Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-774/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracda satılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əldə olunmuş vəsaitin paylara münasibətdə bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi və mənzilə köçürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Tərəflər bacı-qardaşdırlar.
2. ##.##.2009-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, ** saylı ev Zəkiyev Ağakərim Cəbrayıl oğluna məxsus olmuşdur.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportuna əsasən, Zəkiyev Ağakərim Cəbrayıl oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, ** saylı evin * saylı mənzil 3 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 62,62 kv.m., yaşayış sahəsi 39.64 kv.m. təşkil etmişdir.
4. İddiaçı, X3, Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
5. Zəkiyev Ağakərim Cəbrayıl oğlu ##.##.2021-ci il tarixdə ölmüşdür.
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, keçmiş Stalin rayon X4 Icraiyyə Komitəsinin **/** nömrəli ##.##.1961-ci il tarixli qərarına, keçmiş 26 Bakı Komissarı rayonu X1 Icraiyyə Komitəsinin **/**** nömrəli, ##.##.1986-cı il tarixli qərarına, forma- 2 arayışına, Cavabdeh, X2, İddiaçı və X3 razılıq ərizələrinə əsasən sözügedən mənzil ilkin olaraq Zəkiyev Ağakərim Cəbrayıl oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2022-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və ##.##.2022-ci il tarixli 3M-** reyestr nömrəli miras payının bağışlanması haqqında müqaviləsinə əsasən Zəkiyev Ağakərim Cəbrayıl oğlunun vəfatından sonra mənzilin 2/3 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2022-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə Zəkiyev Ağakərim Cəbrayıl oğlunun adına açıq saxlanılmış 1/3 hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Hazırda mənzilin 2/3 hissəsi İddiaçı və 1/3 hissəsi Cavabdeh mülkiyyətindədir.
7. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı X3 Bakı şəhəri ** saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı, Cavabdeh qarşı Bakı şəhəri ** saylı Notariat ofisində rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli 2V** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ##.##.2022-ci il tarixli *M-** nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, əmlakın ½ hissəsinə iddiaçının vərəsəlik payının tanınması (müəyyən edilməsi) və əmlakın qalan digər yarı hissəsinə 1/3 hissədə vərəsəlik payının tanınması (müəyyən edilməsi) barədə tələbi rədd edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (dəqiqləşdirmə barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) ilə paylı mülkiyyətlərində olan ünvan 2 * saylı 3 otaqlı mənzilin (bundan sonra “mübahisəli mənzil”) aralarında naturada bölünməsi, sahəsi 14,0 kv.m. olan yaşayış otağın cavabdehin və onun ailə üzvlərinin, sahəsi 10,89 kv.m. və 14,75 kv.m. olan yaşayış otaqların iddiaçının istifadəsinə verilməsi, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində saxlamaqla, anaları X3 da mənzilin iddiaçıya aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi və mənzilin iddiaçıya aid olan hissəsinə köçürülməsi, bu mümkün olmadığı halda mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylı mülkiyyətçilər arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası Zəkiyev Ağakərim Cəbrayıl oğlu vəfat edən günədək həmin mənzil atasından başqa, iddiaçının və anası X3 istifadəsində olmuş, onlardan başqa qeyd edilmiş mənzildə qeydiyyatda olan cavabdeh qardaşı ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və uşaqları) kirayə evdə yaşamış, həmin mənzildə yaşamamışlar. ##.##.2021-ci il tarixdə atasının vəfatından sonra Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə iddiaçı və anası X3 müraciət etmiş, digər vərəsə olan cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun miras əmlakdakı 1/3 paya açıq qalmış, digər bacısı X2 atasından əvvəl vəfat etməsi və onun vəfatından sonra birinci növbəli vərəsələri olmadığından, miras qalmış əmlaka qanun üzrə 3 vərəsə müəyyən olmuşdur. Bu əsasla da notarius Mülki Məcəllənin 1**0.1.1-ci maddənin tələblərinə uyğun olaraq atasından miras qalmış əmlakın 1/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə anası X3 vərəsəlik paylarını müəyyən edərək adlarına ##.##.2022-ci il tarixli 2V/** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, digər vərəsə olan cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun 1/3 hissəsinə olan payı açıq saxlamışdır. Daha sonra isə anası X3 miras əmlakdakı payın iddiaçıya bağışlamaq istəyini nəzərə alaraq anası ilə iddiaçı arasında ##.##.2022-ci il tarixli *M-** saylı miras payın bağışlanması haqda müqavilə bağlanmışdır. Nəticə də DƏDRX tərəfindən iddiaçının adına verilmiş ##.##.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarışdan göründüyü kimi hazırda ##.##.2021-ci il tarixdə atası Zəkiyev Ağakərim Cəbrayıl oğlundan miras qalmış mübahisəli mənzilin 2/3 hissəsi onun adına dövlət reyestrdə qeydə alınmış, 1/3 hissəsi isə açıq qalmışdır. Atası Zəkiyev Ağakərim Cəbrayıl oğlunun vəfatından 1 il sonra cavabdeh olan qardaşı atasının aldığı yüksək məbləğdə (1400 manat) pensiyası atasının adına rəsmiləşdirdiyini öyrəndiyi andan ailəsi ilə birlikdə mübahisənin predmeti olan mənzilə qayıtmış, anasının aldığı pensiyasına sahibləmək məqsədi ilə onu mənzildən qovmuş, paylı mülkiyyətində olan mənzilin giriş-çıxış qapısının açarlarını dəyişərək mənzildən istifadəsinə maneələr yaratmış, bu məqsədlə də 88 yaşlı anası X3 adından etibarnamə üzrə vəkil tutaraq ona, özünə və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsində “##.##.2022-ci il tarixli *V/**-reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, ##.##.2022-ci il tarixli *M-** saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi onun əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsinə” dair iddia irəli sürmüşdür. Nəticədə apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsi qanuni qüvvəsini almış, lakin cavabdeh israrla iddiaçını paylı mülkiyyətində olan mənzilinə buraxmır. Bununla da cavabdeh iddiaçının mülkiyyət, sahiblik və əmlakdan istifadə hüquqlarını kobud surətdə pozmağa davam edir. Artıq 4-cü ildir ki, paylı mülkiyyətində mənzil olduğu halda iddiaçı kürəkəninin mənzilində yaşamağa məcbur qalmışdır.
11. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili vəkil2 həmçinin göstərmişdir ki, mübahisəli evə dair tərəflərin anasının bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı qaldırdığı iddia rədd edilmiş, apellyasiya məhkəməsi də qüvvədə saxlamışdır. Həmin qətnamədən kassasiya şikayəti geri qaytarılıb. 1 ildir artıq qətnamə mövcuddur və qanuni qüvvəsini almışdır. Digər tərəfdən 2022-ci ildə cavabdeh iddiaçını mübahisəli mənzildə yaşamasına maneçilik törədir, qıfılları dəyişmişdir.
12. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, hazırkı tələbə baxıla bilməz, çünki bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair məsələyə nöqtə qoyulmayıb. Bakı Apellyasiya Məhkəməsində 2024-cü ilin oktyabrında qətnamə qəbul edilsə də, onun tərəfindən kassasiya şikayəti verilmiş, lakin hakim elektron kabinet açmadığı üçün şikayət Ali Məhkəməyə getməmişdir. O, şikayətini Ali Məhkəməyə də göndərmişdir. Buna görə də həmin işə Ali Məhkəmədə baxılıb qurtarmayana qədər hazırkı işə baxıla bilməz.
