Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-581/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavab deh2, X7 və Cavabdeh4 MMC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-132/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 20 faizlə 200000 manat məbləğində kredit verilmişdir.
2. Həmin kreditin təminatı olaraq bağlanmış xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə əsasən X5 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini və X10 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin, 58,27 kv metr ümumi, 38,27 kv metr yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 85 nömrəli mənzilini banka ipotekaya qoymuşlar (tərəflərin razılığına əsasən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiyməti 150000 manat, mənzilin isə 80000 manat məbləğində müəyyən edilmişdir). 3. xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasına əsasən “Bank "xxxx" (Azərbaycan)” ASC tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddə tinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 4. xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq xx.xx.2012-ci il tarixli 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşma ilə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202000 manat məbləğində qiymətləndirilmiş, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 60 nömrəli kredit müqaviləsindən və xx.xx.2012ci il tarixli 100475-1-2404 nömr əli baş kredit razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən kredit müq aviləsinə əsasən kreditalan bank tərəfindən verilmiş 200.000 manat məbləğində krediti 24 ay müddətinə qaytarmağı və illik 20% ödəməyi və baş kredit razılaşmasına əsasən, kreditalana bank tərəfindən açılmış 500000 ABŞ dolları məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. 5. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 6. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 01 saylı razılaşmaya əsasən xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndinə dəyişiklik edilərək ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiyməti 230000 manat məbləğində müəyyənləşdirilmişdir. 7. xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli razılaşmada qeyd olunmuşdur: “- baş kredit razılaşması”nın 2.1-ci və 2.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri vermək öhdəliyini ifadə etmir və xx.xx.2012-ci il tarixli 100475-12404 saylı baş kredit razılaşmasının 2.6-cı bənd nəzərə ala raq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi və bank qarantiyasının verilməsinə dair razılaşma, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. 2.2 Bank bu baş kredit razılaşmasından və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açır və kreditalan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər.” 8. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 02 saylı razılaşmaya əsasən ipoteka müqaviləsinin 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır: “4.1 Bu müqavilə ü zrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya manatda olan ekvivalenti məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlə dən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir. 9. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli, 001 saylı əlavə razılaşmaya əsasən “xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci və 2.5-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır: “2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.201 4-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kredit in vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. 10. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X14 özünə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 600.000 manat məbləğində müəyyən edilmişdir). 11. xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 qarşılıqlı razılığına əsasən son uncuya məxsus və 127.486 ABŞ dolları məbləğində qiymətləndirilmiş dövriyyədəki mallar xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq bankın xeyrinə girov qoyulmuşdur. 12. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə əsasən “Bank “VTB (Azərbaycan)” ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1-ci tranş 450.000 ABŞ dolları, 2-ci tranş 120.000 ABŞ dolları olmaqla, ümumilikdə 570.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 13. xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X12 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən evin, D girişində 113,1 kv metr ümumi, 66,9 kv metr yaşayış, 46,2 kv metr yardımçı sahədən ibarət 3 (üç) otaqlı 48 nömrəli mənzilini xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 200.000 manat məbləğində müəyyən edilmişdir). 14. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən «Bank “VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1ci tranş 160000 manat, 2-ci tranş 140.000 manat olmaqla, ümumilikdə 300.000 manat məbləğində kredit verilmişdir. 15. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşma ilə müqaviləyə dəyişiklik edilərək müəyyən edilmişdir ki, ipoteka predmeti «Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi ********** OLAN, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyriyaşayış binasınıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir. 16. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 02 saylı əlavə razılaşmaya əsasən müqaviləyə dəyişiklik edilərək müəyyən edilmişdir ki, ipoteka predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrə si **********1006301, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,15189 ha torpaq sahəsində yerləşən 1227,2 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasınıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir. 17. xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə əsasən «Bank “VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 99900 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. 18. xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 002 nömrəli razılaşmaya əsasən «xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasının 2.1-ci bəndi aşağıdakı redaksiyada verilmiş və digər şərtlər dəyişdirilmədən saxlanılmışdır: “-Bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasındata və ya hissələrlə verilən kreditlər üçün bank kreditalana 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğində kredit xətti açır. Bu razılaşma bankın kreditalana kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi, və bank qarantiyasının vəerilməsinə air razılaş, o, cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək.” 19. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtlər dəyişdirilmədən saxlanılmışdır: “4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəmə yi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. 20. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: “-4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012- ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı vəxx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə ba ğlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gə ləcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.” 21. xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: “4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının v erilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 AB Ş dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.” 22. xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: “4.1 «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10047512404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdə liklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.” 23. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli, 002 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci və 2.5-ci bəndləri aşağıdakı redeksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100 475-12404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 əlavə razılaşmasından və qeyd olunan kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-12404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı əlavə razılaşmasının, o, cümlədən cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı m əlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. 24. xx.xx.2012-ci il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 001 saylı razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu bankın xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 32.741.951,00 rus rubluməbləğində müəyyən edilmiş, həmin razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 41 ay müddəti ərzi ndə istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsi üzrə imzalanmış əlavə 1 qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə Əlavə 1 Əlavə ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin 2.1-ci bəndləri qüvvədən düşmüş hesab edilmiş və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 25. xx.xx.2016-cı il tarixli, 100475-NEDVİJ-4342 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X1 2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən evin, D girişində olan 45 nömrəli mənzilini banka xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 190.000 manat məbləğində müəyyən edilmişdir). 26. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 02 saylı razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 1.646.455,35 rus rublu məbləğində müəyyən edilmiş. Həmin razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 32 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən xx.xx.2014cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 1saylı razılaşma üzrə imzalanmış əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə yeni əlavə ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 1 saylı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin və onun tərkib hissəsi olan 1 saylı razılaşmanın digər ş ərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 27. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun ayrılmaz hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavə edilməsi barədə xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2014-cü il tarxli 100475-1-2404/4 nömrəli koomersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan borcu kapitallşadırılaraq 36.074.237,89 rus rublu təşkil edir və bankın xx.xx.2017-ci il tarixinə movcud olan məzənnəsi (rus rublundan 0,295 məzənnə) ilə konvertasiya edilərək 1.064.190,02 manat məbləğində müəyyən edilmiş, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 189.899,09 manat və xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 75.256,28 manat məbləği təşkil edir və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1.329.345,39 manat məbləğində müəyyən edilmişdir. Həmin razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 48 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 20 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kreditalanın xx.xx.2017-ci il tarixinə kapitallaşdırılmış kredit m əbləğindən əlavə 72.178,46 manat məbləğində cərimə borcu mövcuddur. Kreditalanın kredit müqavilələri üzrə hesablanmış cərimə borcları kredit müddətinin sonuna keçirilmiş. Kreditalan restrukturizasiya olunan kredit üzrə ödənişlərini vaxtında və lazımınca icra etdiyi təqdirdə, kredit müqaviləsinin son gününə keçirilmiş cəriməborcunun bankın balansından silinəcəyi razılaşdırılmışdır. Bu razılaşma ilə kreditalan yuxarıda qeyd olunan kredit müqavilələri üzrə təminat qismində çıxış edən daşınmaz əmlakların sığorta müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər uzadılmasının təmin edilməsini öz öhdəsinə götürmüşdür. Sığortalanma həyata keirilmədikdə, bankın kreditin qaytarılmasını vaxtından əvvəl tələb etmək və ya illik faiz dərəcəsini 2 bənd artırmaq hüququ oldu ğu razılaşdırılmışdır. Bu razılaşmanın tərkib hissəsi sayılan Əlavə 2 imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 2 saylı razılaşma üzrə imzalanmış əlavələr qüvvədən düşmüş hesab edilmiş və həmin krediti müqavilələrinin mətni üzrə əlavələr yeni Əlavə 2 ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 10047512404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 10047512404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 sayl ı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2014-cü il tarixli 1004751-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 saylı razılaşmanın digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 28. xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 MMC Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 29. xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə 001 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2012-ci i l tarixli, 105056-G_RAN-21 saylı zaminlik müqaviləsinin 2.2 və 2.5-ci bəndləri aşağıdakı redeksiyada verilmiş və zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır: 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmı ş xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. 30. xx.xx.2013-cü il tarixli, 120880-7-6682 nömrəli zaminlik müqaviləsinə əsasən X1 Həsən Xəlil oğlunun bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 31. xx.xx.2013-cü il tarixli, 120 880-7-6682 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə xx.xx.2015-ci il tarixli 02 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2013-cü il tarixli, 120880-7-6682 saylı zaminlik müqaviləsinin 2.2 və 2.5-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlan a ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
32. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavab dehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka borclu olduğu 1.320.683,36 (bir milyon üç yüz iyirmi min altı yüz səksən üç manat 36 qəpik) manat məbləğində əsas borc, 159.720,96 (bir yüz əlli doqquz min yeddi yüz iyirmi manat 96 qəpik) manat məbləğində faiz borcu, 311.284 (üç yüz on bir min iki yüz səksən dörd) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.791.688,32 (bir milyon yeddi yüz doxsan bir min altı yüz səksən səkkiz manat 32 qəpik) m anat məbləğində pulun, həmçinin, 30 (otuz) manat məbləğində məhkəmə üçün və 120 (yüz iyirmi) manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vvaçeslavovna, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş: - ipoteka predmetinin ilkin satış qiymətinin 172.000 (yüz yetmiş iki min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilə; ipoteka predmetinin ilkin satış qiymətinin 124500 (yüz iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilə; - ipoteka predmetinin ilkin satış qiymətinin 552000 (beş yüz əlli iki min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına; ipoteka predmetinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi; mənzillərə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ipo teka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzillərdən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması; qeyri-yaşayış sahələrinə tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra əmlakların boşaldılması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləğin “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC- nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İddia tələbi belə əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılasmasına əsasən bank H.X.Məhəmmodova 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Daha sonra bank ilə H.X.Məhəmmədəv arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 ******* (iki milyon) ABŞ dolları və ya manat olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Bundan sonra bank la Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 2.000.000 (iki milyon) ABŞ dolları və ya AZN/EUR/RUB olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-12404/4 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün illik 14,5 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə (3 ay güzəşt müddəti olmaqla) 570000 (beş yüz yetmiş min) ABŞ dolları məbləğində (birinci tranş üzrə 450000 ABŞ dolları, ikinci tranş üzrə 120000 ABŞ dolları) kredit verilmişdir. Daha sonra, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cii il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixə banka mövcud olan borcu konvertasiva edilərək 32.741.951 rus rublu məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 19 faiz hesablanması şərti ilə 41 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-12404/4 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka mövcud olan borcu ka pitallaşdırılmış və Cavabdeh1 31646455,35 rus rublu məbləğində borcu illik 19 (on doqquz) faiz hesablanması şərli ilə 32 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün istifadə edilmiş məbləğə illik 14.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində (birinci tranş üzrə 160.000 manat, ikinci tranş üzrə 140.000 manat) kredit xətti açılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 daşınmaz əmlakın təmiri məqsədi üçün illik hesablanması şərti ilə 60 ay müddətinə 99.900 manat və ya ABŞ dolları ekvivalenti məbləği ndə kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə, 30.01.201 5-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli 3 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka mövcud olan borcu kapitallaşdırılaraq 36.074.237,89 rus rublu məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2017-ci il tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 1.064.190,02 manat; xx.xx.2014-cü il tarixli 100475-1 -2404/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 189.899,09 manat məbləğində borcu və xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 75.256,28 manat məbləğində borcu müəyyən edilmiş və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1329345,39 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 20 faiz hesablanması şərti ilə 48 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və baş kredit razılaşmasına əsasən kredit müqavilələrinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır. X2, Cavabdeh2 Vyayeslavovna və X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə əsasən Baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəlik lərinin icrasını təmin etmək məqsədi ilə E.İ.Mustafayeva yə Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və O.F.İbrahimovaya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 saylı evin, ümumi sahəsi 58,27 kv metr, 38,27 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 85 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, bankla E.İ.Mustafayeva və Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarix li razılaşmaya əsasən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ünvanında yerləşən 10 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra bankla Cavabdeh2 arasında bağlanmş xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya əsasən ünvan 7 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 230000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, baş kredit razılaşmasına edilmiş dəyişikliklər və əlavələr barədə razılaşmalara uyğun olaraq, bankla Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müq aviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 2 saylı və 24 noyabr 2015ci il tarixli 3 saylı razılaşmalar bağlanmışdır. X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ2683 saylı daşınmaz əmlakın ipoteka miiqaviləsinə əsasən baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Ü.R.Hacıyevə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366.4 kv metr əsas, 32,1 kv metr. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra bankla Ü.R.Hacıyev arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razı laşmaya əsasən ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra, bankla Cavabdeh1 arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 2 saylı razılaşmaya əsasən ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 3 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-NEDVİJ-3179 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 108 saylı evin "D” girişində 113,1 kv metr ümumi, 66,9 kv metr yaşayış, 46,2 kv metr yardımçı sahəsindən ibarət 3 otaqlı 48 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq, bankla Cavabdeh1 arasında xx.xx.2014-cü i l tarixli 100475-NEDVİJ3179 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cü il tarixli 100475-NEDVİJ-4342 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 11, 45 say mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra baş kredit razıla şmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmalara uyğun olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 100490-71771 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmalar bağlanılmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi10 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallar (heyvanlar üçün yem) bankın xeyrinə girov qoyulmuşdur. Dana sonra baş kredit raz ılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşma bağlanılmışdır. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1320683,36 manat məbləğində əsas, 159.720,96 manat məbləğində faiz, 311.284 manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 1.791.688,32 manat məbləğində borcu qalmışdır. 34. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69 nömrəli hesabatına əsasən Cavabdeh2 Vyaçevlavovnanın və X4 paylı mülkiyyətində ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarş ılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 230.000 manat təşkil edir. 35. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/1 nömrəli hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 48 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 226000 manat təşkil edir. 36. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/2 nömrəli hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 1.700.000 manat təşkil edir. 37. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/3 nömrəli hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 225000 manat təşkil edir.
38. A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı məhkəmə ekspertizası rəyinə müvafiq olaraq, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddia tarixinə) banka 1320683,36 manat əsas, 158415,96 manat faiz olmaqla, cəmi 1479099,32 manat məbləğində borcu vardır.
39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1028/2019 saylı, 26 noyabr 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh4 MMCdən və Cavabdeh3 müştərək qaydada xx.xx.2017-cı il tarixli, 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tari xə 1320683,36 (bir milyon üç yüz iyirmi min altı yüz səksən üç manat 36 qəpik) məbləğində əsas borcun, 158415,96 (yüz əlli səkkiz min dörd yüz on beş manat 96 qıpik) manat məbləğində faiz borcunun, 5000 (beş min) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 1489099,32 (bir milyon dörd yüz səksən doqquz min doxsan doqquz manat 32 qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 120 (yüziyirmi) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 Vyaçevlavovnaya məxsus ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə ilkin satış qiymətinin 230000 (iki yüz otuz min) manat, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən bi nanın 48 nömrəli mənzilinə ilkin satış qiymətinin 226000 (iki yüz iyirmi altı min) manat, Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən sahəsinə ilkin satış qiymətinin ******* (bir milyon yeddi yüz min) manat, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin ilkin satış qiymətinin 225000 (iki yüz iyirmi beş min) manat müəyyən edilməklə və ünvan 4 ünvanında yerləşən mağazada və anbarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan mallara (heyvanlar üçün yem) yönəldilməsi, qeyd olunan daşınar və daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, yuxarıda qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlərin mənzillərdən və qeyri-yaşayış sahələrindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ramin Quliyev)
40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmə diyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zaminlər Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 borclunun bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidir.
41. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia cavabdehdən əsas və faiz borcun tutulması hissəsində qismən, yəni ekspert rəyi ilə müəyyən edilmiş 1320683,36 manat əsas, 158415,96 manat məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməlidir.
42. Birinci instansiya məhkəməsi işin hallarını, yəni cavabdeh tərəfindən götü rülən kredit məbləğlərini, kreditin verilmə tarixlərini, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə almış və iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin iddiasının 311.284 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 5.000 manat məbləğində pul tutulmalıdır.
43. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti olan əmlakların boşaldılması hissəsinə münasibətdə mövqeyi belə olmuşdur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Bundan başqa, qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edilmədiyindən, yalnız oradan istifadə edən şəxslərin həmin əmlakdan çıxarılmaları ilə əmlakın boşaldılması mümkündür. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı bank cavabdehlərin ipoteka predmeti olan mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılmalarını istəyir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməlidir. İpoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər müvafiq olaraq mənzildən və qeyri-yaşayış sahəsindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır.
44. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, ipoteka predmetinin likvid qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş və müvafiq rəylər verilmişdir. Bu səbəbdən də, ipoteka predmetlərinin ilkin satış qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş qiymət götürülməlidir.
45. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 269.1, 269.4, 295, 296.1, 385.1, 386.1, 421, 442, 443.1, 445, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59.1, 59.3, 59.4-ci, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birin icraat
46. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə borcunun, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini xahiş etmişdir.
47. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz borcunu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının 29 oktyabr 20219-cu il tarixli 11472 saylı rəyini əsas götürmüş, lakin həmin rəydə cavabde h H.Məmmədovun kredit borcunun hesablanması düzgün aparılmamış və nəticədə ekspert faiz borcu hissəsində yanlış nəticəyə gəlmişdir. Həmçinin, cərimə məbləğinin məhkəmə tərəfindən tənasübsüz surətdə azaldılması əsassızdır. Cavabdeh H.Məmmədov və Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı iddia tələblərini qismən qəbul edərək, yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinə etiraz edərək məhkəmədə mübahisələndirmişlər. Göründüyü kimi cavabdeh tərəf cərimənin azaldılması xahişi ilə məhkəməyə müraciət etməmiş və iddia tələblərinin cərimənin tutulması hissəsini məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. Həmçinin ipoteka predmetlərinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuşdur və reallığı əks etdirmir, həmin hesabatlar qeyri-obyektiv və qər əzlidir.
48. Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni mühasibatlıq ekspertizası təyin edilib, iddiaçıya olan borcun ədalətli olaraq müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
49. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb həddindən artıq şişirdilmiş, həqiqətə uyğun deyildir. Məhkəmə iddianı qismən təmin etsə də, işin faktiki hallarına uyğun olmayaraq, ədalətsiz və qeyri-obyektiv olaraq iddiaçının tələbini faktiki olan borcun miqdarından artıq təmin etmişdir. Məhkəməyə müraciət olunmasından bir qədər öncə təqribən 20.000 manat ödəniş etsələr də, bu ödənişlər iddiada və daha sonra keçirilən ekspertizalarda nəzərə alınmamışdır. Əsas borc məbləğində səhvlər olduğundan və sonuncu ödənişlər nəzərə al ınmadığına görə mühasibatlıq ekspertizasının nəticələrində yanlışlıqlar olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən tutulan cərimə sanskiyası da ədalətsizdir.
50. Apellyasiya instansiyası məhkəməsi əlavə mühasibatlıq ekspertizası təyin etmiş və əmlakların yenidən qiymətləndirilməsini keçirmişdir.
51. Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 9/3612 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 29 noyabr 2018-ci il tarixə (iddia tarixinə) banka olan borcu 1479099,32 manat təşkil edir, o cümlədən əsas borc üzrə 1320683,36 manat, faiz borcu üzrə 158415,96 manatdır. 52. “X3 Company” MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edimişdir ki, ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə ol unur), ümumi sahəsi 220,6 kv.metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv.metr olan qeyriyaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir.
53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-71/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 11 ünvanında yerləşən 45 saylı və 48 saylı mənzillərin, ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 340000 (üç yüz qırx min) manat, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 160000 (bir yüz altmış min) manat, ünvan 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 850000 (səkkiz yüz əlli min) manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 1400 manatın 750 manatın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 750 manatın isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 900 manatın 450 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 450 manatın isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 MMC-dən tutularaq “X3 Company” MMC-nin hesabına ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manatın tərəflərin hər birindən 50 manat olmaqla tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş Məhkəmə Ekspertiz ası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri ilə apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş ekspert rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri eynilik təşkil etmişdir. Həmçinin cavabdeh həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin düzgün hesablanmadığını, onun etmiş olduğu ödənişlərin borc hesablanarkən nəzərə alınmadığını bildirsə də, ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğini düzgün hesab etməməsinin səbəblərini izah edə bilməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərindən biri olan cərimənin (dəbbə pulunun) hesablanması ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimənin 5000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Buna görə də, apellyasiya şikayətlərinin dəbbə pulu hissəsi ilə bağlı dəlilləri əsassızdır və təmin edilə bilməz.
56. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulu ilə bağlı hesab etmişdir ki, dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüblük qorunmuş, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır.
57. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək göstərmişdi r ki, ipoteka predmeti olan daşınmaz əmlakların tərəflər arasında bağlanmış ipoteka müqavilələrində müəyyən edilmiş qiymətləri ilə birinci instansiya məhkəməsinin qərardadı əsasında aparılmış qiymətləndirmənin nəticələri arasında kəskin fərqlər mövcud olduğundan ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən yeni qiymətləndirmə təyin edilmiş və qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Lakin məhkəmə iclasında cavabdehlər rəyin ipoteka predmeti olan əmlaka baxış keçirilmədən tərtib edildiyini bildirdiklərindən və qeyd olunan hal ekspert rəyini şübhə altına aldığından əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, bu dəfə əmlakın qiymətləndirilməsi “X3 Company” MMC-yə həvalə edilm işdir. Həmin MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyriyaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyriyaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, habelə əvvəlki rəydən fərqli olaraq həmin rəylə əmlakların həm bazar, həm də likvid qiyməti müəyyən edildiyindən, qiymətlər müəyyən edilərkən ipoteka predmetlərinin qiymətinə təsir edə biləcək bütün zəruri keyfiyyətləri (təmirliliyi, lokasiyası, ictimai nəqliyyat qovşaqlarına yaxın yerləşməsi və s.) nəzərə alınmaqla ətraflı təsvir edildiyindən, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi zamanı “X3 Company” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiymətləri ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 385, 462.1, 465.2, 467-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3-cü, Mülki Prosessual Məcəllə nin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
60. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddianın qismən təmin edilməsini, əsas borc məbləğinin məhkəmə gedişində müəyyən olunmuş ödənişlər çıxılmaqla azaldılması, ipoteka predmetləri olan əmlakların qiymətinin birinci instansiya məhkəməsindəki qiymətləndirməyə uyğun müəyyən edilməsini xahiş etmişdir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2022ci il tarixli 2(102)-5349/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-71/2022 nömrəli 9 iyun 2022-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəy yən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
62. Kassasiya instansiya məhkəməsini mövqeyi belə olmuşdur: - əsas borc məbləğinin məhkəmənin gedişində edilmiş ödənişlər müəyyən olunub çıxılmaqla azaldılması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu dəlil apellyasiya şikayətində də irəli sürlümüş, apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla həmin dəlilə hüquqi qiymət vermişdir; - ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh ipoteka qoyan (Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi-10 ünvandakı binanın zirzəmisində yerləşən 107,8 kv metrlik qeyri-yaşayış s ahəsi) olmaqla bərabər borcalanın öhdəliklərinə görə zamin olması, bankdan alınmış kreditin qaytarılması üçün borcalanla bərabər müştərək məsuliyyət daşıması nəzərə alınmaqla onun həmin borcun qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuş bütün əmlakların ilkin satış qiymətini mübahisələndirmək hüququ vardır; - işdən görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrində, müvafiq olaraq ipoteka predmetlərinin qiymətlərində dəfələrlə dəyişkliklər edilmişdir. İşə məhkəmədə baxılan zaman təfərlər arasında müqavilə ilə razılaşdırılmış qiymətlərlə bağlı fikir ayrılığı olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur; - "xxxx" MMC-nin hesabatlarına görə; - Cavabdeh2 və X4 ümumi mülkiyyətində ü nvan 14 ünvanda yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 230000 manat, - Cavabdeh1 məxsus ünvan 15 ünvanda yerləşən binanın 45 nömrəli mənzilin qiyməti 225000 manat, - Cavabdeh1 məxsus ünvan 15 ünvanda yerləşən binanın 48 nömrəli mənzilin qiyməti 226000 manat, - Cavabdeh1 məxsus ünvan 12 ünvanda yerləşən əmlak kompleksinin qiyməti ******* manat təşkil edir; - apellyasiya instansiyası məhkəməsində icraat zamanı ipoteka predmetlərinin qiymtələndirilməsi ilə bağlı məhkəmə təkrar ekspertiza təyin etmiş, ekspetizanın aparılması “X3 Company” MMC-yə tapşırılmışdır.
