Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-855/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Icra Hakimiyyəti) qarşı “qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0,0**5 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ ## ###### 20**-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Abşeron Rayon Icra Hakimiyyəti Başçısı tərəfindən Cavabdeh ünvanlanmış ## ###### 20**-cu il tarixli məktuba əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Xırdalan şəhəri ərazisində vətəndaşın mülkiyyətində olan 0,0**5 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (182 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RIH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməli, əks halda mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunmalıdır.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## #### 2024-cü il tarixli akta əsasən həmin tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 17:30-da **-** saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri) Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı kmdə, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi məqsədilə 14 metr uzunluğunda 11 metr enində təməl qazılması və içərisinə beton verilməsi aşkar edilmiş, mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması tələb edilmiş, Cavabdeh tərəfindən sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş ## ###### 20**-cu il tarixli, ************ reyestr nömrəli çıxarış təqdim edilmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edildiyindən müdaxilə edilməmişdir.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## #### 2024-cü il tarixli akta əsasən həmin tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 10:40-da **-** saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq massivi, Rəşid Behbudov küçəsi) Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən inşa edilərək hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə, ev üçün nəzərdə tutulmuş natamam tikilinin üzərində yeni hörgü işlərinin aparılması aşkar edilmiş, bununla bağlı ərazi üzrə Icra nümayəndəsi XXX adlı (əlaqə nömrəsi 055-***-**-**) şəxsə məlumat vermək məqsədilə saat 10.30-da telefon zəngi edilmiş, lakin sözügedən şəxs edilən zəngə cavab verməmiş, əlavə olaraq DIN-in aidiyyəti üzrə əməliyyat qrupunun sahə müvəkkili R XXX adlı (əlaqə nömrəsi 055-***-**-**) şəxsə saat 10:34-də məlumat verilmiş və sözügedən şəxs qeyd olunan ünvana daha sonra baxış keçirəcəyini bildirmişdir. ## #### 2024-cü il tarixdə qeyd olunan ünvanda analoji işlər aparılan zaman özünü tikilinin sahibi kimi təqdim edən Cavabdeh mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilmiş, görülən işlərin dayandırılması, həmçinin sökülməsi tələb edilmiş, lakin o, sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş ## ###### 20**-cu il tarixli, ************ reyestr nömrəli çıxarışı təqdim etmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edilmişdir.
5. Qeyd olunan torpaq sahəsində (ünvan 1) inşa edilmiş ümumi sahəsi 390,4 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ ## ##### 2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı ARDNŞ-nin (SOCAR-ın) “Neft Kəmərləri” Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş hasarın və fərdi yaşayış evi tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 1** manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCARın “Neft Kəmərləri” Idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş hasar və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ## ###### 2**3-cü ildə Ədliyyə Nazirliyində **51 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. “Neft Kəmərləri” Idarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Həmçinin AR Prezidentinin ## ##### 2**2-ci il tarixli, *** saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin ##.##.2**4-cü il tarixli, *** saylı Qərarında Ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli rəyinə əsasən torpaq sahəsinə müayinə baxışı zamanı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evi aşkar edilmiş, sözügedən yeraltı neft kəmərinə dair hər hansı bir mərz nişanı təyin edilmədiyindən və Necas elektron məlumat bazasında sözügedən yeraltı neft kəmərinə dair məlumat aşkar edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Bundan əlavə ************ reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu, idarənin Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı bildirilmişdir.
9. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı işçiləri tərəfindən tərtib edilmiş məlum akta istinad edərək cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş hasarın və fərdi yaşayış evinin SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia etmişdir.
11. Mübahisənin obyektiv həll edilməsi məqsədilə məhkəmənin ## ####### 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həm mütəxəssis, həm də ekspert rəyləri ilə ************ reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu və Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı müəyyən edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0,0**5 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ## ###### 20**cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarış verilmişdir. Hazırda bu çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.
13. Cavabdehin mübahisəli əraziyə mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarış ilə qeydə alındığından, eləcə də, həmin sənəd mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan iddianın təmin edilməsindən söhbət gedə bilməz.
14. Göründüyü kimi, cavabdeh Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0,0**5 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ## ###### 20**-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Seriya RX ******* saylı çıxarış hazırda qüvvədədir və cavabdeh mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna XXXdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 140, 146-cı, Torpaq Məcəlləsinin 67, 68, 84-cü maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2**3-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Iddiaçı ARDNŞ-nin (SOCAR-ın) “Neft Kəmərləri” Idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olmasını cavabdeh tərəfindən təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı cavabdehin mülkiyyətçi olduğunu əsas gətirərək iddia tələbini təmin etməmişdir. Məhkəmə ərizəçinin mülkiyyət hüququ Dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Belə ki, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,0**5 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə cavabdehin özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Cavabdehin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və ərizəçinin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikililər fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğınpartlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu halda məhkəmənin heç bir hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qərar ləğv edilməlidir. Cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Cavabdehin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ olsa da, onun bu hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) qanuni məqsədlərə (neft kəmərinin mühafizəsi, fiziki şəxslərin həyatı və sağlamlığının müdafiəsi) xidmət edir, iddiaçı tərəfindən istənilən tikililərin sökülərək mühafizə zonasından çıxarılması tələbi tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur. Iddia tələbi təmin edilsəydi, ədalətli balans prinsipi gözləniləcəkdir və cavabdehin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa etdiyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edir. Göründüyü kimi qanunvericilik hər hansı araşdırılma və mütəxəssis rəyinin əldə olunması şərtinin zəruriliyini nəzərdə tutmadan boru kəmərlərinin mühafizə zonasında tikinti və ya quraşdırma işlərinin aparılmasını qadağan etmişdir. Abşeron Rayon Məhkəməsi işin hallarını nəzərə alaraq qanunvericiliyin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehin torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə cavabdehin və onun ailə üzvlərinin sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,0**5 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə cavabdeh Cavabdeh adına qeydiyyata alınsa da həmin torpaq sahəsi neft boru kəmərinin mühafizə zonasında yerləşdiyinə görə zona üzrə müəyyən edilmiş rejimə riayət edilməli, hər hansı bir tikinti-quraşdırma aparılmamalıdır. Işin mübahisəsiz halı bundan ibarətdir ki, həmin torpaq sahəsi neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, sənəd üzrə torpaq sahəsinin 6 ha torpaq sahəsi “Neft Kəmərləri” Idarəsinin istismarında olan magistral neft kəmərinin mühafizə zonasına düşür. Belə ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ- **0 mm-lik və Sumqayıt-Sənqəçal DŞ-5** mm-lik neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında ərizəçi X2 tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yaşayış evinin tikintisinə başlayıb. Lakin, tikinti işləri dayandırılıb. Buna əsas kimi aparılan tikinti işlərinin magistral neft kəmərinin mühafizə zonasına düşməsi göstərilib. Belə olan halda ərizəçinin mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən, insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan cavabdehin mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanuna uyğundur.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinin neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün mütəxəssis və ekspert rəyləri əldə edilmişdir ki, həmin rəylərdə mübahisəli ərazidə sözügedən yeraltı neft kəmərinə dair hər hansı bir mərz nişanının təyin edilməməsi və Necas elektron məlumat bazasında sözügedən yeraltı neft kəmərinə dair məlumat aşkar edilməməsi müəyyən edildiyindən fərdi yaşayış evinin neft boru kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi sualının cavablandırılmasının mümkün olmaması qeyd olunmuşdur.
20. Məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdehə məxsus fərdi yaşayış evinin neft kəmərinin mühafizə zonasında yerləşməsi mübahisə edilməyən hal kimi qəbul edildiyi halda belə iddia əsassız olmuşdur.
21. Belə ki, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evini inşa etdiyini iddia etsə də, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,0**5 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən 390,4 kv.m sahədən ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında cavabdeh Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Qeyd edilən hal isə Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbi baxımından sökülməsi tələb olunan fərdi yaşayış evinin özbaşına tikinti olmasını istisna etmişdir.
22. Bundan başqa, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evinin yanında beş mərtəbədən ibarət çoxmənzilli yaşayış binası, o cümlədən başqa yaşayış evlərinin mövcud olması iş materialları ilə öz təsdiqini tapmaqla, cavabdeh də iddianın yalnız ona qarşı qaldırılmaqla, dolayısı ilə bərabərlik hüququnun pozulmasını iddia etmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus daşınmaz əmlakın mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi və ya həmin qeydin ləğvinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə sökülməsi tələb olunan fərdi yaşayış evinə münasibətdə iddiaçının mülkiyyət hüququna dair reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olmaqla, həmin evin lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları və qaydalarının ciddi surətdə pozmaqla inşa edilmiş özbaşına tikinti olması faktı istisna olunur. Mülkiyyət hüququna dair qeydin əsassız aparılıb-aparılmaması isə iddianın predmetinə aid olmamaqla yanaşı, ümumiyyətlə hazırkı icraat çərçivəsində araşdırılması yolverilməz olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, **-cu, Mülki Məcəllənin 139, 140, 148, 149, 152, 157, 180-ci, Torpaq Məcəlləsinin 67-ci maddələrinə, ## ###### 2**3-cü ildə Ədliyyə Nazirliyində **51 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Iddiaçı ARDNŞ-nin (SOCAR-ın) “Neft Kəmərləri” Idarəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14, 180-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrin, “Texniki təhlükəsizlik haqqında” Qanunun, “Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2**1-ci il tarixli ** nömrəli Qərarının; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**4-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanının tələbləri pozulmuşdur.
27. Belə ki, hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən tikili dövlətin müstəsna səlahiyyətində olan, iddiaçıya məxsus neft kəmərlərinin mühafizə və təhlükəsizlik zonasında yerləşən torpaq sahəsində, yəni, “Neft kəmərləri” Idarəsinin Böyükşor-Sumqayıt DŞ **0 mm-lik yeraltı neft kəmərinin 21,6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr məsafədə hasar və yaşayış evi inşa edilmişdir. ünvan 1 ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, dövlət qeydiyyatına alınmadan, bu tikililər neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Iş üzrə gələcəkdə belə halların baş verməməsi, yəni Azərbaycan dövlətinin beynəlxalq öhdəliklərinin pozulmaması üçün bu iddia tələbləri irəli sürülmüşdür. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. **-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. **-cu maddəsinin II hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. **-cu maddəsinin III hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
34. ## ###### 2**3-cü ildə Ədliyyə Nazirliyində **51 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın: 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3-cü maddəsinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri. 6.9-cu maddəsinə əsasən boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
38. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha izah edir ki, iddia o halda təmin oluna bilərdi ki, sökülməsi tələb olunan binalar özbaşına tikili olsun. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikilinin anlayışı belə verilmişdir: tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.4-cü maddəsinə görə isə özbaşına tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Hazırkı halda iddiaçı mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olmasını iddia etsə də, iş materiallarından müəyyən olunur ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla cavabdehin mülkiyyətindədir.
40. Belə olan halda, cavabdehin mülkiyyət hüququ qüvvədə olmaqla, sonuncuya qanunla müəyyən olunmuş qaydada müvafiq kompensasiya verilmədən və mülkiyyət hüququna xitam verilmədən, həmin binanın özbaşına tikili kimi qiymətləndirməklə, sökülməsi cavabdehin bu hüququnun pozulmasına səbəb olacaqdır.
41. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 4**, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.