13. “xxxx” MMC tərəfindən verilmiş MB-**/**** saylı, ##.##.2025-ci il tarixli rəyinə görə mübahisəli mənzilin yaşayış sahələrinin payçılar arasında naturada bölgüsü mümkün olsa da, köməkçi sahələrin (ümumi istifadə sahələri) fiziki olaraq bölgüsü texniki baxımdan mümkün olmadığından mənzilin naturada bölgüsü mümkün sayılmır.
14. “xxxx” MMC tərəfindən verilmiş MB-**/**** saylı, ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən mübahisəli mənzilin ##.##.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 1**.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən ** saylı evin * saylı mənzilin ilkin satış qiymətinin 1**.000 (bir yüz on beş min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə) münasib olaraq bölüşdürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şahin Abdullayev)
16. Birinci instansiya məhkəməsində müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən ** saylı evin * saylı mənzili tərəflərin atasına məxsus olmuşdur, ##.##.2021 ci il tarixdə ata vəfat etdikdən sonra iddiaçı və onun anası X3, o cümlədən cavabdeh miras əmlakı qəbul etmiş və miras əmlaka dair hər biri 1/3 payı olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarını qeydiyyata almışlar. Bağışlama müqaviləsinə əsasən Qızbəs Zəkiyeva miras əmlakdan özünə məxsus 1/3 payını qızı iidiaçıya bağışlamış, iddiaçının mübahisəli mənzilin üzərinə 2/3 payı ilə mülkiyyət hüququ müəyyən edilmiş və bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qızbəs Zəkiyeva tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açılmış, onun iddiası təmin edilməmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsini bildirsə də, həmin şikayətin Ali Məhkəmənin icraatında olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən hazırkı işə mahiyyəti üzrə baxılması mümkündür. Həmçinin paylı mülkiyyətində olan mübahisəli mənzil texniki pasport üzrə 3 yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq aşkar məqsədəuyğun olmadığından, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 1**.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
18. Birinci instansiya məhkəməsi iddiaçının mənzilə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının mənzilin real bölgüsünün həyata keçirilməsi barədə iddia tələbinin əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220.2-220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən yenidən ekspertiza keçirildikdən sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iddiaçının tanışı olan, guya müstəqil ekspert kimi dəvət olunmuş “xxxx” MMC tərəfindən qiymətləndirmə aparılmış və mənzilin dəyəri 1**.000 manat müəyyən etmişlər. Mübahisəli fərdi yaşayış evinin qiyməti 80.000- 90.000 manat olar. Bunu məhkəmədə dəfələrlə desə də, buna məhəl qoyulmamış, həmçinin yerində baxış keçirməmişdir. Qiymətləndirilmənin yüksək olmasından narazı qaldığını və Ekspertiza Institutuna göndərilməsini xahiş etsə də, tez-tələsik qətnamə qəbul edilmişdir. Bundan əlavə, tərəflər arasında davam edən digər mübahisə üzrə qətnamədən kassasiya şikayəti verdiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraaat dayandırılmamışdır.
22. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 1**.000 manat olması müəyyən edilmiş, cavabdeh isə mənzilin dəyərinin 80.000-90.000 manat olmasını təsdiq edən heç bir sübut və dəlil məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, əgər cavabdeh paylı mülkiyyətində olan mənzilin həqiqi bazar qiymətinin 80.000-90.000 manat olmasını iddia edirsə, iddiaçı həmin vəsaitdən mənzilin hərraca çıxarılmadan cavabdehin 1/3 hissəsini ödəməyə razıdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakim Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mübahisəli fərdi yaşayış evinin qiymətinin 80.000-90.000 manat olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, qiymətləndirmə hesabatına əsasən həmin mənzilin bazar dəyəri 1**.000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə mübahisəli mənzilin dəyərinin 80.000-90.000 manat olmasını təsdiq edən heç bir sübut və dəlil (alternativ qiymətləndirmə hesabatı) məhkəmə kollegiyasına təqdim edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair verilmiş qiymətləndirmə hesabatını kifayət qədər obyektiv olduğunu nəzərə alaraq, iş üzrə ekspertiza rəyinin alınmasına lüzum görmədiyini bildirmişdir.
26. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hazırkı dövrdə daşınmaz əmlak bazarında mövcud olan qiymətləri nəzərə alaraq, Bakı şəhərinin Səbail rayonunda yerləşən mənzilin dəyərinin 80.000-90.000 manat təşkil etməsi barədə cavabdehin dəlilini inandırıcı saymamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, qiymətləndirmə hesabatı əsasında məhkəmə tərəfindən müəyyən olunan mübahisəli mənzilin bazar dəyərinin 1**.000 manat təşkil etməsi (ilkin satış qiyməti) o deməkdir ki, mənzil hərracda satıldığı halda, cavabdeh öz payına düşən 1/3 hissəyə görə özünün güman etdiyi məbləğdən daha da çox pul əldə edə bilər. Lakin onun mənzilin yüksək qiymətləndirilməsi ilə razı olmaması onu göstərir ki, cavabdeh hazırkı mübahisənin tezliklə həll edilməsində maraqlı deyil və müxtəlif vasitələrlə mübahisənin daha da uzadılmasına çalışır.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi – Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi və bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə icraatın dayandırılmaması barədə dəlilinə münasibət bildirərək göstərmişdir ki, “Elektron Məhkəmə” Sistemində *(***)-****/**** nömrəli iş üzrə kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsinin icraatında baxılan iş müəyyən edilməmişdir. Belə olan halda, cavabdehin bu dəlili də əsassızdır.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraza münasibətdə vurğulamışdır ki, cavabdehdən fərqli olaraq iddiaçı hazırkı mübahisənin tezliklə həllində maraqlıdır. Belə ki, iddiaçının həm iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməməsi, həmçinin də apellyasiya şikayətinə etirazda göstərdiyi kimi – cavabdehin iddia etdiyi mübahisəli mənzilin qiymətinin 80.000-90.000 manatının 1/3 hissəsini, mənzilin hərraca çıxarılmadan iddiaçının cavabdehə ödəməyə razı olması buna bir sübutdur. Belə olan halda iddiaçının apellyasiya şikayətinə qarşı verdiyi etirazı əsaslıdır.
30. Apellyasiya instansiyası məhkəməsi də mövqeyini Mülki Məcəllənin 220.1-220.6 və 221-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin mənzil onun yeganə yaşayış yeridir. Hərracdan satıldığı təqdirdə ona 38.333 manat pul veriləcək, həmin məbləğə hazırda ev almaq mümkün deyildir. Həmçinin bildirmişdir ki, iddiaçıya həmin mənzildə yaşamasına maneçilik törətmir. b) Kassasiya şikayətinə etirazın dəlilləri
33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarı Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadı Bənd 29. ... Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Bənd 49. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Bənd 57. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. Iddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.” Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması Bənd 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Iddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədədir.
41. Işin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi mümkün deyil, payların alınması ilə bağlı razılıq da yoxdur.
42. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
43. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
44. Işdən görünür ki, hazırki işdə Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutulmuş bütün mərhələlərə əməl edilməklə iddia tələbi təmin edilmişdir.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadında müəyyən edilən məhkəmə təcrübəsinə də uyğundur.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə və hüquqi qiymətləndirməni qanuni və əsaslı sayır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin dəlilləri ondan ibarətdir ki, hərracdan satıldığı təqdirdə cavabdehə 38.333 manat pul veriləcək, bu məbləğə isə mənzil almaq mümkün deyil.
48. Məhkəmə kollegiyası bu dəlili işin halları və istinad edilən qanunvericilik normaları baxımından əsassız sayır. Belə ki, paylı mülkiyyətdə olan əmlakın hərracda satılması mülkiyyətin payçılığına son qoyulması ilə bağlı qanunun müəyyən etdiyi qaydadır.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.