Məhkəmə qərarları › İş №2(1-8)-900/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-900/2026

15.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-900/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş Idarəsi) qarşı “işə bərpa, əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70ci maddəsinin c bəndi), əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar, işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş Idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı ## ######## 2010-cu il tarixdə Bakı şəhəri 11 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş, ## ######## 2014-cü il tarixdə *** nömrəli əmrlə Bakı şəhəri 11 saylı uşaq Musiqi Məktəbinin adı Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmışdır.

2. Bakı şəhər Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair ## #### 2025-ci il tarixli * nömrəli protokola əsasən attestasiyada 16 nəfər əməkdaş, o cümlədən Bakı şəhər Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Iddiaçı iştirak etmiş və o, tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.

3. Bakı şəhər Mədəniyyət Baş Idarəsi Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli ** nömrəli əmr ilə həmin məktəbin Attestasiya Komissiyasının ## #### 2025-ci il tarixli qərarı və Iddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi Iddiaçı ## ##### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

4. Iddiaçı şəkərli diabet və s. xəstəliklərdən əziyyət çəkir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixli ** nömrəli əmrin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verildiyi gündən (## ##### 2025-ci il) etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi və onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən şəkərli diabet xəstəsidir, insulindən asılıdır. 32 il fortepiano ixtisası üzrə müəllim vəzifəsində fəaliyyət göstərmişdir. Bu müddətin son 14,5 ilini Bakı şəhəri Binəqədi rayonu 1* nömrəli Onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. ## ###### 2025-ci il tarixdə məktəbin direktoru tərəfindən attestasiya keçiriləcəyi barədə ** №-li xəbərdarlıq bildirişini almış və həmin xəbərdarlıqda müəllimlərin attestasiyasının keçiriləcəyi qeyd edilmişdir. Lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə məlumat verilməmişdir. ## #### 2025ci il tarixdə mobil telefonuna ## #### 2025-cil tarixdə saat 10:45-də Bakı Xoreoqrafiya Akademiyasında attestasiya olunacağı barədə SMS daxil olmuşdur. ## #### 2025-ci il tarixdə attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artdığına görə özünü çox pis hiss etmiş, gözləri qaralmış, soyuq tər gəlmiş, fortepianonu bulanıq görmüşdür. Nə qədər çalışsa da, gözündə olan qaranlıq itməmişdir. O, komissiyaya şəkərli diabet xəstəsi olmasını bildirmiş və özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilməsini xahiş etmişdir. Lakin, komissiya əlləri ilə kameraları göstərərək, icazə olmadığını bildirmişdir. O, düşünür ki, bu cür vəziyyətlərdə komissiyanın diqqətli və həssas yanaşması vacib idi, belə bir vəziyyətin komissiya tərəfindən nəzərə alınmaması qanunla nəzərdə tutulan müvafiq nəzakət və qayğıkeşlik qaydalarına uyğun deyildir. Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın seçə bilməmişdir. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq, çətinliklə də olsa, əsəri ifa etmişdir. Sonra ona 4 sual vermişlər. O, sualları cavablandırmışdır. Lakin, sualın düz və ya səhv cavablandırması barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra ona şifahi şəkildə attestasiyadan keçmədiyini bildirmişlər. Binəqədi rayonu 1* nömrəli Onbirillik musiqi məktəbinin direktoru attestasiyanın nəticələrini əsas götürərək, ## ##### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Keçirdiyi həyəcan və stresslərdən bir müddət evdə xəstə yatmışdır. ## ##### 2025-ci il tarixdə məktəbə getmiş və saat 11:15-də sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbul etmə tarixini və saatı göstərməklə imza edərək Əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Əmrdə qeyd olunmuşdur ki, guya o, Əmək Məcəlləsinin 79-cu maddəsinə aid olubolmamağı barədə suala cavab verməkdən imtina etmişdir. Buna görə də, xitam əmri verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsini ona tətbiq etmək mümkün olmamışdır. Bundan başqa, 12 bənddən ibarət olan attestasiya vərəqəsinin 5 bəndinin kobud səhvlərlə doldurulduğunu və 4 bəndinin tamamilə doldurulmadığını, məktəb direktorunun əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixli əmrindəki məlumatların Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd olduğunu və bu əmrdə onun barəsində yazılan əsassız, yanlış və qurma fikirləri oxuduqda özünü çox pis hiss etmiş, sağlamlıq vəziyyəti daha da ağırlaşmışdır. Attestasiyaya hazırlıq və attestasiyanın keçirilməsi zamanı, attestasiyadan sonra aşağıdakı nöqsan və qanun pozuntuları aşkar edilmişdir. Aşağıdakı səbəblərdən ## #### 2025-ci tarixdə keçirilən attestasiyanın nəticələri və attestasiya komissiyasının onunla bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarı qanunsuz sayılmalı və ləğv edilməli, attestasiyanın nəticələri qanunsuz sayılmalı və ləğv edilməli, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsi etibarsız hesab olunmalı və ləğv edilməlidir: 1. Işəgötürən tərəfindən attestasiya əvəzinə imtahan keçirilmişdir (ƏM-in 65.5-ci maddəsi); 2. Attestasiya zamanı səhhəti ilə bağlı yaranmış ani vəziyyət (şəkərinin qalxması ilə səhhətinin pisləşməsi) komissiya tərəfindən nəzərə alınmamışdır; 3. Attestasiyanın keçirilməsi və attestasiya vərəqəsinin doldurulması zamanı Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” ## ### 2001-ci il tarixli ** nömrəli Qərarının tələblərinin kobud pozulması halları müşahidə edilmişdir: həmin Qərarla təsdiq edilmiş Qaydaların 1.2-ci bəndinə əsasən attestasiyanın keçirilməsinin konkret müddətləri attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, ona attestasiyanın keçirilməsinin dəqiq tarixi attestasiyadan 2 gün əvvəl SMS-lə bildirilmişdir; attestasiya komissiyasının məktəb direktorunun ## ###### 2024-cü il tarixli, *** nömrəli əmri ilə yaradılmasına baxmayaraq, komissiyanın tərkibində həmkarlar ittifaqı təşkilatının sədri istisna olmaqla, məktəbin müəllimlərindən heç kim olmamışdır. Komissiyanın sədri və üzvləri digər qurumlardan təyin edilmişdir. Attestasiya komissiyası onun əmək fəaliyyətini yoxlamamış və onun barəsində qərar qəbul edərkən 32 illik əmək stajını və əmək fəaliyyətini nəzərə almamışdır. Attestasiyanın keçirilməsi haqqında məktəb direktorunun ## ###### 2024-cü il tarixli, *** nömrəli əmri olduğu halda, attestasiya işçinin öz iş yerində deyil, məktəbdən kənarda - Bakı Xoreoqrafiya Akademiyasında keçirilmişdir. Bu isə öz növbəsində növbəti çətinliklər yaratmışdır. Belə ki, əsərini ifa etdiyi fortepiano köklənməmiş vəziyyətdə idi. Fortepianonun köklənməməsi - əsərin ifası üçün lazımi şəraitin yaradılmaması, testin düzgün və obyektiv qiymətləndirilməməsinə gətirib çıxarır. Bu, həmçinin ədalətli attestasiya və qiymətləndirmə hüququnun pozulmasıdır. Əmək Məcəlləsinin 65-ci maddəsinin və Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 1.8, 2.2, 2.4, 2.6, 2.7, 3.2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. həmin Qaydaların 1.8-ci bəndinə əsasən, komissiyanın tərkibi işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməmiş, əmək fəaliyyətinə obyektiv qiymət verilməmiş, onun konkret hansı vəzifədə istifadə olunma imkanları haqqında tövsiyələr verilməmişdir. Qaydaların 2.2-ci bəndinə əsasən, attestasiya komissiyası onun gördüyü işlər haqqında məlumatı dinləməmiş, son 5 illik əmək fəaliyyəti komissiya tərəfindən yoxlanılmamış və qərar qəbul edilərkən nəzərə alınmamışdır. Qaydaların 2.4-cü bəndinə əsasən attestasiya komissiyası tərəfindən ona yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqlarının, vəzifələrinin dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməli olduğu halda, komissiya ona ancaq ixtisas üzrə suallar vermiş, qeyd olunan digər bəndlər üzrə suallar verilməmişdir. Ancaq Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndi və “Işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndi işçinin tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün bunu tələb edir. Yəni onun attestasiyası keçirilməmiş, o sadəcə ixtisas üzrə imtahan edilmişdir. Məhz Qanunun bu bəndi kobud şəkildə pozulmuşdur. Ancaq ixtisas üzrə suallar verərək attestasiyanı tamamlamaq qanunsuzdur. Qaydaların 2.6-cı bəndinə əsasən attestasiya komissiyası attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir, həmçinin attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. 32 il əmək stajı olan bir müəllimin attestasiya vərəqəsində heç bir tövsiyə yazılmamışdır. Qaydaların 2.7-ci bəndində göstərilir ki, attestasiya vərəqəsi işçinin şəxsi işində saxlanılır, lakin məktəbdə onun şəxsi işi yoxdur. Qaydaların 3.2-ci bəndində göstərilir ki, müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Tövsiyələr verilməmiş, ancaq qərar qəbul olunmuşdur. Bu birtərəfli və qanuna söykənməyən bir qərardır. Attestasiya şəffaf keçirilməmiş, komissiyanın üzvləri Mədəniyyət Nazirliyi tərəfindən tez-tez dəyişdirilmişdir. Bu isə öz növbəsində Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə tam ziddir. Halbuki komissiyanın tərkibi işəgötürən tərəfindən attestasiyadan öncə əmrlə təyin edilir. Komissiya hər gün dəyişdiriləcəkdirsə niyə attestasiyadan 1 ay öncə əmrlə təyin edilirdi. Qanunvericiliyə tam ziddir. Mədəniyyət Nazirliyinin komissiyanın işinə bu cür müdaxilələri attestasiyanın şəffaflığını tam olaraq kölgə altına salmışdır. Attestasiyanın nəticələri obyektiv şəkildə əsaslandırılmamışdır. Musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Qiymətləndirmə meyarları olmadıqda qiymətləndirmə subyektiv fikirlərlə tamamlanır. Işçinin qiymətləndirilməsi obyektiv aparılmır. Bu meyarlar olsaydı attestasiya vərəqəsində sualların-cavablarının qarşısında “tam doğru cavab verə bilmədi və s.” buna bənzər fikirlər yazılmazdı. 32 il əmək stajı olan bir müəllimin həyat və əmək taleyini həll edən əsas sənəd - attestasiya vərəqəsi düzgün doldurulmamışdır. Belə ki, attestasiya vərəqəsində doğum tarixi, təhsil aldığı məktəbin adı, təhsil müəssisəsini bitirdiyi il, əmək stajı, vəzifəyə təyin olunduğu vaxt, son iş yerində işlədiyi əmək stajı kobud səhvlərlə göstərilmiş, vərəqənin 8, 9, 11, 12-ci bəndləri tamamilə doldurulmamış, vərəqənin 7-ci bəndində cavabların qısa məzmunu göstərilməmiş, vərəqənin 8-ci bəndində attestasiya komissiyası üzvlərinin rəy və təklifləri (əgər işçinin fəaliyyəti və karyerası ilə bağlı rəy və təklif verilməyibsə, bu, gələcəkdə onun peşəkar inkişafını, əmək şəraitini və hüquqlarını əhəmiyyətli şəkildə məhdudlaşdıra bilər), 9-cu bəndində onun rəy və təklifləri, 11-ci bəndində attestasiya komissiyasının tövsiyələri, 12-ci bəndində müvafiq qeydlər tamamilə göstərilməmiş, boş buraxılmışdır. Bu bəndlərin boş qalması, attestasiya prosesinin qeyri-kafi aparılmasını və işçinin qiymətləndirilməsinin düzgün aparılmamasını göstərir. Vərəqənin 12-ci bəndindən sonra komissiyanın sədri və üzvləri bu Qaydalarda göstərilən nümunəyə uyğun göstərilməmiş, komissiyaya katib təyin olunmuş (katib iclasda təyin edilir), 13-cü bənddə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix göstərilməmişdir. Qərarın əvəzinə məktəb direktorunun əmri qeyd edilmişdir. Attestasiya vərəqəsinin 7-ci bəndində qeyd edilən məlumatlar həqiqəti tam əks etdirmir: - həmin bəndin 1-ci sətrində qeyd etmişlər ki, forma təhlil olunmadı. O, formanı təhlil etmişdir; - 2-ci sətirdə qammanın ifası: “fis moll” ondan ifa soruşmadılar. Ondan dominant-seftakordu soruşmuşlar, o, da cavab vermişdir. - 3-cü sətirdə tez templər haqqında məlumat. Ondan “tez” yox “yavaş” templər soruşulmuş, o, cavab vermişdir. - 4-cü sətirdə qeyd ediblər çox zəif idi. Qiymətləndirmə meyarlarında çox zəif neçə baldır? - 5-ci sətirdəki suala cavab vermişdir; - 6-cı sətirdə şagirdlə ilk dərsə necə başlayırsız? Ona belə məzmunda sual verilməmişdir. Sual verilmişdir ki, şagird ifaya hansı barmaqdan başlamalıdır. O, da cavab vermiş 3-cü barmaqdan. - 7-ci sətirdə cavab vermiş; 8ci sətirdə İ.S.Bax neçə partitanın müəllifidir. Ondan partita soruşmamışlar, invensiya soruşmuşlar, o, cavab vermişdir; - 9-cu sətirdə qeyd edilən sual ona verilməmiş; - 10-cu sətirdəki sualda ondan “YTK” açılışını soruşmuşlar. O, cavab vermiş və demişdir ki, Baxın 24/24 prelüd fuqası