Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-912/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçı2 və digərlərinin cavabdeh cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X32 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 7,75 hektar torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına JN-*** saylı Dövlət Aktı hazırlanmışdır.
2. ## ###### 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin bir hissəsi satılmış, X32 və onun ailə üzvlərində 5,75 hektar kənd təsərrüfatı məhsulları istehsalları üçün torpaq sahəsi saxlanılmış, bu barədə JN- *** saylı Dövlət Aktı tərtib olunmuşdur.
3. X32 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 4Ə/3/-519 sayla reyestrdə qeydə alınmış ##.##.2004-cü il tarixli müqaviləyə əsasən 0,6121 ha, 0,5051 ha və 3,72 ha torpaq sahələrini X1. DTXK tərəfindən həmin torpaq sahələrinə dair X1 adına JN-*** saylı Dövlət Aktı hazırlanmışdır.
4. 2013-cü ilin iyul ayında X32 ** saylı Ərazi İdarəsinə müraciət edərək, JN-*** saylı Dövlət Aktının itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə, JN-*** saylı Dövlət Aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-*** saylı Dövlət Aktında göstərilən torpaq sahələrinə (X1 torpaq sahələri daxil olmaqla) Qoçalı Cəbiyevin ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir.
5. Qeyd edilən torpaq sahəsinin 3.73 ha hissəsi ##.##.2013-cü ildə X32 və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Çıxarış verilmişdir.
6. ## #### 2013-cü il tarixli etibarnamə ilə X13, İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1 və iddiaçı2, Şamaxı rayon Nağaraxana kəndində yaşayan Cəbiyev Qoçalı Seyfəddin oğluna ƏMDK tərəfindən verilmiş çıxarışlara əsasən onlara məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahələrini idarə etməyi, onun üzərində sərəncam verməyi və.s hərəkətləri etibar etmişlər və həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Həmin etibarnamə 3 il müddətinə verilmiş və ## #### 2016-cı il tarixədək qüvvədə olmuşdur.
7. # ###### 2014-cü il tarixli etibarnamə ilə X25, X26, X8iu, X9, İsrafilova Gümüş Yasaq qızı, Bədəlov Soltanəli Vəkil oğlu, X14, X2, X3, X33, X15, X16, X43, X51, Həşimov İlkin Telman oğlu, cavabdeh1 Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan X11 adına daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müqavilələri imzalamağı, DƏDRX-nin ** saylı Ərazi İdarəsinə təqdim etməyi, çıxarışı, kadastr planını almağı, bölgü planını imzalamağı, adlarından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər.
8. Qobustan rayon DNK-nın ##.##.2013-cü il tarixli, *E-**** nömrəli reyestrlə qeyd edilmiş X13, İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1, iddiaçı2 tərəfndən verilmiş etibarnaməyə əsasən onların və eləcədə öz adından çıxış edən Cəbiyev Qoçalı Seyfəddin oğlu gələcəkdə “Satıcı” adlanan bir tərəf və Şamaxı RİHB-nın Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2014-cü il tarixli, ** nömrəli reyestrlə qeyd edilmiş X15, X8, X14, cavabdeh2, X2, X9, X16, X4, X33, İsrəfilova Gümüş Yasaq qızı, X**, X51, X25, Həşimov İlkin Telman oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən onların adından çıxış edən X11 gələcəkdə “Alıcı” adlanan digər tərəf aşağıdakı məzmunda ##.##.2014-cü il tarixli alqı-satqı müqavilə bağlamışlar: “Satıcı” ##.##.2013-cü il tarixli çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3.73 ha torpaq sahəsindən 0.10 ha torpaq sahəsini X15, 0.10 ha torpaq sahəsini X8, 0.10 ha torpaq sahəsini X14, 0.24 ha torpaq sahəsini cavabdeh2, 0.10 ha torpaq sahəsini X2, 0.10 ha torpaq sahəsini X9, 0.10 ha torpaq sahəsini X16, 0.11 ha torpaq sahəsini X4, 0.10 ha torpaq sahəsini X33, 0.10 ha torpaq sahəsini İsrəfilova Gümüş Yasaq qızına, 0.10 ha torpaq sahəsini X**, 0.12 ha torpaq sahəsini X43, 0.12 ha torpaq sahəsini Həşimov İlkin Telman oğluna, 0.12 ha torpaq sahəsini X51, 0.12 ha torpaq sahəsini cavabdeh1, 1.70 ha torpaq sahəsini X25, yəni “Alıcı”nın mülkiyyətinə verir. Satılan torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2013-cü il tarixli çıxarış əsasında “Satıcı”ya məxsusdur.
9. Şamaxı rayonu, Nağaraxana kəndində 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 hüquqları ##.##.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir.
10. X4 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi Bakı şəhəri, * saylı “Asan” Xidmət Mərkəzində ##.##.2015-ci il tarixdə təsdiq olunmuş, *v-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2015-ci ildə X5, X17, X22 və X6 adlarına qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir.
11. ##.##.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X5, X17, X22 və X6 rayonu, Nağaraxana kəndində yerləşən 0,11 ha torpaq sahəsini cavabdeh4 bağışlamışlar.
12. Həmin torpaq sahəsi ##.##.2018-ci ildə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir.
13. Şamaxı rayonu, Nağaraxana kəndində 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh2 hüquqları ##.##.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir.
14. ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə cavabdeh2 (onun adından ##.##.2015-ci il tarixli etibarnamə əsasında X12 imzalamaqla) Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha torpaq sahəsini Xəlilov İman Ələvəz oğluna satmışdır.
15. Həmin torpaq sahəsi ##.##.2015-ci ildə Xəlilov İman Ələvəz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Çıxarış verilmişdir.
16. Şamaxı rayonu, Nağaraxana kəndində 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 hüquqları ##.##.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir.
17. ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə cavabdeh1 (onun adından ##.##.2015-ci il tarixli etibarnamə əsasında X12 imzalamaqla) Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini Xəlilov İman Ələvəz oğluna satmışdır.
18. Həmin torpaq sahəsi ##.##.2015-ci ildə Xəlilov İman Ələvəz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir.
19. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi ilə X32 X11 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi barədə iddiasının təmin edilməsi, Şamaxı rayon Notariat Kontorunda ## ###### 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi ilə bağlı X28, X8, X15, X2, X9, X16, İsrafilova Gümüş Yasaq qızı, X43, X51, X33, cavabdeh2, X25, Həşimov İlkin Telman oğlu, X14, X7 və cavabdeh1 adına rəsmiləşdirilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi və X32, X13, İsrafilova Sadəgül Qoçəli qızı, iddiaçı1 Qoçəli qızı və iddiaçı2 Qoçəli oğlunun 3.73 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir.
20. Maraqlarına toxunan şəxs Xəlilov İman Ələvəz oğlu Şamaxı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 20l6-cı il tarilxi qətnaməsi ləğv edilmiş və Cəbiyev Qoçalı Seyfəddin oğlunun X11 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi tələbi təmin edilməmişdir. Bu iş üzrə kassasiya şikayəti verilməmişdir.
21. Bundan başqa, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Nağaraxana kəndində yerləşən X13, İsrafilova Sadəgül Qoçəli qızı, iddiaçı1 Qoçəli qızı, X34 və iddiaçı2 Qoçəli oğluna məxsus 3,73 ha torpaq sahəsinin X11 ilə Şamaxı rayon DNK-da bağlanmış ## ###### 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
22. Maraqlarına toxunan şəxs Xəlilov İman Ələvəz oğlu Şamaxı Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2017-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, X13, İsrafilova Sadəgül Qoçalı qızı, iddiaçı1 və iddiaçı2 X11 və Qobustan rayon Dövlət Notariat Kontoruna qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir.
23. AR Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2017-ci il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Şamaxı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə İsrəfilov Vəfadar Fərhad oğlu və X8 X11 və Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndələyinə qarşı “razılıq ərizələrinin etibarsız sayılması barədə” iddia ərizəsi təmin edilməmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2018-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Şamaxı RİHB-nın Qızmeydan kəndi üzrə icra nümayəndəliyində İsrəfilov Vəfadar Fərhad oğlu və X8 adlarından ##.##.2013-cü il tarixdə təsdiq edilmiş razılıq ərizələri etibarsız hesab edilmişdir.
26. Şamaxı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə Cəbiyev Qoçalı Seyfətdin oğlunun X25, X26, X8, X9, İsrafilova Gümüş Yasaq qızı, cavabdeh2, X14, X2, X4, X33, X15, X18, X43, X51, Həşimov İlkin Telman oğlu, cavabdeh1, X11, 3-cü şəxslər Qızmeydan kənd icra nümayəndəliyi, Şamaxı rayon Notariat Kontoruna qarşı “Şamaxı rayon Notariat Kontorunda bağlanmış ## ###### 2014-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsinə əsas olmuş Şamaxı RİH başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 0# ###### 2014-cü il tarixli reyestrlə qeydə alınmış etibarnamənin etibarsız sayılması barədə” iddiası təmin edilməmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2017-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 0# ###### 2014-cü il tarixli reyestrdə qeydə alınmış etibarnamə etibarsız sayılmışdır.
28. X13 ##.##.2018-ci il tarixdə vəfat etmişdir.
29. X1 əlində olan JN-*** saylı Dövlət aktını reyestrdə qeydiyyata alınması üçün Ərazi İdarəsinə təqdim etdikdə, onun ərizəsinin icrasına məktubla imtina verilmişdir. Bu səbəbdən Rəşad Qafarov ona məxsus olan torpaq sahələrinin üzərində aparılmış bütün əməliyyatların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
30. Şamaxı Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, torpağa mülkiyyət hüququna dair JN-**** saylı Dövlət Aktına əsasən X1 mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, * saylı “ASAN” Xidmət Mərkəzində ##.##.2015-ci il tarixdə təsdiq olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X5 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr tarixi ##.##.2014), X5 həmin torpaq sahəsinin cavabdeh4 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində ##.##.2015-ci il tarixdə təsdiq olunmuş bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da ## ###### 2014-cü il tarixdə təsdiq olunmuş alqı-satqı müqaviləsi Cəbiyev Qoçalı Seyfətdin oğlu ilə cavabdeh2 və cavabdeh1 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin Xəlilov İman Ələvəz oğluna satılmasına dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və *ə-*** nömrəli alqı-satqı müqavilələri və Xəlilov İman Ələvəz oğlunun adına qeydiyyata alınmış ##.##.2015-ci il tarixli hüquqların ləğv edilməsi, iddia tələbinin JN-**** saylı Dövlət Aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir.
31. Cəbiyev Qoçalı Seyfəddin oğlu ##.##.2020-ci il tarixdə vəfat etmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi düzgün qoyulmadığına görə baxılmamış saxlanılmışdır.
33. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2022-ci il tarixli şəhadətnamədən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş Cəbiyev Qoçalı Seyfətdin oğlunun vərəsələri- İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1, iddiaçı2 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Miras əmlak Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,8993 ha torpaq sahəsindən ibarətdir.
34. Hazırkı iş üzrə cavabdeh cavabdeh1 ##.##.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvi üçün verilmiş iddianı qəbul edir. Həmin müqavilənin və onun əsasında ##.##.2014-cü il tarixdə DƏDRX-nin ** saylı ərazi idarəsi tərəfindən qeyd edilmiş çıxarışın ləğv olunmasına və bu məqsədlə müvafiq məhkəmə qərarının verilməsinə etiraz etmir. Gələcəkdə həmin alqı-satqı müqaviləsi üzrə ilkin mülkiyyətçilər iddiaçı2 və digər şəxslərə qarşı hər hansı şikayəti və tələbi olmayacaq.
35. Hazırkı iş üzrə cavabdeh cavabdeh4 ##.##.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ##.##.2018-ci il tarixdə DƏDRX-nin ** saylı ərazi idarəsi tərəfindən qeyd edilmiş çıxarışın ləğv olunmasına və bu məqsədlə müvafiq məhkəmə qərarının verilməsinə etiraz etmir. Gələcəkdə həmin alqı-satqı müqaviləsi üzrə ilkin mülkiyyətçilər iddiaçı2 və digər şəxslərə qarşı hər hansı şikayəti və tələbi olmayacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
36. İddiaçılar iddiaçı2, İsrafilova Sadəgül Qoçalı qızı və iddiaçı1 cavabdehlər cavabdeh1, Xəlilov İman Ələvəz oğlu, cavabdeh2 və X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Notariat Kontorunda bağlanmış ## ### 2015-ci il tarixli, AN-1 ******* nömrəli və ## ### 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin bağlandığı andan etibarsız sayılması və həmin müqavlələr əsasında verilmiş ##.##.2015-ci il tarixli 2915002228 və ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların, ##.##.2014-cü il tarixli, 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız sayılması və onun əsasında verilmiş ##.##.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və ##.##.2015-ci il tarixli *v-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarış əsasında ##.##.2015-ci il tarixli *Ə-**** nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 Şamaxı rayonu Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində təsdiq edilmiş # ###### 2014cü 37. il tarixli saxta etibarnamə və razılıq ərizələri əsasında, sonradan Şamaxı rayonu Notariat Kontorunda bağlanmış *Ə-** nömrəli, ## ###### 2014- cü il tarixli alqı-satqı müqaviləsini əldə etdikdən sonra, onlara məxsus Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 3.73 ha torpaq sahəsinə dair 0.12 ha və 0.24 ha torpaq sahəsinin hissələrinə dair çıxarış aldıqdan sonra, Şamaxı rayonu Notarial kontorunda bağlanmış ##.##.2015-ci il tarixli 314 və *** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsini Xəlilov İman Ələvəz oğlunun adına keçirmişlər. Xəlilov İman Ələvəz oğlu da, qeyd olunun müqavilə əsasında ##.##.2015-ci il tarixdə DƏDRX-nin ** saylı ərazi idarəsindən çıxarış əldə etmişdir. Bundan başqa, müqavilə üzrə digər alıcı X4 vəfat etdiyinə görə, onun adına qeydiyyata alınmış ##.##.2014-cü il tarixli çıxarış əldə edilmişdir. X4 da vəfat etdiyinə görə, 0.11 ha torpaq sahəsi əsasında Bakı şəhər * saylı Asan Xidmət mərkəzində ##.##.1015-ci il tarixli, *v-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, vərəsəsi X5 və üç övladının adına keçmişdir. X5 və üç övladının mülkiyyət hüququ ## #### 2015-ci il tarixdə reyestrdə qeydiyyata alınmış və ona çıxarış verilmişdir. Daha sonra, X5 # ###### 2015-ci il tarixli *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hazırkı iş üzrə cavabdeh olan cavabdeh4 0.11 ha torpaq sahəsini bağışlamış və cavabdeh4 da, öz adına ************ nömrəli daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış əldə etmiş və əldə etmiş olduğu 0.11 ha torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarışıda, onun özünə təqdim edərək, təhvil vermişdir. Mülki iş məhkəmə icraatında olan zaman, ##.##.2015-ci il tarixdə DƏDRX-nin ** saylı ərazi idarəsinə sorğu verərək, həmin İdarə tərəfindən ##.##.2013-cü il tarixdə verilmiş RX ******* nömrəli onlara məxsus çıxarışa əsasən, Şamaxı rayonu DNK-nın ##.##.2014-cü il tarixli, *Ə-** nömrəli alqı-satqı müqaviləsinə və 3.73 ha torpaq sahəsinin bölgüsü planına əsasən, Cəbiyev Qoçalı Seyfəddin oğlu iddiaçılar X13, İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1 və iddiaçı2 məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsini X**, cavabdeh1, X8, X15, X2, X9, X16, İsrəfilova Gümüş Yasaq qızı, X43, X51, X33, Həşimov İlkin Telman oğlu, X4, cavabdeh2 və X14, torpaq sahələrinin çıxarışlarının surətlərini qısa müddət ərzində Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. DƏDRX-nin ** saylı Ərazi İdarəsinin cavabında isə bildirilmişdir ki, “sorğuda göstərilən şəxslərin əmlaklarına aid çıxarışların surətlərini sizə göndərilir”. Çıxarışı olmayan şəxslər reyestr xidmətində qeydiyyatda olmadığı üçün onlara çıxarış verilməmişdir. DƏDRX-nin ** saylı ərazi idarəsi 17 nəfər şəxsdən 12 şəxsin adına çıxarış çıxarılmasına baxmayaraq, hakimin sorğusuna verilən cavabda cəmi 6 şəxsin adına çıxan çıxarışların surətini göndərmişdir. Reyestr Xidmətinin məhkəməyə göndərmədiyi 2 nəfər şəxsin adına olan çıxarışın surəti isə fakt onun özündə var idi. Hətta adları qeyd edilən şəxslərin bir qismi həmin çıxarışları addan- ada keçirmiş və DƏDRX-nin ** saylı Ərazi İdarəsi bunu hakimin verdiyi sorğuda bilə-bilə cavablandırmamışdır. Hesab edir ki, mübahisələndirilən əqd hüquq normalarının pozulması nəticəsində həyata keçirilmişdir. Buna görə də, həmin əqd bağlandığı andan etibarsız hesab edilməli, alqı-satqı, bağışlama müqavilələri və həmin müqavilələrdən irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar etibarsız hesab olunmalıdır.
38. 3-cü şəxs Reyestr Xidmətinin ** saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X33 iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir ki, torpaq islahatı zamanı, Şamaxı rayon AİK tərəfindən iddiaçı2 Qoçəli oğlunun atası X32 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla, cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına JN-*** saylı Dövlət Aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonun “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. Cəbiyev Qoçalı Seyfəddin oğlunun ailəsidə, Kürdəmir rayonunun “Karlar" adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə ## ###### 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. X32 torpaq sahəsinin Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra, DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə ## ###### 2004-cü ildə JN-*** nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Lakin, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət Aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində X32 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyulayında X32 ** saylı Ərazi İdarəsinə müraciət edərək, JN-*** nömrəli Dövlət Aktının itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə, JN-*** nömrəli Dövlət Aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-*** nömrəli Dövlət Aktında göstərilən torpaq sahələrinə Qoçalı Cəbiyevin ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqların 3.73 ha hissəsindən 3.42 hektarı Şamaxı rayon DNK-da ## ###### 2014-cü il tarixdə təsdiq olunmuş, *Ə-** nömrəli alqı-satqı müqaviləsinə əsasən 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha torpaq sahəsi Qoçalı Cəbiyevin ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 410013038464, ##.##.2014). Şamaxı rayon DNK-da ## ###### 2014-cü il tarixdə təsdiq olunmuş *Ə-** nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X4 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi Bakı şəhəri * saylı “ASAN” Xidmət Mərkəzində ##.##.2015-ci il tarixdə təsdiq olunmuş *v-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı X5 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 410013014390,##.##.2014). Sonradan X5 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” Mərkəzində ##.##.2015-ci il tarixdə təsdiq olunmuş *-ə**** nömrəli bağışlama müqaviləsi əsasında cavabdeh4 bağışlamışdır. Şamaxı rayon DNK-da ## ###### 2014-cü il tarixdə təsdiq olunmuş *Ə-** nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar cavabdeh2 və cavabdeh1 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və *ə-*** nömrəli alqı-satqı müqavilələrin əəsasən Xəlilov İman Ələvəz oğluna satmışdır (reyestr nömrələri 410013014398, 410013014395, ##.##.2015). Şamaxı rayon DNKda ## ###### 2014-cü il tarixdə təsdiq olunmuş *Ə-** nömrəli alqı-satqı müqaviləsi Şamaxı rayon məhkəməsinin # ###### 2016-cı il tarixli qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeydo lunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir və torpaq sahəsi 3.08 hissədə yenidən Cəbiyev Qoçalı Seyfəddin oğlunun ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi 410013039151 ##.##.2016). Şamaxı Rayon Məhkəməsinin # ###### 2016cı il tarixli qətnaməsində Xəlilov İman Ələvəz oğluna və cavabdeh4 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməmişdir. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində *(***)-***/**** saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də, Xəlilov İman Ələvəz oğlu Şamaxı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda onun adına olan çıxarışlar qüvvədədir və üzərində Şamaxı Rayon Məhkəməsinin ##.##.2017 tarixli Qərardadı ilə qoyulmuş qadağa var. Sonradan aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X32 rayonunun “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini ## ###### 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda *M/*** nömrəli müqavilə əsasında satdıqdan sonra, yerdə qalan 0.5051 ha, 0.6121 ha, 3.72 ha torpaq sahələrini Şamaxı rayon DNK-da ## ###### 2004-cü il tarixdə təsdiq olunmuş 4ə/3/519 alqı-satqı müqavilələsinə əsasən X1. DTXK tərəfindən həmin torpaqlara JN-*** nömrəli Dövlət aktı hazırlanmışdır. Ləğv edilmiş DTXK-dan təhvil götürülmüş sənədlərdə dövlət aktının ikinci nüsxəsi var və kitabda qeydə alınmışdır. X1 əlində olan JN-*** nömrəli Dövlət aktını reyestrdə qeydiyyata alınması üçün Ərazi İdarəsinə təqdim etdikdə, onun ərizəsinin icrasından məktubla imtina verilmişdir. Bu səbəbdən R.Qafarov məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahələrinin üzərində aparılmış bütün əməliyyatları ləğv etdirmişdir. Lakin sonradan, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi düzgün qoyulmadığına görə baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə ləğv edildiyi və iddia tələbi düzgün qoyulmadığına görə baxılmamış saxlandığı üçün torpaq sahəsinin üzərində X1 ilə olan mübahisə bu vaxta kimi həll olunmamışdır.
39. Şamaxı Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilərək, Şamaxı rayon Notariat Kontorunda bağlanmış ## ### 2015-ci il tarixli, AN-İ ******* saylı və ## ### 2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin, həmin müqavillər əsasında verilmiş ##.##.2015-ci il tarixli, 2915002228 və ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, ##.##.2014-cü il tarixli, 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ##.##.2015-ci il tarixli, *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında bağlanmış ##.##.2015-ci il tarixli, *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
40. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə X32 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3,73 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş etibarnamə və razılıq ərizələri etibarsız hesab edilmişdir.
41. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş etibarnamə və razılıq ərizələri etibarsız hesab edildiyindən, həmin əqdlər əsasında qeydə alınan hüquqi nəticələrdə aradan qaldırılmalıdır. Odur ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
42. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.3, 331.1, 334.1, 337.1, 337.4, 352-ci, habelə MPM-nin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
43. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası ##.##.1961-ci il təvəllüdlü, Şamaxı rayonu, Nağaraxana kənd sakini mərhum Cəbiyev Qoçalı Seyfədin oğlundan Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən evi və 0,38 ha torpaq sahəsini 115.000 ABŞ dollarını ödəməklə almış və aralarında razılaşma olmuşdur ki, evi tez bir zamanda boşaldacaqdır (Şamaxı rayon İcra Hakimiyyətinin Qızmeydan İcra nümayəndəliyinin rəsmi arayışda vardır). Əfsuslar olsun ki, belə olmamış, o, hər dəfə xahiş etmişdir ki, bir az səbrli olsun, problemləri var, həll etsin evini boşaldacaq. O da ona inanıb onu tələsdirməmişdir ki, qoy problemlərini həll etsin. Bir müddəts onra eşitmişdir ki, Qoçalı Cəbiyev ayrı-ayrı vətəndaşlara pul borcu olduğuna görə AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə 6 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2023-cü ildə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəbiyev Qoçalı Seyfəddin oğlunun əmlakını vərəsəlik şəhadətnaməsi əsasında oğlu iddiaçı2 notarial qaydada qəbul etmişdir. Ondan ona məxsus olan evinin boşaldılmasını tələb etmiş, lakin onun tələblərinə məhəl qoyulmamış, nə onun atası Cəbiyev Qoçalı Seyfəddin oğlundan aldığı evdən və 0,38 ha torpaq sahəsindən çıxmamış, nə də 115.000 ABŞ dolları məbləğində pulunu qaytarmamış, bununla da ona həm maddi, həmdə mənəvi ziyan vurmuşdur. Məhkəmə düzgün araşdırma aparmamış, çəkişmə prinsipini pozmuş və onun verdiyi ifadələrə əhəmiyyət verməmişdir. Məhkəmə işə birtərəfli, qərəzli mövqedən yanaşmışdır. Hesab edir ki, məhkəmənin qətnaməsi ləğv olunmalı, yeni ədalətli qətnamə qəbul edilməklə onun hüquqları bərpa olunmalıdır.
45. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 0,24 ha torpaq sahəsinin cavabdeh2 satılması və cavabdeh2 adına verilmiş ##.##.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, bu hissədə iddia təmin edilməmişdir.
46. Apelyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi ## #### 2013-cü il tarixli etibarnamənin qanuniliyi hazırki vaxtadək mübahisələndirilməmiş, həmin etibarnamənin etibarsız əqd olması hər hansı sübutla təsbit olunmur. AR MPM-nin 82.3-cü maddəsinə istinad etməklə mübahisəyə qiymət verən birinci instansiya məhkəməsinin bu mövqeyi ilə məhkəmə kollegiyası razalaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və prosessual hüquq normaların tətbiqində səhvə yol vermişdir. Belə ki, qüvvədə olan məhkəmə aktlarından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 0# ###### 2014-cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə məhkəmə araşdırması predmeti olmuş və etibarsız hesab edilmişdir.
47. Həmin etibarnamədən görünür ki, X25, X26, X8iu, X9, İsrafilova Gümüş Yasaq qızı, Bədəlov Soltanəli Vəkil oğlu, X14, X2, X3, X33, X15, X16, X43, X51, Həşimov İlkin Telman oğlu, cavabdeh1 Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan X11 həmin etibarnamə ilə daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müqavilələri imzalamağı, DƏDRXnin ** saylı Ərazi İdarəsinə təqdim etməyi, çıxarışı, kadastr planını almağı, bölgü planını imzalamağı, adlarından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişdir.
48. İddiaçıların mübahisələndirdiyi ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qobustan rayn DNK-nın ##.##.2013-cü il tarixli *E-**** nömrəli reyestrlə qeyd edilmiş Cəbiyeva GülqızYasaq qızı, İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1, iddiaçı2 tərəfndən verilmiş etibarnaməyə əsasən onların və eləcədə öz adından çıxış edən Cəbiyev Qoçalı Seyfəddin oğlu gələcəkdə “Satıcı” adlanan bir tərəf və Şamaxı rayon İHB Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2014-cü il tarixli, ** nömrəli reyestrlə qeyd edilmiş X15, X8, X14, cavabdeh2, X2, X9, X16, X4, X33, İsrəfilova Gümüş Yasaq qızı, X**, X51, X25, Həşimov İlkin Telman oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən onların adından çıxış edən X11 gələcəkdə “Alıcı” adlanan şəxslər arasında bağlanmışdır.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə 0# ###### 2014-cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə etbarsız hesab edilmişdir və ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsində satıcı qismində çıxış edən tərəf iddiaçının atası Cəbiyev Qoçalı Seyfəddin oğlu etibarnamə əsasında çıxış etmişdir. Lakin qeyd olunduğu kimi ##.##.2013-cü il tarixli, *E-**** nömrəli reyestrlə qeyd edilmiş etibarnamə mübahisə predmeti olmamışdır.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin sadalanan bu faktiki halları qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş halların araşdırılan mübahisəyə tətbiq edilməsini istisna edir və iddiaçı iddiaçı2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2017-ci ildən cavabdeh cavabdeh2 tərəfindən mübahisəli 0,24 ha torpaq sahəsinin alındığını bildiyi üçün, həmin torpaq sahəsindən istifadə etməmiş, digər torpaq sahələrinə dair subsidiya alsada bu torpaq sahəsinə görə subsidiya almamışdır.
51. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından yeddi ildən artıq müddət keçdikdən sonra (##.##.2024-cü il tarixdə) cavabdeh2 ilə ## #### 2013-cü il tarixli etibarnamə əsasında atası Cəbiyev Qoçalı Seyfəddin oğlu arasında bağlanılmış ##.##.2014cü il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Qeyd olunan müddət daxilində iddiaçı etibarnamə üzrə hansı hərəkətlərin edildiyini, onun maraqlarının onu təmsil edən şəxs olan atası Qoçalı Cəbiyev tərəfindən təmin olunub-olunmadığını öyrənməli, məlum alqı-satqı müqavilələrinin bağlanmasını bilməli idi.
52. Belə olan halda, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun göstərilən müqavilələrin mübahisələndirilməsi hüququna xitam verilmişdir.
53. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 140, 324, 331.1, 334.1, 337.1, 337.4, 352, 354.1, 354.2-ci, habelə MPM-nin 372.2, 372.6, 372.7,384.0.2, 385.1, 386, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
54. İddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, iş üzrə apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 0# ###### 2014-cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə etibarsız sayılmışdır. Apellyasiya məhkəməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətini təmin edərək qətnaməni onunla əsaslandırmışdır ki, ##.##.2014-cü il tarixli müqavilənin bağlanmasına əsas olan ##.##.2014-cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, istinad olunan qətnamə ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 0# ###### 2014-cü il tarixli etibarnamə etibarsız sayılmışdır. İş materiallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə X32 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3,73 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş etibarnamə və razılıq ərizələri etibarsız hesab edilmişdir.Apellyasiya məhkəməsi şikayəti təmin etməməklə qətnaməni əsaslandırmamış, ümumiyyətlə bu hissəyə münasibət bildirməmişdir. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda bu tələbi pozmuşdur. Məhkəmə kollegiyası tərəflərin üzərlərinə götürdükləri öhdəliklər barədə işin hallarını ümumiyyətlə araşdırmamış, həmçinin tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə işin hallarına AR MPM-nin 82.3 maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş, nəticədə prosessual normanın tələbini pozmuşdur. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı yazılı etraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
58. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
59. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
60. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün birtərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
61. Maddə 324.4. Müqavilənin bağlanması üçün ikitərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çoxtərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
62. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
63. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
64. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
65. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
67. Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.
68. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
69. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosesusal Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
81. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçı iddiaçı2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
82. İddiaçı iddiaçı2 kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
83. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının istinad etdiyi ## #### 2013-cü il tarixli etibarnamənin qanuniliyi hazırki vaxtadək mübahisələndirilməmiş, həmin etibarnamənin etibarsız əqd olması hər hansı sübutla təsbit olunmamışdır.
84. Apellyasiya məhkəməsi AR MPM-nin 82.3-cü maddəsinə istinad etməklə mübahisəyə qiymət verən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və prosessual normaların tətbiqində səhvə yol vermişdir.
85. Belə ki, qüvvədə olan məhkəmə aktlarından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş 0# ###### 2014cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə məhkəmə araşdırmasının predmeti olmuş və etibarsız hesab edilmişdir. Həmin etibarnamədən görünür ki, X25, X26, X8iu, X9, İsrafilova Gümüş Yasaq qızı, Bədəlov Soltanəli Vəkil oğlu, X14, X2, X3, X33, X15, X16, X43, X51, Həşimov İlkin Telman oğlu, cavabdeh1 Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan X11 həmin etibarnamə ilə daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müqavilələri imzalamağı, DƏDRX-nin ** saylı Ərazi İdarəsinə təqdim etməyi, çıxarışı, kadastr planını almağı, bölgü planını imzalamağı, adlarından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişlər.
86. İddiaçıların mübahisələndirdiyi ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən isə görünür ki, Qobustan rayn DNK-nın ##.##.2013-cü il tarixli, *E-**** nömrəli reyestrlə qeyd edilmiş Cəbiyeva GülqızYasaq qızı, İsrəfilova Sadəgül Qoçalı qızı, iddiaçı1, iddiaçı2 tərəfindən verilmiş etibarnaməyə əsasən onların və eləcədə öz adından çıxış edən Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan Cəbiyev Qoçalı Seyfəddin oğlu gələcəkdə “Satıcı” adlanan bir tərəf və Şamaxı rayon İHB-nın Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2014-cü il tarixli, ** nömrəli reyestrlə qeyd edilmiş X15, X8, X14, cavabdeh2, X2, X9, X16, X4, X33, İsrəfilova Gümüş Yasaq qızı, X**, X51, X25, Həşimov İlkin Telman oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən onların adından çıxış edən X11 gələcəkdə “Alıcı” adlanan şəxslər arasında bağlanmışdır.
87. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ##.##.2014-cü il tarixli, ** nömrəli reyestrlə qeydə alınmış etibarnamə etbarsız hesab edilmiş və ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıların atası Cəbiyev Qoçalı Seyfəddin oğlu etibarnamə əsasında alıcı qismində deyil, satıcı qismində çıxış etmiş və onun adına verilmiş ##.##.2013-cü il tarixli, *E-**** nömrəli reyestrdə qeyd edilmiş etibarnamə isə əvvəlki məhkəmə icraatında baxılmış işlər üzrə məhkəmə baxışının predmeti olmamışdır.
88. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin sadalanan bu faktiki halları qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş halların araşdırılan mübahisəyə tətbiq edilməsini istisna edir. Həmçinin, iddiaçı iddiaçı2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2017-ci ildən cavabdeh cavabdeh2 tərəfindən mübahisəli 0,24 ha torpaq sahəsinin alındığını bildiyi üçün həmin torpaq sahəsindən istifadə etməmiş, digər torpaq sahələrinə dair subsidiya alsada, bu torpaq sahəsinə görə subsidiya almamışdır.
89. Göründüyü kimi iddiaçılar alqı-satqı müqaviləsinin bağlanmasından 7 ildən artıq müddət keçdikdən sonra (##.##.2024-cü ildə) cavabdeh2 ilə ## #### 2013-cü il tarixli etibarnamə əsasında atası Cəbiyev Qoçalı Seyfəddin oğlu arasında bağlanmış ##.##.2014-cü il tarixli alqısatqı müqaviləsini mübahisələndirmişlər. Qeyd olunan müddət daxilində iddiaçı etibarnamə üzrə hansı hərəkətlərin edildiyini, onun maraqlarının onu təmsil edən şəxs- atası Qoçalı Cəbiyev tərəfindən təmin olunub-olunmadığını öyrənməli və məlum alqı-satqı müqavilələrinin bağlanmasını bilməli idi.
90. Belə olan halda, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət də ötürülmüş və iddiaçıların göstərilən müqavilələrin mübahisələndirilməsi hüququna xitam verilmişdir.
91. Göstərilənlərə əsasən kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı iddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.