103. X3 Company” MMC-nin rəyinə görə ipoteka predmeti olan ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümum i sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir; - ipoteka predmetlərinin birinci instansiya məhkəməsi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətləri müqayisə edildikdə aydın olur ki, bu qiymətlər arasında kəskin fərqin vardır, məhkəmə aktlarının çıxarılması tarixləri arasında uzun müddət keçməməsi və daşınmaz əmlak bazarında qiymətlərin artımı nəzərə alındıqda həmin fərqin obyektiv amillər nəticəsində əmə lə gəlməsi inandırıcı hesab oluna bilməz; - buna görə də apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin hərracda satışının ilkin qiymətlərini müəyyən edərkən göstərilən halı diqqətdən qaçırmamalı, ekspert rəyləri arasındakı ziddiyyəti nəzərə almalı, hansı səbəblərə görə “X3 Company” MMC tərəfindən verilmiş rəylərin daha mötəbər olmasını əsaslandırmalı idi; - cavabdehin kassasiya şikayətinə görə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması zamanı ekspert tərəfindən tədqiqat obyekti olan əmlaklar yerində müayinə olunmamış, əmlaklara baxış keçirilməmişdir; - Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçü n işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır; - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar); - beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv olunmalı və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməlidir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
63. Təkrar apellyasiya baxışında ipoteka predmetlərinin qiymətləndirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
64. Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymət lərinə uyğun likvid dəyəri təqribən 227000,0 manat məbləğində; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 1811000,0 manat məbləğində təşkil edir. Lakin Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 180 giriş “D” 45 və 48 saylı mənzillər təqdim olunmadığından, həmin mənzillərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
65. Ekspert rəyi ilə iki mənzilə münasibətdə rəy təqdim olunmadığından, həmçinin digər ipoteka predmetlərinin qiymətləri müəyyən edilsə də, müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğundan apellyasiya instansiyası məhkəməsi yenidən qiymətləndirmə təyin etmiş və qiymətləndirməni "xxxx" MMC-yə həvalə etmişdir. 66. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin likvid dəyəri 222000 manat; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin likvid dəyəri 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 900000 manat; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 215000 manat təşkil edir.
67. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-132/2024 nömrəli xx.xx.2024-cü il tarixli ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1028/2019 nömrəli 26 noyabr 2019-cu il qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, Bakı ş əhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin ilkin satış qiyməti 222000 manat; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin ilkin satış qiyməti 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 900000 manat, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 215000 manat müəyyən edilmiş, ekprtiza xərcləri tərəflər arasında bölünmüşdür. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Xumar Mərdanova)
68. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmetini qətnamənin yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil etdiyini nəzərə alaraq göstərmişdir. tərəflər arasında bağlanmış ipoteka müqavilələrində, müvafiq olaraq ipoteka predmetlərinin qiymətlərində dəfələrlə dəyişikliklər edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti olaraq "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğləri əsas götürərək nəticəyə gəlmişdir.
69. Lakin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş hesabatlara əsasən MMC tərəfindən müəyyən edilmiş məbləğlər ipoteka predmetlərinin bazar dəyəri olmuşdur. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan həmin məbləğləri ilkin satış qiyməti kimi müəyyən etmişdir.
70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyəri olaraq müəyyən edilmiş məbləğlər mötəbər hesab edilə bilməz.
71. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, əvvəlki apelyasiya icraatı zamanı ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı təkrar ekspertiza təyin edilmiş, ekspertizanın aparılması “X3 Company” MMC-yə tapşırılmışdır. “X3 Company” MMC-nin rəyinə görə ipoteka predmeti olan ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir.
72. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq təkrar apelyasiya baxışı zamanı aldığı ekspertiza və qiymtələndirmə rəylərinə istinad edərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən müəyyə n edilmiş likvid dəyəri iş materiallarında olan digər rəylərlə müəyyən edilmiş məbləğlə yaxın olmaqla, aralarında kəskin fərq yoxdur, həmin ipoteka predmetlərinə münasibətdə "xxxx" MMC tərəfindən verilmiş hesabat mötəbər hesab edilməklə, həmin məbləğləri əsas götürülməlidir.
73. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının dəyəri Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza nəticəsində 1811000,0 manat müəyyən edilsə də, "xxxx" MMC tərəfindən 900000 manat məbləğində müəyyən edilmişdir.
74. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə ekspert rəyinə nəzər yetirdikdə məlum olur ki, ekspertiza təqdiqatı zamanı eskpert müqayisəli tədqiqat metodu zamanı internet saytlarında olan elanlardan istifadə etmi şdir. Lakin əlavə edilmiş elanlara baxdıqda müəyyən edilir ki, müqayisəli tədqiqat zamanı seçilmiş obyektlərlə ipoteka predmeti olan obyektin təyinatı və yerləşmə yerləri fərqli olmuşdur, belə olan halda, müvafiq olaraq müqayisəli tədqiqat zamanı seçilmiş obyektlərin dəyərinə uyğun olaraq ipoteka predmetinin yüksək qiymətləndirilməsi aşkardır. Buna görə də ekspert rəyi mötəbər hesab edilmir, həmin ipoteka predmetinə münasibətdə də "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymət əsas götürülməlidir.