var; - 11-ci sətirdəki sualda ondan A.Zeynallının həyat və yaradıcılığını soruşmamışlar. Ondan uşaq süitasını soruşmuşlar, o, cavab vermişdir ki, 3-cü pyes “Rəqs”. Attestasiya vərəqəsindən görünür ki, komissiya üzvləri “tam dolğun cavab verə bilmədi”, “cavab verə bilmədi” və “çox zəif idi” fikirlərindən tez-tez istifadə etmişlər. Musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Çünki bu meyarlar olsaydı, onda sualların qarşısında belə sözlər yox konkret ballar olmalı idi və bu balların ümumi cəmini taparaq attestasiya olunanın neçə bal topladığını görmək olardı. Qiymətləndirmə meyarları olmadıqda, onların qiymətləndirilməsi subyektiv fikirlərə dayanır. Bu isə Boloniya təhsil sistemində qiymətləndirmə qaydalarına ziddir. Attestasiya vərəqəsinin 10-cu bəndində “Attestasiya olunan tutduğu vəzifəyə uyğun deyil” qərarında səslərin miqdarı: lehinə (yəni razı) - 1 nəfər, əleyhinə (yəni narazı) - 4 nəfər qeyd edilmişdir. Bu isə o deməkdir ki, komissiyanın üzvlərindən 4 nəfər bu qəbul olunmuş qərarla razı olmamışlar. Cəmi 1 nəfər bu qərarla razı olmuşdur. Onların səsverməsinin nəticələrinə görə o, tutduğu vəzifəyə uyğundur. 6. Attestasiya vərəqəsində onun barəsində məlumatların səhvlərlə və natamam doldurulması, komissiyanın sədri və üzvlərinin düzgün qeyd edilməməsi, komissiyaya katib təyin olunması və attestasiya vərəqəsində məktəb direktorunun attestasiyanın nəticələrinə görə qərarının olmaması və qərarın qəbul olunduğu tarixinin göstərilməməsi kimi ciddi qeyri-qanuni addımlar attestasiya komissiyasının şəffaflığı və peşəkarlığı barədə ciddi şübhələr yaradır. Attestasiya vərəqəsində onunla bağlı göstərilən məlumatlardan təkcə adı və soyadı düzdür. O, hətta bu attestasiya vərəqəsinin onun olmasına şübhə ilə yanaşır. Attestasiya vərəqəsinin düzgün doldurulmaması, yalnız sadə prosedur pozuntusu deyil, həm də onun hüquqlarının pozulması deməkdir. Qanunvericiliyə əsasən şəxsi məlumatların yanlış təqdim olunması hüquq pozuntusu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Iş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən Bakı Xoreoqrafiya Akademiyasındakı iş yerlərinin attestasiyadan keçməsi şübhə altındadır. Sual olunur: Beş nəfərdən ibarət attestasiya komissiyası işçinin taleyini həll edən bir attestasiya vərəqəsini Qaydalarda göstərilən tələblərə uyğun doldura bilmirsə, müəllimləri görəsən hansı meyarlara əsaslanaraq attestasiya etmiş və onların 32 illik əmək fəaliyyətinə “yararsız” damğası vurmuşlar? Azərbaycan Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X7 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq sosial və hüquqi baxımdan xüsusi qorumaya ehtiyacı olan bir qrup işçilərin əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işəgötürənin və işçilərin hüquqlarını, vəzifələrini tənzimləmək məqsədi ilə dövlət tərəfindən Əmək Məcəlləsində 79-cu maddə yer almışdır. 1. Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsində açıq-aşkar vurğulanır ki, işəgötürən tərəfindən işçinin şəkərli diabet və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Şəkərli diabet xəstəsi olmağı səbəbindən ona da bu xitamın qadağan olunmalı olduğu açıq-aşkar görünür. Çünki Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsi artıq bu cür həssas qrupa aid olan və dövlət tərəfindən daimi qorumaya ehtiyacı olan işçilərin əmək müqavilələrinə bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsinə son nöqtəni qoyur. Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Göstərilənlərə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təsvir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı vardır. Qanunverici bu güzəştli normanı müəyyən edərkən şəkərli diabet xəstəsi olan işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövlətinin demokratik, dünyəvi, hüquqi, unitar Respublika olmasını nəzərə alaraq, vəzifəli şəxsin 32 il əmək təcrübəsi olan bir müəllimi hüquq müstəvisindən kənar bu cür yanaşması qanun pozuntusu hesab olunmalı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onun əmək müqaviləsinə verilən xitam əmri, bu Məcəllənin 79-cu maddəsinin qoruması altına düşdüyü üçün qanunsuz sayılmalı və ləğv edilməlidir.

7. Cavabdeh Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin nümayəndəsi, vəkil nümayəndə4 birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, sertifikasiya və attestasiya imtahanları bir-birindən fərqli anlayışlardır. Sertifikasiya imtahanı orqan daxilində keçirilir, lakin attestasiya imtahanı isə orqan tabeliyindəki qurumun daxilində keçirilir. Bu barədə sözügedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı mübahisə predmetinə əsasdır. Iddiaçı attestasiya imtahanı zamanı ona verilən sualların təxminən 80%-nə düzgün cavab verə bilməmişdir. Eyni zamanda, işçilərə attestasiya imtahanının keçiriləcəyi barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq olunmuşdur.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş Idarəsinin nümayəndəsi nümayəndə1 sözügedən musiqi məktəblərinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində könüllü olaraq formalaşdırıldığını, həmin musiqi məktəblərində sertifikasiya imtahanlarının keçirilməsinin yolverilməz olduğunu bildirmişdir.

9. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş “CD” diskdən məlum olmuşdur ki, iddiaçı attestasiyadan keçirilən zaman həyəcanlı olmaqla şəkər xəstəsi olmasını bildirməklə yanaşı, komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermiş, komissiya tərəfindən ona təkrar attestasiyadan keçirilməsinə şərait yaradılmamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia tələbi qismən təmin edilərək, iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, Iddiaçı Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi, Iddiaçı məcburi iş buraxmaya görə ## ##### 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi, iddia tələbinin “iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.

