Məhkəmə qərarları › İş №2(1-8)-742/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-742/2026

18.05.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-742/2026 18.05.2026 ALI MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDI: Cavabdeh cavabdeh8 Ağası qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən kassasiya vermiş, Ali Məhkəmənin 2026-cı 17 mart tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsi 2026-cı il ## ### tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual hərəkətlərinin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Işin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2026-cı il ## #### tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş kassasiya baxışından çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar