pul (12000:1/2:1/4=1500) nəqliyyat vasitəsini satan cavabdehdən- cavabdeh1 tutularaq ödənilməlidir.
29. Məhkəmə kollegiyası son haqq-hesab və müavinətə görə zərərin ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, Milli Gəlirlər Baş Idarəsinin məhkəməyə ünvanladığı məktubdan göründüyü kimi, ## #### 2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında son haqq hesab və müavinət vərəsələr cavabdeh1 və cavabdeh2 hesabına köçürülmüşdür. Sonradan həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Yenidən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 vərəsələri iddiaçı1 və iddiaçı2 hər birinin 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətin 1/4 (ümumi əmlakdan 1/8) hissədə payları müəyyən edilmişdir. Son haqq-hesab və müavinətin cavabdehlər tərəfindən alınması işin mübahisələndirilməyən halıdır. Son haqq-hesab miras əmlaka daxil olduğundan və birgə nikah dövründə qazanılmış əmlak olduğundan cavabdeh cavabdeh2 ½ hissədə payı çıxıldıqdan sonra qalan məbləğ 4 vərəsə arasında bölünməlidir. Bu zaman iddiaçıların hər birinə düşəcək məbləğ 4066,61:2:4=508,3 manat təşkil edir və həmin pul məbləği cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir. 30.Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbləri baxımından miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”. Göründüyü kimi, maddə kifayət qədər açıq və dəqiqdir. Belə ki, qeyd edilən müddəadan çox aydın şəkildə məlum olur ki, söhbət əşyanın miras qoyan tərəfindən hələ öz sağlığında 3-cü şəxsə (bu digər vərəsədə ola bilər) verilməsindən gedir. Sonra yenə açıq şəkildə qeyd olunur ki, bu üçüncü şəxsə bağışlanan əşya miras əmlaka daxil edildikdə məcburi pay həcmi arta biləcəksə, onda həmin bu artan məbləğ məcburi pay sahibi vərəsə(lər) tərəfindən tələb oluna bilər. Hazırkı iş üzrə ünvan 19 ünvanında yerləşən ** saylı mənzil ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Əliyev Şirzad tərəfindən cavabdeh cavabdeh2 bağışlanmışdır. Məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyində ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət ** saylı mənzilin bazar dəyəri 155000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 62000 manat, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət ** saylı mənzilin bazar qiyməti 60500 manat, "Nissan Sentra" minik markalı, 90-ZT 404 dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 16300 manat müəyyən edilmişdir. Həmçinin miras əmlaka mərhumun işlədiyi Milli Gəlirlər Baş Idarəsi tərəfindən hesablanmış 4066,61 manat son haqq-hesab da daxildir. Qeyd edilən əşyalar birgə nikah dövründə əldə edildiyindən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin əmlaklar üzərində cavabdeh cavabdeh2 ½ hissədə payını çıxdıqdan sonra 4 vərəsə arasında bölünmə apararaq müvafiq hesablama yolu ilə düzgün nəticəyə gəlmişdir. 31.Cavabdehin Xırdalan şəhərində yerləşən və cavabdehlərə verilmiş qanunsuz tikilinin də nəzərə alınmalı olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillə bağlı artıq birinci instansiya məhkəməsi yetərli olan əsaslandırmasını vermiş və haqlı olaraq göstərmişdir ki, miras əmlaka yalnız dövlət tərəfindən tanınan və qorunan hüquqlar daxil edilir. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 180 və 1151-ci maddələri baxımından X2nun əmlakı hesab edilmirdi və miras əmlak toplusuna daxil deyildir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 180.1, 180.2, 225.1, 1096, 1133, 1146, 1151.1, 1152, 1157, 1159.1.1, 1193, 1195, 1196, 1200, 1243.1, 1243.2, 1243.3, 1251-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, mövcud olan bütün miras aktivləri nəzərə alınmaqla, iddianın məcburi payının tamamlanması və vurulmuş ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə bütün miras kütləsinin həcmini müəyyən edərkən ünvan 3 ünvanda yerləşən 137.000 (bir yüz otuz yeddi min) manat məbləğində dəyəri olan miras aktivini nəzərə almadan mərhumun sağlığında bağışladığı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 115 ünvanında yerləşən mənzildən cavabdehlərin paylarının tamamlanmasını (hər birinə 10.714,58 manat) təmin etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından görünür ki, X2 ##.