12. Belə ki, attestasiya vərəqəsindən görünmüşdür ki, iddiaçı fortepiano ixtisasını 2000ci ildə almış, ixtisasartırmada iştirak etməmişdir. Beləliklə, komissiya iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ixtisasartırma kursuna cəlb olunmamasını nəzərə almadan onunla bağlı heç bir tövsiyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir.

13. Bununla yanaşı, işəgötürən iddiaçının bu işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəsləməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur.

14. Belə ki, həmin maddəyə görə Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Işəgötürən Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbi ## ##### 2025-ci il tarixli ** nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmri ləğv edilməli, Iddiaçı Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə ## ##### 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir.

16. Bununla yanaşı, iddia tələbi “onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməlidir. Belə ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmri ləğv ediləndən və o, müəllim vəzifəsinə bərpa ediləndən sonra onunla bağlanmış əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri kəsilməmiş kimi davam etdiriləcəyindən, onunla yenidən əmək müqaviləsinin bağlanmasına ehtiyac olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 11, 46, 65, 66, 67, 70, 71, 74, 83, 84-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi” ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli qərardadına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş Idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən işçilərin attestasiyadan keçirilməklə peşəkarlıq səviyyələrinin müəyyən edilməsi, həmçinin peşəkarlıq səviyyəsinin uyğun hesab edilmədiyi hallarda onların işdən azad edilmələri işəgötürənin qanuni səlahiyyətlərindən biridir. Cavabdeh Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbinin (işəgötürən) Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə riayət etməklə tamamilə qanuni və əsaslı formada “işçilərin attestasiyası”nı keçirmiş, attestasiya nəticələrinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ona verdiyi hüquqlardan istifadə edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin maddənin “c)” bəndi ilə xitam vermişdir. Cavabdehin ## ###### 2024-cü il tarixli, *** nömrəli əmri ilə yaradılmış attestasiya komissiyası peşəkar mütəxəssislərdən ibarət olaraq təşkil edilmişdir. Komissiyanın tərkibinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, əməkdar artist X4, Bülbül adına X1 Məktəbinin müəllimi X6, Şövkət Ələkbərova adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi X9, AMK nəzdində musiqi kollecinin müəllimi X3, HIK-in sədri Azər Abbasov daxil edilmişdir. Komissiya üzvləri iddiaçının da peşəkarlıq səviyyəsini yoxlamış, ona tutduğu vəzifədən və əmək funksiyalarından irəli gələn suallar ünvanlamış, iddiaçı isə həmin sualları cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyası üzvlərinin yekdilliklə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qərar vermişlər. Bundan sonra, işəgötürən Attestasiya Komissiyasının qərarını əsas götürərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Məhkəmə konkret olaraq əmək müqaviləsinə xitam əmri və xitam əmrinin verilməsi üçün əsas olmuş sənədləri araşdırmamış, məhkəmə heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Eləcə də, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, işçinin attestasiyasının keçirilməsi qaydalarına riayət edilməsi məsələsini yoxlamamış, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar araşdırılmamış və sübuta yetirilməmişdir. Iddiaçının əmək müqaviləsinə attestasiya nəticəsində qəbul olunmuş qərar əsasında işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilmişdir. Bu qərar da işəgötürənin qanuni səlahiyyətləri əsasında həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ###### 2024-cü il tarixli Plenumuna qərarına istinad etmək istəsə də, onu düzgün qeyd etməmişdir. Qeyd olunan Plenum qərarında şəkərli diabet xəstəliyi səbəbinə görə işçilərin qısnamaya məruz qalaraq, işdən azad olunmasının qarşısının alınması aydın olsa da, məhkəmə həmin şəxslərin işdən azad olunmalarının məhdudlaşdırıldığı qərarına gəlmişdir. Iddiaçı şəkərli diabet olması səbəbi ilə deyil, attestasiya nəticəsində peşəkarlığının tutduğu vəzifəyə uyğun hesab edilməməsi nəticəsində işdən azad edilmişdir. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısı aydın şəkildə qeyd olunmuşdur. Qeyd olunan maddədə sadalananlardan iddiaçıya aid hallar olmadığı səbəbindən attestasiya prosesi həyata keçirilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar aydın şəkildə qeyd olunmuşdur. Maddədə qeyd olunan “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə” əmək müqaviləsinə xitam verilməsinin məhdudlaşdırılmasının əsas məqsədi işçinin qeyd olunan xəstəliklər səbəbilə qısnamaya məruz qalaraq əmək müqaviləsinə xitam verilməsinin məhdudlaşdırılmasıdır. Attestasiya prosesində iddiaçıya ünvanlanmış suallar fortepiano ixtisası üzrə xüsusi peşə hazırlığı və ixtisas biliklərinin mövcudluğunu tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən attestasiya prosesinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət olunaraq keçirildiyi araşdırmalı olduğu halda, fortepiano ixtisası üzrə xüsusi təhsili olmadan attestasiya zamanı iddiaçı tərəfindən verilən cavabların doğru olduğunu bildirməsi qərəzsizlik prinsipinin pozulmasıdır. Video-görüntülərdə də göründüyü kimi iddiaçı attestasiya zamanı sualların əksəriyyətinə tam və peşəkarcasına cavab verməmişdir. Dekabr ayında attestasiyanın keçiriləcəyi ilə bağlı məlumat verilmiş, ifa bacarıqlarının yoxlanılması üçün müstəqil şəkildə ifa seçərək, hazırlaşmalarına şərait yaradılsa da, ifası çox aşağı səviyyədə olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq peşəkar mütəxəssislərdən ibarət attestasiya komissiyası təşkil edilərək, attestasiya həyata keçirilmişdir. Iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Isgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin göstərmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin yolverilməz olmasını bilən cavabdeh tərtib etdiyi əmri işçinin belə məlumatı ona verməkdən imtina etməsi ilə əsaslandırmağa çalışmışdır.

22. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı halda cavabdehin uzun müddət əmək münasibətlərində olduğu işçinin şəkərli diabet xəstəsi olmasını bilməməsi onun işçilərinə göstərdiyi qayğının, diqqətin keyfiyyətini müəyyən etmək üçün əsas ola bilər. Bu məlumatı bilməmək işəgötürənin əmək qanunvericiliyi ilə üzərinə qoyulmuş, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, vəzifəsinin icrasından yayınmaq, işçinin qanunla qorunmasına təminat verilən əmək hüquqlarının pozulması ilə nəticələnən əmrin qəbul edilməsi üçün əsas ola bilməz.

23. Iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatları verməkdən imtina etməsi ilə bağlı cavabdehin əmrində qeyd olunan və hər hansı bir sübuta söykənməyən fakt üzrə apellyasiya kollegiyası qeyd etmişdir ki, attestasiyaya cəlb edilən iddiaçının öz xeyrinə olan məlumatı cavabdehə verməkdən imtina etməsi inandırıcı deyildir. Bu faktın əmrdə qeyd edilməsi isə iddiaçının şəkərli diabet xəstəsi olmasını bilən cavabdehin öz qanunsuz əmrinə qanuni don geyindirmək məqsədi daşımasını bir daha təsdiq edən haldır.

24. Istinad olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb etmək və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirmək hüququ olduğundan, şəkərli diabet xəstəsi olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verərkən cavabdeh Əmək Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətləri nəzərə almadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 35, 60-cı, Əmək Məcəlləsinin 2, 11, 12, 46, 64, 65, 67, 70, 71, 74, 79, 84-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

26. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş Idarəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 11, 67, 79-cu, Mülki Prosessual Məcəllənin 9, 14, 88-ci maddələrin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələbləri pozulmuşdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin 29-cu səhifəsində qeyd etmişdir ki, hazırkı halda cavabdehin uzun müddət əmək münasibətlərində olduğu işçinin şəkərli diabet xəstəsi olmasını bilməməsi onun işçilərinə göstərdiyi qayğının, diqqətin keyfiyyətini müəyyən etmək üçün əsas ola bilər. Bu məlumatı bilməmək işəgötürənin əmək qanunvericiliyi ilə üzərinə qoyulmuş, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, vəzifəsinin icrasından yayınmaq, işçinin qanunla qorunmasına təminat verilən əmək hüquqlarının pozulması ilə nəticələnən əmrin qəbul edilməsi üçün əsas ola bilməz. Bu ifadələr özü də bir daha sübut etmişdir ki, işəgötürən iddiaçının şəkərli diabet xəstəsi olmasında xəbərsiz olmuşdur. Yəni, məhkəmə özü də təsdiq etmişdir ki, işəgötürən müəssisənin iddiaçının şəkərli diabet xəstəsi olmasından məlumatı olmamışdır. Bu səbəbdən də, iddiaçının işdən çıxarılması zamanı işəgötürənin onun şəkərli diabet xəstəsi olmasına istinad etməsi olduqca absurddur. Işəgötürənin işçinin həmin xəstəliyindən xəbərinin olmaması avtomatik olaraq Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən halı aradan qaldırır. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinə xitam verilməsi qadağandır. Göründüyü kimi Əmək Məcəlləsinin 79cu maddəsinin qeyd edilən bəndi “motivə” əsaslanır və işçinin şəkərli diabet xəstəsi olması səbəbinə (motivinə) istinad edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Məcəllə yalnız işçinin şəkərli diabet xəstəsi olması səbəbindən işdən çıxarılmasını qadağan edir və işəgötürən tərəfindən bu motivə istinad edilməsinə yol vermir. Hazırkı mübahisə üzrə işəgötürənin iddiaçını işdən çıxararkən istinad etdiyi “motiv” – “onun peşəkarlıq səviyyəsinin kifayət qədər olmaması” olmuşdur. Yəni, işəgötürən bu səbəbdən (motivdən) çıxış edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi işin bu hallarını hərtərəfli araşdırmamış və qeyd edilən hallarla bağlı yanlış qənaətə gəlmişdir. Həm attestasiya keçirmək, həm də attestasiya nəticələrinə istinad edərək işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək işəgötürənin vəzifəsi yox, hüququdur. Hazırkı mübahisə üzrə cavabdeh Arif Məlikov adına 1* nömrəli Onbirillik Musiqi Məktəbi müəssisə üzrə attestasiyanın keçirilməsi barədə qərar qəbul etmişdir. Attestasiyanın keçirilməsində əsas məqsəd işçilərin peşəkarlıq səviyyəsini obyektiv surətdə yoxlamaq, onların arasında tutduğu vəzifəyə uyğun olmayan işçilərlə bağlanmış əmək müqaviləsinə xitam vermək olmuşdur. Işəgötürənin məqsədi tutduğu vəzifəyə uyğun olmayan işçilərlə əmək müqaviləsinə xitam vermək olmuşdur. Əks halda attestasiya komissiyasının işi mahiyyətsiz və əhəmiyyətsiz bir iş olardı. Çünki, iddiaçı cavabdeh müəssisədə fortepiano müəllimi vəzifəsində çalışır və bilavasitə uşaqların – Azərbaycan dövlətinin gələcəyinin yetişdirilməsi işində iştirak edir. Beləliklə, işəgötürən bu qərarı qəbul edən zaman təhsilin önəmi, ölkənin gələcəyinin təhsildən asılı olması və təhsil sisteminin əhəmiyyəti prizmasından çıxış edərək öz şəxsi mülahizələrinə yox, kollegial orqan olan Attestasiya Komissiyasının Qərarına istinad etmişdir. Işəgötürən qanunvericilikdə və Əmək Məcəlləsində təsbit edilmiş heç bir maddi normanın tələbini pozmamış və düzgün qərar qəbul edərək qeyri-peşəkar işçini tutduğu vəzifədən kənarlaşdırmışdır. Hazırkı mübahisə üzrə attestasiya komissiyasının bu sahədə işəgötürənə heç bir tövsiyəsi olmamışdır. Bu işçi 32 ildən artıqdır ki, cavabdeh müəssisədə “fortepiano müəllimi” vəzifəsində çalışır. Əgər bir işçi 32 ildə kifayət qədər peşəkarlıq əldə etməyibsə, onun hansısa təlimlərə və ya kurslara cəlb edilməsi də əbəsdir və faydasızdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsində təsbit edilmiş müddəanı işəgötürənin üzərinə öhdəlik kimi qoyulması əsaslı hesab edilə bilməz. Hazırkı iş materiallarından aydın olur ki, attestasiya komissiyası üzvlərinin yekdilliklə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qərar vermişdir. Attestasiya Komissiyasının Qərarında yuxarıda qeyd edilən tövsiyələrdən heç biri öz əksini tapmamışdır. Attestasiya Komissiyasının Qərarına uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermək işəgötürənin vəzifəsi yox, hüququdur. Əgər attestasiya komissiyası işçinin peşəkarlığının artırılması ilə bağlı yuxarıda qeyd edilən tövsiyələrdən hər hansı birini öz qərarına daxil etsəydi, işəgötürən həmin hala istinad edərək işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməz və əmək münasibətlərini davam etdirə bilərdi. Lakin, Attestasiya Komissiyası işəgötürənə bu sahədə heç bir tövsiyə vermədiyindən işəgötürənin işçinin peşəkarlıq səviyyəsinin kifayət qədər olmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərarını vermişdir. Bu zaman isə Əmək Məcəlləsinin heç bir maddəsinin tələbini pozmamışdır.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Iddiaçı Iddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən (hazırda insulindən asılı) şəkərli diabet xəstəsidir. 32 illik müəllim fəaliyyətim dövründə heç bir gün belə işdən qalmamış, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Bir neçə dəfə məktəb direktoru tərəfindən həvəsləndirməyə layiq görülmüşdür. ƏM-in 79-cu maddəsinin şəkərli diabet xəstəsinə aid bəndi şikayətdə qeyd etdiyi kimi deyil, heç bir motivə əsaslanmır. Qanunverici ƏM-in 79-cu maddəsinin 1-ci hissəsinin 5-ci abzasında konkret olaraq imperativ formada tələb edir ki, işçinin şəkərli diabet və ya dağınıq skleroz olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 79-cu maddəsindən başqa, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən, həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Işəgötürənin xitam əmrində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi Iddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatları verməkdən imtina etmişdir. Buradan aşkar şəkildə görünür ki, cavabdeh xitam əmrində bu cür əsassız (yalan) məlumatı qeyd etməklə özünü sığortalamağa çalışmışdır. Guya cavabdeh iddiaçının şəkərli diabet xəstəsi olmağından xəbərsiz olmuşdur. Apellyasiya məhkəməsi cavabdehin xitam əmrində qeyd etdiyi məhz bu cür əsassız (yalan) yanaşmanı araşdıraraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatları verməkdən imtina etməsi ilə bağlı cavabdehin əmrində qeyd olunan və hər hansı bir sübuta söykənməyən fakt üzrə attestasiyaya cəlb edilən iddiaçının öz xeyrinə olan məlumatı cavabdehə verməkdən imtina etməsi inandırıcı deyildir. Bu faktın əmrdə qeyd edilməsi isə iddiaçının şəkərli diabet xəstəsi olmasını bilən cavabdehin öz qanunsuz əmrinə qanuni don geyindirmək məqsədi daşımasını bir daha təsdiq edən haldır.

Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 64-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. 64-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 64-cü maddəsinin 3-cü hissəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67-ci maddəsinin 5-ci hissəsinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır.

38. Kassasiya şikayətinin dəlilləri iddiaçıya Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tətbiqinin əsassızlığı ilə bağlıdır.

39. Belə ki, kassator hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası onun peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun gəlməməsinin müəyyən edilməsi olduğundan, iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi əmək müqaviləsinə xitam verilməsinə məhdudiyyət kimi qəbul edilməməlidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin məqsədləri nəzərə alınmalıdır.

41. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 2016-cı il ## ###### tarixli Qərardadında göstərmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.

43. Həmçinin, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqlarının müdafiəsinə təminat verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinin 1-ci cümləsinə görə vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

44. Bu Qanun normasında, habelə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsindəki əmək müqaviləsinə xitam verilməsi qadağan olunan şəxslərin siyahısında şəkərli diabet xəstələrinə aid cümlədə “səbəbinə görə” söz birləşməsindən istifadə etməsi bu maddənin hazırkı mübahisəyə tətbiqini istisna etmir.

45. Belə ki, bu söz birləşməsinin işəgötürənin motivi kimi qiymətləndirməsi, maddənin məqsədlərini aradan qaldırır və onun tətbiqini ümumiyyətlə mümkünsüz edir. Bu səbəbdən ki, işəgötürən heç bir halda işçi ilə əmək müqaviləsinə xitam verərkən əmrini belə motivlə əsaslandırmır. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin əsasların heç biri motivlə əlaqələndirilmir.

46. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2024-cü il tarixli Qərarında qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar