Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-230/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Ağası qızına, X5, Əli-X16 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" ASC)-yə, Cavabdeh6nə, X9, Cavabdeh4, X3rşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, zaminlik münasibətləri”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1 Ağası qızı və X12 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil oğunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 Ağası qızı və X12 apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh1 ilə iddiaçı "xxxx" QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur.
2. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh1 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009K**********04 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə zamin Pərvin Şəkinskaya arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000470 saylı zaminlik müqaviləsinə, zamin Ağası Muradov arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsinə, zamin Rəşad Əli-Zadə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000465 saylı zaminlik müqaviləsinə, zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000471 saylı zaminlik müqaviləsinə və zamin "xxxx" MmC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000464 saylı zaminlik müqaviləsinə əsasən zaminlər xx.xx.2009- cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 ilə birgə öhdəlik daşımağı öz üzərlərinə götürmüşlər.
6. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000302 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,118114 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 118,22 kv.m. yaşayış, 435,45 kv.m. köməkçi sahədən ibarət 217 nömrəli bağ evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 622.147,12 manat müəyyən edilmişdir.
7. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000294 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,027166 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34,55 kv.m. yaşayış, 66,1 kv.m. köməkçi sahədən ibarət 218 nömrəli bağ evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 91.667,94 manat müəyyən edilmişdir.
8. Cavabdeh1 ilə AccessBank QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000295 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,026548 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65,69 kv.m. yaşayış, 159,1 kv.m. köməkçi sahədən ibarət 219 nömrəli bağ evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 69.735,12 manat müəyyən edilmişdir.
9. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000298 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində istifadədə olan 0,06513 torpaq sahəsində yerləşən 94 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində 245,8 kv.m. ümumi, 145,5 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı, 9 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 250.352,55 manat müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsi 94 saylı evin, 9 saylı mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 412 №-li reyestr kitabın 38333 №-li vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 217 №-li bağ evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 7 №-li reyestr kitabın 885 №-li vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 218 №-li bağ evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 5 №-li reyestr kitabın 769 №-li vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 219 №-li bağ evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 5 №-li reyestr kitabın 762 №-li vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
14. İddiaçı QSC-nin “Azadlıq” filialının Cavabdeh1, Pərvin Şəkinskayaya, Rəşad Əli- Zadəyə, "xxxx" ASC-yə, Cavabdeh6 MMC-yə və Ağası Muradova ünvanladığı xx.xx.2016cı il tarixli xəbərdarlıq məktublarına əsasən, müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ondan məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
15. İddiaçı QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 478.156 ABŞ Dolları kredit borcu, 54.943 ABŞ dolları faiz borcu və 249 günə görə 122.411,50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 655.510,53 ABŞ dolları borcu vardır.
16. İddiaçı QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli 09K**********04 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 30.000 ABŞ dolları kredit borcu, 3.212,50 ABŞ dolları faiz borcu və 225 günə görə 31.800 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 65.012,50 ABŞ dolları borcu vardır.
17. İddiaçı QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli 09KK**********01nömrəli kredit razılaşması üzrə Cavabdeh1 9.999,87 ABŞ dolları kredit borcu, 1.901,90 ABŞ dolları faiz borcu və 28 günə görə 250 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12.151,81 ABŞ dolları borcu vardır.
18. İddiaçı QSC-nin ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələrdən müəyyən edilir ki, həmin ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq olaraq, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə həmin idarədə qeydə alınmışdır.
19. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin, Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə 05 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 217 №-li bağ evinin, Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
21. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 218 №-li bağ evinin, Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 219 №-li bağ evinin, Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
23. “Nərimanov-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 001 nömrəli arayışa əsasən, Cavabdeh1 ailə üzvləri, Kamilə Bəşirova, Cavabdeh4, Bakı şəhəri, Nərimanov Rayonu, M.Qaşqay küçəsi, ev 94, 9 saylı mənzildə yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları.
a) Birinci instansiya məhkəməsində icraat:
24. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 Ağası qızına, X5, Əli-X16 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" ASC)- yə, Cavabdeh6nə, X9, Cavabdeh4, X6 (bundan sonra cavabdehlər və ya ad, soyad, ASC, MMC) qarşı iddia ərizəsi ilə (tələbinin həcmini artıraraq iş İİİ cild səh. 202) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, "xxxx" ASC-dən, Cavabdeh6 MMC-dən və Ağası Muradovdan müştərək qaydada iddiaçı Bankın xeyrinə 09R000005432 nömrəli kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 54.943 ABŞ dolları məbləğində faiz borcunun və 122.411,5 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 655.510,53 ABŞ dolları məbləğində borcun, 009K**********04 nömrəli kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 3.212,5 ABŞ dolları məbləğində faiz borcunun və 31.800 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 65.012,50 ABŞ dolları məbəğində borcun; 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9.999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1.901,9 ABŞ dolları məbləğində faiz borcunun və 250 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 12.151,81 ABŞ dolları məbəğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması və cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, "xxxx" ASCdən, Cavabdeh6 MMC-dən və Ağası Muradovdan ümumi qaydada tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9- a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Daha sonra iddiaçı "xxxx" QSC 3 dəfə iddia həcminin artırılması və 1 dəfə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh4 və Kamilla Bəşirova mülki iş üzrə iddiaçı bankın nümayəndəsinin ərizəsi əsasında cavabdeh qismində qoşulmuşlar.
27. Sonda iddiaçı "xxxx" QSC xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskaya, Ağası Muradov, Rəşad Əli-Zadə, ASC (əvvəlki adı "xxxx" ASC), MMC, Cavabdeh4, Cavabdeh5 qarşı iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 09R000005432 nömrəli kredit razılaşması üzrə 472.156 ABŞ dolları kredit borcu, 202.374,50 ABŞ dolları faiz borcu, 476.229,34 ABŞ dolları cərimə olmaqla cəmi 1.150.759,84 ABŞ dolları; 009K**********04 nömrəli kredit razılaşması üzrə 30.000 ABŞ dolları kredit borcu, 30.012,50 ABŞ dolları faiz borcu və 152.250 ABŞ dolları cərimə olmaqla, cəmi 212.262,50 ABŞ dolları; 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9.999,87 ABŞ dolları kredit borcu, 1.901,94 ABŞ dolları faiz borcu, 2.930 ABŞ dolları cərimə olmaqla cəmi 14.831,81 ABŞ dolları; hər üç kredit razılaşması üzrə ümumilikdə cəmi 1.377.854 (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ Dolları 15 (on beş) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 94, mənzil 9-a yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması və cəmi 1.377.854 (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ Dolları 15 (on beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxarılmaları, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. İddia tələbi və tələblərin dəyişdirilməsinə dair ərizə işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 701.844 ABŞ dolları ödəmiş, onun 478.156 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 249 gün üçün hesablanmış faiz borcu 54.943 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 249 gün üçün hesablanmış cərimə 122.411,5 ABŞ dolları təşkil edir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 009K**********04 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 0 ABŞ dolları ödəmiş, onun 30.000 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 225 gün üçün hesablanmış faiz borcu 3.212,5 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığmm 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016cı il tarixə 225 gün üçün hesablanmış cərimə 31.800 ABŞ dolları təşkil edir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 0,13 ABŞ dolları ödəmiş, onun 9.999,87 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 2.3 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 28 gün üçün hesablanmış faiz borcu 1.901,9 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 2.7-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda illik 180 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 248 gün üçün hesablanmış cərimə 250 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasmı təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2009-cu il tarixli 09M000000294 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 769 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-lı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Qanunun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan Bank cavabdeh-ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2016cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Bank iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqmda bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2009-cu il tarixli 09M000000294 saylı saylı ipoteka müqaviləsi əsasmda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabınm 762 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan Bank cavabdeh-ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqmda ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Bank iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2009-cu il tarixli 09M000000302 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 7 №-li reyestr kitabının 885 №-li vərəqində qeydiyyata alınmış və MH0187857 №-li çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan Bank cavabdeh-ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqmda bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Bank iddia ərizəsinin məhkəmənin icraatma qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2009-cu il tarixli 09M000000298 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9 iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 412 №-li reyestr kitabının 38333 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9 Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan Bank cavabdeh-ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqmda bildiriş göndərmiş, xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə almması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqmda bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Bank iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Pərvin Şəkinskaya xx.xx.2009-cu il tarixli 09S000000470 saylı zaminlik müqaviləsinə, Ağası Muradov xx.xx.2009-cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsinə, Rəşad Əli-Zadə xx.xx.2009-cu il tarixli 09S000000465 saylı zaminlik müqaviləsinə, "xxxx" ASC xx.xx.2009-cu il tarixli 09S000000471 saylı zaminlik müqaviləsinə və Cavabdeh6 MMC xx.xx.2009-cu il tarixli 09S000000464 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.
29. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2018-ci il tarixli 15350 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli, 09R000005432 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 620.932,12 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə 494.065,08 ABŞ dolları, faiz borcu üzrə 126.867,04 ABŞ dolları; Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015- ci il tarixli, 009KK**********01 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 13.852,24 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə-9.999,87 ABŞ dolları, faiz borcu üzrə 3.852,37 ABŞ dolları; Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015- ci il tarixli, 009K00Q002124704 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 31 may 2017-ci il tarixədək (sonuncu iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 35.571,78 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 29.237,08 ABŞ dolları, faiz borcu üzrə 6.334,70 ABŞ dolları; Cavabdeh1 ilə Bankın arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli, 009KK**********01 saylı və 21 05.2015-ci il tarixli, 009K**********04 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır.
30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi üçün qiyməyləndiricilər dəvət edilərək müvafiq rəylər alınmışdır:
31. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-4 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsində yerləşən 94 saylı evin 9 saylı mənzilin bazar dəyəri 425.000 manat təşkil edir.
32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-1 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 1.250.000 manat təşkil edir.
33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-2 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 nömrəli bağ evinin bazar dəyəri 165.000 manat təşkil edir.
34. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-3 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 130.000 manat təşkil edir.
35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/502 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsində yerləşən 94 saylı evin 9 saylı mənzilin bazar dəyəri 430.000 manat təşkil edir.
36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/503 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 1.255.000 manat təşkil edir.
37. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/500 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 nömrəli bağ evinin bazar dəyəri 169.000 manat təşkil edir.
38. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/501 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 134.000 manat təşkil edir.
39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 001- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 413.784 manat təşkil edir.
40. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 002- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 nömrəli bağ evinin bazar dəyəri 110.000 manat təşkil edir.
41. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 003- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 90.000 manat təşkil edir.
42. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadına əsasən, mülki iş üzrə tərəflər arasında müvafiq şərtlər daxilində bağlanmış barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3241/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Ağası Muradov, maraqlı şəxslər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş şikayətlər təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mübahisəyə baxılması üçün sonraki prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.
44. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 9/8165 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli, 09R000005432 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan borcu 575.903,58 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 987.693,10 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 16.11 2016-cı il tarixə əsas borc üzrə 494.065,08 ABŞ dolları, faiz borcu üzrə 81.838,49 ABŞ dolları; xx.xx.2021-ci il tarixə əsas borc üzrə 494.065,08 ABŞ dolları, faiz borcu üzrə 493.628,02 ABŞ dolları. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göslərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 009K**********04 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 21 may 2017-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 35.449,96 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 54.722,07 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 29.237,08 ABŞ dolları, faiz borcu üzrə 6.212,88 ABŞ dolları. xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29.237,08 ABŞ dolları, faiz borcu üzrə 25.484,99 ABŞ dolları. Üçüncü sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 009KK**********01 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan borcu 11.973,93 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 23.895,44 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə - 9.999,87 ABŞ dolları, faiz borcu üzrə - 1.974,06 ABŞ dolları. xx.xx.2021-ci il tarixə sas borc üzrə 9.999,87 ABŞ dolları, faiz borcu üzrə 13.895,57 ABŞ dolları.
45. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi üçün qiyməyləndiricilər dəvət edilərək müvafiq rəylər alınmışdır:
46. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 dekabr 2021-ci il tarixli ƏEM/D 03- 1126/21 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinin bazar dəyəri 1.200.000 manat, likvid dəyəri 980.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin bazar dəyəri 125.000 manat, likvid dəyəri 112.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinin bazar dəyəri 144.000 manat, likvid dəyəri 130.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, ünvanında yerləşən 9 saylı mənzilin evin bazar dəyəri 2.269.000 manat, likvid dəyəri 1.962.000 manat təşkil edir.
47. “MBA LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 665.000 manat, likvid 565.300 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 140.000 manat, likvid 119.000 manat; ünvan 5, mənzil 9-un bazar dəyəri 617.000 manat, likvid 524.500 manat təşkil edir.
48. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-8/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Ağası Muradovdan, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, ASC-dən (əvvəlki adı "xxxx" ASC-dən), MMCdən müştərək qaydada 09R000005432 razılaşması üzrə 472.156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202.374,50 faiz borcu, 1.000 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu, 09K**********04 nömrəli kredit razılaşması üzrə 29.237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25.484,99 ABŞ dolları faiz borcu, 50 manat cərimə borcu; 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9.999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1.901,94 ABŞ dolları faiz borcu, 500 manat cərimə borcu 3 kredit razılaşması üzrə ümumilikdə 1.732.691,5 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının iddiaçı Bankın xeyrinə tutulması, Cavabdehlər Cavabdeh1, Ağası Muradovdan, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, ASC-dən (əvvəlki adı "xxxx" ASC-dən), MMC-dən tutulmalı olan məbləğ ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc öhdəliyinin təminatı kimi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 218, 219 nömrəli bağ evlərinə, ünvan 5, 9 saylı mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskayaya, Rəşad Əli-Zadəyə, ASC (əvvəlki adı "xxxx" ASC)-yə MMC-yə, Ağası Muradova verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 565.300 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 119.000 manat, ünvan 5, mənzil 9-un ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 524.500 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərinin 112.000 manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, ünvan 5, mənzil 9-un açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, ASC (əvvəlki adı "xxxx" ASC)- dən MMC-dən, Ağası Muradovdan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
49. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 nömrəli, 17 fevral 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 2(005)-8/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin “nəticə” hissəsinə dəyişikliklər edilməsi: Kredit razılaşmaları üzrə tutulmalı olan pul məbləğləri - “manat” əvəzinə “ABŞ dolları” kimi oxunması qərara alınmışdır.
50. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 2(005)-8/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsində aşağıdaki düzəlişlərin edilməsi qərara alınmışdır: Qətnamənin nəticə hissəsində ikinci abzasda “1.732.691,5 (bir milyon yeddi yüz otuz iki min altı yüz doxsan bir dollar əlli bir sent) ABŞ dolları” sözləri “742.704,38 (yeddi yüz qırx iki min yeddi yüz dörd dollar otuz səkkiz sent) ABŞ dolları” sözləri ilə əvəz edilsin. Qətnamənin nəticə hissəsində beşinci abzası aşağıdakı kimi oxunsun: “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evi, ünvan 5, mənzil 9 açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.”
51. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən tərtib edilmiş 3 (üç) kredit razılaşması üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Pərvin Şəkinskaya, Rəşad ƏliZadə, ASC (əvvəlki adı "xxxx" ASC), MMC, Ağası Muradov borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh1, Pərvin Şəkinskaya, Rəşad Əli-Zadə, ASC (əvvəlki adı "xxxx" ASC) MMC, Ağası Muradov onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər.
52. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, 09R000005432 nömrəli kredit razılaşması üzrə 472.156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202.374,50 faiz borcu olmaqla, cəmi 674.530,5 ABŞ dolları məbləğində, 009K**********04 nömrəli kredit razılaşması üzrə 29.237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25.484,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 54.722,07 ABŞ dolları məbləğində borc, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9.999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1.901,94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.901,81 ABŞ dolları məbləğində borc hər üç kredit razılaşması üzrə ümumilikdə cəmi 741.154,38 (yeddi yüz qırx bir min yüz əlli dörd) ABŞ Dolları 38 (otuz səkkiz) sent məbləğində borc, Cavabdeh1, Pərvin Şəkinskaya, Rəşad Əli-Zadə, ASC (əvvəlki adı "xxxx" ASC)-yə MMC-yə, Ağası Muradov tərəfindən iddiaçıya ödənilməlidir.
53. Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən tərtib edilmiş 3 (üç) kredit razılaşması üzrə ayrı-ayrılıqda əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlmişir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 09R000005432 nömrəli kredit razılaşması üzrə 476.229,34 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 1.000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməli, 009K**********04 nömrəli kredit razılaşması üzrə 152.250 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 500 (beş yüz) ABŞ dolları, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 2.930 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 50 (əlli) ABŞ dolları, məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1, Ağası Muradovdan, Rəşad Əli-Zadədən, "xxxx" ASC-dən, Cavabdeh6 MMC-dən iddiaçı Bankın xeyrinə tutulmalıdır.
54. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Bank ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, ünvanında yerləşən 9 saylı mənzilə dair ipoteka müqavilələri bağlanmış, göstərilən əmlaklar ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh1 və zaminlik müqaviləsi üzrə üzərinə öhdəlik götürmüş digər cavabdehlərə xəbərdarlıq məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı Bank) ərizəsi əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) Bank hazırda ipoteka predmetlərinin satılmasını tələb edir.
55. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; ünvan 3 ünvanında yerləşən evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.
56. Məhkəmə onu da qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 219 nömrəli bağ evlərinə və ünvan 3 ünvanında yerləşən evinə münasibətdə "xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə münasibətdə "xxxx" MMCnin qiymətləndirmə hesabatı əsas götürülməlidir.
57. Məhkəmə habelə hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 565.300 (beş yüz altmış beş min üç yüz) manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 112.000 (yüz on iki) manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 119.000 (yüz on doqquz min) manat, ünvan 5, mənzil 9-un ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 524.500 (beş yüz iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilməlidir.
58. Məhkəmə göstərilənlərlə yanaşı qeyd etməişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskaya, Rəşad Əli-Zadəyə ASC (əvvəlki adı "xxxx" ASC)-yə MMC, Ağası Muradovdan müştərək qaydada tutulması hissəsində təmin edilə bilməz.
59. Məhkəmə iddia tələbinin “Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxarılmaları və digər əmlaklardan isə Cavabdeh1 çıxarılması və əmlakların boşaldılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, ipoteka predmetinin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan əşyaların) çıxarılmasını özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən vurgulamışdır ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qısmən təmin edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər çıxarılmalıdır.
60. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, ASC-dən (əvvəlki adı "xxxx" ASC), MMC-dən və Ağası Muradovdan müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Pərvin Şəkinskayadan, Rəşad Əli-Zadədən, ASC-dən (əvvəlki adı "xxxx" ASC), MMC-dən və Ağası Muradovdan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir.
61. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7, 8-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 319.4, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.1, 119.1-ci maddələrinə istinad edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
62. Qətnamədən cavabdehlər İlahə Bəşirovnın, Ağası Muradovun və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
63. Apelyasiya şikayətləri oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır və maddi və prosesual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır. Qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsində uyğunsuzluq vardır, məhkəmə iddia tələbi üzrə həcmdən kənara çıxaraq qərar qəbul etmiş, yanlış hesablamalar aparmışdır. İddia tələbi ümumilikdə cəmi bütün müqavilələr nəzərə alınmaqla 1.377.854 ABŞ dolları 15 sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması məzmununda olmasına baxmayaraq, məhkəmə nədənsə ümumilikdə 1.732.691,5 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc məzmunda qərarlaşdırılmışdır. Hakim öz qətnaməsində əsaslandırıcı hissədə qeyd edir ki, “Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, 09R000005432 nömrəli kredit razılaşması üzrə 472.156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202.374,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 674.530,5 ABŞ dolları məbləğində, 009K**********04 nömrəli kredit razılaşması üzrə 29.237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25.484,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 54.722,07 ABŞ dolları məbləğində borc, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9.999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1.901,94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.901.81 ABŞ dolları məbləğində borc hər üç kredit razılaşması üzrə ümumilikdə cəmi 741.154,38 ABŞ dolları 38 sent məbləğində borc, Cavabdeh1, Pərvin Şəkinskaya, Rəşad Əli-Zadə, ASC (əvvəlki ad "xxxx" ASC)-yə MMC-yə, Ağası Muradov tərəfindən iddiaçıya ödəməlidirlər.” Lakin “qət etdi” hissəsində hesab yanlışlığına yol verir və məbləği birdən birə 1.732.691,5 ABŞ dollarına qaldırır. Bundan əlavə, hakim diqqət etməmişdir ki, “Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən yalnız kredit xətti müəyyən olunur. Pul verilmir və yalnız verilməsi nəzərdə tutulur. Lakin pul verilmədən həm zaminlərin müqavilələri bağlanır, həm də ipoteka müqavilələri rəsmiləşdirilərək əmlaklar yüklü edilir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009K**********04 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 arasında Bank ilə bağlanmış xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə Cavabdeh1 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verilmədiyi halda Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla zamin Pərvin Şəkinskaya arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000470 saylı zaminlik müqaviləsinə, zamin Ağası Muradov arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsinə, zamin Rəşad Əli-Zadə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000465 saylı zaminlik müqaviləsinə, zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000471 saylı zaminlik müqaviləsinə və zamin Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000464 saylı zaminlik müqavilələrinə zaminlər kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə birgə öhdəlik daşımağı öz üzərlərinə götürmüşlər. Birincisi, bankla əsas borclu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi mülki hüquqi nəticələr yaratmayan niyyət razılaşmasıdır, həmin müqaviləyə ilkin müqavilə kimi də qiymət verilə bilməz, onun əsasında tərəflər arasında hər hansı öhdəlik yaranmamışdır; İkincisi, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi andan bağlanmış sayılır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir. Hüquqi fakt olmadan hüquq münasibətləri yarana, dəyişə və xitam oluna bilməz. Əsas borcluya real olaraq pul verilməmişdir. Təkcə müqavilənin bağlanması yetərli deyil. Əsas öhdəlik mövcud olmadığından zaminlərin də öhdəliyi yaranmamışdır. Zaminlərin müqaviləsi də, pul verilməyən müddətdə bağlanmış, sonradan verilən məbləğlərlə möhkəmləndirilməmiş və hansı məbləğə məsul olmaları bildirilməmişdir. Zaminlik müqaviləsi bağlayarkən əsas borclu bankdan real olaraq pul almamışdır. Lakin sonradan həmin müqavilələrə əsasən verilmiş məbləğlər onların iştirakı olmadan həyata keçirilmiş, nəticədə kreditin faizləri azalsa və ya artsa da, kreditin ödənilməsi müddəti də artırıldığından borc alanın ödəməli olduğu məbləğ artmış, bu isə öz növbəsində zaminin məsuliyyətini artırmışdır ki, bu da zaminliyə xitam verilməsi deməkdir. İddia tələblərini zaminlərə münasibətdə rədd edilməlidir. Tərəflər arasında pul-borc (kredit öhdəlik üzrə) münasibətləri olmuş, borc məbləği üzrə artıqlaması ilə illər üzrə ödənişlər olunmuş və bank tərəf şişirmə məbləğlərlə iddia vermiş və müqavilələri mübahisələndirmişdir. Bankın bu mövqeyə gəlməsinə səbəb isə istintaq orqanının təzyiq və təsiri ilə bağlanmış barışıq sazişinin məhkəmə qaydasında ləğvindən sonrakı vəziyyətdən yararlanmaqla verdiyi borc pul məbləğinin zamana münasibətdə əlavə üstünü almaq məqsədilə ipotekada olan əmlakların məhkəmə qaydasında alınması olmuşdur. Belə ki, iş materiallarına görə iddiaçı belə mövqedədir ki, iddiaçı Bank iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 701.844 ABŞ dolları ödəmiş, onun 478.156 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 009K**********04 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır”. Qeyd olunan iddia məzmunu əsasında bir neçə il araşdırma aparılmış, müvafiq sübutlar toplanmış və maraqlı vəziyyət formalaşmışdır. Belə ki, birinci icraat zamanı paralel olaraq Bankın prokurorluq orqanlarına etdiyi qeyri-rəsmi və rəsmi olması bəlli olmayan müraciəti əsasında edilən təzyiqlər nəticəsində barışıq sazişi tərtib olunmuş və əmlaklar borc götürənin əlindən alınma təhlükəsi ilə müşayət olunan hüquqi müstəvi formalaşdığı razılaşma əldə olunmuşdur. Həmin barışıq sazişi ilə tərəfdən yekun məbləğdə pul istənilmiş və cavabdeh tərəfə bu pulun ödənilməməsi müqabilində aşağı qiymətləndirilən əmlakları banka verməsi öhdəlik formasına salınmışdır. Məhkəməninin qərardadı ilə həmin qərardad ləğv olunandan sonra iddiaçı bank aqressivləşmiş və iddia məbləğini dəfələrlə artırmaqla cavabdehlərin dairəsini genişləndirmişdir. Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş və iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə cavabdehin hüquqi mövqeyini düzgün dəyərləndirməmiş və prosesdə təqdim edilən bank çeklərini düzgün tədqiqini təmin etməyərək əsl həqiqətin ortaya çıxmasına nail olmağa çalışmamış, lazımı halları araşdırmaqdan yayınmışdır. Məhkəmə diqqət etməmişdir ki, tərəflər arasında olan öhdəlik münasibətləri üzrə pul vəsaiti ödənilmiş və iddiaçı əlavə cərimə faizi almaq məqsədilə tələb irəli sürmüşdür. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hakim qeyd olunan halları öz qətnaməsində müəyyən etdiyini yarımçıq halda qeyd etsə də, tərəflərə hüquqi yanaşmadan ayrıseçkilik tətbiq etmiş, izahatları təhrif etmiş və tələb üzrə iddia müddətinin keçməsinə də əhəmiyyət verməyərək ədalətsiz qətnamə qəbul etmişdir, birinci instansiya məhkəməsində icraat zamanı tərəflər barışıq sazişi təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 2(005)-6/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçı Bankın cavabdehlər Cavabdeh1 və Ağası Muradova qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin qeyd edilən şərtlər daxilində təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin barışıq sazişinin 6-cı bəndinə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilini 634.155,87 ABŞ dolları məbləğində borc öhdəliyinin əvəzində Bankın mülkiyyətinə vermişdir. Həmin qərardad icra olunmuşdur. Demək, iddiaçı Bank qeyd olunan borc məbləğini qəbul etməklə onu qane edən məbləğin bu həddə olduğunu aşkar nümayiş etdirmişdir. Sonradan isə tələbin həcmini görün əsassız yerə nə qədər qaldırmışdır. Bu isə əks tərəfin bərabərlik və dürüstlük prinsiplərinin gözlənilməməsinə dəlalət edir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui istifadə edilməsini qorumur. Cavabdehlər Cavabdeh1, Ağası Muradov və maraqlı şəxslər Cavabdeh4, Cavabdeh5 tərəfindən həmin qərardaddan şikayətlər verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 2(005)-6/2019 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərardadı ilə, şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3241/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 2(005)- 6/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilərək, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırkı vəziyyətdə isə iş materiallarına cavabdeh-borclular tərəfindən ödənilmiş pul vəsaitlərinin qəbzləri təqdim edilərək yenidən hesablanma aparılması və borcun əsas məbləğinin müəyyən olunması xahiş olunsa da, buna məhkəmə razılıq verməmiş və vəsatəti təmin etməyərək tələm tələsik qətnamə qəbul edilmişdir. Məhkəmə o qədər tez qərar qəbul etməyə meyilli olmuşdur ki, qətnamədə hesablamada yanlışlığa yol vermiş iddia tələbinin həcmindən kənara çıxmışdır. Digər bir tərəfdən məhkəmə tərəfkeşliyə yol vermiş sübutları düzgün dəyərləndirməmişdir. İddiaçının vəsatəti ilə bir neçə dəfə qiymətləndirilmə keçirilmiş və Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən sonra və həmin əmlakın satıldıqdan 1 ay sonra Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinin likvid dəyərinin özlərinə sərf edən məbləğdə müəyyənləşdirilməsi istənilmişdir. Birinci instansiya məhkəməsinin 2(005)08/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mülki iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı məsələnin həlli qoyulmuşdur. 1. İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evi; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evi; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzilin hazırkı bazar və likvid qiyməti nə qədərdir? Ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertinə həvalə olunmuşdur. Qərardad əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli № MB -15/0639 saylı Hesabatı tərtib olunmuşdur. Hesabatla Cavabdeh1 mülkiyyətində olan 217 nömrəli bağ evinin bazar qiyməti 665.000, likvid qiyməti 565.300 manat, 219 nömrəli bağ evinin bazar qiyməti 140.000, likvid qiyməti 119.000 manat, 219 nömrəli bağ evi müəyyən olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilin bazar qiyməti 617.000, likvid qiyməti isə 524.500 manat müəyyən edilmişdir. Bundan əvvəl isə "xxxx" MMC-nin rəyi əldə olunmuş və 217 nömrəli bağ evinin bazar qiyməti 413.784 – 1.255.000 manat, 218 nömrəli bağ evinin bazar qiyməti 91.667 – 125.000 manat, 219 nömrəli bağ evinin bazar qiyməti 69.735 – 144.000 manat arası dəyişdıyi müəyyən edilmişdir. Bu araşdırmadan əvvəl isə başqa bir mütəxəssis rəyi mövcuddur. Məhkəmə isə öz qətnaməsini belə əsaslandırmışdır ki, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 665.000 manat, likvid 565.300 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 140.000 manat, likvid 119.000 manat; ünvan 5, mənzil 9-un bazar dəyəri 617.000 manat, likvid 524.500 manat təşkil edir. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 219 nömrəli bağ evlərinə və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən 9 nömrəli mənzilə münasibətdə "xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə münasibətdə "xxxx" MMC-nin qiymətləndirmə hesabatı əsas götürülməlidir.” Bütün bu prosedurlardan müəyyən olunur ki, iddiaçı Bank öz mövqeyinə uyğun qiymət müəyyən etməyə çalışmış və hardasa buna nail ola bilmişdir. Bütün bu hesabatlar, rəylər ekspert dəyərləndirməsi deyildir. Bunlar yalnız müəyyən mütəxəssis yanaşmasıdır. Bu isə xüsusi biliyə malik olan ekspert rəyinə dəqiq nəticə demək deyildir. “Qiymətləndirmə fəaliyyəti haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Tələbkar Bank uzun müddətdir ki, yüklülük altında saxladığı əmlakların aşağı qiymətə dəyərləndirilməsini israrla tələb edir. Bu isə ədalətli və doğru deyildir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı vəziyyətdə xüsusi, özəl qurumların vermiş olduğu mütəxəssis rəyi mötəbər əsaslara malik deyildir. Halbuki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu qəbildən olan ekspertiza tədqiqatlarının aparılması səriştəsi vardır, səlahiyyətlidirlər və mötəbərliyi şübhəsizdir. Ona görə də, işin faktiki halları və toplanmış hüquqi sənədlərin tədqiqi onu göstərir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və rəyin verilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməlidir. İşin faktiki halları ilə əlaqəadar isə qeyd olunmalıdır ki, uzun illər halal zəhmətləri ilə ailə büdcələrinə yığdıqları pul vəsaiti əsasında ünvan 4 ünvanında yerləşən bazarın rəhbərliyini etmiş və oranı idarə edərək əhaliyə xidmət göstərilməsini təşkil etmişdir. Hələ Sovet dövründən, daha dəqiq 1995-ci ildən idarəçiliyində olan bazarın sənədləşdirilməsi müasir Azərbaycan Dövlətinin müstəqilliyi dövründə mümkün olmuş və Dövlət Əmlak Komitəsinin 25 oktyabr 2000-ci il tarixli 267 sayılı Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “5 saylı Bazarın” bazasında 12 sentyabr 2001-ci il tarixdə "xxxx" ASC-i yaradılmışdır. 17 yanvar 2007-ci il tarixində bazar "xxxx" ASC adlandırılaraq müvafiq qaydada Dövlət Qeydiyyatına alınmış, müəssisənin səhmləri qızı X2 aldırmaqla adı çəkilən "xxxx" ASC tərəfindən sahibkarlıq fəaliyyətinə başlanılmışdır. Həmin vaxtdan etibarən 06 avqust 2013-cü il tarixədək "xxxx" ASC-nin fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada təşkil olunmuş, qanunvericilikdə nəzərdə tutulmuş bütün vergi ödənişləri tərəflərindən ödənmişdir. Bu kredit məhz həmin bazara görə verilmişdi. Hətta verilmiş son az miqdarda olan məbləğlər bazarın təhlükəsizlik qurğularının təmin olunmasına yönəltmişdi. Ödənişlər də vaxtlı vaxtında ödənirdi. Bazar əllərindən alınandan sonra ödənişlərdə axsamalar oldu və razılamalarını yerinə yetirmək imkanları məhdudlaşdı. Əllərində banka ödənilən pul qəbzləri vardır. İllər ərzində banka 2.000.000 manatdan artıq miqdarda pul ödənilmişdir. Məhkəmədə bu qəbzlər nəzərə alınmaqla təkrar məhkəmə-mühasibatlıq eksperetizasının keçirilməsi xahiş edilsə də, hakim bunu təmin etməmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarışa etibar etmək düzgün olmazdı. Fakt əllərində ödəniş qəbzləri mövcuddur. Bunlar tərəfin borcunun qeyd olunan həddə olmamasına dəlalət edir.
64. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6467/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
65. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun, Mülki Məcəllənin, Mülki Prosesual Məcəllənin maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətlərinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətlərdə istinad edilən borcun səhv göstərilməsi sonradan birinci instansiya məhkəməsi tərəfindən düzəliş edilərək yanlışlıq aradan qaldırılmış, məhkəmənin istinad etdiyi ekspert rəylərinin mötəbər sübut kimi təkzib edən sübutlar və ya digər hallar isə müəyyən edilməmişdir. Sübutların (qəbzlərin) apellyasiya icraatı zamanı qəbulu üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, nümayəndə bu sübutların məhkəmə araşdırılması bitdiyindən sonra əldə edilməsini qeyd etsə də, bunu təsdiq edəcək hallar müəyyən edilməmişdir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, şikayət verənlər zaminliyə xitam verilməsi və iddia tələblərini zaminlərə münasibətdə rədd edilməsini qeyd etsələr də, subyektiv hüquq müstəvisində zaminlərə heç bir aidiyyəti olmadıqları və zaminlərin bu halları mübahisə etmədikləri, izahatlarının təhrif edildiyini qeyd etsələr də, protokolla qeyd verilmədiyi, tələb üzrə iddia müddətinin keçməsini qeyd etsələr də, birinci instansiya məhkəməsində icraat zamanı müvafiq ərizə ilə müraciət etmədikləri müəyyən edilmişdir. Borc məbləğləri ekspert rəyinə uyğun müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği azaldılarkən borclunun mənafeləri nəzərə alınmışdır. Əmlakların sonuncu qiymətləndirməsini həyata keçirən "xxxx" MMC-nin rəyi digər qiymətləndiricilərinə rəyinə münasibətdə daha ətraflı şəkildə əsaslandırılmış və likvid dəyərinin təsvir edildiyi rəy verilmiş, bunu təkzib edən alternativ rəy təqdim edilməmişdir.
67. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətləri hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdırlar.
68. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.2, 355.1, 355.2, 357, 385.1, 448.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34, 39-cu və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
69. Qətnamədən cavabdehlər Cavabdeh1 və Ağası Muradov (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-926/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 Ağası qızı və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6467/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehlərdən xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə 202.374,50 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 25.484,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində, ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin ilkin satış qiymətinin hazırkı dövrə olan likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un ilkin satış qiymətinin hazırkı dövrə olan likvid dəyərinin 524.500 manat müəyyən edilməsi hissəsində, habelə cavabdeh X9 aid hissədə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
71. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, cavabdehlərdən xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə 202.374,50 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 25.484,99 ABŞ dolları faiz borcunun tutulması, ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un likvid dəyərinin isə 524.500 manat müəyyən edilməsi hissəsində, habelə cavabdeh Ağası Muradova münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissələr istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
74. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
75. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı ilk öncə onu qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi, borcun icrasının təmini kimi ipoteka münasibətləri, yəni Mülki Məcəllənin 307-ci maddəsi, həmçinin borcun icrasının təmini kimi zaminlik münasibətləri, yəni Mülki Məcəllənin 470.1-ci maddəsi təşkil edir.
76. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki iş üzrə borcu götürən Cavabdeh1dır.
77. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən, borcalana 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, Bank borcalan Cavabdeh1 həmin kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşmasına əsasən, aylıq 1,4167 % faiz dərəcəsi ilə 60 ay müddətinə 1.180.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 009K**********04 nömrəli kredit razılaşmasına əsasən, aylıq 1,25 % faiz dərəcəsi ilə 12 ay müddətinə 30.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşmasına əsasən isə, aylıq 1,9167 % faiz dərəcəsi ilə 12 ay müddətinə 10.000 ABŞ dolları kredit vermiş, borcalan kreditləri və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, qeyd olunan kredit xətti müqaviləsi üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq digər cavabdehlər Pərvin Şəkinskaya, Ağası Muradov, Rəşad Əli-Zadə, "xxxx" ASC və "xxxx" MMC hər biri ilə ayrılıqda xx.xx.2009-cu il tarixli, 09S000000470, 09S000000466, 09S000000465, 09S000000471 və 09S000000464 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etmələri üçün iddiaçının qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Həmçinin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bankla Cavabdeh1 arasında - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 217, 218, 219 nömrəli bağ evləri və Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində yerləşən 94 nömrəli binanın 9 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2009-cu il tarixli 09M000000302 saylı, xx.xx.2009-cu il tarixli 09M000000294 saylı, xx.xx.2009-cu il tarixli 09M000000295 saylı, xx.xx.2009-cu il tarixli 09M000000298 saylı ipoteka müqavilələri bağlanmışdır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əsas və faiz borcunun məbləğinin dəqiqləşdirilməsi məqsədilə iki dəfə məhkəmə mühasibatlıq ekspertizaları təyin olunmuş, hər iki dəfə ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2018-ci il tarixli 15350 nömrəli ekspert rəyinə əsasən, cavabdehlərin xx.xx.2011-ci il tarixli 09R000005432 kredit razılaşması üzrə 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka 494.065,08 ABŞ dolları əsas borcunun, 126.867,04 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 620.932,12 ABŞ dolları) olması; xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 saylı kredit kredit razılaşması üzrə 31 may 2017-ci il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka 29.237,08 ABŞ dolları əsas borcunun, 6.334,70 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 35.571,78 ABŞ dolları) olması; xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması üzrə 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka 9.999,87 ABŞ dolları əsas borcunun, 3.852,37 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 13.852,24 ABŞ dolları) olması müəyyən edilmişdir.
79. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 9/8165 nömrəli ekspert rəyinə əsasən, cavabdehlərin xx.xx.2011-ci il tarixli 09R000005432 kredit razılaşması üzrə 18 noyabr 2016-cı il tarixədək (müqavilə müddətinin bitdiyi tarixədək) banka 494.065,08 ABŞ dolları əsas borcunun, 81.838,49 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 575.903,58 ABŞ dolları) olması; xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 21 may 2017-ci il tarixədək (sualda göstərilən tarix) banka 29.237,08 ABŞ dolları əsas borcunun, 6.212,88 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 35.449,96 AbŞ dolları) olması; xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixədək (müqavilə müddətinin bitdiyi tarixədək) banka 9.999,87 ABŞ dolları əsas borcunun, 1.974,06 ABŞ dolları isə faiz borcunun (ümumilikdə 11.973,93 ABŞ dolları) olması müəyyən edilmişdir.
80. Birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixli 09R000005432 kredit razılaşması üzrə 14 fevral 2022-ci il tarixli ekspert rəyində əsas borcun məbləğinin iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə tələb olunan məbləğdən yüksək göstərildiyini nəzərə alaraq əsas borcunun məbləğini iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizəyə əsasən 472.156 ABŞ dolları məbləğində müəyyən etmiş, lakin həmin kredit razılaşması üzrə faiz borcunun məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyində daha az göstərilməsinə baxmayaraq, iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə göstərilən 202.374,50 ABŞ dolları məbləğində müəyyən edərkən gəldiyi həmin nəticəni əsaslandırmamışdır.
81. Bundan başqa, birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 14 fevral 2022-ci il tarixli ekspert rəyində əsas borcun məbləğinin iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə tələb olunan məbləğdən daha az göstərildiyini nəzərə alaraq əsas borcunun məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən 29.237,08 ABŞ dolları məbləğində müəyyən etmiş, lakin həmin kredit razılaşması üzrə faiz borcunun məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyində daha az göstərilməsinə baxmayaraq, iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə göstərilən 25.484,99 ABŞ dolları məbləğində müəyyən edərkən gəldiyi həmin nəticəni əsaslandırmamışdır.
82. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması üzrə 14 fevral 2022-ci il tarixli ekspert rəyində əsas borcun məbləğinin iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə tələb olunan məbləğdən daha az göstərildiyini nəzərə alaraq əsas borc və faiz məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, əsas borc üzrə 9.999,87 ABŞ dolları məbləğində, faiz borcu üzrə 1.901,94 ABŞ dolları məbləğində müəyyən etmişdir.
83. Məhkəmə kollegiyası hesab edirki, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixli, 09R000005432 nömrəli kredit razılaşması üzrə Mülki Prosessual Məcəllənin 218.3- cü maddəsini rəhbər tutub əsas borcu iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizəyə uyğun olaraq 472.156 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə əsas borcun məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq 29.237,08 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixli 009KK**********01 nömrəli kredit razılaşması üzrə isə əsas və əlavə borcun məbləğini 14 fevral 2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq, əsas borc üzrə 9.999,87 ABŞ dolları, faiz borcu üzrə 1.901,94 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
84. Lakin xx.xx.2011-ci il tarixli, 09R000005432 nömrəli və xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşmaları üzrə faiz borcunun məbləğini iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizəyə uyğun müəyyən edərkən birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 14 fevral 2022-ci il tarixli ekspert rəyində, hər iki kredit razılaşması üzrə faiz borcunun məbləğinin müqavilə müddətlərinin sonuna uyğun olaraq, iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə göstərilən məbləğdən aşağı müəyyən edildiyini nəzərə almamışdır. Halbuki, birinci instansiya məhkəməsi bu halları nəzərə almaqla faiz borcunu məhz, müqavilə müddətlərinin sonuna uyğun olaraq hesablamış 14 fevral 2022ci il tarixli ekspert rəyindəki məbləğlər əsas götürülməklə müəyyən etməli idi. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni dəyişdirmədən saxlayarkən həmin halları nəzərdən qaçırmış, qeyd olunan hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir.
85. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
86. Bundan başqa işin hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndiricilər dəvət edilmiş və qiymətləndirilmələrin icra olunması müxtəlif ixtisaslaşdırılmış qurumlara həvalə edilmişdir. İş üzrə ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 dekabr 2021-ci il tarixli ƏEM/D 03-1126/21 nömrəli qiymətləndirmə hesabatı və "MBA LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir.
87. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 və 219 nömrəli bağ evlərinə, həmçinin ünvan 3 ünvanında yerləşən evinə münasibətdə "xxxx" MMC-nin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə münasibətdə isə "xxxx" MMC-nin qiymətləndirmə hesabatı əsas götürmüş, lakin gəldiyi həmin nəticəni əsaslandırmamışdır.
88. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə münasibətdə "xxxx" MMC-nin qiymətləndirmə hesabatını əsas götürərək həmin bağ evinin ilkin satış qiymətinin hazırkı dövrə olan likvid dəyərini 112.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə münasibətdə isə "xxxx" MMC-nin qiymətləndirmə hesabatını əsas götürərək həmin bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərini 119.000 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, qeyd olunan bağ evlərinin ilkin satış (likvid) qiymətləri əvvəllər də icra edilmiş qiymətləndirmə rəylərində nisbətən, birinci instansiya məhkəməsinin qəbul etdiyi qiymətlərə yaxın olmaqla kassasiya şikayətində xüsusi olaraq mübahisələndirilməmişdir.
89. Lakin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un likvid dəyərinin 524.500 manat müəyyən edərkən birinci instansiya məhkəməsi səhvə yol vermişdir.
90. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etmədiyi təqdirdə ipoteka saxlayan ipoteka predmetinin satılmasını tələb etmək hüququndan istifadə etməkdə haqlı olsa da, birinci instansiyası məhkəməsi kreditin təminatı olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin və ünvan 5, mənzil 9-un ilkin (likvid) dəyərini, ipoteka müqavilələrin bağlandığı xx.xx.2009-cu il tarixdən uzun müddətin keçməsini nəzərə almayaraq, ümumilikdə xeyli azaldaraq ilkin satış qiymətlərini müəyyən edərkən özünün qərardadı ilə təyin edilmiş qiymətləndirici rəylərinə işin digər sübutları ilə yanaşı düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni dəyişdirmədən saxlayarkən qeyd olunan hallarıda nəzərdən qaçırmış, həmin hallara düzgün hüquqi qiymət verməmişdir.
91. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
92. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 N°li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
93. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
94. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin "xüsusi", "müstəsna" sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
96. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5, 6 və 8-ci maddələrinə əsasən məhkəmənin qərarının təmin edilməsi məqsədi ilə əmlak qiymətləndirilərkən qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən aparılır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağlanan müqavilədir. Qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
97. Həmin Qanunun 7-ci maddəsinin İ bəndinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.
98. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublika Prezidentinin Fərmanına əsasən bu Qanunun 7ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
99. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir.
100. Qanunun qeyd edilən tələblərinə əsasən əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır.
101. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır.
102. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutlan prinsiplər əsasında işlənməlidir.
103. Həmin "Qaydalar"ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymələndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir.
104. "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.
105. Həmin Qanunun "Ekspertin vəzifələri" adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
106. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.
107. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert (qiymətləndirici) rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə və qiymətləndirilə bilər.
108. İşin materiallarından görünür ki, xx.xx.2009-cu il tarixli ipoteka müqavilələrinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin dəyəri 622.147,12 manat, 218 nömrəli bağ evinin dəyəri 91.667,94 manat, 219 nömrəli bağ evinin dəyəri 69.735,12 manat, habelə Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində yerləşən 94 nömrəli evin, 9 nömrəli mənzili 250.352,55 manat müəyyən edilmişdir.
109. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 dekabr 2021-ci il tarixli ƏEM/D 03-1126/21 nömrəli qiymətləndirmə hesabatını əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinin bazar dəyəri 1.200.000 manat, likvid dəyəri 980.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin bazar dəyəri 125.000 manat, likvid dəyəri 112.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinin bazar dəyəri 144.000 manat, likvid dəyəri 130.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, ünvanında yerləşən 9 saylı mənzilin evin bazar dəyəri 2.269.000 manat, likvid dəyəri 1.962.000 manat müəyyən edilmişdir.
110. Həmçinin "MBA LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 665.000 manat, likvid 565.300 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 nömrəli bağ evinin bazar dəyəri 140.000 manat, likvid 119.000 manat; ünvan 5, mənzil 9-un bazar dəyəri 617.000 manat, likvid 524.500 manat müəyyən edilmişdir.
111. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
112. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, likvidlik biznesdə iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik - sadəcə maddi dəyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır. Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Qiymətləndirmə sifarişçinin mülahizəsindən asılı olaraq müxtəlif dəyərlərin (bazar dəyəri, likvid dəyəri, balans dəyəri, inventar dəyəri və s.) müəyyən edilməsinə yönələ bilər. Həmin dəyərlərin müəyyən edilməsi üçün qiymətləndirici, qiymətləndirmə fəaliyyətinin beynəlxalq təcrübədə qəbul olunmuş üsul və metodlarından istifadə etməkdə müstəqildir. Daha doğrusu onun seçdiyi metod əsasən sifarişçinin şərtlərindən asılı olur. Əmlakın qiymətinin müəyyən edilməsi barədə qiymətləndiricinin əldə etdiyi nəticələr, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda göstərildiyi kimi, çox ciddi əhəmiyyət kəsb edir. Həmin nəticələr yalnız məhkəmə qaydasında ləğv edilə bilərlər. Bazar iqtisadiyyatının müasir şəraitində isə əmlakın bazar dəyəri daha çox əhəmiyyət kəsb edir. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda həmin gerçəklik nəzərə alınaraq bazar dəyərinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Belə ki, qanunun müxtəlif maddələrində qiymətləndirmə fəaliyyətinin əmlakın bazar və ya digər dəyərinin müəyyən olunmasına yönəldiyi göstərilir.
113. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetlərinin ilkin satış (ilkvid) qiymətlərinin on ildən artıq keçən müddət ərzində eyni səviyyədə qalması, yaxud həmin qiymətlərin aşağı düşməsi inandırıcı və ağlabatan deyildir. Müxtəlif vaxtlarda keçirilmiş qiymətləndirici rəylərindən də aydın olur ki, keçən müddət ərzində daşınmaz əmlak bazarında bağ evlərinin və mənzilin qiymətləri nisbətən artan tendensiya ilə müşahidə olunmuşdur.
114. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetlərinin ilkin satış (ilkvid) qiymətlərinin reallığa uyğun bazar qiymətləri ilə göstərilməməklə ekspertin bu qiymətlərlə bağlı əsaslandırılmasının tam olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmiş, ipoteka müqavilələrinin bağlanmasından uzun müddətin keçməsi ilə əlaqədar, daşınmaz əmlakların dəyərinin həmin dövrə nisbətən daşınmaz əmlak bazarında xeyli artmasına, ipoteka sahibinin mülkiyyət hüquqlarının olması və ipoteka müqavilələrinə əsasən tərəflərin razılaşdırılmış qiymətilə eksper rəyindəki qiymətlər arasında əhəmiyyətli fərq olmasına, bu fərqin mülkiyyətçinin əmlak mənafelərinə ciddi surətdə toxunmasına, ümumilikdə təqribən 2 dəfə az qiymət qoyularaq satışa çıxarılması (hərracın ikinci mərhələsində bu məbləğlərin aşağı salına bilməsi də nəzərə alınmaqla) nəticəsində mülkiyyətçinin ağır maliyyə vəziyyətinə düşə bilməsinə diqqət yetirməmişdir.
115. Avropa İnsan Hüquqları Məhkəməsi "Kastravet Moldovaya qarşı" iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.
116. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un likvid dəyərinin 524.500 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə gəldiyi nəticə də yuxarıda qeyd edilən tələblərə cavab vermir.
117. Yuxarıda göstərilənlərdən başqa məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən qətnamələr cavabdeh Ağası Muradova münasibətdə mübahisələndirilən hissədə də maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmələrin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır.
118. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 389, 390, 405.1, 477- ci maddələrinin mənasına görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Zaminlik müqaviləsi üçün isə mühüm şərtlər kreditin məbləği, faizi, ödəniş qrafiki, valyutası, kreditin qaytarılma müddəti və sair hesab edilir.
119. Lakin işə baxan məhkəmələr cavabdeh Ağası Muradova münasibətdə iddianı təmin edərkən əsas götürdükləri xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarında, xx.xx.2009-cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsində qeydə olunan şərtlərin heç biri öz əksini tapmayıb. Halbuki, qanunun mənasına görə, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstərişlər və sair.
120. Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Yuxarıda sadalanan normaların mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
121. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 04 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
122. Həmçinin, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.
123. Birinci instansiyası məhkəməsi, yalnız xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarına istinad edib iddia tələbini zamin Ağası Muradova, habelə digər zaminlər Pərvin Şəkinskaya, Rəşad Əli-Zadə, "xxxx" ASC və Cavabdeh6 MMC-yə münasibətdə təmin etməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
124. Lakin hazırki halda iddiaçı Bank və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmaları zamin Ağası Muradov, habelə digər zaminlər Pərvin Şəkinski, Rəşad Əli-Zadə, "xxxx" ASC və Cavabdeh6 MMC-nin nümayəndəsi tərəfindən imzalanmamış, qeyd olunan kredit razılaşmaları ilə bağlı onların razılıqları alınmamışdır.
125. İddiaçı Bank və borcalan Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarında isə ümumiyyətlə kredit və zaminlik müqaviləsinin mühüm şərtləri - məsələn: əsas borcun məbləği; kreditin güzəşt müddəti; kreditin ödənilmə qaydası; gecikdirilmiş borc yarandığı halda tətbiq edilən sanksiyalar; bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə ödəniləcək komissiya haqqının faiz dərəcəsi; tərəflərin, habelə zaminin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti və sair göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə cavabdeh Ağası Muradovun apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayarkən, mübahisələndirilən hissədə işin yuxarıda qeyd olunan hallarını nəzərdən qaçırmışdır.
126. Məhkəmə kollegiyasi onu da qeyd edir ki, yuxarıda göstərilən hallar zamin Ağası Muradov tərəfindən apellyasiya və kassasiya şikayətlərində mübahisələndirilsə də, digər zaminlər Pərvin Şəkinskaya, Rəşad Əli-Zadə, "xxxx" ASC və Cavabdeh6 MMC tərəfindən mübahisələndirilməmişdir.
127. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hallara diqqət yetirmədən, zamin Ağası Muradovun ümumiyyətlə imzalamadığı və bağalanmasında bilavasitə istirak etmədiyi xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarının məzmunu, habelə əsas borcun məbləği barədə məlumatlı olubolmadığını araşdırmadan, həmin kredit razılaşmalarında imzasının olmamasını yoxlayıb qiymətləndirmədən, başqa sözlə, onun razılığı olmadan zaminliyin təmin etdiyi kredit razılaşması üzrə öhdəlikdə sonradan hər hansı dəyişikliyin əmələ gəlib-gəlmədiyini, bu dəyişikliyin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmadığını araşdırmadan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarının hazırki işə tətbiq edilməsinin mümkün olub-olmamasına münasibət bildirmədən, birinci instansiya məhkəməsi tərəfindən iddianın zamin Ağası Muradova münasibətdə təmin edilməsini əsaslı hesab etmiş, Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarlarına istinad edilmədən zamin Ağası Muradova münasibətdə Mülki Məcəllənin 477.0.1-cü maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi imkanlarını müzakirə etməmişdir.
128. Eyni zamanda apellyasiya instansiya məhkəməsi xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsində faiz və dəbbə pulu nəzərdə tutulmadığı halda, xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmaları üzrə aylıq faiz dərəcələrinin, müvafiq olaraq 1,4167, 1,25 və 1,9167 faiz, habelə dəbbə pulunun müəyyən edilməsinə hər hansı hüquqi qiymət verməmişdir.
129. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə olan subutlara obyektiv baxıb onlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə 202.374,50 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 25.484,99 ABŞ dolları faiz borcunun tutulması, ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un likvid dəyərinin isə 524.500 manat müəyyən edilməsi hissəsində, habelə cavabdeh Ağası Muradova münasibətdə qüvvədə saxlamışdır.
130. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.
131. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.
132. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
133. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
134. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
135. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
136. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hazırki kassasiya şikayətlərində mübahisələndililən hissədə qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə yuxarıda qeyd olunan hissələrdə düzgün həllini tapmamışdır.
137. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015- ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
138. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
139. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
140. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
141. Məhkəmə kollegiyası eyni zamanda cavabdehlərin vəkilinin işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.
142. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
143. Beləliklə, kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edildiyindən, lakin məhkəmə kollegiyası isə yalnız yuxarıda qeyd olunan konkret hissələrdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayətləri qismən təmin olunmalıdır.
144. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlərdən xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə 202.374,50 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 25.484,99 ABŞ dolları faiz borcunun tutulması, həmçinin ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin likvid dəyərinin 565.300 manat, ünvan 5, mənzil 9-un likvid dəyərinin 524.500 manat müəyyən edilməsi hissəsində, habelə cavabdeh X15 aid hissədə ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
145. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətlərinə qarşı etiraz
146. Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
147. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Ağası qızı və X7 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək onların məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
148. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
149. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X8, Əli-X19 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-nin nümayəndəsi, «Kamilla MMC»-nin nümayəndəsi, X11 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
150. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Maddə 443.1. Borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
151. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1.0.9(xx.xx.2025-ci ilədək qüvvədə olan). ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 39.3.3(xx.xx.2025-ci ilədək qüvvədə olan). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
152. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
153. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin hazırkı apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməsi və o hissədə iddianın qismən təmin olunması üçün əsasdır.
154. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
155. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
156. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin hazırkı apellyasiya icraatının predmeti olan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin hazırkı apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
157. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə hazırkı apellyasiya icraatının predmeti olan hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
158. Hazırkı apellyasiya icraatının predmeti olan hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır.
159. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı apellyasiya icraatının predmeti olan hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia o hissələrdə qismən haqlı sayılırdı.
160. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
161. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın birinci instansiya məhkəməsinin hazırkı apellyasiya icraatının predmeti olan hissəsi üzrə həll qaydası ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
162. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
163. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
164. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hazırkı apellyasiya icraatının predmeti olan hissədə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar da məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
165. Əvvəla, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərlə əlaqədar mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin və ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin hazırki dövrə olan likvid və bazar dəyərinin nə qədər təşkil etməsi müəyyən edilməlidir. Bağ evinin və mənzilin hazırki dövrə olan bazar və likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilərək mülki iş materialları ekspertizaya təqdim olunmuşdur.
166. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 9/763/2025 saylı, 02 iyun 2025-ci il tarixli ekspert rəyində qeyd edildi ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən 9 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 594171,00 manat (246,8 kv.m 2407 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 534753,00 manat (594171,00 manat-10%) məbləğində müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 553.67 kv.metr olan fərdi yaşayış evinin sahəsinə uyğun yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasndan asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
167. Bundan sonra, məhkəmə tərkibi hesab etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin və ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin hazırki dövrə olan likvid və bazar dəyərinin nə qədər təşkil etməsinin müəyyən edilməli və qiymətləndirmənin keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilməlidir.
168. "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkəti 05/25-P saylı, 16 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyində isə qeyd edildi ki, "xxxx" MMC öz tərəfindən verilən sifarişi icra etmək və qiymətləndirilən əmlakın bazar və likvid dəyərinin düzgün formalaşdırılması üçün kifayət qədər sübutların toplanması məqsədi ilə qüvvədə olan X1 (BQS), "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Milli Qiymətləndirmə Standartlarının (MQS) tələblərinə (müddəalarına) uyğun olaraq qiymətləndirilmə işini tam yerinə yetirmiş, qiymətləndirmə zamanı təqdim olunmuş sübuta və dəlillər əsas kimi götürülmüş, bazarın mövcud olan konyunkturası və qiymətləndirilən zaman qiymətləndiriİən əmlaka dair bazarda olan tələb və təklif nəzərə alınmaqla, analoji obyekt üzrə bazar araşdırmaları aparılmaqla, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 ünvanında yerləşən bağ evinin bazar və likvid dəyəri: Bazar dəyəri: 680 000 manat təşkil edir. Likvid dəyəri: 615 000 manat təşkil edir. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 94 saylı evin, 9 saylı mənzilinin bazar və likvid dəyəri: Bazar dəyəri: 740 000 manat təşkil edir. Likvid dəyəri: 665 000 manat təşkil edir.
169. Göründüyü kimi, xx.xx.2009-cu il tarixli ipoteka müqavilələrinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin dəyəri 622.147,12 manat, Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində yerləşən 94 nömrəli evin, 9 nömrəli mənzilin dəyəri 250.352,55 manat müəyyən edilib, "xxxx" MMC-nin 03 dekabr 2021-ci il tarixli ƏEM/D 03-1126/21 nömrəli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinin bazar dəyəri 1.200.000 manat, likvid dəyəri 980.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, ünvanında yerləşən 9 saylı mənzilin evin bazar dəyəri 2.269.000 manat, likvid dəyəri 1.962.000 manat müəyyən edilib. "MBA LTD” MMC-nin 21 iyun 2022-ci il tarixli MB- 15/0639 nömrəli qiymətləndirmə hesabatına əsasən isə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin bazar dəyəri 665.000 manat, likvid dəyəri 565.300 manat; ünvan 5, mənzil 9-un bazar dəyəri 617.000 manat, likvid dəyəri 524.500 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bağ evinə və mənzilə münasibətdə "MBA LTD” MMC-nin rəyini əsas götürsə də kassasiya instansiya məhkəməsi bu qiymətlərlə razılaşmadı.
170. Apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində yerləşən 94 nömrəli evin, 9 nömrəli mənzilinə dair alınmış həm ekspert, həm də qiymətləndiricinin rəyində müəyyən edilən likvid qiymət "MBA LTD” MMC-nin 21 iyun 2022-ci il tarixli rəyində müəyyən edilən qiymətə uyğun və yaxın olduğundan "xxxx" MMC-nin 03 dekabr 2021-ci il tarixli rəyində göstərilən qiymət əsas götürülə bilməz. Çünki digər üç rəydə göstərilən qiymətə uyğun olmamaqla yanaşı, açıq-aşkar onlarla ziddiyyət təşkil edir. Ona görə də, ilkin satış qiyməti "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin 16 oktyabr 2025-ci il tarixli rəyində qeyd edilən 665000 manat müəyyən edilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinə münasibətdə də ilkin satış qiyməti "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin 16 oktyabr 2025-ci il tarixli rəyində qeyd edilən 615000 manat müəyyən edilməlidir. Çünki bağ evinin ilkin satış qiyməti də "MBA LTD” MMC-nin 21 iyun 2022-ci il tarixli rəyində müəyyən edilən qiymətə uyğun və yaxın olub. Demək ki, bağ evinə münasibətdə də "xxxx" MMC-nin 03 dekabr 2021-ci il tarixli rəyində göstərilən qiymət əsas götürülə bilməz. Çünki digər iki rəydə göstərilən qiymətə uyğun olmamaqla açıq-aşkar onlarla ziddiyyət təşkil edir.
171. Bundan əlavə, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixli, 09R000005432 nömrəli və xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşmaları üzrə faiz borcunun məbləğini iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizəyə uyğun müəyyən edərkən səhvə yol verib. Çünki qətnamə qəbul edərkən 14 fevral 2022-ci il tarixli ekspert rəyində, hər iki kredit razılaşması üzrə faiz borcunun məbləğinin müqavilə müddətinin sonuna uyğun olaraq, iddia tələbinin dəyişdirilməsinə dair sonuncu ərizədə göstərilən məbləğdən az müəyyən edildiyini nəzərə almamışdır. Halbuki, bu halları nəzərə almaqla faiz borcu məhz, müqavilə müddətinin sonuna uyğun olaraq hesablanmış 14 fevral 2022-ci il tarixli ekspert rəyindəki məbləğlər əsas götürülməklə müəyyən etməli idi. Belə ki, xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə faiz borcunun məbləği müqavilə müddətinin sonuna 81.838,49 (səksən bir min səkkiz yüz otuz səkkiz ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə 6212,88 (altı min iki yüz on iki ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları təşkil edirdi.
172. Göstəriləndən başqa, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Ağası Muradova aid hissədə də düzgün nəticəyə gəlinməyib. Çünki cavabdeh Ağası Muradova münasibətdə iddianı təmin edərkən əsas götürülən kredit razılaşmalarında, xx.xx.2009cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsində qeydə olunan şərtlərin heç biri öz əksini tapmayıb. Halbuki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Yuxarıda sadalanan normaların mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Demək ki, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. Ona görə də zamin Ağası Muradova münasibətdə Mülki Məcəllənin 477.0.1ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Ona görə də zamin Ağası Muradova münasibətdə də iddia rədd edilməlidir.
173. Şərh olunanlara əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə faiz borcunun məbləği 81.838,49 (səksən bir min səkkiz yüz otuz səkkiz ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları müəyyən edilməli; xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə faiz borcunun məbləği 6212,88 (altı min iki yüz on iki ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları müəyyən edilməli; İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin ilkin satış qiyməti 615.000 (altı yüz on beş min) manat müəyyən edilməli; İpoteka predmeti olan ünvan 5, mənzil 9-un ilkin satış qiyməti 665.000 (altı yüz altmış beş min) manat müəyyən edilməli; Cavabdeh X9 aid hissədə isə iddia təmin edilməməlidir.
174. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixli 09R000005432 nömrəli kredit razılaşması üzrə faiz borcunun məbləği 81.838,49 (səksən bir min səkkiz yüz otuz səkkiz ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları müəyyən edilsin. xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 nömrəli kredit razılaşması üzrə faiz borcunun məbləği 6212,88 (altı min iki yüz on iki ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 nömrəli bağ evinin ilkin satış qiyməti 615.000 (altı yüz on beş min) manat müəyyən edilsin. İpoteka predmeti olan ünvan 5, mənzil 9-un ilkin satış qiyməti 665.000 (altı yüz altmış beş min) manat müəyyən edilsin. Cavabdeh X9 aid hissədə isə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh1 Ağası qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.