Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3324/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Əliyeva Raziyyə Şirin qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Kredit müqaviləsi; kredit borcunun tutulması; Əhəmiyyətsiz əqdlər; Uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(103)2881/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Borcverən İddiaçı ASC və borcalan Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 500. 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2. “İpoteka saxlayan” İddiaçı ASC və “ipoteka qoyan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2a nömrəli mənzili xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışında qeyd olunur ki, Cavabdeh3 ASC-nin xx.xx.2015-ci il tarixli KX M 02 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borcu 396436 ABŞ dolları, faiz borcu 132851 ABŞ dolları, cəmi borcu 529287 ABŞ dolları təşkil edir.
4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 ASC-yə və Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, kredit borcunun vaxtında ödənilmədiyi üçün ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi proseduruna başlanılacağı barədə xəbərdarlıq edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktublarda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydər ov küçəsi, ev 3, 2a nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-59/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X11 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yuxarıda qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X18 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 5 0.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X18 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla v ə onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığım, kreditləri üzrə fəaliyyət sahəsində borcalamn təcrübə və biliklərini, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 21 noyabr 2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 manat, “Günel-R” firmasının direktoru X2 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, “Bəyaz” firmasının direktoru X3 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, eyni zamanda yaxın münasibətlərindən istifadə edərək hüquqi şəxsin adına rəsmiləşdirməklə, yəni "xxxx" MMCnin direktoru X7 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 16 noyabr 2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25 noyabr 2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 480000 00000005 saylı cari, 26 noyabr 2014-cü il t arixdə isə həmin hesabdan ******************** saylı subordinasiya depoziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltməklə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunan vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın sədri X8 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 manat, X4 (hazırkı iş üzrə cavabdeh) adına 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 manat və Cavabdeh3 direktoru X9 adına 08 oktyabr 2015-ci il tarixli 500.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüqı qlarına və q anuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinindaha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı LPO “Atrabank “ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-dən LPO “Atrabank “ASCnin xeyrinə 396.436 ABŞ dolları əsas, 132.851 ABŞ dolları faiz, cəmi 529.287 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun tutulması, tutmanın digər Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 3 saylı evin, 2 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, A.Hedərov küçəsi, 3 saylı evin. 2 A saylı mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq həracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 kredit müqaviləsinin uydurma əqd olduğunu, kredit borcunun Cavabdeh3 ASC tərəfindən götürülməsinə baxmayaraq, niyyətinin kredit götürmək olmamasını əsas gətirərək iddia ərizəsinin əsassız olduğuna görə iddia tələblərinin təmin edilməməsini xahiş etmişdi r.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (hakim A.N. Novruzova) qətnaməsi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 ASC bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarı lması məqsədi ilə bağlanmışdır. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilir.
11. Məhkəmə qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığ ı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır.
12. Həmçinin məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Odur ki, məhkəmə belə yekun qənaətə gəlmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “ kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 294.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 106.1, 107, 119.1, 217.4,216220, 222-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, tərəflər arasında xx.xx.2015ci tarixli kredit xətti müqaviləsi mövcüddur, kredit xətti üzrə cavabdehə 500.000 ABŞ dolları məbləğində kredit xətti ayırılmışdır, həmçinin X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli Hökmündə qeyd olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş hazırki iş üzrə Cavabdeh3 ASC-nin idarə heyətinin sədri işləmiş X13 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci i tarixdə İddiaçıASCnin Baş ofisinə gedərək müəyyən kredit sənədlərinə imza etmiş və bundan sonra bankın kassasından 396.436 ABŞ dollarını hissə-hissə olmaqla bir neçə dəfəyə götürmüşdür. Beləliklə, cavabdeh kredit vəsəaitini götürdüyün ü etiraf etmişdir. Etirafdan üstün sübüt yoxdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Əqdi əhəmiyyətsiz hesab etməklə məhkəmə yanılıb. Hesab edir ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddianı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Cavabdeh borcun olmasını təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. B akı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-2881/2024 saylı, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər – G.T. Axundova (sədrlik edən və məruzəçi), C.C. Musayeva, F.F. Babayev) apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə qeyd edib ki, X11 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası X18 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv o lunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X18 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq müqavilələr imzalanması qanun qüvvəyə minmiş məhkəmə hökmündə öz təsdiqini tapmışdır.
18. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq Cavabdeh3 ASC-də idarə heyətinin sədri işləmiş X1 kredit müqaviləsi üz rə 396436 ABŞ dollarını hissə-hissə olmaqla bir neçə dəfəyə götürməsi barədə ifadəsinə istinad etmiş və qeyd etmişdir ki, borcun mövcud olması etiraf edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd edib ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Mübahisə predmeti olan kredit xətti müqaviləsi əhəmiyyətsiz əqd olduğundan iddiaçının iddia tələbi əsassızdır
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 294.1.1, 337.1,337.2,337.4,340.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fondu (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2881/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və şikayətin təmin olunmasına dair qərar qəbul edilməsını xahiş etmişdir.
22. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh kredit vəsaitini götürdüyünü etiraf etmişdir. Etirafdan üstün sübüt yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab ediblər Hesab ediblər ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Tərəflər arasında kredit və ipoteka müqaviləsinin imzalanması və həmin kredit müqaviləsinə əsasən vəsaitin məxaric olunması şahid ifadələri və sənədlərlə təsdiq olunur. Belə olan halda kredit vəsaitinin məxaric olunduqdan sonra hansı istiqamətdə istifadə edilməsi kredit vəsaitinin faktiki olaraq ayrılmaması kimi qiymətləndirilə bilməz. Qeyd edilib ki, cavabdeh borcun olmasını təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düsür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin qeyd edilib ki, hansı məqsədlə verilməsindən asılı olmayaraq kredit rəsmləşdirilmiş və cavabdehə kredit müqaviləsi üzrə 396.436 ABŞ dolları pul məbləği verilmişdir. Digər tərəfdən kreditin təminatı qismində Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A. Heydərov küç., 3 saylı evin 2 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, A. Heydərov küç., 3 saylı evin 2A saylı mənzili girovla yüklü edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğu halda hansı səbəbdən girovla təmin oluna bildiyi naməlumdur.
23. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Resublikası Mülki Məcəllənin 385.1, 390.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 294.1.1. Girovla təmin edilmi ş öhdəliyə xitam verildikdə girova xitam verilir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommers iya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəm iyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
45. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
46. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi tə qdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.( Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı)
47. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından Bankla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X6 cinayət əməlini həyata keçirmək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
48. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri-mümkündür. Çünki istinad olunan cinayət işi üzrə müəyyən edilmişdir ki, bu kredit müqaviləsi real müqavilə olmamış, bu kreditlərin rəsmiləşdirilməsi X16 tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmaq məasədilə bağlanmışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2881/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.