75. Beləliklə, spellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin ilkin satış qiyməti 222000 manat, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin ilkin sa tış qiyməti 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 900000 manat; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 215000 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
76. Cavabdeh2 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
77. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi həvalə olunmuş “X3 Company” MMC ipoteka predmeti olan əmlaklara baxış keçirilmədən, "xxxx" MMC-nin rəyinə əlavə olunmuş foto şəkillərə əsasən tərtib edilmişdir. Sözügedən əmlaklar yerində müayinə və tədqiq edilmədiklərindən “X 3 Company” MMC-nin rəyi sübut kimi qəbul edilə bilməz. Bütün məhkəmə proseslərində daimi olaraq bildirilmişdir ki, ipoteka kreditinin qötürülməsinin məqsədi ünvan 16 ünvanda yerləşən torpaq sahəsinin və anbarın tikilişi üçündür. Bütün qiymətləndirici şirkətlər yalnız tikililəri qiymətləndirirdilər, halbuki alınan və çıxarış əldə edilən yalnız torpaq sahəsinin dəyəri tikililərdən bahadır. Torpaq sahəsi yol qırağında, bir çox diqər obyektlər ilə yanaşı yerləşir və avropa standartlarına uyğun tikilmiş, hasarlanmışdır. Mühafizə, kamera, avtomat darvaza və sair ilə təchiz olunmuşdur. Eyni zamanda, çəkilmiş dəmir yol xəttinin yolunda, yəni qırağında yerləşir. Buna görə də çıxarışı olan torpaq sahəsi əlavə olaraq qiymətləndirilməlidir. Təkcə həmin boş sahənin bazar qiyməti təqribən yeddi yüz mi n manat təşkil edir. Eyni zamanda, qiymətləndirilmədə respublikada olan inflyasiya, kəskin torpaq bahalaşması nəzərə alınmamışdır və qərəzli olaraq ilkin satış qiymətləri azaldılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
78. Kassasiya şikayətinə qarşı "Bank VTB (Azarbaycan)" ASC tərəfindən etiraz daxil olmuşdur.
79. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Lakin iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11,2022-ci il tarixli 2(102)- 5349/2022 saylı qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilmiş v ə iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətində olan çoxsaylı səhvlər onu göstərir ki, hazırkı şikayət səthi, formal tərtib edilərək ədalət mühakiməsinin qarşısını almaq məqsədini daşıyır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
81. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində olmuşdur. Kassasiya şikayətinin dəlilləri də ipoteka predmetin qiymət ilə bağlı olduğu üçün məhkəmə kollegiyası faktiki olaraq qətnaməni tam yoxlayır.
82. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
85. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq, iki dəfə qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspe rtizası Mərəkəzinə və "xxxx" MMC həvalə etmiş, nəticədə ipoteka predmetlərinin likvid dəyərini "xxxx" MMC-nin rəyinə uyğun müəyyən etmişdir.
86. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
87. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermiş, nəyə görə Məhkəmə Ekspertizası Mərəkəzinin deyil, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə r əyinə istinad etməsini əsaslandırmışdır.
88. İpoteka predmetlərinin likvid dəyərinin daha yuxarı olması ilə bağlı cavabdehin kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə təkzib edilmişdir.
89. Həmçinin işdən görünür ki, cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında qiymətləndiricinin rəyi ilə razı olmadığını göstərsə də, eyni zamanda həmin rəydə qiymətlərin real dəyərdən aşağı göstərilməsini təsdiq edən sübutunun olmadığını da bildirmişdir. Buna görə də bütün qiymətləndirici şirkətlərin yalnız tikililəri qiymətləndirmələri, qiymətləndirmə zamanı torpaq sahəsini nəzərə almamaları barədə kassasiya şikayətin in dəlilləri əsasızdır.
90. İpoteka predmeti olan əmlakların qiymətləndirilməsi həvalə olunmuş “X3 Company” MMC-nin rəyinin ipoteka predmeti olan əmlaklara baxış keçirilmədən, "xxxx" MMC-nin rəyinə əlavə olunmuş foto şəkillərə əsasən tərtib edilməsi, bu səbəbdən sözügedən əmlaklar yerində müayinə və tədqiq edilmədiklərindən “X3 Company” MMC-nin rəyinin sübut kimi qəbul edilə bilməməsi barədə kassisaiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı ipoteka predmetlərinin qiymətinin müəyyən olunmasında “X3 Company” MMC-nin rəyinə, ümumiyyətlə, istinad edilməyib. Həmin rəyə birinci apellyasiya baxışı zamanı istinad edilmiş və kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə birinci qərarında qeyd edilən mövqe əsassız sayılmışdır.
91. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-132/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.