##.2013-cü il tarixli ev alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən (ümumi sahəsi 208 kv/m – tikinti altı sahəsi 106.20 kv/m, həyətyanı sahəsi 101.80 kv/m, qiyməti 49.500 manat) fərdi yaşayış evini almışdır. Həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışının olmamasına baxmayaraq, ev bütün kommunal xidmətlərlə təchiz edilmiş və hazırda qeyd olunan evdə iddiaçı iddiaçı1 ailəsi ilə birlikdə yaşayır. cavabdeh2 ilə X2 birgə nikahları dövründə tələbdə qeyd olunan əmlaklardan əlavə 137.000 manat dəyəri olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini almışlar və hazırda həmin ev mövcuddur, iddiaçı iddiaçı1 istifadəsindədir, lakin iddiaçılar həmin əmlakı birgə nikah dövründə əldə olunmuş və miras əmlak kütləsinə daxil etməməklə onu qanunsuz olaraq mənimsəmək və onu miras əmlak kütləsindən yayındırmaq istəyirlər. Odur ki, qanunvericiliyin tələblərinə əsasən 137.000 manat dəyəri olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi həm birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə, həmdə miras əmlak kütləsinə daxil (və ya aid) edilməlidir. Yəni həmin yaşayış evi(-nin) pulla və ya digər əvəz edilən əşya ilə alınıb satılması, dəyişdirilməsi və s. mümkün və real olmaqla müəyyən dəyərə malik olduğundan, eyni zamanda qeyd olunan əmlakın tikilməsinə və ya istismarına çəkilmiş xərc (onun inventar qiyməti) formasında ifadə olunan dəyəri olduğundan onun dəyəri miras əmlaklarda paylar müəyyən edilən zaman (xüsusən məcburi payın tamamlanması tələbi üzrə) mütləq nəzərə alınmalıdır. Hansı ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh2 ilə X2 ölümündən öncə belə razılığa gəlmişlər ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi (mülkiyyət çıxarışı alındıqdan sonra) X2nun birinci nikahdan olan övladları iddiaçı1 və iddiaçı2 verilsin, qalan hissəsi və digər əmlakların ona düşən hissələri isə arvadı cavabdeh2 və onunla nikahdan olan cavabdeh1 verilsin. Bundan əlavə qeyd edilmişdir ki, «məhkəməəmtəəşünaslıq» ekspertizasının təyin edilməsi barədə *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən tərtib edilmiş ##.##.2025-ci il tarixli № **** saylı qiymətləndirmə Hesabatından görünür ki, 1) Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 115 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət olan ** saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 155.000 (bir yüz əlli beş min) manat müəyyən olunmuşdur. ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 mülkiyyətində olmuş və birgə nikah dövründə əldə edilmiş ünvan 20 ünvanında yerləşən (79.6 kv/m) mənzili tam olaraq arvadı cavabdeh2 bağışlamışdır. Bu mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı (1/2 hissəsi) cavabdeh2 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin (1. cavabdeh2; 2. cavabdeh1; 3. iddiaçı1 və 4. iddiaçı2) bərabər payları müəyyən edilə bilər. Həmin ev artıq Şirzad Əliyevin sağlığında bağışlanmışdır və bu halda cavabdehlərə MM-nin 1193-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı (məcburi pay) qədər pay düşə bilər. Yəni bu mənzil birgə nikah dövründə əldə olunduğundan onun dəyəri 155.000:2=77.500 bu məbləğ üzrə 4 vərəsə 77.500:4=19375 bu qanun üzrə vərəsələrə düşə biləcək pay və bunun yarısı isə 19375:2=9687.5 manat müəyyən olunur. Beləliklə iddiaçılar iddiaçı1 və iddiaçı2 bu mənzildən hər birinə 9.687,5 manat dəyərində paylarının tamamlanmasını tələb edə bilərlər. Hansı ki, məhkəmə bu mənzil üzrə məcburi payın tamamlanması zamanı payın həcmini səhvən artıq (hər birinə 9.687,5 manat əvəzinə - hər birinə 10.714,58 manat) qiymətləndirmişdir. 2)Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m sahədən ibarət olan ** saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 62.000 (atmış iki min) manat müəyyən olunmuşdur. Mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı (1/2 hissəsi) cavabdeh2 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin (1. cavabdeh2; 2. cavabdeh1; 3. iddiaçı1 və 4. iddiaçı2) bərabər payları müəyyən edilə bilər. Yəni bu mənzil də, birgə nikah dövründə əldə olunduğundan onun dəyəri 62.000:2=31.000 bu məbləğ üzrə 4 vərəsə 31.000:4=7750 bu qanun üzrə vərəsələrə düşə biləcək pay həcmidir. Beləliklə iddiaçılar iddiaçı1 və iddiaçı2 bu mənzildən hər birinə 7750 manat (yarısı - 3875 manat məcburi pay) dəyərində pay tələb edə bilərlər. 3)ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət olan ** saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 60.500 (atmış min beş yüz) manat müəyyən olunmuşdur. Mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı (1/2 hissəsi) cavabdeh2 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin (1. cavabdeh2; 2. cavabdeh1; 3. iddiaçı1 və 4. iddiaçı2) bərabər payları müəyyən edilə bilər. Yəni bu mənzil də, birgə nikah dövründə əldə olunduğundan onun dəyəri 60.500:2=30.250 bu məbləğ üzrə 4 vərəsə 30.250:4=7562.5 bu qanun üzrə vərəsələrə düşə biləcək pay həcmidir. Beləliklə, iddiaçılar iddiaçı1 və iddiaçı2 bu mənzildən hər birinə 7562.5 manat (yarısı – 3.781,25 manat məcburi pay) dəyərində pay tələb edə bilərlər. 4)“Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 16.300 (on altı min üç yüz) manat müəyyən olunmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası DIN BDYPI nin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş ##.##.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alğı-satqısı müqaviləsindən görünür ki, “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı cavabdeh1 tərəfindən alıcı X3 12.000 manata satılmışdır. Həmin avtomobil birgə nikah dövründə əldə olunduğundan onun yarısı (1/2 hissəsi) cavabdeh2 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin (1. cavabdeh2; 2. cavabdeh1; 3. iddiaçı1 və 4. iddiaçı2) bərabər payları müəyyən edilə bilər. Yəni bu avtomobil də, birgə nikah dövründə əldə olunduğundan onun dəyəri 12.000:2=6000 bu məbləğ üzrə 4 vərəsə 6000:4=1500 bu qanun üzrə vərəsələrə düşə biləcək pay həcmidir. Beləliklə iddiaçılar iddiaçı1 və iddiaçı2 bu avtomobildən hər birinə 1500 manat (yarısı – 750 manat məcburi pay) dəyərində pay tələb edə bilərlər. Iddia tələbinin digər (üçüncü) hissəsi ilə bağlı qeyd edilmişdir ki, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, sabiq əməkdaş X1 vəfatı ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin “Işçi heyətinin siyahısından çıxarılması haqqında” əmrində AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin verilməsi tapşırılmışdır. Qeyd olunanlarla əlaqədar 4872.42 (dörd min səkkiz yüz yetmiş iki manat, qırx iki qəpik) manat hesablama aparılmış və ## #### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusunun təqdim etdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında vərəsələrin hesabına köçürülmüşdür. Bu vəsait isə müavinət kimi onun ölməsi səbəbindən və ölümündən sonra (dəfn pulu, maddi yardım və s.) verilmişdir. Həmin əmlak (pul vəsaiti) isə mərhumun öldüyü məqamadək mövcud olmadığından və konkret təyinatlı olduğundan bu MM-nin 1115-ci maddəsinin tələblərinə uyğun miras əmlak kütləsinə daxil olmadığından vərəsələr arasında bölüşdürülə bilməz. Lakin məhkəmənin son haqq-hesab kimi qəbul edərək, iddiaçıların hər birinə 508,3 manat həcmində pay müəyyən etdiyi 4066,61 manat məbləğində pul vəsaitinin cavabdehlərə ödənilib, ödənilməməsi və ya onun miras kütləsinə aid olub-olmaması hər hansı bir sübutla təsdiq olunmur. Bununla da müəyyən olunur ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 115 ünvanında yerləşən ** saylı mənzildən hər birinə 9687.5 manat dəyərində məcburi pay; Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 3 ünvanında yerləşən ** saylı mənzildən hər birinə 3875 manat dəyərində məcburi pay; ünvan 16 ünvanında yerləşən ** saylı mənzildən hər birinə 3781,25 manat dəyərində məcburi pay və “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər birinə 750 manat dəyərində məcburi pay, ümumilikdə isə hər biri cəmi 18.093,75 manat (iksinin payının cəmi dəyəri 36.187,5 manat) dəyərində məcburi pay tələb edə bilərlər. (bağışlanan əmlakda məcburi pay, digər əmlaklarda isə adi pay olmaqla, hər birinə cəmi 26.500 manat) Lakin onlara, yəni hazırkı iş üzrə iddiaçılara miras əmlak kütləsinin 137.000 (bir yüz otuz yeddi min) manat dəyərində ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 106.20 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (düşdüyündən) verildiyindən, bunun dəyərinin isə onlara miras əmlakdan qanun üzrə düşə biləsi payın dəyərindən xeyli çox olması onların hazırkı iddiasının əsassız olmasına dəlalət edir və təmin edilməsini mümkünsüz etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)- ****/**** nömrəli qərarında qeyd edilmişdir ki; - Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. - Qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrindən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. Istisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır. - Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. - Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. - Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. - Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıbaşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. - Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. - Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. - Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarının 84-cü bəndində qeyd edilmişdir ki; - O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Müvafiq sorğu əsasında Xırdalan şəhər * saylı MTIITŞ tərəfindən təqdim edilmiş ** nömrəli ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı1 ailəsi ilə birlikdə yaşayır. Torpaq Bələdiyyə torpağıdır. Evin yolu, işığı, qazı, suyu vardır. Əlavə olaraq o da nəzərə alınmalıdır ki, istər Insan Hüquqları üzrə Avropa Məhkəməsinin, istər Azərbaycan Respublikası Ali Məhkəməsini, istərsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən sənədsiz (özbaşına və s.) tikililərə digər fiziki və ya hüquqi şəxslər, müvafiq bələdiyyə, o cümlədən dövlət tərəfindən heç bir etiraz olmadan uzun zaman ərzində sahiblik edilməsi, eləcədə dövlətin səlahiyyətli orqanları tərəfindən yaşayış sahəsinin bütün kommunal xidmətlərlə (su, qaz, işıq və s.) təmin olunması, qeyriyaşayış sahələrinə münasibətdə isə vergi, yanğın təhlükəsizliyi, sağlamlıq, kommunal xidmətlər və s. kimi dövlət qurumları tərəfindən (fəaliyyətinə) istifadəsinə icazə verilməsi halı ilə müşayət olunduqda, bu müvafiq olaraq mülkiyyət hüququna gözlənti, sahiblik və ya istifadə hüququ kimi qiymətləndirilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir;
38. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır;
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır;
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;
41. Maddə 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun;
42. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir;
43. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar;
44. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir;
45. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir;
46. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir;
47. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır;
48. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır;
49. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
50. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır;
51. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir;
52. Maddə 1251. Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
62. Kollegiya kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən ünvan 19 ünvanında yerləşən ** saylı mənzilə məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutulması barədə iddia tələbinin təmin edildiyi hissə istisna olunmaqla qalan hissələrdə mübahisə maddi hüquq normalarının tələblərinə müvafiq düzgün həll olunmuş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və təkrar edilməsini zəruri hesab etmir.
63. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşır ki, miras qoyan X1 tərəfindən ##.##.2022-ci il tarixdə bağışlanmış ünvan 18 ünvanında yerləşən mənzildə məcburi payları müəyyənləşdirilərkən məhkəmə araşdırması maddi hüquq normalarının (MM-nin 225.1, 1151.1, 1162-ci maddələri) tələblərinə uyğun həyata keçirilməmişdir.
64. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən X1 ilə X7 arasında ##.##.1993-cü il tarixdə nikah bağlanmışdır. ##.##.2022-ci il tarixli bağışlama müqaviləsində isə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 115, 27 saylı mənzilin ##.##.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən X1 mülkiyyətində olduğu qeyd edilmişdir. Miras qoyan tərəfindən cavabdeh cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 115, ** saylı mənzilin bazar dəyəri məhkəmə tərəfindən mütəxəssis rəyinə əsasən 155.000 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsi miras əmlakın dəyərini müəyyənləşdirərkən bu mənzilin tam dəyərini digər miras əmlakların dəyərinin üzərinə gəlmişdir. Apellyasiya məhkəməsi miras əmlakın dəyərinin müəyyənləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
65. Cavabdehin bu hissə ilə bağlı iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, bağışlanmış mənzil digər mənzillər kimi, miras qoyanla birgə nikah dövründə əldə edildiyi və ½ hissəsi cavabdehin mülkiyyətində olduğu üçün məhkəmə iddiaçıların məcburi payını müəyyənləşdirərkən miras aktivinə bu mənzilin ½ hissəsini daxil etməli olduğu halda, tam dəyərini daxil etmişdir.
66. Mübahisələndirilən qətnamədən apellyasiya məhkəməsinin bu dəlillərlə bağlı araşdırma apardığı və dəlillərin hansı səbəbdən əsassız hesab edildiyi görünmür. MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
67. Iş materiallarında bağışlanan mənzilin X7 ilə nikah bağlamazdan əvvəl əldə edildiyi və ya nikah dövründə əvəzsiz əldə edildiyini təsdiq edən sübut yoxdur. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçıların mirasda məcburi payları müəyyənləşdirilərkən qeyd edilən mənzilin dəyərinin miras əmlaka tam daxil edilməsi üçün ər-arvadın birgə nikahı dövründə əldə edilmədiyini və yalnız miras qoyanın mülkiyyətində olduğunu sübutetmə yükü iddiaçılara aid olduğu məhkəmə tərəfindən nəzərə alınmamışdır.
68. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, ünvan 19 ünvanında yerləşən ** saylı mənzilə iddiaçıların məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutulması barədə iddia tələbinin təmin edildiyi hissədə sübutların qiymətləndirilməsi MM-nin 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilmədiyindən, nəticədə həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından qeyd edilən hissədə ləğv edilərək yeni baxışa qaytarılmalıdır.
69. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən- ünvan 19 ünvanında yerləşən ** saylı mənzilə iddiaçıların məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutulması barədə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iş yenidən apellyasiya baxışına qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən- ünvan 19 ünvanında yerləşən ** saylı mənzilə iddiaçıların məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutulması barədə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iş yenidən apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.