Məhkəmə qərarları › İş №2(1-8)-844/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-844/2026

13.05.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-844/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARDADI (Açar sözlər: mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Maraqlı şəxs ilə Ərizəçi ## ###### 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından # #### 2005-ci il təvəllüdlü X2 və # ###### 2009-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar. Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah pozulmuş, # ###### 2009-cu il təvəllüdlü X3 anasının himayəsində qalması qət edilmişdir.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış ##.##.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

3. “ - 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, *Ə/**-*** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.

4. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, *Ə/***** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır.

5. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ####### 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adına qeydiyyatdan keçmiş Quba rayonu Vladimirovka kəndində yerləşən 0,0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri-yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.

6. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adına qeydiyyatdan keçmiş “Hyundai Sonata” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.

7. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adına çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq.

8. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirəcək və onun satışına maneə olmayacaq.

9. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır.

10. Tərəflər razılığa gəlirlər ki, yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir.

11. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25.000 manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər.

12. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

13. Ərizəçi Ərizəçi (bundan sonra ərizəçi) maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında ## #### 2024-cü il tarixində Qusar * saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxslə ## ###### 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Maraqlı şəxslə birgə nikahdan # #### 2005-ci il təvəllüdlü X2 və # ###### 2009-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar. Lakin aralarında olan münasibətlər pozulduğu üçün o, nikahın pozulması və aliment tələbinə dair Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni ## ### 2013-cü il tarixində Quba rayonu, Timiryazev kəndində 0,025 ha torpaq sahəsi satın almışlar və bununla bağlı Maraqlı şəxslə satıcı arasında 4Ə/01-*** reyestr nömrəli, AN-1 ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Onlar satın aldıqları torpaq sahəsində fərdi yaşayış evi tikərək uzun illərdir ki, həmin evdə yaşayırlar. Hal-hazırda aralarında olan münasibətlər pozulduğu üçün o, azyaşlı qızı ilə birlikdə məcbur olub birgə nikah dövründə əldə etdikləri evdən çıxaraq valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Onlar birgə nikah dövründə qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsində əlavə, Quba rayonu, Vladimirovka kəndində 0,0170 ha həyətyanı torpaq sahəsi satın almış və həmin torpaq sahəsində mağaza binası tikmişlər. Qeyd edilən torpaq sahəsi Qusar rayon notariat ofisinin ##.##.2021-ci il tarixli, *Ə-**** nömrəli alğı-satqı müqaviləsi əsasında alınmış və həmin torpaq sahəsinə dair Maraqlı şəxs adına ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Maraqlı şəxs ilə birgə nikah dövründə Maraqlı şəxs adına ## ###### 2018-ci il tarixdən “Hyundai Sonata” markalı, **-GA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. O, Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın və çəkilmiş xərclərin bölünməsi” tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təkliflə Maraqlı şəxs, daha sonra isə mediasiya müraciəti ilə Qusar * saylı mediasiya təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs arasında ## #### 2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Aralarında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi olmuşdur: “ - 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, *Ə/**-*** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01- *** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ####### 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adına qeydiyyatdan keçmiş Quba rayonu Vladimirovka kəndində yerləşən 0,0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adına qeydiyyatdan keçmiş “Hyundai Sonata” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2ci bəndində göstərilən müddətdə öz adına çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq. 6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirəcək və onun satışına maneə olmayacaq. 7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır. 8. Tərəflər razılığa gəlirlər ki. yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir. 9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25.000 manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər. 10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır.

15. Lakin barışıq sazişinin imzalanmasından 3 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs bu günə kimi sazişin heç bir şərtinə əməl etmir. Barışıq sazişinin şərtləri sırasında birgə nikah dövründə əldə edilmiş əmlaklara Maraqlı şəxs tərəfindən 3 ay müddətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması, həmin əmlakların satışına heç bir maneə yaratmayacağı ilə bağlı şərtlər daxildir. Lakin barışıq sazişinin bağlanmasından 3 aydan da artıq vaxt keçsə də, hələ də birgə nikah dövründə əldə edilmiş əmlaklara çıxarışlar alınmamış, ümumiyyətlə bununla bağlı Maraqlı şəxs heç müvafiq dövlət qurumuna müraciət belə etməmişdir. Hətta birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinin 80.000 manata real alıcısı da olmuş, o, bununla bağlı Maraqlı şəxs rəsmi şəkildə məlumat və xəbərdarlıqlar da göndərmişdir. Lakin Maraqlı şəxs barışıq sazişi ilə satışına razılaşdığı fərdi yaşayış evinin və digər əmlakların satışına hər vasitə ilə maneə olmağa çalışır. Bununla da o, sazişin şərtlərinin heç birinə əməl etməməklə yanaşı birgə nikah dövründə əldə edilmiş əmlaklara təkbaşına sahiblik edir, onun bütün hüquqlarını kobud şəkildə pozur. Ona görə də barışıq sazişinin məcburi icrası üçün təsdiq olunmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur.

16. Məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs ərizədə qeyd olunan tələbləri qəbul edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

17. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) ərizə təmin edilərək, ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış ##.##.2024-cü il tarixli “Barışıq Sazişi”nin aşağıdakı şərtlərlə: 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, *Ə/**-*** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X4 arasında Quba rayon Notariat Kontorunda bağlanmış ## ### 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01- *** nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır. 3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ####### 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adına qeydiyyatdan keçmiş Quba rayonu. Vladimirovka kəndində yerləşən 0,0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adına qeydiyyatdan keçmiş “Hyundai Sonata” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adına çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq. 6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirəcək və onun satışına maneə olmayacaq. 7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır. 8. Tərəflər razılığa gəlirlər ki, yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir. 9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25.000 manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər. 10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır” təsdiq edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi və maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri əmlakları mediasiya prosesi nəticəsində bağlanılmış ##.##.2024-cü il tarixli Barışıq Sazişi əsasında bölüşdürməyi öz öhdələrinə götürmüşlər. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Maraqlı şəxs isə barış sazişinin məhkəmə qaydasında təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə borcla bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlandıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin borc müqaviləsi ilə əlaqədar tərəflərdən birindən digərinin xeyrinə borc tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir.

19. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3, 34.1, 34.3, 34.4, 34.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-24, 355-25.1, 355- 25.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ##.##.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə barışıq sazişinin qanuna uyğunluğunu yoxlamamışdır. Belə ki, həmin saziş uşaqlarının maraqlarını təmin etmir, ümumi gəlirlər hesabına əldə olunmayan əmlakın da birgə ümumi əmlak kimi bölgüsünü nəzərdə tutur. Uşaqlar barışıq sazişinin baxılması ilə bağlı proseslərə cəlb edilməmişlər. Məhkəmə Quba rayonun Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və üzərindəki evi ümumi birgə əmlak kimi qiymətləndirərkən həmin əmlakın birgə qazanc hesabına əldə olunubolunmamasına

21. dair halları aydınlaşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması Mülki Prosessual Məcəllənin 385.1.2 və 388-ci maddələrinə görə qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanov (sədrlik edən və məruzəçi), İlham Qafari və Fuad Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, həmin dəlillər sazişin etibarsızlığı ilə bağlıdır. Lakin qeyd olunmalıdır ki, araşdırılan mübahisə Mediasiya prosesində tərəflərin arasında bağlanmış Barışın Sazişinin təsdiq olunması ilə bağlı olmaqla, həmin Saziş maraqlı şəxs tərəfindən ayrıca icraat qaydasında mübahisələndirilməmişdir. Mediasiya prosesində tərəflərin arasında bağlanan barışıq sazişi tərəflərin mübahisəli əmlak münasibətlərinə dair yeni bir hüquqi nəticəhüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Həmin saziş tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisəli vəziyyətin aradan qaldırılması, onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə könüllülük, tərəflərin hüquq bərabərliyi əsasında bağlanmışdır. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər.

24. Məhkəmə kollegiyası mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin xüsusiyyətləri ilə bağlı qeyd etmişdir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Başqa sözlə, bu əqdin əmələ gəlməsi, sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən asılı deyildir. Barışıq sazişi ilə tərəflərin hüquq və öhdəlikləri barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.

25. MPM-nin 355-26.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir. Bu normalarda göstərilən qanunaziddlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli, **/**** saylı qərarının 47-ci bəndi). Ali Məhkəmə Plenumunun Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll edilmir. Qeyd olunmalıdır ki, əqdin etibarsız sayılmasına əsas olan hallar Mülki Məcəllənin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0, 4.1, 4.2, 33.1, 33.2, 32.3, 34.1, 34.2, 34.3, 34.4, 34.5-ci və Mülki Prosessual Məcəllənin 305.1.17, 306.1, 306.2, 355-23.1, 355-25.3, 355-26.1, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən maraqlı şəxs (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və 14.07.24-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Mediasiya haqqında” Qanunun 34.5, 33.3, 3.3 və 3.1-ci maddələrinə görə məhkəmə 2 halda “Barışıq sazişi”nin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 1) barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 2) barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlandıqda. Məhkəmə tərəfindən təsdiq olunmuş “Barışıq sazişi”nin 1-ci bəndində qeyd olunur ki, notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən maraqlı şəxs Maraqlı şəxs adına rəsmiləşdirilmiş, Quba rayonun Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki yaşayış evi satılmalı, əldə olunmuş pul ümumi birgə mülkiyyət kimi tərəflər arasında bərabər bölünməlidir. Sazişin 2-ci bəndinə görə Maraqlı şəxs öhdəlik götürür ki, 1-ci bənddə göstərilmiş əmlakın satılması mümkün olsun deyə həmin torpaq sahəsinə və evə hüquqlarını dövlət qeydiyyatına alacaq, daşınmaz əmlakın dövlət reyestrindən ən geci 3 ay ərzində çıxarış alacaqdır. Göründüyü kimi, “Barışıq sazişi”nin bu hissəsi şərtlə bağlanmış əqdin müddəalarını özündə əks etdirir. Mülki Məcəllənin 328.1-ci maddəsinə görə “Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.” Həmin Məcəllənin 328.2-ci maddəsinə görə bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır.

29. Sözügedən əmlaka dair hüquq müəyyən edici sənəd olan Çıxarışın əldə olunması, əvvəla, saziş tərəflərindən birinin müvafiq sənədləşmə hərəkətlərinə başlaması arzusu ilə əlaqələndirilib, daha sonrası, çıxarışın əldə olunması proseduru təqdim olunacaq sənədlərin əsasında dövlət qurumunun (Reyestr orqanı) Çıxarışı verib-verməyəcəyindən asılır. Belə prosedurlarla bağlı mübahisələr üzrə İnzibati məhkəmələrdə saysız-hesabsız işlər var və belə işlərə baxılması orta hesabla 1 il çəkir. Beləliklə, “Barışıq sazişi”nin 1-ci və 2-ci bəndləri Qanuna ziddir. Göstərilən öhdəliyin icrası nə mahiyyət etibarilə, nə də 3 aylıq müddət ərzində mümkün deyildir.

30. “Barışıq sazişi”nin 3-cü bəndində qeyd olunur ki, Dövlət Reyestrində qeydə alınmış və Çıxarışa əsasən maraqlı şəxs Maraqlı şəxs adına rəsmiləşdirilmiş, Quba rayonun Vladimirovka kəndində yerləşən 0,017 ha torpaq sahəsi və üzərindəki mağazası satılmalı, əldə olunmuş pul ümumi birgə mülkiyyət kimi tərəflər arasında bərabər bölünməlidir. Bu hissədə də “Barışıq sazişi” şərtlə bağlanmış əqdin müddəalarını özündə əks etdirir. Bu Sazişin 1-ci və 2-ci bəndlərinin qanuna zidd olmasına dair hallar Sazişin 3-cü bəndinə də aiddir. Bundan başqa, sözügedən bənddə göstərilmiş - Quba rayonun Vladimirovka kəndində yerləşən 0,017 ha torpaq sahəsinin üzərində inşa edilmiş anbar təyinatlı tikilinin 70 kv.m. sahəsi Vladimirovka bələdiyyəsinə məxsus torpaq sahəsinin üzərinə düşdüyü üçün Maraqlı şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi Quba rayon məhkəməsinin icraatında olmuşdur (hakim Günel Kamilli, müvafiq sənədlər apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir). Bu hal da sözügedən torpaq sahəsinin satılmasını mümkünsüz edir. Beləliklə, “Barışıq sazişi”nin 3-cü bəndində göstərilən öhdəliyin icrası da nə mahiyyət etibarilə, nə də 3 aylıq müddət ərzində mümkün deyildir.

31. “Barışıq sazişi”nin 6-cı bəndində qeyd olunur ki, Dövlət Reyestrindən Çıxarış əldə edildikdən sonra maraqlı şəxs Maraqlı şəxs 6 ay ərzində qeyd olunan əmlakların satışını həyata keçirəcəkdir. Bu bənd də Sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə əlaqəli olmaqla şərtlə bağlanmış əqdin müddəasıdır, qeyd edilmiş əsaslara görə qanuna ziddir.

32. “Barışıq sazişi”nin 9-cu bəndində qeyd olunur ki, ərizəçi Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18%-lə 36 ay müddətinə alınmış 25 000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya ödəyəcəklər. Bu kredit nikah pozulduqdan sonra alınmışdır və ümumi birgə mülkiyyətə aid deyildir. Bu bənd ona görə Sazişə daxil olunmuşdur ki, tərəflərin arasında olan şifahi razılığa görə ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ilə birgə yaşadığı, Quba rayonun Timiryazev kəndində yerləşən evdən çıxacaq və Maraqlı şəxs krediti ödəyəcəkdir. Bu krediti alınması üçün Maraqlı şəxs, sonuncunun iş yoldaşı Ruslan Həsənov, həmçinin əmisi oğlu Ayətulla Qədməliyev zamin durmuşlar (“Zaminlik müqaviləsi”nin surəti əlavə olunur). Maraqlı şəxs kreditdən 10.000 manat ödəsə də, ərizəçi evdən çıxmamış və, hazırkı vaxtadək o, həmçinin Maraqlı şəxs tam himayəsində olan uşaqları həmin evdə yaşayırlar, bütün kommunal xərclər də Maraqlı şəxs tərəfindən ödənilir. Bunlar azmış kimi, kreditin alınmasından 1 ilədək müddət ərzində ərizəçi ödəniş etməmiş, başqa tələblər də Maraqlı şəxs qarşı irəli sürmüşdür. “Barışıq sazişi”ni təsdiq etmiş qətnamədən Maraqlı şəxs şikayət verdikdən sonra ərizəçi tələm-tələsik müəyyən qədər kredit ödənişi etmişdir ki, Saziş üzrə öhdəliyi icra etməsi görüntüsü yaratsın.

33. Sazişin 1-ci və 2-ci bəndlərində göstərilən, Quba rayonun Timiryazev kəndində yerləşən evdə Maraqlı şəxs ilə birgə onun övladları – ##.##.2005-ci il təvəllüdlü (21 yaş) X2 və ##.##.2009-cu il təvəllüdlü (15 yaş) X3 yaşayırlar, həmin evdə qeydiyyatdadırlar və bu evdə yaşamaq, ondan istifadə etmək hüquqları vardır. Həmin şəxslərin hüquqları nəzərə alınmadan yaşayış sahəsinin satılması notarius tərəfindən rəsmiləşdirilmir, bu hal da sözügedən daşınmaz əmlakın satışını nəzərdə tutan Sazişin icrasını mümkünsüz edir. Yəni “Barışıq sazişi” mediasiyada iştirak etməyən 3-cü şəxslərin hüquqlarına toxunur, buna görə məhkəmə tərəfindən təsdiq edilməməli idi. Qeyd olunanlardan göründüyü kimi, “Barışıq sazişi” maraqlı şəxsin iradəsinə ziddir, icrası mümkünsüzdür və, nəticə etibarilə, qanuna ziddir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

36. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

39. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

40. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

41. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

42. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

43. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

44. Maddə 32.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

45. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

46. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

47. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

48. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

49. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

52. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

53. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işə baxır.

54. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

55. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

56. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrəkeçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

61. Maddə 418.4.10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, məhkəmənin işə baxılmasının xüsusiyyətləri ilə bağlı prosessual hüquq normalarına əməl etməməsi, ərizədə göstərilən “mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, habelə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

66. Həmin hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

67. Məcəllənin 5.1-ci maddəsində isə göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

68. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

69. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

70. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər.

71. Bu cür prosessual şərtlərdən bəziləri Mülki Prosessual Məcəllənin 261-ci maddəsində nəzərdə tutulmuşdur.

72. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.

73. Qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsində iddia icraatı qaydasında baxılmalı olan tələblərin məhkəməyə xüsusi icraat kimi (xüsusi icraat qaydasında baxılmalı olan iş kimi) verilməsi də, bəzi hallarda MPM-in 261.0.1-ci maddəsinə istinadla icraata xitam verilməli olan hal kimi təfsir edilir.

74. Baxılan işdən görünür ki, ərizəçi ilə maraqlı şəxs ## ###### 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ərizəçi ilə maraqlı şəxsin arasında olmuş nikah # #### 2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmışdır. Ərizəçi ilə maraqlı şəxs daha sonra birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsi ilə bağlı ##.##.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar.

75. Hazırkı mülki iş üzrə ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş etmişdir.

76. Kassasiya instansiyasısı məhkəməsi ilk öncə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

77. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı isə qeyd olunmalıdır ki, boşanma üzrə, həmçinin boşanmadan sonra meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir.

78. Qeyd olunmalıdır ki, mediasiyanın mahiyyəti, tərəflərin məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.

79. Belə ki, “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

80. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər (Qanunun 34.3-cü maddəsi). Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3-cü maddələri).

81. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinin məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək üçün iki şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməli; yaxud barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Göründüyü kimi qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.

82. Qeyd olunmalıdır ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir.

83. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

84. Hazırkı iş üzrə barışıq sazişindən isə görünür ki, barışıq sazişinin həll etməli olduğu məsələlər qeydiyyata alınmamış əmlak hüquqları ilə, eyni zamanda mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunmaqla bağlı olmaqla, barışıq sazişi əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara istinad edilməklə, hələ reallaşmamış və gələcəkdə reallaşmalı olan əmlak hüquqlarının realizəsinə yönəlməklə bağlanmışdır.

85. Belə ki, barışıq sazişindən də göründüyü kimi, sazişdə Maraqlı şəxs məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlaka dövlət reyestrindən ən geci 3 ay ərzində çıxarış alınması, həmin əmlakın (ev və torpaq sahəsinin) satılaraq, əmlakların dəyərinin yarı-yarıya bölünəcəyini maraqlı şəxs öhdəsinə götürsə də, qeydiyyata alınmamış əmlak hüququnun son nəticənə qeydə alınmasının mümkün olub-olmayacağı sual yaratmaqla, maraqlı şəxs Maraqlı şəxs iradəsindən asılı olmayan səbəbdən icra olunmaya bilər.

86. Həmçinin barışıq sazişində Maraqlı şəxs adına qeydiyyatdan keçmiş Quba rayonu Vladimirovka kəndində yerləşən 0,0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasına (qeyri-yaşayış obyekti) dövlət reyestrindən çıxarış alınması, həmin əmlakların bazar dəyərində satılaraq, onun dəyərinin yarı-yarıya bölünəcəyini maraqlı şəxs öhdəsinə götürsə də, lakin işin halları ilə həmin torpaq sahəsinin üzərində inşa edilmiş anbar təyinatlı tikilinin 70 kv.m. sahəsinin Vladimirovka bələdiyyəsinə məxsus torpaq sahəsinin üzərinə düşdüyü üçün Maraqlı şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi, bununla da sazişin mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni Vladimirovka bələdiyyəsinin hüquqlarına toxunması müəyyən olunur. Bundan başqa barışıq sazişində, sazişin təsdiq edildiyi gündən ərizəçi ilə “KNPS- Grup”87.arasında bağlanmış ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25.000 manat məbləğində kredit üzrə öhdəliklərin yarı-yarıya icra edəcəyi razılaşdırılsa da, həmin kredit ərizəçi ilə maraqlı şəxs arasındakı nikahın pozulmasından sonra alınmış və ümumi birgə mülkiyyətə aid olmamaqla, razılaşmanın hansı məqsədlə müqaviləyə salınması açıqlanmamış, bununla da mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara aiddir.

88. Göründüyü kimi, hazırkı iş üzrə barışıq sazişinin şərtləri özü-özlüyündə qeydiyyata alınmamış əmlak hüquqlarının, eyni zamanda mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunmaqla bağlı olan, hələ reallaşmamış və gələcəkdə reallaşmalı olan əmlak hüquqlarının realizəsinə yönəlmiş və belə barışıq sazişinin könüllü qaydada icra edilməsi mümkünsüz olmuşdur.

89. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunması (məcburi icraya yönəldilməsi) mümkün deyildir.

90. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, əsassız olaraq ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermişdir.

91. Qeyd olunanlara əsasən, “mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə üzrə icraata xitam verilməli idi. Lakin məhkəmələr həmin ərizəyə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşlar.

92. MPM-in 418.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

93. Həmçinin qeyd olunmalıdır ki, MPM-in müvafiq olaraq 387.2.8 və 418.4.10-cu maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması apelyasiya şikayətinin və ya kassasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.

94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.1-ci, 417.1.5 və 418.4.10-cu maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməlidir.

95. Məhkəmə kollegiyası həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən ərizəçiyə izah edir ki, yuxarıda qeyd olunanlara uyğun olaraq birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsi barədə iddia icraatı qaydasında ümumi əsaslarla məhkəməyə müraciət edə bilər.

96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar