Məhkəmə qərarları › İş №2(102)-3929/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3929/2024

27.11.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödəni
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3929/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3851/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qəra rdadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncu ilə bağlanmış kredit müqavilələrinin ləğv edilməsinə, həmin kredit müqavilələri üzrə borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılmasına, hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsinə və yaşayış sahəsindən cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilmə sinə, onların mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3851/2024 nömrəli 31 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) Cavabdeh apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.

5. Cavabdeh ərizə ilə müraciət edərək həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xa hiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3851/2024 nömrəli 21 iyun 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, cavabdeh dövlət hesabına vəkillə təmin olunmuşdur.

7. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil3) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3851/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3851/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) ərizənin rədd edilməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə ö z mövqeyini onunla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməsini sübut edən dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş ərizədən və iş materiallarına əlavə olunmuş vəkil orderindən görünür ki, 1 iyul 2024-cü il tarixdə cavabdehin kassasiya instansiya məhkəməsində təmsil olunması üçün vəkil orderi verilmiş, daha sonra 16 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən Vəkil3 etibarnamə verilmişdir. Kassasiya şikayətinin 2 aya yaxın müddət ərzində verilməməsi isə ərizədə əsaslandırılmamış, yalnız cavabdehin səhhətində problemlər olduğu qeyd olunmuşdur.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin səhhətində uzun müddət davam edən problemləri təsdiq edə biləcək heç bir sübut iş materiallarına əlavə olunmamaqla yanaşı, apell yasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan veriləcək kassasiya şikayətinə dair cavabdehlə vəkilin üzbəüz görüşməsinə zərurət olmamışdır. Belə ki, hətta cavabdehin səhhətində problem olduğu halda, onun nümayəndəsi və vəkili iş materialları ilə tanış olmaq imkanından məhrum olmamışdır. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ərizəsində göstərdiyi hallar təkzib olunduğundan və müddətin üzrlü səbəb olmadan ötürülməsi üçün əsaslar olmadığından, kollegiya hesab etmişdir ki, ərizə təmin edilə bilməz.

11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi təmin edilmədiyindən onun tərəfindən verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdı r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ötürülmüş müddətin bərpası barədə verilmiş 26 avqust 2024-cü il tarixli ərizənin təmin edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət hesabına vəkil təyin edilməsi barədə qərardad Azərbaycan Respublikası Vəkillər kollegiyasına 1 iyul 2024-cü il tarixdə, yəni qərardaddan şikayət vermək üçün qanunvericilik ilə müəyyən edilmiş müddət keçəndən sonra təqdim edilmişdir. Cavabdehin səhhətində problemlər olduğu üçün müalicə alan dövrdə vəkil ilə görüşmək imkanından faktiki olaraq məhrum olmuş və müalicəsi bitdikdən sonra 26 avqust 2024-cü il tarixdə vəkil ilə ilkin görüş baş tutmuş, həmin gün kassasiya şikayəti göndərilmişdir. Bundan əlavə, apellyasiya şikayəti formal səbəbə görə qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətində pozulmuş maddi hüququn göstərilməməsinə istinad edən Bakı Apellyasiya Məhkəməsi prosessual müddətin bərpa edilməsi barədə ərizəsini təmin etməyərək, faktiki olaraq cavabdehi məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Cavabdehin səhhətində problemlər mövcuddur və mütəmadi olaraq müalicə almaqdadır, müalicənin xüsusiyətləri və çoxmüddətli olması nəticəsində müalicə alma faktını təsdiq edən sənədlər mövcud deyildir. Lakin mülkiyyət hüququ ilə əlaqədar olan iddia tələbi üzrə cavabdehin apellyasiya şikayəti əsassız olaraq qeyri-mümkün hesab edilmiş, qərardaddan verilmiş kassasiya şikayəti, işə müddətin keçməsinə istinad edilərək və müddət bərpa barədə ərizə təmin edilməyərək faktiki olaraq qeyri-mümkün hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

24. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü k imi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qərardad qanuni qüvvəyə minmiş olur, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

25. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

26. Hazırkı işin materiallarından müəyyən olunur ki, 01 iyul 2024-cü il tarixdə cavabdehin kassasiya instansiya məhkəməsində təmsil olunması üçün Vəkil3 etibarnamə verilmişdir. Kassasiya şikayətinin 2 aya yaxın müddət ərzində verilməməsi isə ərizədə əsaslandırılmamışdır. Yalnız cavabdehin səhhətində problemlər olması göstərilmişdir.

27. Müəyyən olunduğu kimi cavabdeh qərardaddan kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməklə vermiş və bunun üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.

28. Belə ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azər baycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olun malıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

29. Odur ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz cavabdeh daşımalıdır.

30. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

31. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasi ya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2(103)-3851/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar